Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-634/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və onun müdafiəçisi X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)- 295/2023 saylı hökmündən Təqsirləndirilən şəxs1 Böyükağa oğlunun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)-295/2023 saylı hökmü ilə (Sədrlik edən İslam Neymanov; hakimlər Vüqar Əhmədov, Nahid Hüseynov) xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və onun hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması, xx xxxx 1994-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və onun hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)-295/2023 saylı hökmündən Təqsirləndirilən şəxs1 Böyükağa oğlunun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə naməlum şəxs (şəxslər) tərəfindən, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilmiş istintaqa məlum olmayan tarixdə və vaxtda köhnə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üzərində “122” sayı yazılmış plakatın yaxınlığında yerləşən köhnə tikiliyə qoyulmuş külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətə aidiyyəti olmayan X6 idarə etdiyi “VAZ 21154” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidə olan köhnə tikilinin yanına gələrək Təqsirləndirilən şəxs1lə aralarında olan razılaşmaya uyğun olaraq içərisində ayrı-ayrılıqda təmiz çəkiləri- 1940 qram və 1945 qram olmaqla, ümumi təmiz çəkisi- 3885 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş “marixuana”, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 975 qram və 960 qram olmaqla, ümumi təmiz çəkisi- 1935 qram külli miqdarda narkotik vasitə olan “tiryək”, 10 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla, ümumi sayı 100 ədəd, ümumi təmiz çəkisi- 04 qram külli miqdarda narkotik vasitə olan “metadon”, 1 ədəd ağ rəngli torbanı Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən bir neçə addım kənara daşımışdır. Həmin vaxt, yəni 30 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində (ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə Şahid6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. cild 2, iş.v.121) Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmişlər. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)-295/2023 saylı hökmü ləğv edilməklə Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında sübuta yetirilməmişdir. Məhkəmə iclasında bir daha müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxsin dediklərinə görə istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ondan həmin etirafedici ifadələr alınmışdır. Məhkəmə tərəfindən məhkəmə iclasının gedişində toplanmış sübutlar, yəni təqsirləndirilən şəxsin ifadəsi və digər hallar sübut növü kimi götürülməmiş, əsassız olaraq istintaqın gəldiyi nəticəyə uyğun verilmiş ittiham təsdiq edilməklə onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, heç bir mötəbər sübuta söykənməyən qanunsuz hökm çıxarılmışdır. Məhkəmə hökmünün əsassız olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün sübutların kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələblərinə cavab verməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)-295/2023 saylı hökmü ləğv edilməklə Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə iclasında qeyd etdikləri (CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə münasibətdə) məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamın əsassızlığı, eləcə də şübhəli olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda (CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan) göstərilənlərlə heç bir əlaqəsi yoxdur. Hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham (CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan) İ instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamış və həmin ittiham heç bir mötəbər sübuta istinad olunmadan “təsdiq olunmuşdur.” PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı3 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxslərin əməlinin düzgün tövsif olunduğunu, buna görə də onlara bəraət verilməsi üçün əsasların olmadığını, onlar tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 apellyasiya şikayətlərini müdafiə edib, şikayətlərin dəlillərinə uyğun çıxış etmişlər. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və onun müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Böyükağa oğlunun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışındakı çıxışlarının dəlillərində Təqsirləndirilən şəxs1 Böyükağa oğluna və Təqsirləndirilən şəxs2 bəraət verilməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə onlara təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 qismən etiraf edici ifadələri ilə yanaşı şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və X6 birinci instansiya məhkəmə istintaqında verdikləri ifadələri, müvafiq ekspertiza rəyləri, işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri və təqsirlili olmalarının tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxslərə cəza təyini ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və anası- S.Əsgərovanın İ qrup əlil olmasını yüngülləşdirən hal kimi nəzərə almış, digər Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən etmədən hər ikisinin də barəsində azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Qabil İsayevə cəza təyin olunarkən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, təyin olunmuş cəzanın onların islah olunması və ailələrinin həyat şəraitinə təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)-295/2023 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 397 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Böyükağa oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Böyükağa oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)- 295/2023 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-634/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-634/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver