Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-580/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxs Məhkum və Müdafiəçi2 iştirakı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(057)-72/2024 saylı hökmü ilə (hakim A.Y.Vəliyev) xx.xx.1970-ci ildə Biləsuvar rayonu İsmətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu İsmətli kəndində yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətə, CM-in 320.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş; CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona ona qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai araşdırma dövründə şübhəli şəxs qismində tutulduğu bir gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış; həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 1(106)-795/2024 saylı hökmü ilə Müdafiəçi1 tərəfindən verilmiş və Müdafiəçi2 tərəfindən dəyişdirilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 16 iyul 2024cü il tarixli hökmü Məhkum CM-in 320.1-ci maddəsi ilə təqsirli təqsirli bilinməsi hissəsində ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsisinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə CM-in 320.1-ci maddəsi ilə bəraət verilmiş, bəraət hökmü ilə eyni vaxtda çıxarılan digər yekun qərarla isə birinci instansiya məhkəməsinin qeyd edilən hökmü Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi hissədə ləğv edilərək dəymiş ziyanın ödənilməsi əsası ilə CMin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli 1(102)-981/2025 saylı qərarı ilə dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin həmin hökmü və qərarı kassasiya protestinə münasibətdə ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək 8000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci il fevralın 24-də yaşadığı Salyan rayonu Dayıkənd kəndində 500 manat, 2023-cü ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Marışlı kəndinin örüş sahəsində 1300 manat, 2023-cü ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində 1300 manat, 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 800 manat, 2023-cü ilin mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 1700 manat, 2023-cü ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 400 manat, 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Bakı-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Hacıoğlu” restoranının yaxınlığında 2000 manat pulu alaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 8000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 Əlif oğlunun etibarından sui-istifadə edərək 3000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırmaq məqsədilə istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 Əlif oğluna Dövlət Sosial Müdafiə Fondu adından 2-ci dərəcəli əlillik ilə bağlı pensiya təyin olunacağı məzmunda yazılmış 2 ədəd vərəqin üzərində çap mətni, imza və möhür əksi montaj edərək elektrofotoqrafik çap qurğusundan çap etməklə hüquq verən rəsmi sənəd hesab olunan saxta sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış, həmin saxta sənədi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərərək aldatdıqdan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs1 2023-cü il martın 12-də yaşadığı Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 1500 manat, 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 500 manat, 2023-cü ilin aprel ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 200 manat, öz istəyi əsasında Zərərçəkmiş şəxs1 2023-cü il mayın 30-da “Kapital bank”a məxsus “Zehra Sabıbeyli” adına olan 4169 7414 3104 9558 saylı hesaba 100 manat köçürtdürmüş, 2023cü ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evində 400 manat, 2023-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 300 manat pulu alaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən müdafiəçi Ağayev X6 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxs Məhkum təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq olunmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum ailəlidir, ailənin yeganə qazanc gətirənidir, qardaşı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur, özü də Qarabağ müharibəsi iştirakçısıdır, zərərçəkmiş şəxslər ilə barışmış, yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Ona görə də təqsirləndirilən şəxsə təyin olunmuş cəza şərti hesab edilməli və o, məhkəmə iclası zalından həbsdən azad olunmalıdır. Prosessual məsələlər Apellyasiya baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya baxışı zamanı Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini və onlarla barışdığını, əməlindən peşman olduğunu göstərib, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə həbslə bağlı olmayan cəza verilməsini, CM-in 320.1-ci maddəsi üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə olan cinayət təqibinə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında təqsirləndirilən şəxs Məhkum müdafiəçisi ilə həmfikir olduğunu və sonuncunun xahişi ilə razılaşdığını bildirdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onun təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Plenum qərarında daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiə tərəfin əvvəlki apellyasiya icraatında tələbi cəza ilə bağlı olmuşdur. Belə ki, əvvəlki icraat dövründə təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, müdafiə tərəfi də həmin cəzanın ağır olduğunu, məhkəmə tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasının nəzərə alınmadığını bildirmişdir. Eyni zamanda, əvvəlki apellyasiya icraatı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış, dəymiş ziyanı zərərçəkmişlərə və ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmiş, bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarı və hökmü ilə o, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, CM-in 320.1-ci maddəsi ilə isə ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli 1(102)-981/2025 saylı qərarı ilə dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin həmin hökmü və qərarı kassasiya protestinə münasibətdə ləğv edilmişdir. Kasssiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi Məhkum CM-in 320.1-ci maddəsi ilə bərəat verməklə düzgün nəticəyə gəlsə də, onun barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verməklə səhvə yol vermişdir. Belə ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, Məhkum əvvəllər bir dəfə eyni əsaslarla cinayət məsuliyyətindən azad edilmişdir. Onun təkrarən eyni əsaslarla cinayət məsuliyyətindən azad edilməsi CM-in 72-ci maddəsinin “Qeyd” hissəsi ilə qadağan edilməsinə baxmayaraq, məhkəmə cinayət qanunun tətbiqində səhvə yol verməklə onu ikinci dəfə cinayət məsuliyyətindən azad etmişdir. İşə təkrar baxan məhkəmə kollegiyası CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərini bir daha xatırladaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə onların dəlilləri həcmində, cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqinin düzgünlüyü ilə bağlı məsələlərə isə apellyasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq baxır. Odur ki, kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı müdafiə tərəfin cəza ilə bağlı apellyasiya tələbi ilə yanaşı, eyni zamanda cinayət qanunu normalarının tətbiqinin düzgünlüyü də yoxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Təqsirin anlayışını verən CM-in 24.1-ci maddəsində qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, CM-in 320.1-ci maddəsinə əssən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma bu maddə ilə nəzərdə tutulan cinayətin tərkibini yaradır. Məhkum CM-in 320.1-ci maddəsi ilə verilmiş ittihama görə o, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 Əlif oğluna Dövlət Sosial Müdafiə Fondu adından 2-ci dərəcəli əlillik ilə bağlı pensiya təyin olunacağı məzmunda yazılmış 2 ədəd vərəqin üzərində çap mətni, imza və möhür əksi montaj edərək elektrofotoqrafik çap qurğusundan çap etməklə hüquq verən rəsmi sənəd hesab olunan saxta sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış, həmin saxta sənədi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərmişidir. İstintaq orqanı və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 320.1-ci maddəsi ilə tövsif etmiş və ona həmin maddə ilə cəza təyin etmişdir. Məhkəmə (o cümlədən istintaq orqanı) bu nəticəyə gələrkən Məhkum zərərçəkmiş şəxsə “Whatsapp” sosial şəbəkə vasitəsilə göndərdiyi saxta sənədin hüquq verən rəsmi sənəd olmasına, habelə Məhkum həmin sənəddən istifadə etmək məqsədinin olmasına əsaslanmışdır. Lakin, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi həm işin faktiki hallarının hüquqi baxımdan düzgün qiymətləndirilməsində, həm də cinayət qanunu normasının tətbiqində səhvə yol verərək Məhkum zərərçəkmiş şəxsə “Whatsapp” sosial şəbəkə vasitəsilə göndərdiyi saxta sənədi əsasız olaraq rəsmi sənəd kimi qiymətləndirmiş, eyni zamanda CM-in 320.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan “rəsmi sənəd” anlayışını düzgün şərh etməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 iyun tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayət tərkibinin qanunvericilikdə birmənalı və aydın müəyyən olunması əməlin tövsifi zamanı mühüm əhəmiyyət kəsb edir. Belə ki, tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli qərarında isə göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Əvvəlki apellyasiya icraatı zamanı Məhkum CM-in 320.1-ci maddəsi ilə bəraət verilməsi ilə razılaşan kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittihama diqqət etdikdə onun Zərərçəkmiş şəxs1 əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırmaq məqsədilə istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondu adından 2-ci dərəcəli əlillik ilə bağlı pensiya təyin olunacağı məzmunda yazılmış 2 ədəd vərəqin üzərində çap mətni, imza və möhür əksi montaj edərək elektrofotoqrafik çap qurğusundan çap etməklə hüquq verən rəsmi sənəd hesab olunan saxta sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış, həmin saxta sənədi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərərək aldatdıqdan sonra vahid niyyətlə...... ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirdiyi müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs1 "Whatsapp” sosial şəbəkə vasitəsilə aşağıdakı məzmunlu saxta sənədləri göndərmişdir. -Dövlət Sosial Müdafiə fondunun adına yazılmış "Zərərçəkmiş şəxs1 üçün verilmiş müayinə rəyinə əsasən onun fiziki işləməsi qeyri-mümkündür, bunu nəzərə alaraq onun 2ci dərəcəli "Əlil qrupu” birdəfəlik təyin edildi” məzmunlu sənəd. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi adından Pensiya Fonduna “Göndəriş” adı ilə yazılmış “X8 Ələmova, ondan ötrü ki, onu tərəfimizdən müayinə edərək müəyyən etdik ki, fiziki işlərlə məşğul olması qeyri mümkündür. Xahiş edirik ki, ona 2-ci qrup Əlillik dərəcəsi təyin edilsin” məzmunlu sənəd. İttiham tərəfi Məhkum Zərərçəkmiş şəxs1 göndərdiyi həmin sənədləri hüquq verən rəsmi sənəd kimi qəbul etməklə, qeyd olunan sənədlərin Məhkum tərəfindən istifadə etmək məqsədilə qanunsuz hazırladığında israr etmişdir. Lakin qeyd olunan sənədlərin hüquq verən rəsmi sənədə aid edilməsi üçün onlar, bir sıra əlamətlərə, o cümlədən həmin sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri malik olmalıdır. Məhkum Zərərçəkmiş şəxs1 "Whatsapp” vasitəsilə göndərdiyi saxta sənədlərdə sənədin doğruluğunu təyin edən və ona yasal status verən vacib məlumatlar (rekvizitlər) sənədin tərtib olunma yeri və tarixi, onu verən orqanın adı, vəzifəli şəxsin atasının adı, sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı qeyd olunmadığı müəyyən olunur ki, bu da həmin sənədlərin hüquq verən rəsmi sənəd kimi qəbul edilməsini istisna edir. Digər tərəfdən Məhkum həmin saxta sənədləri Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna "Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərməklə yanaşı sonuncuya həmin sənədləri heç kimə göstərməməsini bildirmişdir ki (qeyd olunan hal həm Məhkum, həmdə Zərərçəkmiş şəxs1 ifadələri ilə təsdiq olunur), bu da öz növbəsində həmin sənədlərin istifadə edilmə məqsədi ilə hazırlanmadığını, zərərçəkmiş şəxsi əlillik ilə bağlı pensiyasının düzəldiyinə inandırmaq, onu aldatmaq və yekunda sonuncuya məxsus vəsaitin ələ keçirilməsi məqsədi ilə hazırlandığını təsdiq edir. Başqa sözlə desək Məhkum saxta sənədləri hazırlamaqda məqsədi Zərərçəkmiş şəxs1 hüquqi vəziyyətini dəyişmək, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etmək və ya vəzifədən azad etmək, eləcə də sonuncunun hüquqlarının həyata keçirilməsində müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etmək olmamış, qeyd olunan hərəkətlər zərərçəkmiş şəxsə məxsus vəsaitin ələ keçirməsi üsulu (dələduzluğun üsulu) kimi çıxış etmişdir ki, bu da öz növbəsində Məhkum CM-in 320.1-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir”. Kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya icraatının nəticələri üzrə bəraət hökmünü ləğv etsə də, bunun həmin bəraət əsassızlığı ilə bağlı olmadığını qeyd etmişdir. Kassasiya kollegiyası hesab etmişdir ki, bəraətin verilməsi ilə bağlı apellyasiya məhkəməsi düzgün nəticəyə gəlsə də, vahid məhkəmə aktının çıxarılması baxımından (CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan hissədə qərar ləğv edildiyinə görə) həmin bəraət hökmü məhkəmənin yekun qərarı ilə birgə ləğv edilməlidir. İşə təkrar baxan məhkəmə kollegiyası da eyni mövqedən çıxış edərək təqsirləndirilən şəxs Məhkum əməlində CM-in 320.1-ci maddəsinin tərkibinin olmadığı nəticəsinə gəlir və hesab edir ki, ona həmin maddə ilə əməlində cinayət tərkibi olmadığına əsasən bəraət verilməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin dəymiş ziyan tam ödənilməklə, həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi əsası ilə təqsirləndirilən şəxsin CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsindən ibarət dəlilinə də qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsinə görə - şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işində olan məhkumluq haqqında tələbnamədən görünür ki, Məhkum əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirildiyi əməl üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, Məhkum əvvəllər qeyd olunan əsasla cinayət məsuliyyətindən azad edildiyinə görə, qanunverici təkrarən onun barəsində CM-in 73-1.2-ci maddəsinin tətbiqini istisna edir. Kollegiya Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən görünür ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs Şəmistan Ələmova vurduğu ziyandan 400 manat ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. İşdə olan zərərçəkmiş şəxslərin notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəmiş, onlarla barışmış, zərərçəkmişlərin hər hansı şikayəti və tələbləri yoxdur. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və onlara dəymiş ziyanın tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallardır. Bundan başqa, Məhkum apellyasiya baxışı zamanı törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası Məhkum əməlindən peşman olmasının və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının da CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasın məqsədəmüvafiq hesab edir. Həmin normaya görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, qeyd olunan cəzanı yüngülləşdirən hallar Məhkum cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına və barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza- azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə əsas verir. Beləliklə, məhkəmə kollegiyası cəzanın əsaslılığı ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayaraq hesab edir ki, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə məhkumun şəxsiyyətinə uyğun olaraq Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-in 8.1-ci maddəsinə uyğun ədalətli cəzadır, həmçinin CM-in 41.2-ci maddəsində müəyyən edilən cəzanın məqsədlərinə cavab verir. İş materiallarından görünür ki, Məhkum məhkəməyədək icraat zamanı bir gün şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkum şübhəli şəxs qismində tutulduğu 1 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 4 ay, ümumilikdə 4 ay 1 gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, yəni 8 ay 2 gün hesabı ilə hesablanmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ilə əlaqədar Məhkum üzərinə cəza çəkdiyi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı və cəzanın icrası Məhkum yaşayış yeri üzrə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 401 və 407ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(057)-72/2024 saylı hökmü Məhkum Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə bəraət verilsin. Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(057)-72/2024 saylı hökmündən CM-in 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Məhkum Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(057)-72/2024 saylı hökmünə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-in 69.3cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində və həbsdə saxlanıldığı, cəmi 4 ay 1 gün CM-in 68-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 8 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hesab edilsin və təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum üzərinə cəza çəkdiyi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Məhkum yaşayış yeri üzrə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(057)-72/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən, Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-580/2025
Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-580/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver