Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-644/2024 22.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası-hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov İsmayıl Həmid oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru X4, müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1,120.2.3-cü və 120.2.10-cu maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətinin rədd edilməsi barədə həmin məhkəmənin 06 iyul 2020-ci il tarixli, 1(089)-25/2018 saylı qərarından məhkum Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək m ü ə y y ə n e t d i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1,120.2.3-cü və 120.2.10-cu maddələri ilə təqsirli bilinib, 18 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş, o, cümlədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Vəsatətini onunla əsaslandırmışdır ki, hökmün nəticə hissəsində olan uyğunsuzluqla əlaqədar yazdığı ərizələrə cavab verilməməsi ilə bağlı müddəti ötürmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 1(089)-25/2018 saylı qərarı ilə müddətin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 1(089)-25/2018 saylı saylı qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, hüquqi savadsızdır, qanunları bilmir. Şikayətinin təmin edilərək müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X3 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu ifadə verərək, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxıldığından Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə iclasında dövlət ittihamçısı X4 məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayətprosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarını onunla əsaslandırmışdır ki, hökm elan elan edildikdən sonra apellyasiya protesti və ya apellyasiya şiksyəti vermək hüququna malik olan şəxslərə izah edilmişdir ki, hökmdən elan olduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilərlər. Eyni zamanda hökmdən hansı müddətdə apellyasiya şikayəti veriləcəyi hökmün nəticə hissəsində göstərilməklə Təqsirləndirilən şəxs izah edilmişdir. İş materiallarndan görünür ki, hökmün surəti 22 yanvar 2018-ci ildə Təqsirləndirilən şəxs verilmiş və həmin tarixdə hökmün surətinin ona verilməsi haqqında qəbzə imza etməklə qəbul etmişdir. Təqsirləndirilən şəxs 20 gün müddətində apellyasiya şikayəti verməli olduğu halda, ancaq o, hökmün surətini aldıqdan 2 il 5 aydan sonra vermişdir ki, bununla da apellyasiya şikayəti vermə müddətini buraxmışdır. Hökmün nəticə hissəsində olan uyğunsuzluqla əlaqədar yazdığı ərizələrə cavab verilməməsi ilə bağlı müddəti ötürməsi barədə Təqsirləndirilən şəxs vəsatətinin dəllilinin subut kimi qəbul edilməsi üzürlü səbəb sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir və apellyasiya şikayətinin dəlilləri ilə bağlı cinayətprosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri sayır. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-in 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmü Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə elan olunmuş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı müdafiəçiyə münasibətdə 18 yanvar 2018-ci il tarixdən başlamış və 07 fevral 2018-ci il tarixdə başa çatmışdır. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmünün surəti 22 yanvar 2022-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs hökmün surəti təqdim edildiyindən ona münasibətdə də, prosessual müddətin axımı 22 yanvar 2018-ci il tarixdən başlamış və 11 fevral 2018-ci il tarixdə başa çatmışdır. Beləliklə, müəyyən olunur ki, məhkum tərəfindən apellyasiya şikayəti 11 fevral 2018ci il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən müvafiq olaraq 2 il 5 ay sonra verilmiş və bununla da məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanları olsa da, o bu hüquqlarından istifadə etməmişdir. Məhkəmə Kollegiyası məhkum apelyasiya şikayətinin savadsız olması, qanunları bilməməsi səbəbindən apellyasiya şikayəti verməli olduğu müddəti ötürdüyü” dəlili ilə bağlı qeyd edir ki, həmi hal buraxılmış müddətin bərpa olunması üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Məhkum Təqsirləndirilən şəxs tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmündən apellyasiya şikayəti şikayət vermə müddəti üzrsüz səbəbdən ötürülməklə verildiyindən və müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut vəsatətə əlavə edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq müddətin bərpasına dair vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1,120.2.3-cü və 120.2.10-cu maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(089)-25/2018 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətinin rədd edilməsi barədə həmin məhkəmənin 06 iyul 2020-ci il tarixli, 1(089)-25/2018 saylı qərarından məhkum Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 1(089)-25/2018 saylı qərarı məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum Təqsirləndirilən şəxs münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-644/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-644/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver