Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-608/2024 19.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu ( sədrlik edən və məruzəçi ) , Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3 , məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 may 2024-cü il tarixli 1(099)-362/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 may 2024-cü il tarixli 1(099)-362/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cəlil Nəbiyev) xx xxxxxx 1991-ci ildə Astara rayonunun Pensər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 04 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.3, 1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 177.2.1,177.2.3, 177.2.3- 1 -ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2023-cü ildən hesablanmaqla 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 avqust 2021 -ci ildə, gecə saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq evin yataq otağında olan Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən 400 manat məbləğində nağd pulu və otaqda olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bir ədəd plastik bank kartını oğurladıqdan sonra 17 avqust 2021-ci ildə, saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində fəaliyyət göstərən «Oba market» ərzaq mağazasında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus A0100241 nömrəli ATM-dən həmin plastik bank kartından istifadə etməklə kartın balansında olan cəmi 396 manat nağd pulu 300 və 96 manat olmaqla iki dəfəyə çıxarıb nağdlaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 796 manat məbləğində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa o, qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əmir» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Əmir» adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda, ümumi təmiz çəkisi 3 kiloqram 208,196 qram narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 1 kiloqram 940,0 qram narkotik vasitə qurudulmuş marixuananı Astara-Ələt avtomobil yolunun 58-ci kilometrliyində, «58 km» yol nişanının yaxınlığında, Bakı istiqamətində yolun sağ tərəfindən 10-15 metr məsafədə, otluqların arasında bir ədəd qara rəngli sellofan torbada yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra 03 iyun 2023-cü ildə, gecə saat 02:40 radələrində məlum olmayan taksi avtomobillə həmin əraziyə gedib şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş bir ədəd sellofan torbada olan, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün gecə saat 03:00-da Astara- Ələt avtomobil yolunun 57-ci kilometrliyində, Masallı rayon ərazisində saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional Şöbəyə aparılaraq orada qeyd olunan tarixdə gecə saat 04:15dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın arxa sağ cibindən bir ədəd bükümdə külli miqdarda 38,196 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əlindəki qara rəngli sellofan torbadan bir ədəd bükülüdə 3170,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükülüdə külli miqdarda 1940,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 may 2024-cü il tarixli 1(099)-362/2024 saylı hökmündən narazıdır. Belə ki, o oğurluq cinayəti törətməsini etiraf edir. Ancaq narkotik vasitə ilə bağlı qeyd edir ki, onun İranlı Əmir adlı şəxslə danışığı 50 qram marixuana ilə bağlı olub. Ona görə hökmün onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsi ilə razılaşmır. Ona görə də hökmün dəyişdirilməsini və ona daha yüngül cəza verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində düzgün tövsif edildiyini və sübuta yetirildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili çıxışlarında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayətləri törətməsi birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid3, Şahid2 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki Zərərçəkmiş şəxs ifadəsində evindən 400 manat pulun oğurlanması və 396 manat pulun bankomatdan çıxarılması ilə bağlı ümimlikdə ona 796 manat məbləğində maddi ziyan vurulduğunu və həmin ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan "şəxsi axtarış və götürmə aparılması haqqında” 03 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş bir ədəd DVD-R diskə baxışdan görünür ki, həmin gün gecə saat 04:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın arxa sağ cibindən bir bükümdə narkotik vasitə heroinə oxşar maddə və əlində saxladığı sellofan torbadan bir ədəd sellofan bağlamada heroinə bənzər maddə və bir ədəd sellofan bağlamada qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2023-cü il tarixli 19/607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi - cibindən çıxardığı 01 ədəd bükümdə heroinə bənzər kütlə, əlindəki torbadan aşkar edilmiş 01 ədəd bükülü heroinə bənzər və 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi» sözlər və imzalar olan bir ədəd bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 3170,0 qram, 38,196 qram, ümumi təmiz çəkisi: 3208,196 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: 1940,0 qram, bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 3207,996 qram, qurudulmuş marixuananın qalıq çəkisi 1939,9 qram təşkil edir. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3207,996 qram narkotik vasitə heroin və qalıq çəkisi 1939,9 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası BMCMİ-də saxlanılır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannaboidlərin və Opioidilərin qəbulundan yaranan Asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur, Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 03 iyun 2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Masallı Rayon Məhkəməsinin hakimi Ceyhun Quliyevin 16 iyun 2023-cü il tarixli, 5(050)- 156/2023 saylı qərarı ilə BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 03 iyun 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, şəxsiyyəti dəqiqləşdirilməmiş İran İslam Respublikası vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitələri keçirilməsini təşkil edərək həmin narkotik vasitələrin ölkə ərazisində qanunsuz yayılması ilə bağlı Təqsirləndirilən şəxsla qabaqcadan razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri naməlum vaxta Masallı rayon ərazisindən əvvəlcədən təyin etdiyi yerdən əldə edib üzərində saxlamışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək narkotik vasitələri İran vətəndaşından aldığını bildirmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətmiş olması barədə düzgün nəticəyə gəlmişdir. Birnci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.3- 1, 234.4.1 və cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi törətməklə məhkum olunmuş, Elkiyarı tanımış, onunla eyni sinifdə oxumuş, Elkiyar bankomatdan pul çıxararkən sonuncunun yanında olmuş, lakin onunla kiminsə evinə daxil olmamışdır. Vhatsapp vasitəsi ilə iranlı ilə əlaqə saxlamış, sonuncunun onun üçün göndərdiyi 50 qram narkotik vasitə marixuananı götürmək məqsədi ilə İranlı şəxsin göndərdiyi konuma əsasən Astara-Ələt avtomobil yolunun 58-ci km-ə getmiş, narkotik vasitəni götürmək istərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, tanışı Şahid1lə oğurluq cinayətini törətmiş, bundan başqa həbs olunmamışdan bir həftə əvvəl "sosial şəbəkə”də «Əmir» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncu ona öz tanışları vasitəsi ilə sərhəddən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana keçirdiyini, həmin narkotik vasitələri qoyulduğu yerdən götürüb Astara rayonu, Telman kəndinə aparıb orada bir nəfər şəxslə görüşüb verməsini təklif etmiş, bu işi görəcəyi təqdirdə ona 500 qram qurudulmuş marixuana və 500 manat pul verəcəyini vəd verərkən onunla razılaşmış, sonuncu ona narkotik vasitələrin qoyulduğu yerin fotoşəklini və yerləşmə kordinatlarını göndərmiş, həmin ərazi Astara-Ələt avtomobil yolunun 58-ci kilometrliyi olmuş, 03 iyun 2023-cü ildə, gecə saatlarında həmin yerə gedib oradan içərisində narkotik vasitələr olan bağlamaları götürüb geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs istintaq zamanı vəkilin iştirakı ilə verdiyi ifadələrdə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmişdir. Onun birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə müqayisədə istintaq zamanı vermiş olduğu ifadəsinə üstünlük verməsini birinci instansiya məhkəməsi onun məhkəmədə verdiyi ifadəsini obyektiv olmayan, işin faktiki hallarına uyğun gəlməyən və özünü müdafiə xarakteri daşıyan ifadələr olması ilə əsaslandırmışdır.. Məhkəmə qərarda göstərmişdir ki, iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir və həmin ifadələri əsas sübut kimi qəbul edir. Məhkəmə kollegiyası da Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinin işdə olan yuxarıda sadalanmış digər sübutlarla üst-üstə düşdüyünü hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi də işin hallarına, onun şəxsiyyətinə, əməlin ictimai təhlükəliliyinə, xarakterinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 may 2024-cü il tarixli 1(099)-362/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 may 2024-cü il tarixli 1(099)-362/2024 saylı hökmü , həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-608/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-608/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver