Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-595/2023 24.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: X5 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) xx xxxxxx 1976-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri N.Nərimanov küçəsi ev 34-də qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 yanvar 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 01 ədəd bükümdə külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini (bundan sonra – metamfetamin) qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan Masallı Rayon Polis Şöbəsinin (bundan sonra - Masallı RPŞ) əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri Füzuli küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd bükümdə təmiz çəkisi 9,668 qram olan ağ rəngli kristal formada olan metamfetamin aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, o, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, üzərindən aşkar olunmuş psixotrop maddə - metamfetaminə aidiyyəti yoxdur. Məhz polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığı üçün özünə qarşı ifadə verməklə, həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X7 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:
1. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin satışında, üzərində gəzdirməkdə şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 01 fevral 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi 01 bükümdəki metamfetamini könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir.
2. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)-43/2023 saylı qərarından görünür ki, Masallı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilən “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.
3. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 01 fevral 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd kütləni çıxarıb təqdim etmiş, həmin bükümlərdə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin metamfetamin olduğunu, öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir.
4. Materialların məhkəmə ekspertizasının 01 fevral 2023-cü il tarixli 19/139 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 9,668 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir.
5. Məhkəmə – narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli 120 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorlarin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (toksikomaniya xəstəliyi) aşkar olunur. İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.
6. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 96 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır.
7. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə 02 və 03 fevral 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində 01 fevral 2023-cü ildə ondan aşkar olunmuş psixotrop maddə – metamfetaminin özünə məxsus olduğunu və həmin kütləni şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir.
8. Şahidlər Şahid1, Şahid2, Şahid5 və Şahid6 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərindən 01 fevral 2023-cü ildə bir bükümdə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sadiq Həsənov həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründən fərqli olaraq birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını, həmin maddənin məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 9,668 qram psixotrop maddə - metamfetaminin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, məhz polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün onların diktə etdiyi formada ibtidai araşdırma zamanı əleyhinə ifadə vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı hədə-qorxuya məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyriinsani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən, məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun vəkili təxminən iki aydan artıq davam edən ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polisin hədə-qorxusu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Artıq bu hallar Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə, cinayət məsuliyyətindən azad olunmaya hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab etmişdir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından təxminən 64 dəfə artıq psixotrop maddə - metamfetamini qanunsuz əldə edib saxlaması, şəxsi istehlak miqdarından dəfələrlə artıq olan metamfetaminin hamısını üstündə saxlamaqla şəhər mərkəzində gəzdirməsi onun həqiqətəndə satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan maddənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bununla da apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halı – Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halın olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.