Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-689/2022 16.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi) Bağırov Məhəmməd Ənvər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X13, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(056)-55/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxaraq , MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(056)-55/2022 saylı hökmü ilə (hakim Nürəddin Bağırov), xx xxxxx 1968-ci ildə Sabirabad rayonu Yaxadəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Yaxa-dəllək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilnərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhklum edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 16 dekabr 2020-ci il tarixdə Sabirabad rayonu Yaxadəllək kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş **********89 saylı reyestr nömrəsi ilə xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 15 il müddətinə X3 icarəsinə verilmiş, kənd təsərrüfatı təyinatlı 19 ha örüş otlaq sahəsini, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özününkü kimi təqdim edərək, həmin tarixdə kənd sakini X7 idarə etdiyi K701 markalı 52-K-136 dövlət qeydiyyat nişanlı traktoru cəlb etməklə şəxsi məqsədləri üçün şumlatdırıb, həmin torpaq sahəsində əkin işləri aparıb becərməklə özbaşına tutmuşdur. Belə ki, o, 2020-ci ilin may ayında kənd sakinlərinin ilə birlikdə Respublikanın müvafiq icra hakimiyyəti orqanlarına kəndin inzibati ərazisinə düşən örüş torpaq sahələrində və bələdiyyənin ehtiyyat fondu torpaqlarından kənd sakinləri istifadə edə bilməsi üçün müraciət etmişdir. Müraciətlə əlaqədar Şirvan Regional Ədliyyə İdarəsinin əməkdaşlarının kəndə gəlib aparıldığı araşdırmanın nəticəsi olaraq Minbaşı bələdiyyəsinin balansında olan torpaq sahələrinin çox hissəsinin qanunsuz olaraq başqa şəxslərə icarəyə verilmiş olması müəyyən edilmişdir. İdarənin əməkdaşları şifahı qaydada onlara icarə müqavilələrinin əksəriyyətinin qanunsuz olması və örüş torpaq sahələrinin əkin üçün icarəyə verilməsi bildirilmiş və bu barədə iştirakçılar tərəfindən akt tərtib olunmuşdur. 2020-ci ilin oktyabr ayında həmin müraciətlə əlaqədar olaraq rayon icra hakmiyyətinin başçısı tərəfindən kənd sakinləri qəbul olunaraq işlərin həll olunması köməkçisi İlham Əmənova tapşırılmış, sonuncu isə ona Yaxadəllək kəndində yerləşən Lütfəli Eyyubova məxsus 19 ha deyilən sahədə pambıq yığıldıqdan sonra həmin sahədən kənd sakinləri istifadə edəcəyini bildirmişdir. Həmin ərazidə pambıq yığıldıqdan sonra sahədə şumlama işləri aparılmasını gözləmişdir. 2020-ci ilin oktyabr və noyabr aylarında bildiyi həmin sahədə pambıq yığımı başa çatmışdır. xx.xx.2020-ci il tarixdə İlham Əmənov ona telefon zəngi edərək Minbaşı bələdiyyəsinə yaxınlaşmağı və orada istifadə etmək üçün torpaq sahəsinin ayrılacağını bildirdikdə evə gedib paltarlarını dəyişmiş, həmin vaxt Minbaşı bələdiyyəsində baş mühasib işləyən Rəhim ona telefonla zəng edib qonşuluqda yaşayan qaynatasının evində olduğunu və söhbət etmək üçün həmin ünvana gələmsini xahiş etdikdə sonuncu ilə razılaşmışdır. Rəhimin deməsinə görə Lütvəli Eyyubovun istifadə etmiş olduğu 19 ha torpaq sahəsindən Lütvəlinin icazəsi ilə istifadə edə biləcəklərini bilmişdir. 16 dekabr 2020-ci il tarixdə halhazırda rəhmətə gedən X8 ilə birlikdə həmin 19 ha deyilən torpaq sahəsinə gəlmiş, sahədə pambıq bitkisi olduğunu görsə də, bitkilərin üzərində hazır məhsul olmamışdır. Sahənin bir hissəsində kənd sakinlərinin iri və xırda buynuzlu heyvanları otlamışdır. X9 zəng edib 19 ha torpaq sahəsinin ona istifadə edilməsi üçün icarəyə verildiyi bildirmiş və Məhərrəmdən həmin sahəni öz traktoru ilə şumlasını xahiş etmişdir. Məhərrəm də özünə məxsus “K-701” markalı traktoru ilə həmin sahəni tamamilə şumlamış və qarşılığında Məhərrəmə 650 manat pul vermişdir. 19 ha torpaq sahəsinin sahibi Lütvəli Eyyubov və sonuncunun oğlu Rüstəm Eyyubov onun barəsində şikayət edərək həmin sahəni özbaşına zəbt etdiklərini bildirmişlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı yuxarıda göstərilmiş qaydada həll etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 tərəfindən apellyasiya şikayəti verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ədalətsizdir. Belə ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs ifadəsi düzgün yazılmamış, təhrif edilmiş və onun əlehinə yazılmışdır. Marif Əsədov özünü qeyd edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilmir. Belə ki, İcra Hakimiyyəti və Minbaşı Bələdiyyəsi tərəfindənb 19 ha torpaq sahəsini şumlamağa icazə verilərkən Təqsirləndirilən şəxs sahəyə baxış keçirmiş orada heç bir pambıq məhsulu olmamışdır. O həmin sahəni rəhbər işçilər İlham Əmənovun və Rəhim Abdullayevin icazəsi və göstərişi ilə şumlamışdır. O tək olmamış, 6 nəfər kənd sakini də eyni qaydada torpağı şumlamışlar. O müxtəlif dövlət orqanlarına şikayət ərizələri ilə müraciət etdikdən sonra Rayon İcra hakimiyyətində və Minbaşı bələdiyyəsində ona şifahi olaraq 19 ha torpaq sahəsindən istifadə edə biləcəyi bildirilmişdir. Müdafiəçi qeyd edilənlərə istinad edərək məhkəmə kollegiyasından Sabirabad Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini. Təqsirləndirilən şəxs verilən ittiham əsasında bəraət hökmü çıxarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı çıxışında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə iş materiallarını şikayətin dəlilləri üzrə prosessual qanunun yuxarıda sadalanan normalarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 göstərdi ki, Sabirabad rayonu Yaxa-Dəllək kəndinin çöl sahəsində Bələdiyyə fonduna məxsus xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi imzalanmış 43,5 ha torpaq sahəsini oğlu Rüstəmə istifadə etməsi üçün həvalə etsə də, torpaq sahəsi özünə məxsusdur. Müqavilə imzalandığı müddətdən etibarən həmin ərazilər onun səlahiyyətində olmaqla vaxtıvaxtında müqavilənin şərtlərinə riayət olunmuşdur. Həmin ərazi 2 hissəyə bölünmüş, birinci hissə 24,5 ha, ikinci hissə isə 19 ha ərazini əhatə edir. Hər iki hissələr Yaxa-Dəllək kəndinin çöl sahəsində yerləşir. Müqavilənin şərtlərinə əsasən oğlu Rüstəm 2020-ci ilin yaz aylarında 19 ha olan əraziyə pambıq əkilmişdir. Əkinə lazımı səviyyədə qulluq işləri apardıqdan sonra yığım vaxtı həmin sahədən 1-ci yığımda 20 ton pambıq toplanmışdır. xx.xx.2020-ci il tarixdə kombayn növbəti pambıq yığımı üçün sahəyə getmişdir. Sahədə pambıq əkininin üzərində məhsul olmuşdur, lakin havalar yağışlı keçdiyi üçün kombayn əraziyə keçə bilmədiyindən kombayını ərazidə saxlayıb 2 gündən sonra sahə quruduqdan sonra yığım üçün qayıdacağını planlaşdırmışdır. xx.xx.2020-ci il tarixdə o və oğlu sahəyə gedib baxan zaman 19 ha ərazinin hamısını pambıq əkinini şumlatdırılıb ona ziyan vurulmasını görmüşdür. Bununla bağlı Bələdiyyə sədri Urfulla Qocayevlə görüşmüşdür. Sədr həmin əraziləri Beşdəli kənd sakini X11, Yaxa-Dəllək kənd sakinləri Təqsirləndirilən şəxs Əfrasiyyab oğlu və X14 ərazini traktorla heç bir səbəb olmadan şumlatdıraraq külli miqdarda ziyan vurub ərazini zəbt etdiklərini demişlər. Rüstəm “DAİM”-a müraciət etmiş, xx.xx.2020-ci il tarixdə əməkdaşlar gəlib əraziyə baxış keçirib akt tərtib etmiş, ona həqiqətdə Beşdəli kənd sakini X11, Yaxa-Dəllək sakinləri Təqsirləndirilən şəxs Əfrasiyyab oğlu və X7 ona 6,6 min manat ziyan vurulması müəyyən edilərək bununla bağlı müvafiq sənədləşmə aparmışdır. Rüstəm Eyyubov ərazinin qanunsuz zəbt edilməsi ilə bağlı polis orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Rüstəmin atası Lütvəli Eyyubov xx.xx.2007-ci il tarixdə Yaxa-Dəllək kəndinin çöl sahəsində yerləşən Bələdiyyə fonduna məxsus 43,5 ha torpaq sahəsini əkin əkmək üçün 99 illik icarəyə götürmüşdür. Həmin vaxt bələdiyyə sədri Nofəl Yasinov olmuşdur. Lütvəli icarə müqaviləsinin şərtlərinə tam şəkildə əməl etdiyi üçün müqavilə qüvvədə olmuşdur. Halhazırda həmin ərazilər Lütvəlinin icarəsindədir. 2020-ci ilin yaz aylarında Lütvəlinin oğlu Rüstəm həmin ərazilərin 19 ha adlanan hissəsində pambıq əkini əkmişdir. Pambıq məhsulunun 1-ci yığımını toplamışlar. 2020-ci ilin dekabr ayının 16-da Beşdəli kənd sakini Ramil Cahangirov, Yaxa-Dəllək kənd sakinləri Təqsirləndirilən şəxs Əfrasiyyab oğlu və X14 həmin əraziyə soxulub ərazinin Məhərrəmin “K-701” markalı traktoru ilə pambıq əkini qarışı 19 ha ərazinin hamısını şumlamışlar. Həmin şəxslər kənd ərazisindən əkin üçün torpaq istəmişlər, bununla bağlı icra hakimiyyətinin başçısından xahiş etmişlər. Başçının köməkçisi İlham Əmənov vətəndaşlara köməklik göstərilməsi üçün icarədar İ.Eyyubov əgər razı olarsa icarəsində olan 19 ha torpaq sahəsini kənd sakinlərinə icarəyə veriləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs evinə gedib rəhbərliyin fikrini çatdıraraq Lütvəli Eyyubovdan icarəyə götürdüyü ərazidən subicarə əasında torpağın bir hissəsini həmin şəxslərə verilməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin torpağı sahəsini özəlləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs özbaşına iş görüb torpağı şumlatdıracağı təqdirdə məsuliyyət daşıyacağını bildirmişdir. Kənd sakinlərindən Təqsirləndirilən şəxs həmin torpaq sahəsini özbaşına zəbt etdiyini eşitmişdir. Kənd sakinləri dəfələrlə ona və rayon icra hakimiyyətinə müraciət etmişlər. Təqsirləndirilən şəxs 19 ha torpaq sahəsinin icarədarı Lütvəli Eyyubovla aralarında razılığa gəlsələr həmin sahədən istifadə edə biləcəyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq özbaşına həmin torpaq sahəsini şumlatdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şkayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək şumlanmış torpaq sahəsi 99 il müddətinə X5 icarəyə verilmişdir. Təqsirləndirilən şəxs və vəkili apellyasiya şikayətində Lütvəli Eyyubova məxsus torpaq sahəsini rəhbər işçilər İlham Əmənovun və Rəhim Abdullayevin icazəsi və göstərişi ilə, Rayon İcra hakimiyyətində və Minbaşı bələdiyyəsində ona şifahi olaraq 19 ha torpaq sahəsindən istifadə edə biləcəyinin deyilməsi ilə əsaslandırmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquqların yaranması üçün müvafiq sərəncam, bələdiyyənin qərararı, alqı-satqı müqaviləsi və.s əqdlər mövcud olmalı olduğu halda Təqsirləndirilən şəxs zəbt edərək şumladığı torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyən edici sənədi olmamış, həmin torpaq sahəsi başqa şəxsin, X3 qanuni icarəsində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin təqdim etmiş olduğu çıxarışdan görünür ki, Sabirabad rayonu, Minbaşı bələdiyyəsinin balansında olan və Sabirabad rayonu, Yaxa-Dəllək kəndində yerləşən 19 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, örüş otlaq sahəsi olması və xx.xx.2007-ci il tarixli 3 saylı icarə müqaviləsi ilə X5 icarəyə verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən həmin Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 mart 2015-ci il tarixli Qərarının hüquqi mövqeyinə görə qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin - torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Beləliklə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tərkibinin olması birinci instansiya məhkəməsinin məhkəmə araşdırması zamanı öz təstiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza da işin hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmuşdur. İş materiallarında olan Az. Res. DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Minbaşı kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Sabirabad rayon Minbaşı kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(056)-55/2022 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-cü, maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(056)-55/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(056)-55/2022 saylı hökmü apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Kamil Bəşirov
Məhkəmə qərarları › İş №1(106)-689/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-689/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver