Məhkəmə qərarları › İş №1(106)-529/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-529/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-529/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, X7, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, bəraət almış şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair Füzuli Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 1(064)-13/2025 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 1(064)-13/2025 nömrəli hökmü (hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi) ilə xx.xx.1985-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 4, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dərhal ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən ona CM-in 228.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. İŞİN HALLARİ İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməklə ona həmin maddənin sanksiyası həddində təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təqsirliliyi aşağıdakı mötəbər sübutların məcmusu ilə tam şəkildə şübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı ifadələrində faktiki olaraq qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu əldə etdiyini, saxladığını, gəzdirdiyini, daşıdığını etiraf etsə də, patronu zərərsizləşdirmək və ya hər hansı orqana təhvil vermək məqsədi ilə patronu özünə məxsus avtomobilin saxlanc yerinə qoyduğunu və həmin vaxtdan unutduğu üçün patronun avtomobildə qaldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 08 iyul 2024-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokolda göstərilir ki, baxış zamanı Təqsirləndirilən şəxs Füzuli rayon Polis Şöbəsinin inzibati binasında avtomobilində saxladığı 01 ədəd bıçağı və 01 ədəd avtomat patronunu təqdim etmişdir. “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 24/1314 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdır (İ cild, səh.41-44). “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/1180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət Qanununun mənasına görə, bəraət almış təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Qeyd olunan cinayətin obyektiv cəhəti qanunsuz, olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Həmin cinayətin predmeti odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardır. Şərh olunan cinayət formal tərkibli olduğu üçün, CM-in 228.1-ci maddəsində sadalanan hərəkətlər törədildiyi andan başa çatmış hesab olunur. Cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Qanunun izahına görə, CM-in 228.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün hər hansı kriminal nəticələrin baş verməsi tələb edilmir. Bundan başqa, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, CM-in 228.1 -ci maddəsində silahın, onufı komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və| ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Göründüyü kimi, məhkəmə yuxarıda sadalananların əvəzinə, Təqsirləndirilən şəxs düşmənin canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulan - qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu əldə etdikdən sonra, təhvil vermək əvəzinə avtomobilində uzun müddət (Təqsirləndirilən şəxs öz deməsinə görə, patronu təxminən 2024-ci ilin mart-aprel aylarında əldə etmişdir) gizlətməklə saxlamasını (təqsirləndirilən şəxsin avtomobilində aşkar edildiyi 08 iyul 2024-cü il tarixədək) az əhəmiyyətli kimi qiymətləndirməkdə haqlı olmamışdır. Həmçinin, iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs avtomobilində 01 (bir), ədəd patronla birlikdə 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsinin üzərində “Etdiyin hər cinayətdən zövq al” sözləri yazılmış turist bıçağı da aşkar edilmişdir ki, bu da məhkəmənin öz hökmündə “Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti ilə əlaqədar işin müəyyən olunmuş halları onun ictimai təhlükəli və cinayət törətməyə meyilli bir şəxs olmadığını göstərir” kimi müddəası ilə ziddiyyət təşkil edir. Habelə, məhkəmə öz bəraət hökmündə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-411/2023 nömrəli, xx.xx.2023-ci il tarixli bəraət hökmünə və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)-N1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli bəraət hökmünə istinad etməklə, həmin bəraət hökmlərinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki halları ilə oxşar olan ittihamlar üzrə çıxarılmış bəraət hökmləri olduğunu göstərmişdir. Buradan da görünür ki, məhkəmə bu zaman CM-nin 8.1-ci maddəsinin tələbini, yəni, “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi,hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olıpalıdır” və CM-nin 58.3-cü maddəsinin tələbini, yəni “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” müddəalarını pozmaqla hökm çıxarmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin, eləcə də, həmin işlər üzrə Ali Məhkəmənin qərarından aydın olur ki, həmin cinayət işləri üzıə təqsirləndirilən şəxslər müvafiq olaraq - Müdafiə Nazirliyinin hərbi qulluqşusu və işğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətin sürücüsü olmuşdur. Buna görə də, hərbi qulluqçunun təqsirləndirildiyi cinayət işi üzrə işin halları onun xidməti fəaliyyəti ilə, digər iş üzrə təqsirləndirilən şəxsin müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri ilə məşğul olan şirkətlə bağlı olduğundan, həmin şəxslərin döyüş getmiş ərazilərdən dərhal sonra yadigar formasında patronlar əldə etmələri səbəbindən, qeyd edilən məhkəmələr təqsirləndirilən şəxslərin əməllərində niyyətim motivin qeyri-müəyyən olması, həmin hərəkətləri ilə şəxsiyyətə, çəmiyyətə və dövlətə hər hansı bir zərər vurmamalar və ya belə bir təhlükə yaratmamaları qənaətinə gəlmişlər. Qeyd olunanlardan fərqli olaraq, Təqsirləndirilən şəxs İmişli şəhərində yerləşən “Kapital Bank" ASC-də mütəxəssis vəzifəsində işləməklə, İmişli şəhərində yaşadığından, həmçinin istintaq zamanı onun üzərindən aşkar edilmiş, üzərində “Etdiyin hər cinayətdən zövq al” sözləri yazılmış bıçaq gəzdirməsindən, onun şəxsiyyətinin Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qərarlarında münasibət bildirilən şəxslərlə eyniləşdirilməsi doğru yanaşma deyildir. Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq, onun əməlləri şəxsiyyətə, cəmiyyətə və dövlətə zərər vurmaq təhlükəsi yaratmış, bu isə öz növbəsində CM-nin tələblərinə əsasən, ictimai təhlükəli əməl kimi qiymətləndirilməklə, az əhəmiyyətli hərəkət hesab edilə bilməz. Məhkəmənin hazırki iş üzrə əməllə bağlı, CM-nin 14.2-ci maddəsinə istinad etməklə yekun-nəticəyə gəlməsi, bu qəbildən olan çoxsaylı ittiham hökmlərini də şübhə altına almış olur. Qanunsuz olaraq döyüş sursatının saxlanılması heç bir halda az əhəmiyyətli, ictimai təhlükəliliyi olmayan bir əməl kimi qiymətləndirilə bilməz. Əks təqdirdə, bu təcrübənin formalaşması gələcəkdə də ciddi neqativ nəticələrə səbəb ola bilər. Məhkəmə hazırki iş üzrə bəraət hökmü çıxarmaqla, düzgün olmayan məhkəmə təcrübəsi yaratmışdır. Bundan sonraki vaxtlarda yalnız odlu silah əldə edib üzərində saxlayan şəxs patron olmadığına görə, hazırki məhkəmənin mövqeyinə görə məsuliyyətə cəlb edilə bilməz. Çünki, odlu silah patron olmadan yalnız soyuq silah funskiyasını daşıya bilər. Qeyd edilməlidir ki, qanunverici orqan döyüş sursatını sayından asılı olmayaraq dispozitiv əlamətlər mövcud olduqda cinayət hadisəsi kimi təsbit etmişdir. Bu hal konkretdir, Cinayət Məcəlləsində döyüş sursatının minimum hansı sayda cinayət tərkibi yaratması qeyd edilmədiyinə görə, 1 ədəd döyüş sursatı hesab edilən patron belə məsuliyyətə səbəb olub. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş döyüş sursatının ictimai təhlükəliliyi patronların sayında yox, həmin patronların (1 ədəd patron belə kifayətdir) insan həyatı üçün təhlükəli olmasındadır. Məhkəmə isə patronların sayına görə əməlin ictimai təhlükəli olmadığını qeyd etsə də, neçə ədəd patronun cinayət tərkibi yaradacağını qeyd etməmişdir. Yəni məhkəmə hüquqi düşüncədə yox, qanunun imperativ normasını pozmaqla səhvə yol vermişdir. Bundan başqa, işin hallarından görünür ki, CM-nin 228.1-ci maddəsinin obyekti ictimai təhlükəsizliyi təmin edən münasibətlər olmaqla, həmin cinayət az ağır cinayətlər kateqoriyasına aid edilib və Təqsirləndirilən şəxs qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin, və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patron döyüş sursatı hesab edilməklə, canlı hədəfi məhv etmək üçün istifadə edilən odlu silahın predmeti olduğundan, həmin döyüş sursatının əldə edilməsi, saxlanması, gəzdirilməsi və daşınması (özti-özlüyündə cəmiyyətə, şəxsiyyətə və dövlətə zərər yetirmək təhlükəsi yaradır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyinin yüksək olması işin faktiki halları və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmənin müəyyən etdiyi, sadaladığı hallar ancaq mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya protestinin təmin olunmasını, iş üzrə Füzuli Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində yeni ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya protesti ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya protestinin təmin olunmadan, Füzuli Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayətprosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirməklə, məhkəmə tərəfindən düzgün olmayaraq Təqsirləndirilən şəxs bəraət verildiyini, bu səbəbdən onun CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarını dinləyib belə nəticəyə gəlmişdir ki, apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları, yəni təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid4 ifadələri, xx.xx.2024-cü il tarixli raport, 08 iyul 2024-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokol, “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 24/1314 saylı rəyi, “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 3-16-16/2- 3/1180 saylı rəyi, habelə digər iş materiallarını araşdırıb Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 228.1-ci maddəsi ilə ona bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirinin olmaması, buna görə də ona bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmiş, məhkəmənin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs düzgün olaraq CM-in 228.1-ci maddəsi ilə bəraət verildiyini nəzərə alaraq, gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Təqsirin anlayışını verən CM-in 24.1-ci maddəsində qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Cinayət Məcəlləsinin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət Məcəlləsinin 25.3-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi, Cinayət Qanununun yuxarıda qeyd edilən müddəaları o zaman əməli (hərəkət və ya hərəkətsizliyi) cinayət hesab edir ki, həmin əməl ictimai təhlükəli olsun, təqsirkar əməlin ictimai təhlükəliliyini qabaqcadan görsün, bunu arzu etsin (yaxud arzu etməsə də buna şüurlu surətdə yol vermiş olsun) və həmin əməli törətmiş olsun. Başqa sözlə desək birbaşa qəsd zamanı əməlin törədilməsi təqsirləndirilən şəxsin arzusu ilə əhatə edilmiş olur. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 228.1-ci maddəsinin dispozisiyasından görünür ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi, həmçinin birbaşa qəsdlə törədilən əməl kimi təsbit edilmişdir. Onu da qeyd etmək lazımdır ki, istənilən cinayət hadisənin baş verib-verməməsi, şəxsin cinayətin törədilməsində təqsirli olub-olmaması, habelə cinayətin törədilməsinin vaxtı, yeri, şəraiti, üsullarının və digər zəruri tərkib əlamətlərinin müəyyən edilməsi üçün hüquqi prosedur Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respubliaksı CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 138.2-ci maddəsində də eyni müddəa yer almış və qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-prosessual qanunvericiliyin sübutetmədən bəhs edən XV fəslində isə təqsirin sübuta yetirilməsinin hüquqi proseduru aşağıdakı kimi müəyyən edilmişdir. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmçinin, CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. 146.3. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Həmçinin CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Beləliklə, cinayət-prosessual qanunvericilik, yalnız yuxarıda qeyd edilən hüquqi prosedurlar daxilində əldə edilmiş, yoxlanılmış, müqayisəli şəkildə təhlil edilmiş və məhkəmədə tədqiq edilmiş sübutlar əsasında təsdiq edilən əməli sübuta yetirilmiş əməl kimi, habelə bu qaydalara əməl etməklə çıxarılan hökmü qanuni və əsaslı məhkəmə aktı kimi qəbul edir. Hazırkı cinayət işinin materiallarını nəzərdən keçirən və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təkrar nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiq edilməsində istifadə edilən sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmamış, bu səbəbdən məhkəmə haqlı olaraq təqsirləndirilən şəxsə bəraət vermişdir. İlk növbədə qeyd edilməlidir ki, sübutetmə prosesinə nəzər saldıqda nəzərə çarpacaq dərəcədə görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyinin əsası kimi əsasən istintaq hərəkəti protokollarına və ekspert rəylərinə istinad etmişdir. Belə ki, iş materiallarında olan Füzuli RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata götürülmüşdür. İş materiallarında olan Füzuli RPŞ CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 şöbə rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportunda qeyd etmişdir ki, xx.xx.2024cü il tarixdə Füzuli rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları Şahid2 və Şahid3lə xidmətdə olan zaman ünvan 3 olan “Radar” qurğusunun yaxınlığında idarə etdiyi “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə dayanan, kimliyi sonradan məlum alan Amid adlı şəxs şübhəli davranışlar göstərdiyindən onu rayon polis şöbəsinə dəvət etmişlər, onun üzərində və ya avtomobilində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşduqda həmin şəxs ilk öncə yayındırıcı cavablar vermiş, daha sonra avtomobilində 01 ədəd bıçaq və döyüş sursatı hesab edilən 01 ədəd patron olduğunu demişdir. İş materiallarında olan Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid5 tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokolda göstərilir ki, baxış zamanı Təqsirləndirilən şəxs Füzuli rayon Polis Şöbəsinin inzibati binasında avtomobilində saxladığı 01 ədəd bıçağı və 01 ədəd avtomat patronunu təqdim etmişdir. İş materiallarında olan “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 24/1314 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdır. İş materiallarında olan “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 3- 16-16/2-3/1180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl özünə məxsus “Hyundai i30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobil ilə İmişli rayonu, Bəhramtəpə qəsəbəsindən İmişli şəhərinə gedərkən tanımadığı şəxs avtomobili işarə edib dayandıraraq onuda aparmağını xahiş etmiş, həmin şəxs avtomobilə əyləşdikdən sonra yoluna davam etmiş, şəhər ərazisində tanımadığı şəxs maşından düşdükdən sonra arxa oturacaqda həmin şəxsə məxsus qatlanan bıçağın avtomobildə qaldığını görüb saxlanc yerinə qoymuşdur. Təxminən 2024-cü ilin mart-aprel aylarında İmişli şəhərində olan restoranın qarşısında tanımadığı azyaşlı şəxsin əlində bir ədəd avtomat patronu olduğunu görüb onu yanına çağırmış, ondan nəyə görə patronu gəzdirdiyini soruşmuş, həmin şəxs də boyunbağı düzəldəcəyini demiş və o həmin şəxsə patronun təhlükəli olduğunu bildirib patronu zərərsizləşdirmək və ya hər hansı orqana təhvil vermək məqsədi ilə ondan istəmiş və həmin şəxs də patronu ona vermişdir. Daha sonra o patronu özünə məxsus avtomobilin saxlanc yerinə qoyub və həmin vaxtdan unutduğu üçün patron avtomobildə qalmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında idarə etdiyi avtomobil ilə Füzuli rayonu ərazisinə gəlmiş, Əhmədbəyli kəndində yerləşən Zahid adlı şəxsə məxsus mebel mağazasına getmiş, həmin şəxslə "xxxx" ASC-dən götürmüş olduğu kreditində gecikmələri ilə bağlı müzakirə etmişlər. Həmin şəxs yenidən kredit götürmək istədiyini söyləmiş və o da ofislə əlaqə saxladıqdan sonra hazırda 4000 manat borcu olduğunu, həmin pulu ödədikdən sonra 7000 manat məbləğində kredit götürə biləcəyini bildirmiş, Zahid adlı şəxs əmisi oğlunun pul gətirəcəyini, gün ərzində ödəcəyini bildirmişdir. Bundan sonra o, oradan uzaqlaşıb, başqa müştərilərlə görüşmək üçün getmiş, həmin tarixdə, saat təxminən 13-14 radələrində Zahid ona zəng edərək ödəniş etmək üçün polis olan əmisi oğlunun pulu gətirdiyini gəlib onunla birlikdə ödəməyini demiş, o da cavab olaraq onun özünə ehtiyac olmadığını, pulu ödədikdən sonra qəbzin şəkilini ona göndərməyini söyləmiş, Zahid də başqa bir məsələ olduğunu, həmin məsələ ilə bağlı üz-üzə danışmaq isdədiyini demiş və o da razılıq verərək onun işlədiyi mebel salonu istiqamətində getmişdir. Bundan sonra mebel salonunun yaxınlığında, həmçinin “radar” qurğusunun yaxınlığında Zahid adlı şəxslə görüşmüş, onunla 10-15 dəqiqə söhbət etdikdən sonra 4 nəfər tanımadığı şəxs ona yaxınlaşmış, onlardan biri onunda adına kredit olduğunu və baxmağını demiş, hansı bank olduğunu soruşduqdan sonra həmin şəxs demiş ki, “Dəmir Bank”dan kredit götürüb və o da "xxxx" ASC-nin işçisi olduğunu başqa banklarda olan məlumata baxa bilmədiyini bildirmişdir. Bu vaxt sonradan adı ona məlum olan Pərviz adlı polis əməkdaşı özünü təqdim etmədən ondan Kapital Bankın işçisi olduğunu təsdiq edən sənəd istəmiş, o bankın ona verdiyi vəsiqəni və planşeti göstərib, mobil telefonunu əlinə alaraq bankla əlaqə saxlayaraq rayon Polis Şöbəsinə rəsmi arayış verməsi üçün bank əməkdaşlarına zəng edən zaman Pərviz adlı əməkdaş mobil telefonu onun əlindən alaraq Füzuli rayon Polis Şöbəsinə gedərək orada məsələyə aydınlıq gətirəcəklərini söyləmişdir. Bundan sonra avtomobilinin açarını ondan almaq istəyən zaman o avtomobilinin açarını onlara verməyərək öz avtomobilini özü idarə edərək rayon Polis Şöbəsinə gedə biləcəklərini demişdir. Daha sonra Pərviz adlı əməkdaş ön sərnişin oturacağında əyləşmiş, sonradan adı ona məlum olan Eldost adlı əməkdaş isə arxa oturacaqda əyləşmiş və o avtomobili idarə edərək Füzuli rayon Horadiz şəhəri istiqamətində hərəkətə başlamışdır. Yolda hərəkətdə olarkən həmin polis əməkdaşları avtomobili axtarmağa başlamışlar. Ona məxsus avtomobilin saxlanc yeri adlanan hissəsindən 01 ədəd patron və 01 ədəd qatlanan bıçaq tapmışlar. Həmin vaxt o, patronu necə əldə etdiyini demiş və həqiqətən də yaddaşından çıxdığı üçün orada qaldığını bildirmişdir. Onlar rayon Polis Şöbəsinə çatmışlar və onu avtomobillə birlikdə rayon Polis Şöbəsinin həyətinə salmışlar. Daha sonra məlum olmuş ki, onun işinə təhqiqatçı Şahid5 baxır və təhqiqatçının otağında avtomobilində saxladığı patron və bıçağın şəkillərini çəkmişlər. Onun izahatını aldıqdan sonra o yaşadığı rayona geri qayıtmış, lakin avtomobili 1 ay polis şöbəsinin duracağında qalmışdır. Avtomobilində saxladığı döyüş sursatı hesab edilən patronu almış olduğu şəxsi tanımır, onun haqqında heç bir məlumatı yoxdur, avtomobilində döyüş sursatı hesab edilən patron olması barədə heç kimə deməmiş, hətta özünün də yaddaşından çıxmışdır. Həmin patronu özü polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin patronun baş hissəsinin girib-çıxdığını və içərisində barıt olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Füzuli RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Füzuli rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 ilə xidmətdə olan zaman Şahid2 telefon zəngi gəlmiş, Şahid2 telefonla danışığı bitirdikdən sonra zəng edən şəxsin Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində yerləşən mebel salonunda işləyən əmisi oğlu Zahid olduğunu, həmin şəxsin “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə tanımadığı bir nəfər şəxsin onun işlədiyi mebel sexinə gələrək özünü "xxxx" ASC-nin işçisi kimi təqdim etdiyini, lakin şübhəli davranışlar göstərdiyi üçün dələduz olduğunu zənn etdiyini deməsini bildirmişdir. Onlar həmin vaxt qeyd edilən əraziyə yaxın olduqları üçün dərhal ünvan 2 ünvana gedən zaman Əhmədbəyli-Şuşa avtomobil yolunun ünvan 3n keçən hissəsində quraşdırılmış radar qurğusunun, həmçinin Zahid adlı şəxsin işlədiyi mebel salonunun yaxınlığında yolun kənarında Zahid adlı şəxsin dediyi “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşlər və onlar avtomobili saxlayıb, yerə düşərək ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun kimliyini soruşmuşlar və həmin şəxsdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Amid adlı həmin şəxsin verilən suallara ziddiyyətli cavab verməsi onlarda şübhə doğurduğu üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər və o da onlarla razılaşmışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid2 və o, Amid adlı şəxsə məxsus “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobilə əyləşib, baş əməliyyat müvəkkili Şahid3 isə öz avtomobilinə əyləşmişdir. Onlar Amid adlı şəxsin idarə etdiyi avtomobillə rayon Polis Şöbəsinin inzibati binası istiqamətində hərəkətdə olan zaman ondan şəxsiyyətini təsdiq edən sənədi istədikdə o, avtomobilin saxlanc yerini açaraq orada sənəd axtaran zaman onunda həmin yer istiqamətində baxdığını görüb, dərhal təlaş içində saxlanc yerinin qapağını bağlamış. Amidin sənədi götürmədən saxlanc yerinin qapısını bağlaması, danışıqlar zamanı həyəcanlanması, verilən suallara əlaqəsiz cavab verməsi, həmçinin onlarla danışarkən tez-tez avtomobilin saxlanc yerinə baxması onlarda yenidən şübhə doğurmuş, bu vaxt o Amid adlı şəxsə üzərində və ya avtomobilində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmasını soruşmuş, Amid adlı şəxs ilk öncə inkar edərək yayındırıcı cavablar verməyə başlamış, daha sonra onunda avtomobilin saxlanc yeri istiqamətində baxdığını görüb, avtomobilində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu olduğunu, həmin bıçağı avtomobilə sərnişin kimi götürdüyü tanımadığı şəxsin yadından çıxaraq avtomobildə qaldığını, avtomat patronunu isə tanımadığı bir nəfər şəxsin əlində görüb istədiyini, həmin patronu saxlamaqda heç bir məqsədi olmadığını, sadəcə olaraq təxminən 10 aydır ki, unutduğu üçün avtomobildə qaldığını deyərək, ona köməklik göstərməklərini, rayon Polis Şöbəsinə getməməklərini xahiş etmişdir. Bundan sonra onlar həmin şəxsi rayon Polis Şöbəsinə gətirmişlər, avtomobildən düşən zaman Amid adlı şəxs bıçaq və 01 ədəd avtomat patronun özü ilə götürüb onlara təqdim edən zaman, ona Təhqiqat və İstintaq bölməsinin əməkdaşlarına təqdim edəcəyini bildirmişlər və bundan sonra o raportla rayon Polis Şöbəsinin rəisinə məruzə edərək, Amid adlı şəxsin avtomobilində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu olması barədə məlumat verərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin raportun araşdırması Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid5 həvalə edilmiş, Təqsirləndirilən şəxs avtomobilində saxladığı 01 ədəd bıçağı və 01 ədəd avtomat patronu təqdim etmiş, Şahid5 tərəfindən təqdim etmə anının fotoşəkilləri çəkilmiş və təqdim etdiyi əşyalar qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və 01 ədəd avtomat patrona ballistik ekspertiza təyin edilmiş və verilmiş rəydə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçağın soyuq silah hesab edilmədiyi, 01 ədəd avtomat patronun isə döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan patron olduğu göstərilib. Təqsirləndirilən şəxs atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən həmin patronu hansı şəraitdə, nə vaxt və kimdən əldə etməsi barədə əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid2 və Şahid3 işin əsas mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun bildirdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirmişdir ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Füzuli rayon X10 bölməsinin təhqiqatçısı vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Füzuli rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, Şahid1 xx.xx.2024-cü il tarixdə Füzuli rayon polis şöbəsinə raportla müraciət edərək, həmin tarixdə Füzuli RPŞ-nin CAB-nin əməkdaşları Şahid2 və Şahid3lə birlikdə xidmətdə olan zaman ünvan 3 olan “Radar” qurğusunun yaxınlığında idarə etdiyi “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə dayanan, sonradan kimliyi onlara məlum olan Amid adlı şəxsi şübhəli davranışlar göstərməsi səbəbindən rayon polis şöbəsinə dəvət etdiklərini, həmçinin rayon polis şöbəsinə gələn zaman Amid adlı şəxsin şübhəli davranışlarını davam etdirdiyi üçün avtomobilində və ya üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmaması soruşulduqda həmin şəxsin avtomobilində 01 ədəd bıçaq və döyüş sursatı hesab edilən 01 ədəd patron olduğunu deməsini bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs onun xidməti otağına gətirmişlər və həmin vaxt Təqsirləndirilən şəxs əlində olan 01 ədəd bıçağı və 01 ədəd avtomat patronun ona təqdim edərək özünə məxsus “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobildə saxladığını, polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilən zaman polis əməkdaşları ondan üzərində və ya avtomobilində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmasını soruşduqda o da avtomobilinin saxlanc yerində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu olduğunu deməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona təqdim etdiyi 01 ədəd bıçağa və 01 ədəd avtomat patronuna baxış keçirilmiş və tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin əşyalara Məhkəmə-ballistik ekspertiza təyin edilmiş və Təqsirləndirilən şəxs avtomobilində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu saxlaması faktına görə toplanmış ilkin yoxlama materialı üzrə 22 iyul 2024-cü il tarixdə tərəfindən “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan əşyalarla bağlı verilmiş Məhkəmə-ballistik ekspertizasının rəyində Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçağın soyuq silah hesab edilmədiyi, 01 ədəd avtomat patorunun isə döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan patron olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 1314 radələrində mebel salonunda olan zaman “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə bir nəfər tanımadığı şəxs mebel salonuna gələrək özünün "xxxx" MMC-nin işçisi olduğunu, aşağı faizlə kredit verdiyini söyləmiş, o kredit faizləri və müddətləri ilə bağlı danışıqlar edən zaman həmin şəxsin onu aldatmaq istədiyini zənn etmiş, həmçinin son zamanlar dələduzların çoxaldığını eşitdiyi üçün həmin şəxsin onu aldatmaq istəməsini fikirləşib qohumu, Füzuli rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 zəng edərək “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə tanımadığı bir nəfər şəxsin işlədiyi mebel salonuna gəldiyini, özünü "xxxx" MMC-nin işçisi kimi təqdim etdiyini və zənnincə dələduz olduğunu demiş, Şahid2 də özlərinin həmin əraziyə yaxın yerdə olduğunu bildirərək həmin yerə yaxınlaşdıqlarını demişdir. Bundan sonra o həmin şəxsin yanına gələrək onu aldatmaq istəməsindən şübhələndiyini və bu səbəbdən polis olan qohumuna məlumat verdiyini bildirmişdir. Həmin şəxs də həqiqətən "xxxx" MMC-nin işçisi olduğunu, heç kəsi aldatmadığını bildirərək mebel salonundan çıxmışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur, həmin şəxsə məxsus “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobildə döyüş sursatı və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğunu bilməmiş, sadəcə olaraq sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları həmin şəxsi rayon polis şöbəsinə aparmışlar və avtomobilindən döyüş sursatı hesab edilən patron çıxıb. Bundan başqa da heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda qeyd olunan sübutları əlaqəli şəkildə təhlil edib onlara həm ayrı-ayrılıqda, həm də məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə bəraət verilməsini belə kimi əsaslandırmışdır ki, “Təqsirləndirilən şəxs döyüş sursatı hesab edilən 01 ədəd patronu əldə etməsi, saxlaması, gəzdirməsi və daşımasından ibarət olan əməlinin əhəmiyyətliliyi, ictimai təhlükəliliyi, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməsi və ya zərər yetirmək təhlükəsi yaratması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin xarakteri dərindən araşdırılmamış, əməl üzrə səthi şəkildə araşdırma aparılaraq, işin faktiki halları düzgün qiymətləndirilmədən, formal əsaslarla ittiham irəli sürülmüşdür”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, habelə iş matteriallarında olan sübutları nəzərə alıb haqlı olaraq Təqsirləndirilən şəxs əməlinin az əhəmiyyətli, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl olduğu ilə bağlı nəticəyə gəlmişdir. Belə ki, Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həqiqətən də, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin 01 ədəd patronu tanımadığı azyaşlı şəxsin əlində görüb, onu zərərsizləşdirmək niyyətilə almış, avtomobilində daşımışdır. Yəni, Təqsirləndirilən şəxs həmin patronu əldə etməklə bağlı öncədən hər hansı ictimai təhlükəli niyyəti olmamış, bunu qabaqcadan arzu etməmiş, planlaşdırmamışdır. O, həmin patronu təsadüfən tanımadığı şəxdən əldə etmiş, həmin patronun özündə saxlanmasına heç bir əhəmiyyət verməmiş, həmin patrondan gələcəkdə hər hansı hüquqa zidd məqsədlə istifadə etmək niyyətində olmamışdır. Kollegiyanın qənaətinə görə, Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və dövlətə hər hansı bir zərər vurması və ya belə bir təhlükə yaratması, yaxud bu cür niyyətinin olması istintaq orqanı tərəfindən mötəbər şəkildə sübuta yetirilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirilən hallar da onun barəsində məhkəmə kollegiyasında bu cür – onun cəmiyyət üçün ictimai təhlükəli şəxs olmamasına, habelə əməlində ictimai təhlükəliliyin müəyyən edilməməsinə dair qənaətin formalaşmasına səbəb olur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır, ali təhsillidir, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyir, hazırki əməlinə qədər hər hansı cinayət əməlinə yol verməmiş və məhkum olunmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları da nəzərə alıb Təqsirləndirilən şəxs ictimai təhlükəli və cinayət törətməyə meyilli bir şəxs olmaması ilə bağlı düzgün olan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ittihamın mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, cinayət və cinayətprosessual qanunvericiliyin normalarını düzgün tətbiq etdiyinə və mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəldiyinə görə, yalnız ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş mötəbər olmayan, məhkəmə tərəfindən rədd edilən sübutların sadalandığı və bunun əksi olaraq hər hansı təkzibedilməz sübutun irəli sürülmədiyi apellyasiya protestinin dəlilləri formal dəlillər hesab edilməlidir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “X3rşı”, “X4rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bununla yanaşı, apellyasiya protestindən görünür ki, ittiham tərəfi birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə nəticəyə gəlinərkən Gəncə Apellyasiya Məhkəməsinin qərarlarında göstərilən mövqeyə istinad edilməsinin düzgün olmadığını göstərmişdir. Məhkəmə kollegiyası protestin qeyd olunan dəlili ilə də razılaşmağı mümkün saymır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən oxşar faktiki hallara malik olan işlər üzrə çıxarılmış qərarlarda əks olunan mövqelərə istinad olunması heç də qanunvericiliyin tələblərinə zidd olmamışdır. Belə ki, hökmdən görünür ki, istinad edilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən məlum olmuşdur ki, surətindən görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki halları ilə oxşar olan digər bir ittiham üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan başqa, Ali Məhkəmənin Cinayət Kollegiyasının 1-1(102)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki halları ilə oxşar olan digər bir ittiham üzrə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(098)-97/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(098)-97/2022 nömrəli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)-N1/2022 nömrəli, xx.xx.2022ci il tarixli hökümdən kassasiya protesti verilmiş və Ali Məhkəmənin qərarına əsasən kassasiya protesti təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, ittiham tərəfinin göstərilən dəlilləri heç bir hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası, eyni zamanda əlavə olaraq qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Yuxarıda göstərilən sübutları digər iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıran məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmış, həmin sübutları bir-birilə müqayisəli şəkildə təhlil etmiş və əldə etdiyi nəticələrə düzgün cinayət-hüquqi qiymət verərək Təqsirləndirilən şəxs haqlı olaraq CM-nin 228.1-ci maddəsi ilə bəraət vermiş, nəticə etibarilə qanuni və əsaslı hökm çıxarmışdır. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində təqsirliliyinin sübuta yetirilməsi ilə bağlı dəlilləri formal mülahizələrə əsaslanmaqla, məhkəmənin qanuni, əsaslı və ədalətli hökmünün ləğv edilməsi üçün kifayət qədər əsas vermir. CPM-in 399.3-cü maddəsinə əsasən «işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz». Odur ki, apellyasiya protestinin təmin edilməsi, məhkəmənin qanuni və əsaslı olan hökmünün isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 1(064)-13/2025 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Elçin Xasməmmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar