Məhkəmə qərarları › İş №1(106)-554/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-554/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-554/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.3 və, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmü ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) xx xxxxxx 1960-cı ildə Cəbrayıl şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021- ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində 1 ( bir) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əlavə cəza qismində 1 (bir) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsulvəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzası və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə əsas cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsulvəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2021-ci il tarixdən hesablanmaqla 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs a p e l l y a s i y a ş i k a y ə t i v e r ə r ə k ona bəraət verilməsini xahiş etmişdir. İŞİN HALLLARİ: Təqsirləndirilən şəxs m ə h k u m e d i l m i ş d i r o n a g ö r ə k i , o , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 12 sentyabr 1997-ci il tarixli, 663 nömrəli əmrlə həmin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəbrayıl rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Cəbrayıl rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 12 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016cı il tarixli 1941 nömrəli sərəncamına əsasən Cəbrayıl rayon Məşğulluq mərkəzinə ayrılmış 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxsləri tərəfindən 2017-ci ilin fevral ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyənünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 29.834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) manat məbləğində maddi aktivlərinalınması üzrə guya Cəbrayıl rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 29.032 (iyirmi doqquz min otuz iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Cəbrayıl rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Cəbrayıl rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi xx.xx.2017 və xx.xx.2017-ci il tarixli müqavilələri, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədləri şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslərüçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli, 104 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid3, X11 və Şahid12 tərəfindən Biləsuvar rayonu, Cəbrayıl 4 saylı qəsəbədə yerləşən Cəbrayıl rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC və "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibi olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olubolmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan 2017ci ilin fevral ayında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ61AMRA******************** nömrəli hesabına 29.834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan 65AMRA******************** nömrəli hesabına 29.032 (iyirmi doqquz min otuz iki) manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitininköçürülməsini təmin edib, 12 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tamverilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid16 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan aldıqları mal-qaranı və yem məhsullarını Cəbrayıl rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid1 3.930 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.032 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid10 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi, X2 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.550 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 3.922,5 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.848 manat dəyərində maddi aktivlər verilməsi, Şahid8 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid9 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.904 manat dəyərində maddi aktivlər verilməsi, Şahid13 3.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.000 manat dəyərində maddi aktivlər verilməsi, Şahid14 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid15 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Cəbrayıl rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 10 iyul 2018-ci il tarixli aktların öz imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 12 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində vəsaitdən faktiki olaraq 46.902,5 manat (qırx altı min doqquz yüz iki manat, əlli qəpik) məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 11.963,5 (on bir min doqquz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs a p e l l y a s i y a ş i k a y ə t i v e r ə r ə k o n a b ə r a ə t v e r i l m ə s i n i x a h i ş e t m i ş d i r. A P E L LYA S İ YA Ş İ K AY Ə T İ N İ N D Ə L İ L L Ə R İ : Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmü ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməsi ilə yanaşı həmin hökmlə ondan 11.963 manat məbləğində maddi ziyan tutularaq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində “X8 X18 xeyrinə ödənilməsi hökm edilmişdir. Bu hökmü qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tam, obyektiv araşdırma aparmadan yalnız ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsaslanan, heç bir mütəxəssis rəyi ilə təstiq olunmayan ittihamnaməsi əsasında çıxarılmışdır. Dövlət Məşğulluq Xidmətinin Cəbrayıl rayon şöbəsinin müstəqil mühasibatlığı olmamış, bütün mühasibatlıq əməliyyatları şöbənin tabe olduğu Dövlət Məşğulluq Xidmətinin maliyyə şöbəsi tərəfindən həyata keçirilmişdir. Mərkəzin işi Baş idarə tərəfindən göndərilən bank hesabları üzrə sənədlərin hazırlanması olub. İş axtaran şəxslər Mərkəzə müraciət etdikdən sonra qeydiyyata alınmışlar. Sonra onlar iki aylıq kurs keçdikdən sonra Dövlət Məşğulluq Xidməti tərəfindən təstiq olunmuş imtahanda iştirak edirlər. İmtahandan keçənlər heyvandarlıqla əlaqədar biznes plan təqdim edirlər. Təqdim edilmiş biznes planın əsasında xidmətdən onun rəhbərlik etdiyi şöbəyə bank hesabları göndərilərək həmin şirkətlərlə müqavilə bağlandığını və onlara vəsait köçürülməsini təmin etməli olduğunu bildiriblər. Məşğulluq haqqında qanuna əsasən onun Dövlət Məşğulluq Xidmətinin hər hansı əməkdaşının göstərişini yerinə yetirmək vəzifəsi olmuşdur. 2017-ci ilin əvvələrində ona hazır protokollar göndərilmiş, tender komissiyasının üzvləri tərəfindən həmin protokolların imzalanması tapşırılmış və və adları qeyd olunan "xxxx" və "xxxx" şirkətlərinə müvafiq olaraq 29.032 manat və 29.834 manat köçürülməli olması bildirilmişdir. O özü tender komissiyasının üzvü olmamış, yalnız hazır imzalanmış sənədlərin qanuniliyinin yoxlanması üçün Baş idarənin maliyyə şöbəsinə göndərmişdir. Şöbədən razılıq alındıqdan sonra vəsaitlər aidiyyəti üzrə köçürülmüşdür. O, Dövlət Məşğulluq Xidmətinin heç bir vəziufəli şəxsi ilə qabaüqcadan əlbir olmaqla bir qrup şəxs qismində dövlətə məxsus əmlakı israf etmək yolu ilə talamamışdır. Məhkəmə hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadəlıərinə əsaslanaraq həmin ifadələri təhlil etməmiş, bir-biri ilə müqayisə etməmiş, həmin ifadələrdən hansının onun təqsirliliyinə dəlalət etdiyini göstərməmişdir. "xxxx" və "xxxx" şirkətlərinin əməkdaşları məhkəmədə dindirilməmişlər. Hökmdə adları Dövlət Məşğulluq Xidmətinin şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri kimi çəkilən şəxslərin kimliyi araşdırılmamış və ifadələri alınmamışdır. Cəbrayıl rayon Maliyyə şöbəsinin nəzarətçi orqan kimi məsuliyyəti araşdırılmamamışdır. Məhkəmənin qərarı Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli Plenum qərarının tövsiyyələrinə də uyğun olmamışdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavəsində göstərmişdir ki, onun barəsində olan cinayət işinə iclasların audioyazısı aparılmadan baxılmış, bununla AR CPM-in 51.6-1-ci maddəsinin pozuntusuna yol verilmişdir. İşdə məhkəmə iclaslarının audioyazısının olmaması ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasıpnın xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində olan cinayət işinin materialları birinci instansiya məhkəməsinə qaytarılmış, Bundan sonra Cəbrayil rayon məhkəməsinin Ədliyyə nazirliyinin Əməliyyat və Texniki Xidmət şöbəsinə göndərdiyi sorğuya cavab olaraq məhkəməyə göndərilmiş cavabda Elektron Məhkəmə İnformasiya Sisteminin bütün komponentlərinin 31 oktyabr 2023-cü il tarixdə Cəbrayıl rayon məhkəməsində işə salınaraq istifadəyə verildiyi göstərilmişdir. Hesab edir ki, belə olduğu halda 31 oktyabr 2023-cü il tarixinədək Cəbrayıl Məhkəməsinin iclas zallarında məhkəmə iclasları audioyazı aparılmadan keçirilmiş və bununla da AR CPM-in 51.6-cı maddəsiundə nəzərdə tutulan pozuntuya yol verilmişdir. Bundan başqa ona qarşı AR CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü 308.1 və 313-cü maddələri ilə ittiham irəli sürüldüyü halda Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli və 01.03. 2024-cü il tarixli qərarlarında AR CM-in 179.2.1, 179.2.2, 179.2.4-cü və 308.1-ci maddələri kimi göstərilmiş, qərarlar həmin yanlşlıqla ona göndərilmişdir. Bundan başqa ona CM-in 179.2.1-ci maddəsi ilə ittiham verildiyi halda onunla əlbir olan Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin kim olması istintaq və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Şikayət müəllifi qeyd edilənlərə əsaslanaraq Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmünün ləğv edilməsini, ona bəraət verilməsini yaxud işin ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi istintaq orqanı və birinci instabnsiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs tərəfindən törədildiyi hesab edilən cinayət əməlinin törədilməsindən cinayət məsuliyyətinə cəlb etmə müddətinion keçdiyini göstərərək onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs mənimsəmə cinayətini törətmədiyini bildirərək ona bəraət verlməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X8” X15 nümayəndəsi hökmün mülki iddia ilə bağlı hissəsinin icrasının təmin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023cü il tarixli 1(0072)-014/2023 saylı hökmü çıxarılarkən aşağıdakı sübutlara istinad edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair ittiham əsassızdır. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cəbrayıl Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işlədiyi müddət ərzində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməmişdir. Ümumiyyətlə, o, məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina edir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən bəraət verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X8 ”X18 nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs AzərbaycanRespublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X8” X16 11.963.50 (on bir min doqquz yüz altmış üç, əlli) AZN məbləğində maddi ziyan dəymişdir. Bütün bunları nəzərə alaraq, mülki iddianın təmin edilərək, Təqsirləndirilən şəxs 11963.50 (on bir min doqquz yüz altmış üç, əlli) AZN məbləğində maddi ziyanın tutularaq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X8” X14 xeyrinə ödənilməsi və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuşqaydada cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı da şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan boğaz qoyunu, ot presini və yemi İmişli rayonu, Qızılkənd ərazisində fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra İmişli rayonu, Qızılkənd kəndinə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 1 baş boğaz qoyunu 150 manata, bir bağlaması 2 manata 90 kip pres və 400 kq yemi 30 qəpiyə alıb, həmin mallara cəmi 3600 manat xərcləyərək alıb ona təhvil vermişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Satıcıda olan yem və ot presi çatmadığından 330 manat da əlavə pul verilmiş və həmin pula İmişli rayonunda digər satıcıdan əlavə olaraq 500 kq yem və 90 kip ot presi özü ayrılıqda almışdır. Beləliklə ona aktivlərin alınmasına 3930 manat pul xərclənmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada heyvandarlıqla məşğuldur. 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlərvə təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri Cəbrayıl rayonu, 4 saylı qəsəbədən fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra Cəbrayıl rayonu, 4 saylı qəsəbəyə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 4 baş dananı yanında satıcıya cəmi 4000manat verərək alıb ona təhvil vermişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Beləliklə ona aktivlərin alınmasına 4000 manat pul xərclənmişdir. Daşınma üçün hər hansı məbləğdə pul xərclənməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. İmzalayarkən aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktda qiymətlər yazılmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərindəhazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri Cəbrayıl rayonu, 6 saylı qəsəbədən fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra Cəbrayıl rayonu, 6 saylı qəsəbəyə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 21 baş boğaz qoyunu hər başı 160 manata olmaqla 3360 manata almış, bundan başqa ona 63 kip presi hər kipi 2,5 manata olmaqla 157.50 manata və 900 kq arpanı hər kq-ı 45 qəpiyə olmaqla 405 manata alaraq təhvil vermişdir. Ümumilikdə ona aktivlərin alınmasına görə 3922,5 manat pul xərclənmişdir. Daşınma üçün ona hər hansı məbləğdə pul verilməmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri Cəbrayıl rayonu, 2 saylı qəsəbədən fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra Cəbrayıl rayonu, 2 saylı qəsəbəyə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 1 baş yanı balalı inəyi 1500 manata, 1 baş boğaz inəyi 1200 manata və 1 baş düyəni 850 manata olmaqla qeyd etdiyi aktivləri ümumilikdə 3550 manat məbləğində pulu satıcıya onun yanında verərək alıb ona təhvil vermiş və bu barədə tərtib edilmiş akt imzalanmışdır. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da İmişli rayonu, mal bazarından ona verilməli olan 4 baş dananı hər başı 1000 manata olmaqla 4000 manata tapıb satıcı ilə razılaşdıqdansonra bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs heyvanları həmin qiymətə almağını və pulunun veriləcəyini bildirmiş, o da qeyd etdiyi yerdən 4 baş dananıbir başı 1000 manata olmaqla cəmi 4000 manata almışdır. Həmin şəxs bir neçə gün sonra qəsəbəyə gəlmiş və heyvanlara baxdıqdan sonra 4000 manat məbləğində pulu ona vermişdir. Aktivlərin istifadəyə verilməsinə dair akt tərtib edilmiş və aktı imzalamışlar. Ümumilikdə ona aktivlərin alınmasına görə 4000 manat pul xərclənmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da ona verilməli olan aktivləri 6 saylı qəsəbədə fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermiş, həmin şəxs bir neçə gün sonra qəsəbəyə gələrək oradan onun göstərdiyi fərdi satıcıdan 24 baş boğaz qoyunu hər başı 120 manata olmaqla 2880 manata almış, bundan başqa ona 125 kip pres, 90 kq arpa və 90 kq kəpək alıb vermişdir. Pres, arpa və kəpəyə ayrılıqda nə qədər xərcləndiyini bilməsə də ümumilikdə ona aktivlərin alınmasına görə 3600 manat pul xərclənmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamış, ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayılrayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyataalınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pulverməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər.Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərindəhazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuşimtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş,biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayındaadını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərinpaylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olanaktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri İmişli rayon mal bazarından taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra bazara gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 4 baş dananı 4000 manata alıb ona təhvil vermişdir. Bununla əlaqədar akt tərtib edilmiş və aktı imzalamışdır. Daşınma üçün ona hər hansı məbləğdə pul verilməmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edibetmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Digər şahidlər Şahid10, Şahid12 və Şahid17 istintaq zamanı verdikləri ifadələrində eyniməzmunlu ifadələr vermişlər. Cinayət işində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin “Cəbrayıl Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair” 11 aprel 2023-cü il tarixli rəyindən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda Cəbrayıl rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərin adına 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 58.866,0 manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. İstintaq tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Şahid1 verilmiş maddi aktivlər üzrə1102,0 manat, Şahid6 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid10 verilmiş maddi aktivlər üzrə 1025,0 manat, X2 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid5 verilmiş maddi aktivlər üzrə 1402,0 manat, Şahid2verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid4 verilmiş maddi aktivlər üzrə 925,50 manat, Şahid8 verilmiş maddi aktivlərüzrə 816,0 manat, Şahid9 verilmiş maddi aktivlər üzrə 1304,0 manat, Şahid13 verilmiş maddi aktivlər üzrə 1100,0 manat, Şahid14 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid15 verilmiş maddi aktivlər üzrə 1025,0 manat olmaqla, cəmi 11963,50 manat fərq müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 36-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. Cinayət işində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1941 saylı, 07 aprel 2016cı il tarixli Sərəncamının surətindən görünür ki, əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılmışdır. Cinayət işindən görünür ki, 29.834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) AZN məbləğində maddi aktivlərin alınması üzrə guya Cəbrayıl Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 08 fevral 2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 29.032 (iyirmi doqquz min otuz iki) AZN məbləğində maddi aktivlərin alınması üzrə guya Cəbrayıl rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 09 fevral 2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq olunmuş “Sifarişçi” Cəbrayıl Rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ilə “İcraçı” "xxxx" MMC arasında imzalanmış 14 fevral 2017-cı il tarixli müqavilənin, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktların və Seriya ƏİE 142204 saylı, 22 fevral 2017-ci il tarixli qaiməfakturanın surətindən görünür ki, Cəbrayıl Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərə özünüməşğulluq proqramı çərcivəsində 2017-ci ildə 29032 (iyirmi doqquz min otuz iki) AZN məbləği dəyərində maddi aktivlərin alınmasıbarədə rəsmiləşdirmə aparılmışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq olunmuş “Sifarişçi” Cəbrayıl Rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ilə “İcraçı” "xxxx"MMC arasında imzalanmış 13 fevral 2017-cı il tarixli müqavilənin, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktların və Seriya ƏİE 374801 saylı, 22 fevral 2017-ci il tarixli qaiməfakturanın surətindən görünür ki, Cəbrayıl Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərə özünüməşğulluq proqramı çərcivəsində 2017-ci ildə 29834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) AZN məbləği dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş “Aktivlərin iştirakçılarının istifadəsinə verilməsi haqqında” 2017-ci ildə tərtib edilmiş aktların və “Aktivlərin iştirakçılarının mülkiyyətinə verilməsi haqqında” 2018-ci ildə tərtib edilmiş aktların surətindən görünür ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid16 tərəfindən 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan alınaraq iş axtaran şəxslərin istifadəsinə verilmiş, 2017-ci ildə alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 12 nəfər şəxsin mülkiyyətinə verilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-014/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindənazad edilmişdir. Məhkəmçə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələri ilə təqsirli olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs vəkilinin müddətin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələrində nəzərdə tutulan əməllərin az ağır cinayət olması və törədilmələrindən 7 ildən çox vaxt keçməsinə əsaslanaraq müddətin keçməsi ilə əlaqədar bu maddələr üzrə cinayət təqibinə xitam verilməsi barədə vəsatətinin təmin edilməməli olduğunu hesab edir. Belə ki, işdən görünür ki "xxxx" MMC və "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan alınaraq iş axtaran şəxslərin istifadəsinə verilmiş olsa da, Aktivlərin iştirakçılarının mülkiyyətinə verilməsi haqqında” 2018-ci ildə tərtib edilmiş aktların surətindən görünür ki, malların iş axtaran şəxslərin mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi 2018-ci ildə başa çatmış və beləliklə cinayət bu tarixdə başa çatmaqla CM-in 75-ci maddəsində nəzərdə tutulan müddət keçməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin onun müstəqil maliyyəsinin olmaması, işinin yalnız Baş idarə tərəfindən göndərilən bank hesabları üzrə sənədlərin hazırlanmasından ibarət olması barədə qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən 11.963 manat məbləğində pulun mənimsənməsi və bu məbləğdə ziyanın yaranması bank hesabı üzrə sənədlərin hazırlanması gedişində, bu sənədlərin kotirovka sorğusu keçirilmədən, "xxxx" və "xxxx" şirkətlərinin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən texniki və maliyyə imkanlarını yoxlamadan 2017-ci ilin fevral ayında iki hüquqi şəxsin bank hesabına 58.866 manat pulun pul vəsaitinin köçürülməsi ilə baş vermişdir. Bu şirkətlər tərəfindən tədarük olunmalı mallar isə Şahid16 tərəfindən fərdi satıcılardan alınmaqla həyata keçirilmişdir. Bu əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə 11.963,5 (on bir min doqquz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində ziyanın vurulması iş axtaran kimi qeydiyyata alınmış şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid8, Şahid3 və digərlərinin məhkəmədə verdikləri ifadələrlə bir daha təstiq edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 1993-cü ildən bir neçə dəfə struktur dəyişikliyinə məruz qalmış Cəbrayıl Rayon Məşğulluq Mərkəzində “məsləhətçi” və “baş məsləhətçi” vəzifələrində işləmişdir. 2020-ci ilin noyabr ayında təqaüdə çıxmışdır. İşlədiyi dövrdə Mərkəzin direktoru uzun müddət Təqsirləndirilən şəxs olmuş və o, 2019-cu ildə vəzifəsindən azad edilmişdir. Mərkəzin hesablaşma hesabı "xxxx" ASC-nin Cəbrayıl filialında olmuşdur. Mərkəz birbaşa Dövlət Məşğulluq Xidmətinə tabe olmuşdur. Mahiyyəti üzrə bildirir ki, 2016-cı ilin sonlarından başlayaraq əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə Mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərlə biznesin qurulması məqsədilə 2 aylıq kurslar təşkil olunmağa başlanmış, kursu bitirmiş şəxslər quracağı biznes sahəsi ilə bağlı biznes planlarını tərtib edib təqdim etmiş, biznes planlarında görəcəkləri işin dəyərini göstərmişlər. Məqsəd dövlət vəsaiti hesabına həmin şəxslərə əvəzsiz olaraq maddi aktivlərin verilməsi olmuşdur. İmtahanlar bitdikdən sonra 2017-ci ilin təxminən yanvar ayının sonlarında və fevral ayının əvvəllərində direktor Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq X6 Cəbrayıl rayon Məşğulluq Mərkəzi üzrə iş axtaran şəxslərə paylanacaq aktivlərin alınması ilə bağlı kotirovka sorğusunun keçirilməsinə dair hazır protokollar göndərildiyini və həmin protokolların imzalanmasının tapşırıldığını, həmin tapşırığın Xidmətin rəhbərliyi tərəfindən verildiyini və protokollar imzalanmadığı halda vəzifədən azad edilə biləcəklərinin izaholunduğunu bildirmiş, lakin tapşırığın konkret olaraq kim tərəfindən verildiyini deməmişdir. O, protokollarla tanış olduqda adının komissiya sədri kimi qeyd olunduğunu, kotirovkalardan birində "xxxx" şirkətinin 29.032 manat, digərində isə "xxxx" şirkətinin 29.834 manatlıq təkliflə qalib elan edildiyini görmüş, tapşırıq rəhbərlikdən gəldiyi üçün problem yaranmayacağını güman etmiş, imzalamayacağı təqdirdə vəzifəsindən azad edilə biləcəyini düşünmüş və komissiya sədri kimi faktiki olaraq keçirilməyən kotirovka sorğularına dair protokolları imzası ilə təsdiq etmişdir. Bundan sonra "xxxx" və "xxxx" şirkəti ilə Cəbrayıl rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs adından müqavilələr imzalanmış və həmin müqavilələr əsasında satınalan təşkilatın direktoru Təqsirləndirilən şəxs tapşırığı ilə "xxxx" şirkətinin hesabına 29.032 manat, "xxxx" şirkətinin bank hesabına isə 29.834 manat məbləğində pulun köçürülməsini təşkil etmişdir. Eyni zamanda bildirir ki, Cəbrayıl Rayon Məşğulluq Mərkəzi üzrə 2017-ci ildə heç vaxt kotirovka sorğusu keçirilməmiş, "xxxx" və "xxxx" şirkətlərinin heç bir nümayəndəsini görməmiş və tanımır, protokolları rəhbərliyin tapşırığı əsasında imzalamış, pul vəsaitlərini direktor Təqsirləndirilən şəxs tapşırığı ilə müqavilənin icrası ilə əlaqədar köçürmüşdür. Protokolları imzalamağı və pul vəsaitlərini köçürməyi müqabilində ona hər hansı məbləğdə pul verilməmiş yaxud vəzifəsində irəli çəkilməmiş, buna görə hər hansı fayda əldə etməmişdir. Aktivlərin paylanıbpaylanmaması məsələsi onun sahəsi olmadığı üçün bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs apellyasiya şikayətində daha sonra göstərir ki, iş axtaran şəxslərin təqdim etdikləri biznes planın əsasında Xidmətdən onun rəhbərlik etdiyi şöbəyə bank hesabları göndərilərək "xxxx" MMC və "xxxx" MMC şirkətləri ilə müqavilə bağlandığı və onlara vəsait köçürülməsini təmin etməli olduğu bildirildiyindən, onun da Dövlət Məşğulluq Xidmətinin hər hansı əməkdaşının göstərişini yerinə yetirmək vəzifəsi olduğundan cinayətin törədilməsinə aidiyyətinin olmaması ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd edilməlidir ki, işdən göründüyü kimi işdə olan, Təqsirləndirilən şəxs 2 5 noyabr 2016-cı il tarixli 104 saylı əmri ilə onun rəhbərlik etdiyi Mərkəz üzrə yaradılmış satınalma komissiyası tərəfindən kotirovk s o r ğ u l a r ı ü z r ə t ə k l i f l ə r i n m ü z a k i r ə o l u n m a s ı , v ə "xxxx" və "xxxx" şirkətlərinin həmin kotirovka sorğularının guya qalibi olması barədə bilə bilə yalan məlumatlar daxil edilmiş, həmin saxta sənədlərin imzalanması təşkil edildikdən sonra Təqsirləndirilən şəxs bu nəticələri öz möhürü ilə təstiq etmişdir ki, .bununla bağlı Dövlət Məşğulluq Xidmətinin hər hansı əməkdaşının göstərişi olmamışdır. Bu sənədləşmə aparıldıqdan sonra heç bir səlahiyyəti olmadığı halda Şahid16 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan aldıqları mal-qaranı və yem məhsullarını Cəbrayıl rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid1 3.930 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.032 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid10 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi, X2 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.550 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 3.922,5 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.848 manat dəyərində maddi aktivlər verilməsi, Şahid8 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid9 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.904 manat dəyərində maddi aktivlər verilməsi, Şahid13 3.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.000 manat dəyərində maddi aktivlər verilməsi, Şahid14 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid15 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Cəbrayıl rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 10 iyul 2018ci il tarixli aktların öz imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 12 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində vəsaitdən faktiki olaraq 46.902,5 manat (qırx altı min doqquz yüz iki manat, əlli qəpik) məbləğində maddi aktiv verilib müvafiq aktlarla rəsmiləşdirilmiş, qiymətlərin şişirdilməsi ilə 11.963,5 (on bir min doqquz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindənistifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talanmışdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi digər bir dəlili hökmdə adları Dövlət Məşğulluq Xidmətinin..şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri kimi çəkilən şəxslərin kimliyinin araşdırılmaması və ifadələrinin alınmaması ilə bağlıdər. İşin istintaq materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarından Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1və313-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin digər bir dəlili onun barəsində olan cinayət işinə iclasların audioyazısı aparılmadan baxılması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs a p e l l y a s i y a ş i k a y ə t i m ə h k ə m ə y ə d a x i l o l d u q d a n s o n r a bu məsələ ilə əlaqədar iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. İşə əlavə edilmiş Ədliyyə nazirliyinin Əməliyyat və Texniki Xidmət şöbəsinə göndərilmiş sorğuya cavab olaraq məhkəməyə göndərilmiş cavabdan görünür ki, Cəbrayıl Rayon Məhkəməsində Elektron Məhkəmə İnformasiya Sisteminin bütün komponentləri tam olaraq yalnız 31 oktyabr 2023-cü il tarixdə işə salınaraq istifadəyə verilmişdir. Beləliklə barəsində olan cinayət işinə iclasların audioyazısı aparılmadan baxılması Təqsirləndirilən şəxs b a r ə s i n d ə o l a n c i n a y ə t i ş i n ə b a x ı l a r k ə n Elektron Məhkəmə İnformasiya Sisteminin bütün komponentlərinin tam olaraq işə salınmaması ilə bağlı olmuşdur. Ona görə də bu hal işdə olan sübutların o cümlədən ifadələrin həqiqiliyinə xələl gətirə bilən hal kimi baxıla bilməz. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bütün qeyd edilənləri nəzərə alaraq cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası, QƏRARA ALDİ : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.3 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 1(0072)-014/2023 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vaitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar