Məhkəmə qərarları › İş №1(106)-583/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-583/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-583/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Şirvan regional vəkil bürosunun vəkili X2 iştirakları ilə Apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 22 iyul 2022-cü il tarixli hökmü ilə (hakim Ramiz Nurullayev) xx xxxxxxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu Digah qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 -cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Şəki Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs vəsatətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin 22 iyul 2022-ci il tarixi hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Vəsatətə müvafiq apellyasiya şikayəti əlavə olunmuşdur. Vəsatəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən – hüquqi savadı olmadığından, habelə ilk dəfə məhkum olunduğu üçün baş vermiş hadisənin təsiri altında psixi gərginlik səbəbindən buraxmışdır. Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs həmin Məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Məhkum Əhmədov X4 Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən, yəni məhkəmənin hökmünün ona hökm çıxarılan günü deyil, sonradan verilməsi və hüquqi savadı olmaması səbəbindən buraxmasına baxmayaraq, məhkəmə onun vəsatətini əsassız olaraq təmin etməmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və həmin Məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin təmin olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi Beyləqan Rayon Məhkəməsinin 22 iyul 2022-cü il tarixli hökmünün surəti digər proses iştirakçıları ilə yanaşı həmin gün məhkəmə qəbzini imzalamaqla Təqsirləndirilən şəxs təqdim edilmişdir. Buna görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə apellyasiya şikayəti təmin edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə (həbsdə saxlanılan məhkum) verildiyi andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan Beyləqan Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmünün ona verildiyi andan 20 gündən artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, işə əlavə olunmuş məhkəmə qəbzindən görünür ki, 22 iyul 2022-ci il tarixli hökmün surəti Təqsirləndirilən şəxs həmin gün təqdim edilmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatətini və apellyasiya şikayətini 12 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə Beyləqan Rayon Məhkəməsinə göndərmişdir. Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Onun qanunla müəyyən olunmuş müddətdə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməməsinin hüquqi savadının olmaması ilə izah etməsinə gəldikdə, bu dəlil də əsaslı sayıla bilməz. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir. O, eyni zamanda vəkil X3 hüquqi yardımı ilə təmin olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual hüquqları izah olunmuş, həmçinin məhkəmə baxışının sonunda da hökm elan olunduqda, həmin Məcəllənin 384-385-ci maddələrinin tələblərinə müvafiq olaraq hökmdən apellyasiya şikayəti vermək hüququ, qaydası və müddəti bir daha ona izah edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni, birinci instansiyası məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarında müəyyən etdiyi kimi, onun Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Beyləqan Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X10rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012). Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpasının rədd edilməsi haqqında qərar qəbul edə bilər Beləliklə, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair məhkum Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsi haqqında Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarını əsaslı və qanuni hesab etməklə yanaşı, baxılan işdə Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsində təsbit edilmiş məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan çıxarıldığı gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar