Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-692/2023 05.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X1 şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-115/2019 saylı, 11 mart 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Lənkəran Ağır Cinayətlər 1(099)-115/2019 saylı, 25 iyul 2023-cü il tarixli qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər 1(099)-387/2022 saylı, 16 iyun 2022-ci il tarixli hökmü (hakim X5) ilə, xx xxx 1977-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara şəhəri, S.Vurğun küçəsi,ev 295-də qeydiyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən ona 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum edilmiş şəxs Şabanov X4 Ağır Cinayətlər Məhkəməsinin 1(099)115/2019 saylı, 11 mart 2019-cu il tarixli hökmündən 23 iyun 2023-cü il tarixdə vəsatət verərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər 1(099)-115/2019 saylı, 11 mart 2019-cu il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Məhkum edilmiş şəxs Şabanov X4 Ağır Cinayətlər Məhkəməsinin 1(099)115/2019 saylı, 25 iyul 2023-cü il tarixli qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müdətin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti vermək üçün müddət üzürlü səbəblərdən buraxılmışdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2019-cu il tarixli hökmü ona vaxtında verilsə də, hökmü evinə göndərmiş, hüquqi savadsızlığı ucbatından, həmçinin müdafiəçi ilə təmin olunmadığından vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər 1(099)-115/2019 saylı, 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti və apellyasiya şikayəti hökmün çıxarılmasından 4 ildən artıq vaxt keçdikdən sonra vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum olunmuş şəxsin, müdafiəçinin birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifdə edə bilərdi. Bu hüququndan istifadə etməmiş məhkum olunmuş şəxs heç bir əsas göstərmədən müddətin bərpasını tələb etməsinin heç bir hüquqi və real əsası olmamaqla yanaşı, müddətin bərpa edilməməsi onun, hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Məhkum edilmiş şəxs apellyasiya şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Apellyasiya şikayətində göstərilən hallar da müddətin bərpa edilməsinə əsas vermir. Beləliklə apellyasiya məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmənin hökmü elan ediləndən 20 gün müddətində apellyasiya şikayəti verməli olmasına baxmayaraq, onun tərəfindən hökmün elan edildiyi vaxtdan 4 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 25 iyul 2023-cü il tarixli qərarı ilə müddətin bərpasından imtina edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)115/2019 saylı, 11 mart 2019-cü il il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin rədd edilməsi barədə Lənkəran Ağır Cinayətlər 1(099)-115/2019 saylı, 25 iyul 2023-cü il tarixli qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər 1(099)-115/2019 saylı, 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Ağır Cinayətlər 1(099)-115/2019 saylı, 25 iyul 2023-cü il tarixli apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-692/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-692/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver