Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-592/2022 29.06.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Quliyev Orxan Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin, Apelyasiya instansiyası məhkəmələrində X1 şöbəsinin prokuroru, X6, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinə baxaraq, M ü ə y y ə n e t d i : Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmü (sədrlik edən X2) ilə, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı övladı olan, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı müddətin 2 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs Az. Resp. CM-nın 234.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 130,85 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşıyaraq yaşadığı Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən yaşadığı evin həyətinə gətirmiş, həmin narkotik vasitənin bir hissəsini yəni, 57,09 qramını sarı rəngli sellofan torbada, 20,71 qramını sarı rəngli sellofan torbanın içərisindəki göy rəngli sellofan torbada həyətyanı sahədə odun parçalarının altında, digər hissəsini yəni, 29,84 qramını göy rəngli sellofan torbada, 23,21 qramını göy rəngli sellofan torbanın içərisindəki ağ rəngli sellofan torbada həyətdəki tikilidə qanunsuz saxlamış, 23 oktyabr 2021-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətdəki odun parçalarının altından ümumi təmiz çəkisi 77,80 qram, tikilidən isə ümumi təmiz çəkisi 53,05 qram olmaqla, ümumilikdə 130,85 həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı X4 apellyasiya protesti verərək Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs daha ağır azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 130,85 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuanınn şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Onun külli miqdarı 500 qramdan başlanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı qurudulmuş marixunanın miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çoxdur. Qurudulmuş marixunanı şəxsi istehlak miqdarından artıq (məsələn, 5 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti vəişin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur.Həmçinin Təqsirləndirilən şəxs əvvəllər CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,22 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Dövlət ittihamçısı kimi məhkəmədə çıxışında təqsirləndirilən şəxsə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmişdir.Bundan başqa məhkəm Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlindən səmimi peşimançılıq çəkməsini, cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını əsassız olaraq CM-in 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə almışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi X7 apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin həmçinin ittiham və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı və müdafiə tərəfinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunmamalı, Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və materialların məhkəmə ekspertizasının, məhkəmənarkoloji ekspertizasının rəyləri, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 27 aprel 2022-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Sabirabad Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya protestinin dəlillərindən görünür ki, apellyasiya protestində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya protestinin dəlillərində yalnız Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası tətbiq etməklə birinci instansiya məhkəməsi tərəfindən CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin məhkum edilmiş şəxsə azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi üçün əsas olmuş cəzanı yünügülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza, yəni azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunmasına dair nəticəyə gələrkən hər hansı bir qanun pozuntusuna yol verməmiş, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, himayəsində iki azyaşlı uşağı vardır.. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar yoxdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətdən sonrakı davranışını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara tətbiq edilməli qanun normalarına uyğun qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsinin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaqla əsaslı olaraq onun cəmiyyətdən tam təcrid olunmadan nəzarət altında islah olunmasını mümükün saymış və azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın ümumi məqsədinə xidmət edən qanuni və ədalətli cəza təyin etmişdir, apelyasiya protestinin dəlilləri məhkum olunmuş şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, hökmün dəyişdirilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmü dəyişdirilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun öz ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya protestində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya protestinin dəlilləri ilə razılaşmır və apellyasiya protestini təmin edib, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsinin təyin etdiyi 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından daha ağır cəza təyin edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, dövlət ittihamçısı Zamil Mehralıyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q ə r a r a a l d ı : Dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin 1(056)-31/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elşad Əliyev Hakimlər: Rafiq Cəfərov İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(106)-592/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-592/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver