Məhkəmə qərarları › İş №1(106)-688/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-688/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-688/2022 19.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1 nümayəndəsi X14, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi, Balakən rayon Vəkil Bürosunun vəkili X15, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 306.1-ci maddəsi ilə məhkum edilməsi barədə Salyan Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(057)-28/2022 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə X5 inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(057)-28/2022 nömrəli hökmü (X4) ilə xx xxxxxx 1968-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Saylan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, cavabdeh kimi 100000.00 ABŞ dolları və əlavə olaraq öhdəliyi gecikdirdiyinə görə 10455.00 ABŞ dolları məbləğində faiz, cəmi 110455.00 ABŞ dolları alınaraq Seyed X1 ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(057)-593/2012 saylı, 10 dekabr 2012-ci tarixli, həmçinin ondan 20000.00 ABŞ dolları məbləğində və mənəvi zayana görə 3000.00 manat məbləğində pul tutularaq X2 ödənilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(057)- 3466/2016 saylı, 14 noyabr 2016-cı il tarixli, 17500,00 manat məbləğində pulun alınaraq, iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(057)-61/2019 saylı, 08 yanvar 2019-cu il tarixli və 40000.00 manat pul Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(106)-137/2020 saylı, 29 iyun 2020-ci il tarixli qətnamələrini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələbrini yerinə yetirmədiyinə görə Salyan Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 3(057)-521 /2020 saylı qərarı ilə on gün,həmin məhkəmənin 09 mart 2021-ci il tarixli 3(057)-261/2021 saylı qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə, məhkəmə aktlarının icrasının təmin edilməsi üçün dəfələrlə yeni müddətlər təyin olunmaqla məsuliyyəti barədə xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 04 iyun 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə yuxarıda qeyd edilən məbləğlərdə zərər çəkmiş şəxslərə ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 1 (057)- 28/2022 saylı, 14 iyun 2022-ci il tarixli hökmü cəza hissədə dəyişdirilərək Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın törədilmiş cinayətlərin xarakterinə və onun şəxsiyyətinə uyğun olmaması aşkardır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs Sərdǝr oğlunun cəzanı ağırlaşdırıcı hal olmamasını hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Belə ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cinayət törətmiş şəxsin səmimi peşmançılığı onun könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hərəkətlər etməsini ehtiva edir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını göstərən hərəkətlər etməsi iş materiallarından görünmür. Əksinə Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, bu günə qədər qətnamə ilə ödəməli olduğu pul məbləğindən heç bir ödəniş etməmişdir. Bundan başqa qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi əsasında ödəməli olduğu pulun bu günə kimi ödəməməsi nəticəsində onun üçün ağır nəticələrə səbəb olmuş, lakin məhkəmə bu halı cəzanı ağırlaşdıran hal kimi nəzərə almamışdır. Göründüyü kimi məhkəmənin Təqsirləndirilən şəxs təyin etdiyi cəza onun törətdiyi əməlin ağırlığına uyğun olmayan yüngül cəzadır. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs haqqında olan 14 iyun 2022-ci il tarixli hökm ləğv olunmalı və o, törətdiyi əməlin ağırlığına uyğun cəzaya məhkum edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətim təmin edilərək Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək, Salyan Ryaon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Sərdar oğluna cəzanın təyin edilməsi hissəsində ləğv edib, daha ağır cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan, onu dinləmədən Təqsirləndirilən şəxs Sərdar oğluna yüngül cəza təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Sərdar oğluna cəza təyin edərkən onun törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini cinayət törətmiş şəxsin şəxsiyyətini onun başqa şəxslərə də pul borclu olduğunu həmçinin mən Zərərçəkmiş şəxs2 40000 (qırx min) manat, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 17.500 (on yeddi min beş yüz) manat, Seyed Cavad X3 110455 (yüz on min dörd yüz əlli beş) ABŞ dolları qəsdən məhkəmə qərarını icra etməyərək qərəzli şəkildə heç bir zərərçəkən şəxslərə borclu olduğu pulu ödəmədiyi halda ona yüngül cəza təyin etmiş, bununla da məhkəmə CPM-in 8.1-ci və 9.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial psixoloji meyllərdən,kriminogen xüsusiyyətlədən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cianyǝt törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza "talion" prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ǝdalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanaunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməkl, sosial ədalərin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi, Balakən rayon Vəkil Bürosunun vəkili X15 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə razı olduğunu, iş materialları ilə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsinin sübuta yetilməsini, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq birinci instansiya məhkəməsində ittihamı müdafiə etmiş dövlət ittihamçısının Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı təklifini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməklə apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X18 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərini qəbul etməyib göstərmişdir ki, məhkum olunmuş şəxsə birinci instansiyası məhkəməsi tərəfindən ədalətli cəza təyin edilmişdir. Odur ki, apellyasiya şikayətlərinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərininin təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin və apellyasiya məhkəmə baxışında ittiham və müdafiə tərəfinin çıxışlarının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsivinə və daha sonra isə apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin, məhkum olunmuş şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tədqiq edilmiş ifadələri, şahid qismində dindirilmiş Salyan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 və icra məmuru X9 ifadələri, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada edilmiş xəbərdarlıqlar, Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(057)-61/2019 saylı, 08 yanvar 2019-cu il tarixli, Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(057)-593/2012 saylı, 10 dekabr 2012-ci tarixli, Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(057)-3466/2016 saylı, 14 noyabr 2016-cı il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(106)- 137/2020 saylı, 29 iyun 2020-ci il tarixli qətnamələri və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 14 iyun 2022-cı il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Salyan Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini CMin 306.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması, həmçinin həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Təqsirləndirilən şəxs əməlində CM-in 306.1-ci maddəsinin tərkib əlamətləri vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxan birinci instansiya məhkəməsi də haqlı olaraq onu həmin maddə ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs və ya onun birinci instansiya məhkəməsində hüquqlarını müdafiə etmiş müdafiəçi təyin edilmiş həmin cəzanı mübahisələndirməmişlər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin dəlillərinin müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmişdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Salyan Rayon Məhkəməsinin (056)-08/2022 №-li 14 iyun 2022 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 1(057)-28/2022 №-li 14 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Məhəmməd Bağırov Hakimlər İsmayıl Əhmədov Kamil Bəşirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar