Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-69/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X4 və X7 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X12 üzrə Şöbəsinin prokuroru X16, mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1(055)-44/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1(055)-44/2024 nömrəli hökmü (hakim X32 oğlunun sədrliyi) ilə xx.xx.1961-ci ildə Saatlı şəhərində, doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin terapiya şöbəsinin terapevti vəzifəsində işləyən, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 308.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il, 06 (altı) ay müddətə X3 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətə islah işləri cəzasına, CM-in 313-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2ci maddəsi tətbiq olunmaqla 01 (bir) il, 06 (altı) ay müddətə X3 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 02 (iki) müddətə X3 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilməsi, təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzanın icrasının yaşayış yeri üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun təqsirləndirilən şəxsə qarşı qaldırdığı mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi həll edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 3 aprel 2018-ci il tarixli 27-k nömrəli əmrlə Saatlı rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 23 avqust 2019-cu il tarixli 64 nömrəli qərarı ilə edilmiş struktur dəyişikliklərindən sonra həmin vəzifənin “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini – baş həkim vəzifəsi hesab edilməsi nəzərə alınmaqla) vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 7 sentyabr 2020-ci il tarixli 202 nömrəli əmrə əsasən, 11 oktyabr 2021-ci il tarixədək “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının sədri funksiyasını yerinə yetirən zaman Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Tibb müəssisəsi rəhbərinin (baş direktor, direktor, baş həkim, rəis) müavininin nümunəvi vəzifə Təlimatı”na əsasən, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan sərəncamlar vermək, onların icrasına nəzarəti həyata keçirmək, müalicədiaqnostika bölmələrinə, kabinetlərə və laboratoriyalara rəhbərlik etmək, müalicədiaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək, müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparmaq, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək, tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirmək, həkimlərin və orta tibb heyətinin ixtisaslarının artırılmasını, klinik araşdırılmaları, məsləhətləşmələri və konsiliumları təşkil etmək, profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicəprofilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq etmək, tibbi yardım göstərilməsinin ardıcıllığını təmin etmək, müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib etmək, daxili əmək rejimi, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, həmçinin “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə ediİməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətin müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün), əlilliyin səbəbinin dəyişdirilməsi və digər məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, əmək qabiliyyətinin müvəqqəti və dayanıqlı itirilməsində yaranan mürəkkəb və münaqişəli məsələlərin həll edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X21 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, şəxslərin sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, tibbi və əmək realibitasiyası ilə bağlı məsələlərin həll edilməsini təmin etmək, müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərin düzgünlüyünə nəzarət etmək, əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi iiə əlaqədar təkrar şəhadətləndirilrnəsi üçün müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinət müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi (əlillik dərəcəsini ləğv-etmək, əlillik dərəcəsini azaltmaq və ya artırmaq məqsədilə), əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin istehsalatda aldığı zədə və ya sağlamlığının pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə TSEK-ə göndərişlər vermək, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin verilməsinin əsaslılığına və müddətinə nəzarət etmək, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin müddətini qanunvericiliklə müəyyən olunmuş qaydada artırmaq, ehtiyac olduqda xəstələri əlavə müayinə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərmək və digər səlahiyyətlərin daşıyıcısı olan dövlət tibb müəssisəsinin işçisi kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində Şahid5 məsləhət və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə İmişli rayonu, Xoşçobanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü X8 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə sonuncunun qayınatası Şahid1 2021-ci ilin fevral ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini və qudası Şahid4, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Əzizbəyim Əmirovanın əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X22”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X23 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 3 fevral 2021-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid8, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid7 və Şahid6 vasitəsi ilə daxil olaraq, Şahid4 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İkitərəfli koxlear nevrit. Neyrosensor tip ağır eşitmə İV (dörd) dərəcəli”, “Eşitmənin ototoksik itirilməsi, Neyrosensor tip ağır eşitmə İV (dörd) dərəcəli. Xroniki otitin kəskinləşməsi” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid8, Şahid7 və Şahid6 vasitəsilə daxil edib, Həkim Məsləhət Komissiyasının katibi funksiyası yerinə yetirən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin müdiri Şahid5 “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində işləmək sahəsində mövcud olan bilik və bacarıqlarından əlillik göndərişlərinin təsdiqlənməsi üçün istifadə edərək cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etməkdə ifadə olunan köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqu X15 ********* nömrəli və Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X5 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid5 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Əzizbəyim Əmirovaya 19 fevral 2021-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 19 fevral 2021-ci il tarixdən 13 dekabr 2023-cü il tarixədək olan müddətdə Əzizbəyim Əmirovaya ümumilikdə 4.292,19 manat (dörd min iki yüz doxsan iki manat on doqquz qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASCnin İmişli və Saatlı rayonları ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid5 köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid5 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Şahid5 məsləhət və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə Saatlı rayonu, Qaracalar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Şahid2 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid4, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid2 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X22”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X23 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 18 avqust 2021-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid8, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid7 və Şahid6 vasitəsi ilə daxil olaraq, Şahid4 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya. Xroniki limfoleykoz İV mərhələ”, “Ürək çatmamazlığı, QDÇ İİ dərəcə”, “Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya”, “Ağır formalı bədxassəli qan xəstəlikləri” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid8, Şahid7 və Şahid6 vasitəsilə daxil edib, Həkim Məsləhət Komissiyasının katibi funksiyası yerinə yetirən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Şahid5 “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində işləmək sahəsində mövcud olan bilik və bacarıqlarından əlillik göndərişlərinin təsdiqlənməsi üçün istifadə edərək cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etməkdə ifadə olunan köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqu X15 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X5 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X17 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid5 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid2 8 may 2021-ci il tarixdən 28 avqust 2026-cı il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 8 may 2021-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid2 ümumilikdə 8.835,45 manat (səkkiz min səkkiz yüz otuz beş manat qırx beş qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid5 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid5 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 20 iyun 2022-ci il tarixli PHŞ/6.65-3.1-2022-462 nömrəli əmrlə xəstəxananın Terapiya şöbəsinin həkim-terapevti vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Sahə həkim-terapevtin nümunəvi vəzifə Təlimatı”na əsasən, müxtəlif xəstəlik və vəziyyətlərin diaqnostika və müalicəsini, o cümlədən pasiyentlərin ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində bərpaedici müalicələrini təşkil etmək və aparmaq, kəskin xəstələnmələr, travmalar, zəhərlənmələr və digər təxirəsalınmaz hallarda pasiyentlərə ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində təxirəsalınmaz tibb yardım göstərmək, pasiyentləri məsləhət üçün mütəxəssislərə, o cümlədən tibbi göstərişlər üzrə stasionar və bərpaedici müalicə üçün istiqamətləndirmək, müvafiq qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparmaq və tibbi-sosial ekspertizaya göndəriş üçün sənədləri rəsmiləşdirmək, pasiyentlərin tibbi göstərişlər üzrə sanatoriya-kurort müalicəsinə göndərişlərinin zəruriliyi barədə rəy vermək, ilkin tibbisanitar yardımını həyata keçirən orta tibb personalının fəaliyyətinə rəhbərlik etmək, tibbi sənədləşdirməni müəyyən edilmiş qaydada aparmaq, təhkim edilmiş əhalinin sağlamlıq vəziyyətini və həkim sahəsinin fəaliyyətini təhlil etmək, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında ölüm haqqında tibbi şəhadətnamə vermək və digər səlahiyyətlərin daşıyıcısı olan dövlət tibb müəssisəsinin işçisi kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində hüquqi əsas olmadan yaşa görə əmək pensiyasının ödənilməsini formal baxımdan qanuniləşdirmək məqsədilə, 4 mart 2022-ci il tarixdə vəfat etmiş anası – xx.xx.1934-cü il təvəllüdlü Saatlı rayonu, Əlisoltanlı kənd sakini X6 ölüm faktı barədə aidiyyəti üzrə dövlət orqanlarına məlumat vermədən mərhumun yaşa görə əmək pensiyasını "xxxx" ASC-yə məxsus plastik kart vasitəsilə 2022-ci ilin dekabr ayınadək alaraq öz şəxsi ehtiyaclarına sərf etmiş övladı Şahid3 mərhum valideyninin ölüm tarixinin rəsmi sənədlərdə 2022-ci ilin sonlarına rəsmiləşdirilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin dekabr ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid4, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na uyğun olaraq təqdim edilməsi zəruri sayılan tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.), habelə müraciət edən və vəfat edən şəxsin qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim olunmadığı, bununla da, ölümün səbəbi, vaxtı və yeri müəyyənləşdirilmədiyi halda, guya mərhumun ölümünün təfərrüatları dəqiqləşdirilib rəsmi sənədlərdə olmayan faktlara dair bilə-bilə yalan məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X23 Sistemi”nə (VSİS) daxil edərək Nazirlik tərəfindən elektron qaydada, həmçinin xəstəxananın Konsultativ Poliklinika şöbəsinin möhürü ilə təsdiqlənməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 16 dekabr 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının ikinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X23 Sistemi”nə (VSİS) daxil olaraq, Şahid4 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə olan ölüm haqqında tibbi şəhadətnamənin **********91 saylı elektron blankında mərhumun anket məlumatlarına aid qrafaları doldurduqdan sonra “ölüm tarixi: xx.xx.2022, saat 10:00”, “bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal: sol mədəcik çatmamazlığı”, “ölümün səbəbini yaratmış xəstəlik və ya hal: essensial (birincili) hipertenziya” kimi düzgün olmayan və tibbi sənədlərə əsaslanmayan faktlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X23 Sistemi”ndə (VSİS) yaradılmış “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə olan ölüm haqqında tibbi şəhadətnamənin **********91 saylı elektron blankına daxil edib, məlumatların doğruluğunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsini təmin etdikdən sonra həmin Nazirlik tərəfindən elektron qaydada, həmçinin cinayətdən xəbərsiz “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin müdiri Şahid9 tərəfindən şöbəyə məxsus olmaqla üzərində soldan sağa doğru dairəvi formada birinci sütunda “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ”, ikinci sütunda “SAATLİ RAYON MƏRKƏZİ XƏSTƏXANASİ” PUBLİK HÜQUQİ ŞƏXS”, ortada “KONSULTATİV POLİKLİNİKA ŞÖBƏSİ” sözləri yazılmış möhürlə təsdiq edilməsinə nail olub, bilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********91 saylı ölüm haqqında tibbi şəhadətnamənin vəfat etmiş şəxsin övladı Şahid3 təqdim etməklə, sonuncu vasitəsilə Saatlı rayon qeydiyyat şöbəsinə təqdim olunmaqla həmin şöbənin cinayətdən xəbərsiz səlahiyyətli şəxsləri tərəfindən ölüm haqqında 20 dekabr 2022-ci il tarixli 455 nömrəli akt qeydinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial” altsisteminə ötürülməsinə, nəticədə, X9 yaşa görə əmək pensiyası ödənişinin xx.xx.2022-ci il tarixdən etibarən kəsilməsinə, bununla da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə X9 ödənilmiş ümumilikdə 2.567,58 manat (iki min beş yüz altmış yeddi manat əlli səkkiz qəpik) məbləğində yaşa görə əmək pensiyası vəsaitinin mərhumun övladı Şahid3 tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinin qanuni formaya salınmasına nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əhalinin sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. APELLYASİYA MÜRACİƏTLƏRİNİN DƏLİLLƏRİ Məhkəmənin qeyd olunan hökmündən Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti verərək, hökmün təqsirləndirilən şəxsə daha ağır azadlıqdan məhrum etmə növündə, həmçinin təklif etdiyi qaydada əlavə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 308.1ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə həkim-terapevt fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, CM-in 313-cü maddəsi ilə təqsirli bilinib CM-in 46.2-ci maddəsi tətbiq edilməklə əsasən 1 il 6 ay müddətinə həkim terapevt fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, CM-in 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplamaq yolu ilə üzərində qəti olaraq CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətinə həkim terapevt fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 9 ay azadlıqdan məhrumetmə cəzası saxlanmasını təklif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi qənaətinə gəlməsini hökmdə hansı sənədə əsaslandığını qeyd etməmişdir. Həmçinin onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində götərməmişdir. Ona görə də, məhkəmənin Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici norma Cinayət Məcəlləsinin tələblərinə zidd olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Saatlı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə və hökmə əlavə edilmiş Saatlı rayon İcra və Probasiya şöbəsinin 24 dekabr 2020-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək qəti olaraq 3.000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödədiyi üçün 24 dekabr 2020-ci il tarixdə Saatlı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli ilk olmamış, hətta əvvəllərdə eyni xarakterli cinayət əməli törətdiyi üçün maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cərimə cəzasına məhkum edilməsinə baxmayaraq, həmin cəzadan islah olunmamış, hətta cərimə cəzasının məhkumluğu ödənilmədiyi dövrdə yəni, xx.xx.2021-ci il tarixdə yenidən eyni xarakterli qəsdən cinayət əməlləri törətmişdir. Məhkəmə bu xüsusatları hökmdə göstərsə də, cəza təyini zamanı nəzərə almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui istifadə etməsi cinayət əməli üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yəni dövlətin qanunla qorunan mənafelərinə 15 min 695 manat 22 qəpik ziyan vursa da, həmin ziyandan heç bir məbləğdə ödəniş etməmiş və buna cəhd belə etməmişdir. Məhkəmə cəza təyini zamanı bu halı nəzərə almamışdır. Bundan başqa, məhkəmə hökmündə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini göstərsə də, cəza təyini zamanı bu halı da nəzərə almamışdır. Bundan başqa, məhkəmə cəza təyini zamanı CM-in 46.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs X3 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsini göstərmişdir. Təqsirləndirilən şəxs verilmiş İİİ ittiham üzrə o, Saatlı RMX PHŞ-in Terapiya şöbəsinin həkim-terapevti vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyən zaman, yəni Həkim Məsləhət Komissiyasının üzvü və sədri olmadığı dövrdə cinayət əməli törətmişdir. Məhkəmə həmin ittihamda Təqsirləndirilən şəxs təqsirli hesab edib barəsində ittiham hökmü çıxarsa da, ona əlavə cəza təyini zamanı bu halı nəzərə almamışdır. Əliyev X20 RMX PHŞ-də həm həkim-terapevt işlədiyi dövrdə, həm də həkim-terapevt kimi Həkim Məsləhət Komissiyasının sədri olduğu dövrdə cinayət əməlləri törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs TƏBİB PHŞ-də həkim terapevt işlədiyi dövrdə yəni, Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Sahə həkim-terapevtin nümunəvi vəzifə Təlimatı”na əsasən ona həvalə edilmiş səlahiyyətləri öz niyyətinə uyğun istifadə etməklə cinayət əməli törədir, həmçinin dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurur. Hökmdən, həmçinin mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və 15695.22 manat (on beş min altı yüz doxsan beş manat iyirmi iki qəpik) məbləğində dəymiş zərərin Təqsirləndirilən şəxs tutulub iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ümumilikdə 15695.22 manat maddi zərər vurulmuşdur. İşə birinci instansiya məhkəməsi qismində baxan Saatlı Rayon Məhkəməsinin müvafiq hökmündə mülki iddia ilə bağlı məhkəmə qeyd edilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui- istifadə etməsi və vəzifə saxtakarlığı cinayətləri törətməsi öz təsdiqini tapsa da, aşağıdakı səbəblərə görə hazırkı cinayət işi çərçivəsində zərərçəkmiş şəxs tərəfindən qaldırılmış mülki iddianın təmin və ya rədd olunması haqqında qərar qəbul edilməsi mümkünsüzdür: Belə ki, məhkəmədə müəyyən edilmiş ittihamlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs qeyd edilən cinayətlərin törədilməsinə əsas olan, ona şəxsi münasibətlərindən istifadə edərək xahiş etmiş Şahid4 CM-in 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, eyni zamanda, Təqsirləndirilən şəxs qeyd edilən cinayətlərin törədilməsində köməkçi qismində çıxış edən X11 CM-in 32.5, 308.1, 32.5, 313 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hazırda Saatlı Rayon Məhkəməsinin icraatında baxılır. Aparılan məhkəmə araşdırması zamanı isə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hansı təqsirləndirilən şəxsin əməlinə münasibətdə nə qədər ziyan vurulduğu məlum deyildir. Eyni zamanda, məhkəmə tərəfindən qeyd edilmişdir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qaldırılmış mülki iddianı birmənalı şəkildə qəbul etməmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmadığını bildirmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı mülki iddia ilə bağlı çoxsaylı ziddiyyətli məqamlar mövcud olmuş, məhkəmə prosesində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana münasibətdə Təqsirləndirilən şəxs və digər cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid4 və X11 hansı həcmdə məsuliyyət daşımalarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə məhkəmə hesab etmişdir ki, həmin hallar, eləcə də qarşıya çıxa biləcək digər mülki hüquqi məsələlər həll edilmədən qaldırılmış mülki iddia üzrə obyektiv məhkəmə qərarı qəbul edilməsi mümkün deyildir. Ona görə də, hazırkı cinayət işi üzrə qaldırılmış mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı zərərçəkmiş şəxsə hansı təqsirləndirilən şəxsin əməlinə münasibətdə nə qədər ziyan vurulduğunun məlum olmaması bildirilmişdir. təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq zamanı icraat ayrılmış və ittiham aktında hər birinə münasibətdə vurulmuş maddi ziyanın məbləği konkret olaraq müəyyən edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin mülki iddianı qəbul etməməsi və zərərçəkmişə hər hansı maddi ziyan vurmadığını bildirməsi iş üzrə mülki iddianın baxılmamış saxlanılması üçün əsas hesab edilə bilməz. Həmçinin zərərçəkmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vurulmuş maddi ziyan birbaşa Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində vurulmuşdur. Eyni zamanda “Məhkəmə hökmü haqqında haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Müvafiq Qərara əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Göründüyü kimi, mülki iddianın baxılmamış saxlanılması üçün yuxarıda qeyd olunan əlamətlərin heç biri hazırkı iş üzrə mövcud deyildir. Belə ki, mülki iddia tələbi ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlıdır, mülki iddianın məbləği ittihamda göstərilən maddi ziyanla eynilik təşkil edir və mülki iddianın dəqiqləşdirilməsi üçün hər hansı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Qanunvericiliyin mülki iddianın baxılması sahəsində müddəlarını və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bu sahədə olan qərarını əsas götürərək qeyd edilir ki, məhkəmənin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş mülki iddianı baxılmamış saxlamaqdakı mövqeyi qanunsuz və əsassız olmaqla formal mülahizələrə söykənmişdir. Belə ki, məhkəmə verilmiş mülki iddianın cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməmiş, əsassız olaraq mülki iddianı baxılmamış saxlanılmasına yol vermişdir. Hazırkı vəziyyətdə mülki iddia üzrə ödənilməli olan məbləğin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırma tələb olunmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X26 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını, eyni zamanda Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq onların təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Müdafiəçi əlavə olaraq onu göstərdi ki, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxsə həmin maddə ilə cəza təyin edilməsinə dair müddəaların hökmdən xaric edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Apellyasiya müraciətlərindən görünür ki, nə dövlət ittihamçısı, nə də zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən işin faktiki halları və təqsirlilik məsələləri mübahisələndirilməmiş, dövlət ittihamçısı hökmün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı hissəsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə mülki iddianın baxılmamış saxlanılması ilə bağlı hissəsini mübahisələndirmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini, bu səbəbdən ona həmin maddə ilə cəza təyin edilməsinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və apellyasiya protestini, habelə müdafiə tərəfinin apellyasiya baxışı zamanı irəli sürdüyü tələbini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya müraciətlərində təqsirlilik məsələləri mübahisələndirilməsə belə, məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6, Şahid7 və Şahid8 ifadələri, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 422/KEŞ nömrəli və 425/KEŞ nömrəli rəyləri, X6 barəsində 16 dekabr 2022-ci il tarixli **********91 saylı ölüm haqqında tibbi şəhadətnamə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23 fevral 2024-cü il, 30 aprel 2024-cü il və 22 may 2024-cü il tarixli müşayiət məktubları, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-dən daxil olmuş 8 fevral 2024-cü il tarixli məktubu, “Saatlı rayon mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş 15 may 2024-cü il tarixli məktubu, Saatlı rayon qeydiyyat şöbəsindən verilmiş 29 fevral 2024-cü il tarixli arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 3 aprel 2018-ci il tarixli 27-k nömrəli əmr, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 7 sentyabr 2020-ci il tarixli 202 nömrəli, 21 oktyabr 2020-ci il tarixli 253 nömrəli və 20 iyun 2022-ci il tarixli PHŞ/6.65-3.1-2022-462 nömrəli əmrlər, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 308.1 və 313-cü maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, apellyasiya müraciətlərinin dəlillərinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. MÜDAFİƏ TƏRƏFİN CİNAYƏT MƏCƏLLƏSİNİN 313-CÜ MADDƏSİ İLƏ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLBETMƏ MÜDDƏTİNİN KEÇMƏSİ İLƏ BAĞLİ DƏLİLİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsə elan olunmuş hər üç epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini göstərib, həmin epizodlar üzrə Cinayət Məcələsinin 313-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə hesab edir ki, müdafiə tərəfin həmin dəlili əsaslı hesab olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs ittiham verilmiş cinayət əməllərinin ilk 2 epizodu, yəni Əzizbəyim Əmirova və Şahid2 barəsində Forma №88 rəsmiləşdirərək vəzifə saxtakarlığı törətməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, bu səbəbdən ona həmin epizodlar üzrə cəza təyin edilməməsi ilə bağlı yekun nəticəyə gəlinmişdir. Lakin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılanadək Təqsirləndirilən şəxs instinad olunan cinayət əməllərinin 3-cü epizodu üzrə də cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ona üçüncü epizod üzrə istinad olunan hüquqazidd əməli 16 dekabr 2022-ci il tarixdə törətmiş və Cinayət Məcəlləsinin 313-cü maddəsinin dispoziyasında nəzərdə tutulmuş cinayət təqibi məhz həmin vaxtdan yaranmışdır. CM-in 313-cü maddəsinin sanksiyasından görünür ki, bu cinayətə görə həmin maddə ilə təyin edilə biləcək azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildir. CM-in 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti iki il təşkil edir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Göründüyü kimi, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, Təqsirləndirilən şəxs tərəfindən 16 dekabr 2022-ci il tarixdə törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 16 dekabr 2024-cü il tarixdə, yəni hazırkı cinayət işi üzrə ittiham hökmü qanuni qüvvəyə minməzdən əvvəl bitmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə digər iki epizodla yanaşı, üçüncü epizod üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və Təqsirləndirilən şəxs özünü həmin maddə ilə təqsirli bilmədiyindən ona CM-in 313-cü maddəsi ilə, eyni zamanda cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilməlidir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş əlavə cəza ilə razılaşmadığını göstərib, ona X3 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə deyil, həkim-terapevt fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə növündə əlavə cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfin göstərilən dəlilinə qiymət verərək onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 46-cı maddəsinin mənasına görə “vəzifə” anlayışı dövlət və yerli özünüidarə orqanlarında seçki və ya təyinetmə yolu ilə tutulan vəzifələri, pullu və ya ictimai əsaslarla yerinə yetirilən vəzifələri, habelə daimi və ya müvəqqəti vəzifələri, “fəaliyyət” anlayışı isə həmin orqanlarda şəxsin müəyyən peşə ilə əlaqədar fəaliyyətini (məsələn, tibb müəssisələrində çalışan həkimin fəaliyyəti, dövlət və ictimai idarə və müəssisələrə məxsus nəqliyyat vasitələri və ya şəhər elektrik nəqliyyatını idarə edən şəxsin sürücülük fəaliyyəti və s.), habelə onun şəxsi xidməti ilə əlaqədar olan fəaliyyətini (məsələn, həkimlik fəaliyyəti və s.) nəzərdə tutur. Şəxs eyni bir hökmlə həm dövlət orqanlarında (yerli özünüidarə orqanlarında) konkret vəzifə tutmaqdan, həm də konkret peşə və ya digər fəaliyyətlə məşğul olmaqdan məhrum edilə bilməz. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətlərin ilk iki epizodunu “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının sədri funksiyasını yerinə yetirən zaman törətmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alıb belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ümumilikdə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə zərurət olmadığından birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs müəyyən vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edərkən həmin cəzanın X3 vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən edilməsi hissəsində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsindən görünür ki, müəyyən vəzifə tutmaq hüququndan məhrum etmə belə vəzifələri dövlət orqanlarında tutmaq hüququndan məhrum etməni nəzərdə tutur. Həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 23-cü bəndində göstərilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Lakin hökmdən görünür ki, məhkəmə həmin növdə əlavə cəzanı konkret dövlət orqanına münasibətdə müəyyən etmək əvəzinə, dövlət orqanının müəyyən bir sahəsinə münasibətdə tətbiq etmişdir. Belə ki, X13 müvafiq ərazinin xəstəxanalarının tərkibində fəaliyyət göstərən strukturdur. Həm X13, həm də onun tərkibində yerləşən xəstəxanalar publik hüquqi şəxs olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərkibinə daxil olan strukturlar hesab olunur. Qanunun mənasına görə, “konkret dövlət orqanlarında konkret vəzifə tutmaq hüququndan məhrum etmə” dedikdə, belə vəzifələrin şəxsin konkret tutduğu sahəyə aid vəzifələrlə eyniləşdirilməsi təkcə nəzərdə tutulmur, həm də həmin dövlət orqanlarının Azərbaycan Respublikası üzrə bütün strukturlarında belə vəzifələrin, o cümlədən digər rəhbər vəzifələrin tutulması hüququndan məhrum etməni ehtiva edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yol verdiyi səhv aradan qaldırılmalı, məhkum Təqsirləndirilən şəxs rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininə (TƏBİB) aid edilməlidir. Bundan başqa, apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə həddindən artıq yüngül cəza təyin edildiyini göstərib, ona daha ağır - azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi məsələsinə qiymət verərək aşağıdakıların qeyd olunmassını zəruri hesab edir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cinayətin təkrar törədilməsini isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, nəticədə onu Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib qəti olaraq 02 (iki) müddətə X3 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin etməyən növdə və həddə yüngül cəza təyin edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 16 fevral 2024-cü il tarixli tələbnamə, həmçinin iş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü və hökmə əlavə edilmiş Saatlı rayon İcra və Probasiya şöbəsinin 24 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək qəti olaraq 3.000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödədiyi üçün 24 dekabr 2020-ci il tarixdə Saatlı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan dərs çıxarmayaraq, məhkumluğu ödənilmədən yenidən eyni xarakerli cinayət əməllərini törətmişdir ki, bu da məhkəmə kollegiyasında ona təyin olunmuş cəzanın yetərli islah edici təsirə malik olmadığı ilə bağlı qənaətin formalaşmasına səbəb olur. Bundan başqa, işdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində vurulmuş ziyandan heç bir məbləğ ödəməmişdir. Eyni zamanda, cinayət işindən görünür ki, təqsirləndirilən şəxsin əməllərində təkrarçılıq mövcud olmuş, o, dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə informasiya resurslarına şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Lakin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə qeyd olunan halları, yəni Təqsirləndirilən şəxs ona təyin olunmuş əvvəlki cəza ilə islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayətlər törətməsini, vurulmuş ziyanı aradan qaldırmamasını, qeyd olunan cinayətlərin təkrar törədilməsini kifayət qədər nəzərə almadan sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan, daha yüngül cəza növü təyin etməklə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkarın şəxsiyyətini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini də kifayət qədər nəzərə almamış, nəticə etibarilə Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza daha ciddi cəza növü ilə əvəz edilməklə dəyişdirilməlidir. Cinayət-Prosessual Məcəllənin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. MÜLKİ İDDİAÇİ-ZƏRƏRÇƏKMİŞ HÜQUQİ ŞƏXSİN MÜLKİ İDDİANİN TƏMİN OLUNMASİ İLƏ BAĞLİ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Məhkəmə kollegiyası Dövlət Sosial Müdafiə Fondunun, hökmün mülki iddia ilə bağlı hissəsindən verdiyi apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianı baxılmamış saxlamaqda haqlı olmuşdur. “Məhkəmə hökmü haqqnda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 69-cu bəndində qeyd edilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Qərarın 70-ci bəndində qeyd edilmişdir ki, birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. X24 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir. 30.1-2. Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar X14 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X14 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Cinayət işinin materiallarından görünür ki, cinayət təqibi orqanı Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (CM-in 308.1) və vəzifə saxtakarlığı (CM-in 313cü madddəsi) cinayətlərində ittiham edərək onu məhkəməyə vermiş, eyni zmanda ittiham aktında Təqsirləndirilən şəxs cinayəti nəticəsində dövlətə 15695,22 manat məbləğində madddi ziyan vurulmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 308.1 və 313-cü maddəsi ilə ittiham hökmü çıxarmaqla yanaşı, onun dövlətə vurduğu maddi ziyanın miqdarı ilə də razılaşmışdır. Lakin məhkəmə həmin ziyanın bir neçə təqsirləndirilən şəxsə aid olduğunu, hazırkı iş üzrə Təqsirləndirilən şəxs başqa digər təqsirləndirilən şəxslərin də olduğunu, onların barəsində olan cinayət işinə hələ baxılmadığını qeyd edərək, hazırkı iş üzrə mülki iddianın həll edilməsinin mümkün olmadığı nəticəsinə gəlmişdir. Apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun mülki iddianın baxılmamış saxlanılmasının əsassızlığı ilə bağlı apellyasiya şikayətinə baxılarkən müəyyən edilmişdir ki, DSMF hazırkı iş üzrə Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaqla yanaşı, eyni zamanda onun və digər təqsirləndirilən şəxslərin törətdikləri cinayət nəticəsində vurulmuş ziyanın geri qaytarılması üçün ayrı-ayrı fiziki şəxslərə rəsmi məktub ünvanlayaraq onların cinayət nəticəsində qanunsuz faydalandıqlarını qeyd etmiş, həmin ziyanın könüllü ödənilməsini qanunsuz pensiya almış şəxslərə təklif etmiş, əks halda həmin şəxslərə qarşı mülki iddia qaldırılacağını bildirmişdir. DSMF-nin məktub ünvanladığı şəxslər o şəxslərdir ki, Təqsirləndirilən şəxs və digərlərinin cinayəti nəticəsində qanunsuz əlillik dərəcəsi əldə etmiş və buna müvafiq pensiyalar almışlar. Onu da qeyd etmək lazımdır ki, DSMF-nin nümayəndəsi Nümayəndə apellyasiya baxışı zamanı təmsil etdiyi orqan tərəfindən ayrı-ayrı fiziki şəxslərə rəsmi məktublar göndərilərək onların qanunsuz əldə etdikləri pensiyaların geri istənildiyini, əks halda inzibati icraat qaydasında məhkəməyə müraciət ediləcəyini təsdiq etmişdir. Belə ki, işdə olan DSMF tərəfindən Şahid2 ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli 3-17-1/2-7-254571/2024 nömrəli məktubdan görünür ki, 8835,45 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq onun razılığına əsasən əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməsi və yaxud həmin vəsaiti müvafiq rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməsi xahiş olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Nümayəndə, həmçinin qeyd etmişdir ki, DSMF-nin mövcud təcrübəsinə görə qanunsuz pensiya təyin olunmasına əsas olmuş Tibbi Sosial Ekspert Komissiyalarının, yəni inzibati aktın ləğv edilməsi haqqında məhkəmədə ayrıca iddia qaldırılır və həmin inzibati akt əsasında ödənilmiş pensiyalar geri tələb edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı iş üzrə mülki iddia ilə bağlı yaranan mənzərə ondan ibarətdir ki, mülki iddiaçı Dövlət Sosial Müdafiə Fondu həm təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırmış, həm də cinayət nəticəsində maddi cəhətdən faydalanan şəxslərə qarşı məhkəmədən kənar tələb irəli sürmüşdür. Mülki iddiaçının mövcud vəziyyətdə kimə qarşı, yəni təqsirləndirilən şəxslərə, yaxud maddi cəhətdən faydalanan fiziki şəxslərə qarşı tələbləri qeyri-müəyyən görünür. Bir tərəfdən təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldıran DSMF, digər tərəfdən ayrı-ayrı şəxslərə qarşəı tələb irəli sürməklə, əslində mülki iddia tələbinin təqsirləndirilən şəxslərə qarşı yönəlməli olmasına dair mübahisəyə yol açır. Bu isə öz növbəsində təqsirləndirilən şəxslərə qarşı mülki iddianın mümkünlüyünə əsaslı şübhə yaradır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cinayət nəticəsində maddi cəhətdən faydalanan ayrı-ayrı fiziki şəxslərin cinayət icraatı üzrə apellyasiya baxışına cəlb edilməsi işə baxılmasının lüzumsuz yubadılmasına və qeyrimüəyyən araşdırmaların aprılmasına gətirib çıxara bilər ki, bu da Cinayət-Prosessual Məcəllənin mülki iddianın verilməsi qaydalarını tənzimləyən 179-188-ci maddələrinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Bundan başqa, hazırkı halda inzibati orqan sayılan DSMF tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsi ilə bağlı iş materiallarında rəsmi sübutlara rast gəlinmir. İş materialları ilə, həmçinin müəyyənləşir ki, müxtəlif məbləğlərdə pensiya ödənişlərini hökmdə adları sadalanan və şahid qismində dindirilmiş şəxslər almaqla ondan faydalanmışlar. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, qeyd olunan inzibati aktlar hüquqi qüvvədə olduğundan və bu aktlar əsasında faydalanan şəxslər vəsaitlərı aldıqlarından bu qərarlar ləğv edilmədən, yəni qanunsuzluğu müəyyən olunmadan həmin vəsaitlərin faydalanan şəxslərdən və ya təqsirləndirilən şəxsdən (şəxslərdən) tələb olunmaqla tutulması mümkün deyildir. Gələcəkdə həmin inzibati aktlar ləğv olunduğu halda pul vəsaitlərinin hansı şəxslərin qanunsuz sahibliyində olması müəyyən olunacaq və vəsaitin də məhz bu şəxslərdən tutulması və ya geri qaytarılması əsasları mövcud olacaqdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin vəsaitlərin tutulması mülki məhkəmə icraatı qaydasında deyil, məhz inzibati icraat qaydasında öz həllini tapmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası hazırkı iş üzrə mülki iddia ilə bağlı yaranmış qeyrimüəyyənliyi nəzərə alaraq hesab edir ki, mülki iddianın baxılmamış saxlanılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi 15695.22 manat məbləğində dəymiş zərərin Təqsirləndirilən şəxs tutulması tələbinə dair mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olsa da qeyd olunan vəsaitdən Təqsirləndirilən şəxs deyil, məhz vətəndaşlar faydalandığından və bu vəsaitin tutulması və ya qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda sadalanan hüquqi prosedurlar həyata keçirilməli olduğundan və bunun üçün əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola biləcəyindən hazırkı cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanılması məqsədəmüvafiqdir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə hökmdən Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə cəza təyin edilməsinə, həmçinin CM-in 66.2 və 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 308.1-ci maddəsi ilə təyin edilmiş cəza dəyişdirilməli və ona barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410- 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya protesti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1(055)-44/2024 nömrəli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1(055)-44/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə cəza təyin edilməsinə, həmçinin CM-in 66.2 və 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilmiş cəza dəyişdirilsin və ona barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-69/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-69/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver