Məhkəmə qərarları › İş №1(106)-404/2023

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-404/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-404/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Mayılov Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, məhkum edilmiş şəxslər X4, Məhkum3, Məhkum1, Məhkum4, müdafiəçilər: Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi8 və Müdafiəçi9, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi10 Babalı oğlu və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi6 iştirakları ilə, X4, Məhkum3, Məhkum1 və Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi10 Babaəli oğlu, Məhkum3 müdafiəçisi Müdafiəçi7, X1 müdafiəçisi Müdafiəçi6, Məhkum4 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrlı-ayrlıqıda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü (hakimləri X15 (sədrlik edən), X16 və X6 ibarət tərkibdə) ilə xx xxxxxxx 1981-ci il tarixdə Yardımlı rayonu Əsədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X4 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 mart 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxxxx 1990-cı il tarixdə Yardımlı rayonu Əsədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Məhkum1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 07 fevral 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması xx xxxxx 1996-cı il tarixdə Yardımlı rayonu Əsədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Məhkum3 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 07 fevral 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması xx xxxxxx 1991-ci il tarixdə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı şəhəri V.Nəciyev küçəsi mənzil 12-də qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Məhkum4 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək həbsdə olduğu 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 12 (on iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində olan digər cinayət işi üzrə Yardımlı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmaq haqqında “həbs” qətimkan tədbirinin seçilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmündən təqsirləndirlən şəxslərin müdafiəçiləri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, X4, Məhkum1, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs Məhkum4 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün qismən ləğv edilməsini, ona Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə bəraət verilməsini, həmin Məcəllənin 32.5, 206.2-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin dövlət ittihamısı Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə, onlara hər bir maddə üzrə, eləcə də cinayətlərin məcmusu üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 1(099)-638/2023 nömrəli qərarı ilə, apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməyərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Müdafiəçi10 Babaəli oğlu, Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi5, habelə təqsirləndirilən şəxs Məhkum4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmişdır. İş üzrə Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsini, Məhkum1 müdafiəçisi Müdafiəçi10 Babalı oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2023-cü il tarixli, 1(102)-726/2023 nömrəli qərarı ilə, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti isə qismən təmin edilərək, X4, Məhkum1, Məhkum3 və Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilib, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən X4, Məhkum1, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdirlər ona görə ki, onlar öz aralarında və İran İslam Respublikasında (bundan sonra – İİR) olan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatının əldə edilməsi, saxlanması və daşınması, həmçinin İİR-də olan və cinayətkar qrupa daxil olan digər şəxslə bu məqsədlə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçiriləcək həmin maddələri Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının xidməti sahəsində əldə edilməsi ilə bağlı razılığa gəldikdən sonra, cinayətkar plana uyğun olaraq X4, Məhkum3, Məhkum1 və Məhkum4 06 fevral 2021-ci ildə axşam saatlarında qeyd olunan sahəyə gedib, bağlamaları əldə etmək üçün həmin ərazidə hərəkət edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə qarşılaşdıqlarından İİR-dən olan şəxs tərəfindən gizlədilmiş içərisində narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən dərman preparatı olan bağlamaların qoyulduğu yerə çata bilməyərək öz iradələrindən asılı olmayan səbəblərə görə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, güclü təsir edən dərman preparatının əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əməllərini başa çatdıra bilməmişlər, bununla da, qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş dörd bağlamada külli miqdarda 1981,3 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 4030,5 qram narkotik vasitə olan tiryəki, 42029,6 qram narkotik vasitə olan heroini, ümumi təsir maddəsinin miqdarı 327,96 qram olan 8199 ədəd narkotik vasitə olan metadonu, külli miqdarda 16899,6 qram psixotrop maddə olan metamfetamini, 4 qram 8 ədəd psixotrop maddə olan alprazolamu, ümumi təsir maddəsinin miqdarı 171 qram təşkil edən 1140 ədəd güclü təsir edən dərman preparatı preqabalini satış məqsədilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa cəhd etməklə, qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişlər. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə, onlara hər bir maddə üzrə, eləcə də cinayətlərin məcmusu üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etməsi, daşıması və saxlaması, habelə qeyd olunan maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirmələri sübuta yetirildiyi halda, birinci instansiya məhkəməsi sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, təqsirləndirilən şəxslərin əməllərini Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrinə tövsif etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Dövlət ittihamçısı apellyasiya protestini əsaslandırarkən iş üzrə müəyyən olunmuş hər hansı konkret fakta deyil, yalnız cinayət qanunvericiliyinə və Ali Məhkəmənin müvafiq plenum qərarlarına istinad etmişdir. Məhkum edilmiş şəxslərin müdafiəçiləri apellyasiya şikayətləri verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, X4, Məhkum1, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişlər. Məhkum edilmiş şəxslər X1 müdafiəçisi Müdafiəçi6, Məhkum1 müdafiəçisi Müdafiəçi10 Babaəli oğlu, Məhkum3 müdafiəçisi Müdafiəçi7 və Məhkum4 və onun müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etməyə, daşımağa və saxlamağa cəhd etmələri sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməllərində cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmışlar. Belə ki, təqsirləndirilən şəxslər cinayət təqibi başlanılan andan barələrində ittiham hökmü çıxanadək verdikləri bütün izahat və ifadələrində İİR ilə Azərbaycan Respublikasının dövlət sərhədinin Yardımlı rayonundan keçən hissəsinə doğru narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri götürmək üçün deyil, məhz İİR-dən Azərbaycan Respublikasına qaçaq yolla keçiriləcək siqaretləri götürmək üçün getdiklərini bildirmişlər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin əməkdaşları tərəfindən 07 fevral 2021-ci ildə Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsinin xidməti ərazisində, yəni dövlət sərhəd xəttindən təxminən 200 metr Azərbaycan Respublikası istiqamətində qayalıqların arasından aşkar olunmuş içərisində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olan dörd ədəd qara rəngli torbaların təqsirləndirilən şəxslərə aidiyyəti yoxdur. İttiham tərəfinin tədim etdiyi şahid, N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının komendatı X13 həm ibtidai araşdırma zamanı, həm də, birinci instansiya məhkəməsində verdiyi ifadələrində hadisə baş verən günü dövlət sərhədinin pozulmamasını, ərazidə və ya maneə çəpərinin yaxınlığında ayaq izlərinin aşkar olunmadığını bildirmişdir. Belə olan halda aşkar olunmuş müvafiq maddələr İİR-dən Azərbaycan Respublikasına necə keçirilmişdir?! Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iş üzrə keçirilmiş baxış istintaq hərəkətində hal şahidi olmuş Şahid6 ibtidai araşdırma dövründən fərqli olaraq məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 07 fevral 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 17-ci sərhəd zastavasına dəvət olunmuş və orada keçirilən baxış zamanı stolun üstündə 2-3 ədəd yumru formalı sellofan bükülü görmüşdür. Qeyd olunan hal istintaq orqanının təxminən 71 kiloqrama yaxın narkotik və psixotrop maddələrlə verdiyi ittihamı şübhə altına alır. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq Şahid6 məhkəmə baxışı zamanı deyil, ibtidai araşdırma zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmişdir. Məhkum edilmiş şəxs Məhkum4 apellyasiya şikayəti verərək, göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün qismən ləğv edilməsini, ona Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə bəraət verilməsini, həmin Məcəllənin 32.5, 206.2-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Məhkum4 işə baxılmamışdan əvvəl birinci instansiya məhkəməsində iştirak etmiş müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini şifahi qaydada qismən dəyişməklə apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətsə də, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin əməkdaşları tərəfindən 07 fevral 2021-ci ildə Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsinin xidməti ərazisində, yəni dövlət sərhəd xəttindən təxminən 200 metr Azərbaycan Respublikası istiqamətində qayalıqların arasından aşkar olunmuş dörd ədəd qara rəngli torbaların ona aidiyyəti yoxdur. Belə ki, o, həmin əraziyə məhz siqaret qutuları götürmək üçün getmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı4 apellyasiya protestini müdafiə edərək bildirdi ki, apellyasiya protestinin dəlilləri əsaslıdır. Belə ki, birinci instnasiya məhkəməsi təqsirləndirilən şəxslərin əməllərini Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrinə tövsif etməklə yanlış nəticəyə gəlmişdir. X4, Məhkum3, Məhkum1 və Məhkum4 barələrində olan cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün ləğv edilib onları Cinayət Məcəlləsinin, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə, hər bir maddə üzrə, eləcə də cinayətlərin məcmusu üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilib, yeni ittiham hökmü çıxarılmasını, məkum edilmiş şəxslərin müdafiəçiləri və məkum edilmiş şəxs Məhkum4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Məhkum3 müdafiəçisi Müdafiəçi8 apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını, Müdafiəçi7 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmünün ləğv edilməsinin və Məhkum3 təqsirliyi bilindiyi maddələrlə bəraət verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan məhkum edilmiş şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi8 çıxışı ilə razı olduğunu bildirib, apellasyia protestinin təmin olunmamasını, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Məhkum1 müdafiəçisi Müdafiəçi10 Babalı oğlu apellyasiya protestinin dəlilləri ilə razılaşmayıb, apellyasiya protestinin təmin olunmamasını, verilmiş apellyasiya şikayətinin isə təmin olunaraq Məhkum1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə saxlanılan məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi10 çıxışı ilə razı olduğunu bildirib, apellasyia protestinin təmin olunmamasını, apellyasiya şikayətinin təmin olunaraq barəsində bəraət hökmnün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi6 apellyasiya protestinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasının, apellyasiya şikayətlərinin isə təmin olunaraq hüquqlarını müdafiə etdiyi Qurban Sultanova bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə saxlanılan X4, apellyasiya protestinin təmin olunmamasını və hazırki cinayət işində təqsiri olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Məhkum4 müdafiəçisi Müdafiəçi9 apellyasiya protestinə etiraz edərək, təmin olunmamasını, Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmasını Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmünün ləğv olunmasını Məhkum4 ittiaham olunduğu maddələrlə bəraət verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan məhkum edilmiş şəxs Məhkum4 müdafiəçisi Müdafiəçi9 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protestinin təmin olunmamasını və müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin vəapellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə işi faktiki hallarının düzgün qiymətləndirilməməsinə, müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərində məkum edilmiş şəxslərə təqsirli bilindiklər maddələrlə bəraət verilməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə məhlkum edilmiş şəxslərin törətmiş olduğu əməllərin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, daha sonra isə apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protesti, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məkum edilmiş şəxslər və müdafiəçilərin çıxışlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiə tərəfinin apellyasiya şikayətləri təmin olunmamalı, dövlət ittihamısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin olunaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü X4, Məhkum1, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə və həmin maddələrlə ayrı-ayrılıqda, eləcə də təyin edilmiş qəti cəzaya aid hissədə ləğv edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İ dəlilin – aşkar olunmuş narkotki vasitələr, psixotrop və güclü təsir edən maddələrin təqsirləndirilən şəxslərə aidiyyəti olmaması ilə bağlı iddianın qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərə ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar: Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin təhqiqat-hüquq qrupunun təhqiqatçısı X14 təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum1 Ərzulla oğlu, hal şahidləri Şahid6 və Şahid5 iştirakları ilə 07 fevral 2021-ci ildə saat 12.30-dan saat 13.40-dək keçirdiyi baxış və götürmə istintaq hərəkətlərinin nəticəsində tərtib etdiyi “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” həmin tarixli protokoldan görünür ki, baxış keçirilən yer Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsidir. Ərazi dağlıq, dərəlik və sıx kolluqdan ibarətdir. 7-ci sahədə dövlət sərhəd xəttinə, sərhədboyu zolağa, nəzarət iz zolağına və mühəndis texniki çəpərinə baxış keçirən zaman dövlət sərhəd xəttində və sərhədboyu zolaqda bir neçə nəfərə məxsus qarışıq ayaq izlərinin 200 metr məsafədə İİR-dən Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət edib qayıtması, nəzarət iz zolağına baxış keçirilən zaman 7-ci sahədə nəzarət iz zolağında bir neçə nəfərə məxsus qarışıq ayaq izlərinin Azərbaycan Respublikasından İİR-ə doğru hərəkət etməsi, 5-ci sahədə 2 nəfərə məxsus ayaq izlərinin İİR-dən Azərbaycan Respublikası istiqamətlərinə və 3-cü sahədə isə 2 nəfərə məxsus ayaq izlərinin İİR-dən Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi müşahidə olunmuşdur. 3 və 5-ci sahələrdə mühəndis texniki çəpərinin aralanması və əzilməsi, həmçinin Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsində dövlət sərhəd xəttindən 200 metr Azərbaycan Respublikası istiqamətində qayalıqların arasında 4 ədəd qara rəngli torba aşkar edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin təhqiqat-hüquq qrupunun təhqiqatçısı X14 təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum1 Ərzulla oğlu, hal şahidləri Şahid6 və Şahid5 iştirakları ilə 07 fevral 2021-ci ildə keçirdiyi baxış istintaq hərəkətinin nəticəsində tərtib etdiyi «Baxış keçirilməsi haqqında» həmin tarixli protokoldan görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsində dövlət sərhəd xəttindən 200 metr Azərbaycan Respublikası istiqamətində qayalıqların arasından aşkar olunmuş 4 ədəd qara rəngli torbaya baxış keçirilən zaman bağlamaların içərisindən 4 ədəd bağlamanın içərisində qablaşdırma ilə birlikdə ümumi çəkilərinin 42935 qram narkotik vasitə olan heroinə bənzər, 2065 qram narkotik vasitə marixuanaya bənzər, 4080 qram narkotik vasitə olan tiryəkə bənzər, 17960 qram psixatrop maddə metamfetaminə bənzər, 818 konvalyut üzərində “Methadone 40” sözləri yazılmış həblər 76 konvalyut üzərində “Pregabalin 150” sözləri yazılmış həblər, 10 konvalyut üzərində “Ovocept LD” sözləri yazılmış həblər, 11 konvalyut üzərinə “Pranol 10” sözləri yazılmış həblər, 8 ədəd üzərində “Alprazolon” sözləri yazılmış həblər və şəffaf politilen bağlamada 19 ədəd ağ rəngli həblərin olması müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2021-ci il tarixli 6/582 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində”2003-cü Hərbi Hissə LİTR “S” dairəvi möhür əksi olan 4 (dörd) ədəd qara rəngli və 1 (bir) ədəd ağ rəngli kisələrdəki, ümumi təmiz çəkisi 42029,6qram (42kq 029,6qr) qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; ümumi təmiz çəkisi 16899,6 qram (16 kq 899,6qr) ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; ümumi təmiz çəkisi 4030,5qram (4kq 030,5qr) tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; üzərində “Methadone 40” yazısı olan 818 konvalyutda ümumi 8180 ədəd qəhvəyi rəngli və 19 ədəd ağ rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və ümumilikdə 8199 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 327,96 qram təşkil edir (bir həbdə 0,04qram metadon olmaqla); üzərində “Preqabalin 150” yazısı olan 76 ədəd konvalyutda ümumi 1140 ədəd narıncı-göy rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 1140 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 171 qram təşkil edir (bir kapsulda 0,15 qram preqabalin olmaqla); üzərində “Alprazolam 0.5” yazısı olan konvalyutlarda ümumi 8 ədəd açıq çəhrayı rəngli rəngli alprazolam tərkibli dərman preparatıdır və 8 ədəd həbdən ibarət alpralozam təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkli edir ( bir həbdə 0,5 qram alprazolam olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına, metadon Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısına, alprazolam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nazərət edilən psixotrop maddələrin İİİ siyahısına daxildirlər. Preqabalin tərkibli dərman preparartı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş” Güclü təsir edən maddələri və onların külli miqdarının “ siyahısına daxildir. Tədqiqata təqidm edilmiş “Pranol 10 (propranolol)” və “Ovocept-LD” adlı dərman preaparatları 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”ın və 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahılarına daxil deyildirlər. Məhkəmə bioloji ekspertizasının 09 fevral 2021-ci il tarixli 7/175 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində” 2003-cü Hərbi Hissə LİTER “S” dairəvi möhür əksi olan torbada 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 981,8 qram, 980,4 qram və 19,1 qram olmaqla, ümumi çəkisi 1981,3 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həm ibtidai araşdırma, həm də, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrinə göstərmişlər ki, 06 fevral 2021-ci ildə onlara narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, həmin gün hava qaraldıqdan sonra Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsində “pusqu” sərhəd naryadı təşkil etmişlər. Xidmətdə olduqları zaman, yəni saat 21 radələrində 4 (dörd) nəfər şəxsin Azərbaycan Respublikası tərəfdən İİR istiqamətində qayalıqlara doğru hərəkət etmələrini müşahidə etmişlər. Onların qayalıqlara doğru bir qədər də yaxınlaşmalarına şərait yaratdıqdan sonra “dayan” komandası verərək havaya xəbərdarlıq atəşi açmışlar. Bu zaman sonradan şəxsiyyətləri müəyyən olunan – X4, Məhkum1, Məhkum3 və Məhkum4 ərazinin relyefindən istifadə edərək qaçmışlar. 07 fevral 2021-ci ildə gündüz vaxtı təqsirləndirilən şəxslər – Məhkum3 və Məhkum1 iştirakı ilə onların hərəkət istiqamətinə baxış keçirilən zaman oradan içərisində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr olan 4 ədəd torba aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda göstərilən, eləcə də, digər sübutlarla müəyyən edilmişdir ki, 07 fevral 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasına narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumat daxil olmuş və bununla bağlı ərazidə “pusqu” naryadı təşkil olunmuşdur. Həmin gün saat 21 radələrində 4 (dörd) nəfər şəxs 17-ci sərhəd zastavasının 7-ci sahəsində dövlət sərhəd xəttində yerləşən qayalıq sahənin qarşısında olarkən onlara “dayan” komandası verilsə də, sonuncular ərazidən qaçmışlar. 07 fevral 2021-ci ildə təhqiqatçı hal şahidləri, eləcə də, təqsirləndirilən şəxslər – Məhkum3 və Məhkum1 iştirakı ilə onların hərəkət istiqamətinə baxış keçirilən zaman oradan içərisində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr olan 4 ədəd torba aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin 06 fevral 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsinə siqaret götürmək üçün getdikləri ilə bağlı ifadələrinə münasibətdə qeyd edir ki, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxslərə hərəkət trayektoriyası istiqamətində, yəni sərhədçilər tərəfindən “dayan” komandası verilən yerin yaxınlığında siqaret qutuları deyil, içərisində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olan torbaların aşkar olunmuşdur. Artıq bu hal təqsirləndirilən şəxslərin verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onların həmin ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmağa hesablanmışdır. İşin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən qeyd olunan halları Cinayət- Prosessual Məcəlləsinin 139.0.1 və 139.0.2-ci maddələri baxımından narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət hadisəsinin baş vermə faktını və təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqələrini təsdiq edir. Odur ki, qeyd olunan apellyasiya dəlili iş materialları ilə təkzib olunur. İİ dəlilin – şahid X7 ifadəsinin dövlət sərhədinin pozulmaması hissəsinin sübut kimi qəbulundan əsassız imtina olunması barədə iddianın qiymətləndirilməsi: Müdafiəçilər apellyasiya şikayətində qeyd etmişlər ki, şahid – N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının komendatı X13 həm ibtidai araşdırma zamanı, həm də, birinci instansiya məhkəməsində verdiyi ifadələrində hadisə baş verən günü dövlət sərhədinin pozulmamasını, ərazidə və ya maneə çəpərinin yaxınlığında ayaq izlərinin aşkar olunmadığını bildirmiş, bununla da, ittihamda və ya məhkəmənin müəyyən etidiyi halda əks olunmuş maddələrin İİRdən Azərbaycan Respublikasına keçirilməsi istisna olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Belə ki, X13 həm ibtidai araşdırma dövründə, həm də, birinci instansiya məhkəməsində verdiyi ifadələrin məzmunundan görünür ki, o, yalnız 06 fevral 2021-ci ildə saat 21 radələrində baş vermiş hadisədən sonra hadisə yerinə gəlmiş və Məhkum3 saxlanılma prosesində iştirak etmiş, hadisənin səhəri günü, yəni 07 fevral 2021-ci ildə gündüz vaxtı keçirilən baxış və götürmə istintaq hərəkətinə cəlb olunmuşdur. Məhz bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, Elnur Vəliyevin 06 fevral 2021-ci ildə saat 21 radələrində, yəni havanın qaranlıq vaxtında dövlət sərhədinin pozulmasını, ərazidə və ya maneə çəpərinin yaxınlığında ayaq izlərinin olmasının vizual olaraq müşahidə etməməsi istisna olunmur. Buna baxmayaraq Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin təhqiqat-hüquq qrupunun təhqiqatçısı X8 təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum1 Ərzulla oğlu, hal şahidləri Şahid6 və Şahid5 iştirakları ilə 07 fevral 2021-ci ildə saat 12.30-dan saat 13.40-dək keçirdiyi baxış və götürmə istintaq hərəkətləri zamanı 17-ci sərhəd zastavasının 7-ci sahəsində dövlət sərhəd xəttinə, sərhədboyu zolağa, nəzarət iz zolağına və mühəndis texniki çəpərinə baxış keçirən zaman dövlət sərhəd xəttində və sərhədboyu zolaqda bir neçə nəfərə məxsus qarışıq ayaq izlərinin 200 metr məsafədə İİR-dən Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət edib qayıtması, nəzarət iz zolağına baxış keçirilən zaman 7-ci sahədə nəzarət iz zolağında bir neçə nəfərə məxsus qarışıq ayaq izlərinin Azərbaycan Respublikasından İİR-ə doğru hərəkət etməsi, 5-ci sahədə 2 nəfərə məxsus ayaq izlərinin İİRdən Azərbaycan Respublikası istiqamətlərinə və 3-cü sahədə isə 2 nəfərə məxsus ayaq izlərinin İİR-dən Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi müşahidə olunmuşdur. Məhkəmə kolegiyası işin həmin hallarını nəzərə alaraq hesab edir ki, İİR tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasına münasibətdə birinci instansiya məhkəməsi sübutun mötəbərliyi baxımından düzgün olaraq X7 dindirmə protokolunu (ifadəsini) deyil, məhz “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” həmin tarixli protokolu sübut kimi qəbul etmişdir. Buna görə də, bu hissədə apellyasiya şikayəti təmin edilməməlidir. İİİ dəlilin – Şahid6 məhkəmə baxışı zamanı verdiyi ifadəsinin deyil, ibtidai araşdırma zamanı verdiyi ifadəsinin əsassız olaraq sübut kimi qəbul olunması barədə iddianın qiymətləndirilməsi: Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 fevral 2021ci il tarixdə N nömrəli hərbi hissənin təhqiqatçısı Zaur Kamilov tərəfindən ona 17-ci sərhəd zastavasının 7-ci sahəsində narkotik və psixatrop maddə olması ehtimalı barədə məlumat vermiş və təklif etmişdir ki, qeyd olunan vasitələri ərazidən götürmədə və baxışın keçirilməsində hal şahidi qismində iştirak etsin. O, razılıq verdikdən sonra birlikdə 17-ci sərhəd zastvasının 7-ci sahəsində qeyd olunan əraziyə getmişlər. Onunla birlikdə digər hal şahidi Şahid5, saxlanılan şəxslər Məhkum3, Məhkum4, Məhkum1 və hərbi qulluqçular da olmuşdur. Təhqiqatçı tərəfindən onların iştirakı ilə içərisində külli miqdarda narkotik və psixatrop maddələr, güclü təsirə malik dərman preparatları dörd ədəd bağlamada aşkar olunaraq götürülmüş və sərhəd zastavasına gətirilmişdir. Sərhəd zastavasında bağlamalara baxış keçirilməyə başlanmışdır. Qeyd olunan bağlamalar açıldıqda içərisindən bükülü halda ümumi çəkiləri 42935 qram narkotik vasitə heroinə oxşar, 4080 qram narkotik vasitə tiryəkə oxşar, 2065 qram narkotik vasitə marixuanaya oxşar, 17960 qram psixatrop maddə metamfetaminə oxşar, 818 konvalyut (8180 ədəd) üzərində “Metadone-40” sözləri yazılmış, 76 konvalyut (1140 ədəd) üzərində Preqabalin-150 sözləri yazılmış, 10 konvalyut (210 ədəd) üzərində “Ovocept LD” sözləri yazılmış, 11 konvalyut (110 ədəd) üzərində “Pranol” sözləri yazılmış, 8 ədəd üzərinə Alprazolon sözləri yazılmış dərman preparatları olması müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş narkotik və psixatrop maddələr, həmçinin dərman preparatları qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Şahid6 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 07 fevral 2021-ci ildə DSX-nin əməkdaşları ona sərhəd pozucuları saxladıqlarını, həmin sərhəd pozucusunu sərhəd zastavası tərəfindən aparılması barədə bildirmişlər. O, həmin vaxt komendaturaya yaxınlaşmış, orada saxlanılmış şəxslərdən Eldənizi, DSX-nın əsgərinin müşayiətilə öz maşınına mindirmiş və sərhəd zastavasına aparmışdır. Orada olarkən əməliyyatçılardan bir nəfər onu hal şahidi kimi dəvət edərək, zastavada otaqların birində stolun üzərində düzülmüş çoxlu sayda bağlamaları göstərmişlər. Həmin bağlamaların içərisində isə narkotik vasitələrin olması barədə ona bildirilmişdir. O, həmin bağlamaları gördükdən sonra otaqdan çıxmış və zastavanı tərk edərək, kəndə öz evinə qayıtmışdır. Şahid6 ibtidai araşdırma zamanı verdiyi ifadəsində 07 fevral 2021-ci ildə keçirilmiş hadisə yerinə baxış istintaq hərəkətində iştirak etdiyini təsdiq etsə də, birinci instansiya məhkəməsinə verdiyi ifadəsində bu halı təkzib etmiş, yalnız 17-ci sərhəd zastvasının xidməti otağında içərisində narkotik vasitələr olan çoxlu sayda bükümlər gördüyünü bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir”. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan normasının işığınıda Şahid6 ibtidai araşdırma zamanı və məhkəmə baxışında verdiyi ifadələri digər sübutlarla müqayisəli təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq onun ibtidai araşdırma zamanı verdiyi ifadəsini mötəbər sübut hesab edib. Belə ki, Şahid6 ibtidai araşdırma zamanı verdiyi ifadə onun iştirakı ilə keçirilmiş və sonda tərtib olunmuş “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Baxış keçirilməsi haqqında” 07 fevral 2021-ci il tarixli protokollar ilə tam təsdiq olunur. Şahid6 hər iki prokolun tərtibində iştirak etmiş və iştirakını öz imzası ilə təsdiq olunmuşdur. Protokol iştirakçılara ucadan oxunsa da, iştirakçılar, o cümlədən Şahid6 və digər hal şahidi protokola şikayət, təklif və digər qeyd etməmişdir. Birinci instansiya məhkəməsində Şahid6 protokollarda adının qarşısında əks olunmuş imzanın özünə məxsus olmasını təsdiq etmişdir. Bununla da qeyd olunan istintaq hərəkəti protokollarının mötəbərliyini şübhə altına alınması üçün heç bir əsas yoxdur. Belə olan halda, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, Şahid6 təqsirləndirilən şəxslərlə həmkəndli və tanış olmaları ilə əlaqədar məhkəmədə ibtidai araşdırma dövründən fərqli ifadə verməsi istisna olunmur. Bu hissədə də apellyasiya şikayətinin dəlili təmin olunmamalıdır. Müdafiəçilər apellyasiya şikayətlərində həmçinin X11 və X3 məhkəmə iclasına dəvət olunması ilə bağlı vəsatətlərinin birinci instansiya məhkəməsi tərəfindən əsassız təmin olunmamasını mübahisələndirmişlər. İş materialları ilə müəyyən olunur ki, X11 və X9 ibtidai araşdırma dövründə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxslərlə aralarında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, bununla da ifadələr arasında olan ziddiyyətlər aradan qaldırılmışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq “prosessual qənaət” prinsipini rəhbər tutaraq həmin vəsatəti məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə təmin etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İ dəlil: Aşkar olunmuş külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatının İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi və təqsirləndirilən şəxslərin hər birinin əməllərini Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsinə dair iddianın qiymətləndirilməsi: Məhkəmə kollegiyası apellyasiya protestinin yuxarıda qeyd edilən dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin narkotik vasitələrin qaçaqmalçılığı hadisəsi üzrə məhkum olunmuş şəxslər X4, Məhkum3, Məhkum1 və Məhkum4 əməllərinin Cinayət Məcəlləsinin 32.5 206.2-ci maddəsi ilə tövsif etməsi əsaslı olmuş, məhkəmə bu halda maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, həmin Məcəllənin 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Cinayət Məcəlləsinin 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması – bu, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenum qərarının 10 və 11-ci bəndlərindən də irəli gələn qənaətdir). Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud Cinayət Məcəlləsinin 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, baxılan işdə narkotik vasitə olan heroin, tiryək və marixuana ilə bağlı (Cinayət Məcəlləsinin 206.2-cimaddəsində göstərilmiş predmetlərin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər qeyd olunan narkotik vasitəri Azərbaycan Respublikasına gömrük sərhədindən (İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Hazırkı iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, “Əli” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı dörd bağlamada külli miqdarda 1981,3 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 4030,5 qram narkotik vasitə olan tiryəki, 42029,6 qram narkotik vasitə olan heroini, ümumi təsir maddəsinin miqdarı 327,96 qram olan 8199 ədəd narkotik vasitə olan metadonu, külli miqdarda 16899,6 qram psixotrop maddə olan metamfetamini, 4 qram 8 ədəd psixotrop maddə olan alprazolamu, ümumi təsir maddəsinin miqdarı 171 qram təşkil edən 1140 ədəd güclü təsir edən dərman preparatı preqabalini İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmişdir (irəli sürülmüş ittihamda da qaçaqmalçılığın məhz bu şəkildə icra edilməsi təsvir edilmişdir). “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 1 №-li Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Cinayət Məcəlləsinin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq Cinayət Məcəlləsinin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq Cinayət Məcəlləsinin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq həmin Məcəllənin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir”. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə hazırkı iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin qabaqcadan razılaşmaqla iki və yaxud daha çox şəxs (qabaqcadqan razılaşmaqlla bir qrup şəxs) tərəfindən icra olunması və təqsirləndirlən şəxslər X4, Məhkum3, Məhkum1 və Məhkum4 da həmin şəxslərlə qabaqcadan razılaşmaqla Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətmələri barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və təqsirləndirlən şəxslərin Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırılmışdır. Belə ki, cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı yuxarıda qeyd olunan halı təkzib edən, yəni hazırkı iş üzrə qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin qabaqcadqan razılaşmaqla iki və yaxud daha çox şəxs (qabaqcadqan razılaşmaqlla bir qrup şəxs) tərəfindən icra olunmasını təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir və ona görə də həmin hallar ittihamın sübut olunmasında əsaslı şübhələr kimi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq məhkum olunmuş şəxslərin xeyrinə təfsir olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin,müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəlıi sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər X4, Məhkum3, Məhkum1 və Məhkum4 əməllərinin birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrinə tövsif edilməsinə münasibətdə aşağıdakları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndində tövsiyə olunur: “Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2- ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir.” Məhkəmə kollegiyası hesab edir ki, X4, Məhkum3, Məhkum1 və Məhkum4 Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər qeyd olunan maddələrlə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası iş üzrə təqsirləndirilən şəxs X1 ailəsində yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Məhkum3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Məhkum1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Məhkum4 “Vətən Müharibəsi”ndə iştirak etməsini, medalla təltif edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onların əməllərində həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilməməsi, habelə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini təyin olunmuş cəzanın islah olunmasına təsiri nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sankisiyası həddində azadllqdan məhrum etmə cəzasının təyin edilməsini cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin tələbləri baxımından məqsədəuyğun sayır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş materiallarında məhkum olunmuş şəxslərin barəsində Cinayət Məcəlləsinin 62 və yaxud 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiysı yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmündən müdafiəçilər Müdafiəçi10 Babaəli oğlu, Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi5, habelə məhkum edilmiş Məhkum4 tərəfindən ayrlı-ayrlıqıda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Dövlət ittihamçısı2 oğlu tərəfindən verilmiş apelyasiya protesti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü X4, Məhkum1, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə və həmin maddələrlə ayrı-ayrılıqda, eləcə də təyin edilmiş qəti cəzaya aid hissədə ləğv edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.2-ci maddəsinə əsasən tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan hal hesab edilir. Qeyd olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.2, 399.1.4, 399.1.4, 403.0.2, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKM ETDİ: Müdafiəçilər Müdafiəçi10 Babaəli oğlu, Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi5, habelə məhkum edilmiş Məhkum4 tərəfindən verilmiş ayrlı-ayrlıqıda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü X4, Məhkum1, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə və həmin maddələrlə ayrıayrılıqda, eləcə də sinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzaya aid hissədə ləğv edilsin. X4 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2 maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırki hökmlə təyin edilmiş cəzalar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü ilə X2 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla onun üzərində qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2 maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırki hökmlə təyin edilmiş cəzalar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü ilə Məhkum1 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla onun üzərində qəti olaraq 14 (on dörd) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum3 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2 maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırki hökmlə təyin edilmiş cəzalar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü ilə Məhkum3 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla onun üzərində qəti olaraq 14 (on dörd) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum4 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2 maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırki hökmlə təyin edilmiş cəzalar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü ilə Məhkum4 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla onun üzərində qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)-80/2022 nömrəli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara münasibətdə isə qərarın surəti onlara verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar