Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-519/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri: Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 1(099)-463/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 1(099)-463/2023 nömrəli hökmü (hakimlər X6 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə) ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov rayonu X9 küçəsi ev 9-da daimi qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Hacıqabul Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 11 (on bir) günlük hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə yəni 10 (on) ay 20 (iyirmi gün) azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin 25 yanvar 2023-cü il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən ümumi çəkisi 225,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini ayrı-ayrılıqda təmiz çəkiləri 1) 58,057qr, 2) 59,081qr, 3) 20,400qr, 4) 17,328qr, 5) 14,176qr, 6) 6,544qr, 7) 3,543qr, 8) 1,726qr, 9) 1,823qr, 10) 0,943qr olmaqla polietilen kəsiyi bükümlərində, 1) 3,957qr, 2) 6,302qr, 3) 21,176qr, 4) 10,877qr olmaqla kağız kəsiyi bükümlərində qablaşıdırlmış halda və ümumi çəkisi- 1,977 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,828qr, 2) 0,362qr olmaqla polietilen kəsiyi bükümlərində, 1) 0,700qr, 2) 0,087qr olmaqla kağız kəsiyi bükümlərində qablaşdırılmış halda əynində olan boz rəngli şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 25 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 1(099)-463/2023 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edib, işdə olan yüngülləşdirən halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıarlən üzərində külli miqdarda deyil, cəmi 1,5 qram heroin olmuşdur. Polis əməkdaşları onun üzərinə narkotik vasitə və bir ədəd elektron tərəzi qoyaraq ona məxsus olmasını demişlər. Cinayət işi materiallarına əlavə edilmiş sübutlardan və eləcə də, əksəriyyətini ittiham tərəfinin şahidlərinin veridiyi ifadələrdən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini müəyyən etməmişdir. Daha doğrusu onlar narkotik vasitəninin aşkar edilməsi faktını təsdiqləmişlər, satış məqsədinə isə münasibət bildirməmişlər. İbtidai istintaq orqanı həmin narkotik vasitənin salış məqsədi ilə əldə edilməsini və Təqsirləndirilən şəxs yaşadığı və ya başqa ərazilərdə sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat toplamamışdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olmamasına dair etirazlarını bildirdikdən sonra polislər tərəfindən ona təyziq edilmiş, razılaşmasa daha 1 kq narkotik vasitənin ondan aşkar edilməsinə dair ittiham irəli sürəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs məcbur qalıb etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmamış, heç kəsə narkotik vasitə satmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi və ya əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 20 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə tərtib edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, növbəti məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət prosesi tərəflərinin fikrini dinləyib növbəti məhkəmə iclaslarının məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakı olmadan keçirilməsini mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəllə) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul olunması üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunub-olunmamasına, eləcə də onun əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün əsasların olubolmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qismən, ibtidai istintaq zamanı isə vermiş olduğu etirafedici ifadəsi, şahidlər Şahid1, Şahid2 ifadələri, ekspert rəyləri, 25 yanvar 2023-cü il tarixli videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, maddi sübutlar və iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan 25 yanvar 2023-cü il tarixli videoçəkilişlə aparılan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının qabaq sağ cibindən bir ədəd sellofan torbada içərisində bükümlərdə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddə və sol cibindən elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 18/87 saylı rəyindən görünür ki, 1.Tədqiqata təqdim olunmuş üzərində: “....Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış və imzalar olan kağız paketdəki: -1 ədəd polietilen bükülünün içərisində 10 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 58,057qram, 59,081qram, 20,400qram, 17,328qram, 14,176qram, 6,5444ram, 3,543qram, 1,726qram, 1,823qram, 0,943qram, 4 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 3,957qram, 6,302qram, 21,176qram, 10,877qram, ümumi çəkisi-225,933qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli heroindir, -həmin polietilen bükülünün içərisində 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,828qram, 0,362qram, 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,700qram, 0,087qram, ümumi çəkisi-1,977qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir, 2.Tədqiqata təqdim olunmuş üzərində: “....Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Tədqiqatdan sonrakı qalıq heroin 225,233 qram, metamfetamin psixotrop maddəsi 1,777 qram təşkil edir. İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 10 mart 2023-cü il tarixli 10/1594 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş elektron tərəzinin “ON/OFF” düyməsini basmaqla tərəzinin tablosunda siqnallar yaranır və kalibrovka (“sıfırlaşma”) olunur, ekranda “0,00” göstəricisi əmələ gəldikdən sonra tərəzinin çəki gözünə hər hansı əşya qoyulduqda, ekranda əşyanın çəkisi görünür. Belə ki, tərəzinin çəki gözünə çəkisi əvvəldən müəyyən edilmiş əşyalar qoyuldu və ekranda həmin əşyaların çəkisinə uyğun rəqəmlər yazıldı. Tərəzinin üzərində mexaniki zədə və çatışmazlıqlar yoxdur, aparılmış təqdiqatla elektron tərəzinin işlək vəziyyətdə olmaqla istisamara yararlı olduğu müəyyən edildi. Bununla belə, tərəzinin göstəricisinin tam dəqiq olub-olmaması Azərbayan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində (bundan sonra Dövlət Agentliyi) müvafiq çeki etalonları vasitəsi ilə müəyyən edilə bilər (ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri bu quruma verilmişdir. İş materiallarında olan ambulator narkoloji ekspertizanın 17 aprel 2023-cü il tarixli 453 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. 2022-ci ildən narkotik vasitədən və psixotrop maddədən istifadə edir. 23 yanvar 2023-cü il tarixdə səhər saatlarında Hacıqabul rayonu Nəvahi kəndində piyada gəzərkən diqqətini yerdə olan 1 ədəd sellofan torba cəlb etmişdir. Açıb içərisinə baxdıqda heroin, metamfetamin və 1 ədəd tərəzi olduğunu görmüşdür. Həmin bükülünü istifadə etmək məqsədi ilə götürüb cibimə qoymuşdur. 25 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Üzərində şəxsi axtarş keçirilməzdən əvvəl ona qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuş, o, da əynindəki şalvarın sağ cibində bir ədəd sellofan torbanı və sol cibindən elektron tərəzini təqdim edərək həmin sellofan torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin maddələrə baxış keçirilmiş və bie neçə bükümdə heroin və metamfetaminə bənzər maddələrin olması müəyyən edildi. Sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Birinci instansiyası məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqla saxlaması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahi kəndinə görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, polis şöbəsinə dəvət etmişlər. Şöbədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının qabaq sağ cibində gizlətdiyi bir ədəd sellofan torbanı çıxarıb təqdim edərək həmin torbanın içərisində bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və şalvarının qabaq sol cibindən çıxarıb təqdim etdiyi elektron tərəzinin işlək vəziyyətdə olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni, psixotrop maddə metamfetamini və tərəzini yerdən tapdığını bildirmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və tərəzi qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiyası məhkəmə zamanı şahidlər Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası aşkar olunmuş narkotik vasitə heronin küllü miqdar təşkil etməsini, heroinin 14 bükümdə, metamfetaminin isə 4 bükübdə olması, bununla yanaşı Təqsirləndirilən şəxs üzərindən tərəzinin də aşkar edilməsi ona dəlalət edir ki, o, narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa, məhkum edilmiş şəxsin müdafəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs ibtidia istinta zamanı polis əməkdaşları tərəfindən müxtəlif təzyiq və təsirlər edildiliyini, həmçinin fiziki zor tətbiq edildiyini bildirsə də iş materiallarına əlavə edilmiş Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi v.i.e. İİİ dərəcəli hüquqşunas X5 tərəfindən qəbul olunmuş 06 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında görünür ki, Hacıqabul rayonunun Nəvahi kənd sakini Təqsirləndirilən şəxs, barəsində Hacıqabul RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz əməllərə yol verildiyini barədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış və aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, toplanmış 16 C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Məmmədov X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən çəkilməmiş 1 il 9 ay 11 günlük cəzası qalmışdır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Hacıqabul Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 11 (on bir) günlük hissəsini Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə yəni 10 (on) ay 20 (iyirmi gün) azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirib ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar, habelə cinayətin predmeti olan narkotik vasitələr və psixotrop maddənin külli miqdarda olması və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması və ya ona aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 1(099)- 463/2023 nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 1(099)-463/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-519/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-519/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver