Məhkəmə qərarları › İş №1(106)-677/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-677/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-677/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X12, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun vəkili X11, bəraət almış şəxs Təqsirləndirilən şəxs3, onun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 İsrafil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Məhkəməsinin 06 may 2024cü il tarixli 1(099)-243/2024 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Məhkəməsinin 06 may 2024-cü il tarixli 1(099)-243/2024 saylı hökmü ilə (sədrlik edən hakim Müşfiq Məmmədov) xx xxxxxx 2002-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt Şəhər Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 5 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə barəsində Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, xx.xx.2022-ci ildə cəzanın müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 18 mart 2023-cü ildən hesablanmaqla 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs3 təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilmiş, Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 02 mart 2023-cü ildən hesablanmaqla 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti özünə məlum olan “Tahir” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitəni əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd verərək, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdar təşkil edən 9819,5 qram narkotik vasitəni qurudulmuş marixuananı N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxasında Astara rayonunun Ziya Bünyadov küçəsi ərazisində yarımtikilidə gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə etmək məqsədilə qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Şirvan şəhərindən Astara rayonuna getməkdən ötrü cinayətdən xəbərsiz olan tanışı Təqsirləndirilən şəxs3 avtomobilindən istifadə etmək üçün sonuncunu Astara rayonunda yaşayan dostu ilə görüşəcəyinə inandıraraq 130 manat pulun müqabilində onları avtomobili ilə əvvəlcə Lənkəran şəhərinə, sonra isə Astara rayonuna aparması barədə razılığa gəlmişlər. Cinayətdən xəbərsiz olan Təqsirləndirilən şəxs3 01 mart 2023cü ildə saat 22 radələrində özünə məxsus VAZ-2107 markalı AZ **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 və cinaytəkar qrupun üzvü Təqsirləndirilən şəxs2 Şirvan şəhərindən Astara şəhərinə aparmış, 2 mart 2023-cü il tarixdə gecə saat N radələrində onlar Astara şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobili N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində, Ziya Bünyadov küçəsində yerləşən yarımtikilinin ərazisində saxlatdırmış və Təqsirləndirilən şəxs2lə birlikdə avtomobildən düşmüş, cinayətdən xəbərsiz olan sürücü Təqsirləndirilən şəxs3 isə avtomobildə onları gözləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ərazidə iki ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 9819,5 qram qurudulmuş marixuananı 2 mart 2023-cü il tarixdə, saat 0N radələrində N saylı hərbi hissənin 16-x SZ-nın 18-ci sahəsinin arxasında qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Təqsirləndirilən şəxs2 (X2) cinayətkar qrupa məxsus iki ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, təmiz çəkisi 9819,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərmişdir ki, onun barəsində olan Lənkəran Ağır Məhkəməsinin 06 may 2024-cü il tarixli 1(099)- 243/2024 saylı hökmü ilə razılaşmır. Belə ki, məhkəmə onun işini düzgün araşdırmamış, işinə düzgün hüquqi qiymət verməmişdir. Ona görə də onun işinin ədalətli araşdırılmasını xahiş edir. Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli hökmü işin faktiki hallarına uyğun olmadığından və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ləğv edilməli, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs3 təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı hər hansı sübut növü müəyyən edilməmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Məhkəmənin bu qənaətə gəlməsi üçün əsaslar, digər təqsirlədirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri olmuşdur. Hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla bağlı-bu hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmü işin faktiki hallarına uyğun gəlməməklə əsassız olduğuna görə ləğv edilməlidir. Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Tahir adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa Tahir adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 9819,5 qram qurudulmuş marixuananı İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçərək, qeyd edilən külli miqdarda narkotik vasitəni daşıyaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində, Astara rayonunun ərazisində gizlətmiş, bu barədə 1 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, o, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 (X9) və Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “VAZ 2107” markalı, “AZ **-BZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərindən Astara rayonunun ərazisinə gedərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində, Astara rayonunun ərazisindən iki ədəd bağlamanın içərisində olan həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 9819,5 qram qurudulmuş marixuananı 2 mart 2023-cü il tarixdə, saat 0N radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Təqsirləndirilən şəxs2 (X2) cinayətkar qrupa məxsus iki ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, təmiz çəkisi 9819,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lakin ittihamın əsaslandırılması üçün qeyd edilən sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsindən görünür ki,o, narkotik vasitə marixuana əldə etmək üçün İİR vətəndaşı “Tahir” adlı şəxslə danışmış, sonuncu ona narkotik vasitəni Lənkəran rayonuna göndərdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 bu barədə tanşı Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra xalası oğlu Təqsirləndirilən şəxs3 onları pul müqabilində Lənkəran rayonuna aparmağı xahiş etmiş, sonuncu onunla razılaşmış, 01 mart 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sonuncunun idarə etdiyi VAZ 2107 markalı ** BZ *** markalı avtomobillə əvvəl Lənkəran rayonuna gəlmişlər, sonra “Tahir” adlı şəxsin narkotik vasitəni Astara rayonuna qoydurduğunu bildirdiyi üçün Təqsirləndirilən şəxs3 avtomobili Astara şəhərinə sürməsini bildirmiş, birlikdə Astara şəhərinə, Tahir adlı şəxsin göndərdiyi konuma uyğun yerə gəldikdən sonra o və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək narkotik vasitənin gizlədildiyi yerə-tikiliyə gedən zaman saxlanılmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarından və telefona baxış protokolundan görünür ki, yol boyu Arif Baleyev “Tahir” adlı İİR vətəndaşı ilə danışmış, sonuncu onlara narkotik vasitənin gizlədildiyi yerin konumunu göndərmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Əlimməd oğlu qohumdurlar. Təqsirləndirilən şəxslərin xalaoğlu olması ona dəlalət edir ki, onların hər biri hansı məqsədlə yaşadıqları yerdən yüzlərlə kilometr uzaq olan bir yerə getmələrindən məlumatlıdırlar. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 avtomobili ilə gecə saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə əvvəlcə Lənkəran, sonra isə Astara rayonuna getmişdir. Göstərilən faktlara əsaslanaraq demək olar ki, Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslərin narkotik vasitə götürmək üçün göstərilən ərazlərə getmələrindən məlumatı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 3 mart 2023-cü il tarixli, 7/326 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd qara rəngli bağlamalarda ümumilikdə on ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamalarda olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 9819,5 qram təşkil edir. İş materiallarındakı tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törədilməsinə, Təqsirləndirilən şəxs3 isə ehtiyatsızlıqdan cinayət törədilməsinə görə məhkum olunmuşlar. Təqsirləndirilən şəxslərin saxlanılmaması təqdirdə təxminən 10 kq narkotik vasitəni necə aparmaları suallar doğurduğu üçün, belə qənaətə gəlmək olar Təqsirləndirilən şəxs3 əldə olunacaq narkotik vasitə qurudulmuş marixuanadan məlumatı olmuş, sonuncu digər şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə əldə etmək üçün birləşmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yuxarıda qeyd edilən işin faktiki halları nəzərə alınmamış, Təqsirləndirilən şəxs3 törədilən cinayətdə təqsirinin olmaması, şəxsi toxunulmazlıq hüququnun pozulması qənaətinə düzgün gəlməmişdir. Bundan başqa, məhkəmə işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. İstər məhkəmə istintaqı, istərsə də ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatlar yuxarıda qeyd olunan sübutlarla tam təkzib edilmişdir. Yuxarıda sadalananlar məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir edən hal olmaqla məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Həmçinin, hökmün ləğv edilməsinin digər əsası məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Belə ki, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. Cinayət prosessual qanunvericliyin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan İsin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəylərini, protokolları və digər sübutların qəbul edilməməsinin səbəbini göstərmədən yekun qərar qəbul etmiş və gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını araşdırmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermiş və Təqsirləndirilən şəxs3 əsassız olaraq bəraət vermişdir. Halbuki, CPM-in tələblərinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, məhkəmə işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. Göründüyü kimi, istər məhkəmə istintaqı, istərsə də ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatlar yuxarıda qeyd olunan sübutlarla tam təkzib edilmişdir. Yuxarıda sadalananlar məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir edən hal olmaqla məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Sadalananlar bir daha qeyd etməyə əsas verir ki, məhkəmə Təqsirləndirilən şəxs3 cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırda cəmiyyətdə narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində gedən prosesləri nəzərə almamış, nəticə etibarilə Təqsirləndirilən şəxs3 bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli hökmü işin faktiki hallarına uyğun olmadığından və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ləğv edilməli, Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Protest müllifi qeyd edilənlərə əsaslanıb Təqsirləndirilən şəxs3 Əlimməd oğluna Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli hökmü, işin faktiki hallarına uyğun olmadığından və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ləğv edilsin, Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə Lənkəran Ağır Məhkəməsinin 06 may 2024-cü il tarixli 1(099)-243/2024 saylı hökmü, işin faktiki hallarına uyğun olmadığından və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ləğv edilməsini, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni ittham hökmü çıxarılmasını, Təqsirləndirilən şəxs1 əməlinin tövsifinin və ona təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu, ona maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edildiyini göstərərək apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini Lənkəran Ağır Məhkəməsinin 06 may 2024-cü il tarixli 1(099)-243/2024 saylı hökümünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi çıxışında məhkəmə tətəfindən apellyasiya protestinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs3 bəraət verilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum edilmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə bu nəticəyə aşağıda sadalanan sübutlar əsasında gəlmişdir. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, astaralı kimi tanıdığı Tahir adlı şəxslə “WhatsApp”da tanış olmuşdur. Həmin şəxs ona öz istifadəsi üçün marixuana verə biləcəyini, götürmək istəsə Astara şəhərinə gəlməli olduğunu bildirmişdir. Astara şəhərinə getmək və narkotiki götürmək üçün tanışı olan həmyerlisi Təqsirləndirilən şəxs2 təklif etmiş, ona Astaradan 30-35 qram marixuana götürəcəklərini və istifadəsi üçün ona da narkotikdən verəcəyini bildirmiş, Əli də onun bu təklifi ilə razılaşmışdır. 01 mart 2023-cü il tarixdə taksi sürücüsü kimi fəaliyyət göstərən Kamalla danışmış, ona yalandan dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getmək lazım olduğunu bildirmişdir. 01 mart 2023-cü ildə axşam saat 22 radələrində Şirvan şəhərindən Lənkəran şəhərinə yola düşmüşlər. Lənkəran şəhərinə çatmağa az qalmış Kamala dostunun onu Lənkəran şəhərində deyil, Astara şəhərində gözlədiyini bildirmiş, bunun müqabilində ona danışdıqları puldan artıq da pul verəcəyini demişdir. Astara şəhərinə çatdıqda Tahir adlı şəxs ona “WhatsAApp” mobil şəbəkəsində “İstisu” istirahət mərkəzi yazılan lövhənin şəklini göndərmiş və narkotikin həmin lövhənin altında olduğunu bildirmişdir. Martın 2 - si gecə saat 0N radələrində Kamalın idarə etdiyi maşınla həmin əraziyə çatdıqdan sonra Əli ilə özü narkotiki götürmək üçün Astara şəhərində yarımtikilinin yaxınlığında maşından düşmüşlər, Kamal isə maşında onları gözləmişdir. Əli ilə lövhənin yanında narkotiki axtaran zaman hərbiçilər tərəfindən saxlanılmışlar. Saxlanılan zaman qorxduğundan özünə bıçaqla xəsarət yetirmiş, bununla bağlı üç gün xəstəxanada yatıb müalicə almışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Astara rayonuna getməkdə və narkotiki əldə etməkdə məqsədi narkotikdən istifadə etmək olmuşdur. Narkotiki götürmədən hərbiçilər tərəfindən saxlanılmışdır. Taksi sürücüsü Kamal ilə özü danışmış, Kamala 80-100 manat yol pulu verəcəyini bildirmişdir. Saxlanılarkən hərbiçilər tərəfindən döyülmüşdür. Taksi sürücüsü Kamalın onların narkotik dalınca Astara şəhərinə getmələrindən məlumatı olmamışdır. Narkotik haqqında yalnız Əli və özü bilirdi. Maşında Tahirlə narkotik haqqında danışmamışdır. Kamalın necə saxlanıldığını görməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində “WhatsApp”da tanış olduğu şəxsin astaralı deyil, Tahir adlı iranlının ona narkotik göndərəcəyi barədə aralarında danışıqlarının olduğunu, bu barədə tanışı Kamala heç nə demədiyini, Astara şəhərində Əli ilə maşından düşüb narkotiki axtararkən anidən kiminsə qışqırıb üzərinə tullanıb onu saxladığını, bu zaman qorxusundan üzərində olan bıçaqla iki dəfə mədəsindən və qaraciyərindən özünə xəsarət yetirdiyini, bundan sonra Lənkəran Rayon xəstəxanasına aparıldığını, orada əməliyyat olunduğunu, Tahirin narkotiki hansı yolla keçirdiyini bilmədiyini, Kamal onlarla yalnız taksi sürücüsü kimi getdiyini, maşında olarkən Tahirlə narkotik haqqında danışmadığını, törədilmiş cinayətdən Kamalın məlumatının olmadığını göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 mart 2023-cü il tarixdə tanışı Arif Astara şəhərində tanıdığı şəxsin ona 20-25 qram marixuana verəcəyini bildirmiş və birlikdə istifadə etmək üçün həmin narkotiki Lənkəran rayonuna gedib oradan götürməyi təklif etmişdir. Ariflə razılaşmış və həmin günü axşam saat 22 radələrində Arifin tanışı olan taksi sürücüsü Kamal adlı şəxslə Şirvan şəhərindən Lənkəran rayonuna yola düşmüşlər. Kamalın narkotikdən məlumatı olmamış, Arif ona, Lənkəranda dostu ilə görüşəcəyini bildirmişdir. Lənkərana çatmağa az qalmış Arif tanışı olan taksi sürücüsü Kamala dostunun onu Astara rayonunda gözlədiyindən Astaraya getməli olduqlarını və bunun müqabilində ona danışdıqlarından artıq pul verəcəyini bildirmişdir. 02 mart gecə saat 12-N radələrində Arifin mobil telefonuna göndərilən «konum»da göstərilən yerə, Astara şəhərinə çatmışlar. Kamal maşını kənarda saxlamış, özü və Arif narkotiki götürmək üçün maşından düşmüşlər. Kamal onları maşında gözəmişdir. Arifə deyilən lövhənin yanında narkotiki axtaran zaman hərbiçilər tərəfindən saxlanılmış və hərbi hissəyə aparılmışlar. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, narkotiki götürmək üçün Astaraya getməkdə məqsədi əldə etdikləri narkotikdən istifadə etmək olmuşdur. Taksi sürücüsü Kamal ilə Arif danışmış, Arif Kamala 130 manat verəcəyini bildirmişdir. Taksi sürücüsü Kamalın narkotikdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 2 və 3 mart 2023cü il tarixli etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində bir qədər yol getdikdən sonra 2 mart 2023-cü il tarixdə, gecə saat N radələrində Arifin mobil telefonuna göndərilən «konum»a çatmışlar. Bu vaxt Arif sürücü Kamala avtomobili əks istiqamətdə döndərib saxlayaraq onları gözləməsini demiş və Ariflə birlikdə avtomobildən düşmüşlər. Arif ona içərisində narkotik olan bağlamaların lövhənin yanında olduğunu deyərək həmin bağlamaları axtarmasını bildirmiş və bundan sonra Ariflə birgə, bir-birilərindən bir neçə metr aralıda olmaqla bağlamaları axtarmışlar. O, iki ədəd qara rəngli bağlamanı görüb həmin bağlamaları lövhənin yanında olan yarımtikilidən götürmüş və bu zaman iki nəfər şəxs tərəfindən “Dayan!” komandası verildiyini eşidib çağırışa tabe olmaqla yerində dayanmış, qeyd olunan şəxslər tərəfindən saxlanılmış və hərbi hissəyə aparılmışdır. Halşahidlərinin iştirakı ilə baxış keçirilmiş, bağlamada marixuanaya bənzər maddə aşkar edilmişdir. Hər şeyi səmimi olaraq etiraf etməklə Ariflə birlikdə içərisində narkotik olan bağlamaları əldə etmək üçün saxlanıldığı əraziyə getdiyini və iki ədəd bağlamanı əldə etdikdən sonra saxlanıldığını demişdir. Arifin həmin bağlamaları nə edəcəyini bilməmiş, bununla bağlı nə Arif, nə də başqa bir şəxs ona nəsə deməmişdir. Yolda olduqları zaman Arif mobil telefonla narkotiklə bağlı nəsə danışmamış, yalnız mobil telefonda danışdığı şəxsə “gözlə, çatıram, gəlirəm, yolumuza az qalıb” kimi sözlər demişdir. Buna görə də, Kamalın Arifin narkotiklə bağlı hansısa danışığını eşitmədiyini düşünür. Saxlanılan zaman, həmçinin saxlanıldıqdan sonra DSX-nin hərbi qulluqçuları ona qarşı nə fiziki, nə də psixi təsir göstərməmişlər. Kamal onlarla yalnız taksi sürücüsü kimi getmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olnumuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğuldur. 01 mart 2023-cü il tarixdə axşam saatlarında Şirvan şəhərindəki “Azad” marketin qarşısındakı avtobus dayanacağının yanında müştəri gözləyərkən Təqsirləndirilən şəxs1 bir nəfər tanımadığı şəxslə ona yaxınlaşmış və dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getməli olduqlarını bildirmişdir. Ariflə 130 manata razılaşmışdır. Lənkərana çatanda Arif ona Astaraya getməli olduğunu bildirdiyindən maşını Astara şəhərinə Arifin dediyi yerə sürmüşdür. 2 mart 2023-cü ildə gecə saat N radələrində Astara şəhərinə çatmış və Arifin dediyi yerdə maşını saxlamış, Ariflə Əli maşından düşmüş, özü isə maşında gözləmişdir. Maşında gözləyərkən «UAZ» markalı hərbi maşın onun maşınının yanında saxlamış və Şirvandan gəldiyini soruşmuş, cavabında Şirvandan gəldiyini bildirmişdir. Bundan sonra hərbiçilər tərəfindən hərbi hissəyə aparılmışdır. Orada bilmişdir ki, Arif və Əli Astara şəhərinə narkotik götürmək üçün gəlmişlər. Həmin narkotikin kimin tərəfindən göndərildiyini bilmir. Yalnız saxlanıldıqdan sonra bilmişdir ki, bağlamada narkotik vardır. Arifin özünə bıçaqla xəsarət yetirməsini saxlanıldıqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, Ariflə Əli maşından düşüb getdikdən təxminən yarım saat sonra hərbiçilər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 xalası oğludur. Şirvandan çıxanda Arif onun maşınına 30 manatlıq benzin vurmuş, 100 manatı Şirvana çatanda verəcəyini bildirmişdir. Ariflə Əli tutulanda onları görməmiş, səslərini eşitməmişdir. Əli ilə Arifin narkotik üçün getməsindən məlumatı olmamışdır, bu barədə məlumatı olsa idi onlarla getməzdi. Maşınından narkotik aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-bioloji ekspertizasının 3 mart 2023-cü il tarixli, 7/326 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd qara rəngli bağlamalarda ümumilikdə on ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamalarda olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 9819,5 qram təşkil edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 3 iyul 2023-cü il tarixli, 4111 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin, kannabinoidlərin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 may 2023-cü il tarixli, 2915 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 (X4) opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 1483 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan 2 mart 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokol»dan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa istiqaməti Astara rayonu, Ziya Bünyadov küçəsi ərazisində yerləşən yarımtikilidir. Həmin vaxt saxlanılmış şəxs Təqsirləndirilən şəxs2 (X9) qeyd olunan yerdən iki ədəd qara rəngli bağlamaları 2 mart 2023-cü il tarixdə götürüb ərazidən uzaqlaşan zaman saxlanıldığını bildirmişdir. İşdə olan 2 mart 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (X5) əldə etdiyi iki ədəd qara rəngli bağlamalara baxış keçirilən zaman içərisindən 10 ədəd bükümdə ümumi çəkisi 10160 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. İşdə olan 3 mart 2023-cü il tarixli qərarla 9819 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan 18 mart 2023-cü il tarixli mobil telefona «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Xiaomi Redmi» markalı tünd boz rəngli mobil telefonda “Bakcell” operatoruna məxsus “***-***-**-**” saylı mobil nömrə vardır, mobil telefonun açılış şifrəsi “2299” dur, qeyd olunan mobil telefonda mövcud olan “WhatsApp” proqramı “***-***-**-**” saylı nömrə üzərinədir. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə 27 fevral 2023-01 mart 2023-cü il tarixlərdə şəxsiyyəti istintaqa Tahir adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə audio və video zənglərin olması aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “WhatsApp” proqramındakı mobil nömrə ilə şəxsiyyət istintaqa məlum olmayan, adı mobil telefonda “Aa” kimi qeyd edilmiş şəxsin isifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında 25 fevral 2023- cü il tarixdə bir neçə dəfə cavabsız audio zənglərin olması, şəxsiyyəti istintaqa məlum olmayan, adı mobil telefonda “?” kimi qeyd edilmiş şəxsin isifadəsində olan “+98- 990-515- 53-23” saylı mobil nömrə arasında 11 fevral 2023-cü il tarixdə bir halda qəbul edilən audio zəngin olması, 10 fevral 2023-cü il tarixdə bir neçə halda qəbul edilən audio zənglərin olması aşkar edilmişdir. İşdə olan 18 mart 2023-cü il tarixli mobil telefona «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (X7) məxsus «Sumsung Galaxy A3» markalı qara rəngli mobil telefonda "xxxx" operatoruna məxsus “***-***-**-**” saylı mobil nömrə vardır, mobil telefonun açılış şifrəsi “1-4-5-8” rəqəmləri üzərindən yuxarıdan aşağı doğru sürüşdürmədir. Qeyd olunan mobil telefonda mövcud olan “WhatsApp” proqramı “***-***-**-**” saylı mobil nömrə üzərinədir. Həmin “WhatsApp” proqramında olan mobil nömrə ilə 27 fevral 2023-01 mart 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə daxil olan və gedən audio zənglərin olması aşkar edilmişdir. İşdə olan 6 may 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (X5) istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan “055- 393- 09-08” saylı mobil nömrə arasında 26 fevral 2023-cü il tarixdə 3 halda “29, 49 və 27” saniyəlik, 27 fevral 2023-cü il tarixdə 6 halda “116, 8, 64, 20, 20 və 30” saniyəlik, 28 fevral 2023-cü il tarixdə 3 halda “28, 22 və 36” saniyəlik, 01 mart 2023-cü il tarixdə isə 1 halda “45” saniyəlik danışıqların olması aşkar edilmişdir. İşdə olan 2 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd «Xiaomi Redmi» markalı tünd boz rəngli mobil telefon və Təqsirləndirilən şəxs2 (Səbuhi Məmmədovun) üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Sumsung Galaxy A3” markalı qara rəngli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının arxa istiqamətində saxlanılmış narkotik vasitə əraziyə İİR vətəndaşı Əvəz adlı şəxs tərəfindən keçirilmiş, həmin şəxsin istifadəsində “+98-914- 951-54-46” saylı mobil nömrə olmuş, qeyd olunan şəxsin şəxsiyyətinin öyrənilməsi, Azərbaycan Respublikasında narkotik vasitələri sifariş vermiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İşdə olan Respublika Narkoloji Mərkəzin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X9) və Təqsirləndirilən şəxs3 Respublika Narkoloji Mərkəzində müalicə olmasalar da, Təqsirləndirilən şəxs1 xx.xx.2019cu il tarixdən, Təqsirləndirilən şəxs2 (X9) isə xx.xx.2020-ci il tarixdən ərazi üzrə narkoloji qeydiyyatdadırlar. İşdə olan 27 mart 2023-cü il tarixli Astara rayon prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində olan bıçaqla özünə xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparılmış və toplanmış materiallar üzrə CPM-nin 39.1.1- ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Şirvan Şəhər Qeydiyyat şöbəsinin məktubundan görünür ki, ərizəçinin şəxsi istəyi ilə Təqsirləndirilən şəxs2 ad və soyadı «Səbuhi Məmmədov»dan «Təqsirləndirilən şəxs2»ə dəyişdirilmiş və sonuncuya 13 may 2019-cu il tarixdə yeni doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 CMnin 263.2-ci maddəsilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəmə müraciət edərək təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 (X9) və Təqsirləndirilən şəxs3 qarşı CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən hissəvi xitam verilməsini, barələrində cinayət təqibinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməli Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qabaqcadan əlbir olmaqla törədilmiş cinayətə hər hansı aidiyyətinin olması barədə heç bir etibarlı sübut olmamışdır. İstər Təqsirləndirilən şəxs1, istərsə də Təqsirləndirilən şəxs2 ibtidai araşdırma başlandığı ilk gündən məhkəmə istintaqı başa çatanadək ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 narkotik haqqında heç nə deməmiş, Təqsirləndirilən şəxs1 ona dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getmək lazım olduğunu, bunun müqabilində ona 130 manat pul verəcəyini bildirmiş, Lənkəran şəhərinə çatmağa az qalmış, dostunun Lənkəranda deyil, Astara rayonunda onu gözlədiyini və Astara rayonuna sürməsini Kamala bildirmiş olduğunu, buna görə ona əlavə pul verəcəyini bildirməsini göstərmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri ilə uzlaşmış, onun ifadəsi cinayətə hər hansı aidiyyətinin olmasına dair heç bir şübhə yaratmamışdır. O ifadəsində ona elan olnumuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğuldur. 01 mart 2023cü il tarixdə axşam saatlarında Şirvan şəhərindəki “Azad” marketin qarşısındakı avtobus dayanacağının yanında müştəri gözləyərkən Təqsirləndirilən şəxs1 bir nəfər tanımadığı şəxslə ona yaxınlaşmış və dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getməli olduqlarını bildirmişdir. Ariflə 130 manata razılaşmışdır. Lənkərana çatanda Arif ona Astaraya getməli olduğunu bildirdiyindən maşını Astara şəhərinə Arifin dediyi yerə sürmüşdür. 2 mart 2023cü ildə gecə saat N radələrində Astara şəhərinə çatmış və Arifin dediyi yerdə maşını saxlamış, Ariflə Əli maşından düşmüş, özü isə maşında gözləmişdir. Maşında gözləyərkən «UAZ» markalı hərbi maşın onun maşınının yanında saxlamış və Şirvandan gəldiyini soruşmuş, cavabında Şirvandan gəldiyini bildirmişdir. Bundan sonra hərbiçilər tərəfindən hərbi hissəyə aparılmışdır. Orada bilmişdir ki, Arif və Əli Astara şəhərinə narkotik götürmək üçün gəlmişlər. Həmin narkotikin kimin tərəfindən göndərildiyini bilmir. Yalnız saxlanıldıqdan sonra bilmişdir ki, Ariflə Əlinin götürmək istədikləri bağlamada narkotik vardır. Arifin özünə bıçaqla xəsarət yetirməsini saxlanıldıqdan sonra bilmişdir. İşdə Təqsirləndirilən şəxs3 barəsində olan narkoloji ekspertizanın rəyi də Təqsirləndirilən şəxs3 hazırkı cinayətə aidiyyətinin olmamasına dəlalət edir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan narkoloji ekspertizaların rəylərindən onların hər birinin narkoloji asılılığının olması, narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olması görünsə də Təqsirləndirilən şəxs3 barəsində olan rəydən onun belə bir asılılığının olması görünmür. Belə ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 1483 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu həm də başqa, belə bir nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 X15 aparıb geri qayıtmaq üçün hər hansı bir taksi sürücüsünün gözləyə biləcəyi 130 manat zəhmət haqqından əlavə hər hansı pul və ya naturada veriləcək (narkotikdən asılılığı olsaydı ona narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakı üçün verilməli olan muzdun qalan hissəsinin narkotik vasitə verməklə əvəzlənməsi gumanını yaradan) başqa bir haqq verilməsi barədə gözləntisi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Astaraya başqa bir taksi sürücüsü ilə yox məhz Təqsirləndirilən şəxs3 maşınında getmələri Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 xalası oğlu olmasından, onların 130 manat pulun başqa şəxsə deyil, məhz ona çatması istəyindən irəli gəlməklə yalnız Təqsirləndirilən şəxs3 cinayətə hansısa formada aidiyyətinin olması şübhəsini yarada bilər. Lakin AR CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Protest müəllifi hal hazırda Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələri ittihamın xeyrinə təfsir edilməsini tələb edir. Protestin başqa bir dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs3 yol boyu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında olan söhbətlərdən onların narkotik vasitə götürmək üçün getmiş olmalarını bilməmiş deyil. Protestdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məqsədindən xəbərdar olması həm də ona görə hesab edilmişdir ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 xalası oğludur. Hər iki dəlil Təqsirləndirilən şəxs3 ehtimal əsasında təqsirli bilinməsinə yönəlmişdir ki, sübutetmədə yaranmış şübhələrin təqsirləndirilən şəxsin ziyanına təfsir edilməsinin qeyri mümkünlüyü artıq qeyd edildiyi kimi prosessual qanunun bir neçə normasına dəfələrlə təsbit edilmişdir. CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin. CPM-in 124.1-ci maddəsinə əsasən istər şəxsin təqsirliliyi, istərsə də onun təqsirsizliyi ilə bağlı əhəmiyyətli hallar sübutlarla təsdiq olunmalıdır. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür. CPM-in 139.0 və 139.0.1 -ci maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 125-ci maddəsinə əsasən sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə bir düzgün qənaətə gəlmişdir ki, istintaq orqanı tərəfindən toplanmış sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmadığından və istər ayrıayrılıqda, istərsə də məcmu halında ittihamın təsdiq edilməsində yetərlilik və inandırıcılıq tələblərinə cavab vermədiyindən, bununla da ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in Sübutetmənin anlayışı adlanan 138.1-ci maddəsinə əsasən Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Birinci instansiya məhkəməsi sübutetmə gedişində Azərbaycan Respublikası CPM-in 139-cu maddəsində sadalanan sübut edilməli halların Təqsirləndirilən şəxs3 münasibətdə sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci nstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işdə olan sübutlar Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə kifayət etmir. Belə ki, Təqsirləndirilən şəxs3 münasibətdə "cinayət hadisəsinin baş vermə faktı və halları”, "onun cinayət hadisəsi ilə əlaqəsi”, "cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, "cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi” sübuta yetirilməmişdr. Belə ki, sübutedilməli halların CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxsin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maşını ilə onların cinayəti törətdikləri yerə gətirən taksinin sürücüsü olmaqla onun ciayətə aidiyyətinin olması ehtimalı yaransa da onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 -cü maddəslərində nəzərdə tutulmuş cinayətin subyektiv tərəfi müəyyən edilmir. Yəni sübutetmənin sonrakı addımlarında Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin bütün tərkibinin yaranması sübuta yetirilmir və sübutetmənin yekununda Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi müəyyən edilmir. Başqa sözlə işdəki sübutlar onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə kifayət etmir. Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi adlanan 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi adlanan 33-cü maddəsinə əsaən 33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.4. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sübutları araşdırması və qiymətləndirməsi prosessual qanunvericiliyin göstərilən nörmalarına uyğun olmuş, məhkəmə apardığı istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsiz olması barədə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya protestinin əsassız olmasını və təmin edilməməli olduğunu hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti də əsassızdır. Belə ki, o şikayətində işinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın birinci instansiya məhkəməsi tərəfindən həlli işin hallarına, işdə olan sübutlara, o cümlədən Təqsirləndirilən şəxs1 özünün ifadələrinə uyğun olmuşdur. Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi də işin hallarına, əməlin xarakterinə və ictima təhlükəliliyinə, onun şəxsiyyətinə, ailə vəziyyətinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə əldə etmək istədikləri narkotik vasitələrin növünə və miqdarına uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti də təmin edilməməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, məhkum edilmişvə bəraət almış şəxslərin izahatını, dövlət ittihamçısının apellyasiya protestinin təmin olunması, apellyasiya şikayətinin təmin olunmaması barədə xahişini, Təqsirləndirilən şəxs3 müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə xahişini dinləyərək hesab edir ki, apellyasiya şikayət və apellyasiya protesti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)- 243/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti və şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 İsrafil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Məhkəməsinin 06 may 2024cü il tarixli 1(099)-243/2024 saylı hökmü, həmin hökmdən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar