Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-62/2025 16.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və X3 ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 1(055)-13/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(055)-13/2024 nömrəli hökmü (hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi) ilə xx xxxxxx 1983-cü ildə Saatlı rayonu Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Saatlı rayon SİB-də elektrik işləyən, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəza müddəti ərzində üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın ümumi ittihamdan xaric edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması, hökmün icrasının ona aid hissədə Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, xx xxxxxxx 1988-ci ildə Saatlı rayonu Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası adından təqsirsiz elan edilmiş və ona bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra onun inzibati məsuliyyətə cəlb edilməsinin həll edilməsi üçün hökmün surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 23 iyul 2023-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəmlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada Zərərçəkmiş şəxs hərəkətlərinə adekvat olmadığı üçün əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və alın nahiyəsində fluktasiya edici hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirməklə və onu öldürməklə hədələyərək məhərrəmlik ayı ilə əlaqədar məsciddə keçirilən məclisin gedişatını və həmin məclisdə iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmiş, həmin qərəzli xuliqanlıq hərəkətlərini edərkən həm də xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən zərbə vuraraq ona L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1- 5-ci fəqərəsi səviyyəsində qançırlardan ibarət sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 23 iyul 2023cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəməlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada Zərərçəkmiş şəxs hərəkətlərinə adekvat olmadığı üçün əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona alt və üst dodaqda qansızmalar, ənsə nahiyələrində, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlardan, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə və onu öldürməklə hədələyərək məhərrəmlik ayı ilə əlaqədar məsciddə keçirilən məclisin gedişatını və həmin məclisdə iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmiş, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamlar üzrə təqsirli bilinib hər birinə təklif etdiyi həddə cəza təyin edilməklə barələrində yeni ittiham hökmü çıxarılmasını, hökmün təsviri-əsaslandırıcı hissəsində istinad olunan, artıq qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərara dair müddəaların hökmdən xaric olunmasını xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə, CM-nİn 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs2 isə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən tələb etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, "təqsirləndirilən şəxslərin əməlləri şəxsi münasibətlər zəminində başlanılmış və bu hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Təqsirləndirilən şəxslər zərər çəkmiş şəxslə aralarında olan məsələni aydınlaşdırmaq məqsədi ilə ictimai qaydanı pozmamaq üçün zərər çəkmiş şəxsi əyləşdikləri məscidin içərisində və ya onun həyətində deyil, insanların uzaq olduğu yerə, yəni hadisə yerinə baxış protokolunda göstərilən məscidin giriş qapısından 30 metr uzağa çağırmış, təqsirləndirilən şəxslər mübahisə edərkən səs-küy yaranmış, məsciddəki insanlar səsə gəldikdən sonra təqsirləndirilən şəxslər oradan uzaqlaşmışlar. Buradan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə mübahisə edərkən ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətləri olmamış, onların bilərəkdən özlərini ictimai qaydaya qarşı qoymağa cəhd etmək, güc nümayiş etdirmək, qalmaqal salmağa meyllilik motivi olmamış, təqsirləndirilən şəxslərin əməli xuliqanlıq motivindən irəli gəlməmişdir. Sadəcə onların əsaslı səbəb olmadan, şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxsi cəzalandırmaq istəmələri konkret cinayətin, yəni bədənə xəsarət yetirmə cinayətinin motivi kimi özünü büruzə vermişdir. Təqsirləndirilən şəxs1 yetirdiyi yüngül və dərəcəsi təyin edilməyən xəsarətlərin hamısı az ağır xəsarətlərlə əhatə olunduğundan onun əməli xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır xəsarət yetirmə kimi qiymətləndirilməlidir. Digər Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində isə zərər çəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər almışdır ki, bu da cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olan hərəkətlərdir. Ona görə də, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd edilən cinayət əməllərinin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi, yəni xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq etmələri faktı, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi, eləcə də sair mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İbtidai istintaq və məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin, eyni zamanda şahidlərin ifadələri ilə, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlardan görünür ki, sözügedən hadisə 23 İyul 2023-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında baş vermiş, mübahisə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşlarının təşəbbüsü ilə başlanmış, ilk olaraq Təqsirləndirilən şəxs1 heç bir əsas olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs vurmuş, sonuncu dizi üstə yerə düşdükdə Təqsirləndirilən şəxs2 də onu vurmağa başlamış, həmin vaxt məsciddə əyləşən kənd sakinləri, yəni Təqsirləndirilən şəxs1 və Ağayev X5 Ziya Şamil oğlu, Şahid1, Şahid2 və digər kənd sakinləri baş verən dava-dalaşın səs-küyünü eşidib insanlar arasında narahatçılığa səbəb olmuş, həmin narahatçılığın təzahürü olaraq sakinlər dini mərasimdə oxunan quran ayətlərini yarımçıq qoyub çölə çıxmış, Mircamal və Mircavid qardaşları məsciddə oturan şəxslərin dincliyinin pozularaq çölə çıxdıqlarını gördükdə belə öz hərəkətlərini dayandırmayıb özlərini cəmiyyətin və ətrafda olan şəxslərin fövqündə qoyub Zərərçəkmiş şəxs döyməyə davam etmiş, yalnız kənd sakinlərinin müdaxilələrindən sonra sonuncunu ayıra bilmişlər. Baş vermiş hadisə ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilməmiş, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmamışdır. Hadisə Mircamal və Mircavid tərəfindən qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunması ilə müşayiət olunmuşdur. Bundan başqa, məhkəmə hökmündə "təqsirləndirilən şəxslərin əməlləri şəxsi münasibətlər zəminində başlanılmış və bu hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Yalnız zərərçəkmiş şəxsin ifadəsi həmin halı təsdiq edən sübut növü kimi qəbul edilə bilməz. Bu səbəbdən də, əməl həm də xuliqanlıq kimi qiymətləndirilə bilməz" göstərmişdir. Məhkəmə hökmündə Zərərçəkmiş şəxs ifadəsini mötəbər sübut hesab edib Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan onu döyməyə başladığını, nəticədə sağlamlığına az ağır xəsarət yetirdiyini qəbul edib ittiham hökmü çıxarsa da, hökmün digər hissələrində dava-dalaşın şəxsi münasibətlər zəminində başladığını göstərmiş, əməlin xuliqanlıq olmasını yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq edildiyini, yalnız zərərçəkmiş şəxsin ifadəsinin sübut kimi qəbul edilməzliyini göstərmişdir. Belə olan halda hökmdə ziddiyətli hallar yaranmışdır. Bundan başqa məhkəmə hökmündə "təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə aralarında olan məsələni aydınlaşdırmaq məqsədi İlə ictimai qaydanı pozmamaq üçün zərər çəkmiş şəxsi əyləşdikləri məscidin içərisində və ya onun həyətində deyil, insanların uzaq olduğu yerə, yəni hadisə yerinə baxış protokolunda göstərilən məscidin giriş qapısından 30 metr uzağa çağırmış, təqsirləndirilən şəxslər mübahisə edərkən səs-küy yaranmış, məsciddəki insanlar səsə gəldikdən sonra təqsirləndirilən şəxslər oradan uzaqlaşmışlar göstərmişdir. Məhkəmə hökmündə düzgün qənaətə gəlməmişdir. Çünki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi ictimai qaydanı pozmamaq üçün məsciddən çölə çağırmamışlar. Onların məqsədi zərərçəkmiş şəxsi məsciddən kənara qaranlıq yerə çəkərək orada döymək, Zərərçəkmiş şəxs onu döyən şəxslərin kim olduğunu bilməməsi, məsuliyətdən yayına bilmələri olmuşdur. Məhkəmə istintaqı zamanı şahidlər Zərərçəkmiş şəxs Mircavid və Mircamalın birgə döydüklərini ifadələrində göstərməklərinə baxmayaraq hər İki təqsirləndirilən şəxs Eyvazı yalnız Mircavidin vurduğunu bildirmişlər. Bundan başqa ibtidai istintaq və məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir ki, məsciddəki insanlar səsə gəldikdən sonra təqsirləndirilən şəxslər oradan uzaqlaşmamış, hətta Zərərçəkmiş şəxs döyməyə davam etmiş, yalnız sakinlər təqsirləndirilən şəxsləri aralaşdırdıqdan və Zərərçəkmiş şəxs onların əlindən aldıqdan sonra oradan uzaqlaşmışlar. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasında xuliqanlıqictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayət əməli üçün əsas qismində ayrılmış 3 əlamətə tam şəkildə cavab verir. Belə ki, müvafiq qərara əsasən "Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir." Həmin qərara əsasən, “İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə İnsanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir.” Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri zamanı hərəkətlərini, cinayət əməllərini törətdiyi şəraiti, yeri, vaxtı və bunda inadkarlıqlarını, seçdiyi vasitəni, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən xəsarət yetirmələrini nəzərə almaqla, Konstitusiya Məhkəməsinin həmin qərarında nəzərdə tutulan aşağıdakı göstərişə diqqət yetirilməsi zəruridir: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” İş materillarından da görünür ki, Təqsirləndirilən şəxs1 və Ağayev X5 Ziya Şamil oğlu, Şahid1, Şahid2 və digər kənd sakinlərinin Saatlı rayonu, Seyidlər kəndində yerləşən məscidin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs yumruqla sağlamlığına qəsdən xəsarətlər yetirməklə məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Ümumiyyətlə elə bir hüquqi əsas yoxdur ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin xuliqanlıq olmasına şübhə yaratsın. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə də tövsif olunmuşdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlib bəraət hökmü çıxarmışdır. Bundan başqa məhkəmə mübahisələndirilən hökmündə artıq hüquqi qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarın müxtəlif bəndlərinə dəfələrlə istinad etmişdir. Hüquqi qüvvədən düşmüş Plenum Qərarına istinad etməklə məhkəmə cinayət qanunu normasının tələblərini də pozmuşdur. Beləliklə də, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Hökmdən, həmçinin Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində ən ağır cəzanın təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 23 iyul 2023-cü il tarixdə axşam saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Seyidlər kəndində məsciddə məhərrəmlik ayı ilə əlaqədar keçirilən mərasimdə iştirak edərkən təqsirləndirilən şəxs əvvəlcədən planlaşdırdıqları kimi məscidə girərək Zərərçəkmiş şəxs məsciddə olduğuna əmin olduqdan sonra məsciddən kənara çıxaraq məsciddən təxminən 10-15 metr aralıda qaranlıq bir yerdə dayanaraq Eyvaz Ağaevin yanında oturmuş şəxsə zəng edərək Zərərçəkmiş şəxs məsciddən küçəyə çıxmasını bildirmişlər. Eyva Ağayev məscidin darvazasından 10 metr aralıda qaranlıq yerdə bir nəfər şəxsin dayandığını görüb yaxınlaşdıqda Mircavidin arxasından bir nəfər şəxs çıxaraq onun alnından zərbdə endirmiş, daha sonra Mircavid isə onun boynun arxasından vurmuşdur. Zərbələrin təsirindən Zərərçəkmiş şəxs dizi üstə yerə yıxılmış həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş nahiyyəsi tərəfdən, MircamalAğayev isə EyvazAğayevə arxa tərəfdən (kürək və onurğa nahiyyəsinə) yumruq və təpiklə zərbələr endirməyə davam etmişlər. Hər ikişəxs təxminən 5-10 dəqiqə ərzində Zərərçəkmiş şəxs vurmuş və yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişlər. Səs-küyə məsciddə olan şəxslər onların yanına gələrək təqsirləndirilən şəxsləri sakitləşdirməyə başlamışlar. Lakin hər iki təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə onu yenidən vurmağa cəhd etmişlər. Məhkəmə iclasında hər iki təqsirəndirilən şəxs özlərini təqsirli bilməmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ümumiyyətlə vurmadığını, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs guya “nə üçün bacıma zülm edirsən” deyə sual verdikdən sonra Zərərçəkmiş şəxs “zor eləmişəm” deyə cavab verdikdən sonra o, Zərərçəkmiş şəxs kəllə ilə alnından vurmuş, daha sonra boyun nahiyyəsindən zərbə endirmiş, həmin vaxt qardaşı Mircalam Ağayev onları aralamışdır. Maraqlıdır ki, iş üzrə 3 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və hər 3 ekspert rəyində Zərərçəkmiş şəxs bədəninə 13 xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs2 2 xəsarətin onun tərəfindən yetirildiyini etiraf etsə də, digər xəsarətlərin necə əmələ gəlməsini hər iki təqsirləndirilən şəxs izah edə bilməmişlər. İş üzrə dindirilmiş şahidlər hər biriməsciddə olarkən dava-dalaş səsinə məsciddən çölə çıxmışlar və şahidlərdən Şahid1 hər iki təqsirləndirilən şəxsi yerdə yıxılmış Zərərçəkmiş şəxs gördüyünün şahidi olmuş, Şahid3 Zərərçəkmiş şəxs iki nəfər şəxsin döydüyünün və məsciddən çıxan şəxslərin onlarıaraladığının şahidi olmuş, Şahid5 təxminən saat 21 radələrində məscidin həyətindən kənarda siqaret çəkirdəyini, həmin vaxt məsciddən təqribən 30 metr aralıda səs eşitdiyini və onunla bərabər məsciddə olan insanların çox hissəsi həmin yerə gəldiyinin şahidi olmuş, orada görmüşdür ki, Eyvaz yıxılıb yerdədir, amma o çatanda Eyvaz ayağa durmuş, üstünü təmizləmiş, sonra Eyvaz məscidin həyətinə getmiş, kənd camaatı da Mircavidlə Mircamalı sakitləşdirib oradan uzaqlaşdırmışlar. Ümumiyyətlə iş üzrə dindirilmiş bütün şahidlər səs-küy eşidərək məsciddən kənara çıxdıqlarını bildirmişlər. Bu hal məsciddə keçirilən məclisin dağıldığını, ictimai qaydanın pozulduğunu bir daha sübut edir. “Xuliqanlıq işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Hökmdə guya təqsirləndirilən şəxslərin ictimai qaydanı pozmamaq üçün Zərərçəkmiş şəxs məsciddən 30 metr kənara çağırmaları, təqsirləndirilən şəxslər mübahisə edərkən səs-küy yarandığı və məsciddəki şəxslər gələn kimi təqsirlndirilən şəxslərin oradan aralandığı qeyd edilsə də, iş üzrə şahid ifadələri ilə müəyyən edilmişdir ki, yalnız məsciddən çıxan şəxslərin müdaxiləsindən sonra təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs daha çox xəsarət yetirmələrinin qarşısıalınmışdır. Yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenum Qərarında qeyd edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Əlavə olaraq, təqsirləndirilən şəxslər həmin hadisəyə qədər heç vaxt Zərərçəkmiş şəxs zəng etməmiş, ümumiyyətlə onunla üzbəüz söhbət etmək üçün cəhd də etməmişlər. Bu cəhətdən də guya təqsirləndirilən şəxslərin şəxsi münasibətlərini aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs məsciddən kənara çağırmaları ilə bağlı özlərini müdafiə etmək üçün gətirdikləri əsaslar inandırıcı deyil. Hər iki təqsirləndirilən şəxs dindar olduqlarını bildirmişlər. Belə olan halda dindar bir şəxsin məsciddə diniayinlərdə iştirak edən şəxsi məsciddən kənara çağıraraq çoxsaylı xəsarətlər yetirməsi onların niyyətinin əvvəlcədən cinayət törətmək olduğunu bir daha təsdiq edir. Təqsirləndirilən şəxs2 dediklərini mötəbər sübut kimi qəbul etsək də belə, şəxs bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs nə onun, nə də qardaşının ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Bütün bu sadalananlar bir daha sübut edir ki, hər iki təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək,Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər yetirərək xuliqanlıq cinayətini törətmişlər. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X10 apellyasiya protestinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdi, birinci instansiya məhkəməsinin qanunsuz, əsasız və düzgün olmayan nəticəyə gəldiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin tam sübuta yetirildiyini, onlara bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya protestinin və Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaqla, Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmünun ləğv edilib, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməlləri barədə ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin tam sübuta yetirildiyini, onlara bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmaqla, Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmünun ləğv edilib, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməlləri barədə ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya protestinin təmin edilmədən Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinin, həmçinin Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan CM-nin 221.2.1-ci maddəsinin xaric edilməsinin əsassız olmasına dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə təqsirləndiirelən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, daha sonra isə apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 127.2.3 və 221.2.1-ci maddələri təqsirli bilinib cəzalandırılmalı olmalarına dair yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham elan edilmişdir, ona görə ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir, ona görə ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmənin qənatinə görə təqsirləndirilən şəxslərin əməlləri şəxsi münasibətlər zəminində başlanılmış və bu hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, zərər çəkmiş şəxsi öldürmək hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi halı məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən də, əməl həm də xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti iş üzrə müəyyən olunmuş faktiki halları uyğun olmamış, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmişlə aralarında olan mübahisənin şəxsi münasibətlər zəminində baş verməsini əsas gətirərək sonuncuların Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətmələrinin sübuta yetirilməməsinə dair səhv nəticəyə gəlmişdir. Beləliklə, bütün apellyasiya tələblərinin araşdırılması ilə əlaqədar məhkəmə kollegiyası işin faktiki hallarına müraciət etməyi və həmin halların Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibini yaradıb-yaratmadığına aydınlıq gətirməyi qərara almış, bu məqsədlə aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, CM-in 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit olunmuşdur. CM-in 221.1-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. CM-in 221.2.2-ci maddəsində isə yuxarıda təsvir edilən xuliqanlıq əməlinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi ağırlaşdırıcı tövsifedici əlamət kimi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli Qərarında qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CPM-in: 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli və əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. 28.4.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə bəraət verən hallarla yanaşı onu ifşa edən halları da nəzərə almalıdır. 353.2.2-ci maddəsinin tələbinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri və bunun əsasları məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən iş üzrə toplanmış sübutları və işin obyektiv hallarını nəzərə almamış, iş üzrə digər sübutlarla müqayisəli təhlil etməmiş, faktiki olaraq yalnız işin obyektiv hallarına uyğun gəlməyən hallara əsaslanmaqla yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisənin kökündə Zərərçəkmiş şəxs onların bacısını hədələməsi, telefonunu alması durmuşdur. Belə ki, 2023-cü ilin məhərəmlik ayı ilə bağlı o və qardaşı Təqsirləndirilən şəxs2 Seyidlər kəndində olan məscidə getmişlər. Orada Zərərçəkmiş şəxs görmüşlər, amma kənd camaatı kimi onlar da məsciddə əyləşib məclisə baxmışlar. Qardaşı Mircavid məclisdən çıxdığı üçün o da qardaşı ilə birlikdə məscidin həyətindən çölə çıxmış, təxminən 50 metr aralıda yerləşən Əmirxanın evinin yanında maşınının yanında Mircavid ona demişdir ki, Eyvaz burada olmuşkən onu çağırıb bacısının telefonunu nə səbəbə alıb qaytarmadığını öyrənmək istəyir. Bunun üçün onun telefonu ilə məsciddə Eyvazın yanında oturan əvvəldən tanıdıqları Sabirə zəng etmiş və demişdir ki, Eyvaza desin ki, Mircavid məsciddən çöldə onu çağırır. Təxminən 15 dəqiqə sonra Eyvaz məscidin həyətindən çölə çıxıb ona tərəf gəlmişdir. O həmin vaxt Mircaviddən 3-4 metr aralıda maşının yanındaymış. Eyvaz Mircavidə yaxınlaşmış, nə söhbət etdiklərini bilməmiş, amma qardaşı Mircavidin Eyvaza kəllə vurmasını görüb tez qardaşını arxadan tutub Eyvazdan aralamaq istəyəndə aşağı əyilmiş vəziyyətdə olan Eyvaz Mircavidin paltarından yapışmışdır. Həmin vaxt Mircavid də Eyvazın boynundan yumruqla vurmuşdur. Bundan sonra Eyvazın səsinə məsciddə olan adamlar gəlmişlər, onlar da öz maşınlarına oturub oradan getmişlər. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, özü namaz qılıb, oruc tutan adamdır, həmişə məhərrəmlik ayında istər Seyidlər məscidində, istər Qaracalar məscidində, istərsə də digər məscidlərdə iştirak etmişdir. Həmin gün o və qardaşı X13 təziyəsində iştirak etmək üçün Seyidlər kənd məscidinə getmişlər. Eyvazı da orada görmüşdür. Məsciddə quran ayələrinə, mərsiyəyə qulaq asdıqdan sonra otura bilmədiyini görüb Mircamala demişdir ki, çıxıb getsinlər. Mircamal da onunla birlikdə məsciddən çıxmışdır. Onun telefonu maşında olduğu üçün Mircamala demişdir ki, Eyvazın yanında oturan Sabirin nömrəsini bilir, ona zəng edib deyəcək ki, Eyvazı onun adından çölə çağırsın, bacısının ailəsi ilə bağlı onunla söhbət etsin. Elə də etmişdir. Təxminən 10-15-dəqiqə sonra Eyvaz məscidin həyətindən çölə çıxmış və ona tərəf gəlməyə başlamışdır. Gəlib ona yaxınlaşmış, Eyvaza demişdir ki, bacısına niyə zülm edirsən, hanı bacısının telefonu. Eyvazın ona dediyi söz o olmuşdur ki, zor eləmişəm. Elə söz ağzında qalmışdır ki, Eyvaza alınından kəlləsi ilə zərbə endirmiş, Eyvaz zərbənin təsirindən dizi üstünə çökərək paltarından yapışmış, həmin vaxt Eyvazın boynundan yumruqla bir zərbə vurmuşdur. Bundan sonra Eyvaz uca səslə qışqırmağa başlamışdır ki, ay camaat, məni öldürürlər, köməyə gəlin. 50-60 metr aralıda olan məsciddəki insanlar onların yanına gəlmişlər, onu kənara çəkib sakitləşdirmişlər. Həmin vaxt onlar camaatdan üzr istəmişlər ki, iş belə gətirmiş, onları bağışlasınlar. Ondan sonra maşına əyləşib oradan uzaqlaşmışlar. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Saatlı rayonunun Seyidlər kəndində doğulmuş və uzun illər həmin kənddə yaşamışdır. 1988-ci ildən işləmək üçün Rusiyaya gedərək orada yaşayır, arabir Azərbaycana gəlir. Sonuncu dəfə Azərbaycana gələndə məhərrəmlik ayı olmuş və arzusunda olmuşdur ki, məscidlərində ehsan verər. Bu məqsədlə 23 iyul 2023-cü ildə saat 20 radələrində kəndlərinin məscidinə getmiş və məscidin həyətində qoyulmuş stulların birində oturub kənd camaatı ilə birlikdə quran ayələrinə və mərsiyəyə qulaq asırmış. Həmin vaxt təqsirləndirilən şəxslər, sonradan adlarını bildiyi Mircamal və Mircavid qardaşları məscidə gəlmişlər və həmin vaxt yanında əyləşmiş Yaşar adlı həmkəndlisi demişdir ki, bunlar nə əcəb onların məscidinə gəliblər. Təxminən bir saat sonra yanında oturan digər həmkəndlisi Sabir adlı şəxs ona demişdir ki, məsciddən çöldə onu çağırırlar. O mollanın quran ayələrinin oxuyub qurtarmasından sonra siqaret çəkmək bəhanəsi ilə məscidin giriş darvazasından 10 metr aralıda dayanmış avtomobilin arxa hissəsində qaranlıq yerdə bir nəfər şəxsi görmüş və zənn etmişdir ki, həmin şəxs onu çağıran adamdır. O əli cibində həmin şəxsə yaxınlaşdıqda o vaxt tanımasa da sonradan adını bildiyi Mircavidi görmüşdür, amma o Mircavidə çatan kimi elə bil onun arxasından kimsə alın nahiyəsindən ağır zərbə endirmiş, həmin vaxt ona dəyən zərbənin yumruq və şillə ilə deyil, başqa şeylə vurulduğunu hiss etmişdir. O həmin an zərbənin təsirindən dizi üstünə çökdükdə Mircavid başının arxa tərəfindən zərbə endirməyə başlamışdır. Döyüldüyü an görmüşdür ki, onu vuran iki nəfərdir və onlar yumruqla, təpiklə bədəninin müxtəlif yerlərinə vururlar. Onun döyülməsi təxminən üç-beş dəqiqə çəkmiş, ilk aldığı zərbələrdən sonra huşunu itirmiş, lakin sonuncu dəqiqədə ona dəyən zərbələrdən sonra özünə gəlmiş və təqsirləndirlən şəxslərin hələ də onu uca səslə söyüb, təhqir edə-edə vurmalarını görmüşdür. Bundan sonra onların səsinə məsciddəki kənd camaatı gələrək onu Mircavidlə Mircamalın əlindən almışlar. O özündə güc tapıb əvvəl məscidin həyətinə getmiş, lakin aldığı zərbələrin ağrılarına dözə bilmədiyi üçün həmkəndlisi Bəhlulun maşını ilə xəstəxanaya gedib həkim müayinəsindən, KATEdən keçmiş və 5-6 gün Saatlı rayon xəstəxanasında müalicə almışdır Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hənkəndli kimi tanıyır, qohumluq əlaqələri yoxdur. Hər üç şəxslə münasibəti həmkəndli kimi yaxşıdır. 23 iyul 2023-cü ildə saat 20:30-da yaşadığı Seyidlər kəndində məhərrəmlik ayı ilə əlaqədar məsciddə iştirak etmişdir. Həmin vaxt orada Eyvazı, Mircavidi və Mircamalı görmüşdür. Təxminən saat 21 radələrində məscidin həyətindən çöldə dava-dalaş salan adamların səsini eşitmiş və dərhal məsciddə olan adamlar kimi o da çölə çıxmış və görmüşdür ki, Eyvaz yerdə uzanmış vəziyyətdədir, Mircavidlə Mircamal onu döyürlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dava-dalaş olan gün o Seyidlər kəndində məsciddə olmuşdur. Orada olan vaxt məscidin həyətindən çöldə dava-dalaş səsi eşitmişlər. O camaatla birlikdə səs gələn yerə getmiş. Orada Eyvazın kimin tərəfindən döyülməsini görməsə də, Eyvazın üstünü çırpmasını, oradakı adamların Mircavidlə Mircamalı sakitləşdirib aralaşdırmalarını görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Saatlı rayon Seyidlər kəndində yerləşən məsciddə 10 ildir mollalıq edir. Təsirləndirilən şəxslər onun qaynının qaynıdırlar, zərərçəkən şəxs isə qaynıdır. Davadalaş olan gündə Seyidlər kəndində məsciddə olarkən Eyvazı görmüşdür. Məclisdə namazdan sonra Qurandan 10-15 ayə oxumuşdur ki, məsciddən çöldə səs gəlmiş və hamı səsə görə çölə qaçmış, o da Quranı yarımçıq qoyub səs gələn yerə getmişdir. Təxminən məscidin giriş qapısından 5-10 metr aralıda qaranlıq yerə, işıq düşməyən yerə yaxınlaşanda görmüşdür ki, Eyvazı iki nəfər döyürlər, camaat da bunları aralaşdırır. O da gəlib Eyvazı yerdə yıxılmış vəziyyətdə görmüş, onu ayağa qaldırmış, məscidin həyətinə aparmış, lakin 10 dəqiqədən az müddətdə Eyvaz bədənindəki ağrılara görə taksi sürücüsü olan Bəhlulla rayon xəstəxanasına getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndli kimi tanıyır, qohumluq əlaqələri yoxdur. Hər üç şəxslə münasibəti həmkəndli kimi yaxşıdır. 23 iyul 2023-cü ildə saat 20:30-da yaşadığı Seyidlər kəndində məhərrəmlik ayı ilə əlaqədar məsciddə iştirak etmişdir. Həmin vaxt orada Eyvazı, Mircavidi və Mircamalı görmüşdür. Təxminən saat 21 radələrində məscidin həyətindən kənarda siqaret çəkirmiş, həmin vaxt məsciddən təqribən 30 metr aralıda səs eşitmiş və onunla bərabər məsciddə olan insanların çox hissəsi həmin yerə gəlmişdir. Orada görmüşdür ki, Eyvaz yıxılıb yerdədir, amma o çatanda Eyvaz ayağa durmuş, üstünü təmizləmiş, sonra Eyvaz məscidin həyətinə getmiş, kənd camaatı da Mircavidlə Mircamalı sakitləşdirib oradan uzaqlaşdırmışlar. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 24 iyul 2023-cü il tarixli 240 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşafiyət olunan, alt və üst dodaqda qansızmalar, alın nahiyəsində hematoma, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, 1-5-ci bel fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 08 avqust 2023-cü il tarixli 4-240A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan, alt və üst dodaqda qansızmalar, alın nahiyəsində hematoma, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8ci döş fəqərəsi səviyyəsində, 1-5-ci bel fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların), ola bilsin daş, dəmir, taxta parçası, yumruq və s. təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, ayrı-ayrılıqda dərəcəsinə görə L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1-5-ci fəqərəsi səviyyəsində qançırlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Digər xəsarətlər - alt və üst dodaqda qansızmalar, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kavadrantında, sol budun yuxarı 1/3- də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmişdir. Qeyd olunmuş alın nahiyəsində fluktasiya edici hematoma isə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 14 oktyabr 2023-cü il tarixli 5-240A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan, alt və üst dodaqda qansızmalar, alın nahiyəsində hematoma, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8ci döş fəqərəsi səviyyəsində, 1-5-ci bel fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların), ola bilsin daş, dəmir, taxta parçası, yumruq və s təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, ayrı-ayrılıqda dərəcəsinə görə L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1-4-ci fəqərəsi səviyyəsində qançırlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Digər xəsarətlər - alt və üst dodaqda qansızmalar, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kavadrantında, sol budun yuxarı 1/3- də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmişdir. Qeyd olunmuş alın nahiyəsində fluktasiya edici hematoma isə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən əmələ gəlmişdir, konkret olaraq daş, dəmir, taxta parçası demək mümkün deyil, belə ki, kontakt yerlərində qeyd olunmuş küt alətlərin xarakterik iz və formasına aid əlamətlər aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 05 avqust 2024-cü il tarixli T441/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs İ, İİ, İİİ, İV bel fəqərələrinin sol yan çıxıntılarının yerdəyişmiş qapalı sınığı, alt və üst dodağın selikli qişasına qansızma, alın nahiyəsində dərialtı hematoma, ənsə və sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə V-Vİİİ döş fəqərələri, İ-V bel fəqərələri səviyyəsində, sağ böyrək nahiyəsində, sol sağrıda, sol budda, sol baldırda, sağ bazuda qançır, sağ və sol diz oynağının ön səthində sıyrıqlar olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, zərərçəkmişin göstərdiyi şəraitdə və vaxtda, yəni xx.xx.2023-cü il tarixdə əl və ayaqla yetirilən zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə bel nahiyəsinin qançır və İ- İV bel fəqərələrinin yan çıxıntısının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya, alt və üst dodağın selikli qişasına qansızma, alın, ənsə və sol kürǝkaltı nahiyədə hematoma, döş fəqərələri, sağ böyrək nahiyəsindəki qançırlar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zǝrǝrvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Saatlı rayonu Seyidlər kəndində məscidin giriş qapısından 30 metr aralıda yolda baş vermişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri əsaslıdır, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri və həmin əmələ görə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədiqiq edilmiş iş materialları, o cümlədən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və işin faktiki halları ilə tam sübuta yetirilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə kollegiyası işin faktiki hallarını qeyd olunan qanunvericilik normaları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin əməlində xuliqanlıq cinayətinin əlamətlərinin olmaması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yanlarına çağırıb mübahisə başlatmış, daha sonra onlar Eyvazı döyməyə başlamış, məsciddə oturan şəxslərin dincliyinin pozularaq çölə çıxdıqlarını gördükdə belə öz hərəkətlərini dayandırmayıb özlərini cəmiyyətin və ətrafda olan şəxslərin fövqündə qoyub Zərərçəkmiş şəxs döyməyə davam etmiş, yalnız kənd sakinlərinin müdaxilələrindən sonra sonuncunu ayıra bilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin şəxsi münasibətlər zəminində başlanması qəbul edilsə belə, onların hərəkətlərinin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunması ilə müşayiət olunması işin mübahisəsiz halıdır. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Kollegiya Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini də nəzərə alıb belə hesab edir ki, işin faktiki halları ilə sözügedən mübahisənin məhz təqsirləndirilən şəxslərin təşəbbüsü ilə başlanması, onların hər ikisinin Zərərçəkmiş şəxs döyməsi, hətta məsciddəki insanlar səs-küyə gəldikdən sonra təqsirləndirilən şəxslərin oradan uzaqlaşmayıb Zərərçəkmiş şəxs döyməyə davam etməsi, yalnız sakinlər təqsirləndirilən şəxsləri aralaşdırdıqdan və zərərçəkmişi onların əlindən aldıqdan sonra oradan uzaqlaşmaları kifayət qədər sübuta yetir. Odur ki, kollegiyanın gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməlləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq kimi qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, birinci instansiya məhkəməsi öz hökmündə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun artıq qüvvədən düşmüş «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarına bir neçə dəfə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi qüvvədən düşmüş Plenum Qərarına istinad etməklə cinayət qanunu normasının tələblərini də pozmuşdur. Beləliklə də, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası CPM-in 399.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. CPM-in 401.1.1, 401.2.2 və 401.2.3-cü maddələrinə əsasən məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda və öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə məhkəmənin gəldiyi həmin nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması hesab edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan 18 dekabr 2023-cü il tarixli 255 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 iki azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 dekabr 2023-cü il tarixli 256 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 üç azyaşlı uşağı vardır. İşdə olan 03 avqust 2023-cü tarixli xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyasl Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını isə CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməlində onların cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Bununla yanaşı, CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxs Micamal Ağayevə təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə, Micavid Ağayevə isə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm cəzanın məqsədi, həm də sosial ədalətin bərpası baxımından daha uyğun olardı. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində iştirak dərəcəsi, ilk dəfə az ağır cinayət törətməsi, həmçinin bir ailədən digər şəxsin, yəni qardaşı Micamal Ağayevin təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə, onun islah olunması və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Məhkəmə kollegiyası apellyasiya protestinin və apelyasiya şikayətinin hər iki təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbirilə əlaqəli halda qiymət verilməlidir. Kollegiyanın qənaətincə, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protesti və apelyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun cəzaçəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, CM-nin 127.2.3-cü maddəsi ilə 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli 16 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından dərhal həbs olunmalı, o, Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(055)-13/2024 nömrəli hökmü ləğv olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın, ona təyin edilən cəzanın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 16 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Ağayev X7 Şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına etap edilsin. Hökmün icrası bu hissədə Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-62/2025
Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-62/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver