Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-570/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğu X9 Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində X9 şöbəsinin prokuroru X14, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177,2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddləri ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(022)-76/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(022)-76/2024 saylı hökmü ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev), xx.xx.2000-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il, 05 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəza çəkən, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində, Biləsuvar rayonu, Təyyarə meydanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus təmir olunan evin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olmaqla təmir zamanı evin otaqlarının divarına çəkilmiş markalanma göstəriciləri olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri 4 mm olan, qırmızı rəngli, bir metri 0,3 manat 30 (otuz) qəpik olmaqla, 90 (doxsan) manat dəyərində 300 (üç yüz) metr uzunluğunda elektrik naqilini, markalanma göstəriciləri olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri 4 mm olan, göy rəngli, bir metri 0,3 manat (otuz qəpik) olmaqla, 90 (doxsan) manat dəyərində 300 (üç yüz) metr uzunluğunda elektrik naqilini gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Biləsuvar rayonu, Bəydili kəndi, C.İsgəndərov küçəsində yerləşən X8 yaşadığı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab olunan hinə qanunsuz daxil olaraq orada saxlanılan, yerli cinsdən olan, 1 yaşlı, təmiz əti 1,5 kq çəkisində olan, bir ədəd 13 (on üç) manat olmaqla ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində 40 (qırx) ədəd toyuğu talamaq istəyərkən zərərçəkmiş X8 bunu görüb ucadan qışqıraraq “polis çağıracam” sözlərini deməsi səbəbindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə hadisə yerindən qaçdığından cinayət törətməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək təkrarən oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,759 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, 09 yanvar 2024-cü il tarixdə saat 02:05 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən R.Mikayılov adına tam orta məktəbin yaxınlığında saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi xeyli miqdarda, 0,759 qram olan ağ kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham yuixarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmü ilə razılaşmır. Hesab edir ki, hakim və prokuror ona qarşı qərəzli və qeyri obyektiv olmuşlar. Ona təyin edilmiş cəza ədalətsiz olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmünün dəyişdirilməsini xahiş edir. Dövlət ittihamçısının apellyasiya protestində göstərilmişdir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiy çıxış zamanı Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 03 il müddətə azadlıqdan məhrum etmə, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, CMnin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, Biləsuvar rayon məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmü cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona toksikomaniyadan məcburi müalicə təyin edilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Aktına əsasən cəzası 06 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad olunmuşdur. X16 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il, 05 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təqsirli bilinib məhkum edildiyi 234.1-ci maddə Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Pünhan Məmməzadənin məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında iki ildən beş il müddətinə qədər azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Eləcə də hökmdən görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Lakin Biləsuvar rayon məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmündə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcının səhvən 14 fevral 2024-cü il tarixdən hesablanması göstərilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə cəza təyin edərkən və cəzaçəkmənin başlanğıcını müəyyən edərkən cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bundan başqa Biləsuvar Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli və 23 aprel 2024-cü il tarixli qərarları ilə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)- 76/2024 saylı hökmüdə anlaşılmazlıqlar həll edilmişdir. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi adlanan 518-ci maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 518.0.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 518.0.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; 518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; 518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq Qeyd edilən müddəalar CPM-də “hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi” kimi əks olunmuşdur. Yəni bu qərar yekun qərarın icrası mərhələsində qəbul edilə bilər. Məhkəmə isə icra mərhələsində olmayan hökmlə bağlı anlaşıplmazlığın həll edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Odur ki, həmin qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən, tətbiq edilməli olmayan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Protest müəllifi qeyd edilənlərə istinad edərək Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmündə mövcud olan anlaşılmazlığın aradan qaldırılmasına dair 19 aprel 2024-cü il tarixli və 23 aprel 2024-cü il tarixli qərarların ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilərək dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı protesti müdafiə etmiş, protestin təmin edilməsini, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili çıxışında apellyasiya şkayətinin təmin edilməsini xahiş etmişdir. Protestə münasibətdə isə texniki məsələ olduğu üçün məhəmənin mülahizəsinə buraxdığını bildirmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməsi birinci instansiya məhkəməsinin araşdırması zamanı öz təstiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadə verməkdən imtina etsə də, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, buna görə də maddi imkanı zəifdir, iş tapıb işləyə bilmədiyinə görə pul əldə edə bilməmişdir. Biləsuvar rayonu, Təyyarə meydanı ərazisində yeni tikilmiş, lakin yaşayış olmayan bir çox evin yerləşməsindən məlumatı olmuş və buna görə də həmin evlərdən oğurluq etməyin də asan olmasını düşünmüşdür. Buna görə də 01 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Təyyarə meydanı ərazisində yeni tikilmiş, lakin yaşayış olmayan evlərin birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə özü ilə kisə götürmüş və həmin əraziyə gedərək orada yerləşən evlərə baxmış, evlərin birinin işıqlarının yanmamasını görüb orada heç kimin yaşamamasına əmin olmuşdur. Bundan sonra evin pəncərəsini açaraq içəri daxil olmuş, həmin evi axtaran zaman divarla yenicə çəkilmiş elektrik naqillərinin olmasını görmüşdür. Həmin elektrik naqillərini kəsərək əvvəlcədən özü ilə apardığı kisənin içərisinə yığmış, daha sonra isə həmin kisəni götürüb oradan uzaqlaşıb getmişdir. Səhəri gün, yəni 02 yanvar 2024-cü il tarixdə saat 10 radələrində oğurladığı elektrik naqillərini əridib mis kimi Mirsəlim adlı şəxsə ümumilikdə 70 (yetmiş) manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, dayısı X2 rayonu, Bəydili kəndində, Balharı çayının yaxınlığında yerləşən özünə məxsus olan evdə yaşayır. O da həmin evə tez-tez gedib-gəlmişdir. Səkinə adlı qadını da İlham Babayevin qonşusu kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Səkinə adlı qadının həyətində çoxlu toyuq saxlamasını görmüşdür. Heç bir yerdə işləmədiyinə görə maddi imkanı zəif olduğundan özünə lazım olan pal-paltarı ala bilməmiş, həmçinin xərcləmək üçün pulu olmamışdır. Bu səbəbdən də Səkinə adlı qadının həyətində olan hində saxladığı toyuqları oğurlayıb sataraq pul qazanmaq qərarına gəlmiş, bunun üçün də 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Səkinə adlı qadının yaşadığı evin həyətinin yaxınlığına getmişdir. Həyətə baxaraq orada heç kimin olmamasına əmin olduqdan sonra hasardan keçərək həyətə daxil olmuşdur. Səkinənin yaşadığı evin birinci mərtəbəsində olan pəncərədən evdə olan şəxslərin onu görməməsi məqsədilə əyilə-əyilə evin həyətində olan hinə doğru hərəkət etmişdir. Həmin hinə yaxınlaşaraq orada saxlanılan toyuqlardan 10 (on) ədədini oğurlamaq məqsədilə hinin qapısını açarkən Səkinənin qışqırmasını və hindən oğurluq etmək istədiyini dediyini eşitmişdir. Buna görə də hindəki toyuqlardan oğurlaya bilməmiş və qorxduğu üçün həmin yerdən uzaqlaşıb getmişdir. Bundan başqa, 08 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində Balharı çayının kənarında olan zibilliyin yaxınlığından keçən zaman yerdən siqaretin gümüşü rəngli bir ədəd büküm tapmış, həmin bükümü açıb baxarkən içərisində psixotrop maddə şüşə, yəni metamfetamin olmasını görmüşdür. Buna görə də həmin metamfetamini istifadə etmək məqsədilə əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. 09 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən R.Mikayılov adına tam orta məktəbin yaxınlığında piyada gəzərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə, psixotrop maddə gəzdirməsi şübhəsi olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Polis şöbəsində CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquqları ona izah edilmiş, vəkillə təmin olunmuşdur. Bundan sonra vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuş, o da əynindəki gödəkçənin sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadə etməsi məqsədilə “şüşə” yəni metamfetamin olmasını bildirmişdir. Onun təqdim etdiyi büküm açılıb baxılarkən içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə 0,9 qram olması müəyyənləşdirilmişdir. Həmin metamfetamin onun özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, 01 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Təyyarə meydanı ərazisində yerləşən, içərisindən elektrik naqillərinin oğurladığı evin kimə məxsus olmasını əvvəlcədən bilməmiş, sonradan Biləsuvar RPŞ-də həmin evin sahibinin Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs2 Səfiquli oğlu olmasını bilmişdir. Həmin evdən elektrik naqillərini oğurlamaqda ona heç kim köməklik göstərməmişdir. Zərərçəkmiş şəxs2 məxsus olan evdən oğurladığı elektrik naqillərini Mirsəlim adlı şəxsə satan zaman həmin əşyaların oğurluq əmlak olması barədə əvvəlcədən məlumat verməmiş, elektrik naqillərini əridib mis kimi satarkən özünə məxsus olmasını demişdir. 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Səkinə Rüstəmovanın yaşadığı evin həyətində olan hində toyuq oğurlamaqda hər hansı şəxslə əvvəlcədən razılaşmamış, evin həyətinə tək daxil olmuş, bu işdə ona heç kim köməklik göstərməmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən başqa heç bir narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmiş və ya satmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Səfiquli oğlu ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Tahirli kəndində qeydiyyatda olsa da, faktiki olaraq Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yaşayır. Biləsuvar rayonu, Təyyarə meydanı adlanan ərazidə aldığı həyətyanı torpaq sahəsində yaşayış evi tikmişdir. Lakin, həmin evin təmirini tam başa çatdıra bilmədiyi üçün həmin evdə yaşamır. Buna görə də arabir həmin evə nəzarət etmək üçün gedib-gəlmişdir. Evin qapısını dəmir, pəncərələri isə plastik materaldandır, evin qapısını kilidlə bağlayır. Həmin evin təmiri ilə əlaqədar olaraq 2023-cü ilin sentyabr ayında Bakı şəhərindən bir metrini 70 (yetmiş) qəpikdən olmaqla 3 top, ümumilikdə 300 (üç yüz) metr uzunluğunda qırmızı rəngli, 4 mm-lik elektrik naqili və bir metrini 70 (yetmiş) qəpikdən olmaqla 3 top, ümumilikdə 300 (üç yüz) metr uzunluğunda qırmızı rəngli, 4 mmlik elektrik naqili almışdır. Həmin elektrik naqillərini təmir etdiyi evin otaqlarına usta çəkmişdir. Həmin evin döşəməsini vurmaq üçün aldığı taxtanın quruması və havalanması məqsədilə evin pəncərəsini açıq qoymuşdur. 03 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar rayonu, Təyyarə meydanında tikdiyi evə baxmaq üçün arvadı Dilarə Sadıqova ilə getmişdir. Həmin evin qapısının kilidini açıb içəri daxil olduqda divara çəkdirdiyi elektrik naqillərinin sökülərək oğurlanmasını görmüş, buna görə də Dilarə Sadıqova DİN-nin 102 Xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Müraciətləri ilə bağlı hadisə yerinə Biləsuvar RPŞ-nin əməkdaşları getmiş, o da oğurluq hadisəsi ilə bağlı ərizə yazmışdır. Habelə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmişdir. Sonradan ona məxsus olan həmin evdən elektrik naqillərini oğurlayan şəxsin Biləsuvar rayonu, Bəydili kənd sakini Təqsirləndirilən şəxs olmasının müəyyən edilməsi və bununla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi barədə Biləsuvar RPŞ-nə dəvət olunan zaman məlumat verilmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Təyyarə meydanı adlanan ərazidə yerləşən ona məxsus olan evdən qırmızı rəngli, 300 (üç yüz) metr uzunluğunda, 4 mm-lik və göy rəngli, 300 ( üç yüz) metr uzunluğunda eletrik kabeli oğurlanmışdır. Həmin elektrik kabelinin hər metrini 2023-cü ilin sentyabr ayında Bakı şəhərindən 70 (yetmiş) qəpiyə almış, oğurluq hadisəsi nəticəsində ona təxminən 400 (dörd yüz) manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, həmin evdən digər hər hansı əşya oğurlanmamışdır. Sonda Zərərçəkmiş şəxs2 Səfiquli oğlu ona vurulmuş zərərin Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını bildirir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Təqsirləndirilən şəxs əvvəllər oğurluq etməsini, narkotik vasitə istifadə etməsini bilmiş, oğurluqla məşğul olmasından məlumatı olmuşdur. Pünhanın dayısı İlham Babayev onunla qonşuluqda yaşayır. Pünhan da həmin evə arabir gəlib-getmişdir. O, yaşadığı evin həyətində olan hində özünə məxsus olan 40 (qırx) ədəd toyuq saxlayır, hər gün səhər saatlarında toyuqları hindən çıxarıb bağ sahəsinə otlamaq üçün buraxır, axşam saatlarında isə toyuqları hinə salaraq hinin qapısını bağlamışdır. 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evin birinci mərtəbəsinin eyvanında divanda əyləşib televizora baxan zaman bir şəxsin əyilə-əyilə həyətdən hinə tərəf keçməsini görmüş, buna görə də dərhal həyətə çıxmış, bu zaman Təqsirləndirilən şəxs hinin qapısını açaraq orada olan toyuqları oğurlamaq istəməsini görmüşdür. Bu səbəbdən də uca səslə qışqıraraq polis çağıracağını deyərək yüksək səslə hay-küy salmış, Pünhan hində saxladığı toyuqları oğurlaya bilməmiş və qaçaraq həyətdən uzaqlaşmışdır. O, dərhal 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra Biləsuvar RPŞ-nin əməkdaşları yaşadığı ünvana gedərək müraciəti ilə əlaqədar olaraq ondan ərizə və izahat almışlar. Həmçinin, o, ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətindəki hində 40 (qırx) ədəd yerli cinsdən olan, bir yaşlı, təmiz əti 1,5 kq çəkisində olan toyuq saxlayır. Həmin toyuğun bir ədədinin qiyməti 14 (on dörd) manat olmaqla Təqsirləndirilən şəxs hindən oğurluq etməyə cəhd göstərən zaman orada 560 (beş yüz altmış) manat dəyərində toyuq olmuşdur. Bundan başqa, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətində yerləşən hindən toyuqları oğurlayan zaman tək olmuş, həmin vaxt Pünhandan başqa heç kimi görməmişdir. X3 ona Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan vurulmadığını, ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını bildirir. İşdə olan 09 yanvar 2024-cü il tarixli «Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid2, NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, KTQnun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə metamfetamin olmasını, metamfetamini Bəydili kəndi ərazisindən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin sellofan bükümlə birlikdə çəkildikdə 0,9 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X10 xx.xx.2024-cü il tarixli 19/19 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,759 qram olan ağ kristallardan ibarət maddə kütləsi metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,759 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 0,659 qram. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “toksikomaniya” diaqnozu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X7 daxil olmuş 29 fevral 2024-cü il tarixli 19/170 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, ekspertiza qərarında göstərilən malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir: -göy rəngli, markalanma yazıları olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri təxminən 4 mm olan mis naqil ---1 metri 0,30 manat (30 qəpik) -qırmızı rəngli, markalanma yazıları olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri təxminən 4 mm olan mis naqil ---1 metri 0,30 manat (30 qəpik) -1 yaşlı, yeri cinsdən olan, təmiz əti 1,5 kq olan toyuq—13 manat İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli 469 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar RMX X22 ruhiəsəb üzrə nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 63 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-X4 PHŞ-dən daxil olmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 408 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunmaqla, qıcığa qarşı həssaslıq, hövsələsizlik, məsuliyyətsizlik, özünü müdafiə etməyə meyillilik, emosional reaksiyalara meyilillik, hirslilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərinin xarakter və mənasını anlamaq dərk etmək qabiliyyətinə malikdir. Baş vermiş hadisələr zamanı o, psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. O, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda öz hərəkətklərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirliliyinnin sübuta yetirilmiş olmasını hesab etməsi düzgün olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi işin hallarına, əməlin ictimai təhlükəliliyinə və xarakterinə uyğun olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs apellyasiya şikayətinin ona ədalətsiz cəza təyin edilmiş olması barədə göstərilən dəlillər əsassızdır. Ona görə də Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Bununla belə məhkəmə kollegiyası müəyyən edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən AR CM-in “Cəzanın təyin edilməsi” adlanan X fəsilinin bəzi müddəalarına düzgün əməl edilməmişdir. Belə ki, hazırkı cinayətləri törətməklə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yarandığı üçün məhkəmənin ona cəza təyin etməsi cinayət qanununun cəza təyin edilməsinə dair müddəalarına uyğun olmamışdır və ona görə də apellyasiya protestinin bu barədə dəlilləri əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğu üçün birinci instansiya məhkəməsinin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 maddələri ilə 2il 6 aydan az müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməsi AR CM-in 66.5-ci maddəsinin tələbinə zidd olduğu halda məhkəmə bu məhdudiyyətə əməl etməyərək ona bu maddələrlə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan sonra birinci instansiya məhkəməsi Pünhan Famil oğluna cinayət qanununun cəza təyini barədə müddəalarının tələbinə (residivə görə cəza təyin edilməsi barədə) zidd tərzdə cəza təyin edilməsini AR CPM-in 518-ci maddəsində nəzərdə tutulan anlaşılmazlıq kimi qəbul edərək xx.xx.2024-cu il tarixdə qəbul etdiyi anlaşılmazlığın aradan qaldırılması barədə qərarı ilə Təqsirləndirilən şəxs hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3- c ü maddələri ilə təyin etdiyi 2 il müddətə azadlıqdan məhrum etmə cəzasını 2il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası kimi oxunmasını qərara almış, həmin cəzanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə t ə y i n e t m i ş o l d u ğ u 1 i l 6 a y m ü d d ə t ə a z a d l ı q d a n m ə h r u m e t m ə cəzası ilə qismən toplamaqla ona 3 il müddətə azadlıqdan məhrum etmə qəti cəzası təyin etmiş, sonra da bu cəzanı Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- c ü maddələri ilə təyin edilmiş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu qərar AR CM-in cəzanın təyin edilməsinə dair 65,66,67 -ci maddələrinin müddəalarına zidd olmaqla yanaşı AR CPM-in 518-ci maddəsinə də zidd olduğundan ləğv edilməlidir. Belə ki, AR CPM-in 518-ci maddəsinə əsasən yekun qərarı çıxarmış məhkəmə yalnız aşağıdakı anlaşılmazlıqları həll etmək hüququna malikdir. 518.0.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 518.0.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; 518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; 518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq Beləliklə CPM-in 518.1-ci maddəsinə əsasən məhkəmə cəzanın həddi ilə bağlı anlaşılmazlığı, yalnız bu hədd hökmlə müəyyən edilmədiyi halda həll etmək hüququna malikdir. Təqsirləndirilən şəxs isə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmü ilə cəza təyin edilmiş və cəzanın həddi də dəqiq müəyyən edilmişdir. Ona görə məhkəmənin özünün təyin etmiş olduğu cəzanın həddini sonrakı qərarla dəyişməsi qanunsuz olmuşdur. Başqa bir tərəfdən belə bir qərar yekun qərarın icrası mərhələsində qəbul edilə bilər. Məhkəmə isə icra mərhələsində olmayan hökmlə bağlı anlaşıplmazlığın həll edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Bundan başqa CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İşdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü olmuş, Təqsirləndirilən şəxs hazırda törədilməsində təqsirli bilindiyi əməlləri həmin hökmün çıxarılmasından əvvəl törətmişdir Belə olduğu halda Təqsirləndirilən şəxs hal hazırkı əməlləri və barəsində 2024-cü ilin fevral ayında qəbul edilmiş hökmlə təyin edilmiş cəzaları CM-in 66.5-ci maddəsinə əsasən eyni qaydalar əsasında (yəni CM-in 66.2 və 66.3-cü maddələrində göstərilən qaydalarla) cəza təyin edilməli olduğu halda məhkəmə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə ayrı ayrılıqda cəza təyin etmiş, sonra CM-in 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla 3 il müddətə azadlıqdan məhrum etmə qəti cəzası təyin etmiş, bundan sonra CM-in 66.5-ci maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs təyin etdiyi qəti cəzanı Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- c ü maddələri ilə təyin edilmiş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmiş, bu qayda ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd edilənlərə əsasın məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 1(022)-76/2024 saylı xx.xx.2024-cu il tarixli 1(022)-76/2024 saylı qərarları ləğv edilməli Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar adlanan 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-ci, 399-cu 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmündən və Biləsuvar Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 1(022)-76/2024 saylı və 23 aprel 2024-cü il tarixli 1(022)-76/2024 saylı qərarlarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 1(022)-76/2024 saylı və 23 aprel 2024-cü il tarixli 1(022)-76/2024 saylı qərarları ləğv edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən bu cəza Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası ilə və Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə qəti cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(022)-76/2024 saylı hökmü apellyasiya apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-570/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-570/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver