Məhkəmə qərarları › İş №1(106)-466/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-466/2025

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(106)-466/2025 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əsədli Mahir Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili İsmayılov Vüqar Mansim oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə. ## ###### 2005-ci il tarixdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili İsmayılov Vüqar Mansim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işi üzrə işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən özünə məxsus mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinə daxil olmuş, həmin sosial şəbəkədə paylaşılan məlumatlara baxarkən qarşısına “o17ilham” adlı profildə “X3 Füzulinində ilhami var))” sözləri ilə paylaşılmış video çıxmış, qeyd edilən videoda yazılanların mənasını aydınlaşdırmaq üçün həmin profilin mesaj bölümünə daxil olaraq əvvəllərdən tanımadığı profil sahibindən həmin yazılanların mənasını soruşmuş, profil sahibi ona cavab yazmadığından o, cinayətdən məlumatsız olan tanışı vasitəsilə profil sahibinin, yəni Füzuli rayonu, Zobucuq-1 qəsəbə sakini, ## ###### 2008-ci il təvəllüdlü Allahverdiyev İlham Cahid oğlunun mobil telefon nömrəsini əldə edərək “Whatsapp” ani yazışma proqramı vasitəsilə sonuncuya mesaj yazıb yuxarıda qeyd edilən videoda paylaşılmış sözlərin mənasını soruşmuş, İlham Allahverdiyev həmin videonu və sözləri yumor məqsədilə paylaşdığını, hər hansı xüsusi məna daşımadığını bildirsə də, o, buna məhəl qoymayaraq mübahisəni böyütməyə davam etmiş, bu zaman İlham Allahverdiyevlə eyni otaqda olan və yaşca ondan böyük olan qardaşı X7 İlhamın telefonunu götürərək onunla danışıb məsələni böyütməməsini bildirmiş, o, mübahisəni davam etdirdiyinə və münaqişəyə çevirdiyinə görə Azər Allahverdiyev onunla sonra danışa biləcəyini bildirərək danışığı kəsmiş, ## ###### 2024-cü il tarixdə, saat 22:30 radələrində əvvəlcədən aralarında olan danışığa uyğun olaraq o, X10-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “OSCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüb bir qədər söhbət etdikdən sonra Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu söyməsinin səbəbini soruşmuş, Azər Allahverdiyev telefonda danışarkən onu söymədiyini bildirsə də, o, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, buna hüquqi və mənəvi haqqı olmadığı halda tanımadığı şəxsin öz sosial şəbəkə səhifəsində paylaşdığı, onun qanuni mənafelərinə hər hansı formada xələl gətirməyən və zərər yetirməyən sözlər yazmasına haqsız irad bildirməklə qəsdən münaqişə yaratmış, onun haqsız olaraq yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verən Azər Allahverdiyevi guya telefonda onun ünvanına nalayiq söyüşlər söyməsi bəhanəsi ilə həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən ümumi təyinatlı, deşici-kəsici xassəyə malik qatlanan tipli ov bıçağını əynindəki gödəkçəsinin cibindən çıxararaq Azər Allahverdiyevin həyat üçün mühüm olan orqanlarına qəsdən zərbələr vurub sonuncuya boyunun sol yan səthinin aşağı üçdə-birində yerləşməklə qan damarlarının (yuxu arteriyasının, vidaci venanın) boyun səviyyəsində zədələnməsi ilə müşayiət olunan, yara kanalının istiqaməti soldan sağa, öndən cüzi arxaya, aşağıdan cüzi yuxarıya, döş qəfəsinin sol yarısında-orta qoltuq xətti üzrə VI qabırğaarası proyeksiyada yerləşən, yara kanalı plevra boşluğuna keçərək sol tərəfli hemotoraksla (sol plevra boşluğuna qan yığılması) müşayiət olunan, yara kanalının istiqaməti soldan sağa, öndən cüzi arxaya, aşağıdan cüzi yuxarıya doğru olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ budun yuxarı üçdə birinin arxa səthində yerləşən, yara kanalının istiqaməti arxadan önə, aşağıdan cüzi yuxarıya doğru olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Azər Allahverdiyevin boyunun magistral qan damarlarının zədələnməsindən törənmiş kəskin qanitirmədən ölməsinə səbəb olmaqla Azər Allahverdiyevi qəsdən xuliqanlıq niyyəti ilə öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmənin ittiham hökmünə əsasən (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2024-cü ildən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili İsmayılov Vüqar Mansim oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əməli AR Cinayət Məcəlləsinin 120.2.2. və 228.4cü maddələrindən AR Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrinə tövsif olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- **/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ləğv edilərək təqsirləndirilən şəxsin barəsində yeni qərar qəbul olunmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin AR CM-in 120.2.2-ci maddəsi üzrə tövsif edilməsi şəxsin təqsirsizlik prezumpsiyası ilə bağlı hüquqlarını pozur. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X7 xəsarət yetirməsinin səbəbi hadisə zamanı onun Azər tərəfindən hadisə yerinə cəlb edilməsi, cinayətin törədilməsinə təhrik edilməsi olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində də aşağıdakı halları məhkəmənin diqqətinə çatdırmışdır: “...Azər isə ona “kəndində ...,-başdı oğlan yoxdu, gəlib mənimlə söhbət edə bilə, sən söhbət edəsən?” demişdir. O isə Azərə “kəndimdə elə insanlar ola bilər, bir-iki nəfərə görə kəndə söz demə, qohum-əqrabam var” demişdir. Qayıdıb Azər demişdir ki, “sənin kəndindən qabağımda dayanan olmayıb, sən gəlib dayanasan? O isə demişdir ki, “məni tanımırsan, belə demə Azər ona görüşə biləcəyini soruşmuş, demişdir ki, “hə, amma yorğunam uzağa gələ bilmərəm Qayıdıb Azər ona “Oscar yanacaqdoldurma məntəqəsinin yanında durmayan”, ağır söyüşlər söymüşdür. Bu zaman evdən çıxmış, təkcə həmin yerə tərəf getmişdir...İfadənin növbəti hissəsində təqsirləndirilən şəxs bunları qeyd etmişdir: “Daha sonra Cahidin oğlu Azərə ona söyüş söyənin o olduğunu soruşmuşdur. Azər isə demişdir ki, “kimə nə lazımdı demişik, deyəciyikdə”. Bundan sonra əlin belinə qoymuşdur”. Təqsirləndirilən şəxs zərər çəkmiş əlini belinə qoyan zaman ona qarşı odlu silah çıxaracağını düşünərək özünü müdafiə etmək üçün bıçaq çıxarmışdır. Müdafiə tərəfi zərər çəkmiş şəxsin ailə üzvlərinin üzərində odlu silah gəzdirməsi ilə bağlı fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Lakin bu hal məhkəmə tərəfindən araşdırılmamış, istintaq orqanı isə ailə üzvlərinin verdiyi məlumata uyğun olaraq, odlu silahın guya oyuncaq silah olması barədə məlumatla kifayətlənib. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin ictimai qaydaya və əxlaqa ziddi olan hərəkətlərinə haqq qazandırmasına əsəbləşərək, ani bir şəkildə özünü itirmiş və bundan sonra Azərə xəsarət yetirmişdir.Şəxsin əməlində xuliqanlıq niyyətini əks etdirək tərkib əlamətləri mövcud olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən şəxsin xuliqanlıq niyyəti ilə adam öldürməsini təsdiq edən əsaslandırma aparılmamışdır. Həmçinin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə aralarında olan mübahisəni dinc yolla həll etmək, münasibətləri bərpa etmək məqsədilə onu kənara çəkərək söhbət etməyə başlamışdır. Təqsirləndirilən şəxs ona təhqirlərin Azər tərəfindən edildiyini bildirdikdə isə zərər çəkmiş şəxs əxlaqa və ictimai qaydaya zidd hərəkətlərinə haqq qazandırmışdır. Məhz bu hərəkətlər sübut edir ki, mübahisə zərər çəkmiş şəxsin təşəbbüsü ilə yenidən başlamış, zərər çəkmiş şəxsin hüquqa zidd hərəkətləri nəticəsində cinayət əməli törədilmişdir.Buna görə də təqsirləndirilən şəxsin əməli AR CM-in 120.2.2-ci maddəsi üzrə təqsirli bilinə bilməz. Göründüyü kimi, təqsiriənidirilənlə zərər çəkmişin arasında olan şəxsi münasibətlər zəminində yaranan cinayət əməlləri üzrə xuliqanlıq niyyəti mövcud olmur. Eyni zamanda, hadisə zamanı cinayətin törədilməsinə zərər çəkmiş şəxsin təhqirləri və təqsirləndirilən şəxsin əksinə, məhz zərər çəkmiş şəxsin xuliqanlıq kimi qiymətləndirilən hərəkətləri səbəb olmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyəti olmadığına görə onun əməli AR CM-in 120.2.2-ci maddədən 120.1-ci maddəyə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin l(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ləğv edilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində yeni qərar qəbul edilməsi, təqsirləndirilən şəxsin əməli AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrindən AR Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrinə tövsif olunması, təqsirləndirilən şəxsin əməlinə yenidən hüquqi qiymət verilməklə AR CM-in müvafiq maddələri üzrə müəyyən edilmiş cəzanın aşağı həddi təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəkil İsmayılov Vüqar Mansim oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən l(***)-**/**** nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.2.2-ci və 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş l(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli ittiham hökmü aşağıda göstərilən xüsusatlar səbəbindən əsassız və qanunsuzdur: Məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, sonuncu tərəfindən təkbaşına törədilməmiş, digər şəxslərlə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə əlbir olan bir qrup şəxs tərəfindən törədilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinə vəsatət təqdim etməyimizə baxmayaraq, əsassız və qanunsuz olaraq təmin edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən öncə, Füzuli rayonuna gələn zaman şahid1 və şahid6 ilə “Tiktok” sosial şəbəkəsində Allahverdiyev İlham Cahid oğlu tərəfindən paylaşılan videoya dair müzakirə aparmışlar, ibtidai araşdırma zamanı iş üzrə şahid qismində dindirilmiş şahid1 bunu təkzib etsə də, məhkəmə istintaqı zamanı bu barədə danışdıqlarını qeyd etmişdir. Bununla da aydın olur ki, şahid6 və şahid1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsində iştirakları olmuşdur. ##.##.2025-ci il tarixli vəsatətlərində şahid1 intelektual köməkçilik həyata keçirdiyinin, şahid6 isə cinayət əməlində təhrikçiliklə iştirak etdiyinin, cinayət işinin təqsirləndirilən şəxsin əməllərində daha ağır cinayətin əlamətləri mövcud olduğundan Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsinə əsasən ibtidai istintaqa geri qaytarılmasının zəruriliyinin qeyd olunmasına, məhkəmə çıxışımızda da ifadə olunmasına baxmayaraq, həmin faktlar Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən nəzərə alınmamış, adları qeyd olunan şəxslərin əməllərinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə olaraq, ## ###### 2025-ci il tarixli məhkəmə prosesi zamanı, şahid qismində dindirilmiş şahid1 və şahid6 cinayət işinin ibtidai araşdırma mərhələsində yalan ifadə verdikləri məlum olmuşdur. şahid1 ibtidai araşdırma mərhələsində verdiyi ifadəni təkzib etməsi, yalan ifadə verdiyini etiraf etməsi, şahid6 isə ibtidai araşdırma zamanı verdiyi ifadənin ziddinə ifadə verməsi cinayət mühakimə icraatının ədalətliliyi və obyektivliyinə təsir etdiklərinin sübutudur. İbtidai araşdırma zamanı verdiyi ifadəsində şahid1 hadisənin baş verdiyi gün Neymətlə görüşmədiyini, telefonla danışmadığını qeyd etməklə hadisənin baş verməsindən sonra həmin yerə atası ilə birlikdə gedərək kənd camaatından xəbər tutduğunu qeyd etmişdir. Lakin məhkəmə istintaqında ilkin ifadəsini təkzib etmiş, yalan ifadə verdiyini etiraf etməklə cinayət hadisəsi baş verən zaman məhkum Təqsirləndirilən şəxs ilə birlikdə olduğunu, hadisədən sonra isə Neymətlə telefon vasitəsilə danışdığını bildirmişdir. Qeyd olunan hallar məhkəmə iclas protokolunda qeyd olunsa da, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu ilə qadağan olunmuş, ədalət mühakiməsi əleyhinə cinayət törətmiş şəxslər barəsində cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara müraciət etməmiş, zəruri tədbirləri görməmişdir. X7 ölümünə dair ##.##.2024-cü il tarixli **/** saylı ekspert rəyinin aydınlaşdırılması üçün ekspert Fazil Bayramovun dindirilməsinə dair vəsatətlər əsassız və qanunsuz olaraq təmin edilməmişdir. Tərtib olunmuş ekspert rəyində CPM-nin 271-ci maddəsində nəzərdə tutulmuş müddəalara əməl edilməməsi, tətbiq olunmuş tədqiqat üsullarının göstərilməməsi və ekspertin rəyi kifayət qədər aydın olmamaqla, əlavə tədqiqat aparmağı tələb etməyən boşluqların olması səbəbindən ekspertizanı həyata keçirmiş ekspert Fazil Bayramovun dindirilməsi zəruri olsa da, birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Həmçinin, ekspert Fazil Bayramovun məhkəmə istintaqı zamanı dindirilməsi ədalət mühakiməsinin həyata keçirilməsində, toplanmış sübutların mötəbərliliyinin təsdiq olunmasında mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, bu məqamlar da Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə sonrakı istintaq mərhələlərində, o cümlədən məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ciddi uyğunsuzluqlar və mühüm ziddiyyətlər mövcud olmuş, bu ziddiyyətlərin məzmunu və xarakteri nəzərə alınaraq, onların səbəblərinin müəyyən edilməsi, ilkin ifadələrlə sonrakı ifadələr arasındakı fərqlərin hansı faktiki amillərdən qaynaqlandığının aydınlaşdırılması, eləcə də məhkəmə istintaqının obyektivliyinin təmin edilməsi məqsədilə tərəfimizdən müvafiq vəsatət verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Məhkum Təqsirləndirilən şəxs telefon anten dairə məlumatlarının əldə edilməsi şəxsin cinayət əməlini törədərkən digər şəxslərdən kömək alıb-almadığını, ictimai təhlükəli əməlin cinayətdə iştirakçılıqla törədilməsi faktını müəyyən etmək üçün əsasdır. Bu məlumatların əldə edilməsinə dair vəsatətimizin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi cinayət mühakimə icraatının obyektivliyi və hərtərəfliliyinə təsir etməklə ittiham tərəfi olaraq sübutetmə fəaliyyətlərini məhdudlaşdırılmasıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış vəsatətlərimiz təmin edilməmiş, cinayət mühakimə icraatında çəkişmə prinsipi təmin edilməyərək, onun tam, hərtərəfli və ədalətli aparılması üçün imkanlar yaradılmamışdır. Məhkəmənin qərarları, məsələnin bütün tərəflərinin ətraflı araşdırılmasına və mübahisələrin düzgün həllinə yönəlmiş olmalı olduğu halda, birinci instansiya məhkəməsinin qərarları yalnız formal tələblərə cavab vermiş, müvafiq hüquqi mülahizələr və dəlillər nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntular nəticəsində ittiham tərəfi kimi ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis hüquqları və Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli ittiham hökmünün ləğv olunaraq yeni qərar çıxarılması məsələsinə baxılması xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə düzgün tövsif edildiyini, apellyasiya şikayətlərinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)- ***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili İsmayılov Vüqar Mansim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsini və yüngül cəza təyin edilməsini xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Təqsirləndirilən şəxsin müdafiəçisi və zərərşəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili apellyasiya şikayətlərində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş halları nəzərdə tutmuşdur. Göstərilən halların araşdırlması ilə əlaqədar olaraq kollegiya hər bir apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda təhlil etmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qismən istintaqla keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda və birinci intsansiya məhkəməsində vermiş olduğu ifadə ilə eyni məzmunda ifadə vermişdir. O, törətmiş olduğu cinayət əməlinin səbəbini mərhum X7 ilə mobil telefonda danışarkən onun ünvanına ağır söyüşlər söyməsi ilə izah etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, o, qətl hadisəsini özünün qərarına əsasən törətmişdir, başqa şəxslərin hər hansı köməkliyi olmamış, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisinin iddiası doğru deyil. Kollegiya təqsirləndirilən şəxsin əməlin tövsifi ilə bağlı iddiasına hüquqi qiymət verərkən əvvəlcə xüliqanlıq niyyəti ilə cinayət əməli törədilməsinə dair müvafiq qərarlara və hüquq nəzəriyyəsinə nəzər yetirməyi zəruri hesab edir. Hüququ nəzəriyyəsində xüliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xüliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xüliqanlıq niyyətilə adam öldürmə şox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 5-ci bəndində izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002ci il tarixli Qərarında da əksini tapmışdır. X4 6-cı bəndində qeyd olunmuşur ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Cinayət hadisəsi üzrə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən özünə məxsus mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinə daxil olmuş, həmin sosial şəbəkədə paylaşılan məlumatlara baxarkən qarşısına “o17ilham” adlı profildə “X3 Füzulinində ilhami var))” sözləri ilə paylaşılmış video çıxmış, qeyd edilən videoda yazılanların mənasını aydınlaşdırmaq üçün həmin profilin mesaj bölümünə daxil olaraq əvvəllər tanımadığı profil sahibindən həmin yazılanların mənasını soruşmuş, profil sahibi İlham Allahverdiyev ona cavab yazmadığından o, tanışı vasitəsilə Allahverdiyev İlham Cahid oğlunun mobil telefon nömrəsini əldə edərək “Whatsapp” ani yazışma proqramı vasitəsilə sonuncuya mesaj yazıb yuxarıda qeyd edilən videoda paylaşılmış sözlərin mənasını soruşmuşdur. İlham Allahverdiyev həmin videonu və sözləri yumor məqsədilə paylaşdığını, hər hansı xüsusi məna daşımadığını bildirsə də, o, buna məhəl qoymayaraq mübahisəni böyütməyə davam etmiş, bu zaman İlham Allahverdiyevlə eyni otaqda olan və yaşca ondan böyük olan qardaşı X7 İlhamın telefonunu götürərək onunla danışıb məsələni böyütməməsini bildirmiş, o, mübahisəni davam etdirdiyinə və münaqişəyə çevirdiyinə görə Azər Allahverdiyev onunla sonra danışa biləcəyini bildirərək danışığı kəsmiş, ## ###### 2024-cü il tarixdə, saat 22:30 radələrində əvvəlcədən aralarında olan danışığa uyğun olaraq o, X10-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “OSCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşmələri barədə razılaşmışlar. Həmin vaxt söhbətdən xəbər tutan Azərin atası Hüquqi varis də təyin olunmuş yerə onlarla gedəcəyini bildirmişdir. Hadisə yerində digər bir neçə şəxs də olmuşdur. Hüquqi varis valideyn kimi barışdırıcı mövqedən çıxış etmiş, həmin vaxt heç bir sözlə, yaxud qarışılıqlı dava ilə müaşiyət olunan mübahisə baş verməmişdir. Mübahisəli vəziyyətin olmamasına baxmayaraq, Təqsirləndirilən şəxs özünü ətrafdakılara qarşı qoymaqla, buna hüquqi və mənəvi haqqı olmadığı halda tanımadığı şəxsin öz sosial şəbəkə səhifəsində paylaşdığı, onun qanuni mənafelərinə hər hansı formada xələl gətirən və zərər yetirən sözlər yazılmasa da, haqsız olaraq yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verən Azər Allahverdiyevi guya telefonda onun ünvanına nalayiq söyüşlər söyməsi bəhanəsi ilə onda xoş niyyətlə danışmaq görüntüsü yaradaraq hadisə yerində olan adamlardan kənara dəvət etmişdir. Bu zaman hətta atası Hüquqi varis “başqa şey olmasın, yoxsa ikinizi də şapalaqlayaram” kimi ifadə işlətməklə mübahisə olmamasını bir daha ifadə etmişdir. Bütün bunlara baxmayaraq, mübahisə və dava-dalaşın olmadığı şəraitdə Təqsirləndirilən şəxs Azər Allahverdiyevi həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü ov bıçağı ilə onun həyat üçün mühüm olan orqanlarına qəsdən zərbələr vurub onu qətlə yetirmişdir. Göründüyü kimi, başqa şəxsin sosial şəbəkə paylaşımına haqsız olaraq qərəzli iradı, hətta həmin qərəzini hərəkətləri ilə icra etməyə qadir olmasına yönəlik davranışları cinayətin subyekti olaraq, Təqsirləndirilən şəxs şəxsiyyətcə xüliqanlıq hərəkətlərinə meyilli olmasının göstəriciləridir. Subyektiv cəhət üzrə Təqsirləndirilən şəxs əməlində özünün cəmiyyət üzərində xəyali üstünlüyünü ifadə etmək, başqalarını alçatmaqla özünü igid göstərməyə və özünütəsdiqə cəhd etmək, özünün qoçaqlığı və kobud davranışları ilə öyünmək, əxlaq normalarına etinasız yanaşmaq niyyətinin formalaşması onun azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Cinayətin obyekti və obyektiv cəhət üzrə Təqsirləndirilən şəxs Azər Allahverdiyevi həyatdan məhrum etmək üçün onu qəsdən öldürmüşdür. Beləliklə məhkəmə kollegiyası qismən istintaqla keçirilən apellyasiya baxışının nəticələrinə uyğun olaraq gəlmiş olduğu hüquqi nəticəyə görə hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmur, göstərilmiş hallar cinayət işində olan mötəbər və mümkün sübutlarla tam təkzib olunur. Belə ki, zərərçəkmiş tərəf və təqsirləndirilən şəxs əvvəllər bir-birilərini tanımamış, hər hansı ədavətləri olmamışdır. Yetkinlik yaşına çatmayan İlham Allahverdiyevin sosial hesabında “X3 Füzulinində ilhami var))” sözləri ilə paylaşılmış videoya görə onu axtarıb tapmağa təşəbbüs göstərmiş və heç bir əsaslı səbəb olmadan qərəzini məsaj, daha sonra mobil telefon vasitəsi ilə ifadə etmişdir. Onun haqsız davranış və ifadələrinə görə qardaşını müdafiə edən Azər Allahverdiyevlə mübahisə yaradaraq, görüş yeri təyin etdirmişdir. O, əvvəlki qərəzli xarakterini təsdiq etmək üçün hadisə yerində olan şəxslərdə xoş niyyət görüntüsü yaratmış, aldadaraq Azər Allahverdiyevi digər şəxslərdən kənarlaşdırmağa nail olduqdan sonra, heç bir əsaslı səbəb olmadan bıçaqla ona həyat üçün təhlükəli olan xəsarət yerirməklə, qəsdən öldürməklə həyatdan məhrum etməsinə nail olmuşdur. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə apellyasiya baxışında məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslərin təqsirinə görə birinci intsansiya məhkəməsi CPM-in 351.3.1-351.3.4cü maddələrində təsbit edilən tələblərinə düzgün əməl etmiş, işin halları ilə bağlı hüququ nəticə CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) əsasları təsdiq edir. Məhkəmə kollegiyasının qənaətinə görə, müdafiə tərəfinin müraciətinin dəlilləri və hüdudu üzrə apellyasiya baxışının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət- Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. İşin halları və kollegiyanın mövqeyinə əsasən əməl düzgün olaraq CM-in 120.2.2-ci maddəsinə tövsif edilmişdir. Apellyasiya baxışının nəticələrinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlir, ümumiyyətlə ittihamda qeyd və təsvir olunan formada, şəraitdə, üsulda cinayət hadisəsinin baş vermə faktı və halları sübut olunur. Kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, həmin apellyasiya müraciətində iddia olunur ki, törədilmiş cinayət əməli təkbaşına törədilməmiş, cinayət digər şəxslərlə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə əlbir olan bir qrup şəxs tərəfindən törədilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002ci il tarixli Qərarının 5-ci bəndinə əsasən, qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il # ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir. Cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların – təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən CM-in müvafiq maddəsi ilə, o cümlədən cinayət bir neçə icraçı tərəfindən yerinə yetirildikdə və bu hal digər iştirakçı tərəfindən dərk olunduqda CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. Cinayət Məcəlləsinin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir. Kollegiya ilkin olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı yuxarıda geniş hüquqi qiymətləndirmə aparılmışdır. Odur ki, prosessaual qənaət prinsipinə əsasən, həmin halların təkrarən göstərilməsinə zərurət yoxdur. Bundan başqa cinayət işi materiallarından görünür ki, zərərçəkmiş tərəfin mövqeyinə görə, cinayətin törədilməsində iştirak etmələri ehtimal olunan şahid6 və şahid1 ibtidai istintaqda və məhkəmə istintaqında ifadələri alınmış, telefona məlumatları əldə olunmuşdur. Bundan başqa apellyasiya baxışında zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatəti əsasında yenidən onların telefon məlumatları əldə olunmuş, həmin məlumatlar ətraflı tədqiq edilmişdir. Onların hadisə baş verən gün günün səhər saatlarında bir-biriləri ilə mütəmadi əlaqə saxlamaları təsdiq olunsa da, bunun səbəbini Fizuli rayonuna həmkəndli kimi birlikdə gəlmək üçün bir-biriləri ilə əlaqə saxlayıb görüşmələri ilə izah etmişlər. Bundan əlavə apellyasiya baxışında hadisə yerində olmuş şahid İlham Allahverdiyev yenidən dindirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinə əlavə suallar verilmiş, lakin onlar Təqsirləndirilən şəxs başqa hadisə yerindən qaçan, yaxud kənarda gösləyən şəxsin olmadığını bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri, qanunla müəyyən edilmiş tələblərə cavab verən istintaq hərəkətləri ilə əlaqəli protokollarla və digər materiallarla sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Cəzanın sosial ədalətin bərpası məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur. CM-in 120.2.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, Cinayət Qanununun qeyd olunan normalarının tələbi baxımından Təqsirləndirilən şəxs, onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2. və 228.4-cü maddələri ilə 19 (on doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum cəzasının təyin edilməsi qanunun tələb etdiyi hala uyğun, qanuni və ədalətli cəza hesab olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili İsmayılov Vüqar Mansim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025ci il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar