Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-503/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmü (hakimlər: Məmmədov Neymət Hüsən oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə) ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(010)-495/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkməkdən boyun qaçırmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 60-da qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(010)- 495/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq təyin olunmuş 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 18 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. xx xxxxxx 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi 5, ev 3-də qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 18 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs2 2022-ci ilin iyul ayının ortalarında «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, ona özünü İran İslam Respublikasının Milad adlı vətəndaşı kimi təqdim edən, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə sonuncunun istifadə etdiyi, istintaqla müəyyən olunmayan telefon nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-** nömrəli telefonun «whatsapp» ani yazışma proqramının səsli zəng xidməti vasitəsi ilə danışıb, həmin şəxsin ona narkotik vasitələr və psixotrop maddə göndərəcəyi barədə razılığa gəldikdən sonra külli miqdarda narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq əldə edib satmaq məqsədi ilə 17 mart 2023-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayətdən xəbərsiz olan sürücü-fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 idarə etdiyi «SAİPA SAİNA EX» markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparmasını sifariş verərək, həmin gün axşam saatlarında Şahid1 idarə etdiyi «SAİPA SAİNA EX» markalı, 99- PU-326 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonundan Füzuli rayonu, Horadiz şəhərinə yola düşmüş, 18 mart 2023cü il tarixdə, saat 03 radələrində Milad adlı şəxsin istifadə etdiyi telefondan onun istifadəsində olan ***-***-**-** nömrəli telefonun «whatsapp» ani yazışma proqramının mesaj xidməti vasitəsi ilə narkotik vasitələri və psixotrop maddəni götürməsi üçün Füzuli rayonu, Horadiz şəhərinin girişində yerləşən «Yarım tikili» binanın arxasındakı metal su çəninin altında bir ədəd sintetik kisədə qoyulmuş yerin foto şəkillərini, məkanını göndərdiyi istiqamətdə sürdürmüş, onun göstərişi əsasında Şahid1 avtomobili saxladıqdan sonra o, avtomobildən yerə düşərək qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Milad adlı şəxslə əvvəlcədən aralarında olmuş danışıqlarına uyğun olaraq «Yarım tikili» binanın arxasında yerləşən metal su çəninin altında bir ədəd sintetik kisənin içərisinə qoyulmuş, üzəri yapışqan lentlə bağlanmış 4 (dörd) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1100,0 qram, 1010,0 qram, 1055,0 qram və 1005,0 qram, ümumi çəkiləri 4170,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada təmiz çəkisi 560,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, üzəri yapışqan lentlə bağlanmış 3 (üç) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1480,0 qram,1205,0 qram və 1405,0 qram, ümumi çəkiləri 4090,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada, təmiz çəkisi 2015,0 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, gəldikləri avtomobillə Bakı şəhərinə daşımaq üçün Təqsirləndirilən şəxs1 tapşırıq vermiş, sonuncu həmin kisəni qanunsuz olaraq götürüb əldə etməklə avtomobil istiqamətində qanunsuz olaraq daşıyarkən 18 mart 2023-cü il tarixdə, saat 06:10-da Füzuli Rayon Polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq həmin kisə ilə birlikdə ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmişlər, 18 mart 2023-cü il tarixdə, saat 07:29-da Füzuli Rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə qrupun üzvü Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd sintetik kisəyə müdafiəçisi X1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən sintetik kisənin içərisində üzəri yapışqan lentlə bağlanmış 4 (dörd) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1100,0 qram, 1010,0 qram, 1055,0 qram və 1005,0 qram, ümumi çəkiləri 4170,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada təmiz çəkisi-560,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, üzəri yapışqan lentlə bağlanmış 3 (üç) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1480,0 qram,1205,0 qram və 1405,0 qram, ümumi çəkiləri 4090,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada, təmiz çəkisi 2015,0 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, 18 mart 2023-cü il tarixdə, saat 08:08-də Füzuli Rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, qanunsuz olaraq üzərində saxladığı və qanunsuz olaraq üzərində daşıdığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,29 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərindən Füzuli rayonu, Horadiz şəhəri istiqamətində gələrkən sonuncunun ona satış məqsədi olmadan şəxsi istifadəsi üçün pay verdiyi, şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,92 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 mart 2023-cü il tarixdə, saat 07:29-da Füzuli Rayon Polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 ona pay verdiyi şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,92 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyindən onların barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Müdafiəçi Elxan Süleymanov apellyasiya şikayətində müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə olunan məhkəmə hökmü ilə tanış olduqdan sonra isə ilkin olaraq hökmün əsassız və ədalətsiz olduğu mövqeyindədir. Lakin, həm hökmün, həm də həm iş materiallarının həcminin böyüklüyünü, həm də icraatında olan işlərin çoxluğu ilə bağlı hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə tam əsaslandırılmış apellyasiya şikayəti verilməsi mümkün deyildir. Tərəfindən apellyasiya şikayətinə daha ətraflı əlavə təqdim ediləcəkdir. Xahiş edir ki, bunlar nəzərə alınsın. Müdafiəçi Elxan Süleymanov apellyasiya şikayətinə əlavə verərək müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə əsasən məhkəmə istintaqı zamanı təqdim olunan və araşdırılan sübutlara deyil, ibtidai istintaq zamanı toplanmış sübutlara əsaslanaraq, Təqsirləndirilən şəxs2u ittiham olunduğu maddələrlə təqsirli bilmiş və həmin maddələrlə ona ağırlığına görə əməlinə və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edimişdir. Məhkəmə ittiham hökmünün əsasına mötəbər sübut kimi təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdikləri ifadələrini, şahid ifadələrini, şəxsi axtarış və baxış protokolları, “Bakcell” və "xxxx" MMC-dən alınmış məlumatları, həmçinin digər təhqiqat və istintaq materiallarını qoymuşdur. Hökmdən görünür ki, ittiham hökmünün əsasını təşkil edən sübutlar qeyri mötəbər və ziddiyyətlidir və məhkəmə bu ziddiyyətləri cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun aradan qaldırmamış və ya aradan qaldırılması mümkün olmayan halları təqsirləndirilən şəxslərin xeyirinə həll etməmiş, təqsirləndirilən şəxslərə cinayət prosessual qanunvericiliyində və Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş hüquqlarını həyata keçirməyə şərait yaratmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin təqsirsizlikləri ilə bağlı təqdim olunan dəlil və sübutları onların özünü müdafiə xarakterli olub, məsuliyyətdən yayınmaq məqsədi daşıyan hərəkətlər kimi qiymətləndirməklə kifayətlənmiş, həmin dəlil və sübutların həqiqiqliyini və mötəbərliyini yoxlamamış, onları işdə olan digər sübutlarla müqayisəli şəkildə araşdırmamış və onlara obyektiv hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrdən istifadə etməsi və Horadiz şəhərinə məhz narkotik vasitə dalınca getmələri mübahisə olunmur. Lakin, təqsirləndirilən şəxslərin bu niyyətlərindən sürücü (şahid) Şahid1 əvvəlcədən məlumatının olub-olmaması, onların əvvəlcədən planlaşdırdıqları cinayətin törədilməsindən könüllü imtina etmələri, saxlanılarkən və bundan sonra polis şöbəsində təqsirləndirilən şəxslərə fiziki zor tətbiq edilməklə işgəncə verilməsi, onlarım gəldikləri avtomaşını məcburi saxlayarkən avtomaşını əzib ziyan vurulması, onların uzun müddət, yəni 3 saatdan artıq müddətdə qanunsuz olaraq saxlanılmaları və digər əhəmiyyətli hallarla bağlı işdə olan və əlavə təqdim olunan dəlil və sübutlara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş və əsassız olaraq bu faktların araşdırılmasından imtina edilmişdir. Lakin, təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış və baxış keçirilməsi haqqında protokol tətqiq edilərkən, həmin istintaq hərəkətinin keçirilməsini əks etdirən maddi sübut olan SD diskə məhkəmədə baxılarkən, həm təqsirləndirilən Təqsirləndirilən şəxs1, həm də təqsirləndirlən Təqsirləndirilən şəxs2 üz, sifət nahiyələrində aşkar döyülmə əlamətlərinin izləri müşahidə olunmuş, lakin bu fakta məhkəmə hökmündə hər hansı hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ƏN PX-nin 3 saylı Şüvəlan İT-na təhvil verilərkən orada tibbi müayinədən keçirilmiş və onun bədəninn müxtəlif nahiyələrində bir sıra xəsarətlər aşkar edilmiş və həmin xəsarətlər onun tibbi kartasında qeyd olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 həm saxlanılarkən, həm də bundan sonra Füzuli RPŞ-də olarkən döyülüb, işgəncəyə məruz qalması barədə ərizə və şikayətləri üzrə müvafiq araşdırma aparılsa da, nəticədə qanunsu və əsassız olaraq həmin faktın sübuta yetirilməməsi ilə bağlı Füzuli rayon prokurorluğu tərəfindən qərar qəbul olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərindən Horadiz şəhərinə narkotik vasitə əldə etmək məqsədilə gelmələri mübahisə olunmur. Təqsirləndirilən şəxslər Horadiz şəhərinə gəlib, İİR vətəndaşının onlara narkotik vasitəni qoyduğu yeri tapmaları da mübahisə olunmur. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxslə hadisə yerinə gələrkən onların izlənildiklərini, onlara qarşı polis əməkdaşları tərəfindən müvafiq əməliyyat qurulduğunu bilməmişlər. Onlar narkotik vasitəninin qoyulduğu yerə tam sərbəst gəlmişlər və orada olarkən narkotik vasitənin onlara deyilən miqdardan artıq olması onlarda şübhə yaratmış və bu səbəbdən də onlar narkotik vasitəni götürmədən oradan bir qədər, yəni arxasına artıq narkotik vasitə qoyulmuş evdən 10-15 addım uzqlaşmışlar. Yəni, müstəqil və heç bir kənar müdaxilə olmadan cinayəti törətməkdən qəti şəkildə imtina etmişlər. Bu da onların həmin evdən artıq 10-15 addım uzaqlaşmasında ifadə olunmuşdur. Yalnız bundan sonra polis əməkdaşları onların qoyulmuş narkotik vasitəni götürmədiklərini görüb onları təqib etmiş, yuxarıda qeyd olunan şəraitdə onları saxladıqdan sonra, həmin kisədəki narkotik vasitəni təqsirləndirilən Təqsirləndirilən şəxs1 məcburi qaydada verib daşıtdırmaqla, onu PŞ-nə gətirmişlər. Hər kəsin cinayətin törədilməsindən könüllü imtina etmək hüququ vardır. Təqsirləndirilən şəxslər də cinayəti törətməkdən könüllü imtina etmişlər və onların bu hərəkətlərində başqa cinayətin tərkibnin olması faktı müəyyən edilməmişdir. Müdafiəçi, Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsasən məhkəmə istintaqı zamanı təqdim olunan və araşdırılan sübutlara deyil, ibtidai istintaq zamanı toplanmış sübutlara əsaslanaraq, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrlə təqsirli bilmiş və həmin maddələrlə ona ağırlığına görə əməlinə və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edimişdir. •Məhkəmə ittiham hökmünün əsasına mötəbər sübut kimi təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdikləri ifadələrini, şahid ifadələrini, şəxsi axtarış və baxış protokolları, “Baksell” və "xxxx" MMC-dən alınmış məlumatları, həmçinin digər təhqiqat və istintaq materiallarını qoymuşdur. Belə ki, təqsirləndirilən şəxslər özlərini elan olunmuş ittihamlar üzrə təqsirli bilmədiyindən, məhkəmə istintaqından sübutların tədqiqi ardıcıllığı əvvəlcə şahidlərin dindirilmələri, sonra təqsirləndirilən şəxslərin dindirilmələri, daha sonra isə işdə olan sənədlərin tədqiqi və digər sübutların araşdırılması ilə davam etdirilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqında məhkm Nicat Ələkbərov məhkəmədəki ifadəsindən fərqli ifadə vermiş və göstərmişdir ki, bu iş üzrə saxlanılarkən və ibtidai istintaq zamanı istintaq zamanı ona qarşı fiziki və psixi təsirlər olmuş, onu döyüb işgəncə vermişlər. Cinayəti törətməkdən könüllü olaraq imtina etməsinə baxmayaraq, hadisə yerindən təxminən 50- 60 metr qaçdıqdan sonra ayağı ilişib yıxıldığını, bu zaman polis əməkdaşları onu yaxalayaraq, əvvəlcə elə orada döydüklərini sonra isə avtomaşınla onu Füzuli rayon Polis Şöbəsinə gətirdiklərini, Şöbənin həyətinə daxil olarkən düyü kisəsində olan narkotik vasitəni onun boynuna qoyub aparmasını tələb etmişlər, o da boynunda həmin narkotik vasitə olan kisə ilə polis şöbəsinə daxil olmuş, sonra onu ikinci mərtəbədəki otaqlardan birinə salıb orada döyüb işgəncə verib etmədiyi əməli etiraf etməsini tələb etmişlər, o da məcburiyyət qarşısına etmədiyi əməlləri etiraf etmişdir. Təqsirləndirilən şəxslər şahidlərdən sonra ifadə verdiklərindən, məhkəmə istintaqında təqsirləndirilən şəxslərin ifadəsində göstərdiyi hallarla bağlı şahidlərə sual verməyə imkan və şərait yaradılmamış, onları əleyhinə ifadə vermiş şahidləri məhkəmədə dindirmək hüquqları təmin olunmamış, bununla bağlı verilmiş vəsatətlər isə təmin edilməyərək, təqsirləndirilən şəxslərin cinayət prosessual qanunvericiliyində və Konvesiyada nəzərdə tutulmuş hüquqları pozulmuş, bununlada ədalətli məhkəmə araşdırması prinsipləri də pozulmuşdur. Hörmətli məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrdən istifadə etməsi və Horadiz şəhərinə məhz narkotik vasitə dalınca getmələri mübahisə olunmur. Lakin, təqsirləndirilən şəxslərin bu niyyətlərindən sürücü(şahid) Şahid1 əvvəlcədən məlumatının olub-olmaması, onların əvvəlcədən planlaşdırdıqları cinayətin törədilməsindən könüllü imtina etmələri, saxlanılarkən və bundan sonra polis şöbəsində təqsirləndirilən şəxslərə fiziki zor tətbiq edilməklə işgəncə verilməsi, onlarım gəldikləri avtomaşını məcburi saxlayarkən avtomaşını əzib ziyan vurulması, onların uzun müddət, yəni 3 saatdan artıq müddətdə qanunsuz olaraq saxlanılmaları və digər əhəmiyyətli hallarla bağlı işdə olan və əlavə təqdim olunan dəlil və sübutlara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş və əsassız olaraq bu faktların araşdırılmasından imtina edilmişdir. İş üzrə mötəbər sübut kimi qəbul edilərək, ittiham hökmünün əsasına qoyulmuş “Baksell” və "xxxx" MMC-dən götürülmüş məlumatlarla da müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər 18 mart 2023-cü il tarixdə, saat 02:35 radələrində Horadiz şəhərinə çalmışlar. Məhkəmə istintaqı zamanı tədqiq olunan video çəkilişlə avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Füzuli rayon Polis Şöbəsinin qarşısındakı dayanacaqdakı Şahid1 məxsus “SAİPA SAİNA EX” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşın qarşı tərəfi dayanacağın kənarlarına əkilmiş yaşıllıq kollarına və ağaclara dirənmiş vəziyyətdədir, bir neçə polis əməkdaşı avtomaşının qabaq sağ və sol tərəfində dayanmışlar, digər polis əməkdaşları təqsirləndirilən şəxslərlə birlikdə avtomaşının arxa hissəsində dayanmışlar, Şahid1 avtomaşının arxa yük yerini və qapılarını açır, polis əməkdaşlan maşına baxış keçirir, iş üçün əhəmiyyətli hər hansı bir əşya aşkar edilmir, avtomaşının ön hissəsinə, ümumiyyətlə baxış keçirilmir, diqqətlə baxdıqda isə avtomaşının ön hissəsində zədə olduğunu görmək mümkündür. Qeyd olunduğu kimi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərə məxsus mobil telefon anten məlumatlarının tədqiqi zamanı müəyyən edilmişdir ki, həqiqətən təqsirləndirilən şəxslər 18 mart 2023-cü il tarixdə, saat 03 radələrində artıq onlar Füzuli rayonu, Horadiz şəhərinin giriş qapısının yaxınlığında olmuşlar, bundan sonra isə saat 03:27 radələrindən başlayaraq onların anten əhatə dairəsi Füzuli rayon PŞ- nin yerləşdiyi ərazini göstərmişdir. Qeyd olunan bu fakt isə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinin həqiqiliyini, saxlanılarkən onlara qarşı hər hansı qanunsuz hərəkətlər edilmədiyi və onların fiziki təsir və təziyiqlərə məruz qalmamaları barədə şahidlərin ifadələrinin yalan olduğunu bir daha təsdiq etmiş olur. Yuxarıda göstərilənləri nəzərə alaraq müdafiə tərəfi belə qənatə gəlir ki, ibtidai istintaq orqanı tərəfndən təqdim olunmuş subatlarla təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona istinad olunan cinayət əməllərinin törədilməsində təqsirliliyi də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayətin törədilməsindən könüllü imtina etmələri barədə ifadələrində göstərdiyi halları təkzib edən mötəbər sübutlar mövcud deyildir, işdə olan şübhəli və ziddiyyətli sübutlar isə təqsirləndirilən şəxslərin xeyirinə həll olunmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət əmsuliyyətinə cəlşb olunmur. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərindən Horadiz şəhərinə narkotik vasitə əldə etmək məqsədilə gelmələri mübahisə olunmur. Təqsirləndirilən şəxslər Horadiz şəhərinə gəlib, İİR vətəndaşının onlara narkotik vasitəni qoyduğu yeri tapmaları da mübahisə olunmur. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxslə hadisə yerinə gələrkən onların izlənildiklərini, onlara qarşı polis əməkdaşları tərəfindən müvafiq əməliyyat qurulduğunu bilməmişlər. Onlar narkotik vasitəninin qoyulduğu yerə tam sərbəst gəlmişlər və orada olarkən narkotik vasitənin onlara deyilən miqdardan artıq olması onlarda şübhə yaratmış və bu səbəbdən də onlar narkotik vasitəni götürmədən oradan bir qədər, yəni arxasına artıq narkotik vasitə qoyulmuş evdən 10-15 addım uzqlaşmışlar. Yəni, müstəqil və heç bir kənar müdaxilə olmadan cinayəti törətməkdən qəti şəkildə imtina etmişlər. Bu da onların həmin evdən artıq 10-15 addım uzaqlaşmasında ifadə olunmuşdur. Yalnız bundan sonra polis əməkdaşları onların qoyulmuş narkotik vasitəni götürmədiklərini görüb onları təqib etmiş, yuxarıda qeyd olunan şəraitdə onları saxladıqdan sonra, həmin kisədəki narkotik vasitəni təqsirləndirilən Təqsirləndirilən şəxs1 məcburi qaydada verib daşıtdırmaqla, onu PŞ-nə gətirmişlər. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs2 müdafiəçisi X2 verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması, barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 apellyasiya məhkəməsində çıxışında verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, müdafiəçisi olduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Göstərdi ki, Təqsirləndirilən şəxs2 Füzuli rayonuna 300 qram marixuana götürmək üçün getmişdir. Bu əməlini etiraf edir. Lakin, aşkar etdikləri narkotik vasitə olan kisəni gördükdən sonra cinayətdən könüllü imtina etmiş, hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Hesab edir ki, müdafiəçisi olduğu şəxs cinayət əməlini törəməkdən könüllü imtina etdiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən də işdə olan yüngülləşdirici halları nəzərə almamış, ona həddindən artıq ağır cəza təyin etmişdir. Odur ki, dediklərinin yekun qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması, barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya məhkəməsində çıxışında verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, müdafiəçisi olduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Göstərdi ki, Təqsirləndirilən şəxs1 Füzuli rayonuna 300 qram marixuana götürmək üçün getmişdir. Bu əməlini etiraf edir. Lakin aşkar etdikləri narkotik vasitə olan kisəni gördükdən sonra cinayətdən könüllü imtina etmiş, hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Hesab edir ki, müdafiəçisi olduğu şəxs cinayət əməlini törəməkdən könüllü imtina etdiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən də işdə olan yüngülləşdirici halları nəzərə almamış, ona həddindən artıq ağır cəza təyin etmişdir. Odur ki, dediklərinin yekun qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X7 apellyasiya şikayətlərinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Bu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 özlərinin ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri, onlarla birlikdə sürücü kimi getmiş bilavasitə hadisənin şahidi Şahid1 ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokol, ifadənin yerində yoxlanılması haqqında protokol, telefon danışıqlarına dair çıxarışlar, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunan cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini, təqsiri sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması üçün əsas ola bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, nəzərdə tutulan cinayət əməllərini törətməsi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 özlərinin ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri, onlarla birlikdə sürücü kimi getmiş bilavasitə hadisənin şahidi Şahid1 ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokol, ifadənin yerində yoxlanılması haqqında protokol, telefon danışıqlarına dair çıxarışlar, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini, təqsiri sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılması üçün əsas ola bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 özlərinin ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri, onlarla birlikdə sürücü kimi getmiş bilavasitə hadisənin şahidi Şahid1 ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokol,baxış və götürmə aparılması haqqında protokol, telefon danışıqlarına dair çıxarışlar, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin müdafiəçiləri apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin narkotik vasitəni götürməkdən könüllü imtina etdiklərini, buna görə də onların barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər narkotik vasitəni götürməkdən nəinki könüllü imtina etmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitəni götürüb onları gözləyə avtomobilə tərəf gedərkən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən yaxalanmış, Təqsirləndirilən şəxs2 onları gözləyən avtomobilə minib hadisə yerindən qaçmağa cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi, fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı müraciəti əsasında Füzuli Rayon prokurorluğundan araşdırma aparılmış, göstərilən faktlar öz təsdiqi tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini nəzərə alaraq, barələrində təqsirli bilindikləri maddələrin sanksiyasında təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətlərini təmin edib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Tahair oğlu və Təqsirləndirilən şəxs1 bəraət verilməsi və ya onlara təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-90/2024 saylı, 20 fevral 2024-cü il tarixli hökmü müdafiə tərəfinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-503/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-503/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver