Məhkəmə qərarları › İş №1(106)-60/2025

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-60/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-60/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim),Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin prokuroru X3, barəsində cinayət təqibinə xitam verilmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə CM-in 74-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 1(032)-146/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihmaçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 1(032)-146/2024 saylı 17 sentyabr 2024-cü il tarixli qərarı ( hakim X4) ilə, Təqsirləndirilən şəxs, 20.04 2006-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, hazırda müddətli həqiqi hərbi xidmətdə olan, ünvan 1 ünvanda yaşayan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CM-in 74-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 09 mart 2024-cü il tarixdə saat 15 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən dayanacağın yaxınlığında dayanmış Zərərçəkmiş şəxs2 qarşı əxlaq normalarına zidd olan və qeyri-etik hərəkətlərə yol verən zaman onun bu hərəkətlərini görərək haqlı irad bildirilən Zərərçəkmiş şəxs2 qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, kənar şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və özgənin əmlakının zədələnməsi ilə ilə müşayiət edilən hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək, Zərərçəkmiş şəxs1 boynundan sıxmaqla və sifətinə yumruqla vurmaqla yerə yıxıb ona “boyunun sağ yan səthində sıyrıqlar kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan xəsarət və həmin vaxt arxa cibində olan “Samsung A51" markalı mobil telefonunun zədələnməsinə səbəb olmaqla 250 (iki yüz əlli) manat maddi ziyan vurduqdan sonra həmin vaxt onun Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinə mane olmaq istəyən və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə, sonuncunun sağ əlinə yumruqla vuraraq ona “sağ əlin lll barmağının l falanqasında sıyrıqlar” kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Şirvan Şəhər Məhkəməsinin 1(032)-146/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihmaçısı Dövlət ittihamçısı apelyasiya protesti verərək Şirvan Şəhər Məhkəməsinin 1(032)-146/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsi ilə təqsirli bilinirəkə həmin maddənin sanksiyası həddində, cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan şəhər məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və Təqsirləndirilən şəxs təqsirləndirildiyi ittiham üzrə ona cəza təyin edilməlidir. Məhkəmə, qərarda göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmiş, törətmiş olduğu cinayət az ağır cinayətlər kateqoriyasına aiddir, cinayət törədilərkən ətrafda əhali sıxlıq təşkil etməmişdir, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, dəymiş maddi ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur, yaşayış yerindən müsbət xarakterizə olunur, hazırda müddətli həqiqi hərbi xidmətdədir və hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı hərbi qulluqçu kimi göstərmiş, xerilən tapşırıqları vaxtı-vaxtında icra etmiş, xidmət yoldaşları arasında özünə nüfuz qazanmışdır, şəraitin dəyişməsi ilə onun təhlükəlilivi aradan qalxmışdır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası ( Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, əməli törədərkən yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödədiyini, hazırda müddətli həqiqi hərbi xidmətdə olduğunu və gələcəkdə hərbiçi olmaq arzusunda olduğunu bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə müraciəti olduğundan bunları əsas götürməklə, onun barəsində olan cinayət işi üzrə icraata CM-nin 74-cü maddəsinə əsasən, yəni şəraitin dəyişməsi ilə bağlı xitam verib Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad elmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci maddəsində göstərilir ki. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyala keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinavəl məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini, həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Hamin Məcəllənin 5.1-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə əsasən əməlin (hərəkəi və ya hərəkəlsizliyin) cinayəl sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Başqa sözlə desək qanunçuluq prinsipinə görə - cinayət törədən şəxsə cinayət hüquqi təsir tədbirlərinin tətbiqi, onun məsuliyyətdən və cəzadan azad edilməsi yalnız cinayət qanununda nəzərdə tutulan hallarda tətbiq edilə bilər. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi CM-nin 74-cü maddəsi ilə bağlı qeyd edilməlidir ki. CM-nin 74.1-ci maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Dispozisiyadan görünür ki, bu maddənin tətbiqi də imperativ deyil, dispozitiv xarakter daşıyır, yəni səlahiyvətverici normadır, vəzifə müəyyənedici norma deyil. Həmçinin, bu maddənin tətbiqi üçün törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müvafiq araşdırma aparılmaqla müəyyən edilməlidir. CPM-in 41.4-cu maddəsinə əsasən, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Göründüyü kimi, cinayət təqibinə xitam verilməsi qaydasını təsbit edən CPM-in 41-ci maddəsində bu məsələ ilə bağlı məhkəmə baxışı başlananadək məhkəmənin səlahiyyətləri müvafiq məsələnin həll edilməsinin dövlət ittihamçısına təklif edilməsi imkanı ilə məhdudlaşır. CPM-in 43-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayəl təqibinə, həmçinin bu Məcəllənin 39.1.3. 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qanunvericilim CPM-in 41.4-cii maddəsində "məhkəmə baxışı başlananadək". CPM-in 43.3-cü maddəsində isə "məhkəmə baxışının gedişində" anlayışlarından istifadə etməsi onu deməyə əsas verir ki. qanunverici tərəfindən məhkəməyə məhkəmə baxışı başlananadək CPM-in 40.2-ci maddəsinə əsasən cinayəl təqibinə xitam verilməsi səlahiyyəti verməmişdir, bu səlahiyyət yalnız məhkəmə baxışı mərhələsində həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispogisiyasında xııliqanlıq- ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə. habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayəl işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbavcan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki. xuliqanlıq-öz hərəkətlərinin ictimai təlılükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. "Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-mtiəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyekliv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir." Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla iş üzrə zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulması ilə nəticələnən zorakı hərəkətlərlə müşayiət olunmuşdur. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 74-ci maddəsinin tətbiq edilməsi üçün əsas kimi müəyyən etdiyi hallar əslində ona cəza təyin edilməsi məsələsi həll edilərkən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı ola biləcək hallardır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib, onun barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməklə faktiki olaraq qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Azərbaycan Respublikası (CM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Eyni zamanda, həmin Məcəllənin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Hazırkı vəziyyətdə Şirvan şəhər məhkəməsinin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi sosial ədalətin bərpasına xələl gəlirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Delcouıt Belçikaya qarşı" iş üzrə 17 yanvar 1970-ci il tarixli. "Riersack Belçikaya qarşı" iş üzrə 01 oktyabr 1982-ci il tarixli və "De (Tıbber Belçikaya qarşı" iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarında məhkəmə qeyd etmişdir: "Ədalət mühakiməsinin həyala keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. " Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, həmin maddənin 3-cü hissəsində isə göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə də məhkəmə yuxarıda şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan yekun qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsində çıxışında barəsində cinayət təqibinə xitam verilmiş Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək apellyasiya protestinin təmin edilməməsini, barəsində olan qərarın dəyişdirilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X7 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 221.2.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə Cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya protestinin, ittiham və müdafiə tərəfinin apelyasiya məhkəmə baxışında çıxışının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsədə CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, barəsində cinayət təqibinə xitam verilmiş Təqsirləndirilən şəxs törətmiş olduqları əməlin hüquqi tövsifinə və daha sonra isə apelyasiya protestinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 1(032)-146/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə cəza təyin edilməsinə dair yeni hökm çıxarılmalıdır. Belə ki, məhkəmə qərarda göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmiş, törətmiş olduğu cinayət az ağır cinayətlər kateqoriyasına aiddir, cinayət törədilərkən ətrafda əhali sıxlıq təşkil etməmişdir, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, dəymiş maddi ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur, yaşayış yerindən müsbət xarakterizə olunur, hazırda müddətli həqiqi hərbi xidmətdədir və hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqları vaxtı-vaxtında icra etmiş, xidmət yoldaşları arasında özünə nüfuz qazanmışdır, şəraitin dəyişməsi ilə onun təhlükəliliyi aradan qalxmışdır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası (Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, əməli törədərkən yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödədiyini, hazırda müddətli həqiqi hərbi xidmətdə olduğunu və gələcəkdə hərbiçi olmaq arzusunda olduğunu bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə müraciəti olduğundan bunları əsas götürməklə, onun barəsində olan cinayət işi üzrə icraata CM-nin 74-cü maddəsinə əsasən, yəni şəraitin dəyişməsi ilə bağlı xitam verib Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad elmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci maddəsində göstərilir ki. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyala keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini, həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Hamin Məcəllənin 5.1-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə əsasən əməlin (hərəkəi və ya hərəkətsizliyin) cinayəl sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakicrli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi CM-nm 74-cü maddəsi ilə bağlı qeyd edilməlidir ki, CM-nin 74.1-ci maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Dispozisiyadan görünür ki, bu maddənin tətbiqi də imperativ deyil, dispozitiv xarakter daşıyır, yəni səlahiyvətverici normadır, vəzifə müəyyənedici norma deyil. Həmçinin, bu maddənin tətbiqi üçün törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müvafiq araşdırma aparılmaqla müəyyən edilməlidir. CPM-in 41.4-cu maddəsinə əsasən, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Göründüyü kimi, cinayət təqibinə xitam verilməsi qaydasını təsbit edən CPM-in 41-ci maddəsində bu məsələ ilə bağlı məhkəmə baxışı başlananadək məhkəmənin səlahiyyətləri müvafiq məsələnin həll edilməsinin dövlət ittihamçısına təklif edilməsi imkanı ilə məhdudlaşır. Qanunvericinin CPM-in 41.4-cii maddəsində "məhkəmə baxışı başlananadək". CPM-in 43.3-cü maddəsində isə "məhkəmə baxışının gedişində" anlayışlarından istifadə etməsi onu deməyə əsas verir ki, qanunverici tərəfindən məhkəməyə məhkəmə baxışı başlananadək CPM-in 40.2-ci maddəsinə əsasən cinayəl təqibinə xitam verilməsi səlahiyyəti verməmişdir, bu səlahiyyət yalnız məhkəmə baxışı mərhələsində həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasında xuliqanlıq- ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq-öz hərəkətlərinin ictimai təlılükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. "Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq elməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlıqın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir." Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla iş üzrə zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulması ilə nəticələnən zorakı hərəkətlərlə müşayiət olunmuşdur. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 74-ci maddəsinin tətbiq edilməsi üçün əsas kimi müəyyən etdiyi hallar əslində ona cəza təyin edilməsi məsələsi həll edilərkən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı ola biləcək hallardır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib, onun barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməklə faktiki olaraq qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti təmin olunaraq birinci instansiya məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs CMin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yaşını, gənc olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, hazırda həqiqi hərbi xidmətdə xidmətini davam etdirməsini nəzərə alaraq onun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini mümkün sayır. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.2, 399.1.2, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, H Ö K M E T D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbayban Respublikası CM-in 74-cü maddəsinə əsasən CM-in 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 1(032)-146/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il müdddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbəycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və üzərində 1 il müddətinə sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilsin. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar