Məhkəmə qərarları › İş №1(106)-50/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-50/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-50/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmü (sədrlik edən X5, hakimlər X8 və X11 ) ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1995-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona AR CM-in 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və AR CM-nin 318.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2023-cü ildən hesablanmışdır. X14 Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmü ilə digər Təqsirləndirilən şəxs1 da müvafiq cəzaya məhkum edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlayaraq daşımaqla satmış, bundan başqa qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrin və güclü təsir edən maddənin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, daha sonra orada külli miqdarda müxtəlif növ narkotik vasitələri və güclü təsir edən maddəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış, təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 0,174 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlayıb daşımaqla 18 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Ağstafa şəhərində yerləşən “Gülül” şadlıq sarayının qarşısında tanışı X6 vasitəsi ilə X1 5 (beş) manat pul müqabilində satmış, elə həmin gün saat 18:35-də Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X4 şəhərində yerləşən dəmir yolu vağzalının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə heroin həmin gün saat 19:35dən saat 19:52-dək olan müddət ərzində Ağstafa Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən şəxsi axtarış zamanı üzərində “Novokain” yazısı olan bir ədəd sınıq şüşə flakonda təmiz çəkisi 0,156 qram və bir ml-lik birdəfəlik şprisin içərisində olan məhlulun tərkibində təmiz çəkisi 0.018 qram olan heroin sonuncunun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmiş, İran İslam Respublikasında şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə görüşməklə 08 fevral 2023-cü il tarixdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 9351 qram qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən 8 (səkkiz) həb metadon və külli miqdarda güclü təsir edən maddə olan 30 (otuz) həb şəklində təsir maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edən tramadol dərman vasitəsini sonuncudan qəsdən tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədi ilə təkrar əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddəni 10 fevral 2023-cü il tarixdə, saat 12 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən 23-cü sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddə ondan aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmünü Təqsirləndirilən şəxs2 Oktay oğluna dair hissədə ləğv edərək onun əməlinin AR CM-nin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrindən AR CM-nin 234.1-1 və 318.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələrin sanksiyalarında nəzərədə tutulmuş ən aşağı həddə cəzaya məhkum edilməsi barədə qərar çıxarılmasını xahiş etmişqdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş axırıncı epizod üzrə ifadəsində bildirmişdir ki, 08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı dövlət sərhədini qanunsuz keçdiyi üçün özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilir. Lakin dövlət sərhədini tanışı Təqsirləndirilən şəxs1la birlikdə keçməmişdir. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində sərhədi qanunsuz keçib hərəkətdə olarkən sərhədçilər onu tutmuşlar. Tutulan zaman üzərində sadəcə 8 (səkkiz) ədəd metadon həbi olmuşdur. Əgər onda başqa narkotik vasitə və ya güclü təsir edən maddə olsaydı, həmin kütlələr də üzərindən aşkar edilməli idi. Lakin üzərindən başqa narkotik vasitə və ya güclü təsir edən maddə çıxmamışdır. İş materiallarında güya onun narkotik vasitənin yerini sərhədçilərə göstərməsi qeyd olunmuşdur. Əgər həmin narkotik vasitə ona məxsus olsa idi, 10 (on) kiloqrama yaxın narkotik vasitənin yerini sərhədçilərə göstərməzdi. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, narkotik aludəçisi olmuş, özü də bu halından bezmişdir. Şəhriyar adlı İran İslam Respublikasının vətəndaşı onun tanışı olmuş və ona narkomaniyadan qurtulması üçün dərmanlar verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona İrana birlikdə getmək barədə heç nə deməmişdir. İran İslam Respublikasına Füzuli rayonu ərazisindən dövlət sərhədini pozmaqla keçmiş, təxminən bir həftə oradakı kəndlərin birində qalmış, əldə etdiyi “dərmanları” götürüb Azərbaycan Respublikasına qayıtmışdır. İrandan qayıdanda üzərində 10 (on) ədəd metadon ədalətli hökmü çıxarılması üçün məhkəmə istintaqı həyata keçirilir. X19 Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxararkən Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini və AR CPM-nin 349.5.1 və 351.2-ci maddəsinin tələbləri nəzərə almamışdır. Hüquqlarını müdafiə etdiyi şəxsə AR CM-nin 234.4.1. 234.4.2. və 234.4.3-cü maddələrinə əsasən elan edilmiş ittihamla bağlı nəzərinizə çatdınnaq istəyirəm ki, Təqsirləndirilən şəxs2 ifadəsindən göründüyü kimi o İrandan qayıdanda üzərində 10 (on) ədəd metadon həbi olmuş, yolda həblərdən ikisini istifadə etmişdir, yəni narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Onun üzərində 9351 qram qurudulmuş marixuana və külli miqdarda güclü təsir edən maddə olan 30 (otuz) həb şəklində təsir maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edən tramadol dərman vasitəsi olmamışdır. Təqsirləndirilən şəxs2 ümumiyyətlə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməmişdir. Çünki onun narkotik vasitəni satış məqsədilə əldə ethıəsini təsdiq edən mötəbər sübutlar istintaq orqanı tərəfindən toplanmamış və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. İş materiallarından da göründüyü kimi istintaq orqanı və məhkəmənin Təqsirləndirilən şəxs2 üzərində külli miqdarda narkotik vasitənin aşkar olunmasına dair hissədə əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd 10 fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokol, 10 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 fevral 2023- cü il tarixli “Götürmə haqqında” protokol, 10 fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokol, 10 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol olmuşdur. Həmin protokolları mötəbər sübut kimi təqdim etməyə çalışan istintaq orqanı bu istintaq hərəkətinin nəticəsində götürüldüyünü qeyd etdiyi narkotik vasitənin aşkar edilmə, götürülməsi və qablaşdırılması prosessini videoçdkilişlə deyil, hal şahidlərinin iştirakı ilə aparmışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. AR CPM-nin 246.3-cü maddəsinin dispozisiyasından aydın olur ki, şəxsi axtarış və götürmə bir qayda olaraq videoçəkilişlə aparılmalıdır. Bunun mümkün olmadığı aşkar surətdə bəlli olduqda isə (texniki vasitənin olmaması, cihazın nasaz olması və s.) istintaq hərəkətinin hal şahidlərinin iştirakı ilə aparılmasına yol verilir. haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid4” yazıları önündəki imzalar, 136-137-ci vərəqələrində olan 10 fevral 2023- cü il tarixli “Götürmə haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid4” yazılan önündəki imzalar, 138-139-cu vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid4” yazıları önündəki imza, 140-141-ci vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda “Hal şahidi” qrafalarında “Şahid4” yazıları önündəki imzalar və ikinci cildinin 51-53-cü vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “Şahidi dindirmə” protokolda “Şahid” qrafalarında imzalarŞahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin birinci cildinin 128ci vərəqəsində olan 10 fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolda “Hal şahidləri” qrafasında “Şahid3” yazıları önündəki imza, 133-134-cü vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar, 136-137-ci vərəqələrində olan 10 fevral 2023-cü iljarixli “Götürmə haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar, 138-139-cu vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid3” yazıları önündəki imza, 140-141-ci vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda "Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar və ikinci cildinin 48-50-ci vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “Şahidi dindirmə” protokolda “Şahid” qrafalarındakı imzalar- Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu da istintaq orqanı tərəfindən istintaq hərəkətinin düzgün həyata keçirilmədiyini bir daha təsdiqləyir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu xüsusatlar Təqsirləndirilən şəxs2 üzərində 9351 qram qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən 8 (səkkiz) həb metadon və külli miqdarda güclü təsir edən maddə olan 30 (otuz) həb olmasına şübhə yaradır. X19 Cinayətlər Məhkəməsi hökm çıxararkən bu xüsusatlara heç bir hüquqi qiymət verməmişdir. Sadəcə həmin protokolları sübutlar siyahısından çıxarmaqla kifayətlənmişdir. Hətta məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “həmin sənədlərdəki imzaların bir qisminin məsul şəxslərin özləri tərəfindən icra edilməməsi Təqsirləndirilən şəxs2 ittiham olunduğu sözügedən epizod üzrə əməli törədibtörətməməsini, əməlinin düzgün tövsif edilibedilməməsini şübhə altına almayan prosessual pozuntudur, hansı ki, cinayət işində olan və biri digəri ilə uzlaşan təkzibedilməz sübutlarla aradan qaldırılması mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yarapan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin satışını təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən və məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələr və psixotrop maddələr almış şəxs, yəni istehlakçı müəyyən edilməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması, onunla əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etmiş və satmış şəxslər də aşkar edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə etmək niyyətinin olmadığını bir daha təsdiqləyir. Yəni Təqsirləndirilən şəxs2 yalnız ehtimallara əsasən, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2. və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsində çıxışında müdafiəçisinin verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya məhkəməsində çıxışında verdiyi apellyasiya şikayətinə dəyişiklik edərək müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi dəlillərini onunla əsaslandırmışdır ki, Baxış haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid4” yazıları önündəki imzalar, 136-137-ci vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Götürmə haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid4” yazılan önündəki imzalar, 138-139-cu vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid4” yazıları önündəki imza, 140-141-ci vərəqələrində olan 10 fevral 2023cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda “Hal şahidi” qrafalarında “Şahid4” yazıları önündəki imzalar və ikinci cildinin 51-53-cü vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “Şahidi dindirmə” protokolda “Şahid” qrafalarında imzalar Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin birinci cildinin 128-ci vərəqəsində olan 10 fevral 2023-cü il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolda “HaH şahidləri” qrafasında “Şahid3” yazıları önündəki imza, 133-134-cü vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar, 136-137-ci vərəqələrində olan 10 fevral 2023-cü iljarixli “Götürmə haqqında” protokolun 2ci səhifəsində “Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar, 138-139-cu vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun 2-ci səhifəsində “Hal şahidi” qrafasında “Şahid3” yazıları önündəki imza, 140-141-ci vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda "Hal şahidi” qrafalarında “Şahid3” yazıları önündəki imzalar və ikinci cildinin 48-50-ci vərəqələrində olan 24 fevral 2023-cü il tarixli “Şahidi dindirmə” protokolda “Şahid” qrafalarındakı imzalar- Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu da istintaq orqanı tərəfindən istintaq hərəkətinin düzgün həyata keçirilmədiyi təsdiq edir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, telefon məlumatlarına baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1,234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərən Təqsirləndirilən şəxs2 cinayət əməlinin CM-nin 234.1-1 və 318.1-ci maddələrinə tövsif edilməsini, ona həmin maddələrin sanksiyasının ən aşağı əddində cəza təyin edilməsini xahiş etmiş, apellyasiya məhkəməsində çıxışında isə müdafiəçisi olduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs2 cinayət əməlinin CM-nin 234.1-1 və 318.1-ci maddələrinə tövsif edilməsi, həmçinin onun barəsində bəraət hökmünün çıxarılması üçün əsas vermir. Müdafiəçi1 Təqsirləndirilən şəxs2 bəraət verilməsi barədə dəlillərini onun barəsində yuxarıda qeyd olunan protokollarda olan imzaların saxtalaşdırılması faktı ilə əsaslandırmışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin bu dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə kollegiyası Məhkəmə-xətşünaslıq ekspertizasının rəyində göstərilmiş cinayət işinin birinci cildinin 133-134-cü vərəqələrində olan 10 fevral 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun ikinci səhifəsində, 136-137-ci vərəqələrində olan eyni tarixli “götürmə haqqında” protokolun ikinci səhifəsində, 138-139-cu vərəqələrində olan eyni tarixli “narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokolun ikinci səhifəsində, 140- 141-ci vərəqələrində olan eyni tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda “hal şahidi” qrafalarında “Şahid4” və “Şahid3” yazıları önündəki imzaların onların özləri tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunması ilə əlaqədar həmin prosessual sənədlərin yalnız Şahid4la Şahid3 tərəfindən deyil, eyni zamanda həmin istintaq hərəkətlərinin digər şəxslərin də (şahidlər Şahid1, Şahid5 və s.) iştirakları ilə aparılması və həmin şəxslərin, habelə Şahid4 məhkəmədə həmin istintaq hərəkətlərinin aparılması barədə təsdiqedici ifadələr verməsini, habelə bu faktın cinayət işinin materiallarında olan digər sübutlarla (Təqsirləndirilən şəxs2 və şahid Elgün İsmayilovun qismən etirafedici ifadələri) təsdiq olunması səbəbindən sübut kimi qəbul edilməməsinə mühüm bir əsas görmməmişdir. Bundan başqa, həmin sənədlərdəki imzaların bir qisminin məsul şəxslərin özləri tərəfindən icra edilməməsi Təqsirləndirilən şəxs2 ittiham olunduğu sözügedən epizod üzrə əməli törədib-törətməməsini, əməlinin düzgün tövsif edilibedilməməsini şübhə altına almayan prosessual pozuntudur, hansı ki, cinayət işində olan və biri digəri ilə uzlaşan təkzibedilməz sübutlarla aradan qaldırılması mümkündür. Belə ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və güclü təsir edən maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ondan aşkar olunmuş narkotik vasitələr və güclü təsir edən maddənin müxtəlif növdə olmaları (marixuana, metadon, tramadol), hər birinin ayrı-ayrılıqda qablaşdırılmaları, çəkiləri həmin kütlələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Bundan əlavə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin 22 fevral 2023-cü il tarixli protokolunda Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş və 2023-cü ilin fevral ayının 08-dən 10-na kimi onun istifadəsində olan “MEİZU” markalı mobil telefonun “WhatsApp” tətbiqində “Cahid Fizuli” adı ilə qeyd olunmuş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 991 *** ** ** nömrəsi ilə iş üçün əhəmiyyətli olan yazışmalar, səslər və fotoşəkillər aşkar olunmuşdur. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 06 aprel 2023-cü il tarixli, 3-27-111/2-50/2023 nömrəli məktubla göndərilmiş izahlı qaimədə 08-09 fevral 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə dörd halda şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan “**********36” nömrəsindən zəng edilməsi aşkar edilmişdir. Həmçinin, işə baxan birinci instansiya məhkəmə haqlı olaraq qeyd olunan sənədləri sübutlar siyahısından çıxartmış və DSX-nin 2002 saylı hərbi təhqiqtçısı, baş gizir X9 barəsində xüsusi qərar çıxardaraq müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə göndərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs2 cinayət əməlinin CM-nin 234.1-1 və 318.1-ci maddələrinə tövsif edilməsi və ya onun barəsində bəraət hökmünün çıxarılması üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-316/2024 saylı, 25 iyul 2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 316/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar