Məhkəmə qərarları › İş №1(106)-695/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-695/2022

12.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-695/2022 12.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Əhəd oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X7 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X14, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 onların müdafiəçisi X11, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi X4, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və onların müdafiəçisi X8 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29, 177.2.1 və 29.177.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29, 177.2.1 və 29.177.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29, 177.2.1 və 29.177.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29, 177.2.1 və 29.177.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29.177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2 maddələri ilə məhkum edilmələrinə dair Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 müdafiəçisi X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 Fidayıl oğlunun müdafiəçisi X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi X10, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X11 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 ayrı ayrılıqda vermiş olduqları apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hömü ilə (sədrlik edən hakim Ziya Əliyev) xx xxxx 1966-cı il tarixdə Sabirabad rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olan, barəsində həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, 04 avqust 1965-ci il tarixdə Sabirabad rayonu, Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Xəqani küçəsi, ev 88, mənzil 2-də qeydiyyatda olan, barəsində həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, xx xxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2-da qeydiyyatda olan, barəsində həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Samux rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olan, barəsində həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, xx xxxxxx 1984-cü il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, E.Qurbanov küçəsi, ev 188-də qeydiyyatda olan, barəsində həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami küçəsi, döngə 8, ev 13-də qeydiyyatda olan, barəsində həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin dilərək Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib ona isə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, X14 Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdirərək oradan da Xırdalan şəhəri “X13” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Təqsirləndirilən şəxs3 idarə etdiyi “Kamaz” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 480 manat dəyərində 800 kiloqram hissəsini 2021-ci ilin oktyabr ayının sonlarında Hacıqabul rayonu ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Təqsirləndirilən şəxs1 işlətdiyi kafenin yanında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə zərərçəkmiş şəxs X16 480 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sahibkar X14 Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdirərək oradan da Xırdalan şəhəri “X13” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Eşqinin idarə etdiyi “Kamaz” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 1200 manat dəyərində 2000 kiloqram hissəsini 2021-ci ilin noyabr ayının sonlarında Hacıqabul rayonu ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Təqsirləndirilən şəxs1 işlətdiyi kafenin yanında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə zərərçəkmiş şəxs X16 1200 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sahibkar X14 Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətirilərək oradan Xırdalan şəhəri “X13” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Rufanın idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükləmiş olduğu quş yemi olan soyanın 720 manat dəyərində 1200 kiloqram hissəsini 2021-ci ilin noyabr ayının sonlarında Hacıqabul rayonu ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Təqsirləndirilən şəxs1 işlətdiyi kafenin yanında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə zərərçəkmiş şəxs X16 720 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 ilə əvvəlcədən razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sahibkar X14 Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdirərək oradan da Xırdalan şəhəri “X13” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Eltunun idarə etdiyi “Kamaz” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənmiş olduğu quş yemi olan soyanın 300 manat dəyərində 500 kiloqram hissəsini 2021-ci ilin noyabr ayının sonlarında Hacıqabul rayonu ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Təqsirləndirilən şəxs1 işlətdiyi kafenin yanında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə zərərçəkmiş şəxs X16 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, fərdi sahibkar X14 Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdirərək oradan da Xırdalan şəhəri “X13” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Rufanın idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 840 manat dəyərində 1200 kiloqram hissəsini 2021-ci ilin dekabr ayının sonlarında Şirvan şəhəri ərazisində yerləşən “Temp” adlı avto dayanacaqda birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə zərərçəkmiş şəxs X16 840 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, fərdi sahibkar X14 Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdirərək oradan da Xırdalan şəhəri “X13” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Yusifin idarə etdiyi “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 700 manat dəyərində 1000 kiloqram hissəsini 2022-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhəri ərazisində yerləşən “Temp” adlı avtodayanacaqda birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə zərərçəkmiş şəxs X16 700 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, fərdi sahibkar X14 Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdirərək oradan da Xırdalan şəhəri “X13” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Eltunun idarə etdiyi “Kamaz” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükləmiş olduğu quş yemi olan soyanın 420 manat dəyərində 600 kiloqram hissəsini 14 fevral 2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Təqsirləndirilən şəxs1 işlətdiyi kafenin yanında Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs2la birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə ələ keçirərək zərərçəkmiş şəxs X16 420 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərkən dediklərinin məhkəmə iclas protokolunda düzgün qeyd edilmədiyini qeyd edərək əlavə etmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin oktyabr noyabr aylarında 4 dəfə yem alsa da əvəzində kəpək vermişdir. 2022-ci ilin dekabr ayında Şirvanda sürücülərin Nizamiyə mal satmasından xəbərsiz olmuşdur. 2021-ci ilin noyabr ayından Nizami ilə əlaqəsi kəsilmişdir. 14 fevral 2022-ci il tarixdə Eltundan 420 manatlıq mal almışdır. Onu Baş idarəyə aparmış, 21 fevral 2022-ci il tarixədək qanunsuz saxlanılmışdır. O 21 aprel 2022-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o oğuluq etməmiş, oğurluq olan mal almışdır. Ona görə özünü qismən, oğurluq mal almağına görə təqsirli bilir. Məhkəmə sübutlara görə yox, qərəzli ehtimala görə hökm çıxarmışdır. Təqsirləndirilən şəxs1 2021-ci lin oktyabr-noyabr aylarında 4 dəfə mal almasına ittiham verilsə də zərər çəkmiş şəxs Vüsal Həsənovun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən görünür ki, oktyabr-noyabr aylarında mədaxil olan mallar keyfiyyətli və standartlara uyğun olmuşdur. Problem dekabr ayından başlamışdır. Bu da ona oktyabr noyabr aylarında ziyan dəyməməsini təstiq edir. Həmin aylada hər hansı oğurluğun olmasına dair heç bir sübut yoxdur. Bütün təqsirləndirilən şəxslərdən, o cümlədən Təqsirləndirilən şəxs1 alınan ilkin ifadələr təzyiq altında alınmış, onların müdafiə hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əlaqəsinə girdiyi iddia edilən Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadələri ilə təstiq olunur ki, malın oğurlanmasına əvvəlcədən vəd verilməmiş, sürücülər özləri Mirzənin mal almasını başqa mənbələrdən eşidib kafedə yemək yeyəndə ona mal təklif etmişlər. O da bilə-bilə cinayət yolu ilə əldə edilmiş malları almış və Nizamiyə satmışdır. Ona görə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 istinad edilən maddənin sanksiyasında alternativ cəza olduğu halda ilk dəfə məhkum olunması, 56 yaşı olması nəzərə alınmayaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məsələyə ədalətsiz yanaşılmasından irəli gəlmişdir. Müdafiəçi qeyd edlənlərə istinad edərək hökmdən Təqsirləndirilən şəxs1 aidiyyəti olmayan hesab etdiyi epizodların xaric edilməsini, 14 fevral 2022-ci il tarixdə sürücü Təqsirləndirilən şəxs6 420 manat dəyərində aldığı 600 kiloqram quş yemi olan soya almasına görə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrindən həmin Məcəllənin 194.1-ci maddəsinə dəyişərək ona bu maddə ilə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vəkili X18 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 münasibətdə maddi və prosessual hüquq normaları düzgün tədbiq edilməmişdir. Belə ki, məhkəmə ona başa çatmış cinaytə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə və başa çatmamış cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə ayrı ayrılıqda cəza təyin edib daha sonra cinayətlərin məcmusu üzrə qəti cəza təyin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, başa çatmış və başa çatmamış cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif edildiyindən Təqsirləndirilən şəxs2 onlara görə ayrı ayrılıqda cəza təyin edilə bilməzdi. Əgər başa çatmış cinayət və başa çatmamış cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə tövsif edilsəydi onda ayrı-ayrılıqda cəza təyin edilərək cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilə bilərdi. Həm istintaq zamanı, həm də məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərmişdir ki, 2021-ci ilin dekabr ayının sonlarında 1 kiloqramı 70 qəpiyə olmaqla 1200 kq soyanı 840 manat məbləğində pula Təqsirləndirilən şəxs4 almışdır. İkinci dəfə isə 2021-ci ilin dekabr ayının sonlarında 1 kiloqramı 70 qəpikdən olmaqla 1000 kq soyanı ümumilikdə 700 manat məbləğində pula Təqsirləndirilən şəxs5 almışdır. O Təqsirləndirilən şəxs1 və digərləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayəti törətməmişdir. O özgə əmlakını tamah məqsədi lə hüquqazidd və əvəzsiz götürməmişdir. O əmlakın dəyərini sürücülərə ödəməklə almışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olmasını zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da oğlu Səbuhi Həsənovun 2-ci Qarabağ müharibəsi qazisi olmasını nəzərə almamışdır. Təqsirləndirilən şəxs2 vəkili qeyd edilənlərə istinad edərək Şirvan şəhər məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hömünü Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edərək Təqsirləndirilən şəxs2 Azırbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29,177.2.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 vəkili X6 şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanı aşağıdakılara əsasən ağır və ədalətsiz hesab edir. Təqsirləndirilən şəxs3 həm istintaq zamanı, həm də məhkəmədə əməli etiraf edərək peşmançılığını bildirmişdir. O yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2 azyaşlı uşağı vardır. Zərəri ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. İlk dəfə cinayət törətmişdir. Belə olan halda ona istinad edilmiş maddələrin sanksiyasında azadlıın məhdudlaşdırılması cəzası da nəzərdə tutulduğu halda azadlıqdan məhrum etmə cəzasının verilməsi ədalətsiz olmuşdur. Halbuki onun cəmiyyətdən təcrid olunmadan da islah olunması mümkündür. Müdafiəçi qeyd edilənlərə istinad edərək Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hökmünün cəza hissəsini Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirərək ona azadlığın məhdudlaşdırılması növdə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 vəkili Yolçu Abbasov apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 əməlinin tövsifi və təqsirliliyi ilə bağlı məhkmənin gəldiyi nəticə ilə razılaşır və mübahisələndirmir. Bununla belə Rufin Şükürova maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza təyin edilməsi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət törətmişdir. İlk gündən cinayətini etiraf edərək peşmançılığını bildirmişdir. Zərəri ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır.Cəzasını ağırlaşdıran hallar yoxdur. Göstərilənlərə əsasən Şirvan şəhər məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)- 152/2022 saylı hömünü bütün təqsirləndirilən şəxslərə münasibətdə ağır olmaqla yanaşı Təqsirləndirilən şəxs4 münasibətdə də sərt olduğuna görə dəyişdirilməli, onlara sanksiyada nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs4 vəkili Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)- 152/2022 saylı hömünü Təqsirləndirilən şəxs4 münasibətdə dəyişdirib, onun barəsində sanksiyada nəzərdə tutulan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzasının yüngülləşdirilməsinə dair qərar çıxarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs6 vəkili X23 apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs6 əməlinin tövsifi və təqsirliliyi ilə bağlı məhkmənin gəldiyi nəticə ilə razılaşır və mübahisələndirmir. Bununla belə maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza təyin edilməsi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs6 ilk dəfə cinayət törətmişdir. İlk gündən cinayətini etiraf edərək peşmançılığını bildirmişdir. Zərəri ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır.Cəzasını ağırlaşdıran hallar yoxdur. Göstərilənlərə əsasən Şirvan şəhər məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hökmü Təqsirləndirilən şəxs6 münasibətdə sərt olduğuna görə dəyişdirilməli, onlara sanksiyada nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs6 özü vermiş olduğu şikayətdə göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış olduğu, himayəsində 2 azyaşlı uşağının olduğu, ilk məhkumluğu olduğu halda ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə razılaşmır. Vurmuş olduğu zəzərin 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etməklə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs5 müdafiəçisi Raul Ramazanov apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs5 ilk dəfə cinayət törətməsi, hadisə yerindən yayınmaması, digər şəxslərlə birgə vurduğu zərəri aradan qaldırmağa cəhd göstərməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2 azyaşlı uşağının olması onun törətdiyi cinayətin ictimai təhlükəliliyini azaltmışdır. Belə olan halda ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli idi. Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hömü ilə ona təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin hökmünün işin hallarına uyğun olduğunu bildirərərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X20 məhkum edilmiş şəxslərlə barışmış olmasını, ona vurulmuş zərərin aradan qaldırılmış olmasını göstərərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vəkilləri Müdafiəçi1 və X18 müdafiə etdikləri şəxslərin heç bir gizli talama əməlini törətmədiklərini, soya yemini daşıyan sürücülərdən bu yemi pul ödəməklə aldıqlarını göstərərək onlara bəraət verilməsini xahiş etmiş, onlara təyin edlmiş cəzanın işin hallarına uyğun olmadığını, onların əməlləri nəticəsində zəzər çəkmiş şəxsə hər hansı zərər yetirilməməsini göstərərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 müdafiəçiləri apellyasiya şkayətlərinin dəlillərinə uyğun çıxış edərək müdafiə etdikləri şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişlər. HÜQUQ MƏSƏLLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 əməlini Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 177.2.1 və 177.2.2-ci və 29,177.2.1, 29, 177.2.2-ci maddələri ilə, Məmmədov Təqsirləndirilən şəxs5 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2ci maddələri ilə, Təqsirləndirilən şəxs6 əməlini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif etməsi düzgün olmuşdur. Onların qeyd edilən cinayətləri törətməsi özlərinin birinci instansiya məhkəməsində və apelyasiya baxışı zamanı verdiyi etirafı ilə, zərərçəkmiş şəxs X14, şahidlər X9 və X15 ifadələri və işdə olan digər sübutlar əsasında öz təstiqini tapmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Qida Təhlkəsizliyi Agentliyi tərəfindən verilmiş ETRQ 001822R nömrəli rəydə qeyd edilmişdir ki, Azərbaycan Qida Təhlkəsizliyi institutunun X2 təqdim olunmuş yem əlavəsi (№1), yem (№2) və şrotu (№3) nümunələrinin kimyəvi və mikrobioloji göstəricilərə görə müayinələri həyata keçirilmişdir. Müayinələr nəticəsində hər üç nümunənin tərkibində Clostridium perfrinens bakteriyaları ilə yanaşı, 1 və 2 nömrəli nümunələrdə talk və koalinin olması aşkar edilmişdir. Qeyd edək ki, aşkar edilən talk və koalin maddəsi nümunələr dair sertifikatlarda nümunələrin tərkib hissəsi olaraq göstərilmədiyindən əlavə qatqı kimi qiymətləndirilir. Hər üç nümunədə aşkar edilən Clostridium perfrinens pategopn xüsusiyyətli bakteriya növü olmaqla, bir sıra təhlükəli heyvan xəstəliklərinin törədicisi hesab olunur. Bu bakteriyalar tərəfindən sintez olunan toksinlər (alfa-, beta- və delta-toksin, epsilon toksin, enterotoksin və s.) heyvan ölümünə səbəb ola bilər. Odur ki, müayinəsi aparılmış yem əlavəsi, yem və soya şrotunun heyvanların yemləndirilməsi məqsədilə istifadə olunması yolverilməzdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, məhkum edilmiş şəxslər onlara istinad edilmiş əməlləri törətmişlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəkillərinin müdafiə etdikləri şəxslərin soya yemini həmin yemi öz yük avtomobillərində daşıyan sürücülərdən ödəniş əsasında almış olmaları mülahizəsi əsasında onların əməlində cinayət tərkibi olmaması, Təqsirləndirilən şəxs1 vəkilinin isə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibinin olması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, əvvəla Təqsirləndirilən şəxs1 əməlinin tövsf edilməsi xahiş edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinin mətnindən görünür ki, bu cinayətin əsas əlaməti “qabaqcadan vəd etmədən” əlaməti olduğu halda Təqsirləndirilən şəxs1 bilavasitə iştirakçısı olduğu 4 epizodun ən azından 2-ci epizodundan başlamaqla soya yemini qəbul edəcəyini soya yemi daşınması həvalə edilmiş sürücülərə vəd etdiyindən və hər dəfə bu vədə uyğun hərəkət edərək yemi qəbul etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulan “qabaqcadan vəd etmədən” elementi aradan qalxmış, nəticədə də həmin maddənin tərkibinin yarabnasının mümkünlüyü aradan qalxmışdır. Təqsirləndirilən şəxs1 sürücülərə onların oğurlayacağı soya yemini pul verib qəbul edəcəyini vəd verməklə onlarda yemin oğurlanmasına stimul yaratmış, eyni vəziyyət də Təqsirləndirilən şəxs2 ilə soya yemi daşıyan həmin sürücülər arasında yaranmışdır. X3 malının tərkibinin pozulması və bu yolla ona məxsus soya yeminin oğurlanması cinayəti üzrə yekun ictimai təhlükəli nəticə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Vüsal Həsənovun malının daşıyan maşınların sürücüləri ilə birgə səyləri və iştirakçılığı ilə baş vermiş, beləliklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin, başa çatmayan cinaytə münasibətdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29, 177.2.2-ci maddələrinin tərkibi yaranmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 soya yemini pul müqabilində almaları da bu vəziyyəti dəyişmir. Belə ki, soya yeminin hər kiloqramı üçün ödənilən məbləğ həmin yemin bazar qiymətindən aşağı olmuş (əks halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri kimi onlar əlavə ödəniş etməklə yemin çəkisini bərpa etmək üçün daş tozu almaz, özlərini təhlükəyə atmazdılar) onların iştirakçılıqla törədilmiş cinayətdən əldə etdikləri qazanc bu qaydada formalaşmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxslərin əməllərinin tövsifi ilə razılaşır. Bununla belə məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkum edilmiş şəxslərin zərərçəkmiş şəxslə razılıq əldə etmələrini, ilk dəfə məhkum olunmaqlarını, onların ailə vəziyyətini, o cümlədən Təqsirləndirilən şəxs2 oğlunun 2-ci Qarabağ Müharibəsi qazisi olmasını, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyalarında 1 ildən 3 ilə qədər azadlığın məhdudlaşdırılması növündə cəzanın da olmasını nəzərə almayaraq məhkum edilmiş şəxslərin hər birinə əsassız olaraq azadlıqdan məhrum etmə növündə cəzalar təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şkayətlərinin təyin edilmiş cəzaların ağır olması barədə dəlillərini əsaslı hesab edərək məhkum edilmiş şəxslərə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növdə cəza ilə əvəz edilməli olduğunu hesab edir. Belə ki, hazırkı cinayəti törətmiş şəxslərdən hər biri ilk dəfə məhkum edilmişdir. Zərərçəkmiş şəxs X16 yetirilmiş zərəri dərhal birgə səylərlə aradan qaldırmışlar. X20 apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Onlardan Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 Fidayıl oğlunun və Təqsirləndirilən şəxs5 himayəsində 2 azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs2 oğlu 2-ci Qarabağ Müharibəsi qazisidir. Nəhayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiasında yuxarıda sadalanan yüngülləşdirici hallar olduğu vəziyyətdə təyin edilməli olan 1 ildən 3 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası var. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə səsləşən Azərbaycan Respublikası CPM-in “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. Beləliklə prosessual qanun barəsində ittiham hökmü çıxmış şəxsin onun barəsində çıxmış hökmlə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahişinin, ona birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmiş hallar dəyişmədiyi, yeni yüngülləşdirici hallar müəyyən edilmədiyi halda da təmin edilməsini mümkün hesab edir. Bununla belə işə apellyasiya baxışına qədər məhkum edilmiş şəxslər 6 aya yaxın müddət ərzində azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah yolundadırlar. Məhkəmə kollegiyası qeyd edlənləri nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxslərin vəkilləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növdə cəza ilə əvəz edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 bundan sonra azadlığın məhdudlaşdırılması növdə cəza çəkmələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-cı maddəsınə əsasən təyin edılmış cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilməsi üçün əsasdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin vəkillərinin çıxışlarını, dövlət ittihamçısının rəyini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hömü məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaların növü yüngülləşdirilməklə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 399.1.5-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 müdafiəçisi Y.B.Abbasov, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 Fidayıl oğlunun müdafiəçisi X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X18 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 1(032)-152/2022 saylı hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təyin edilmiş 2(iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 (iki) il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 21 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək olan 5 ay 21 gün həbs müddəti həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində 2 (iki) il 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə cəzanın icrasına nəzarət edən yerli probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində olan evini saat 00-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Qərarın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təyin edilmiş 2(iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs2 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 21 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək olan 5 ay 21 gün həbs müddəti, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində 2 (iki) il 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə cəzanın icrasına nəzarət edən yerli probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanda olan evini saat 00-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Qərarın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təyin edilmiş 2(iki) il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 2(iki) il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təyin edilmiş 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs3 2 (iki) il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 21 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək olan 5 ay 21 gün həbs müddəti həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs3 üzərində 1(bir) il 9 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə cəzanın icrasına nəzarət edən yerli probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı ünvan 2 ünvanda olan evini saat 00-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Qərarın icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Gəncə şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təyin edilmiş 2(iki) il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 2(iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs4 2(iki) il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı 21 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək olan 5 ay 21 gün həbs müddəti həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs4 üzərində 1(bir) il 9 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə cəzasının icrasına nəzarət edən yerli probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Samux rayonu, Əhmədbəyli kəndində olan evini saat 00-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Qərarın icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs5 2 (iki) il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı 21 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək olan 5 ay 21 gün həbs müddəti həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs5 üzərində 1(bir) il 9 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə cəzanın icrasına nəzarət edən yerli probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs5 üzərinə yaşadığı Gəncə şəhəri, E.Qurbanov küçəsi, ev 188-də olan olan evini saat 00-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Qərarın icrası Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Gəncə şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs6 həmin hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 (iki) il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 həbsdə saxlanıldığı 21 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək olan 5 ay 21 gün həbs müddəti həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs6 üzərində 1(bir) il 6 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə cəzanın icrasına nəzarət edən yerli probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs6 üzərinə yaşadığı Gəncə şəhəri, Nizami küçəsi, döngə 8, ev 13-də olan evini saat 00-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Qərarın icrası Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə Gəncə şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Hökm apellyasiya şikayətləri ilə əlaqədar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Kamil Bəşirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar