Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-579/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Sultanov Cavid Rizvan oğlunun ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, 1(057)-38/2025 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, 1(057)-38/2025 nömrəli hökmü (hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi) ilə xx xxxxxxx 2000-ci ildə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-nin Salyan rayon şəbəkəsində elektrik montyoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 06 may 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 26 oktyabr 2024-cu il tarixdə saat 16 radələrində valideynləri ilə birlikdə yaşadığı Salyan rayonu Təzəkənd kəndindəki fərdi yaşayış evinin həyətində atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra həyətlərindəki ot tayasını və fərdi yaşayış evini qəsdən yandırmaq məqsədi ilə üzərində gəzdirdiyi kibritlə əvvəlcə sonuncuya məxsus hər birinin dəyəri 3 manat olmaqla cəmi dəyəri 1050 manat olan 350 ədəd ot kipindən ibarət ot tayasına od vuraraq həmin ot kiplərini və onların yığıldığı 27 kv.metr ölçüdə, 450 manat dəyərində olan bir ədəd talvarı qəsdən yandırmaqla məhv etmş, daha sonra isə həmin ot tayasından yanan ot samanının bir hissəsini götürüb onları Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş hissəsindəki ayaqaltına ataraq 50000 manat dəyərində olan həmin evi, həmin vaxt evdə olan 250 manat dəyərində bir ədəd işlənmiş, 1.70 diaqonallı "LG" markalı televizoru, 350 manat dəyərində bir ədəd 82 diaqonallı "LG" markalı televizoru, 500 manat dəyərində bir ədəd "İndensit" markalı işlənmiş soyuducunu, 360 manat dəyərində bir ədəd qaz sobasını, cəmi 1200 manat dəyərində 3x2 ölçüdə 8 ədəd işlənmiş xalçanı, cəmi 500 manat dəyərində olan 4x4 ölçüdə iki ədəd işlənmiş xalçanı, cəmi 600 manat dəyərində olan 4x3 metr ölçüdə üç ədəd işlənmiş xalçanı, 100 manat dəyərində bir ədəd taxt divanı, 150 manat dəyərində bir ədəd tək divanı, cəmi 160 manat dəyərində iki ədəd işlənmiş kreslonu, cəmi 300 manat dəyərində iki ədəd işlənmiş şifoner güzgüsünü, cəmi 150 manat dəyərində 4 ədəd işlənmiş stolu, cəmi 100 manat dəyərində 12 ədəd işlənmiş stulu, cəmi 200 manat dəyərində 2 ədəd işlənmiş setkalı dəmir çarpayını, 300 manat dəyərində bir ədəd işlənmiş dördgöz sobanı, bir ədədinin dəyəri 40 manat olan cəmi 80 manat dəyərində olan 2 ədəd işlənmiş "ARİ” markalı sobanı, 100 manat dəyərində bir ədəd işlənmiş tozsoran aparatı, hər birinin dəyəri 6 manat olmaqla cəmi 300 manat dəyərində 50 ədəd döşəkçəni, cəmi 500 manat dəyərində 10 ədəd işlənmiş döşəyi, cəmi 300 manat dəyərində 10 ədəd işlənmiş yorğanı, cəmi 100 manat dəyərində 10 ədəd işlənmiş yasdığı, 100 manat dəyərində bir ış ədəd işlənmiş termonu, 200 manat dəyərində olan 2 qramlıq bir ədəd qızıl üzüyü, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 25 manat olmaqla 50 ədəd işlənmiş boşqabları, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 30 manat dəyərində 60 ədəd kasanı, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 20 manat dəyərində olan 40 ədəd salat boşqabını, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 25 manat dəyərində 50 ədəd dəmir qaşıqları, hər birinin dəyəri 60 qəpik olmaqla cəmi 12 manat dəyərində 20 ədəd duzqabını, hər birinin dəyəri 1 manat olmaqla cəmi 10 manat dəyərində 10 ədəd qəndqabını, hər birinin qiyməti 2 manat olmaqla cəmi 30 manat dəyərində 15 ədəd meyvə qabını, hər birinin qiyməti 10 manat olmaqla cəmi 40 manat dəyərində 4 ədəd teşti, 100 manat dəyərində ih bir ədəd işlənmiş ütünü, 150 manat dəyərində bir ədəd işlənmiş tozsoranı, cəmi 120 11 manat dəyərində olan iki ədəd işlənmiş sərinkeşi, 300 manat dəyərində olan bir ədəd işlənmiş velosipedi, hər birinin qiyməti 5 manat olmaqla 50 manat dəyərində 10 ədəd əlüz dəsmalını, hər birinin qiyməti 5 manat olmaqla cəmi 50 manat dəyərində olan 10 ədəd pastel dəstini, 500 manat pulu və həmin evə bitişik 20 kv.metr ölçüdə 500 manat ) dəyərində olan bir ədəd talvarı da ümumi təhlükəli üsulla qəsdən yandırıb məhv etmiş, həmin vaxt anası Şahid5 əri Zərərçəkmiş şəxs öz vəsaiti hesabına ona aldığı bir ədəd 300 manat dəyərində "Samsung" markalı mobil telefonla zəng vurub yanğının söndürülməsi üçün kömək çağırdığını görüb həmin telefonu da anasının əlindən alaraq onu su kanalına atıb məhv etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə külli miqdar təşkil edən 60.662 manat məbləğində əmlakı yandırmaqla qəsdən məhv etmə cinayət əməlini törətmişdibir hissəsini götürüb onları Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş hissəsindəki ayaqaltına ataraq 50000 manat dəyərində olan həmin evi, həmin vaxt evdə olan 250 manat dəyərində bir ədəd işlənmiş, 1.70 diaqonallı "LG" markalı televizoru, 350 manat dəyərində bir ədəd 82 diaqonallı "LG" markalı televizoru, 500 manat dəyərində bir ədəd "İndensit" markalı işlənmiş soyuducunu, 360 manat dəyərində bir ədəd qaz sobasını, cəmi 1200 manat dəyərində 3x2 ölçüdə 8 ədəd işlənmiş xalçanı, cəmi 500 manat dəyərində olan 4x4 ölçüdə iki ədəd işlənmiş xalçanı, cəmi 600 manat dəyərində olan 4x3 metr ölçüdə üç ədəd işlənmiş xalçanı, 100 manat dəyərində bir ədəd taxt divanı, 150 manat dəyərində bir ədəd tək divanı, cəmi 160 manat dəyərində iki ədəd işlənmiş kreslonu, cəmi 300 manat dəyərində iki ədəd işlənmiş şifoner güzgüsünü, cəmi 150 manat dəyərində 4 ədəd işlənmiş stolu, cəmi 100 manat dəyərində 12 ədəd işlənmiş stulu, cəmi 200 manat dəyərində 2 ədəd işlənmiş setkalı dəmir çarpayını, 300 manat dəyərində bir ədəd işlənmiş dördgöz sobanı, bir ədədinin dəyəri 40 manat olan cəmi 80 manat dəyərində olan 2 ədəd işlənmiş "ARİ” markalı sobanı, 100 manat dəyərində bir ədəd işlənmiş tozsoran aparatı, hər birinin dəyəri 6 manat olmaqla cəmi 300 manat dəyərində 50 ədəd döşəkçəni, cəmi 500 manat dəyərində 10 ədəd işlənmiş döşəyi, cəmi 300 manat dəyərində 10 ədəd işlənmiş yorğanı, cəmi 100 manat dəyərində 10 ədəd işlənmiş yasdığı, 100 manat dəyərində bir ış ədəd işlənmiş termonu, 200 manat dəyərində olan 2 qramlıq bir ədəd qızıl üzüyü, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 25 manat olmaqla 50 ədəd işlənmiş boşqabları, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 30 manat dəyərində 60 ədəd kasanı, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 20 manat dəyərində olan 40 ədəd salat boşqabını, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 25 manat dəyərində 50 ədəd dəmir qaşıqları, hər birinin dəyəri 60 qəpik olmaqla cəmi 12 manat dəyərində 20 ədəd duzqabını, hər birinin dəyəri 1 manat olmaqla cəmi 10 manat dəyərində 10 ədəd qəndqabını, hər birinin qiyməti 2 manat olmaqla cəmi 30 manat dəyərində 15 ədəd meyvə qabını, hər birinin qiyməti 10 manat olmaqla cəmi 40 manat dəyərində 4 ədəd teşti, 100 manat dəyərində ih bir ədəd işlənmiş ütünü, 150 manat dəyərində bir ədəd işlənmiş tozsoranı, cəmi 120 11 manat dəyərində olan iki ədəd işlənmiş sərinkeşi, 300 manat dəyərində olan bir ədəd işlənmiş velosipedi, hər birinin qiyməti 5 manat olmaqla 50 manat dəyərində 10 ədəd əlüz dəsmalını, hər birinin qiyməti 5 manat olmaqla cəmi 50 manat dəyərində olan 10 ədəd pastel dəstini, 500 manat pulu və həmin evə bitişik 20 kv.metr ölçüdə 500 manat ) dəyərində olan bir ədəd talvarı da ümumi təhlükəli üsulla qəsdən yandırıb məhv etmiş, həmin vaxt anası Şahid5 əri Zərərçəkmiş şəxs öz vəsaiti hesabına ona aldığı bir ədəd 300 manat dəyərində "Samsung" markalı mobil telefonla zəng vurub yanğının söndürülməsi üçün kömək çağırdığını görüb həmin telefonu da anasının əlindən alaraq onu su kanalına atıb məhv etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə külli miqdar təşkil edən 60.662 manat məbləğində əmlakı yandırmaqla qəsdən məhv etmə cinayət əməlini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli hökmünü dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab etməklə azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, sübutları müqayisəli formada təhlil etməmiş, işi bir tərəfli apararaq əsassız və qanunsuz bir hökmün çıxarılmasına nail olmuşdur. Məhkəmə, bundan başqa, təqsirləndirilən şəxsin 44 günlük müharibədə iştirak etməsini, dövlət başçısı tərəfindən medallarla təltif olunmasını ərazidə müsbət xarakterizə olunmasını nəzərə almamış və nəticədə təqsirləndirilən şəxsə ağır cəza təyin etmişdir. Bundan başqa, zərərçəkmiş şəxs ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmamasını, şikayətindən imtina etməsini bildirməsinə baxmayaraq məhkəmə bu kimi halları nəzərə almamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müharibədən sonrakı dövrdə müharibənin onda yaratdığı travmaların əsəb sisteminə mənfi təsir etməsini bildirib, apellyasiya şikayətində göstərilən dəlillərə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs oğlunun psixi xəstəlikdən əziyyət çəkməsini, aralarında barışıq olmasını və dəymiş ziyanın miqdarının müəyyən edildiyi qədər olmamasını bildirirək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya şikayətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid5, Şahid6, Şahid2, Şahid1, Şahid3, və Şahid7 ifadələri, xx.xx.2024-cü il tarixli raportlar, Zərərçəkmiş şəxs Salyan RPŞ-nə ünvanladığı xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli ərizələr, xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi” haqqında protokol və ona əlavə edilmiş fotocədvəl, Zərərçəkmiş şəxs “evdə yanan əşyaların siyahısı və qiyməti barədə” əlavə izahatı, xx.xx.2024-cü il tarixli raport, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli raportlar, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 520 nömrəli tibbi rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsinin 3-18-76/2- 3854/2024 saylı 06 may 2024-cü il tarixli “yanğın haqqında ilkin” aktı, xx.xx.2024-cü il tarixli raportlar, 14 yanvar 2025-ci il tarixli məktub, 17 yanvar 2025-ci il tarixli üzləşdirmə protokolu, "Yanğın və texnoloji partlayışların tədiqiqi" ekspertizasının 14 yanvar 2025-ci il tarixli, 10/9219 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 9/9551 nömrəli rəyi, habelə işdə оlаn digər sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “gəlir məlumatları” bölməs(lər)ində görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində pensiya alır. Bundan başqa, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 44 günlük Vətən müharibəsində iştirak etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-in 186.2-ci maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə almaqla, Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, habelə cəzanın həddini təqsirkarın təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və törədilmiş əməl xarakterizə edilməlidir. Cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayəthüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai-təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrıayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəza onun tərəfindən törədilmiş cinayətlərin ağırlıq dərəcəsinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin barəsində CMnin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti hesab edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, işin faktiki halları Cinayət Qanununun bu normasının tətbiqinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində qeyd olunur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbindən də göründüyü kimi, təqsirkarın cəzasını real olaraq çəkməsinə lüzum olmadığı barədə məhkəmədə qənaət hasil olarsa, o cəzasını şərti çəkə bilər. Lakin yuxarıda qeyd edilən işin faktiki halları (cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar) təqsirkarın barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması üçün əsasların və ya onun cəzanı real çəkmədən islah oluna biləcəyinə dəlalət edən halların olması barədə kifayət qədər təsəvvür formalaşdırmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını və bununla, cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etməməsi barədə mövqeyi ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddə cəzanı çəkməsi ilə mümkündür. Odur ki, apellyasiya şikayətinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, 1(057)-38/2025 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Elçin Xasməmmədov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(106)-579/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-579/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver