Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-626/2024 19.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu ( sədrlik edən və məruzəçi ), Hacıyev Pərviz Vaqif oğlu və X3 ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili, X4, zərərçəkmiş şəxslərin hüquqi varisləri X8 və X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-369/2024 saylı hökmündən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X13, tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-369/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cəlil Nəbiyev), xx xxxx 1999-cu il tarixdə Masallı rayonu Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, Türkoba kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində "həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:50 radələrində "AE 440495” nömrəli "BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, "BA № 279402” nömrəli qeydiyyat şəhadətnaməsi ilə və etibarnamə əsasında idarə etdiyi "Toyota-Corolla” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran- Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində 120 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə idarə edərək yolun sağ ehtiyat hissəsində adi yerişlə Masallı şəhəri istiqamətində hərəktədə olan piyadalar - əvəllər tanımadığı, Masallı rayonu Türkoba kəndində daimi qeydiyyatda olmaqla yaşamış X15 və Bədalan kəndində daimi qeydiyyatda olmaqla yaşaymış X11 idarə etdiyi avtomobilin ön sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan İsa Cavadovun qapalı kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və hər iki göz nahiyəsinin qançırı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, İslam Əliyevin isə açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınığı, başın sağ gicgah nahiyəsinin və sol dabanın əzilmiş yarası, hər iki göz nahiyəsinin qançırı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hər iki şəxsin baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma nəticəsində ölmələrinə səbəb olan yolnəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəkili apelyasiya şikayətində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-30/2020 saylı hökmü təyin edilmiş cəzanın ağırlığı ilə bağlı hissədə düzgün olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmişdir, xroniki ürək xəstəsidir, dəfələrlə əməliyyatlar ounmuş və mütəmadi müalicələr alır. Cinayət ehtiyatsızlıqdan törədilib. Hadisə Təqsirləndirilən şəxs hansısa avtomobillə toqquşması nəticəsində deyil, anidən qarşıdan gələn avtomobilin onun hərəkət zolağına çıxması ilə əlaqədar idarəetəməni itirməsi nəticəsində yol kənarında olan piyadalara dəyməsi ilə törədilmişdir.Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa imkanı olmamışdır. Zərəçəkmiş şəxslərin hüquqi varisləri ilə dəfələrlə barışıq əldə olunmasına və dəymiş ziyanın ödənilməsinə cəhd edilsədə cəhd olunsada barışıq əldə olunması mümkün olmamışdır. Şikayət müəllifi qeyd edilənlərə istinad edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-369/2024 saylı hökmünün dəyişdirilməsini Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci , yaxud 62-ci maddəsi tədbiq edilməklə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 apelyasiya şikayətində göstərmişdir ki, yalnız bir məhkəmə iclasında iştrak etmişdir və hökm çıxarılan məhkəmə iclasında iştrak etməməsinə baxmayaraq, hökmdə onunda adı qeyd edilmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxs yaşayış sahəsində olan insanları düşünmədən 120 km/saat surətlə hərəkət edərək bu cinayəti ehtiyaysızlıqdan deyil qəsdən törətmişdir. Şikayət müəllifi qeyd edilənlərə istinad edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-369/2024 saylı hökmünün dəyişdirilməsini Təqsirləndirilən şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir Dövlət ittihamçısı apellyasiya baxışı iclasında Təqsirləndirilən şəxs vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etirazını bildirmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş cəzanı 8 il 6 aya qədər ağırlaşdırmaqla zərərçəkmiş şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya baxışı iclasında Təqsirləndirilən şəxs vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ediləsini xahişm etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanın və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməli olması ilə bağlı gəldikləri nəticə düzgün olmuşdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi birinci instansiya məhkəməsində özünün ifadəsi, şahidlər zərərçəkmiş şəxsin hüquqi varisləri X13, X2 ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, ekspert rəyləri və aşağıda sadalanmış digər sübutlar əsasında öz təstiqini tapmışdır. Belə ki, işdə olan İş materiallarında olan «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 09 dekabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində asfalt yol ilə ehtiyat hissə arasında yerləşir. Hadisə yeri müayinə edilərkən müəyyən olundu ki, yolun asfalt hissənin ümumi eni 6 metrdir, yol 2 hərəkət zolaqlı olmaqla hər zolağın eni 3 metrdir. Avtomobil yolunda qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti vardır. Lənkəran rayonundan Masallı şəhəri istiqamətində götürdükdə yolun sağ ehtiyat hissəsinin eni 4 metr, sol ehtiyat hissənin eni də 4 metrdir. Yol asfalt örtüklü, düz, hamar olub, qurudur. Hadisə baş verdiyi zaman hava qaranlıq olmuş, hava şəraiti dumanlı olmamış, asfalt yol yaş vəziyyətdə olmuşdur. Hadisə yaşayış məntəqəsində baş vermiş, hadisə yerində "Toyota Corolla” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz və sürüşmə izləri aşkar edilməmişdir. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli 653 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktıdan görünür ki, Təqsirləndirilən şəxs "Yol nəqliyyat” hadisəsi baş verən zaman ayıq vəziyyətində olmuşdur. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/3863 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Toyota Corolla markalı 77XN324 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2023-cü il tarixli 30 nömrəli rəyinndən görünürn ki, 1. X14 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və hər iki göz nahiyəsinin qançırı həyati olub ağır bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. 2. X14 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma olmuşdur. İlkin meytin əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. X14 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2023-cü il tarixli 31 nömrəli rəyinndən görünürn ki, 1. X9 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər- açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınığı, başın sağ gicgah nahiyəsinin və sol dabanın əzilmiş yarası, hər iki göz nahiyəsinin qançırı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları həyati olub ağır bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. 2. X9 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma olmuşdur. İlkin meytin əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-6 saat əvvəl baş vermişdir. X9 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 1185 nömrəli rəyindən görünürn ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli «yol-nəqliyyat hadisəsinin həkk olunduğu DVD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsində idarə etməni itirib sürüşərək yolun ehtiyat hissəsində hərəkətdə olan piyadalar- X19 və X11 ehtiyatsızlıqdan vurduğu görünür. İş materiallarında BA279402 nömrəli "Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin və "nəqliyyt vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətlərindən görünür ki, "Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir, həmin avtombil sürmək üçün etibarnamə ilə Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan AE440495 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına "BC” kateqoriyalı suruculuk vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərabaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Masallı rayonu Türkoba kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdə "BC” kateqoriyalı AE-440495 saylı sürücülük vəsiqəsinin 10 il müddətinə verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli "müddi sübut kimi tanınma haqqında qərarla” Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin duracağına təhvil verilmişdir. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli "müddi sübut kimi tanınma haqqında qərarla yol nəqliyyat hadisəsinin görüntüsünün olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı rayon məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində "həbs” olunmasının əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 26 dekabr 2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan Masallı rayon Türkoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon Türkoba kəndində qeydiyyatda olmaqla yaşayır, ailə ata, anasından ibarətdir, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vəkilinin apelyasiya şikayətində istinad edilmiş hallar Təqsirləndirilən şəxs şərti cəza təyin edilməsinə, yaxud ona CM-in 62-ci maddəsi tədbiq edilməklə cəza təyin edilməsinə əsas vermir. O zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmamış, zərərçəkmiş şəxsin hüquqi varisləri X13 da apellyasiya şikayəti verərək ona təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinin də təmin edilməməli olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin (iki və daha artıq şəxsin ölümünə səbəb olan qəza törətmə) sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə əsas cəzası nəzərdə tutulduğu halda məhkəmə Təqsirləndirilən şəxs orta həddə, 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-369/2024 saylı hökmündən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X13, tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkməsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin çıxışını, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə rəyini, zərərçəkmiş şəxsin hüquqi varisləri X13, X2 çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-369/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARAALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(099)-369/2024 saylı hökmü, həmin hökmdən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisai X13 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-626/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-626/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver