Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-609/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: X4 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) xx xxxxxxx 1964-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi ciddi cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 13 yanvar 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2020-ci ildə Salyan rayonu, Çadırlı kəndi ərazisində otlaq sahəsində heyvan otardığı vaxtlarda yaxından şəxsən tanıdığı həmkəndlisi-«Salyan Rayon Mərkəzi Xəstəxanası» X10 «Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində» diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə söhbət zamanı zahiri görünüşü və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını etibarlı şəkildə bilib dərk edərək, əvvəlki müddətdə ayrı-ayrı şəxslərin sonuncu ilə intim münasibətdə olmasını görüb ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2020-ci ilin yay fəsli ərzində istintaqa dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda Salyan rayonu, Çadırlı kəndi ərazisində təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan, heç kimin olmadığı, «Aerodrom» və «Neftyannik» deyilən ərazilərdə dəfələrlə zəiflik vəziyyətindən istifadə etməklə ayrı-ayrı şəxslərlə intim münasibətdə olması barədə dayısı X7 məlumat verəcəyi ilə hədələyərək yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək özünün əynindəki şalvar və tursiyini dizinə qədər aşağı çəkib Zərərçəkmiş şəxs isə əynindəki şalvar və tursiyini dizinə qədər soyundurubqucaqladıqdan sonra qışqırmasının qarşısını almaq üçün əli ilə ağzını tutub zor tətbiqedərək hər dəfə Zərərçəkmiş şəxs dodaq və döşlərindən öpmək, üzərinə uzanaraq ereksiya vəziyyətində olan öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə və arxa keçid anal dəliyinə sürtməklə spermasını xaric edib cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib və köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməsi sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, o, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Məhz ibtidai araşdırma zamanı cinayət prosesini həyata keçirən orqan tərəfindən aldanılaraq, eləcə də fiziki və psixi təsirlərə məruz qaldığından ələyhinə ifadə vermişdir. Ona qarşı sürülmüş ittiham tamamilə əsassız və qanunsuzdur. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:
1. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə videoçəkilişlə 13 və 15 yanvar 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində, habelə 14 yanvar 2023-cü ildə ifadəsi yerində yoxlanılarkən 2020-ci ilin yay fəsli ərzində ayrıayrı müxtəlif vaxtlarda Salyan rayonu, Çadırlı kəndi ərazisində «Aerodrom» və «Neftyannik» deyilən ərazilərdə dəfələrlə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmiş, hədisənin baş verdiyi yeri istintaq orqanına göstərmişdir.
2. Zərərçəkmiş şəxs həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs 2020-ci ilin yay fəsli ərzində Salyan rayonu Çadırlı kəndi ərazisində onunla dəfələrlə qeyritəbii yola cinsi əlaqədə olmasını bildirmişdir.
3. Şahid həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi bütün ifadələrində göstərmişdir ki, 2020-ci ilin yay aylarının birində Təqsirləndirilən şəxs Salyan rayonu, Çadırlı kəndi ərazisində Zərərçəkmiş şəxs qışqıraraq “ay mama” deməsini eşitmiş və dərhal həmin tərəfə qaçan zaman dərənin dibində Təqsirləndirilən şəxs qeyri-təbii yolla Sevinclə cinsi əlaqədə olmasını görmüşdür. Abbas 2-3 dəfə Sevincin üstündə irəli-geri hərəkət edəndən sonra ayağa qalxmış və oradan ot, yarpaq götürərək cinsi orqanını silməyə başlamışdır. Sevinc də ayağa qalxıb şalvarını çəkmişdir. Sevinclə Abbasın arxası ona tərəf olduğundan onu görməmişlər. Onlar şalvarlarını çəkən vaxtı səsini çıxardaraq, nə iş gördüklərini ucadan soruşmuş, onlar heç nə demədən dərədən çıxmışlar. Sevinc Abbasın onu elədiyini bildirmişdir. Abbas yaşlı kişi olduğu üçün utandığından Abbasa heç nə deməmiş və özlüyündə yaşına görə Abbası qınamışdır. Abbas ona gördüklərin haqda heç kimə heçnə deməməyini tapşırmış, Abbasın Sevincə qarşı etdiyi həmin hərəkəti heç kimə deməmişdir.
4. Üzləşdirmə haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini, inandırıcı şəkildə sonuncunun üzünə qarşı demişdir. Həmin üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid onun üzünə qarşı dediklərinin əksər hissəsi ilə razılaşaraq əlavə olaraq öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa anal dəliyinə salmadığını, sonuncunu incidəcək hər hansı hərəkət etmədiyini bildirmişdir.
5. Üzləşdirmə haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, inandırıcı şəkildə sonuncunun üzünə qarşı demiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra bir neçə gün ərzində də, xatırlamadığı ayrı-ayrı vaxtlarda gündüz saatlarında onu intim münasibətdə olmasını dayısı Şamo Abasova deyəcəyi ilə hədələyərək yaşadıqları Salyan rayonu, Çadırlı kəndində çöllük ərazidə qamışların, kolların arasında onunla eyni qaydada intim münasibətdə olmuş və cinsi orqanını onun bədəninin müxtəlif yerlərinə, cinsi orqanına və arxa anal dəliyinə sürtüşdürmüşdür. Sonra Təqsirləndirilən şəxs həmin yerə qoyun otarmağa gəlməmiş və onunla əlaqəni kəsmişdir. Həmin üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərinin əksər hissəsi ilə razılaşaraq əlavə olaraq öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa anal dəliyinə salmaq istəmədiyini, sonuncunun qışqırmadığını, ancaq güldüyünü bildirmişdir.
6. «Salyan Rayon Mərkəzi Xəstəxanası» X11 13 yanvar 2023-cü il tarixli, 102 nömrəli məktubu və əlavə olunmuş ambulator tibbi kartanın surətindən görünür ki, Zərərçəkmiş şəxs 24 iyun 2022-ci ildən poliklinika şöbəsində «əqli gerilik debillik dərəcəsində, davranış qüsurları» diaqnozu ilə qeydiyyatdadır.
7. Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2023-cü il tarixli 18 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olmaəlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs tam cinsi yetkinlik mərhələsinə çatmamışdır, o, hamilə deyildir, zöhrəvi xəstəliyə və insanın immunçatışmazlığı virusuna yoluxması əlamətləri aşkar olunmamışdır».
8. Kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 98 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs «yüngül əqli gerilik, davranış pozuntuları» müəyyən edilir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini tam dərk etmək iqtidarında deyildir. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır.
9. Məhkəmə-tibb ekspertizasının 27 fevral 2023-cü il tarixli 93 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi, lakin Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər mənfidir.
10. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 477 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçininona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs inadkarlıq, məsuliyyətsizlik, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Ona ittiham olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional durumunda iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır”. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi yuxarıda qeyd olunan ifadələrindən fərqli olaraq birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkətlər etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Abbasov Süleymanovun “İşin halları” bölməsində təsvir olunmuş əməli etməsi cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Abbasov Süleymanov apellyasiya şikayətində qeyd etmişdir ki, məhz cinayət prosesini həyata keçirən orqan tərəfindən aldanıldığı, habelə təsir və təzyiqə məruz qaldığı üçün onların diktə etdiyi formada ibtidai araşdırma zamanı əleyhinə ifadə vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxsov ibtidai araşdırma zamanı aldanılması, təsir və təzyiqə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyriinsani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən, məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun vəkili təxminən iki aydan artıq davam edən ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz cinayət prosesini həyata keçirən orqanın təsiri nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Bundan başqa Təqsirləndirilən şəxs qeyd olunan məzmunlu etirafedici ifadələri Zərərçəkmiş şəxs və Şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiq olunur. Artıq bu hallar Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə, cinayət məsuliyyətindən azad olunmaya hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu qeyd olunan ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab etmişdir. Bununla da apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Abbasov Süleymanovun Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi halları, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.