Məhkəmə qərarları › İş №1(106)-534/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-534/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-534/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-304/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-304/2023 nömrəli hökmü (hakimləri X5 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) ilə xx.xx.1974-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 5 (beş) gün çəkilməmiş cəzası qalmış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonu, Göyşaban kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək və hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı şəxsiyyəti məlum olmayan “Vahid” adı ilə tanıdığı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən külli miqdarda- 199,516 qram narkotik vasitə olan heroin və külli miqdarda-144,312 qram psixotrop maddə olan metamfetamin əldə edilib, saxlanıb daşınaraq “Biləsuvar-İran sərhədi” yolunun Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən keçən hissəsində, yolun kənarında, “Yuxarı Ağalı” yazısı olan lövhənin yanında gizlədilməsi barədə məlumat verildikdən sonra o, 02 may 2021-ci il tarixdə, saat 04 radələrində cinayət barədə əvvəlcədən xəbərsiz olan, taksi sürücüsü kimi fəaliyyət göstərən X1 idarə etdiyi “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib gizlədildiyi yerdən külli miqdarda narkotik vasitə və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki gödəkcənin cibinə qoyub gəldiyi avtomobillə Bakı şəhəri istiqamətində hərəkət edib üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Biləsuvar-İran sərhədi” yolunda, Biləsuvar şəhər dairəvi yol ayrıcında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən 1 (bir) ədəd sellofan torbada bir ədəd bükümdə külli miqdarda-199,516 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda- 144,312 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-ci il tarixli, 1 (099)-304/2023 saylı hökmünü dəyişərək, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərək, ona maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs elan olunan ittihamın mahiyəti ondan ibarətdir ki, o, 3109 ədəd, ümümi miqdarı 124.36 qəhvəyi rəngli həblər, 2659.88 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamin, 49.88 qram olan natkotik vasitə tiryək, 246 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, 1238.04 qram şəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı adı istintaqa məlum olmayan Fərhad adlı şəxsdən əldə edərək, üzərində saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs Fərhad adlı şəxsdən narkotik vasitəni və psixotrop maddəni əldə etdiyini bildirsə də, həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti ilə deyil, sadəcə Fərhad adlı şəxsin tapşırığı ilə vasitəçilik edərək daşımaq və Fərhadın bildirdiyi yerlərdə qoymaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə istintaqında həm əlbir olma ilə bağlı, həm də satışla bağlı ittiham tam təsdiqini tapmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarənin prokuroru Dövlət ittihamçısı2 məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsi ilə bağlı halların sübuta yetirilməsini, məhkum olunmuş şəxsə bəraət verilməsi və yaxud onun əməlinin Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinə tövsif edilməsi üçün əsasların olmamasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərər alınaraq məhkum olunmuş şəxsə ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərək həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını və törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini, onun ailə vəziyyətini və 2-ci qrup əlil olmasını nəzərə alıb sanksiyada nəzərdə tutulan aşağı həddə cəza təyin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, habelə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsi, və həmin əsaslarla da Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmamasına dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməllərinin həmin maddələrlə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirlmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа, yəni iş üzrə təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri ilə yanaşı, iş materiallarında olan şahid ifadələri, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 6/6845 №-li rəyi, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 7/1366 nömrəli rəyi, 29 noyabr 2022-ci il tarixli “baxış” protokolları, 17 dekabr 2022-ci il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokol, 26 dekabr 2022-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokol, 21 yanvar 2023-cü il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokol, habelə işin faktiki halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlar, yəni “məhkum edilmiş şəxsin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti ilə deyil, sadəcə Fərhad adlı şəxsin tapşırığı ilə, vasitəçilik edərək daşımaq və Fərhadın bildirdiyi yerlərdə qoymaq öhdəliyini üzərinə götürməsi, həmin narkotik vasitəni və psixotrop maddəni qoyacağı yerdən kimin tərəfindən götürüləcəyi barədə, satan şəxslə alan şəxs arasında olan razılıq və gəlir barədə heç bir məlumatın olmaması” barədə hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən təqsiriləndirilən şəxsin birinci instansiya məhkəməsi və ibtidai istintaq zamanı verdiyi ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi baxış keçirilməsinə dair protokollarla tam təkzib olunur. Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci mаddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci mаddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kоllеgiyаsı hazırki iş üzrə toplanmış sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hеsаb еdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ittihаm tərəfinin təqdim еtdiyi və birinci instаnsiyа məhkəmə baxışında araşdırılmış sübutlarla tаm təsdiqini tapmışdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərinin Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər sübyektiv mülahizə xarakterli dəlillər olmaqla iş üzrə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarlarla təzkib olunduğundan, işin faktiki hallarına uyğun gəlmədiyindən və iş üzrə hər hansı bir sübutla təsdiq olunmadığından birinci instansiya məhkəməsinin hökmünün ləğv olunaraq məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunması üçün əsas kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud sonuncunun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunması üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqslrli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzasını Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır. Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsin əməllərinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunması, habelə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-304/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-304/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar