Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-514/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Sarxan qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X1 şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 Mənəf oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(099)-25/2024 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında videokonfrans üsulu ilə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(099)-25/2024 saylı hökmü ilə (sədrlik edən hakim Nahid Hüseynov), xx xxxxxx 1981-ci ildə Beyləqan rayonu, Gödəklər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olmuş, Beyləqan rayonu, Gödəklər kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-in 149.1ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 150.2.5-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 24 iyul 2022-ci il tarixdə, saat 15 radələrində özünə məxsus Beyləqan rayonu, Gödəklər kəndində yerləşən xırdabuynuzlu heyvanların və ev quşlarının saxlanıldığı fermada şifahi razılaşma əsasında çoban işləyən Şahid1 qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs fermadakı toyuqların saxlandığı yardımçı tikilidə tək olduğunu görüb, Şahid1 fermanın Zərərçəkmiş şəxs onun cinsiyyət orqanını ağzına almasını təklif etmiş, Zərərçəkmiş şəxs onun təklifini rədd etdiyi üçün o, Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gələrək özünün əynində olan şalvarını, tumanını aşağı çəkmiş, köynəyini sinəsinə kimi yuxarı qaldırmış, cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs zor tətbiq edib dizi üstə yerə otuzdurmaqla ağzını açmasını tələb etmiş, Zərərçəkmiş şəxs etiraz edərək ağzını açmadığına görə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs dodaqlarına sürtərək qışqırıb ağzını açmasını tələb etmiş, Zərərçəkmiş şəxs onun cinsi orqanını ağzına almaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq yardımçı tikilidən çıxmağa çalışmasına baxmayaraq o, zor tətbiq etməklə əli ilə Zərərçəkmiş şəxs yanaqlarını sıxmaqla ağzını aralayaraq cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salıb hərəkət etdirərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs onun növbəti dəfə seksual xarakterli digər zorakılıq hərəkətləri etməsinin və onu zorlamasının qarşısını almaq məqsədilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, soyuq silah hesab olunmayan qatlanan cib bıçağı ilə onun qarın nahiyəsinə bir dəfə vuraraq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən səthi kəsik xarakterli xəsarət yetirərək yardımçı tikilidən qaçıb çıxmış, fermadakı itlərin yal qabını götürərək yolun kənarında dayanmış ona məxsus “VAZ-2101” markalı avtomobilin ön alın şüşəsinə çırparaq çatlatmaqla qəsdən zədələyərək ona 40 manat dəyərində əmlak ziyanı vurduqdan sonra Şahid2 yaxınlıqda yerləşən işlədiyi fermaya getmişdir. Bundan başqa o, 24 iyul 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus Beyləqan rayonu, Gödəklər kəndində yerləşən fermadakı toyuqların saxlandığı yardımçı tikilidə olan zaman Zərərçəkmiş şəxs bir qədər əvvəl ona xəsarət yetirdiyi bıçağı götürmək məqsədilə fermaya gəlib yardımçı tikiliyə daxil olduqdan sonra o, gözlənilmədən Zərərçəkmiş şəxs qarşısına çıxaraq onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs ona etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün Zərərçəkmiş şəxs ilə onun iradəsinə zidd cinsi əlaqədə olma və ona qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gələrək Zərərçəkmiş şəxs üzərinə hücum edərək müqavimətini qırmaq üçün zor tətbiq edib saçlarından tutub məcburi surətdə kürəyi üstə yerə yıxaraq özü də onun üstünə uzanmış, əvvəlcə Zərərçəkmiş şəxs əynindəki tünd göy rəngli şalvarı, göy rəngli tumanı zor tətbiq etməklə dizlərinə qədər aşağı endirmiş, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq onun altından çıxmağa çalışmasına baxmayaraq o, Zərərçəkmiş şəxs fəal müqavimətini qıraraq sol əli ilə onun hər iki əlini bir-birinə birləşdirib başının arxa tərəfində döşəməyə sıxmış, digər əli ilə isə özünün şalvarının kəmərini açaraq şalvarını və tumanını aşağı çəkdikdən sonra Zərərçəkmiş şəxs iki ayağını birləşdirərək başına tərəf qaldırıb özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə zorla salıb hərəkət etdirməklə Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bununla kifayətlənməyərək özünün cinayətkar hərəkətlərini davam etdirib cinsi ehtirasını təmin etmək məqsədilə fiziki zor tətbiq etməklə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyindən çıxarıb onun uşaqlıq yoluna zorla yeridərək Zərərçəkmiş şəxs onun iradəsinə zidd olaraq zorlamış, yəni zor tətbiq etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəkili şikayətində göstərmişdir ki, məhkəmənin hökmünü aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Komisyon məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 592/22 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət (o cümlədən fiziki qüvvə-zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmamışdır. Zərərçəkmiş şəxs doğmuş qadındır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyişikliklər (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafındakı şüavari büküşlərin hamarlaşması, selikli qişanın göyümtül- qırmızımtıl rəngdə olması) passiv partnyorun köhnə əlamətləridir və onun arxa keçəcək dəliyi ilə uzun müddət ərzində mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Arxa keçəcək dəliyinin selikli qişasında, o cümlədən dəlikətrafı nahiyələrdə hər- hansı bir zədə (qansızma, cırılma və s.) aşkar olunmamışdır. Ağız vasitəsilə cinsi əlaqə xəsarətlərin əmələ gəlməsi ilə müşaiyət olunmursa, bunu məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyənləşdirmək mümkün deyil. Məhkəmə istintaqı zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs da ifadələrindən aydın olduğu kimi, o qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə mütəmadi olaraq cinsi əlaqədə olduğu üçün ekspert rəyində də şəxsin bədənində yaranmış halların passiv partnyorun köhnə əlamətləri kimi qiymətləndirilmişdir. Həmçinin, məhkəməyə təqdim etdiyi vəsatətlərdə də qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəyə diqqətlə nəzər yetirdikdə aydın olur ki, zorakılıq hadisəsinin qeyd etdiyi formada baş verməsi fiziki olaraq mümkün deyil. Belə ki, zərər çəkmiş şəxsin diziüstə durduğu, təqsirləndirilən şəxsin isə onun qarşısında ayaqüstə cinsi orqanını zərərçəkmiş şəxsin ağız nahiyəsində hərəkət etdirdiyi vaxtda eyni zamanda sol əli zərərçəkmiş şəxsin çənəsini, sağ əli zərərçəkmiş şəxsin baş nahiyəsini tutuması fiziki olaraq mümkün deyil. Yəni hadisənin tam ağ yalan olduğunu (mexanizm) baxımından mümükünsüzdür. Təqsirləndirilənin zərər çəkmiş şəxsə qarşı AR CM-in 150-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir iş üçün mühüm əhəmiyyət kəsb edən sübut və dəllilər ümumiyyətlə yoxdur. Habelə, Komisyon məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 592/22 nömrəli rəyində də göstərilir ki, ağız vasitəsilə cinsi əlaqə xəsarətlərin əmələ gəlməsi ilə müşayiət olunmursa, bunu məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyənləşdirmək mümkün olmamışdır. Faktiki ittiham edilməsinə dair aktda və təqsirli bilinərək CM-nin 150.2.5.-ci maddəsinin normasının tərkibinin əlamətlərinin yoxdur. Habelə, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin ifadələrindən belə anlaşılmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla cinsi əlaqədə (cinasal aktı) cəmi bir neçə saniyyə yekunlaşmışdır. Yəni faktiki olaraq təqsirləndirirlən “Tezboşalma”-dan əziyyət çəkir və Tibbi dildə desək xəstədir və müalicəyə ehtiyacı yaranmışdır. Halbu ki, onun səhətinin sağlam olduğuna dair tibbi rəy verilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 73 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Təqsirləndirirlən şəxs isə bildirmişdir ki, onun anadan gəlmə cinsiyyət orqanının üzərində ət xalı vardır. Həkim rəyində də onun xüsusi əlamətlər kimi qeyd edilməmiş, müdafiəçinin sualına cavab olaraq zərərçəkmiş şəxs cinsiyyət orqanını ağzına daxil edildiyinə dair ifadələr versədə belə o, təqsirləndirirlən şəxs A. Quliyevin bu xüsusiyyəti barədə heç nə bilmədiyini demişdir. Dövlət ittihamçısının birinci istintaq üzrə aparılan araşdırma zamanı, Zərərçəkmiş şəxs aşağıdakı sualı vermişdir: Nə üçün Aydının cinsiyyət orqanını dişləmədin? Lakin Zərərçəkmiş şəxs susmuş, cavab verməmişdir. Lakin buna baxmayaraq, ittihamçının sualını sədrlik edən protokoldan çıxartmışdır. Görünür ittiham tərəfi birbaşa sübut və dəlillərin olmadığına tam əmin olduğundan bu sualı vermişdir. Həm istintaq orqanı, həm də məhkəmə bununla bağlı araşdırma aparmamış, təqsirləndirilən və zərər çəkmiş şəxslərdə cinsi qabiliyyətlərinə təsir edə biləcək xəstəlik və viruslarla bağlı ekspertiza keçirilməmişdir.Məsələn (hər iki şəxsin eyni virus daşıması) Lakin bunlara baxmayaraq, şəxsin əməli eyni zamanda AR CM-in həm 149.2.1-ci həm də 150.2.5-ci maddəsi üzrə tövsif olunmuşdur. Məhkəmə tam, hərtərəfli və obyektiv araşdırmanı təmin emədiyinə görə, təqsirləndirilən şəxsin əməlində yalnız ittiham aktının üzərindən yanaşaraq, müdafiə tərəfinin sübutlarının yoxlanılmasının ziddinə hərəkət edərək çəkişmə prinsipini kobud sürədə pozmaqla, şəxsin müqqədəs hüququ olan təqsirzillik prezumpsiyası hüququnu pozaraq düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəməyə verilmiş vəsatətlər təmin edilməmişdir. Belə ki, vəsatətdə aşağıdakıları qeyd edərək məhkəmə-tibbi genetik eksprtizasının keçirilməsini xahiş etmişdir. İş materiallarında olan 523/2022-MTBŞ saylı, xx.xx.2022 tarixli maddi sübutların ekspertizasına dair rəyə əsasən, Zərərçəkmiş şəxs məxsus tuman və parça kəsiyi üzərində qana şübhəli ləkə aşkar olunmadı; Təqsirləndirilən şəxs məxsus qolsuz mayka və qısaqol köynək üzərində spermaya şübhəli ləkə aşkar olunmadı; Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, şalvar və Təqsirləndirilən şəxs məxsus şalvar, tuman üzərində spermaya və qana şübhəli ləkə aşkar olunmadı; Ekspetizaya təqdim edilmiş uşaqlıq yolu möhtəviyyəti olan tampon üzərində olan ləklərlə spermatozoidlər və qana şübhəli ləkə aşkar olunmadı. İş materiallarında olan 523/2022-MTBŞ saylı, xx.xx.2022 tarixli Maddi sübutların ekspertizasına dair rəydə göstərilən “ sperma isə A /İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər" qeyd edilmişdir. Yuxarıda göstərilən rəydə spermanın dəqiq şəkildə Təqsirləndirilən şəxs məxsusluğu ifadə olunmamışdır. Bu səbəbdən məhkəmə-tibbi genetik ekspertiza keçirilməklə yuxarıda göstərilən hallar dəqiqləşdirilməlidir. Təqsirləndirilən şəxs Qəribova Şəhrəbanla cinsi əlaqədə olması iddia edildiyi halda, bunu təsdiq etmək üçün məhkəmə tibbi genetik ekspertiza keçirilərək sübuta yetirilməmişdir. xx.xx.2023-cü il tarixli, 739 saylı Məhkəmə-psixoloji ekspertzanın keçirilməsinə dair rəyə əsasən: Psixoloji müayinə: Yoxlanılan şəxs Zərərçəkmiş şəxs... aşağıdakıları deyir: “...Hadisə günü mən toyuq hinində idim, həmin vaxt Aydın da oraya gəldi, mənə əxlaqsız təkliflər etdi, mən onunla razılaşmadım, üstümə gəldi, həmin vaxt vəziyyətdən çıxmaq üçün onunla razılaşdığımı dedim və özümdə olan bıçağı ona tərəf vurub qaçdım. Məni qovaladı. Qaçıb qonşunun evində gizləndim...” Lakin Zərərçəkmiş şəxs izahatında qeyd edir ki: ... bıçaqla Aydının qarın nahiyəsinə vurdum. Bıçağı vurduqdan sonra Aydın ... bir qədər arxaya getdi və bıçağı mənim əlimdən alıb yerə atdı. Mən isə qapını açıb hindən çıxdım və oğlum Elxanı da götürüb qaça-qaça fermadan çıxdım. Aydın isə hində qaldı... ” Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrı vaxtlarda verilmiş ifadə və izahatlar arasındakı ziddiyətlər, hadisə barədə tamamilə fərqli məlumat verməsi onun həqiqətə uyğun olamayan ifadə verdiyini göstərir. “Zərər çəkmiş şəxsin dindirilməsi haqqında” 07 oktyabr 2022-ci il tarixli protokolda Zərərçəkmiş şəxs suala cavab olaraq bildirir: “ Bildirirəm ki, fermada Aydın , mən və azyaşlı oğlum Elxandan başqa heç kəs yox idi. Sonrada Elxan mənə dedi ki, Aydın ona demişdir ki, hinə girməsin və başına belin sapı ilə vurmuşdur ”. Müdafiə tərəfinin araşdırması nəticəsində sual yaranır ki, zərər çəkmişin verdiyi ifadə və izahartlarının duzgunluyunu yoxlamaq uçun göstərilən fakt üzrə niyə hər hansı araşdırma aparılmamış, Zərərçəkmiş şəxs oğlu Elxan adlı azyaşlı uşağın baş nahiyəsində hadisə zamanı hər hansı xəsarətin yaranıb-yaranmaması barədə ekspertiza keçirilməyib? Növbəti vəsatətimizdə isə aşağıdakı ziddiyyətli halları müəyyən edərək məhkəmədən Təqsirləndirilən şəxs, X6(+**********92, +**********43, +**********61) və X8(+**********91) adlı şəxslərin anten məlumatlarının əldə edilməsi; İş üzrə təkrar məhkəmə-tibbi ekspertizanın keçirilməsini X6, X4 və təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid4 məhkəmə iclasında dindirilməsini xahiş etmişik: 22.xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış iclasında iş üzrə şahid qismində Şahid2 və həyat yoldaşı Şahid3 ifadə vermiş, dövlət ittihamçısı və müdafiəçinin suallarına cavab vermişlər. Şahid2 belə ifadə vermişdir ki, Zərərçəkmiş şəxs onların evinə gələndə üstü-başı dağınıq deyildi, təngnəfəs olmamışdır, tamamilə sakit görünürdü və danışıq tərzindən və davranışlarından qeyri-adi heç nə hiss olunmurdu. Şahid3 bildirmişdir ki, Şəhribanla xeyli söhbət ediblər həmin zaman, heç bir qeyri-adi hal müşahidə etməmişdir, təngnəfəs olmamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi sual verdi: Zərərçəkmiş şəxs üzündə, çənə nahiyəsində qızartı və ya hər hansı dəyişiklik görmüsünüz? Şahid3: Xeyr, hər hansı dəyişiklik yox idi. Dövlət ittihamçısı sual verdi: Hadisə zamanı Zərərçəkmiş şəxs özünü itirmişdi? Şahid3: Xeyr, özünü itirməmişdi. Bundan sonra dövlət ittihamçısı şahidin (Şahid3) ibtidai istintaqda verdiyi ifadənin oxudulması barədə vəsatət qaldırdı, vəsatət təmin edildi. Dövlət ittihamçısı Şahid3 hazırda verdiyi ifadənin ibtidai istintaqdakı ifadəsi ilə eyni olmadığını bildirdi, nə üçün fərqli ifadələr verdiyini soruşdu. Şahid3 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadə protokollaşdırılan zaman ona oxunmamış, oxuyub yazma qabiliyyəti olmadığı üçün özü də oxuya bilməmişdir. Ondan verdiyi ifadəni imzalaması tələb olunub, o da sadəcə olaraq imzalamışdır. Göstərilən müddətlərdə Təqsirləndirilən şəxs Emin və Rüstəmlə anten məlumatlarının üst-üstə düşməsi təqsirləndirilən şəxsin hadisənin baş verdiyi gün hər hansı cinayət əməli törətmədiyini, hər hansı ictimai- təhlükəli əməllə əlaqəsinin olmamasını sübut edir. Həmçinin, önəmli hallardan biri də odur ki, təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid4 zərər çəkmiş şəxs Şəhriban və onun qeyri-rəsmi nikahda olduğu Şahid1 tərəfindən pul ələ keçirmək məqsədilə şantaj eidlmiş, bununla bağlı göndərilən səs yazmaları məhkəməyə və istintaq orqanına təqdim edilmişdir. Səs yazılarından aydın olur ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxsən əvəzsiz qaydada pul ələ keçirmək məqsədilə onu şərləməyə çalışır, buna görə də onu şantaj edir. Buna görə də istintaq dövründə Zərərçəkmiş şəxs şikayətini davam etdirsə də, sonradan məhkəmə baxışında şikayətinin olmadığını bildirmişdir. Ancaq göstərilən işin əhəmiyyət kəsb edən hallarının heç biri araşdırılmamış, səs yazmalarına hüquqi qiymət verilməmişdir. Lakin məhkəmə vəsatətləri təmin etməməklə yanaşı, şahid qismində Şahid2 və həyat yoldaşı Şahid3 məhkəmə istintaqı zamanı “istintaq orqanı tərəfindən onlara təqdim edilmiş ifadələrlə bağlı sənədləri oxumadan imzaladıqlarını” bildirsələr də, məhkəmə bu hala qiymət verməmiş, istintaqda verdikləri ifadələrlə kifayətlənmişdir. Ümumilikdə müdafiə tərəfindən 10 vəsatət verilmiş, lakin məhkəmə işə qərəzli yanaşaraq onların heç birini təmin etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəmə hökmü haqqında Plenum qərarına əsasən, cinayət prosesi tərəflərinin məhkəmə baxışında qaldırdıqları əlavə sübutların tədqiq edilməsi haqqında vəsatətlərə baxılması məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi barədə CPM-in 121-ci maddəsinə əsasən cinayət-prosessual qanununda başqa qayda nəzərdə tutulmayıbsa və vəsatətin həlli vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli halların müəyyən edilməsindən asılı deyilsə, vəsatətə onun verilməsindən bilavasitə sonra baxılmalı və baxılmanın nəticələri üzrə müvafiq qərar qəbul edilməlidir. Nəzərə çatdırır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi təqdim etdiyi 10 vəsatətin heç birini təmin etməməklə yanaşı, vəsatətlərin rədd edilməsi barədə əsaslandırılmış qərar çıxarmamışdır. Bütün bunlar bir daha məhkəmə araşdırmasının qanunsuz və qərəzli aparıldığını göstərir. Məhkəmə şəxsin təqsirliliyi ehtimalı ilə yanaşı, təqsirsiz olması ehtimalı ilə də əlaqədar sübutların toplanaraq hər birinin sübutların məcmusu qaydasında qiymətləndirilməsini həyata keçirməlidir. Yalnız bu halda çıxarılmış hökm qanuni və ədalətli hesab edilə bilər. Lakin məhkəmə yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlara istinad edərək kifayətlənmiş, hətta şəxsin əməlinin istintaq orqanı tərəfindən AR CM-in 149.1 və 150.2.5-ci maddələri üzrə tövsif edilməsinin əsassızlığına diqqət yetirməmiş, ittiham aktını təkrarlamışdır. Yuxarıda qeyd edilənlərə, işin tam, hərətərfli və obyektiv araşdırılmamasına və AR CPM-in yuxarıda qeyd edilən müvafiq maddələrinə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(099)-25/2024 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1, 150.2.5 maddələrilə təqsirli bilinərək CM-nin 149.1 maddəsilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, 150.2.5 maddəsilə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası CPM-in 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Hesab edir ki, Təqsirləndirilən şəxs onun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəliliyinə və ağırlığına uyğun olmayan həddə yüngül cəza təyin edildiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü ıl tarixli 1-(099)-25/2024 saylı hökmü apellyasiya instansiyası məhkəməsi tərəfindən ona daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilib cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini nəzərə almamışdır, nəticə etibarilə onun barəsində qanunsuz və əsassız olaraq aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-ın 149.1, 150.2.5-ci maddələri ağır cinayətlər kateqoriyasına aid olub obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Zorlama cinayətinin obyekti qadının cinsi azadlığı və azyaşlıların cinsi toxunulmazlığını təmin edən ictimai münasibətlərdir,əlavə obyekt kimi zərərçəkmişin sağlamlığı çıxış edir. Zorlama cinayətində zərərçəkmiş yalnız qadın cinsinə mənsub şəxs ola bilər. Zorlamada əməlin törədilmə üsulu kimi fiziki zorakılıq zərərçəkmişin müqavimətini qırmaq üçün tətbiq edilir. Bu mənada zor tətbiqi bədənə ağrı yetirmə, azadlığı məhdudlaşdırma,boğma,döymə,sağlamlığa zərər yetirmə və s. hərəkətlərdə ifadə olunur. Məhz sözügedən cinayət işində də öz cinayətkar niyyətini həyata keçirmək istəyən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs toyuq hinində tək olmasından istifadə edərək qapını bağlayaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilkin olaraq Təqsirləndirilən şəxs ona bıçaqla təsir göstərdikdən sonra ayrıla bilmişdir, təqsirləndirilən şəxs isə çöldə ağlayan uşağın səsinə məhəl qoymadan öz cinayətkar niyyətini davam etdirməkdə israrlı olmuşdur. Hətta, üstündən müəyyən qədər vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl çəkməmiş, onu zorlamış və təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməllərini hədsiz azğın formada həyata keçirmişdir. Lakin, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə baxmayaraq Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin etmişdir. Məhkəmə nəzərdən qaçırmışdır ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirən onun tərəfindən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məqsəd və motivini, eləcə də işin digər faktiki hallarını heç də dəyişdirməməklə yanaşı həmin halların mövcudluğunu aradan qaldırmır. İstintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı qoyun otarmaq üçün yaşadığı fermadan kənarda olmuş, həmin vaxt təxminən saat səkkizə işləmiş olarkən Aydın ona zəng edərək harada olduğunu soruşmuş, o isə qoyun otardığını bildirmişdir. Aydın isə özünün uzaqda olduğunu, fermanın yandığını bildirib ora getməyi ona tapşırmışdır. O, da ferma istiqamətində getmiş, fermaya çatmağa 1 km qalmış fermadan tüstü çıxdığını görmüş, fermaya çatdıqda Aydının əlində yaba ilə ot preslərini ayırdığını görmüş, Aydından uzaqda olduğunu soruşmuş, həmin ərəfələrdə də 102 xidmətinə zəng etdiyindən polislər də ora gəlmiş və onu saxlayıb polis şöbəsinə aparmışlar, orada izahatlarını da vermişlər. Aydının qardaşı da bildirmişdir ki, fermanı Aydın özü yandırmışdır. Əlavə olaraq bildirmişdir ki, o, fermaya çatmağa 200 metr qalmış yolun kənarında adamlar yığıldığını görmüş, yaxınlaşdıqda yoldaşının saçlarının dağınıq, sinəsi-başı açıq vəziyyətdə olduğunu, tanımadığı adamların yoldaşına su verdiyini görmüşdür, dərhal Şəhribanın yanına gəlmiş, uşağın ağladığını, Şəhrianın yerdə uzandığını görmüşdür. Nə olmasnı soruşduqda Şəhriban ona hər şeyi danışmış, həmin vaxt o, Aydını öldürmək istəmiş, onun olduğu yerə getmiş, lakin polsilər onu saxlayıb buna imkan verməmişlər. Sonradan da Şəhribandan hadisə barədə soruşmuş, Şəhriban hadisə barədə ona demişdir. Əvvəllər Aydından belə hərəkətlərinə görə şübhələnmiş, lakin ona heç nə deməmişdir.” Göstərilənlərdən bir daha aydın olur ki, cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmamış, göstərilənlərin Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq ona 7 il müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan əlavə, məhkəmənin hökmündə istinad etdiyi yuxarıda qeyd edilən sair hallar da cinayət qanununun tələbləri baxımından yüngülləşdirici hal qismində düzgün və əsaslı şəkildə nəzərə alınmamış, haqsız olaraq Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində məhkəmə tərəfindən bəhanə kimi istifadə edilmişdir. Cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə görə sübut edilməli hallardır və məhkəmə tərəfindən toplanmış sübutlar əsasında qəbul edilə bilər. Göründüyü kimi, məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmədən ibarət cəza onun tərəfindən törədilən cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq aydın ədalətsiz olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1, 150.2.5-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddələrin sanksiyalarında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Protest müəllifi qeyd edilənlərə istinad edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1, 150.2.5 maddələrilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024- cü il tarixli 1(099)-25/2024 saylı hökmünün ona hər bir maddə və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı çıxışında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(099)-25/2024 saylı hökmünün dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçiləri apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(099)-25/2024 saylı hökmünü ləğv edərək müdafiə etdikləri şəxsə bəraət verilməsini xahiş etmişlər. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona istinad edilən əməlləri törətmş olması barədə nəticəyə aşağıdakı sübutlar əsasında gəlmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı təzələnmədən əvvəl verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və həmin ifadəsində göstərmişdir ki, hadisə olmamışdan təxminən 20 gün qabaq Calalı Zaqataladan onun heyvanlarına baxmaq üçün gətirmiş, həmin vaxt Calalın borcu olan pulu da vermiş və Calalın işləyib pulu qaytaracağı ilə razılaşmışlar. Calal arvadı Şəhribanı və oğlunu da özü ilə fermaya gətirmişdir. Lakin Calal fermaya gəldikdən sonra ona olan borcu 300 manatadək artmış, Calal içki içdiyi üçün heyvanlara yaxşı baxmamışdır. Buna görə də Calaldan fermadan çıxmasını istəmiş və başqa çoban tapacağını bildirmişdir. Lakin bu gün sabah deyə-deyə Calal fermadan çıxmamışdır. Hər gün də fermaya çörək aparıb qoymuş, Calalın da yoldaşı həmin çörəkləri götürmüşdür. Həmin ərəfələrdə o fermaya gedərkən Calalın yoldaşı Şəhriban onunla yaxınlıq etmək istəmiş, gah ona yaxınlaşmış, gah öz çılpaq videolarını, əri ilə cinsi əlaqədə olduqları vaxt çəkdiyi videoları ona göstərmiş, lakin o, həmin qadının təklifini rədd etmişdir. Buna görə də Şəhribana yaxınlıq verməmiş, hətta yoldaşına da bildirmişdir ki, Şəhriban onu şərləyəcək. Hadisə olan günü yəni 24 iyul 2022ci il tarixdə günorta saatlarında o, fermaya getmiş, itlərə yem vermiş, həmin vaxt fermada toyuq da saxlamış, Calalgil gəldikdən sonra toyuqların yumurtaları azalmışdır, toyuqların yumurtalarının niyə azaldığını soruşduqda heç nə cavab verməmişlər. Buna görə toyuqların yumurtalarına baxmaq üçün toyuqları saxladığı yerə girmiş, az sonra Şəhriban də həmin yerə gəlib onunla cinsi əlaqədə olmaq istədiyini deyib əlini onun cinsiyyət orqanına atmış, cinsiyyət orqanını ağzına salmaq istədiyni demiş, lakin o, Şəhribanla razılaşmamış, onun başından itələmişdir. Bu zaman Şəhriban arxaya getmiş və cibindən bir bıçaq çıxarıb ona tərəf atmış və bıçaq onun qarnına dəymişdir. Sonra isə Şəhriban oradan çıxıb getmiş, onu da başına oyun açacağı ilə hədələmişdir. Bundan sonra o, da fermadan çıxıb getmiş, Şəhribanın tapşırdığı qənd, çay və digər ərzaq mallarını alıb fermanın yaxınlığında olan kafeyə gəlmiş və həmin malları orada işləyən ofisinata vermiş və fermaya aparmasını xahiş etmişdir. Belə ki, çox hallarda nəsə alanda aldıqlarını fermaya göndərib fermada olan asılqandan asmağı xahiş etmişdir. Həmin oğlan da həmin gün ərzaqları aparıb fermada olan asılqandan asıb geri qayıtmışdır. Daha sonra o, Rüstəm adlı şəxslə görüşmüş, kənddə olan torpaq sahəsini almaq istədiyi üçün həmin sahəyə baxmağa getmiş, həmin vaxt ona zəng gəlmiş və fermada yanğın olduğu deyilmişdir. Buna görə də tələsik fermaya qayıtmış, fermasının bir hissəsinin yanmasını görmüşdür. Dərhal Calala zəng edib demiş, o, gəldikdən sonra Calal da gəlmiş və orada bilmişdir ki, Şəhriban 102-yə zəng edərək onu zorlaması barədə şikayət edib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla yaxınlıq etmək istəməsi barədə heç kimə deməmiş, yalnız yoldaşına Şəhribanın onu şərləmək istədiyini bildirmişdir. Bu şeyləri bildiyi halda Calalın ona borcu olduğu üçün həmin vaxt onları çıxara bilməmişdir. Şəhriban ona bıçaq atıb qaçmışdır, Şəhribanın ona bıçaqla xəsarət yetirməsinin səbəbini bilmir, bu iş qurulma işdir, yəqin ki, yoldaşı Şəhribanı öyrtəmişdir. Calalgil bu işlə məşğul olmuş, müxtəlif fermalarda işləyərək adamları bu xarakterli şikayətlərlə şərləmişlər. Calalla Şəhribanın ər- arvad olduqlarını bilmişdir, Calala həyat yoldaşının ona belə təkliflər etməsini deməmişdir. Hadisə günü fermaya gələrkən itləri yemləyərkən qadın onun yanına gəlib hamamdan təzə çıxdığını, deyib onunla görüşmək istədiyini bildirmiş, o, istəmədiyini dedikə həmin qadın onun ətrafında bir neçə dəqiqə fırlanmışdır. O, fermada olan uşağı da heç vaxt vurmamış, ona xəsarət yetirməmişdir. Bəzi vaxtlarda fermaya gedərkən həmin uşağa konfet, saqqız almışdır. O, Şəhribanın ağzına cinsiyyət orqanı salmamış, Şəhribanla qeyri təbii yolla və ya təbii yolla cinsi əlaqədə olmamışdır. Onun cinsiyyət orqanından həmin hadisə günü və ya hadisədən sonra hər hansı nümunə götürülməmiş, heç bir araşdırma aparılmamışdır. Hadisədən sonra zərərçəkmiş şəxsi görməmişdir. Şəhrəbanının hadisə günü yox hadisədən sonra polisə şikayət etməsinin səbəbini bilmir. Fermanın yanması barədə o, Calala zəng edib demiş, o, isə heyvandan gəldiyini, fermada olmadığını bildirmişdir. Şəhriban onun fermasına yaşamağa gəldiyindən təxminən bir neçə gün sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bu işin niyə qurulma olmasını, nə üçün ona şər atılmasının səbəbini bilmir, lakin bu işin qurulma iş olduğuna əmindir. Şəhribana ümumiyyətlə cinsi əlaqədə olmamışdır. Şəhribana ümumiyyətlə yaxınlaşmamışdır. Şəhribanla cinsi əlaqədə olmadığı halda onun sperma nümunəsinin hansı səbəbdən maddi sübutlarda olmasının səbəbini bilmir, belə hal ola bilməz, bu təxmini bir şeydir və ekspert də təxmini olaraq belə bir rəy vermişdir. Qohumları Zaqatala rayonuna gedib Şəhribanı ilə barışıq əldə etməyə çalışmışlar. Calal və Şəhribanla hər hansı müqavilə bağlamamışdır. Onun avtomobilinə Şəhriban zərər vurmuşdur. Həmin anda Şəhribanın ona xəsarət yetirməsi, avtomobilinə ziyan vurması, onu şərləməklə hədələməsi və ona borclu olduqları pulun qaytarılmaması barədə hər hansı orqana hadisə gününədək şikayət etməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, tarixi dəqiq yadında qalmayan vaxtı fermada olduğu vaxt Aydın da gəlmişdir. Belə ki, Aydın hər gün gəlib heyvanlara yem verib-vermədiyini soruşub, onlara baxardı. Həmin gün də Aydın fermaya gəlmiş və heyvanlara baxdıqdan sonra gülləri sulamağa başlamış, həmin vaxt da ona baxıb ona göz vurmuşdur. Əvvəllər də Aydın ona baxmış, pis-pis videolara baxıb ona səsini eşitdirmiş, buna görə də o, Aydına irad bildirib özünü yığışdırmağı tələb etmişdir. Həmin videolara baxanda bir dəfə yoldaşı Calal da görmüş, lakin heç nə deməmişdir. Həmin gün uşağı Elxan da həyətdə olmuşdur. Bu zaman o, toyuq hininə yumurtaları yığmağa getmiş, Elxanı da arxasınca gəlməyini istəmişdir. Hinə girdikdən az sonra Aydın da gəlib hinə girmiş, qapını da bağlamış, onun üzərinə gəlmişdir. Aydın ondan xoşu gəldiyini, yoldaşının aylardır onunla oturub-durmadığını, buna görə də onu istədiyini deyib əlini şalvarına atmış, o, isə evli olduğunu, yoldaşı və uşağı olduğunu deyib Aydına etiraz etmiş, lakin Aydın yenə də onun üstünə gəlmiş, şalvarını dizinə kimi çəkmişdir. Aydın qapını bağladığından qaça bilməmiş, həmçinin onu tutduğu üçün ona gücü çaytmamış, "neynirsən e, burax” deyə qışqırsa da Aydın onu buraxmamış və ondan dizləri üstə durmağı tələb etmiş, lakin o, bunu etmədikdə Aydın onun saçından tutub dartmış, diz üstə durmağa məcbur etmiş və o, da Aydının əlindən qaça bilmədiyi üçün dizi üstə çökmüş, Aydın zorla cinsiyyət orqanını onun ağzına salmış, ona qarşı əxlaqsız hərəkət etmiş, az sonra başını göyə qaldırıb fərqli səslər çıxarmış, həmin vaxt yoldaşının ona verdiyi bıçağı cibindən çıxarıb Aydının qarın nahiyyəsinə vurmuş, bu zaman Aydın geri çəkilmişdir. O, da hindən çıxıb çöldə ağlayan uşağı Elxanı da götürüb fermadan çıxmış, həmin vaxt çöldə dayanmış Aydının avtomobilinin şüşəsinə də yerdə olan qabı çırpıb fermadan uzaqlaşmışdır. Aydının fermasının yaxınlığında olan ferma istiqamətində getmiş və çöldə bir nəfə r kişi olduğunu görüb həmin şəxsdən yoldaşına zəng etmək üçün mobil telefonunu istəmiş, həmin şəxs isə kontrunun olmadığını ona demişdir. Bundan sonra bir qədər də irəli getmiş, Aydın da onun da arxasınca gəlmiş, ondan maşında oturmağı tələb etmiş, lakin o, Aydından ondan əl çəkməsini tələb etmişdir. Aydın da maşnı sürüb getmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu hadisədən əvvəl Aydının ona qarşı bu cür niyyətinin olmasını müxtəlif hərəkətlərində uşağına sok almaqda, mağazaya aparmaqda, pis-pis videolara onun yaxınlığında baxmaqla və s. hərəkətlərində hiss etmiş, bu barədə Aydına da irad bildirmiş, oğlu Elxanı götürüb evə girmiş, hətta bəzi vaxtlarda Aydın gəlib qapını döysə də açmamışdır. Təqsirləndirilən şəxs ona qarşı zorla əxlaqsız hərkətlər edib, zorla onunla cinsi əlaqədə olub. Zor dedikdə Aydının onun qollarını tutmaq, məcbur şalvarını soyundurmağı, saçından tutub dartmağı, onu dartıb dartışdırmağı nəzərdə tutur. Həmin hadisə vaxtı bıçağı bir başa Aydının bədəninə vurmuş, həmin vaxt Aydın köynəyini də qaldırdığından bıçaq zərbəsi birbaşa bədəninə dəymişdir. Lakin bıçaq ona yüngülcə toxunmuş, lakin ona girməmişdir. O, ikinci dəfə fermaya qayıdanda onu zorlamışdır. İbtidai istintaq zamanı Aydınla barışdığını bildirsə də, hazırda onunla barşımır, ona cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında barışdığını desə də hazırda Aydınla barışmır, ondan şikayətçidir. Aydınla barışmağa görə hər hansı pul tələb etməmiş, Aydından onlara olan borcunu qayarmağı tələb etmişdir. Aydının əvvəllər ona qarşı eyni hərkətlər etmək istəməsi barədə istintaq zamanı bildirməmiş, bu hadisə sonradan onun yadına düşmüşdür. Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayəti olduğunu bildirib, Təqsirləndirilən şəxs qanunauyğun cəza təyin edilməsini xahiş etmiş və bu barədə olan ərizəsini də məhkəməyə təqdim etmişdir. Apellyasiya baxışı qismən məhkəmə istintaqı ilə aparılaraq Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı şahid qismində dindirilmişdir. O ifadəsində göstərmişdir ki, Aydınla yoldaşı arasında pul mübahisəsi var idi. Ona təxminən 300 manat pul borclu idilər. Aydın borca görə onları fermadan çıxarmaq istəyirdi. Əri də içki içən idi deyə bəzən qoyunlara baxarkən yatırdı. Qoyunlar da yoxa çıxırdı. Aydın da bundan narazı qalırdı. O da fermadan çıxarılmamaq üçün Aydına yalvarmışdı. O Aydının ona qarşı əməlindən sonra 102-yə zəng etmişdir. Aydın ona qarşı nə edibsə bağışlayır. Onları işdən çıxarmasın deyə iki dəfə onunla cinsi əlaqədə olub. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq göstərmişdir ki, o 3-4 gün əvvəl Aydınla könüllü olaraq cinsi əlaqədə olub. Həmin gün də Aydın ərinin ona olan borcunu tələb etməməsi və onları fermadan çıxarmaması üçün könüllü cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ona verilmiş, Aydınla könüllü olaraq münasibətdə olduğu halda nə üçün onu bıçaqla vurması ilə əlaqədar verilmiş suala cavab verməmişdir. Könüllü olduğu halda nə üçün qaçıb qonşu fermaya getmiş olması barədə verilən suala cavab olaraqü göstərmişdir ki, qonşu fermaya ərinə zəng vurmaq üçün getmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə günorta saatlarında qonşu fermada işləyən Şəhriban onların yaşadığı fermaya gəlmiş və onun yoldaşından telefon istəmiş, yoldaşı isə konturu olmadığını deyib telefonu Şəhribana verməmiş və çıxıb getmişdir. Həmin vaxt ərzində Şəhribanla heç bir söhbət etməmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəhriban onun yaşadığı yerə tam sərbəst formada gəlmiş, onda hər hansı həyəcan hiss etməmişdir. Şəhribanın üzərində hər hansı xəsarət, paltarlarında, saçında hər hansı dağınıqlıq görməmişdir. Şəhribanın narahatlığını hiss etməmiş, ondan su istəməmişdir. Şəhriban onun evində az müddətdə qalmış, əri gedəndən sonra çıxıb getmişdir. Lakin sonradan xatralyır ki, Şəhriban onun evində bir müddət orturmuş, heç bir söhbət etmədən yalnız bir-birinin üzünə baxmışlar və Şəhribanla hər hansı söhbət etməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı 15 dekabr 2022-ci il tarixdə mütəxəssis X2 iştirakı ilə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslərlə arasında ədavət və ya düşmənçilik olmamışdır. Həyat yoldaşı Eşqinin tanışı, Bakı şəhər sakini Elçinin Beyləqan rayonu, Gödəklər kəndi ərazisində ferması vardır. Eşqin 2019-cu ilin yanvar ayından 2022-ci ilin avqusta ayına kimi Elçinin fermasına, heyvanlarının saxlanılmasına nəzarət etmiş, torpaq sahəsini suvarmışdır. Fermada çoban olmayan vaxtlar o, yoldaşı Eşqin, oğlanları- Ayxan və Orxanla birlikdə gedib fermada qalmışdır. 2022-ci ilin iyul ayında Elçinə məxsus fermada çoban olmadığına görə o, Eşqin və övladları həmin fermada yaşamışlar. 24 iyul 2022-ci il tarixdə övladları xəstələndiklərindən günorta saatlarında Eşqin uşaqlara dərman almaq məqsədilə Beyləqan rayonu, Daşburun adlanan əraziyə getmək üçün evdən çıxmış, həmin vaxt baldızı oğlu Murad da onların evində olmuşdur. O, Eşqin qoyunları otarmağa gedən vaxt tək qalmasın deyə Murad gəlib onlarla qalmışdır. Murad evdən çıxanda sonradan adının Şəhriban olduğunu öyrəndiyi bir nəfər qadın yanında azyaşlı oğlan uşağı ilə birlikdə qaçaraq onların evinə tərəf gəlmişdir. Şəhriban çox təlaşlı olmuş, elə bil ki, nədənsə qorxmuş, narahat olmuşdur. Şəhriban təngnəfəs halda Eşqinə yaxınlaşıb öz həyat yoldaşına zəng etmək üçün mobil telefonunu verməsini xahiş etmişdır. O, Şəhribanın həyat yoldaşının adının nə olmasını bilməmişdir. Eşqin Şəhribana mobil telefonunda konturunun olmadığını demiş, daha sonra özünə məxsus "VAZ 2106” markalı avtomobillə uşaqlara dərman almağa getmişdir. Şəhriban isə fermanın həyətində oturmuşdur. Söhbət əsnasında Şəhriban ona ərinin yaxınlıqdakı fermalardan birində çoban işlədiyini, fermanın sahibi Aydının ondan əl çəkmədiyini, Aydının onu zorladığını demişdir. Həmin vaxt Murad da həyətdə olmuş, lakin o, Muradın Şəhribanın dediyi sözləri eşidib- eşitməməsini bilməmişdir. Şəhriban bir qədər həyətdə oturduqdan sonra çıxıb getmişdir. Daha sonra kənd arasında gəzən söhbətlərdən Şəhribanın Aydının onu zorlaması barədə şikayət etdiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs dəqiq saat neçədə onlara gəlməsini xatırlamır, lakin Şəhriban onlara gələrkən günorta saatları olmuşdur. Şəhriban ona Aydının onu zorladığını dedikdə o, Şəhribanın nə demək istədiyini başa düşmədiyi üçün bu barədə heç kəsə məlumat verməmişdir. Şəhribanın Aydının onu zorlaması barədə kənd arasında gəzən söhbətləri eşitdikdən sonra Şəhribanın zorlamaq dedikdə Aydının onunla zorla cinsi əlaqədə olmasını dediyini anlamışdır. Şəhriban ona Aydının onu fermada toyuq saxlanılan yerdə zorladığını desə də bunu hansı formada etdiyini deməmiş, o Şəhribandan bu barədə soruşmamışdır. Şahid3 ibtidai istintaq zamanı ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, oxuya bilmədiyindən ifadəsini oxumadan imza etmişdir. İfadədə çəkilən imza ona məxsusdur. Oxumadığı halda hansı səbəbdən ifadəsinə imza etməsinin səbəbini bilmir. İfadəsini də ona heç kim oxumamışdır, həmin ifadəsini təsdiq etmir. 24 iyul 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 19:56 radələrində X7 DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək Beyləqan rayonu Gödəklər kəndidə yerləşən fermada həyat yoldaşı Zərərçəkmiş şəxs ferma sahibi Aydın adlı şəxs tərəfindən zorlandığını bildirmişdir. 25 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Beyləqan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə Aydın adlı şəxs tərəfindən Beyləqan rayonu Gödəklər kəndi ərazisində zorlandığını bildirmiş, Aydın adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan, "götürmə aparılması” haqqında 25 iyul 2022-ci il tarixli qərar, protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş tünd göy rəngli şalvar, çəhrayı rəngli qısaqol köynək, göy-ağ rəngli tuman, cinsiyyət üzvünə qoyduğu ağ-çəhrayı rəngli parçanı və istifadəsində olan "Realme” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin əşyalar götürülmüş və baxışı aparılmışdır. İşdə olan, "götürmə aparılması” haqqında 25 iyul 2022-ci il tarixli qərar, protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvar, qəhvəyimtil rəngli qısaqol boyunluqlu köynək, tünd göy rəngli tuman, ağ rəngli maykanı və Zərərçəkmiş şəxs ona zərbə vurduğu dəstəyi qırmızımtıl rəngli qatlanan cib bıçağını könüllü olaraq təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin əşyalar götürülmüş və baxışı aparılmışdır. İşdə olan, "tədqiqat üçün nümunələrin götürülməsi” protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:04-dən 19:20-dək Zərərçəkmiş şəxs uşaqlıq yolundan bir ədəd tampon nümunəsi götürülmüş və qablaşdırılmışdır. İşdə olan,"baxış keçirilməsi haqında” 25 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan rayonu, Gödəklər kəndi ərazisində yerləşən həmin kənd sakini Təqsirləndirilən şəxs məxsus fermadır. Qeyd olunan ferma Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun yaxınlığında, avtomobil yolundan çökəkdə yerləşmiş, fermaya gedən yol torpaq örtüklüdür. Fermanın ətrafı hasara alınmamışdır. Mövsümə uyğun olaraq ətrafda olan ot örtüyü qurumuş, saralmışdır, ağacların yarpaqları isə yaşıl rəngdədir. Fermanın ərazisində qara rəngli kül qalıqları olan yanmış ərazi vardır. Həmçinin, həmin ərazidə yerə bərkidilmiş taxta materialdan olan dirəklər vardır. Həmin dirəklər də yanmış, qaralmış haldadır. Baxış iştirakçısı Zərərçəkmiş şəxs qeyd olunan yanmış ərazini təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oa qarşı qeyd etdiyi hərəkətləri etdikdən sonra, o, tikilidən çıxıb getdikdən sonra tikilinin yandığı barədə eşitmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi yanmış ərazi ölçülən zaman uzunluğunun 30 metr, eninin isə 20 metr olması müəyyən olunmuşdur. İşdə olan, "mobil telefona baxış keçirilməsi haqında” 26 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Zərərçəkmiş şəxs istifadəsində olan "Realme” markalı mobil telefona baxış keçirilmiş, telefonda intim məzmunlu heç bir foto və video, eləcə də iş üçün əhəmiyyət kəsb edəcək hər hansı hal aşkar edilməmişdir. İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 593/22 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs qarın nahiyəsində səthi kəsik aşkar olunmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Komisyon məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 592/22 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət (o cümlədən fiziki qüvvə-zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmamışdır. Zərərçəkmiş şəxs doğmuş qadındır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyişikliklər (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafındakı şüavari büküşlərin hamarlaşması, selikli qişanın göyümtül- qırmızımtıl rəngdə olması) passiv partnyorun köhnə əlamətləridir və onun arxa keçəcək dəliyi ilə uzun müddət ərzində mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Arxa keçəcək dəliyinin selikli qişasında, o cümlədən dəlikətrafı nahiyələrdə hər-hansı bir zədə (qansızma, cırılma və s.) aşkar olunmamışdır. Ağız vasitəsilə cinsi əlaqə xəsarətlərin əmələ gəlməsi ilə müşayiət olunmursa, bunu məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli, 523/2022-MTBŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B /İİİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A /İİ/-dir. Zərərçəkmiş şəxs qızma məxsus tuman və parça kəsiyi üzərində sperma qarışmış uşaqlıq yolu ifrazatı ləkələri aşkar edildi. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı. B antigeni zərərçəkmiş Zərərçəkmiş şəxs qrup göstəricisini xarakterizə etdiyi üçün ləkələrdə onun alınması uşaqlıq yolu ifrazatı hesabına izah olunur. A antigeni ona məxsus olmadığı üçün, onun ləkələrdə alınması sperma hesabına izah oluna bilər. Belə olan halda, uşaqlıq yolu ifrazatı B /İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs, sperma isə A /İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus tuman və parça kəsiyi üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus qolsuz mayka və qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A antigeni alındı. Bu qan ləkələri A /İİ/ qruplu şəxsə, o cümələdən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus qolsuz mayka və qısaqol köynək üzərində spermaya şübhəli ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus qısaqol köynək, şalvar və Təqsirləndirilən şəxs məxsus şalvar, tuman üzərində spermaya və qana şübhəli ləkə aşkar olunmamışdır. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 25 avqust 2022-ci il tarixli, 415/2022- MTKŞ nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının arxa-yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyəsinin gərilib- dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, mayka və tuman üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində fasilələrlə yerləşən səkkiz ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyələrinin gərilib- dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, tuman və parça fraqmentinin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Köynəyin və maykanın ön hissəsinin sol-aşağı nahiyəsində yerləşən qeyri- müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 739 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, situativlik və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs intellektual inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakterini və mənasını tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətləri düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 73 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İşdə olan, "maddi sübut kimi tanıma haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş tünd göy rəngli şalvar, çəhrayı rəngli qısaqol köynək, göy-ağ rəngli tuman, cinsiyyət üzvünə qoyduğu ağçəhrayı rəngli parça, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvar, qəhvəyimtil rəngli qısaqol boyunluqlu köynək, tünd göy rəngli tuman, ağ rəngli mayka, Zərərçəkmiş şəxs məxsus dəstəyi qırmızımtıl rəngli qatlanan bıçaq və "Azercell” MMC-dən daxil olmuş və "Zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında” protokola əlavə edilmiş 2 ədəd disk maddi sübut kimi tanınmışdır. 25 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Beyləqan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə Aydın adlı şəxs tərəfindən Beyləqan rayonu Gödəklər kəndi ərazisində zorlandığını bildirmiş, Aydın adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4344 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin və lasin tipli şalvarın üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq çəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. İşdə olan, "baxış keçirilməsi haqında” 12 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsməxsus VAZ 2101 markalı, 10- HS-098 qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön alı şüşəsində çatlar olması müəyyən edilmiş, baxış iştirakçısı Təqsirləndirilən şəxs həmin çatların 24 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs itlərə yal verməsi üçün istifadə olunan qabı götürüb şüşəyə çırpması nəticəsində yarandığını bildirmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsaslanaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai itsintaq zamanı və məhkəmədə vermiş olduğu ifadəsi ilə yanaşı, Şahid3 istintaq zamanı verdiyi ifadəsi, Şahid1 ifadəsi ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə kollegiyası ittihamın həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin əsassız olduğunu hesab edir. Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmədiyini, ümumiyyətlə onunla cinsi əlaqədə olmadığını, onu zorlamamasını göstərmişdir. Şikayətdə həmçinin məhkəmədə müdafiə tərəfinin vəsatətlərinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi, o cümlədən iş üzrə məhkəmə genetik ekspertizasının keçirilməməsi mübahisələndirilir. Müdafiəçi belə bir vəsatəti Zərərçəkmiş şəxs əri ilə mütəmadi cinsi münasibətlərdə olduğu halda onun paltarında aşkar edilmiş spermanın Şahid1 məxsus ola bilməsi mülahizəsi ilə apellyasiya baxışı zamanı da vermişdir. Lakin apellyasiya şikayətində göstərilənlər işdə olan çoxsaylı sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələri ilə təqsirliliyi o cümlədən apellyasiya baxışı zamanı da bir daha öz təstiqini tapmışdır. Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı ifadə verərkən Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmasını, seksual xarakterli digər hərəkətlər etməsini bir daha təstiq etmiş, lakin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən fərqli olaraq ona qarşı bu hərəkətlərin ona qarşı könüllü edildiyini göstərmişdir. Təqsirləndirilən şəxs onun ifadəsini diqqətlə dinləmiş, Zərərçəkmiş şəxs dediklərinə hər hansı etiraz bildirməmiş, ona hər hansı bir sual verməmişdir. Başqa sözlə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən hərəkətləri etməsini bir daha təstiq edib, birinci instansiya məhkəməsində dediklərindən fərqli olaraq bunun könüllü oldğunu göstərmiş, Təqsirləndirilən şəxs vəkilnin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası Zərərçəkmiş şəxs paltarından aşkar edilmiş spermanın kimə məxsus olmasının araşdırılmasına ehtiyac olmamasını, müvafiq olaraq məhkəmə genetik ekspertizanın keçirilməsinə ehtiyac olmadığını hesab etmiuşdir. Beləliklə məhkəmə kollegiyası o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməlləri törətmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin də əsassız olduğunu hesab edir. Belə ki, protestdə Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsi tələb olunur. Dövlət ittihamçısı bu tələbi birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1, 150.2.5 maddələrilə təqsirli bilinərək CM-nin 149.1 maddəsilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, 150.2.5 maddəsilə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmiş olması ilə əsaslandırmışdır. Protest müəllifi göstərmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini nəzərə almamış, nəticə etibarilə onun barəsində qanunsuz və əsassız olaraq aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs toyuq hinində tək olmasından istifadə edərək qapını bağlayaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilkin olaraq Təqsirləndirilən şəxs ona bıçaqla təsir göstərdikdən sonra ayrıla bilmişdir, təqsirləndirilən şəxs isə çöldə ağlayan uşağın səsinə məhəl qoymadan öz cinayətkar niyyətini davam etdirməkdə israrlı olmuşdur. Hətta, üstündən müəyyən qədər vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl çəkməmiş, onu zorlamış və təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının protestdə göstərdiyi işin bu halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələrinin dispozisiyasında göstərilən əlamətlər olmaqla həmin maddələrin sanksiyasında müvafiq olaraq dörd ildən səkkiz ilədək və beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar da bu həddə olmuşdur. Başqa bir tərəfdən hal hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışladığını bildirməklə onun vəkilnin apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Ona görə də apellyasiya protesti təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(099)-25/2024 saylı hökmündən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəməm kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkmə ilə mümkündür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması, apellyasiya protestinin təmin edilməsi barədə rəyini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsi barədə xahişini, məhkum edilmiş şəxsin müdafiəçilərinin müdafiə etdikləri şəxsə bəraət verilməsi barədə xahişini dinləyərək hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(099)-25/2024 saylı hökmü, həmin hökmdən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-514/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-514/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver