Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-66/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmənin iclasının katibi X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(099)-434/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(099)-434/2023 nömrəli hökmü (hakimlər: X9 (sədrlik edən), X12 və X6 ibarət tərkibdə) ilə xx xxxx 1977-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 11 yanvar 2023-cü il il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə tanışı Şahid4 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 4,978 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 90 manat pul müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə narkotik vasitənin müxtəlif tərkibli 2,310 qramını tanışı Şahid3 60 manat pul müqabilində qanunsuz olaraq satmış, 11 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində piyada hərəkətdə olarkən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, şəxsi axtarış aparılan zaman qanunsuz olaraq üzərində saxladığı bir ədəd bükümdə 2,668 qram çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ifadəsinə görə o, Şahid4 tanımamış, 11 yanvar 2023-cü il tarixdə ondan narkotik vasitə heroin almamış, eləcə də Şahid3 satmamışdır. Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə saat 16 radələrində həyətində yerləşən avtomobil təmiri sexində iş gördüyü zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları həmin yerə gəlib onu özləri ilə polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs cibinə narkotik vasitə heroin qoyulmuş və ona təsir göstərilərək narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat və ifadə alınmışdır. İş materiallarında olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə götürülmüş narkotik vasitə heroinlə Şahid4 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni tərkibli olsa da, Şahid3 üzərindən götürülmüş heroinlə eyni tərkibli olmamışdır. Buradan aydın görünür ki, Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı Şahid4 və Şahid3 təsir altında qalaraq Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə satması, Şahid3 isə Təqsirləndirilən şəxs narkotik vasitə alması barədə etirafedici ifadələr alınmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən də cinayət işi üzrə birinci instansiya məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan hökmünün qanunsuz hesab edilməsi və hökmün apellyasiya qaydasında bəraətverici əsaslarla ləğv edilməsi üçün zəmin yaranmışdır. Müdafiəçi X5 da apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(099)-434/2023 saylı ittiham hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsində həm təqsirləndirilən Təqsirləndirilən şəxs həm də şahid qismində dindirilmiş Şahid3 ifadələrində ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini məhz polis əməkdaşlarının təzyiqi altında verdiklərini bildirmiş, məhkəmə kollegiyası isə məhkəmə istintaqı zamanı verilmiş ifadələri deyil, ibtidai istintaq zamanı verilmiş ifadələri sübut növü kimi qəbul etmişdir. Halbuki məhkəmə ekspertizaya təqdim edilmiş narkotik vasitələrin məhkuma aid olub olmamasını belə araşdırmamışdır. Bundan başqa, narkotik vasitələrin məhz polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunması, buna görə də onların tərkiblərinin ayrı-ayrı olmalarını araşdırmamış və belə olan halda da əsassız nəticəyə gəlməklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya instansiyasında məhkəmə baxışında apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, şikayətlərin dəlillərinə uyğun çıxış etdi və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmünün ləğv etməklə, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətlərini müdafiə edib müdafiəçisi Müdafiəçi2 cıxışı ilə razı olduğunu bildirdi və apellyasiya şikayətlərinin təmin edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, şahidlər Şahid4 və Şahid3 məhkəməyədək icraat zamanı etirafedici ifadələri, Şahid2 və Şahid1 məhkəmə baxışı iclasında verdikləri ifadələri, 11 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş, Şirvan Şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı, ekspert rəyləri, maddi sübutlar, eləcə də iş materiallarına olan, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan 11 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və vidoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirilərkən, o, şalvarın sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə təqdim edir. Həmin kütləni Ruslan adlı şəxsdən aldığını bildirir. Sonra isə narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq götürülür. Bundan əlavə müdafiəçisinin suallarına cavab olaraq bildirir ki, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir təsir göstərilməmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şirvan Şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin: - 12 yanvar 2023-cü il tarixli, 18/35 nömrəli rəyindən görünür ki Şahid3 üzərindən götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 12 yanvar 2023-cü il tarixli, 18/36 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,668 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - xx.xx.2023-cü il tarixli, 18/37 saylı rəyindən görünür ki, Şahid4 üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,589 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - xx.xx.2023-cü il tarixli, 18/918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə götürülmüş narkotik vasitə heroinlə Şahid4 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Həmin heroinlər Şahid3 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroindən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir, eyni tərkibli deyildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli, 1778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 11 mart 2023-cü il tarixli, 691 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22ci maddələrini təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadədəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərində Şirvan şəhər sakini Şahid4 avtomobilini təmir etdirmək üçün sexə gəlmişdir. Ruslanın da narkotik vasitə heroin istifadəçisi olduğunu bildiyindən söhbət əsnasında Ruslan özündə bir qədər heroin olduğunu və lazım olsa, sata biləcəyini demişdir. 11 yanvar 2022-ci il tarixdə saat 13 radələrində tanışı və əvvəllər birlikdə narkotik vasitə heroin istifadə etdiyi Mirdamid ona zəng edərək narkotik vasitə heroin istifadə etmək istədiyini, lakin tapa bilmədiyini demişdir. O, Mirdamidə tanış adam olduğunu, onunla maraqlanıb xəbər edəcəyini demişdir. Bundan sonra o, Ruslana zəng etmiş və narkotik olub-olmadığını soruşmuşdur. Ruslan narkotik vasitə heroin olduğunu bildirmiş və 90 manata sata biləcəyini demişdir. Sonra Mirdamidə zəng edib narkotik tapdığını və pulu varsa, gəlməsini demişdir. Mirdamid idarə etdiyi “Mersedes Benz” markalı avtomobillə yaşadığı evin küçəsinə gəlmiş və birlikdə Ruslanın yaşadığı ünvana getmişlər. Mirdamid ona 60 manat pul vermiş, o, həmin pulun üstünə 30 manat əlavə etmiş və avtomobildən düşüb onu qapıda gözləyən Ruslanın yanına getmişdir. Ruslan özündə olan 1 büküm narkotik vasitəni ona vermişdir. Həmin narkotikin çəkisinin nə qədər olduğunu bilməmişdir. Ruslana 90 manat pul vermişdir. Sonra Ruslanın ona verdiyi narkotiki cibinə qoyub, gəlib avtomobilə əyləşmişdir. Mirdamid həmin bükümdə olan narkotik vasitəni avtomobildə 2 yerə ayırmışdır. Bir hissəsini özündə saxlamış, qalan hissəsini isə ona vermişdir. Bundan sonra yaşadığı ünvana gəlmişlər. O, öz evinə, Mirdamid isə öz evinə getmişdir. 11 yanvar 2023-cü il tarixdə saat 16 radələrində o, narkotiki istifadə etmək məqsədilə evdən çıxıb küçələrində piyada hərəkətdə olan zaman, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparmaq istədiklərini bildirmişdirlər. Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və ona həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Salman Fərəcov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. O, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və Şirvan şəhər sakini Ruslan adlı şəxsdən əldə etdiyini səmimi olaraq etiraf etmişdir. Aşkar olunan bükümdəki maddə bir ədəd zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib edilmışdır. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadədəsindən görünür ki, o, narkotik vasitə heroindən istifadə edir. Mərhum qardaşı X7 narkotik vasitələrin alüdəçisi olmuş və 2021-ci ilin dekabr ayında vəfat etmişdir. 03 yanvar 2023-cü il tarixdə həyətdə olan əl damında təmizlik işləri apararkən damın tavanında sellofan büküm tapmışdır. Həmin bükümü açarkən içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin bükümü tapdığı yerə qoymuş və özü istifadə etmək üçün saxlamışdır. 09 yanvar 2023-cü il tarixda Şirvan şəhər sakini, narkotik vasitənin istifadəçisi kimi tanıdığı Təqsirləndirilən şəxsla görüşmüş və məsələni ona danışaraq hazırda onda narkotik vasitə heroin olduğunu, etibarlı adam olsa, satmaq istədiyini bildirmişdir. 11 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs zəng vuraraq onda olan heroindən bir qədərini istəyərək 90 manat pulunun olduğunu bildirmişdir. O, Şahinlə razılaşaraq küçələrinə gəlməsini demişdir. Gizlətdiyi heroindən təxmin edərək yarısını bölüb Şahinə vermişdir. Şahin bunun müqabilində ona 90 manat pul vermiş və çıxıb getmişdir. Həmin heroinin yarısını isə özü istifadə etmək üçün əynində olan şalvarının sol yan cibinə qoymuşdur. Həmçinin Şahid3 da məhkəməyədək icraat zamanı verdiyi ifadədəsində bildirmişdir ki, narkotik vasitə heroindən istifadə edir. Avtomobil təmiri ustası, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs iki ildən artıq müddətdir ki, tanıyır. Şahinin də narkotik istifadəçisi olduğunu bilmişdir. Şahinlə birlikdə 2-3 dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. 11 yanvar 2022-ci il tarixdə Şahinə zəng edərək narkotik istifadə əldə etmək istədiyini, lakin tapa bilmədiyini demişdir. Şahin ona narahat olmamasını, ona narkotik tapacağını demişdir. Təxminən saat 13 radələrində Şahin ona zəng edərək yaşadığı evin yerləşdiyi küçəyə çağırmışdır. O, idarə etdiyi «Mersedes Benz» markalı avtomobil ilə Şahin yaşadığı ünvana gedərək görüşmüşdür. Şahin cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin çıxarıb ona vermiş, əvəzində isə 60 manat pul istəmişdir. O, həmin narkotikə görə Şahinə 60 manat pul vermiş və narkotiki cibinə qoyub getmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçilərinin apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs heç vaxt Şahid3 narkotk vasitə satmaması, sonuncunun polis şöbəsində təzyiqlərə məruz qalıb Təqsirləndirilən şəxs üzünə durması, həmin narkotik vasitənin təqsirləndirilən şəxsə aidiyyatının olmaması, Təqsirləndirilən şəxs ona edilmiş təzyiqlər nəticəsində məcbur olub verilmiş ittihamı qəbul etməsi barədə dəlilləri, Şahid4, Şahid3 və Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdikləri ifadədələri ilə yanaşı birinci instansiya məhkəməsində tədqiq olunmaqla araşdırılmış sübutlarla tam təkzib olunur. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 1(099)-432/2023 nömrəli hökmünün surətindən görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, 2023-cü ilin yanvar ayının əvvəllərində Şahid4 söhbət əsnasında onda bir qədər heroin olduğunu və lazım olsa, sata biləcəyini Təqsirləndirilən şəxs demiş və bundan sonra Şahid3 sifarişinə əsasən Təqsirləndirilən şəxs Şahid4 4,978 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 90 manat pul müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə narkotik vasitənin müxtəlif tərkibli 2,310 qramını Şahid3 60 manat pul müqabilində qanunsuz olaraq satmaqla bu hərəkətlərini külli miqdarda narkotik vasitə heroni satan Şahid4 mənafeyinə uyğun etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir və o, həmin cinayət əməli onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tututulmuş cəzanın aşağı həddindən də az cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(099)-434/2023 nömrəli hökmü isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və X5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(099)-434/2023 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-66/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-66/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver