Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-57/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun Şirvan regional vəkil bürosunun vəkili X2 iştirakı ilə. xx.xx.1973-cü il tarixdə Masallı rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ dərəcəli əlil, Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq olunaraq təyin olunmuş cəzası 6 ay müddətə azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(050)-161/2024 saylı hökmü ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin (hakim Zeynal Zeynalov) 10 sentyabr 2024-cü il tarixli 1(050)- 161/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar qəbul etdi: İ.İŞİN HALLARİ: Masallı Rayon Məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,731 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib ünvan 2 ünvanında yerləşən yaşadığı evinə gətirərək orada iki hissəyə bölüb satış məqsədilə üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı şəhər, Həzi Aslanov küçəsində həmin psixotrop maddədən bir büküm 0,427 qramını tanışı Şahid1 30 manat pul müqabilində satmış, onun qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən 04 may 2024-cü il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər, Həzi Aslanov küçəsində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan və Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,427 qram olan psixotrop maddə metamfetamin ilə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmənin ittiham hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 04 may 2024-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökmdə qeyd edilmişdir. İİ.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Əliheydar Hüseynov apellyasiya şikayətində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1da ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını, ibtidai istintaq zamanı qardaşı, atası, ailəsi, körpə uşağı üçün qorxduğundan təzyiq altında olduğu üçün yalan ifadə verdiyini qeyd etmişdir. Onun Təqsirləndirilən şəxs yaşadığı ünvana getməsinə səbəb onun Azada vermiş olduğu borc pulun alınması və avtomobilin təmiri ilə bağlı ehtiyat hissələrinin verilməsi ilə bağlı olmuşdur. Bundan başqa polis şöbsinin əməliyyat müvəkkilləri təqsirləndirilən şəxsin yaşadığı evdə və həyətyanı sahəsində axtarış aparsalarda qanunsuz heç bir şey aşkar etməmişlər. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olması, oğlunun Vətən Müharibəsinin iştirakçısı olması, orden və medallarla təltif olunması onun cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs da apellyasiya şikayətində qeyd etmişdir ki, birinci Qarbağ müharibəsi iştirakçısıdır, qazidir, 2 dərəcə əlildir, bu halları nə istintaqda, nə də birinci instansiya məhkəməsində nəzərə almamışlar. Göstərilən dəlillərə əsasən Masallı Rayon məhkəməsinin 1(050)-161/2024 nömrəli, xx.xx.2024-cü tarixli hökmünün dəyişdirilərək (ləğv edilməsi), iş üzrə tam obyektiv, hərtərəfli, qərəzssiz, aydın araşdırılaraq ədalətli məhkəmə qərarı (hökmü) qəbul edilməli və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət hökmü çıxarılması xahiş olunmuşdur. İİİ.PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(050)-161/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətini əsaslandırarkən özünü təqsirli bilmədiyini, polis əməkdaşlarının təzyiqi ilə istintaqda etirafedici ifadə verdiyini, narkotik vasitə satmadığını bildirmiş, onun müdafiəçisi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmiş, sonda müdafiə tərəfi apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə ədaləti qərar qəbul edilməsini xahiş etmişdir. İV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Apellyasiya şikayəti məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, təqsirin olmaması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə hüquqi qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadə verərkən bildirmişdir ki, özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək, ittihamın məzmununa uyğun ufadə vermişdir. Lakin o, məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, “…O, Şahid1 narkotik vasitə satmamışdır. Həmin gün İlqar onlara aldığı borcu qaytarması ilə bağlı gəlmişdir. Həmçinin İlqar həmin gün onun üçün avtomobil ehtiyat hissəsi olan dəmir “prujin” gətirmişdir. O da İlqara olan borcunun 200 manatını qaytarmışdır. Polis şöbəsində ona qarşı təzyiq olunmuşdur...” İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəsində göstərdiklərini inkar edərək, Təqsirləndirilən şəxs evinə borc verdiyi pulu almaq üçün getdiyini, qayıdarkən tutulduğunu, təzyiq altında olduğu üçün qardaşı, atası, ailəsi, körpə uşağı üçün qorxduğundan psixotrop maddəni ondan aldığını, Azadın evinə gedərkən üzərində psixotrop maddə olduğunu bildirmişdir. Lakin Şahid1 ibtidai istintaq zamanı verdiyi, Təqsirləndirilən şəxsla olan üzləşmə protokolundakı ifadələrdən, eləcə üzərindən aşkar olunmuş psixotrop maddəyə görə CMin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə qəbul ediilmiş ittiham hökmündə qeyd olunmuş ifadədən görünür ki, o, verdiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “...xx.xx.2024-cü il tarixdə səhər saatlarında əvvəllər tanıdığı Masallı şəhər sakini Azad adlı şəxsin mobil telefonuna zəng edib ondan “patı” deyilən psixotrop maddə istəmişdir. Azad da ona günorta saatlarında gedib ondan 1 büküm patı deyilən metamfetamini götürə biləcəyini demişdir. Günorta saatlarında o, evdən çıxmış və Masallı rayonu İsgəndərli kəndi adlanan yerə gedib adını Azad kimi bildiyi Masallı şəhər sakini ilə görüşmüşdür. Azad ona üzərində hazırda 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu və əgər almaqda fikri ciddirsə ona sata biləcəyini demişdir. O da 1 ədəd bükümdə metamfetamini Azad adlı şəxsdən 30 manat olmaqla razılaşıb almışdır...” Cinayət işi üzrə dindirilmiş polis əməkdaşları olan digər şahidlər ittihamın məzmununa uyğun ifadələr vermişlər. “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızda olan bükülünü təqdim edərək, bükülünün içində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 50 manata aldığını, bir qismini xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində yaşayan Şahid1 30 manata satdığını, bir qismini isə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə-fiziki kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli, 19/394 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,304 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə.....” və “Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd büküm metamfetamin rəy №19/393” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 2 büküm metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (metamfetaminin təmiz çəkisi 0,304 qram, cəmi tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,254 qramdır). X4 Tibbi Yoxlamanın nəticələrinə dair 06 may 2024-cü il tarixli, 416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Masallı RPŞ-nin operatorunun təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında tövsiyyə olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 21.3-cü maddəsi təqsirləndirilən şəxsin təqsirsizliyini sübut etməyə borclu olmadığını müəyyən etmiş olsa da, CPM-in 125.8-ci maddəsi sübutların yolverilməzliyinin, yəni həmin Məcəllənin 125.2-ci maddəsində göstərilən qanunsuz əsaslarla əldə olunmasının sübut edilməsini mübahisə edən tərəfin üzərinə qoyur. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Beləliklə birinci instansiya məhkəməsinin tədqiq edib yoxladığı və qiymət verdiyi yuxarıda isnad edilmiş, eləcədə hökmdə göstərilən cinayət təqibi üzrə toplanmış digər sübutlar apellyasiya şikayətinin dəlillərinə əsasən yoxlanılaraq təhlil olunmuş və bir-biri ilə müqayisə edilmiş, əldə olunmuş sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Kollegiya hesab etmişdir ki, cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusu ittihamın həlli üçün kifayətdir, mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin sübutları şübhə altına alan hal müəyyən olunmur. Belə ki, müdafiə tərəfi məhkumun polisin nəzarəti altında olduğu müddətdə fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim etməmiş, məhkəməyədək icraat dövründə bununla bağlı şikayət olunmamış, həbs qətimkan tədbiri ilə əlaqədar məhkəmədə hakim qarşısına çıxarkən şifahi olaraq bu barədə ifadə verməmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuş tələbə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qeyd olunan Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasını nəzərdə tutmuşdur. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun psixotrop maddəni İlqar Əkbərova satması, müvafiq olaraq da onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayətin tərkibinin olması müəyyən olunur. Apellyasiaya baxının nəticələrinə uyğun olaraq kollegiya hesab etmişdir ki, Masallı rayon məhkəməsi birinci instansiya məhkəməsində istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdiklərini, iş materiallarına uyğun olmayan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməyən olmaması səbəbi ilə sübut kimi qiymətləndirməməkdə haqlı olmuşdur. Həmin mövqe ilə razılaşan apellyasiya məhkəməsinin cinayət kollegiyası bu barədə apellyasiya dəlillərini və məhkumun çıxışını özünü müdafiə olaraq qiymətləndirmiş və məhkəmə iclasının istintaqsız keçirilməsi qənaətinə gəlmişdir. CPM-in 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Qeyd olunan prosessual tələbə uyğun olaraq cinayət qanunverciliyinin maddi və prosessual normalarının qanunauyğunluğu, habelə təyin olunan cəzanın ədalətliliyi cə cəzanın məqsədlərinə mütənasibliyi yoxlanılmışdır. Nəzərə alınmalıdır ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi əməldə residivin olmasını, cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (cinayətin obyektinin əhalinin sağlamlığının qorunmasını qoruyan ictimai müasibətlərə qəsdin olması) cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları araşdırılmış, Cinayət-Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(050)-161/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs və müdafiəçi X1 apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(050)-161/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-57/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-57/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver