Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-64/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X1 iştirakları ilə, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(099)-506/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(099)- 506/2024 nömrəli hökmü (hakimlər: X12 (sədrlik edən), X10 və X6 ibarət tərkibdə) ilə xx xxxxx 1986-cı il tarixdə İran İslam Respublikasının Poldəşt şəhərinin Əcirlu kəndində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, İran İslam Respublikasının Poldəşt şəhərinin Əcirli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 22 oktyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, habelə Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, İran İslam Respublikasının vətəndaşı “Nemət” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-narkotik vasitələri və psixotrop maddələri, habelə 9 mm kalibrli "2000914" №-li, "BAREDDA" markalı, "A6" modelli, səs işarəverici tapançası olan sonradan lüləsi 7,65 mm kalibrli digər lülə ilə dəyişdirilmiş yivli odlu silahı və 11 ədəd 7,65 mm kalibrli döyüş sursatı olan patronları İran İslam Respublikasında əldə edib saxlayıb daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun digər üzvlərinə çatdırılması barədə razılaşdıqdan sonra, o, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 21 oktyabr 2023-cü il tarixdə qrupun üzvü “Nemət” adlı şəxs və qeyriləri ilə görüşüb ondan satış məqsədi ilə qanunsuz olaraq bir ədəd çantaya qablaşdırılmış külli miqdarda-4975 qram narkotik vasitə olan heroin və külli miqdarda-3000 qram psixotrop maddə olan metamfetamini, eləcə də “Baredda” markalı odlu silahı və 11 ədəd döyüş sursatı olan patronu qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq həmin gün saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin Yardımlı rayonunun ərazisində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindən müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənar keçərək həmin külli miqdarda narkotik vasitəni və psixotrop maddəni, eləcə də odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib Yardımlı rayonunun Ostair kəndininin ərazisində (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 19-cü sərhəd zastavasının 5-ci sahəsində) üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 22 oktyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və ondan bir ədəd çantanın içərisində qablaşdırılmış bir ədəd bağlamada külli miqdarda-4975 qram narkotik vasitə olan heroin və bir ədəd bağlamada külli miqdarda- 3000 qram psixotrop maddə olan metamfetamin, habelə üzərindən bir ədəd “Baredda” markalı odlu silah və 11 (on bir) ədəd döyüş sursatı olan patronlar aşkar edilib götürülmüşdür. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1 -ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmü Ə.İbrahimzadənin təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulan, eləcə də cinayətlərin məcmusu üzrə qəti olaraq daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını, Ə.İbrahimzadənin şəxsiyyətini nəzərə almamışdır ki, nəticə etibarilə cinayətlərin məcmusu üzrə onun barəsində əsassız olaraq aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddim və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılınası, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təsnifatına görə ağır cinayətlər, CM-in 228.2.1-ci maddəsi az ağır cinayət, CM-in 318.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla həmin maddələrdə nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Həmin Məcəllənin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Həmin hərəkətlər törədildiyi andan cinayət başa çatmış sayılır. CMin 206-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyekti Azərbaycan Respublikasının, dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərdir. Obyektiv cəhəti malların ölkəmizin gömrük sərhəddindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından, bununla da dövlətin hüquqi və fiziki şəxslərin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Həmin maddədə təsbit olunmuş cinayət faktiki olaraq əşyanın qanunsuz olaraq dövlət sərhəddindən keçirildiyi andan başa çatmış sayılır. CM-in 228-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla, davranma sahəsində ictimai təhlükəsizlikdir. Həmin cinayətin obyektiv cəhəti qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Həmin cinayət formal tərkibli olmaqla sadalanan hərəkətlər törədildiyi andan başa çatmış sayılır. Qeyd olunan cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Həmçinin, CM-in 318-ci maddəsinə nəzərdə tutulmuş cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhəd rejimidir. Həmin cinayət obyektiv cəhətdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçmədə ifadə olunur. Həmin cinayət formal tərkibli olduğundan Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə anında başa çatmış sayılır. Qeyd olunan cinayət subyektiv cəhətdən məhz birbaşa qəsdlə törədilir ki, təqsirkar şəxs müəyyən edilmiş sənədlər olmadan və ya nəzarət-buraxılış məntəqələrindən kənarda dövlət sərhədini keçdiyini dərk edir və bunu arzu edir. Məhkəmə Ə.İbrahimzadəyə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun tərəfindən törədilən CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, heblə törətmiş olduğu CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətlə Azərbaycan Respublikasının, dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərə zərər vurmasını, CM-in 228-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyektinin silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla, davranma sahəsində ictimai təhlükəsizlik olmasını, CM-in 318-ci maddəsinə nəzərdə tutulmuş cinayətin obyektinin Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhəd rejimi olmasını CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin ağır cinayətlər, CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin az ağır, CM-in 318.1 -ci maddəsində nəzərdə tutulan cinayətin böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, Ə.ibrahımzadə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə heroinin 4975 qram, psixotrop maddə metmafetaminin 3000 qram olmasını, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunmuş silahın “Baredda” markalı odlu silah və 11 (on bir) ədəd döyüş sursatı olan patronların texniki cəhətdən saz və atəş açmaq üçün yararlı odlu yivli silah olmasını, bu halların öz-özlüyündə Ə.İbrahimzadə tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan 2487 dəfədən, xeyli miqdardan isə 33166 dəfədən çox olmasını, metamfetaminin həmin növ psixotrop maddə üçün müəyyən edilmiş külli miqdardan 1500 dəfə, xeyli miqdardan 20000 dəfə çox olmasını aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilən 4975 qram heroinin və 3000 qram metamfetaminin ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan “Baredda” markalı odlu silah və 11 (on bir) ədəd döyüş sursatı olan patronlarından istifadə ediləcəyi halda Azərbaycan Respublikasının dövlət sərhəddinin mühafizəsini təşkil edən hərbi qulluqçuların həyatlarına qəsd edilə biləcəyim bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Ə.İbrahimzadə tərəfindən törədilən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə əldə edilməsindən və qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahın əldə edilməsi və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmədən ibarət cinayət əməllərinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Ə.ibrahimzadəyə təqsirli bilindiyi maddələrlə cinayətlərin məcmusu üzrə məhz yuxarı həddə qəti azadlıqdan məhrum etmıə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq ona 12 il müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, həmin Məcəllənin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Bundan başqa qeyd olunmalıdır ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində Azərbaycanın müstəqillik tarixində 40-a yaxın sənəd imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər üçün)” təsdiq edilmiş və həmin proqramda irəli sürülən tələblər dövlət təşkilatları tərəfindən uğurla həyata keçirilmişdir. Məhz “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında da Azərbaycan Respublikasının rıarkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşularaq bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürməsi qeyd olunmaqla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqramda” tövsiyə olunan tədbirlərin icrası ilə əlaqədar bu kateqoriyadan olan cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin müəyyən edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar respublikanın məhkəmələri tərəfindən 2009-cu ildə baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin öyrənilərək ümumiləşdirilməsi nəticəsində digər məsələlərlə yanaşı cəza təyini məsələlərində də səhvlərə yol verildiyi göstərilmiş, cinayət işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə həmin Plenum qərarının qəbul edilməsinin qərara alınması göstərilmişdir. Bundan başqa, haqqında bəhs olunan proqramın davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir ki, həmin sənəddə də proqramın məqsədinin digər məsələlərlə yanaşı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilinəsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılmasından ibarət olması göstərilmişdir. Yuxarıda sadalananlardan görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq üçün dövlət və beynəlxalq səviyyədə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının qəbul edilməsi, ümumilikdə narkomaniyanın geniş yayılmasının aktual problem olması vəziyyətində cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə nail olmaq, həm Ə.İbrahimzadə, həm də digər şəxslər tərəfindən həmin növdən olan cinayətlərin törədilməsinin qarşısını almaq baxımından Ə.İbrahimzadəyə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olmasına baxmayaraq əksinə Ə.İbrahimzadəyə cəzasını heç bir yüngülləşdirən hal olmadığı halda ona yüngül cəza təyin etmişdir. Göründüyü kimi, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, cəzasını heç bir yüngülləşdirən hal olmayan Ə.İbrahimzadənin əsassız olaraq törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan eləcə də, cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Ə.İbrahimzadəyə yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Bununla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 №-li qərarında göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəiməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitim aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub- olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub- olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı işlər üzrə cinayətlərdə təqsirləndirilən şəxslərə məhkəmələr tərəfindən cəzanın növü və həddinin müəyyən edilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə bu qəbildən olan işlər üzrə təqsirləndirilən şəxslərlə cəza təyini zamanı digər hallarla yanaşı narkotik vasitənin (psixotrop maddənin) növü və miqdarının nəzərə alınması xüsusi qeyd olunmuş, cinayətin törədilməsindən sonrakı dövrdə təqsirləndirilən şəxslərin əməlinə tənqidi münasibətin formalaşıbformalaşmamasının müəyyənləşdirilməsinin vacibliyi vurğulanmışdır. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş çantanın içərisində ümumi təmiz halda çəkisi 4975 qram narkotik vasitə heroin və ümumi təmiz halda çəkisi 3000 qram psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi Ə.İbrahimzadənin satış məqsədi ilə əldə etdiyi heroin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan 2487 dəfədən, xeyli miqdardan isə 33166 dəfədən çox, metamfetamin isə həmin növ psixotrop maddə üçün müəyyən edilmiş külli miqdardan 1500 dəfə, xeyli miqdardan 20000 dəfə çox olmuş, məhz Plenum Qərarında göstərilmiş mövqe baxımından məhkəmə cəza təyini zamanı narkotik vasitə və psixotrop maddənin miqdarının çoxluğunu düzgün nəzərə almamışdır. Bütün yuxarıda sadalananlara əsasən, məhkəmənin hökmü ilə cinayətlərin məcmusu üzrə Ə.İbrahimzadəyə təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmədən ibarət qəti cəza onun tərəfindən törədilən cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq-aydın ədalətsiz olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024cü il tarixli, 1(099)-506/2024 saylı hökmünün ləğv edilməsini, qaçaqmalçılıq və qanunsuz odlu silah daşıma cinayətlərinə münasibətdə Təqsirləndirilən şəxs əməlinin CMin 206.3.2 və 228.2.1-ci maddəsindən həmin Məcəllənin 206.2 və 228.1-ci maddələrinə tövsif edilməklə ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya protestinin təmin olunmasını, apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış etdi və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(099)- 506/2024 saylı hökmünün məhkum edilmiş şəxə aşağı həddə cəza təyin edilməsini, dövlət ittithamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs İİR vətəndaşı Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətlərinin təmin olunmasını, apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla Cinayət Prossesual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin olunmamalı, apellyasiya protesti isə təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-506/2024 №-li, 10 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər X4, Şahid2 və Şahid4 ifadələri və DSX-nin N saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 21 oktyabr 2023-cü il tarixli “Raport”u, “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında”, “götürmə haqqında” və “baxış keçirilməsi haqqında” 22 oktyabr 2023-cü il tarixli protokolları, məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli rəyi, məhkəmə-ballistik ekspertizasının 01 dekabr 2023-cü il tarixli rəyi, məhkəmə-psixiatrik ekspertizasının 25 dekabr 2023-cü il tarixli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 dekabr 2023-cü il tarixli rəyi, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə ittiham edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 10 sentyabr 2024-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməllərini Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiəçi şikayətdə Təqsirləndirilən şəxs əməlinin CM-in 206.3.2 və 228.2.1-ci maddəsindən həmin Məcəllənin 206.2 və 228.1-ci maddələrinə tövsif edilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini lazım bilir. Cinayət hüququ nəzəriyyəsinə görə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 228.2.1 ci maddəsi ilə məsuliyyət odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərin qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən törədilməsi zamanı yaranır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçı xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət işinin materiallarından görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa “Nemət” adı ilə məlum olan başqa İran İslam Respublikası vətəndaşı və qeyriləri 1 ədəd odlu silahı və içərisində olan 11 ədəd patronu, eyni zamanda külli miqdarda narkotik və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinə dair qabaqcadan razılıq əldə etmiş, əldə olunmuş razılığa əsasən Təqsirləndirilən şəxs qeyd olunan predmetləri, o cümlədən 1 ədəd odlu silahı və içərisində olan 11 ədəd patronu qaçaqmalçılıq yolu ilə İran islam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməlinin CM-in 206.3.2 və 228.2.1-ci maddəsindən həmin Məcəllənin 206.2 və 228.1-ci maddələrinə tövsif edilməsinə dair dəlillərini əsassız sayaraq rədd etmək məcburiyyətində qalır. Apellyasiya protestinin dəlillərindən isə görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilməmiş, protestin dəlillərində yalnız Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmü ilə təqsirkar şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən olunarkən birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin məhkum edilmiş şəxsə cəza tətbiq edilərkən onun cəzasını yünügülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ədalətsiz cəza təyin edilməsi ilə bağlı apellyasiya apellyasiya protestinin dəlillərini müzakirə edib CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş qəti cəzanın müddətinə münasibətdə əsaslı sayır. İşin hallarından görünür ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silah və döyüş sursatı, eləcə də 4975 qram külli miqdarda narkotik vasitə heroin, 3000 qram külli miqdar psixotrop maddə olan metamfetamin də daxil olmaqla qanunla qadağan olunmuş əşyaların müxtəlif çeşidlərdə olması və həmin əşyaları qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkə ərazisinə keçirməsi onun əməllərinin ictimai təhlükəliliyini artıran hallardır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələr təqsirləndirilən şəxsə ayrı-ayrılıqdan təyin edilmiş cəzalar ədalətli hesab edilsə də Cinayət Məcəlləsinin 66.3-cü maddəsi cəzaları qismən toplanılmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş cəza həddi baxımından, həm də törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edərkən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə düzgün qiymət verməmiş, cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-in 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarındakı tövsiyələrini nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxsə cinayətlərin məcmusu üzrə təyin etdiyi aşağı həddə azadlıqdan məhrum etmə cəzası ilə sosial ədalət bərpa olunmamaqla yanaşı törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan yüngül cəza olduğundan həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, yəni cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı olmasını qeyd edərək, cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın müddətinin artırılmasını qanunamüvadiq hesab etdiyindən, sözügedən hallara görə apellyasiya şikayətlərinin dəlillərini formal dəlillər kimi nəzərə alır. Cinayət Prossesual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, apellyasiya protesti isə təmin olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-506/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(099)-506/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ayrı-ayrılıqda təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilməməlidir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Cinayət Prossesual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(099)- 506/2024 nömrəli hökmü apellyasiya protestinə münsaibətdə dəyişdirilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(099)-506/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il, 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay, 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il və 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət Prossesual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Habil Bəhmənov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-64/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-64/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver