Məhkəmə qərarları › İş №1(106)-65/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-65/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-65/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin 1(055)-61/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 1(055)-61/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü (hakim X7) ilə Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1979-cu il tarixdə Saatlı rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024- cü ilin aprel ayının axırlarında yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinin sol yan tərəfindəki xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 01 iyun 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən ümumilikdə 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 01 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ nin əməkdaşları tərəfindən 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Saatlı Rayon Məhkəməsinin 1(055)-61/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi İlə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ona həmin maddə ilə daha ağır-təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallarda cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiyası edilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında sonuncunun yaşadığı evə baxış keçirilmiş və narkotik tərkibli çətənə bitkisinin kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evində əməliyyat axtarış tədbirləri nəticəsində kultivasiya edilən narkotik tərkibli çətənə bitkisinin kollarının aşkar edilməsi onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsi kimi qiymətləndirilə bilməzdi. Ona görə də hesab edirəm ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici norma Cinayət Məcəlləsinin tələblərinə zidd olmuşdur. Azərbaycan Republikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi ümumi Hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq müddəalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəiiiik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəiiiik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cnayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinib barəsində ittiham hökmləri çıxarılmışdır. Sonuncu dəfə məhz Saatlı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilib və üzərindən məhkumluq götürülmüşdür. Göründüyü kimi, təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilk olmamış, hətta əvvəllərdə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq həmin cəzadan sonra islah olunmamış, yenidən eyni xarakterli cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətn törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təyin edilən cəza CM-nin 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə, yəni həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətn törədilməsinin qarşısını almaq məqsədinə ziddir. CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs dövlət ittişamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini xahiş etdi. Göstərdi ki, əməlindən peşimandır. Himayəsində azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi X5 verilmiş apellyasiya protestinə etiraz edərək apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X6 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə Cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya protestində ittiham və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apelyasiya protestinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxin əməllərinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 1(055)- 61/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi,baxış və götürmə aparılması haqqındla protokol, eksmpertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Saatlı Rayon Məhkəməsinin 1(055)-61/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi İlə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ona həmin maddə ilə daha ağır-təklif etdiyim həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növünedə cəza təyin edilməlidir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallarda cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiyası edilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında sonuncunun yaşadığı evə baxış keçirilmiş və narkotik tərkibli çətənə bitkisinin kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evində əməliyyat axtarış tədbirləri nəticəsində kultivasiya edilən narkotik tərkibli çətənə bitkisinin kollarının aşkar edilməsi onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsi kimi qiymətləndirilə bilməzdi. Ona görə də hesab edirəm ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici norma Cinayət Məcəlləsinin tələblərinə zidd olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəiiiik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəiiiik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cnayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinib barəsində ittiham hökmləri çıxarılmışdır. Sonuncu dəfə məhz Saatlı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilib və üzərindən məhkumluq götürülmüşdür. Göründüyü kimi, təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilk olmamış, hətta əvvəllərdə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq həmin cəzadan sonra islah olunmamış, yenidən eyni xarakterli cinayət əməlini törətmişdir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halları, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 46.2, 46.3-cü maddələrinin və CPMnin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, "CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hökmdən də qörünüdüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayətə görə CM-in 237.1-ci maddəsi ilə məhkum olunmasına baxmayaraq yenidən analoji cinayət əməlini törətmiş, islah olunmamışdır. Belə olan halda təqsirləndirilən şəxsbarəsində açıq-aşkar yüngül cəza təyin olunması anlaşılan deyil və qanunsuzdur. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci madəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi əsaslarındandır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Saatlı Rayon Məhkəməsinin 1(055)-61/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CMin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu iki gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun, onun barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap edilsin. Saatlı Rayon Məhkəməsinin 1(055)-61/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar