Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-698/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi) Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(099)-435/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(099)-435/2024 saylı hökmü ilə (sədrlik edən hakim Əli Əliyev) xx xxx 1959-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu, Suparibağ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 10,898 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz əldə edib, üzərində saxlamaqla daşımış, 19 fevral 2024-cü il tarixdə, saat 16:10 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Astara rayonu, Suparibağ kəndində saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə təmiz çəkisi -10,898 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmiş, onun istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin tövsifini həmin maddədən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə dəyişdirilərək ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, Lənkəran Ağır Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(099)-435/2024 saylı hökmü qanunsuz və əsassızdır. Məhkəmə istintaqı işi obyektiv araşdırmayaraq ibtidai istintaq orqanının tərtib etdiyi ittiham aktına uyğun olaraq ona hökm çıxarmışdır. Məhkəmə istintaqı zamanı onun heç bir vəsatəti qəbul edilməmişdir. Ondan aşkar edilmiş narkotik vasitəyə onun heç bir aidiyyəti yoxdur. İttiham aktında qeyd olunan bulvar ərazisində həmin tarixdə o ümumiyyətlə olmamışdıtr. Polis şöbəsində olarkən övladları ilə təhdid edildiyindən o məcbur qalıb narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Onun əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə işin faktiki hallarını araşdırmadan qeyri qanuni olaraq ona cəza təyin etmişdir. Təqsirləndirilən şəxs qeyd edilənlərə istinad edərək barəsində olan cinayət işinə ədalətli baxılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili Təqsirləndirilən şəxs narkotiklərlə hər hansı əlaqəsinin olmamasını göstərərək apellyasiya şikayətinin təmin edilməsini, ona bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarakən aşağıdakı sübutlara istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü YAPın və 17 saylı Seçki Məntəqəsinin üzvi olub, fəxri fərmanla təltif olunub, mükafat almışdır. xx.xx.2024-cü ildə öz həyətində nahara qədər kartof əkmişdir. Evində olarkən saat 16:15 radələrində icra nümayəndəsinin katibi Hüsniyyə Əliyeva ona zəng vurmuş, atasının ili olduğunu, onunla birlikdə gedib qəbirstanlıqda yasin oxumasını xahiş etmişdir. Özü isə çay içib, evdən çıxmışdır. Yolda Hüsniyyəni görüb birlikdə getmişlər. Bunu şahidlər və ərazidə olan kameraların görüntüləri də təsdiq edə bilər. Gedib qəbirstanlığa yasin oxuyub çıxdıqda Hüsniyyə tək evinə gedib, özü isə digər tərəfə tək çıxmışdır. Qəbirstanlığın qarşısında isə bir Niva markalı maşın görmüş, həmin maşından polislər düşüb ona yaxınlaşmış və onu şöbəyə dəvət etmişlər. Şöbəyə aparıb orada neçə saat əllərini qandalda saxlamışlar. 4-5 saat keçdikdən sonra isə onu guya bunların rəhbərinin yanına aparmışlar. Həmin şəxsin otağına keçən kimi, ona artıq-əskik sözlər demiş, daha sonra bu bükümü götürməlisən demişdir. Yanındakı polis əməkdaşı da başına vurub demiş ki, rəis nə deyir elə. Eyni zamanda demişlər ki, bükümü götürməsən, evinə gedib ailə üzvlərini də gətirərik. Özü də buna görə razılaşmışdır ki, xəstə yoldaşı var, övladları var, ailəsinə xətər dəyməsin. Sonra onu aparmışlar, vəkil və əməliyyatçılar gəlmişdir. Müstəntiq isə heç bir hüququnu izah etməmiş, İsa adlı polis əməkdaşı isə bükümü cibinə qoymuşdur. Çəkilişdə müstəntiq soruşmuş ki, bu nədi, demişdir ki, bilmirəm siz qoymusuz. Dərhal çəkilişi saxlayıb, ona nə deməli olduğun başa salmışlar. Sonra yenidən çəkiliş olmuşdur. Çəkilişdə demişdir ki, 25 il bundan əvvəl istifadə etmişdir. Bu zaman yenə çəkilişi saxlayıb demişlər ki, 15 il bundan əvvəl de, dənizkənarı bulvarda olanda 10 manata almışam. Lakin, təcridxanada öyrənmişdir ki, ondan aşkar edilmiş narkotikin qiyməti 10 manata ola bilməz. Özü fiziki, psixi təzyiqlərə, övladlarına, ailəsinə görə polislərlə razılaşmışdır. Günahı yoxdur, sənədləri saxtalaşdırıblar. Bu işə ədalətlə baxılıb polislərin ona etdiyi ədalətsizliyin bərpa edilməsini, konstitusion hüquqlarının qorunmasını, 66 yaşlı ata kimi ona edilən hörmətsizliyin qarşısının alınmasını məhkəmədən xahiş edib, narkotikin ona aidyyətinin olmadığını, təqaüdçü olduğunu bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.43-cü maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 15 il bundan əvvəl narkotik vasitə olan heroindən istifadə etmişdir. O, 17 fevral 2024-cü il tarixdə saat 11 radələrində Astara şəhəri ərazisindəki dənizkənarı bulvarda gəzən zaman qarşısına tanımadığı bir şəxs çıxmış, şəxs ona yaxınlaşıb “dayı”deyə müraciət edərək təcili ona 10 manat məbləğində pul lazım olduğunu bildirmiş, o da həmin şəxslə həmsöhbət olduqdan sonra sonuncu ona 10 manat qarşılığında daha dəyərli bir şeyi ona verəcəyini demiş və 01 ədəd sellofon bükümdə narkotik vasitə olan heroini ona vermişdir. O da həmin heroindən lazım gələrsə istifadə edəcəyini düşünmüş, cibinə qoymuş və daha sonra da öz yoluna davam etmişdir. 19 fevral 2024-cü il tarixdə saat 16:10 radələrində Astara rayonu, Suparibağ kəndində piyada hərəkətdə olar zaman qeyd etdiyi narkotik vasitə olan heroin üzərində olmuş, həmin vaxt yanında avtomobil dayanmış və avtomobildən düşən şəxslər dərhal ona yaxınlaşmışlar. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını bildirmiş, özlərini ona təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğunu, həmin səbəbdən də üzərində şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər və avtomobilləri ilə onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Bundan sonra müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Təqdim etdiyi 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroindən başqa şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 12,05 qram olması müəyyən edildikdən sonra 1 ədəd zərfdə qablaşdırılmış və həmin zərf möhürlənmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahidlər Şahid1 Bafəddin oğlu, Şahid3 və Şahid2 ittihamın əsaslı olmasına dəlalət edən ifadələr vermişlər. İşdə olan, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edir. İşdə olan, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 19 fevral 2024- cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin əməliyyat müvəkkili Vasif Bədəlov tərəfindən qərar qəbul olunmuşdur. İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gğdəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxsnin təqdim etdiyi bükümdən başqa üzərindən hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülərək elektron tərəzidə çəkilmiş, çəkisinin 12,05 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 19/166 №- li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 10,898 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf olundu 0,1 qram, qalıq 10,798 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-14/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(018)-29/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 fevral 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Lənkəran şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 22 fevral 2024-cü il tarixli, 182 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayıb. Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, xx.xx.2024-cü il tarixli, 82 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, Astara RİHB-nın Suparibağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Suparibağ kəndində qeydiyyatda olmaqla yaşamışdır, ailə üzvləri arvadı, xx.xx.2007-ci il təvəllüdlü nəvəsindən ibarətdir, barəsində nümayəndəliyə mənfi və ya müsbət xarakterli məlumat daxil olmamışdır. İşdə olan, 23 fevral 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ekspert təhqiqatı nəticəsində qalıq qalmış 10,798 qram narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 03 ədəd DVD disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnanmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini nə vaxt, harada, kimdən əldə etməsini, kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan, 11 mart 2024-cü il tarixli telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edə biləcək SMS-lər və eləcə də telefon danışıqlarının olmadığı müəyyən olunmuşdur. İşdə olan, Astara RİHB-nın 16 avqust 2016-cı il tarixli 63 saylı sərəncamından çıxarışdan görünür ki, 13 aprel 2007-ci il təvəllüdlü X6 hazırda Suparibağ kəndində yaşayan babası Təqsirləndirilən şəxs qəyyumluğuna verilmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, istər Təqsirləndirilən şəxs istərsə də onun vəkili apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Onlar Təqsirləndirilən şəxs narkoitik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı cinayət əməlini törətmədiyini, bunu təstiq edə biləcək sübutların tədqiq edilməsinə yönəlmiş vəsatətlərinin məhkəmə tərəfindən araşdırılmadığını göstərmişlər. Apellyasiya şikayətlərində həmçinin məhkəmənin ittiham hökmünü əsassız sübutlarla çıxardığı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi istintaq tərəfindən əldə edilmiş sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin satış məqsədi ilə əldə olunmaması barədə düzgün qənaətinə gəlmişdir. Belə ki, işdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə saxlanmasını təstiq edən hər hansı sübut yoxdur. Ona görə də Təqsirləndirilən şəxs əməlinin tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə dəyişdirilməsi düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsassız olduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə narkotik vasitəyə aidiyyətinin olmadığını bildirsə də işdən görünür ki, o istintaq zamanı əməli törətməsini etiraf etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsini yox, istintaq zamanı verdiyi ifadələrini əsas götürməsi düzgün olmuşdur. Belə ki, onun məhkəmədə verdiyi ifadəsi işdə olan digər sübutlarla , şahid ifadələri, ekspert rəyləri, maddi sübutla təkzib olunur. İstintaq zamanı verdiyi ifadələr isə işdə olan bu sübutlarla üst-üstə düşür. O istintaq zamanı əməlini etiraf etmiş, cinayəti törətməsinin təfsilatı barədə ətraflı ifadə vermişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(099)-435/2024 saylı hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi də işin hallarına, Təqsirləndirilən şəxs əməlinin ctimai təhlükəliliyini, xarakterinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(099)-435/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(099)- 435/2024 saylı hökmü, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-698/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-698/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver