Məhkəmə qərarları › İş №1(106)-453/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-453/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-453/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən) Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(041)-05/2023 saylı hökmü ilə (sədrlik edən M.S.Bayramov) xx.xx.1977-ci ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi bina 209, Xəzər İnşaat Yaşayış Massivində yaşayan Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, habelə bəraət alması ilə əlaqədar zərərin əvəzini tələb etmək hüququ və qaydası izah edilmiş, mülki iddia isə baxılmamış saxlanılmış; xx.xx.1992-ci ildə İmişli rayonu Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qızılkənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ikii il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin onun cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və müdafiəçisinin verdiyi mülki iddianın baxılmamış saxlanılması qərara alınmış, eləcə də iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. İttihama görə Təqsirləndirilən şəxs1 13 avqust 2021-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai-Grandeur” minik markalı, AZ **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən 39-cü kilometrliyində, Ağsu istiqamətindən İmişli istiqamətinə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu 50-cı maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, idarə etdiyi avtomobili 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol-nişanı ilə icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə, yəni 90-100 km/saat sürətlə idarə edərək, hərəkəti üçün təhlükə yarandıqda, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda bunlara riayət etməyib, təhlükəni gördükdə idarə etdiyi nəqliyyat vasitəsini sağa və sola manevr edərək hərəkətini davam etdirib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, onun hərəkət zolağında ötmə əməliyyatı aparan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15-20 dərəcə bucaq altında toqquşmuş, daha sonra isə zərbədən idarə etdiyi “Hyundai Grandeur” minik markalı AZ **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi yerdən qalxaraq Ağsu istiqamətində yolun kənarında dayanmaq üzrə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi “Hyundai Elantra”minik markalı, AZ **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə 45-50 dərəcə bucaq altında toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş Həsənli Günel Asif qızının müştərək tipli qapalı kəllə beyin travması, baş beyin əzilməsi, qarının kəskin küt travması, İİİ-İV dərəcəli hemorragik və travmatik şok, periferik daxili qanaxma, qapalı kəllə beyin travması, sağ bud sümüyünün açıq sınığı, sağ bazı sümüyünün sınığı kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq sonuncunun ölməsinə, “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Qanuni nümayəndə başın alın nahiyyəsinin yarası, sağ dirsək və sol budun orta üçdə bir nahiyyəsinin qapalı sınıqları kimi ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aid, “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 Asim oğlunun sağ budun, sağ qamış sümüyünün qapalı sınığı kimi ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aid, “Hyundai Elantra” minik markalı, AZ-**-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 başın sol təpə gicgah nahiyyəsinin yarası kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, “Hyundai Elantra” minik markalı, AZ-**-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs5 sol dirsək nahiyyəsinin hərəkət məhdudluğu ilə nəticələnən hemotoma ilə müşayət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid,“Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 sol dizin ön səthinin, sol baldırın iç səthinin yarası kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Həsənli Səid Asim oğlunun başın, sol yanaq nahiyəsinin əlin arxa səthinin sıyrıqları kimi ağırlıq dərəcəsinə görə dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayana aid bədən xəsarətləri almalarına, “Hyundai- Grandeur” minik markalı AZ **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçısi Zərərçəkmiş şəxs3 27.000 manat, “Hyundai Elantra” minik markalı, AZ **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 4230 manat və “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 isə 18.500 manat maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, ittihama görə Təqsirləndirilən şəxs2 13 avqust 2021-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən 39-cu kilometrliyində, İmişli istiqamətindən Ağsu istiqamətinə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, idarə etdiyi avtomobili 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol-nişanı ilə icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə, yəni 70 km/saat sürətlə idarə edərək, əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər boş olmasına, eləcədə həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq, onun üstünlük verərək təhlükəsiz keçib getməsinə təmin etməli, həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyinin təmin olunması şəraitində ötmə əməliyyatı başlamalı olduğu halda o, bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi “Hyundai Elantra” minik markalı, AZ **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün qarşı hərəkət zolağına çıxıb əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmasını görsə də öz hərəkət zolağına qayıtmaq əvəzinə ötmə əməliyyatını davam edərək, əks istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai-Grandeur” minik markalı AZ **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15-20 dərəcə bucaq altında toqquşmuş, zərbədən “Hyundai Grandeur” minik markalı AZ **- ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi yerdən qalxaraq Ağsu istiqamətində yolun kənarında dayanmaq üzrə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi “Hyundai Elantra” minik markalı, AZ **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə 45-50 dərəcə bucaq altında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin, belə ki “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş Həsənli Günel Asif qızının müştərək tipli qapalı kəllə beyin travması, baş beyin əzilməsi, qarının kəskin küt travması, İİİ-İV dərəcəli hemorragik və travmatik şok, periferik daxili qanaxma, qapalı kəllə beyin travması, sağ bud sümüyünün açıq sınığı, sağ bazı sümüyünün sınığı kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq sonuncunun ölməsinə, “HyundaiElantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Qanuni nümayəndə başın alın nahiyyəsinin yarası, sağ dirsək və sol budun orta üçdə bir nahiyyəsinin qapalı sınıqları kimi ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aid, “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Həsənli Asif Asim oğlunun sağ budun, sağ qamış sümüyünün qapalı sınıqları kimi ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aid, “Hyundai Elantra” minik markalı, AZ **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 başın sol təpə gicgah nahiyyəsinin yarası kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, “Hyundai Elantra” minik markalı, AZ **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs5 sol dirsək nahiyyəsinin hərəkət məhdudluqu ilə nəticələn hemotoma kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, “Hyundai-Grandeur” minik markalı AZ **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 sol əlin arxa səthində, sağ əlin 2-ci barmağının arxa səthində, sağ saiddə, hər iki dizin ön səthində, sağ baldırın ön səthində sıyrıqlar, sol ayağın arxa səthində şişkinlik və yan hissəsində sırıq kimi ağırlıq dərəcəsinə görə dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayana aid, “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Həsənli Səid Asim oğlunun başın, sol yanaq nahiyəsinin əlin arxa səthinin sıyrıqları kimi ağırlıq dərəcəsinə görə dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayana aid bədən xəsarətləri almalarına,“Hyundai- Grandeur” minik markalı AZ **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçısi Zərərçəkmiş şəxs3 27.000 manat, “Hyundai Elantra” minik markalı, AZ **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 4230 manat və “Hyundai Elantra” minik markalı, AZ **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 isə 18.500 manat maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin qeyd olunan hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Qanuni nümayəndə tərəfindən isə apellyasiya şikayətləri verilmişdir. Dövlət ittihamçısı1 apellyasiya protestində Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetməməsi əsası ilə bəraət verilməsinə dair hissədə ləğv edilməsini, onun həmin maddə ilə təqsirli bilinməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi1 apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası daxilində dövlət ittihamçısının təklif etdiyi 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslərin məhkəmə çıxışı təmin edilməmiş, təqsirləndirilən şəxlərə son söz verilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası daxilində dövlət ittihamçısının təklif etdiyi 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan kimi 51.000 (əlli bir min) manat, mənəvi ziyan olaraq isə 50.000 (əlli min) manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası daxilində dövlət ittihamçısının təklif etdiyi 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan kimi 19.000 (on doqquz min) manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Qanuni nümayəndə apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası daxilində dövlət ittihamçısının təklif etdiyi 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan kimi 21.000 (iyirmi bir min) manat, mənəvi ziyan olaraq isə 20.000 (iyirmi min) manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Qanuni nümayəndə də apellyasiya şikayətlərində, həmçinin qeyd etmişlər ki, birinci instansiya məhkəməsində onlara məhkəmə çıxışı etmək imkanı yaradılmamışdır. xx.xx.2023-cü il tarixdə apellyasiya protesti və apellyasiya şikayətləri üzrə ilkin dinləmələr keçirilərkən aydın olmuşdur ki, iş üzrə məhkəmə icraatının audioyazısının aparılmasına dair CD diski iş materiallarında yoxdur. Ona görə də apellyasiya məhkəməsinin ilkin baxış qərarı ilə cinayət işinin materialları Kürdəmir Rayon Məhkəməsinə qaytarılmış, audioyazı diskinin işə əlavə edilib işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması üçün 10 gün müddət müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin baxış iclası zamanı cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın audioyazısının aparılması haqqında disk işə əlavə edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Kürdəmir Rayon Məhkəməsində audio və video yazının aparılması xx.xx.2023cü il tarixdən başlanılmış və bu səbəbdən hazırkı cinayət işinin məhkəmə iclasının audio və video yazısının aparılması mümkün olmamışdır. İlkin baxış iclası zamanı Dövlət ittihamçısı2 iş materiallarında birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audioyazısının olmadığını, zərərçəkmiş şəxslərin, onlara məhkəmə tərəfindən çıxış imkanı verilmədiyi barədə vəsatət verdiklərini, bu səbəbdən apellyasiya protestinin və apellyasiya şikayətlərinin məhkəmə baxışına təyin edilməsinin qeyri-mümkün olduğunu bildirib, ilkin baxışın nəticələri üzrə qanuni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlkin baxış iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 birinci instansiya məhkəməsində təqsirləndirilən şəxlərə son söz verilmədiyini göstərib, hökm ləğv edilməklə cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarılmasını kollegiyadan xahiş etdilər. Müdafiəçi əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsində əlavə çoxsaylı prosessual pozuntulara da yol verilmiş, bunlardan ən ciddi olanı onun işin ibtidai istintaqa qaytarılması barədə vəsatətinin məhkəmə tərəfindən rədd edilməsi olmuşdur. Lakin məhkəmə prosessual pozuntulara əhəmiyyət vermədən icraatı yekunlaşdırmaqla səthi hökm çıxarmışdır. İlkin baxış iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin və şikayətlərinin məhkəmə baxışına təyin olunmasına etiraz etmədiklərini bildirdilər. İlkin baxış iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində onun və arvadı, digər Zərərçəkmiş şəxs2 məhkəmə çıxışlarının təmin edilmədiyini göstərib, hökmün ləğv edilməklə cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarılmasını kollegiyadan xahiş etdi. Zərərçəkmiş şəxs1 əlavə olaraq qeyd etdi ki, sonuncu məhkəmə iclası zamanı sədrlik edən ona və həyat yoldaşına zərərçəkmiş kimi çıxış imkanı verməmiş, tələsik bir şəkildə müşavirəyə gedib qayıtmaqla hökm çıxarmışdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsində yol verilmiş pozuntularla işin hazırda davam etdirilməsi mümükün deyil. İlkin baxış iclasında Zərərçəkmiş şəxs4 apellyasiya protestinə və şikayətlərinə ilkin baxışın yekunlarına dair qanuni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını ilkin baxış mərhələsinin məqsədləri baxımından nəzərdən keçirərək, həmçinin cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protestinə və şikayətlərinə baxılmasına xitam verilməklə Kürdəmir Rayon Məhkəməsinin hökmü ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Apellyasiya şikayətlərində xüsusi vurğulanmışdır ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslərin məhkəmə çıxışı təmin edilməmiş, habelə təqsirləndirilən şəxlərə son söz verilməmişdir. Bu baxımdan iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsindəki icraatın audioyazısı aparılmamışdır. Audioyazının aparılması barədə məhkəmə iclasının protokolunda heç bir qeyd yoxdur, hər hansı audio disk işə əlavə olunmamışdır. Azərbaycan Respublikası CPM-in 391.6.4-cü maddəsinə görə cinayət işində məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı olmadıqda apellyasiya instansiyası məhkəməsi həmin nöqsanın aradan qaldırılması üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gün müddət müəyyən edilməklə iş materialları Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə cinayət işinin materialları CPM-in 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələb yerinə yetirilmədən Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmış və səbəb kimi Kürdəmir Rayon Məhkəməsində audio və video yazının aparılmasının xx.xx.2023-cü il tarixdən başlanıldığı göstərilmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audioyazısı olmadığından ümumiyyətlə zərərçəkmiş şəxslərin məhkəmə çıxışının təmin edilibedilmədiyini, təqsirləndirilən şəxlərə son söz verilib-verilmədiyini müəyyən etmək mümkün olmamışdır. CPM-in 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması zamanı dinlənildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında protokolda göstərilməlidir. CPM-in 51.6-1-ci maddəsinə görə isə məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə icraatının audioyazısının aprılmasını imperativ qayda kimi müəyyən etmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual qaydaya əməl etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, audioyazı məhkəmə iclas protokolunun tərkib hissəsidir və cinayət işinin materiallarına əlavə olunmalıdır. Audioyazının olmaması isə protokolun tərkib hissəsinin olmamasıdır. Cinayət-prosessual qanunvericilik göstərilən pozuntunu kobud prosessual pozuntu kimi nəzərdə tutmuşdur. Belə ki, CMP-in 391.8.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-in 391.8.9-cu maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışının təqsirləndirilən və zərərçəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirilməsi bu Məcəllənin müddəalarının kobud pozuntusu hesab edilir və belə olan halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Birinci instansiya məhkəməsi məhkəmə icraatının audioyazısını aparmamaqla kobud prosessual pozuntuya yol vermiş, bunun nəticəsində də ilkin baxış iclasında zərərçəkmiş şəxslərin məhkəmə çıxışının təmin olunmaması və təqsirləndirilən şəxslərə son söz verilməməsi barədə irəli sürülən iddiaların əsaslı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır və bu əsasa görə də CPM-in 391.9-cu maddəsinə əsasən hökm ləğv edilməklə cinayət işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinə və şikayətlərinə baxılmasına xitam verilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və cinayət işi yuxarıda təsvir olunan pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinin baxışı mərhələsinə qaytarılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində təkrar baxılarkən qeyd olunan prosessual nöqsanlar nəzərə alınmalı və qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsi təmin olunmalıdır. Həmçinin kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 391, 407, 410 və 412 -ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya protestinə və apellyasiya şikayətlərinə baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(041)-05/2023 saylı hökmü ləğv edilsin və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxış mərhələsinə qaytarılsın. Təqsirləndirilən şəxs2 aoğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar