Məhkəmə qərarları › İş №1(106)-639/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-639/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-639/2023 05.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Bakı şəhəri “DE FENDO” vəkil bürosunun vəkili Müdafiəçi1 və Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, habelə sonuncunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə ( hakimlər: X6 (sədrlik edən), X4 və X2 ibarət tərkib) xx xxxxxxx 1990-cı il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri M.F.Axundov küçəsi ev 95-də qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Arbatan kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdilər ona görə ki, onlar “Məhəmməd” adı ilə tanıdıqları İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib 4000 (dörd min) manat müqabilində qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş və hər biri külli miqdar təşkil edən 4073,5 qram qurudulmuş marixuana, 4061,0342 qram həşiş qətranı, 1983,7 qram tiryək, ümumi təsir miqdarı 22,057 qram olan 472 ml. metadon məhlulu və 589 ədəd metadon həblərini bir ədəd bağlamada Beyləqan rayonu, İmamverdili kəndi ərazisində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının arxa hüdudları), kol bitkilərinin arasında gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun sonuncu qeyd olunan narkotik vasitələri əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin əraziyə göndərmiş, Təqsirləndirilən şəxs2 da həmin əraziyə gələrək qeyd olunan bir bağlamada külli miqdarda narkotik vasitələri gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, daşıyarkən, bu barədə əməliyyat məlumatı almış Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının 17 yanvar 2022-ci il tarixdə saat 23:50-də keçirdikləri əməliyyat tədbirləri zamanı o, saxlanılaraq üzərindən qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərini onunla əsaslandırmışdırlar ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, əməli ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmənin əlamətləri ilə uzlaşsada, nəticədə o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 17 yanvar 2022-ci il narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsini bilmiş, lakin vaxtında bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövrünün əvvəllərində əsassız olaraq Təqsirləndirilən şəxs1 tapşırığı ilə Beyləqan rayonuna narkotik vasitə ardınca getməsini bildirsə də, sonradan həmin ifadələrini inkar etmiş və həqiqəti söyləmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi nədənsə Təqsirləndirilən şəxs2 sonrakı ifadələrini sübut kimi qəbul etməmiş, sonuncunun əvvəlki ifadələrinə istinat etməklə Təqsirləndirilən şəxs1 münasibətdə qanunsuz hökm çıxarmışdır. Qeyd olunanlardan başqa, müdafiəçi apellyasiya şikayətində işin mahiyyətinə təsir etməyən bir neçə texniki səhvləri qeyd etmişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsini, habsdə olduğu müddət nəzərə alınmaqla ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmişdır. Belə ki, hadisə baş verən günü Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsini desə də, sonuncunun həmin maddələrə heç bir aidiyyəti olmamışdır. X9 Xidmətinin əməkdaşlarının psixi təsiri ilə Təqsirləndirilən şəxs1 əleyhinə ifadə vermişdir. Bununla yanaşı yalnız narkotik vasitə – qurudulmuş marixuana götürmək üçün Beyləqan rayonuna getsə də, bağlamadan aşkar olunan digər maddələr – həşiş qətranı, tiryək, metadon həbi və mayesi ona məxsus deyil, həmçinin qaçaqmalçılıq etmədiyi halda, Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünün onun Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəlləri ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsini, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəlləri ilə ona qarşı irəli sürülmüş ittihamdan “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətinin xaric olunmasını, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri bilinərək cəzalandırılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxslərə cəza təyin edərkən onların şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsini, habsdə olduğu müddət nəzərə alınmaqla ona bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünün onun Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsini, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəlləri ilə ona qarşı irəli sürülmüş ittihamdan “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətinin xaric olunmasını, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri bilinərək cəzalandırılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 398.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələr aidiyyəti olmadığı halda əməlinin düzgün olmayaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu iddia edərək, faktiki olaraq əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə dəyişdirilməsinə dair apellyasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində, habelə Təqsirləndirilən şəxs2 isə qaçaqmalçılıq, eləcə də “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə əməli sübuta yetmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 32.5, 206.2 və 234.4.1-ci maddələri tövsifini qanunsuz və əsassız olması barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsində təsbit olunmuş hallarla əsaslandırmışdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərə münasibətdə təqsirlərinin sübuta yetirilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixlə Təqsirləndirilən şəxs2 saxlanıldığı – Beyləqar rayonu Əhmədli kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa hissəsindən 1 (bir) ədəd narıncı rəngli torba aşkar edilərək götürülmüşdür.

2. “Aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı yerdən aşkar olunmuş 1 (bir) ədəd narıncı rəngli torbadan 4300 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuanaya, 2000 qram çəkidə narkotik vasitə – tiryəkə, 4300 qram çəkidə narkotik vasitə – həşiş qətranına bənzər kütlələr, üzərinə “Metadon-40” yazılmış 590 ədəd həb, 2 (iki) ədəd 250 ml-lik plasmas qabda metadon məhlulu, habelə Təqsirləndirilən şəxs2 üzərindən 1 (bir) ədəd psixotrop maddə – metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür.

3. Məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli 7/49 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş narıncı rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 6 (altı) ədəd bağlamalarda ayrı-ayrılıqda çəkiləri- 1001,2 qram; 898,5 qram: 525,7 qram; 589,4 qram; 413,2 qram; 645,5 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-4073,5 qramdır. Tədqiqata təqdim olunmuş həmin narıncı rəngli sintetik torbada 4 ədəd üzərləri skoçla bağlanmış (3 ədəd gümüşü, 1 ədəd qızılı rəngli) düzbucaqşəkilli polietilen bağlamalardan birinci bağlamada ağ rəngli polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi-1004,8 qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT. GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietilen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi-3,7230 qram, ikinci bağlamada ağ rəngli, polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi-1005,8 qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT, GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietilen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi- 4,0930 qram, üçüncü bağlamada ağ rəngli polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi-1014,6 qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT. GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietilen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi-4,6998 qram və dördüncü bağlamada ağ rəngli polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi- 1019,2 qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT. GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietilen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi- 4,1184qram olan maddələr (bitki tərkibində narkotik maddələr olan və iki ədəd plitələrin arasında üzərində “EXPORT. GOLD” yazıları olan kart, qızılı sapla plitlərə bərkidilmiş kiçik polietilen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi 4,1184 qram olan maddələr (bitki mənşəli kütlələr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır”.

4. Məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli 6/325 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün N21” dairəvi möhür əksi olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,026 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: 2002N-İİ Hərbi Hissə LİTR “Ç” dairəvi möhür əksi olan narıncı rəngli kisədə olan – 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1000,9 qram və 982.8 qram, ümumi təmiz çəkisi 1983,7 qram (1kq 983,7 qr) tünd qəhvəyi rəngli qərtanabənzər spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; 2 (iki) ədəd plastik butulkada ümumi 472 ml həcmində (ayrı-ayrılıqda 242 ml və 230 ml) açıq sarımtıl şəffaf maye kustar usülla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,477 qramdır (0,235qr və 0,242qr); üzərində “Methadone 40” markalanma göstəricisi olan 49 ədəd konvaletdə, hər konvaletdə 10 ədəd, ümumi 490 ədəd üzərlərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 490 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 19,6 qramdır ( bir həbdə 0,04 qram metadon olmaqla). 99 ədəd ağ rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 99 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,98 qramdır (bir həbdə 0,02 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş metadonun ümumi miqdarı 22,057 qram təşki edir”.

5. «Mobil telefona və kartlara baxış haqqında»18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil nömrələri arasında hadisənin baş verdiyi ərəfələrdə mütəmadi olaraq telefon danışıqları olmuşdur. Eyni zamanda hadisə günü, yəni 17 yanvar 2022-ci il tarixdə İran İslam Respublikası operatoruna məxsus +**********85 saylı nömrə ilə danışıqların olması müəyyən edilmişdir. Eyni zamanda həmin mobil telefonun yaddaşında hadisə günü içərisində narkotik vasitələr olan bağlamanın və bağlamanın olduğu yerin fotoşəkillərinin olması da müəyyən edilmişdir.

6. Təqsirləndirilən şəxs2 müdafiə hüququ təmin olunmaqla 18 yanvar 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə və üzləşdirmə protokollarında, təqsirləndirilən şəxs qismində 19 yanvar 2022-ci il tarixli dindirmə protokolunda verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanıyır, hazırda sonuncunun lavaş sexində işləyir. Ruhin 17 yanvar 2023-cü ildə İran İslam Respublikasında yaşayan Məhəmməd adlı tanışının ona içərisində narkotik vasitələr olan bağlama keçirərək Beyləqan rayonu ərazisinə qoyacağını bildirmiş və həmçinin bağlamanı 2000 manat pul müqabilində Beyləqan rayonundan götürüb gətirməyi təklif etmişdir. Ruhinin təklifini qəbul etdikdən sonra öz mobil telefonu ilə yanaşı, sexdə işlədilən və üzərində ***-***-**-** nömrəsi olan telefonu götürərək Beyləqan rayonuna yola düşmüşdür. Yolda olarkən içərisində narkotik vasitələr olan bağlamanın olduğu torbanın və yerin fotolarını Ruhinlə yanaşı iranlı Məhəmməddə ona göndərmişdir. Beyləqan rayonuna çatıb narkotik vasitə olan bağlamanı götürdükdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır.

7. Təqsirləndirilən şəxs1 müdafiə hüququ təmin olunmaqla şübhəli şəxs qismində veridiyi 18 yanvar 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, 17 yanvar 2022-ci ildə işçisi Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsindən xəbəri olmamış, sonuncudan aşkar olunmuş narkotik vasitənin ona aidiyyəti olmamışdır. X11 Respublikasında yaşayan Məhəmməd deyil, Hüseyn adlı tanışı olmuşdur.

8. Təqsirləndirilən şəxs1 müdafiə hüququ təmin olunmaqla təqsirləndirilən şəxs qismində verdiyi 19 yanvar 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etdiyi üçün bir neçə dəfə İran İslam Respublikasında yaşayan Hüseyn adlı tanışı vasitəsi ilə metamfetamn əldə etmişdir. Belə ki, qramına uyğun olaraq Hüseynin verdiyi plastik kart hesabına pul göndərmiş və sonra onun dediyi yerlərdən narkotik vasitəni götürmüşdür. Hüseyn 16 yanvar 2022-ci ildə ona zəng edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə Beyləqan rayonunda yolun kənarında qoyacağı bağlamanı oradan götürüb, onun deyəcəyi şəxsə verməyi xahiş etmiş və bunun qarşılığında ona 4000 manat pul təklif etmişdir. Hüseyn həmçinin bağlamada təhlükəli əşya olmadığını bildirmişdir. Buna baxmayaraq Hüseynin təklifi ilə razılaşmamış, lakin bu işi Təqsirləndirilən şəxs2 təklif etmişdir. Azər təklifi qəbul etmiş, belə olan halda bağlamanı gətirdikdən sonra əldə olunacaq pulun 2000 manatını özünə götürəcəyini Azərin nəzərinə çatdırmışdır. Hüseynin nömrəsini Azərə vermiş və onlar bir-biriləri ilə əlaqə saxlamışlar. Azərin Məhəmməd kimi tanıdığı iranlı, əslində Hüseyndir. Azər Həmin gün iranlı Hüseynin göndərəcəyi bağlamanı götürmək üçün Beyləqan rayonuna getişdir.

9. "xxxx" MMC-dən daxil olmuş CD-yə baxış keçirilməsi haqqında 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs1 ifadəsində ***-***- **-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. Təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə verdikləri ifadələri, eləcə də, işin digər faktiki halları baxımından qeyd olunan nömrələr arasında 17 yanvar 2022-ci il tarixi üzrə qeydə alınmış zənglər vaxt və anten baxımından aşağıdakı qaydada təhlili aparılmışdır: S/S Zəngin vaxtı Zəng edən Zəngi qəbul edən tarixi saati Danışıq adı və mobil yer adı və mobil yer müddəti nömrəsi nömrəsi

1. xx.xx.2022 19:51 27 Təqsirləndirilən İrshad Azər Ailə əvə Sağlamlıq şəxs1 Hotel/"X5 Cəfərov 20 Yanvar ***-***-**-** Mərkəzi" ***-***-**-** /Narimanov

2. xx.xx.2022 19:52 40 Təqsirləndirilən İrshad Azər Asif Mageramov şəxs1 Hotel/"X5 Cəfərov str ***-***-**-** Mərkəzi" ***-***-**-** /Narimanov

3. xx.xx.2022 19:55 26 Azər Asif Təqsirləndirilən Hotel/"X5 Cəfərov Mageramov şəxs1 Mərkəzi" ***-***-**-** str ***-***-**-** /Narimanov

4. xx.xx.2022 19:56 34 Təqsirləndirilən Anvar Azər Ailə əvə Sağlamlıq şəxs1 Gasimzade Cəfərov 20 Yanvar ***-***-**-** h_kuch/"Az ***-***-**-** ərbaycan Tibb Universiteti" /Nasim

5. xx.xx.2022 20:39 80 Təqsirləndirilən ATC- Azər Sahil qəsəbəsi şəxs1 94/"Nasimi" Cəfərov Şəms şadlıq ***-***-**-** /Nasim ***-***-**-** sarayı

6. xx.xx.2022 21:57 78 Təqsirləndirilən ATC- Azər Sabirabada şəxs1 94/"Nasimi" Cəfərov rayonu ***-***-**-** /Nasim ***-***-**-** Bulaqlı kəndi

7. xx.xx.2022 22:26 52 Təqsirləndirilən ATC- Azər İmişli rayonu şəxs1 94/"Nasimi" Cəfərov Şəkər zavod ***-***-**-** /Nasim ***-***-**-**

8. xx.xx.2022 23:07 15 Təqsirləndirilən Kubinka Azər İmişli rayonu şəxs1 Hamam/"B Cəfərov Bəhrəmtəpə ***-***-**-** akı şəhəri, ***-***-**-** Nəsimi rayonu, S. Salayev (H.Cavid) küçəsi 37, 13 saylı hamam kompleksi"/ Nasimi

9. xx.xx.2022 23:25 8 Təqsirləndirilən ATC- Azər İmishli r-nu, şəxs1 94/"Nasimi" Cəfərov Behremtepe ***-***-**-** /Nasim ***-***-**-** sho.yo.yani, Sarixanli don.

10. xx.xx.2022 23:33 30 Təqsirləndirilən ATC- Azər İmişli rayonu şəxs1 94/"Nasimi" Cəfərov Sərixanlı ***-***-**-** /Nasim ***-***-**-**

11. xx.xx.2022 23:40 13 Təqsirləndirilən ATC- Azər İmishli r-nu, şəxs1 94/"Nasimi" Cəfərov Behremtepe ***-***-**-** /Nasim ***-***-**-** sho.yo.yani, Sarixanli don

12. xx.xx.2022 23:52 13 Azər Beylaqan r- Təqsirləndirilən ATC- Cəfərov nu.,Binnetli şəxs1 94/"Nasimi"/Nasim ***-***-**-** ***-***-**-** Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 138.1-ci maddələrinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur”, “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. Həmin Məcəllənin 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Qanunun qeyd olunan normalarına əsasən ibtidai araşdırma orqanının qanunla müəyyən olunmuş qaydada topladığı, birinci instansiya məhkəməsinin tam, hərtərəfli və obyektiv yoxlayaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdiyi yuxarıda qeyd olunan sübutların – “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 18 yanvar 2022-ci il tarixli protokol, “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli 7/49 nömrəli və məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli 6/325 nömrəli rəylərinin məcmusu ilə 17 yanvar 2022-ci ildə Beyləqan rayonu İmamverdili kəndi ərazisində - Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının arxa hüdudlarından götürülmüş 1 (bir) ədəd bağlamanın içərisindən 4073,5 qram qurudulmuş marixuana, 4061,0342 qram həşiş qətranı, 1983,7 qram tiryək, ümumi təsir miqdarı 22,057 qram olan 472 ml. metadon məhlulu və 589 ədəd metadon həbi aşkar olunduğu, yəni cinayət hadisəsinin baş vermə faktı, mübahisəsiz qaydada təsdiq olunur. Lakin müdafiə tərəfi – Təqsirləndirilən şəxs1 həmin cinayət hadisəsi ilə əlaqəsinin olmamasını, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə – qurudulmuş marixuana istisna olmaqla digər maddələrin ona məxsus olmamasını mübahisələndirmişdir. Təqsirləndirilən şəxs2 cinayət təqibinin ilkin mərhələsində – müdafiə hüququ təmin olunmaqla 18 yanvar 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə və üzləşdirmə protokollarında, təqsirləndirilən şəxs qismində 19 yanvar 2022-ci il tarixli dindirmə protokolunda verdiyi ifadələrində 17 yanvar 2022-ci ildə Beyləqan rayonu İmamverdili kəndi ərazisində götürdüyü torbanın içərisindən aşkar olunmuş kütlələrin növünü və çəkisini mübahisələndirməsə də, habelə maddələrin Təqsirləndirilən şəxs1 məxsus olmasını və məhz hadisə yerinə sonuncunun göndərişi ilə getdiyini bildirsə də, sonrakı ifadələrində həmin halları təkzib etmiş, yalnız qurudulmuş marixuana ardınca Beyləqan rayonuna getdiyini bildirmişdir. Ruhin İsmaylovun isə müdafiə hüququ təmin olunmaqla təqsirləndirilən şəxs qismində verdiyi 19 yanvar 2022-ci il tarixli ifadəsində ilk olaraq İranlı tanışının Azərbaycan Respublikasına göndərəcəyi həmin maddələri 4000 manat pul qarşılığında götürməyi ona təklif etdiyini, lakin bundan imtina edərək bu işi Azərə Cəfərova yönəltdiyini, habelə sonuncu işi uğurla icra edəcəyi halda əldə olunacaq pulu yarı böləcəklərini bildirsə də, sonrakı ifadələrində Təqsirləndirilən şəxs2 narkotik vasitə dalınca Beyləqan rayonuna getməsindən məlumatlı olsa da, həmin maddələrlə bağlı aralarında heç bir sövdələşmə olmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən «Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə və üzləşdirmə, təqsirləndirilən şəxs qismində 19 yanvar 2022-ci il tarixli dindirmə protokollarında əks olunmuş ifadələrini, habelə Ruhin İsmaylovun isə təqsirləndirilən şəxs qismində 19 yanvar 2022-ci il tarixli dindirmə protokolunda əks olunmuş ifadələrini iş materialları ilə uzlaşdırdıqda, həmin ifadələrdə əks olunmuş məlumatların doğruluğu, həmçinin iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilir. Belə ki, telefon məlumatlarının təhlili ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında hadisənin baş vermə günü istisna olmaqla digər günlərdə, əsasən iş vaxtı ərzində ara-sıra danışıqlar olmuşdur. Lakin hadisə baş verən günü isə Təqsirləndirilən şəxs2 Bakı şəhərindən çıxıb Beyləqan rayonunda yerləşən hadisə yerində olanadək Təqsirləndirilən şəxs1 ona dəfələrlə zəng etmiş və hər dəfə müxtəlif saniyələrdə danışıqlar aparmışlar. Bununla yanaşı Təqsirləndirilən şəxs2 hadisə yerində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan anda, onunla aparılan ilkin sorğu-sual zamanı əldə etdiyi narkotik vasitələrin şəxsiyyəti həmin vaxtadək sərhədçilərə məlum olmayan Təqsirləndirilən şəxs1 məxsus olmasını bildirmişdir. Məhz qeyd olunan sübutlar təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsini təsdiq edir. Təqsirləndirilən şəxslər apellyasiya məhkəməsində qeyd olunan məzmunlu ifadələr vermələrini, məhz Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən psixi təsirə məruz qalmaları ilə əsasladırmışlar. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyriinsani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istər onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixi təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Artıq bu hallar təqsirləndirilən şəxslərin ittiham tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların qəbul olunmasının yolverilməzliyi ilə bağlı iddialarının əsassız olduğunu, Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə və üzləşdirmə, təqsirləndirilən şəxs qismində 19 yanvar 2022-ci il tarixli dindirmə protokollarında əks olunmuş ifadələri, habelə Ruhin İsmaylov isə təqsirləndirilən şəxs qismində 19 yanvar 2022-ci il tarixli dindirmə protokolunda əks olunmuş ifadəsi istisna olmaqla, sonrakı ifadələrinin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onun ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətlərinin yüngülləşdirilməsinə hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə və üzləşdirmə protokollarında, təqsirləndirilən şəxs qismində 19 yanvar 2022-ci il tarixli dindirmə protokolunda verdiyi ifadələrində, habelə Ruhin İsmaylovun təqsirləndirilən şəxs qismində verdiyi 19 yanvar 2022-ci il tarixli ifadəsində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri həmin ifadələrini cinayət təqibi üzrə mötəbər sübutlar hesab etmişdir. Bununla da apellyasiya şikayətlərində irəli sürülmüş iddianın əksinə olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmələri, daşımaları və saxlamaları, habelə qeyd olunan maddələri Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmələri birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar həmin Məcəllənin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olmaları barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Apellyasiya müraciətində vəkil prosessual sənədlərin tərtibatında bir neçə texniki səhvlərə istinad etməklə onların qeyri-mötəbər olmasını qeyd etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən “İşin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz”. Məhkəmə kollegiyası qanunun qeyd olunan normasına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarının araşdırılması nəticəsində mahiyyətcə hökm çıxardığından müvafiq apellyasiya dəlili əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını, əməlini qismən etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cinayətin digər iştirakçılarının ifşa edilməsində fəal köməklik etməsini, habelə Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olmasını və ilk məhkumluğunu cəzanı yüngüləşdirilən hallar kimi qəbul etsə də, həmin halları kifayət qədər nəzərə almamış, hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yuxarı həddə yaxın olduqca sərt cəza təyin etmişdir. Cinayət qanununun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən hallarını kifayət qədər nəzərə almadan təyin olunmuş cəza ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunan cəzanı yüngülləşdirən halların nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş başqa hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, cəzanı ağırlaşdıran halın olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 8 ilədək, Təqsirləndirilən şəxs2 həmin maddələrlə təyin olunmuş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 7 ilədək azaldılmasını mümkün edən əsaslar kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, təqsirləndirilən şəxslərə həmin cəzanı təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 405.1.1-ci maddəsində və bu məsələ ilə bağlı CPM-in 399.1.5-ci maddəsində təsbit edilmiş halların təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılsın. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılsın. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar