Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-45/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X7, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmü (hakim: X11) ilə xx xxxx 1972-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, X18 küçəsi, ev 173/3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, 13 aprel 2023-cü ildən 15 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəza çəkdiyi müdət ərzində üzərinə müəyyən vəzifələrin qoyulması, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və ərazi naroloji kabinetində profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2023-cü ilin aprel ayının ortalarında, Lənkəran şəhəri mərkəzi bazarında, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 13 aprel 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X12 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Liman şəhəri X18 küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq X12 inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmünün ləğv edilməsini və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, hökmdə istinad etdiyi sübutların digər obyektiv sübutlarla uyğun gəlmədiyini yoxlamadan, onları təhlil etmədən, iş üzrə dindirlmiş ittiham tərəfinin və müdafiə tərəfinin şahidlərinin ifadələri arasında yaranan ziddiyyətləri araşdırmadan ibtidai istintaqın qanunsuz vermiş olduğu ittihamı qüvvədə saxlayaraq, yalnız ittihamın ehimalverici sübutlarına əsaslanaraq ifadələrin və digər sübutların ziddiyyətli olmasına hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etməmiş və ifadəsində qeyd etmişdir ki, xatırlamadığı tarixdə günorta vaxtı Liman şəhəri ərazisində çayxanada olarkən Liman şəhər Polis bölməsinin əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən polis əməkdaşları ona marixuana verərək, çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna almasını, boynuna almazsa üzərinə başqa bir narkotik vasitə qoyacaqlarını demişlər. Polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, qorxduğu üçün çəkiliş zamanı həmin marixuananın özünə məxsus olduğunu bildirmişdir. Özü siqaret belə çəkmir və narkotikdən heç vaxt istifadə etməmişdir. Polis əməkdaşları onu bir gün polis bölməsində saxladıqdan sonra videoçəkilişlə üzərinə baxış keçirmişlər və bundan sonra onu Lənkəran Polis İdarəsinə və X1 aparmışlar. Məhkəmə isə Təqsirləndirilən şəxs yuxarıda qeyd ediən ifadəsini nəzərə almamış, şahid qismində dindirilmiş və işin nəticəsində maraqlı olan polis əməkdaşlarının ziddiyyətli, bir-birini təkzib edən ifadələrinə əsaslanaraq, heç bir obyektiv sübutlar olmadan belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımışdır. Halbuki bu hadisəni təsdiq edən sübutlar müəyyən edilməmiş və məhkəmənin gəldiyi nəticə yalnız ehtimallara əsaslanmışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamış, ictimai faydalı əməklə məşqul olaraq taksi fəaliyyəti ilə məşqul olur, iş yeri vardır, iş yerində və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işi üzrə əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 14 aprel 2023-cü il tarixli 440 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktiki qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkəmə qərarı əsasında əlavə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 24 avqust 2023-cü il tarixli 829 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq (narkomaniya) sindromu aşkar edilməmişdir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Lakin məhkəmə qəbul etdiyi hökmdə yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutları araşdırmaq və onlara qiymət vermək əvəzinə yalnız əməliyyatda iştirak edən polis əməkdaşlarının ziddiyyətli ifadələrini istintaq orqanının araşdırılması zamanı gəldiyi nəticələri ittiham aktında olduğu kimi hökmə köçürmüş, məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərməmişdir. Birinci instansiya məhkəməsi həmçinin müdafiə tərəfindən irəli sürülmüş vəsatət əsasında mobil operatorlardan əldə edilmiş anten dairə məlumatlarını da düzgün araşdrmadan işdə olan sübutlarla əlaqəli yoxlamadan yanlış qənaətə gəlmişdir. Belə ki, anten dairə məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə və telefon cihazı 12-13 aprel 2023-cü il tarixlərində X14 yerləşdiyi anten əhatəsini göstərmiş və nəzərə alsaq ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşqul olur, fəaliyyət göstərdiyi ərazi dəyişkən olmalıdır. Lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş yuxarıda qeyd edilən mobil nömrənin anten dairəsi 12-13 aprel tarixlərində dayanıqlı olaraq X12 əhatəsini göstərmişdir. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixində saat 13:00 radələrində tutularaq X13 saxlanmışdır. Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulması müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 ifadələri də öz təsdiqini tapmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi cinayət işinin materiallarına əlavə edilmiş tutma protokoluna istinad edərək qeyd etmişdir ki, həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Lakin məhkəmə anten dairə məlumatlarında Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrənin 12 aprel 2023-cü il tarixdə səhər saatlarından X12 əhatəsində hərəkətsiz olması barədə qeydiyyat məlumatlarına münasibət bildirə bilməmişdir. Bununla da, birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 138, 143-146 və 351-ci maddələrinin tələblərinə əhəmiyyət verməyərək ittiham tərəfinin şahidlərinin ifadələri, habelə digər sübutlar arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq hökmdə nəyə görə məhz həmin şahidlərin ifadələrinə üstünlük verməsini, təqsirləndirilən şəxsin cinayət törətməməsi barədə irəli südüyü dəlillərin hansı mötəbər və mümkün sübutlarla təkzib olunmasını əsaslandırmamışdır. Bu isə öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və CPM-nin 21-ci maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyasının pozulmasına səbəb olmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı X7 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onlara bəraət verilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətlərinin isə təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya instansiyasında məhkəmə baxışında apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmasını məhkəmə kollegiyasndan xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi çıxışı ilə razı olmaqla təqsirsiz olduğunu qeyd edib, barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Hazırki vəziyyətdə təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış hər bir sübut, birinci və apellyasiya instansiya məhkəmələrində aparılan məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla müqayisəli şəkildə təhlil edilməli və bundan sonra onlara ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib, məhkum edilmiş şəxsin və şahidlərin istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində verdikləri ifadələrini, eləcə də "xxxx" MMC-dən daxil olmuş anten dairə məlumatlarının nəticələrini tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin olunmalı, Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 1(049)-293/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 2023-cü ilin aprel ayının ortalarında, Lənkəran şəhəri mərkəzi bazarında, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 13 aprel 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X12 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Liman şəhəri X18 küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq X12 inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş yuxarıda qeyd edilən ittihamın əsasını iş materiallarına olan 13 aprel 2023-cü il tarixli “tutma” və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, X12 əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut və ekspert rəyi təşkil etmişdir. Həmin protokollardan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutularaq polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd Vinston siqaret qutusunda olan şəffaf selofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maruxuanaya bənzər kütlə 1 ədəd şəffaf selofanda olan büküm elektron tərəzidə çəkilmiş və kütlənin çəkisinin 7,41 qram olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran regional bölməsinin 14 aprel 2023-cü il tarixli 19/456 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 7,031 qram olan bitki mənşəli kütlə tərkibində olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə kollegiyası yuxarıda göstərilən sübutları birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla əlaqəli surətdə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi zamanı iş üzrə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. O, Lənkəran rayonu, Liman şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Liman şəhəri ərazisində günorta radələrində çayxanada olarkən Liman şəhər Polis bölməsinin əməkdaşları onu saxlayaraq qara rəngli maşınla polis bölməsinə aparmışlar. Saxlanıldığı tarixi dəqiq xatırlamır. Bundan sonra həmin gün polis əməkdaşları onunla birlikdə yaşadığı evə gedərək, orada axtarış aparıblar və heç nə tapmayıblar. Polis bölməsində olarkən polis əməkdaşları ona marixuana verərək, çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna alamasını bildiriblər və deyiblər ki, əgər boynuna almasa üzərinə başqa bir narkotik vasitə qoyacaqlar. Polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, qorxduğu üçün çəkiliş zamanı həmin marixuananın özünə məxsus olduğunu bildirmişdir. Özü siqaret belə çəkmir və narkotikdən heç vaxt istifadə etməmiş, lakin spirtli içki qəbul etmişdir. Onu bir gün polis bölməsində saxladıqdan sonra videoçəkilişlə üzərinə baxış keçiriblər. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor tətbiq edilməmişdir. Saxlanıldığı gündən sonrakı gün o, polislər tərəfindən Lənkəran Polis İdarəsinə və X1 aparılmışdır. Apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq bildirdi ki, əvvəlki məhkəmə iclasında tutulma tarixini xatırlamadığını bildirsə də o, polis əməkdaşları tərəfindən 12 aprel 2023-cü il tarixdə təxminən günorta vaxtı tutularaq X15 aparılmışdır. O, polis əməkdaşlarının nəzarəti altında olsa da, təbii ehtiyaclarını ödəmək üçün ayaqyoluna gedən zaman tək və sərbəst olmuşdur. Onun üzərində narkotik vasitə hesab edilən marixuana olsaydı, ittihamda qeyd edilən bir bükümdə olan marixuananı ayaqyoluna ataraq və ya başqa yolla məhv edərək bundan azad ola bilərdi. Marixanadan istifadə etmənin qanunla qadağan olduğunu bildiyi halda 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuananı polis bölməsində bir gün ərzində üzərində saxlaması inandırıcı deyil. Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə tutularaq polis nəzarəti altında saxlanması barədə verdiyi ifadəsi onun istifadəsində olan mobil telefonun anten dairəsi ilə müəyyən edilmiş məlumatlarla da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 15184 nömrəli məktubuna əlavə edilmiş CD diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istindadə etdiyi ***-***-**-** saylı mobil nömrə 12 aprel 2023-cü il tarixdə həmin ərazinin əhatə dairəsində hərəkətsiz qeydə alınmışdır. Halbuki həmin məlumatlardan müəyyən edilir ki, 12 aprel 2023-cü il tarixdən əvvəl və 15 aprel 2023-cü il (15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad olunmuşdur) tarixdən sonra onun telefonunun anten dairəsi Lənkəran rayonunun fərqli ərazilərinin və Bakı şəhərində yerləşən radio-baza stansiyalarının əhatə dairəsində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs bunu belə əsaslandırmışdır ki, o, şəxsi istifadəsində olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və gün ərzində müştəriləri fərqli-fərqli ərazilərə və ya rayonlara aparmaqla daima hərəkətdə olur. Onun 12 aprel 2023-cü il tarixdən 15 aprel 2023cü il tarixədək bir ərazidə hərəkətsiz qalması mümkün deyil. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır, onun evinin pəncərəsi Sultanın həyətinə baxır. 12 aprel 2023-cü il tarixdə görmüşdür ki, 2 nəfər polis geyimində və 2 nəfər mülki geyimdə şəxslər Təqsirləndirilən şəxsla birlikdə onun həyətinə girmişlər. Sultanı polis maşını ilə gətirmişlər və onun əlinə qandal vurulmuşdu. Həmin vaxt Sultanın evində heç kəs yox idi və günortadan bir az qabaq idi. Həmin şəxslər Sultanla birlikdə bir müddət evdə olduqdan sonra birlikdə çıxıb getmişlər. O, özü həmin həyətdə 33 ildir ki, yaşayır. Oğlu həbsdədir və həmin gün oğluna yola salmaq üçün sovqat hazırlamışdı və bu səbəbdən də tarix onun yadında qalmışdır. Şirvan Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar, onu uşaqlıqdan tanıyır. 12 aprel 2023-cü il tarixdə evlərinin yaxınlığında olan qəbristanlıqda olan zaman ikisi xidməti formada olmaqla üç nəfər polis əməkdaşkarı Niva markalı avtombillə Sultanı evinə gətdiklərini görmüşdür. Sultanının qollarında qandal olmuşdur, polis əməşdalarını isə tanımır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. 12 aprel 2023-cü il tarixdə sosial yardım aldığı üçün həmin tarix dəqiq yadında qalmışdır. Şirvan Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla bərabər taksi fəaliyyəti ilə məşğul olurlar. O, 28 fevral 2023-cü il tarixdə avtomobilini satmış, həmin ilin aprel ayının 12-si həmin şəxs satdığı avtomobili geri qaytarmışdır. Bu barədə həmin gün Sultanla danışmış və Sultan ona öz avtomobilinin yağını dəyişdirəcəyini bildirərək Liman şəhərinin mərkəzi olan bazar adlanan yerə getmişdir. Bir müddət sonra o, Niva markalı bir maşında Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə sultanın yaşadığı ev istiqamətinə getdiyini görmüşdür. Onun yaşadığı evə gedən yol Sultanın evinin qarşısından keçdiyi üçün o, öz evinə gedən zaman Sultanın əlləri qandallı şəkildə polislərin yanında dayandığını görmüşdür. Həmin zaman orada polis və qonşular olduğu üçün yaxınlaşıb nə baş veridiyini soruşmamışdır. Avtomobilini satdığı şəxs həmin avtomobili 12 aprel 2023-cü il tarixdə tarixdə geri qaytardığından və Sultan da həmin gün tutulduğundan tarix dəqiq yadında qalmışdır. Apellyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Liman şəhərində olan Polis Bölməsində 1 gün növbətçi hissədə içəridə ayrı bir otaqda qalmışdır Qapı bağlı olurdu, sadəcə təbii ehtiyacları üçün həmin otaqdan çıxa bilirdi. Telefonu polis əməkdaşlarında olmuşdur, yalnız bir neçə nəfərlə danışması üçün telefonu ona verilmişdir. O, tutulduğu gün istifadəsində olan ***-***-**-** nömrəsindən tanışı Eldarın istifadəsində olan ***-***-**-** nömrəyə zəng edərək polis əməkdaşları tərəfindən tutulduğunu, ona pul lazım olduğunu Eldara bildirmişdir. Eldar əvvəlki zəngdə gözləməsini, yəni pul tapa biləcəyi təqdirdə ona cavab verəcəyini bildirdiyindən o, 3-4 dəfə Eldara zəng vurmuşdur. Lakin Eldar telefonu söndürdyünə görə həmin nömrədən həyat yoldaşının istifadə etdiyi ***-***-**-** saylı nömrəyə və oğlunun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək ona pul tapmalarını demişdir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilən Şahid6 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs “Şaka” ləqəbi ilə tanıyır, Sultana bir müddət əvvəl hissə-hissə ödənişlə Renault Magan markalı avtomobil satmışdır. 12 avqust 2023-cü il tarixdə Sultan ona zəng edərək 5.000 manat pul istəmişdir. Telefon danışığı zamanı Sultan bildirmişdir ki, onu tutublar və ona təcili olaraq pul lazımdır. O, Sultana bildirmişdir ki, onda həmin məbləğdə pul yoxdur və bir neçə zəngdən sonra telefonunu söndürmüşdür. Həmin tarix onun ad günündən bir gün əvvəl olduğu üçün tarixi dəqiq xatırlayır. Sultanla mütəmadi telefon danışıqları olur. "AZEMİŞ" Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirmiş məhkəmə iclaslarının audio-video yazılarından görünür ki, Şahid6 hazırki iş üzrə Lənkəran rayon məhkəməsində 12 sentyabr 2023-cü il tarixdə şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, ***-***-**-** nömrə onun adına qeydiyyatdadır. Sultan 12 avqust 2023-cü il tarixdə ona zəng edərək tutulduğunu, 3.000 manat pul lazım olduğunu, oğlunun gələcəyini və həmin pulu düzəldib oğluna verməsini xahiş etmiş, o isə bir neçə dəfə Sultanla danışsa da, sonda Sultana bildirmişdir ki, onda həmin məbləğdə pul yoxdur. Bundan sonra telefonu söndürmüşdür. Daha sonra Şahid6 müdafiəçinin və sədrlik edənin suallarına cavab olaraq Sultanın ona ayın 12-də axşam vaxtı zəng etdiyini dəqiq xatırladığını, lakin hansı ayda zəng etməsini xatırlamadığını bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 12 aprel 2023-cü il tarixdə Bakı şəhərində olan zaman baldızının həyat yoldaşı vasitəsi ilə əri Təqsirləndirilən şəxs tutulması barədə xəbər almış və dərhal oğluna xəbər vermişdir. Həmin tarixdə polis əməkdaşlarının evlərinə getməsi və evə baxış keçirmələri barədə məlumatı olsa da, səbəbini bilməmişdir. 12 aprel 2023-cü il tarixdə saat təxminən 23 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edən zaman X9muşdur. Şirvan Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atasının tutulma xəbərini aldıqdan sonra X15 gedib bunun səbəbi ilə maraqlanmış, polis bölməsindən ona bildirmişlər ki, atası qanunsuz olaraq narkotik vasitə əldə edib daşıdığına görə saxlanmışdır. Atası Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə Polis Şöbəsində olan zaman istifadəsində olan +**********74 nömrəsi ilə onun istifadə etdiyi +**********07 nömrəyə zəng etmiş, ona avtomobili satmağı və pul əldə etməyi tapşırmış, o isə atası ilə razılaşmayaraq, avtomobili satacağı təqdirdə dolanacaq yerlərinin olmayacağını bildirmişdir. Atası ümumiyyətlə narkotik vasitə istifadə etməmiş, polis tərəfindən şərlənərək tutulmuşdur. Təqsirləndirilən şəxs X3, eləcə də şahidlər Şahid6, Şahid10 və X3 ifadələrində göstərdiyi xüsusatlar "xxxx" MMC-dən daxil olmuş məlumatlarla da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 13 iyul 2023-cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********25 nömrə vasitəsi ilə 12 aprel 2023-cü il tarixdə Şahid6 adına qeydiyyata alınmış və istifadəsində olan +**********66 nömrəsinə saat 22:16, 22:23, 22:37-də üç dəfə, Şahid10 ifadəsində olan +**********74 nömrəsinə 22;40-da bir dəfə və X3 ifadəsində olan +**********07 nömrəsinə 22:44 və 22:46-da iki dəfə zəng olunmuşdur. Bundan başqa, müdafiə tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş mobil telefondan çəkilmiş ekran görüntüsü iə müəyyən edilir ki, “WhatsApp” proqamı vasitəsi 12 aprel 2023-cü il tarixi saat 22:57 və 23:00-da adı (ləqəbi) “Sozan S” adı yazılmış şəxsdən adı “Vuqar vəkil nar” adlı şəxsə ümumilkdə üç dəfə zəng olunaraq danışıq aparılmışdır. Şirvan Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid9 Mirmehdi qızı ifadəsində bildirdi ki, "Sozan" onun ləqəbidir və onu uşaqlıqdan elə çağırırlar. Təqsirləndirilən şəxs onun bacısı Mirvarinin həyat yoldaşıdır. 12 aprel 2023-cü il tarixdə Səidə adlı qohumu ona zəng edərək yeznəsi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bu səbəbdən də o, 12 aprel 2023-cü il tarixdə, saat 23 radələrində vəkil işləyən tanışı Müdafiəçi zəng edərək Təqsirləndirilən şəxs tutulması ilə bağlı məlumat verib onlara kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi ilə bağlı məlumatı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə günorta saatlarında saxlanılması barədə müdafiə tərəfinin dəlilləri həmçinin aşağıda qeyd edilənlərlə də əsaslı olmuş və iş materialları ilə təsdiq edilmişdir. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istindadə etdiyi ***-***- **-** saylı mobil nömrə ilə yanaşı, onun saxlanmasında iştirak edən polis əməkdaşları Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə və Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin 10 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək olan müddətə onların hansı ərazilərdə olmaları ilə bağlı anten dairələrinin çıxarılması və yoxlanması barədə məhkəmə "xxxx" MMC-yə sorğu vermişdir. İstintaq sənədlərində Təqsirləndirilən şəxs 13 aprel 2023-ci il tarixdə saat 20 radələrində Lənkəran rayonu, Liman şəhəri, X18 küçəsində saxlanıldığı göstərilsə də, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, həmin tarixdə və vaxtda Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyi iddia edilən polis əməkdaşı Şahid3 istifadəsində olan mobil telefonun anten məlumatları 13 aprel 2023-ci il tarixdə saat 18:03:47-dən 22:49:58-dək olan müddət ərzində Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisini göstərmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs saxlamış polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 birinci instansiya məhkəməsində verdikləri ifadələrini bir-biri ilə müqayisə edib, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlara nəzər salaraq belə qənaətə gəlir ki, əməliyyata rəhbərlik edən Şahid1 ifadəsi ilə digər şahidlər Şahid2 və Şahid3 ifadələri arasında Təqsirləndirilən şəxs saxlanılması tarixinə münasibətdə, eləcə də əməliyyat-axtarış tədbirində adı çəkilən bütün şəxslərin həmin əməliyyatda iştirak edib-etməmələri ilə bağlı onların verdikləri ifadələri arasında müxtəlif ziddiyətli məqamlar olmuşdur. Belə ki, əməliyyata rəhbərlik edən Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Liman şəhəri, Sabir küçəsində saxlandığını bildirsə də, digər şahidlər Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs 13 aprel 2023cü il tarixdə həmin ərazidə saxlandığını bildirmişlər. Bundan başqa, iş materiallarında və şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində, hər üçü də birlikdə əməliyyat-axtarış tədbiri keçirmələri və Təqsirləndirilən şəxs 13 aprel 2023-ci il tarixdə saat 20 radələrində Liman şəhəri, Sabir küçəsində saxlamaları qeyd olunduğu halda, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, həmin tarixdə və vaxtda Şahid3 istifadəsində olan ***- ***-**-** saylı mobil telefonun anten məlumatları saat 18:03:47-dən 22:49:58-dək olan müddət ərzində Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisini göstərmişdir. Bu da həmin əməliyyat müvəkkilinin 13 aprel 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu, Liman şəhəri ərazisində olmadığına dəlalət etmişdir. Beləliklə, məhkəmə kollegiyasında aparılan məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X12 əməkdaşları tərəfindən 13 aprel 2023-cü il tarixdə saat 20 radələrində deyil, 12 aprel 2023-cü il tarixdə günorta vaxtı saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına aparılması barədə verdiyi ifadəsi iş üzrə şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid10, X8 və Şahid9 Mirmehdi qızının birinci və apellyasiya instansiya məhkəmələrində vermiş olduqları ifadələri, "xxxx" MMC-dən daxil olmuş 13 iyul 2023-cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdə öz əksini tapan radio-baza stansiyalarının əhatə dairəsində qeydiyyata alınmış məlumatlar və Təqsirləndirilən şəxs istifadəsində olan +**********25 nömrədən 12 aprel 2023-cü il tarixdə edilən zənglərin siyahısı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu tarixdən bir gün sonra həyata keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək üzərində olması ehtimal edilən 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuananı X6 zaman üzərindən kənara atması və ya digər yolla məhv etməsi üçün kifayət qədər vaxtının və imkanının olmasına baxmayaraq, həmin narkotik vasitəni üzərində saxlaması məhkəmə kollegiyasının qənaətinə görə ağlabatan görünmür. Təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında bir gündən çox vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasından dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamış, onun saxlanılması tarixi və vaxtı heç də istintaq sənədlərində əks edilmiş qaydada olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis əməkdaşlarıdır, onların da Təqsirləndirilən şəxs tutulma tarixi və vaxtı barədə ittihama uyğun ifadə vermələri gözləniləndir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən 13 aprel 2023-cü il tarixli “tutma” və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolları, həmçinin həmin fakları sözdə təsdiq edən şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələrini və “polis orqanına gətirilmiş şəxslərin qeydiyyat kitabı”ndan çıxarışı mötəbər sübut kimi qəbul edib, "xxxx" MMC-dən daxil olmuş 13 iyul 2023cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatları, şahidlər Şahid4, Şahid6 və Şahid5 ifadələrini iş üzrə digər sübutlarla müqayisə etmədən, sözügedən ifadələri Təqsirləndirilən şəxs müdafiəsi üçün verilmiş ifadələr kimi qəbul edib onların mümkünlüyü və mötəbərliyini şübhə altına almaqla yanlışlığa yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid4, Şahid5 və Şahid6 ifadələrinə qiymət verərək yekun qərarında qeyd etmişdir ki, həmin şahidlər Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitənin olub-olmamasına deyil, yalnız Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulması yeri, tarixi və təqsirləndirilən şəxsin yaşadığı mənzildə axtarış aparılması ilə əlaqədar ifadələr vermiş, sonuncunun üzərində narkotik vasitələrin olub-olmamasından məlumatlı olmamışlar. Göründüyü kimi, birinci instansiya məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş həmin şahidlərin ifadələrinə ona görə tənqidi yanaşmışdır ki, onlar Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitənin olub-olmamasına deyil, yalnız Təqsirləndirilən şəxs polis əməkdaşlar tərəfindən tutulması yeri, tarixi və təqsirləndirilən şəxsin yaşadığı mənzildə axtarış aparılması ilə əlaqədar ifadələr vermişlər. Halbuki Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə polis əməkdaları tərəfindən faktiki olaraq tutularaq X15 aparılması, orada bir gün saxlanıldıqdan sonra 13 aprel 2023-cü il tarixdə tutulması barədə rəsmiləşdirmə aparılması, daha sonra isə videoçəkiliş aprılmaqla üzərinə baxış keçirilib təmiz çəkisi 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi ilə bağlı istintaq orqanının əldə etdiyi bu sübutlar Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq kobud pozuntularla əldə edildiyindən mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməzdi. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 14.1 və 14.4-cü maddələrinə əsasən hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinə görə tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq və bu kimi sair vəzifələri yerinə yetirməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələbləri ilə yanaşı, Təqsirləndirilən şəxs faktiki olaraq 12 aprel 2023-cü il tarixdə tutularaq şübhəli şəxs qismində statusunu təsdiqləyən rəsmi protokol və ya qərar olmadan bir gün azadlığı məhdudlaşdırılıb, tutulduğu andan açıq-aydın vəkil yardımı ala bilməməsi, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrindən məhrum edilməsi onun müdafiə hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, ittiaham orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması sübuta yetirilmədiyinə görə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmü ləğv olunmalı, təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilənlər nəzərə alındıqda, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində göstərilən narkotik vasitənin məhz Təqsirləndirilən şəxs aid edilməsinin qəbul edilməsini də istisna edir. Həmin rəy yalnız rəydə göstərilən narkotik vasitə və psixatrop maddəni qanunsuz əldə etməklə saxlayan və daşıyan şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi nəzərə alına bilər. Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş üzrə maddi sübut kimi tanınmış, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə saxlanca verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6,981 qram təşkil edən narkotik maddə - qurudulmuş marixuana həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Lənkəran Şəhər Rayon Polis Şöbəsinə saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən o, məhkəmə məsrəflərinə görə cavabdehlik daşıya bilməz. Odur ki, cinayət işi üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən dövlət büdcəsinə aid edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs izah olunmalıdır ki, barəsində bəraət hökmü çıxarıldığından, onun pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 42.2.4, 62.1, 346, 347, 348, 350, 356, 357.0.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə saxlanca verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6,981 qram təşkil edən narkotik maddə - qurudulmuş marixuana həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Lənkəran Şəhər Rayon Polis Şöbəsinə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfi olan 60 (altmış) manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-45/2024
Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-45/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver