Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-552/2023 09.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən, məruzəçi hakim), X1 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı X3, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Saatlı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 1(055)- 31/2021 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Saatlı Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 1(055)-31/2023 saylı qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Saatlı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 1(055)-31/2021 saylı saylı hökmü ilə (hakim Mirlətif Sadıqov) xx xxxx 1961-ci ildə Saatlı rayonu Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Günəşli kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona iki il müddətinə nəqliyyat vasitələrinin idarə edilməsi hüququndan məhrum edilməklə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs vəsatətlə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti veriməsi müddəti üzürlü səbəblərdən ötürülmüşdür. Belə ki, təqsirləndirilən şəxs onu aldatmışdır. Ona dəymiş ziyanı ödəməyi boynuna götürsə də onu aldadaraq ödəməməişdir. O da onun vədinə aldanaraq məhkəmədə barışıq ərizəsi vermişdir. Hazırda onun barəsində olan hökmdən apellyasiya şikayətini vermək istəyir. Ona görə də qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş edir. Saatlı Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 1(055)-31/2023 saylı saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Saatlı Rayon Məhkəməsinin 06 aprel 2021-cu il tarixli, 1(055)-31/2021 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs apellyasiya şikayət verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Saatlı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 1(055)- 31/2021 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına köməklik edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyəcəyini vəd etdiyi üçün vaxtında şikayət verə bilməmiş, müdəti ötürmüşdir. Hazırda onun barəsində olan hökmdən apellyasiya şikayətini vermək istəyir. Ona görə də qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 1(055)-31/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilən vəsatətdə qeyd edilənlərin hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas saymadığından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Saatlı Rayon Məhkəməsinin 06 aprel 2021-cu il tarixli hökmü, 06 aprel 2021-ci il tarixində elan edilmiş, həmin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirak etmiş, həmin hökm 22 aprel 2022-ci ilə qəbzə imza etdirilməklə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təqdim edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Beləliklə də müəyyən olunur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən təxminən 1 il 3 aydan artıq müddət keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Maddənin mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs apellyasiya şikayətində əks olunan səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydasının izah edilmiş, bununla bağlı müddəalar Saatlı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünun nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda şərh olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən keçirməklə apellyasiya şikayəti verdiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətinə əlavə etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlilləri Saatlı Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 1(055)-31/2023 saylı qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxılması zamanı apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti rədd etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və CPM-nin 202, 203, 384.1 və 384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Saatlı Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 1(055)-31/2023 saylı qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 1(055)-31/2023 saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-552/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-552/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver