Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-424/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs3 və onun vəkili X4, Təqsirləndirilən şəxs1, onun müdaiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və onun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cavid Səfərli) xx xxxxxxx 1992-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Bakı şəhəri, Nərimanov rayonu, İ.Həmidov küçəsi, ev 48, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1992-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmuş, rəsmi olaraq işsiz, subay, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1998-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi olaraq işsiz, subay, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmaqla, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmaqla 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmaqla 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLLARİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Mobin” və "Arif” adı ilə tanıdıqları şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri əldə edib qrupun digər üzvünə çatdırmağa qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda təmiz halda çəkisi 6053,55 qram qurudulmuş marixuana, 1340 ədəd həb şəklində təsir maddəsinin miqdarı 53,6 qram metadon və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 9,620 qram tiryək narkotik vasitələrin Astara rayonu ərazisinə gətirilərək, Astara rayonunun Diquli kəndi ərazisində gizlədilməsindən sonra bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məlumat verməsindən sonra onlar tanışları Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra Bakı şəhərindən Astara rayonunun Diquli kəndinə gedərək həmin narkotik vasitələri əldə edib daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 8 iyul 2022-ci il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Astara rayonu, Diquli kəndi ərazisində, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının 15-ci sahənin arxa tərəfində saxlanılmış və iki ədəd bağlamanın içərisində olan külli miqdarda təmiz halda çəkisi 6053,55 qram qurudulmuş marixuana, 1340 ədəd həb şəklində təsir maddəsinin miqdarı 53,6 qram metadon və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 9,620 qram tiryək narkotik vasitələr üzərlərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 vəkili apellyasiya şikayətində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)- 36/2024 saylı hökmü ilə razılaşmır. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İranlı Mobin adlı şəxslə 6 kq narkotik vasitə götürməsi ilə bağlı danışmış, lakin onunla birlikdə Astara rayonuna gedən Asər və Familin bundan məlumatı olmamışdır. O, narkotik vasitə götürmək üçün getməyi barədə əvvəlcədən Asərə və Familə deməmiş, narkotik vasitəni götürüb gətirdikdən sonra Asər və Famil hadisədən xəbər tutmuşlar. 7 iyul 2022-ci il tarixdə Asər və Famillə Bakıdan Astara rayonuna getmişlər. Orada oteldə qalmışlar. Səhəri gün meşəlik ərazidə gəzən zaman Asər və Famildən aralanaraq iranlının göndərdiyi narkotik vasitələri axtarıb taparaq götürmüş, əllərində narkotik vasitələr olan bağlamalarla Asər və Familin yanına gəlmiş, bu vaxt hərbiçilər onları saxlamışlar. Asər və Famili Astara rayonuna istirahətə getmək adı ilə aparmışdır. Birinci instansiya məhkəmsi Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab etmişdir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Asər və Familin narkotik vasitələrdən məlumatları olmamış, onlara istirahət üçün Astaraya getmələrini təklif etmiş, meşə ərazisində narkotik vasitəni götürüb gətirdikdən sonra Asər və Famil hadisədən xəbər tutmuşdur” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, həm özü, həmdə ki, digər təqsirləndirilən şəxslərə münasibətdə müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları cinayət qrupunun digər üzvlərinin məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürmüşdür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadəsi mötəbər hesab edilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslandırılmadan istinad edilərək Təqsirləndirilən şəxs3 də Təqsirləndirilən şəxs1la əlbir olması qənaətinə gəlinmişdir. Halbuki, nə Təqsirləndirilən şəxs3 nə də ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əsl niyyətindən məlumatları olmamışdır. Məhkəmə sonuncunun məhkəmə iclasında verdiyi ifadəsini digər şəxsləri müdafiə etmək xarakteri daşıdığını qeyd etmiş lakin, ibtidai istintaq zamanı isə onun verdiyi ifadəsini əsas götürməklə heç bir araşdırma aparmadan birbaşa həmin ifadə digər təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddələrlə ittiham olunmasına və yekunda həmin maddələrlə cəzalandırılmasına səbəb olmuşdur. Halbuki, CPM-in 33.4, və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməli idi. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalı idi. Lakin, məhkəmə şablon olaraq məhkəmə iclasında verilmiş ifadənin “özünü müdafiə xarakteri daşıdığım” qeyd etməklə kifayətlənmişdir. CPM-nin 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi belə ittihamın həm ona münasibətdə həm də, müdafiə etdiyi şəxsə münasibətdə sübutların məcmusu ilə təsdiq edilmədiyindən ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki Mirəlini tanıyır, Asəri isə Astara rayonuna gedən vaxtı tanımışdır. 07 iyul 2022-ci il tarixdə Mirəli və Asərlə birlikdə Astara rayonuna istirahət etmək məqsədilə getmiş, Mirəlinin Astara rayonunda narkotik vasitə götürməsindən məlumatı olmamışdır. Astara rayonunda «Ağ körpü» istirahət mərkəzində gecələmişlər. Həmin tarixdə gəzmək məqsədilə meşə istiqamətinə getmişlər, meşə ərazisində olduqları vaxt Mirəli onlardan bir qədər aralanmış, sonra onların yanına əlində iki bağlama ilə qayıtmış, bağlamanın birini özündə digərini isə Asərə vermişdir. Mirəli bağlamalarda narkotik vasitə olmasını bilmişdir. Lakin o, Astara rayonunda, meşə ərazini tanımadığı üçün, meşadə azdığı halda vəhşi heyvanların onu parçalamasından qorxduğu üçün onlardan aralana bilməmişdir. Mirəliyə narkotik vasitəsini daşımaqda köməklik etməmişdir. 8 iyul 2023-cü il tarixdə sərhədçilər onları saxlayan zaman o və Asər Mirəlidən aralıda olmuşdur. Heç bir iranlı ilə əlaqə saxlamamış, Astara rayonuna narkotik vasitə götürmək üçün Mirəli ilə əvvəlcədən razılığı olmamışdır. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs3 kimi Təqsirləndirilən şəxs1 niyyətindən məlumatlı olmadığını qeyd etmişdir. Məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verdiyi ifadələrində göstərilən xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, onların məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi sözü gedən xüsusatları əsassız olaraq onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirmişdir. Onların verdiyi ifadələr Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi ilə bir daha təsdiq olunur. Lakin, nədənsə praktikada ibtidai istintaq zamanı əgər təqsirləndirilən şəxs təqsirini etiraf etmirsə və məhkəmə iclası zamanı etiraf edirsə məkəmə dərhal məhkəmə istintaqı zamanı verdiyi ifadəsini rəhbər tutur. Ancaq, əksinə olduqda isə ibtidai istintaq zamanı verdivi İfadəsinə istinad edir. Bundan əlavə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs3 inzibati qaydada saxlanılarkən onun müdafiə hüququ pozulmuş və məhkəmə iclası zamanı müdafiə hüququnun pozulması halını məhkəmənin diqqətinə çatdırsa da məhkəmə buna heç bir hüquqi qiymət verməmişdir. Bununla da CPM-nin 153cü maddəsinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs3 barəsində ittihamedici hökm çıxarılarkən məhkəmə tərəfindən məhkəmə baxışı zamanı toplanmış sübutlar və digər hallar sübut növü kimi qəbul edilməmiş, məhkəmə Cinayət Prosessual Qanunvericiliyinin tələblərini pozmaqla əsassız olaraq şahid qismində ifadə verən polis əməkdaşlarının verdiyi ifadələrini sübut növü kimi qəbul etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında dindirilmiş şahidlər bir birinə ziddiyyətli ifadələr vermişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda məhkəmədə ifadə vermiş şahidlərin onları saxlamadıqlarını qeyd etmişlər. Lakin məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Ona görə də məhkəmə kollegiyasından Təqsirləndirilən şəxs3 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-2024 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs3 barəsində bəraət hökümünün çıxarılmasını xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayətində göstərmişdir ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azəraycan Respulikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə ciayət əməlini törətdiyi iş materialları ilə sübuta yetirilməmişdir. Hökm aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməli və Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən AR Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyası çərçivəsində ədalətli qərar qəbul olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ittiham olunduğu AR CM-in müvafiq maddələri ilə təqsirinin iş materialları ilə sübuta yetirildiyini qeyd etsə də, bu “sübutetmə”nin nədən ibarət olduğu, iş materiallarında hansı mötəbər və təkzimolunmaz sübutların olduğu hökmdə əsaslandırılmamışdır. Halbuki, həm müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2, həm də digər təqsirləndirilən şəxslər verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən məlumatsız olduğunu, Bakı şəhərindən Astara rayonuna getməkdə məqsədinin istirahət etmək olduğunu, narkotik vasitələrdən yalnız Təqsirləndirilən şəxs1 həmin maddələri çantalarda gətirdikdən sonra məlumatlı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 6 iyul 2022-ci il tarixdə Mirəli adlı tanışı zəng edib dostları ilə birlikdə Astara rayonuna istirahətə getmək istədiyini demişdir. O, Mirəlinin təklifi ilə razılaşmışdır. 7 iyul 2022-ci il tarixdə Mirəli avtomobillə gəlib onu götürmüş, bu zaman avtomobildə Mirəlidən başqa iki nəfər də olmuşdur. O, həmin şəxsləri tanımamışdır. Sonradan avtomobili sürənin Nicat, digər şəxsin Famil olduğunu öyrənmişdir. Sonra onlar birlikdə Astara rayonuna getmişlər. Astara rayonuna çatan zaman avtomobildə nasazlıq yaranmış, həmin avtomobili Nicatla birlikdə göndərmişlər, özləri isə meşə istiqamətində hərəkət etmişlər. Orada “Ağ körpü” adlı istirahət mərkəzində yeyib-içmişlər. Daha sonra Sım şəlaləsi adlanan əraziyə getmişlər. Ərazidə gəzən zaman Mirəli bir yerə gedib gələcəyini, onu gözləmələrini bildirmiş, bu zaman o, Mirəlidən haraya getdiyini soruşduqda o, demişdir ki, gedib-gəlsin yaxşı olacaq. Mirəli təxminən bir saat sonra gəlmiş, həmin vaxt əllərində iki ədəd çanta ilə qayıtmışdır. Qayıdandan sonra Mirəli demişdir ki, çantalarda narkotik vasitədir. Sonra onlar bir qədər hərəkət etmişlər. Mirəli demişdir ki, Niva ilə bir nəfər Nicatla gəlib onları götürəcəkdir. Həmin meşəlik ərazi ilə hərəkət etdikləri vaxt onları sərhədçilər saxlamışlar. Astara rayonuna istirahət etmək məqsədilə getmiş, Təqsirləndirilən şəxs1 ona Astara rayonundan narkotik vasitə götürəcəyi barədə əvvələr heç bir söz deməmiş, heç bir iranlı ilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs1 meşədən narkotik vasitələrlə qayıtdığını bildikdən sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat verməməsinin səbəbi isə, həm meşəlik ərazidə olduğuna görə buna nə vaxtının olmaması, həm də Mirəli Ağalaronun onun dostu olması ilə əsaslandırmış və bu əməlilə görə AR CM-nin 307.1 -ci maddəsi ilə cəzalandırılmasına etiraz etməmişdir. Nə müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2, nə də digər təqsirləndirilən şəxslər inzibati qaydada saxlanılarkən vəkillə təmin olunmamışlar və onlara hüquqları izah edilməmişdir. Təəssüflər olsun ki, hər üç təqsirləndirilən şəxsin qeyd edilən konstitusion hüquqları pozulmuş, onlar yalnız Bakı şəhərinə Dövlət Sərhəd Xidmətinin İstintaq şöbəsinə gətirildikdən soma vəkillə təmin edilmişlər. Məhz bu səbəbdəndir ki, hər üç təqsirləndirilən şəxs Hərbi Hissədə saxlandıqları müddət ərzində fiziki və psixoloji təzyiqlərə məruz qaldıqlarını, müdafiəçi ilə təmin olunmadan onlardan alınmış ifadələrində həqiqətə uyğul olmayan məlumatlar verdiklərini, yalnız istintaq orqanına gətirildikdən və müdafiəçi ilə təmin olunduqdan sonra sərbəst iradələrinə və həqiqətə uyğun ifadələr verdiklərini bildirmişlər. Məhkəmə tərəfindən məhkəmə istintaqı natamam keçirilmiş, 11 nəfər şahiddən yalnız 6 nəfər şahid dindirilmiş, digər 5 nəfər şahidin məhkəmə iclasına çağırılaraq dindirilməsi təmin edilməmiş, sədrlik edən hakim müdafiəçilərin mövqeyini soruşmadan məhkəmə istintaqının yekunlaşdığını elan etmişdir. Halbuki, məhkəmə tərəfindən dindirilməyən şahidlərin məhkəməyə verəcəyi məlumatlar kifayət qədər əhəmiyyət kəsb edirdi və işin faktiki halları üzrə düzgün nəticəyə gəlinməsi məqsədi ilə zəruri olmuşdur. Bununla da, belə nəticəyə gəlmək olar ki, həm ibtidai istintaq, həm də məhkəmə araşdırması qeyri-obyektiv aparılmış, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətdiyi sübuta yetirilməmişdir. Ona görə də məhkəmə kollegiyasından Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024) saylı hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 234.4.1 və 234.4.3cü maddələrindən AR Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyası çərçivəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayətində göstərmişdir ki, istintaqın gəldiyi nəticəyə görə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamlarla deyil, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə təqsirli bilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs narkotik vasitəni satış məqsədilə deyil, yalnız üzünün istifadəsi üçün götürmüş və CM-nin 206-cı maddəsində təsbit olunmuş qaçaqmalçılıq cinayətini nə törətmiş, nə də törədilməsində hər hansı formada iştirak etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə iclasında qeyd etdikləri məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamın əsassızlığı, eləcə də şübhəli olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur. Müdafiə tərəfi olaraq hesab edir ki, işə baxan məhkəmə əsassız olaraq hüquqlarını müdafiə etdiyi şəxsi işin hallarını hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq daha ağır maddələrlə məhkum etmişdir. Odur ki, məhkəmə kollegiyasından həmin hallara xüsusi diqqət yetirməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 1.2 və 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə görə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 9.1, 9.1.1 və 9.1.3-cü maddəsinə görə bu Məcəllənin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlarda göstərilənlərlə heç bir əlaqəsi yoxdur. Hesab edirə ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamlar birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamış və həmin ittihamlar heç bir mötəbər sübuta istinad olunmadan “təsdiq olunmuşdur.” Beləliklə, müdafiə tərəfi olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə aidiyyətinin olmaması təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Ali Qanunun tələbindən də görünür ki, məhkəmə şəxsin təqsirliliyi ilə bağlı şübhəyə düşməməli və istinad olunan əməli həqiqətən onun törətməsini qanunvericiliklə müəyyən edilmiş qaydada toplanmış və tədqiq olunmuş sübutlarla müəyyən etməlidir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş ittihamlardan CM-nin 206-cı (32.5, 206.3.2-ci) maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və qeyd olunan maddənin sanksiyası həddində aşağı həddə cəza təyin edilməlidir. Dövlət ittihamçısı verdiyi apellyasiya protestində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham düzgün həll edilsə də məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun əməlində cinyətlərin residivinin yaranmasını düzgün nəzərə almamışdr. Belə ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayəti törtmsi ilə əməlində cinayətlərin təhlükəli residivi yarandığı halda məhkəmə əməldə sadə residivin yarandığını hesab etmişdir. Azərbaycan Respublikası CM-in cinayətlərin residivi və onun növləri adlanan 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə həmin şəxsin residivi təhlükəli residiv sayılır. AR CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. AR CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə Təqsirləndirilən şəxs3 istinad edilən CM-in 206.3.2-ci maddəsi ilə təyin edilə bilən ən aşağı həddə cəza 5 il 4 ay ola bildiyi halda ona bu maddə ilə 5 il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilə bilən cəzanın ən aşağı həddi 8 il ola bildiyi halda ona bu maddə ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Ona görə də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)- 36/2024 saylı hökmünün Təqsirləndirilən şəxs3 CM-in 65.2-ci maddəsinin tələbinə uyğun həddə cəza təyin etməklə hökmün dəyişdirilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı protestin təmin edilməsini məhkum edlmiş şəxslərin vəkilləri tərəfindən verilmiş apellyasiya şkayətlərinin təmin edilməməsini xahiş etmişdir. Müdafiəçilər vermiş olduqları apellyasiya şikaytlərini müdfiə edərək müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş etmişlər. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərinin tövsifinin Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə dəyişdirməsi, Təqsirləndirilən şəxs2 əməlinin tövsifini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə dəyişdirməsi düzgün olmuşdur. Onların qeyd edilən cinayətləri törətmələri onların özlərinin istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istitaqı zamanı qismən etiraf edici ifadələri, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, Şahid4, Şahid8 ifadələri, və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İranlı Mobin adlı şəxslə 6 kq narkotik vasitə götürməsi ilə bağlı danışmış, lakin onunla birlikdə Astara rayonuna gedən Asər və Familin bundan məlumatı olmamışdır. 7 iyul 2022-ci il tarixdə Asər və Famillə Bakıdan Astara rayonuna getmişlər. Orada oteldə qalıblar, səhəri gün meşəlik ərazidə gəzən zaman Asər və Famildən aralanaraq iranlının göndərdiyi narkotik vasitələri axtarıb taparaq götürmüş, əllərində narkotik vasitələr olan bağlamalarla Asər və Familin yanına gəlmiş, bu vaxt hərbiçilər onları saxlamışlar. Asər və Famili Astara rayonuna istirahətə getmək adı ilə aparmışdır. Asər və Famil narkotik vasitəni Astara rayonundan götürdükdən sonra bilmişlər. Əməlindən peşimandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Mobin və Arif ilə yalnız marixuananın daşınması barədə razılaşmışmış, başqa narkotik vasitələr barədə heç bir razılaşma olmamış, Mobin ona 1,5 kq marixuananı öz istifadəsi üçün verəcəkdi. O, narkotik vasitə götürmək üçün getməyi barədə əvvəlcədən Asərə və Familə deməmiş, narkotik vasitəni götürüb gətirdikdən sonra Asər və Famil hadisədən xəbər tutmuşlar. O, narkotik vasitəni iranlıların göndərdiyi konum istiqamətində gedərək tapmışdır. Asər və Famil narkotik vasitə barədə məlumatlı olduqdan sonra əlavə maşın olmadığı üçün məcbur qalıb onunla geri qayıtmışar. O, narkotik vasitəni götürməyə tək getmiş, Asər və Famil təxminən 1 km aralıda gözlənmişlər. O, Asər və Familin yanına qayıtdıqdan sonra əməliyyatçılar onları saxlamışlar. O, Asər və Familin yanına gəldikdən sonra onlar əlində olan bağlamada nə olduğun soruşduqda o, onun narkotik vasitə olduğunu bildirmişdir. Bakıdan yola düşən zaman Asərə narkotik vasitə götürmək üçün getmələri barədə heç bir məlumat verməmişdir. Məhkəmədən ona güngül cəza verilmməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə birinci instansiya məhkəməsinin istintaqında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, saxlanılmamışdan bir müddət əvvəl Mobin və sonuncunun dayısı Arif adlı İran İslam Respublikası vətəndaşları ilə telefonla danışan zaman Mobin ona özü və Arifə məxsus narkotik vasitəni İrandan qaçaq yolla Azərbaycana göndərəcəklərini demiş, həmin narkotik vasitələri deyəcəyi yerə qoymasını təklif etmişdir. İlk vaxtlar Mobinin təklifləri ilə razılaşmasa da bir müddətdən sonra pula ehtiyacı olduğundan Mobin və Arifin təklifləri ilə razılaşmalı olmuş, həmin vaxt Mobin 15 kiloqram narkotik vasitə marixuana göndərəcəyini, bunun qarşılığında ona 6000 manat pul verəcəyini bildirmişdir. Həmin vaxt Mobinlə Arifin təklifi ilə razılaşmayaraq yol-yöntəm bilmədiyini dedikdə Mobin, o və sonradan adının Famil olduğunu bildiyi şəxs "WhatsApp” mobil tətbiqi üzərindən videokonfransla əlaqə saxlamış və həmin danışıqlar zamanı Mobin adlı şəxs onunla Famili tanış etmişlər. Bundan sonra bir dəfə Famillə görüşmüşdür. Mobin və Ariflə iş görərsə tutulacağından qorxduğu üçün onlarla əlaqəni kəsməyə çalışsa da, Mobinlə Arif mütəmadi olaraq onunla danışaraq qorxmamasını, hansısa bir problem olmayacağını bildirmişlər. Bundan sonra o, məhz Famillə əlaqə saxlayaraq sonuncudan Mobin və Arifin necə adam olduqlarını ilə maraqlanmışdır. Həmin danışıqlarda Famil ona iranlı Mobinin və Arifin sözünə qulaq asmağın təhlükəli olduğunu, həmçinin onlarla razılaşarsa İran İslam Respublikasına qaçaq yolla keçib oradan narkotik vasitə gətirməyin təhlükəli olduğunu, ancaq sərhəddin Azərbaycan Respublikası tərəfindən onların qaçaq yolla göndərdiyi narkotik vasitəni götürə biləcəyini demişdir. Bundan sonra Mobin və Ariflə danışıqlara davam etmiş və sonuncularla xx.xx.2022-ci il tarixdə razılaşmışdır ki, Azərbaycan ərazisinə qaçaq yolla göndərilən narkotik vasitəni götürüb onların dediyi yerə qoyacaqdır. Həmin vaxt Asər adlı tanışı yanında olmuş, Asərin pula ehtiyacı olduğunu bildiyindən Mobin və Arifin təklifi barədə Asərə məlumat vermiş və əgər ona bu işdə kömək edərsə bunun qarşılığında Asərə pul verəcəyini vəd etmişdir. Asər də onun təklifi ilə razılaşmışdır. İranlılar, yəni Mobinlə Arif adlı şəxslər ona icarəyə avtomobil götürüb Astara rayonuna gedib oradan özlərinin qaçaq yolla göndərdikləri narkotik vasitələri götürməsini demişlər. Özünün, Familin və Asərin sürücülük vəsiqələri olmadığı üçün icarəyə götürdükləri avtomobili sürməsi üçün tanışı Nicat adlı şəxsə onları sürücü kimi Astara rayonuna aparmasını, buna görə də Nicata vaxtı olarsa rayonda birlikdə dincəlməyi təklif etmişdir. Nicat da onun təklifilə razılaşmışdır. Bundan sonra 6 iyul 2022-ci il tarixdə, saat 15 radələrində o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid10 ilə birlikdə icarəyə götürdükləri avtomobillə Bakı şəhərindən yola düşmüşlər. Həmin gün, saat 19 radələrində Astara rayonu, Hamuşa kəndinə çatmışlar. Yolda olduqları zaman Mobinlə Arif ona gedəcəkləri yerin konumunu yollamış və narkotik vasitənin 6,5 kiloqram olduğunu, buna görə də ona 3000 manat verəcəklərini demişlər. Onlar həmin gün Hamuşa kəndində gecələmişlər. 7 iyul 2022-ci il tarixdə avtomobilin altı alçaq olduğundan və ərazi relyefinə görə avtomobil hərəkət edə bilmədiyindən qərara gəlmişlər ki, Nicat avtomobillə Bakı şəhərinə qayıtsın. Buna görə də Hamuşa kəndində Famil və Asərlə birlikdə avtomobildən düşüb iranlı Mobin və Arifin göndərdiyi konum istiqamətində hərəkət etmişlər. Həmin istiqamətdə irəlilədikləri zaman Famillə Asər yaxınlıqda olan şəlalənin yanında dayanmış, o, Famillə Asərdən aralanıb göndərilən konum istiqamətində irəliləmişdir. 7 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Mobin və Ariflə razılaşdıqları yerə hərəkət etmiş və onların narkotik vasitəni qoyduğu yeri görmüşdür. 7 iyul 2022-ci il tarixdə, saat 20 radələrində içərisində narkotik vaitələr olan iki ədəd bağlamanı gizlədildiyi yerdən götürüb Famillə Asərin yanına gəlmiş, əlində olan bağlamalardan birini Asərə vermişdir. Həmin gün o, Famil və Asər meşədə azmışlar və gecəni meşədə qalmışlar, 8 iyul 2022-ci il tarixdə hava işıqlaşdıqdan sonra yola davam etmişlər və saat 17 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra hər şeyi səmimi danışaraq içərisində narkotik vasitələr olan bağlamaları əldə etdiyi yeri göstərmişdir. Arif ona özünün Mobinin dayısı olduğunu demişdir. Mobinin mobil nömrəsini telefonuna "Mobin” kimi qeyd etmiş, Arifin mobil nömrəsini bilməmiş, Ariflə Mobinin telefonu üzərindən danışmışdır. Asəri təxminən bir il olar tanıyır, Famili isə əvvəllər tanınamış, sonuncu ilə iranlı Mobin və Arif adlı şəxslər tanış edib. Mobinlə Arif içərisində narkotik vasitələr olan bağlamaları kiməsə vermək barədə nəsə bir söz deməmiş, həmin bağlamaları Bakı şəhərinə gətirdikdən sonra iranlılara bu barədə məlumat verməli, bunun qarşılığında isə ona 3000 manat pul çatmalı olmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab etmişdir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində "Asər və Familin narkotik vasitələrdən məlumatları olmamış, onlara istirahət üçün Astaraya getmələrini təklif etmiş, meşə ərazisində narkotik vasitəni götürüb gətirdikdən sonra Asər və Famil hadisədən xəbər tutmuşdur” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, həm özü, həmdə ki, digər təqsirləndirilən şəxslərə münasibətdə müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları cinayət qrupunun digər üzvlərinin məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirmişdir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində "Mobin adlı İran vətəndaşı "WhatsApp” vasitəsilə videokonfransla əlaqə saxlayıb onu Famillə tanış etməsi, sonuncu göndəriləcək narkotik vasitəni götürə biləcəklərini deməsi, Mobin və Arifin təklifi barədə Asərə məlumat verməsi, kömək edərsə bunun qarşılığında pul verəcəyini vəd etməsi, Asərin də onun təklifi ilə razılaşması” xüsusatlarını işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsinin istintaqında Təqsirləndirilən şəxs3 özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki Mirəlini tanıyır, Asəri isə Astara rayonuna gedən vaxtı tanımışdır. 07 iyul 2022-ci il tarixdə Mirəli və Asərlə birlikdə Astara rayonuna istirahət etmək məqsədilə getmiş, Mirəlinin Astara rayonunda narkotik vasitə götürməsindən məlumatı olmamışdır. Astara rayonunda «Ağ körpü» istirahət mərkəzində gecələmişlər. Həmin tarixdə gəzmək məqsədilə meşə istiqamətinə getmişlər, meşə ərazisində olduqları vaxt Mirəli onlardan bir qədər aralanmış, sonra onların yanına əlində iki bağlama ilə qayıtmış, bağlamanın birini özündə digərini isə Asərə vermişdir. Mirəli bağlamalarda narkotik vasitə olmasını bilmişdir. Lakin o, Astara rayonunda, meşə ərazini tanımadığı üçün, meşadə azdığı halda vəhşi heyvanların onu parçalamasından qorxduğu üçün onlardan aralana bilməmişdir. Mirəliyə narkotik vasitəsini daşımaqda köməklik etməmişdir. 8 iyul 2023-cü il tarixdə sərhədçilər onları saxlayan zaman o və Asər Mirəlidən aralıda olmuşdur. Heç bir iranlı ilə əlaqə saxlamamış, Astara rayonuna narkotik vasitə götürmək üçün Mirəli ilə əvvəlcədən razılığı olmamışdır. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 6 iyul 2022-ci il tarixdə Mirəli adlı tanışı zəng edib dostları ilə birlikdə Astara rayonuna istirahətə getmək istədiyini demişdir. O, Mirəlinin təklifi ilə razılaşmışdır. 7 iyul 2022-ci il tarixdə Mirəli avtomobillə gəlib onu götürmüş, bu zaman avtomobildə Mirəlidən başqa iki nəfər də olmuşdur. O, həmin şəxsləri tanımamışdır. Sonradan avtomobili sürənin Nicat, digər şəxsin Famil olduğunu öyrənmişdir. Sonra onlar birlikdə Astara rayonuna getmişlər. Astara rayonuna çatan zaman avtomobildə nasazlıq yaranmış, həmin avtomobili Nicatla birlikdə göndərmişlər, özləri isə meşə istiqamətində hərəkət etmişlər. Orada "Ağ körpü” adlı istirahət mərkəzində yeyib-içmişlər. Daha sonra Sım şəlaləsi adlanan əraziyə getmişlər. Ərazidə gəzən zaman Mirəli bir yerə gedib gələcəyini, onu gözləmələrini bildirmiş, bu zaman o, Mirəlidən haraya getdiyini soruşduqda o, demişdir ki, gedib-gəlsin yaxşı olacaq. Mirəli təxminən bir saat sonra gəlmiş, həmin vaxt əllərində iki ədəd çanta ilə qayıtmışdır. Qayıdandan sonra Mirəli demişdir ki, çantalarda narkotik vasitədir. Sonra onlar bir qədər hərəkət etmişlər. Mirəli demişdir ki, Niva ilə bir nəfər Nicatla gəlib onları götürəcəkdir. Həmin meşəlik ərazi ilə hərəkət etdikləri vaxt onları sərhədçilər saxlamışlar. Astara rayonuna istirahət etmək məqsədilə getmiş, Təqsirləndirilən şəxs1 ona Astara rayonundan narkotik vasitə götürəcəyi barədə əvvələr heç bir söz deməmiş, heç bir iranlı ilə əlaqə saxlamamışdır. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə onu Astara rayonu ərazisində yerləşən DSX-in 8-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər, orada digər hal şahidi dəolmuşdur. Xidməti otaqda onlara bildirilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamaları əldə etdikdən sonra saxlanıldıqları hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş bağlamalara baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və razılıqları olduqdan sonra baxış başlanılmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları yeri əlləri ilə göstərmişlər. Həmin yer Astara rayonu, Diquli kəndi olmuş və həmin yerə baxış zamanı iki ədəd bağlama aşkar edilmişdir. Aşkar edilərək götürülmüş bağlamalara baxış keçirilmiş, bağlamalara baxış keçirilən zaman içərisindən kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə və üzərilərində “M/40” yazısı olan həblər aşkar edilmiş, qeyd olunan maddələr çəkilərək sayılmışdır. Baxış keçirilməsi barədə protokollar tərtib olunmuş, həmin protokollar iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 iyul 2022-ci il tarixli 7/753 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qara üzərində ...Marixuanna.. yazısı olan 01 (bir) ədəd karton qutudakı qara rəngli idman çantasının içərisində 04 (dörd) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 845qram; 620 qram; 600 qram; 40 qram; və həmin çantanın yan cib hissəsindən götürülmüş 01 (bir) ədəd sellofan torbacığda təmiz çəkisi-3,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuannadır. Tədqiqata təqdim olunmuş üzərində ..Marixuanna.. yazısı olan 1 (bir) ədəd karton qutudakı qara rəngli idman çantasında 3 (üç) ədəd polietilen bağlamalarda vyrıayrılıqda təmiz çəkiləri: 940 qram; 240 qram; 965 qram;, olan bitki mənşəli kütlələr tərkibindəç narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuannadır. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitələri qurudulmuş marixuanna 6052,8 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 iyul 2022-ci il tarixli 6/3751 nömrəli rəyindən görünür ki, Təqdim olunmuş ümumi sayı 1340 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 53,6 qram (1ədəd həbdə 0.04 qram) təşkil edir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasıtələr”-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş üzərində “Amoxicillin” göstəricisi olan 6 ədəd kapsulanın tərkibində narkotik, psixotrop maddələr aşkar edilmədi və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Si/ən ları ’na və Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları na daxil deyildirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitə tiryək 9,570 qram, metadon həbləri 1310 ədəd və Amoxicilin kapsulası 5 ədəd. qurudulmuş marixuanna 6052,8 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli 4805 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannabionidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixlİ 4805 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 4951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2684, 1830 və 2689 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlu ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxslər hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadırlar, onların məcburi müalicəyə ehtiyacları yoxdur. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 15-ci sahəsidir. Həmin istiqamətdə saxlanılmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları yerdən ümumilikdə iki ədəd bağlama aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları ərazidən aşkar olunaraq götürülmüş olan bağlamalara baxış keçirilən zaman içərisindən bükümlə birlikdə çəkisi 6625 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddə və 1340 ədəd həb aşkar olunmuşdur. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş və istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə, saat 15:46- da “Qaqamsan ölürəm sənöl dünən gecədən buyana kola çəkməmişəm gələndə qardaşına o hediyyə dediyin adina layiq bir şey gətir sənə qurban olaram qaqam ama elə eləki yanimdaki şübhələnməsin aşaği çağır denən işim var qiraqda ver” məzmununda SMS yazışmasının olması aşkar edilmişdir. İş materiallarında olan 21 avqust 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş və istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə “***-***-**-**” (Xaliq Zeynalovun adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 16:45-da “Gözdə həyətdəyəm malı ayırıram yığma” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 03:18-da “Başa düşmədime mən bu nə hərəkətdi e, ala xiyar bled camaatın malın götürdün apardın ... dolamısan telefona cavab verdəə” məzmununda SMS yazışmasının olması aşkar edilmişdir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy A12» markalı qara rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqramı açmaq üçün istifadə olunan şifrə “8888”-dir. Qeyd olunan proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dür. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixdə mobil telefonun yaddaşında adı “Behbut” kimi qeyd edilmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında bir neçə dəfə cavabsız arama, bundan başqa xx.xx.2022-ci il tarixdə mobil telefonun yaddaşında adı qeyd edilməmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında bir halda cavabsız arama, həmçinin də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mobil telefonun yaddaşında adı “Mobin” kimi qeyd edilmiş şəxsin “+98-939-57193-60” saylı nömrəsi arasında mütəmadi olaraq telefon danışıqlarının olması aşkar edilmişdir. Bundan başqa, şəxsiyyəti istintaqa Mobin kimi məlum olan, narkotik vasitələri qanunsuz yolla İİR-AR istiqamətində göndərən şəxsin istifadəsində olan “+98-939-571-9360” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrənin “WhatsApp” proqramı arasında xx.xx.2022-ci il tarixdə “Ay qardaş sən bu taya, bizim taya keçmiyəcəysən ki, sən də gələcəysən sərhəddin qırağına, biz də gələciyiy, sən dayanaciysən öz tayıvızda, bizim taya keçmiyəcəysən sən, biz ordan malı verəciyiy, sən götürüb çıxıb gələciysən, əlbəəl malı verəciyiy, götürüb çıxıb gedəciysən, elədi qardaş yoxsa bu taya bizim yanımıza keçib nəyə gələciysən bu taya qardaş?”, “Gecə keçmək məhləhətdi yoxsa gündüz”, “Uşaqların da qardaş birini al yanaaa, büyünləri çıx gəl qalmaginən sən, biz də çıxax gələy orda o, sərhəddin qırağına, sən əslində keçmiyəciysən, biz malı ordan gətirib verəciyiy sənə, sən götürüb çıxıb gedəciysən elədi qardaş, yoxsa bizim taya keçməylik bir iş yoxdu”, “İnternet işləyir orda, konum izləməy olur?”, “Qardaş indi çıxginən, gəl ora biz dediyimiz yerə, mal zad götürmə, boş-boşuna bax bələddəginən, gör nətərdi, biz genə məsləhət bilirik də, biz oranı məsləhət bilməsək sənə demərik gəlginən ora, yoxsa biz səni yandırmarıq, biz öz malımızı yolluyuruqsa isdiyirıx yaxsı bir yerdi, orudan yolluyurux, sən arxayınolginən, başıva dönərəm, sən büyünləri çıx gəl tez, gəl oralara yaxşı baxginən, eləginən axşam da gəl rahat malı götür çıx getginən, başıva dönərəm, bügün qalmasın, məni yığ deyim”, 02 fevral 2022-ci il tarixdə “Qardaş orda kənd vardı, Həmşan kəndi, Həmşan, Həmşan kəndinin yaxınlıxlarından bir dənə kənd hardan tapırsan tap, adam olsa deginən ordan konum vardı, qoy konumu tapım sənə atım, bax qardaş dağ kənddər buradı bax ,Həmşan kəndi, Turad kəndi”, “Gözdə qardaşım bir dənə maraqıanax kəndnən”, “Yaxşı, salam qardaş, necəsən”, “Salam”, “Qardaş nə edirsən”, “Qorxurlar”, “Gələ bilmədin indi qaqa”, 03 fevral 2022-ci il tarixdə “Salam, necəsən, qardaş neynədin, qaqa”, “Mobin qardaşım”, “Can qardaş”, “salam”, “Salam, neynədin qaqa”, “Qardaş onu tez qoydur, qardaş göndərmisər çeki, adam qayıdıb evə?, başıva dönərəm onu 20 dənə denən haa, adamnan danışmışam gəlib hamsını aparacaq, birdən az qoyar piz vəziyyətdə qalmıyım”, "Qardaşım demişəm, arxayın ol, 20 dənə daş demişəm bağlıyalar, bir saat yarıma iki saata mənə vaxt ver, başıva dönərəm”, "Yaxşı qardaşım, saat on ikiyə işdiyib iyirmi dəyqə, uje yəqin ki saat maksimum birə qaədər həll olunar, oldu brat”, "Qaqa”, xx.xx.2022-ci il tarixdə "Aycan qaqa”, "bir saata ünvan əlindədi bir saata”, "5 qr torpaq elədim”, "Qurban sənə elə eləmə, daş danışmışam uşaqnan, daş verməliyəm, torpağa adam tapa bilmiyəcəm”, "Qardaş valla xalis daş atmadılar and ola Allaha”, "qalacaq əlimdə vaxt itirəcəm”, "o malı mənə and ola Allaha mənə irmidən verdilər”, "Bildim ee, 15 daş, 5 kola oldu?”, "10 daş 5 torpaq”, "Ay qaqa elə eləməə, qurban olum sənə, belə danışmadıq axı biz, mən dedim axı sənə satıb pul düzəldib sabah yola çıxmaq istiyiriy, and ola Allaha”, "And ola Allaha qardaş mən elə eləmək isdəmirdim, yəni bu belə oldu”, "10 daşnan torpaqnan mən neyniyəcəm aa qardaşım, ona de təcili 15 daş eləsin, heçolmasa torpaq lazım deyil, qalacaq əlimdə, 10 dənə daş 300 m elir, bəs etmiyəcək, pul bizə elə 250 m maşına verməliyik, benzini var yolumuz var, denən 15 daş eləsin, vallah yubanacıyıq”, "Qardaşcani, yəni mən əlimdən gələni elədim qağa, indi obiridən pulun üsdünə də bir az elə qoydum verdim elə 15 dənə, amd ola allaha məndə pulu zadı nə variydi verdim hamısını M40 zada, and ola allaha yoxsa özün bilirsən də olar mənim əlimdə bir şey dəyil”, "20 dən camaat burda satır ee”, "Çalı bağlıyıb ee qardaş, malı bağlıyıb, day bir də desəm, yarı olar, bağlamaz, malımı nə demişəm day onu bağlıyıbdı, hazır qalıb, bir də desəm onu dəyişginən qarışar ünvannar”, "malı sən necə 20m dan alırsan qardaş?”, "bunu götürginən, bu cür yerbəyer eləginən, inşallah sabahları çıxginən, görək neyniyəbilirik qardaş, onnan sora hər şey yaxşı olacaq arxayın olginən”, "Valla qardaş belə çıxa bilmirəm axı mən yola, anad ola Allaha belə yola çıxa bilmirəm, pul çatmıyacaq, qardaş Allah haqqı çaymıyacaq, deyərəm sənə 260 manat, 250-260 manat niva maşının iki günnüy rayonu rentekarıdı, bir 50-60 manat bunun yanacağı, bu elədi 300-320 manat, düzdü, indi bizim yolumuz da var, burdan kəndə gəliriy, ora gəliriy, bir qalmağa eləməyə yerimiz yurdumuz, başa düşdün, yəni yolda siqeretimiz, suyumuz nə bilim özümüzə üsdümüzə bir-iki şey götürməliyik, o boyda yol gələciyik, yəni belə şeyləri nəzərə almaq lazımdı, bizə aşağısı 500 manat pul lazımdı, mən qardaş sənnən isdədim sən dedin ki imkanım yoxdu, düzdü?, mən də bir söz demədim ki, sən mənə onsuz da 15 dənə torpaq verməliydin düzdü qardaş?, mənə demişdin ki pul atginən mal götürginən, mən onun üsdündə onu bağlatdırım səninçün, qardaş başıvadönərəm mən səndən 15 dənədən başqa heç nə istəmədim ki, mən sənə 10 dənənin pulunu vurdum dedim ki, qardaş onun üsdünə 10 dənə də qoyginən, öz işimizdən ötəri də, vəziyyətdən çıxaq, yəni belə pis çıxmasın, öz işimizdən ötəri, maşını götürə bilək, yanacağı vura bilək, üsdümüzdə 5-10 manat pul olsun, qala biləy orda bir 20-30 manata bir yer tutaq qalaq, qardaş sən belədə kömək eləmirsən elə də kömək eləmirsən, amma bizdən deyirsən ki, durginən oboyda yolu məsələmçün gəlginən, qardaş hər şey mənim boynumda qalır axı, qurban olum sənə, sən 5 dənə torpaq bağlatdırmısan 10 dənə daşın üsdünə, torpağa məndə bu dəyqə adam yoxdu, axırıncı dəfə torpaq zay gəldi, demirəm heç kim məndən torpaq almır, istəmir qardaş, torpağı kimə deyirəm mənə deyir lazım deyil isdəmirəm, mənim öz kanalım var, torpaq mənim əlimdə qalacaq, torpağı qoydum bir qrağa, düzdü?, 10 dənə daşı da optavoy danışmışam, 30 manatdan verəcəm 300 manat alacam, 300 manat bəs eləmir axı qardaşım, sən heç olmasa bunu 15 dənə daş eləsən mən ondan alardım 400 manat, 300 manat mənim yanacağımnan maşınım, 100 manat da üsdümdə qalardı, götürərdim orda 30 manat verərdim qalardım Masallıda, 70 manat dakı, üsdümdə nə bilim bıçaq mıçaqx nə bilim siqaretimizi, suyumuzu alardıq da 2 saat yol gedəciyik, belə pis çıxamasın, qardaş belə şeyləri fikirləşmək lazımdı, mən burda yalan danışmıram ee, real danışıram, yəni mən adam tapşışam, fikrimizdə də ciddidir inşallah gəlirik, səsə qulaq as, amma mənim pulum düzəlməsə gələ bilmiyəcəm”, "Sabah qardaş, yerbəyer eliyərəm ee qadaaa alım, bunu götürginən sabah yerb\yer eliyərəm,sabah sənə pul düz-qoş eliyərəm, 150 manat zad düz-qoş eliyərəm, başıva dönərəm, day belə oldu da and ola Allaha”, "1-2 gün də yubanacaq, heç nə onda yaxşı, malı qoydur, sabaha 150 sən yolluyarsan, atarsan kartıma çıxarıq yola inşallah, qardaş nə xəbər adamnan, çıxıb qoymağa?”, "Darıxma ünvan gələn kimi atacam”, "hansı tərəfə gedəy”, "diyəcəm”, "yaxşı bir də ünvanı mənə atsan cavab verməsəm narahat olma, telefonu zaryatkaya qoymuşam, tez-tez whatsapa baxacam, qaada alaram, gözdüyürəm”, "yaxşı”, "qaqa get götür”, "öpürəm, 10 daş 5 kola qoyub?”, "götürdün?, hə”, "yaxşı qaqa götürdüm əmanəti”, "yaxşı qardaş”, "səhər 8-9 yatmasam o qardaşnan yiğacam səni, görüntülü danışaq, etraflı məsələni, sən hərşeyi öyrən dayıdan, nə necə olacaq, səhər biz özümüz danışaq, sən sabah 9-8 da çıx, biz də çıxaq”, "əvvəl oturaq danışaq, telefonda etraflı”, "yaxşı”, "problem yoxdu”, "çıxaq yola”, "deyirsən indi dayıma deyim gəlsin danışaq”, "oldu qardaş öpürəm, yoxe sən bütün məlumatları dayıdan öyrən ki, səhər o qardaşın yanında biz səni yığanda danışanda suallara cavab verə biləsən”, "yaxşı, set olmasa promoy yığ məni”, "yaxşı”, "qaqa yığ məni”, "danışa bilmirəm qardaşım yaz”, "deyirəm ki qardaş sabahlarım sən ordan rentekardan maşın götürmüyəssən deyirəm o maşın niva maşını olur ee sizdə onnan götürəciysən, bir də ki onun cipiesi olur, cipiesin onun Bakıda qət eliyib çıxardeysən də yəni”, "he qardaşım bilirəm, oların hamısını, səhər ətraflı danışarıq inşallah, səhər ertədən 8-9 yığacam səni, qardaşım bu niyə belə edir ee, malı çəkirəm 7 qr daş qoyub, 8 qr kola, neyniyək qardaşım işdəmiyəy sənnən?, olmadıki bu, camaat aşağda məndən 10 qr daş gözdüyür, mən necə gedim deyim ki, 7 qr daş var, vallah əsəblərim pozulur ee”, "Sən öl qardaş canı mənə dedi ki, yarı torpaq atılıb, yarı daş atılıb, mən dedim ki, neynək 10 dənə daş elə, 5 dənə torpaq, 10 dənəsini mənə deyirsən bilirəm, bu da gətirib belə eliyib yarı-yarı eliyib”, "neysə, her dəfə bir problem, hamısı da mən mal göptürəndə olur”, "boş ver ee qardaş sən buları boş ver, sən sabahları işivin üsdündə olginən, bundan belə öz işimizi özümüz görək də, başqasınnan mal götürmüyək ,bunnan sonra öz malımız olsun əlimizdə”, "7 dənə daşa 210 m pul edir, düşüb aşağı verirəm, qaldı 8 dənə torpaq, səhərə kimi pulu necə düzəldəcəm mən, sən 150 versən də çatmır uje”, "Qaqa bir adam tap hal elə başıva dönərəm, necə olur olsun bu işi həll elə sabah”, "heç kim pul vermir qaqa, pul verəndə deyir mal ver”, "gəl malı götür onnan başqa heç bir problem yoxdu”, "daş isdiyir, sənə də dedim daş qoydur, gəldi 8 qr torpaq çıxdı, sən 150 səhərə vuraa, mən kəndə çatanda astaraya çatanda, vurdurarsan karta, qalan pulu mən həll edərəm, torpağı lazım olsa 15 dən verəcəm”, "sabah baxacam görüm neynirəm”, "hamsın, yaxşı”, 05 iyul 2022-ci il tarixdə "Avyarud”, "Sipiyapart kəndi, Mənə konum at canlı konum 8 saatdıq”, "yaxşı”, "Qardaşım bax görürsən, sən bura gələciysən, bura Həmşanın yaxınlığıdı, ikisini də dairəyə salmışam, bu kəndə gələciysən sən, qardaş vallah bura deyil, sən başqa yerdəsən, sən qal Həmşanın yaxınındakı kənndə, şəkilə bax mən dediyim Həmşanın yaxınlığındadı”, "Gəlirsən mən dediyim yerə?”, "hə gedirəm ora, Həmşana”, "mənə at canlı konum, set oldu at qardaş, qardaş mənə canlı konum at yaddan çıxmasın”, 06 iyul 2022-ci il tarixdə "Qardaşım bura Həmşan deyil axı”, "Həmişana bura aparır, naviqator”, "sən çat Həmişana, Həmişandan konum at”, "sən mənə bir dənə canlı at”, "Qaqa mən ünvandayam bax hələ, qardaş bir soz dəbərin də o evdən, bir gedin də konuma, qaqa mən gəldim çatdım ee uje sizə, valla rahatsız ee, oturmusuz evdə elə bilirsiz ki, mən helikopternən zadnan düşəcəm ora başıva dönüm, atdığıvız konumdayam demək olar ki, bir dənə baxın, camlı da atmışam olduğum yerdən də konum atmışam, gör nə mənədi keçəkdənə o üzə”, "Qardaş qulaq ase baa konumda məni izlə, gör düz gedirəm”, "konum birində at qaqa cani”, "qardaş mənə 10 dəqiqədən bir konum at”, "çatdım ee qadan alım bax birdənə, çatmışam demək olar”, "qardaş 1 kilometr gir meşəliyə sarı”, "girə bilmirəm meşəliyə”, "ha qardaş çalış üzü ver meşəliyə”, "ay qardaşım, gəl bu üzə, 2-3 kilometr dağa qalxmışam”, "konum at” mənmununda danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus «Sumsung Galaxy A40» markalı qara rəngdə mobil telefonun "Fotoğraflar” bölməsinə baxış keçirilən zaman "screen” edilmiş formada iki ədəd şəkil aşkar edilmişdir. Həmin şəkillərdə "Seid Sasan” kimi adı qeyd olunmuş şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların olması ehtimal olunan yazışmaların və narkotik vasitə atılmış yerin şəklinin olması ehtimal olunan yer təsvir olunmuşdur. Bundan başqa mobil telefonun zənglər bölməsinə baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 23:50-də şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikası mobil operatoruna məxsus "+98-***-***-**-**” saylı mobil nömrəyə zəng edilməsi müəyyən edilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Sumsung Galaxy J3» markalı qara rəngdə mobil telefonun "Qalareya” bölməsinə baxış keçirilən zaman "screen” edilmiş formada bir ədəd şəkil aşkar edilmişdir. Həmin şəkildə şəxsiyyət istintaqa məlum olmayan şəxsin istifadəsində olan "***-***-**-**” saylı mobil nömrə ilə "05 təmiz olsun indiye var” məzmununda yazılar olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların olması ehtimal olunan yazışmalar təsvir olunmuşdur. Bundan başqa həmin mobil telefonun "Qalareya” bölməsinə baxış keçirilən zaman iki ədəd şəkil aşkar edilmişdir. Həmin şəkillərdə ekeltron tərəzi üzərində büküm halında olan, içərisində narkotik vasitə olması ehtimal olunan, birinin çəkisi "8.00g”, digərinin isə "7.14g” təşkil edən maddələr təsvir olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və Nizami rayon məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı əsasında ona CM-nin 62 maddəsi tətbiq edilməklə cəzası 2 il muddətə azaldılmış, Nizami rayon məhkəməsinin 25 noyabr 202l-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində «8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılaraq üzərində 1 il 6 ay azaldıqdan məhrumetmə cəza saxlanıbmış, xx.xx.2021 -ci il tarixdə azad olunmuşdur. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "AzlnTelecom” MMC-dən daxil olmuş qaiməyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsiyyəti istintaqa "Mobin” adı ilə məlum olan şəxsin istifadəsində olan "+98-***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş "***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə 1 halda "13” saniyəlik danışıq qeydə alınmışdır. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 11 iyul 2022-ci il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 6052,8 qram qurudulmuş marixuanna, 9,570 qram tiryək narkotik vasitəsi və 1310 ədəd metadon həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin istintaq və təhqiqat idarəsinə təhvil verilmişdir. İş materiallarında olan Füzuli rayonu, Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli arayışdan, xasiyyətnamədən vədiplomun surətindən görünür ki, Əliyev X10 rayonu, Bəhmənli kəndində qeydiyyatdadır, Ali təhsillidir. ailə tərkibi ata, anası və bacılarından ibarətdir, yaşalığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağstafa rayonu Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Musayev X7 rayonu Xətai kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası və qardaşından iburətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Mənzil-Kommunal Təssarüfatı Birliyinin 05 sentyabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, İ.Həmidov küçəsi, ev 48, mənzil 1də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası və qardaşından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 13 iyun 2016-cı il tarixli «Sağlam Ailə 2003» klinikasının arayışından və 021677 nömrəli Əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 atası Əliyev Habil həsənqulu oğlu Hepotit C xəstəsidir, İİ ümumi qrup əlildir. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan İ-1584 və İ-18852 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Zəngilanın azad olunmasına görə» və «X5» meddaları ilə təltif olunmuşdur. İş materiallarında olan 2022-ci il tarixli Xidməti Xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayınadək «Qubadlı» əlahiddə sərhəd diviziyasında xidmət etmişdir. Xidmət etdiyi dövrdə öz çalışqanlığı ilə fərqlənmiş, vətəni müdafiə etmək məsuliyyətini dərindən dərk edərək döyüş və ictimai hazırlıq fənlərinin mənimsənilməsində fərqlənmiş, nümunəvi xidmət etməyə çalışmış. Xidmət etdiyi dövr ərzində vəzifələrini layiqincə yerinə yetirməyə, verilən tapşırıq və göstərişləri vaxtında icra etməyə çalışmış, xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəmə istintaqı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən əməlləri törətmişlər. Məhkəmə kolllegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçilərinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsaslanaraq müdafiə etdikləri şəxslərin Təqsirləndirilən şəxs1 Astaraya narkotik vasitələr götürmək üçün getməsindən məlumatlarının olmaması barədə göstərdikləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024 saylı hökmünün ləğvinə və onalar bəraət verilməsinə əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı digər şəxslərlə birlikdə törətdiyi cinayətin təfsilatı barədə ətraflı ifadələr vermiş, iştirakçıların hər birinin onların qabaqcadan əlbir olmaqla törətdikləri cinayətdə iştiraklarının məzmunu, hər birinin bu iştirakçılıq əvəzində əldə edəcəkləri barədə ətraflı ifadələr vermişdir ki, işdə olan digər sübutlar, hal şahidlərinin ifadələri, maddi sübutlar, ekspert rəyləri, Təqsirləndirilən şəxs1 Mobin adlı iranlı ilə votsap telefon danışıqları, onun cinayətin törədilməsindən xeyli əvvəl Mobinlə və Təqsirləndirilən şəxs3 da qoşulmaqla votsap danışıqları əsasında sübuta yetrilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini əsaslı götürməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuş, onların istintaq zamanı verdikləri ifadələr işdə olan digər sübutlara uyğun olmuş, bu sübutlar onun istintaq zamanı verdikləri ifadəsi ilə tamamlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi işin hallarına, əməlin xarakterinə və ictima təhlükəliliyinə, onların şəxsiyyətinə, aşkar edilmiş narkotik vasitələrin növünə və miqdarına uyğun olsa da Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi cinayət qanununun tələblərinə uyğun omamışdır. Belə ki, məhkəmə onun əməlində cinayətlərin təhlükəli residivi olduqda bu residivi düzgün olmayaraq sadə residiv kimi qiymətləndirmişdir və dövlət ittihamçısının vermiş olduğu apellyasiya protestinin bu bardə olan dəlilləri əsaslıdır. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və Nizami rayon məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı əsasında ona CM-nin 62 maddəsi tətbiq edilməklə cəzası 2 il muddətə azaldılmış, Nizami rayon məhkəməsinin 25 noyabr 202l-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində «8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılaraq üzərində 1 il 6 ay azaldıqdan məhrumetmə cəza saxlanıbmış, xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. Beləliklə CM-in 182.2-ci və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cinayətlərin təhlükəli residivinə görə cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi zamanı birinci instansiya məhkəməsində yol verilmiş və apellyasiya protestində göstərilmiş nöqsan aradan qaldırılmaqla alınacaq yeni nəticə məhkum edilmiş şəxslərə təyin edilmiş cəzalara münasibətdə qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olacaqdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024 saylı hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.2-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin izahatını, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin olunmaması, apellyasiya protestinin təmin edilməsi barədə rəyini, müdafiəçilərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti təmin edlməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024 saylı hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.2-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(099)-36/2024 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə təyin edilmiş 5 il müddətə azadlıqdan mhrum etmə cəzası 5(beş) il 6 aya qədər artırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza 8(səkkiz) ilə qədər artırılsın. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs3 8 (səkkiz) il 6 ay müddətə azadlıqdan məhrum etmə qəti cəzası təyin edilsin. Hökm apellyasiya protesti və apellyasiya şikayətləri ilə əlaqədar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-424/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-424/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver