Məhkəmə qərarları › İş №1(106)-699/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-699/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-699/2022 22.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X20, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 145.2.1 və 145.2.3-cü maddələri ilə məhkum olunmasına dair Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(032)-10/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(032)-10/2022 saylı hökmü ilə (sədrlik edən hakim Ziya Əliyev) xx xxxxxx 1979-cu Əli-Bayramli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən həmin maddə üzrə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 145.2.1 və 145.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 02 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(032)-10/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2016-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində yaşayarkən həmin ilin avqust ayında qeyd olunan dövlətin vətəndaşı olan 1990-cı il təvəllüdlü X5 ilə tanış olaraq qeyri-rəsmi nikah münasibətlərinə daxil olaraq bir müddət sonuncunun Moskva şəhərində yerləşən mənzilində birgə yaşadıqdan sonra, onun təklifi əsasında Olimpiada Pilyasova və sonuncunun 23 mart 2010-cu il təvəllüdlü əvvəlki nikahından olan azyaşlı oğlu X18 ilə birlikdə Azərbaycan Respublikasına gələrək Bakı və Şirvan şəhərlərində müxtəlif ünvanlarda yerləşən ev və mənzillərdə kirayədə yaşayaraq, Olimpiada Pilyasova və övladının vətəndaşlıq mənsubiyyəti dəyişilmədən 16 oktyabr 2017-ci il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsində onunla rəsmi nikaha daxil olaraq, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində X1 götürülmüş ünvan nömrəsi olmayan yeni tikili binanın mənzilin də yaşayarkən 2018ci ilin may ayında dəqiq tarixi istintaq məlum olmayan gündə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla arvadı Olimpiada Pilyasovanın burun nahiyəsinə vurub, ona burun sümüyünün sınığı, tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun çəpərinin deformasiyası kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarət yetirməklə Olimpiada Pilyasovanın sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bundan başqa o, 2020-ci may ayından 2021-ci ilin sentyabr ayının 1-dək olan dövrdə Şirvan şəhərində arvadı X10 Federasiyasına qayıdaraq orada yaşayıb-işləmək, eləcə də Azərbaycan Respublikasının ərazisini tərk edib vətəndaşı olduğu dövlətin ərazisinə getmək barədə çoxsaylı istək və tələblərini rədd edərək, onun bu niyyətinin reallaşmasının qarşısını almaq məqsədilə nikah münasibətlərini davam etdirərək iradəsi əleyhinə öz yanında saxlamaqla yaşayış yeri seçmək azadlığını pozaraq, kirayə yaşadıqları şəhərin M.Aydınov küçəsi, 7 ünvanında yerləşən fərdi yaşayış evinin giriş və həyət qapılarının açarlarını yalnız özündə saxlayıb, hər dəfə evdən çıxdığı zaman qapıları bağlayaraq özündən asılı vəziyyətdə olan Olimpiada Pilyasova və onun 11 yaşlı oğlu Daniil Pilyasovu evi tərk etmək, sərbəst hərəkət etmək imkanlarından bilə-bilə məhrum edib onlara mənəvi və psixoloji təsir göstərməklə 16 ay ərzində, təkrarən iki şəxsə qarşı və yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə əməlini törətmiş, yalnız Olimpiada Pilyasovanın 2021-ci ilin avqust ayının əvvəllərində elektron poçt vasitəsilə Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərən Səfirliyinə etdiyi müraciət əsasında 01 sentyabr 2021-ci il tarixdə Şirvan şəhər poliş şöbəsinin əməkdaşlarının həmin ünvana gələrək bütün qapıları bağlı vəziyyətdə olan fərdi evdə iradələri əleyhinə saxlanılan zərərçəkmişlərin azad edilmələri barədə xahişlərindən sonra, Təqsirləndirilən şəxs evə gətirilib qapıları açmağa məcbur edilməsi ilə uzun müddət davam etməklə dəfələrlə təkrarlanan cinayət başa çatmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 145.2.1 və 145.2.3-cü maddələri ilə məhkum olunmasına dair Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(032)-10/2022 saylı hökmünü ləğv edib bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs X6 ibtida istintaq və məhkəmə iclasında ona CM-nin 127.1, 145.2.1 va 145 2.3-cü maddələri ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2016-cı ilin avqust ayında Rusiya Federasiyasının Moskva şəhərində həmin dövlətin vətəndaşı xx.xx.1990-cı il təvəllüdlü X5 ilə tanış olaraq bir muddət sonuncunun Moskva şəhərində mənzilində yaşamış, Olimpiada Pilyasovaya özünə məxsus mənzili satdıqdan sonra onun təklifi asasında Olimpiada Pilyasovaya və oğlu xx.xx.2010cu il təvəllüdlü X18 ilə birlikdə Şirvan şəhərin gələrək burada müxtəlif ünvanlarda yaşamış və daha sonra onlar münsibətlərin rəsmiləşdirərək, Şirvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Onalrın rəsmi nikahlarından övladları olmamışdır. 2021-ci ilin may ayından 03 sentyabr 2021-ci il tarixədək Şirvan şəhəri "Kənd evləri" kimi tanınan ərazidə kirayəyə ev tutaraq hemin evde mehriban olaraq yaşamışlar. 2021-ci ilin sentyabr ayında Şirvan şəhər polis şöbəsinin istintaq-əməliyyat qrupu tərəfindən ona zəng edilərək həmin ünvana, yəni kirayədə yaşadıqları evə gəlməsi tələb olunmuşdur. Təqsirləndirilən şəxs dostu Rəşad Mahmudovla həmin ərazindən bir az əvvəl tərk etdikləri əraziyə geri qayıdanda polis əməkdaşlarının bir neçəsini həyətin giriş qapısından çöldə, digər hissəsi isə həyətdə Olimpiada Pilyasova və onun oğlu Dani Pilyasovla söhbət edirlər. Daha sonra Təqsirləndirilən şəxs əvvəl Şirvan şəhər Poli şöbəsinə daha sonra isə Şirvan şəhər Prokurorluğuna apararaq ittiham irə surulmuşdür. Həmin vaxt Vusal bir daha qeyd etmişdir ki, o, arvadını qısqandığı üçü həmin evin giriş qapısına kamera qoyaraq onu izləyirmiş. O, evdə olmadığı bir vaxtlarda arvadı X5 ilə yaşayan xx.xx.2010-cu il təvəllüdlü X11 evin açarı olmuşdur. Həmin ev həyət evi olduğu üçün evin küçəyə çıxan qapısı bağlı olmuşdur və həmin qapınında açarı xx.xx.2010-cu təvəllüdlü X7muşdur. O, heç vaxt arvadı X2 və onun övladının azadlığını məhdudlaşdırmamışdır. Təqsirləndirilən şəxs X6 ilə arvad X5 arasında heç vaxt mübahisələri olmamış və ya X15 Pilyasovanın heç vaxt burununu sındırmamışdır. Bunu iş üzrə zərərçəkmiş şexs Olimpiada Pilyasova məhkəməyə notarial qaydada rəsmi poçt vasitəsilə göndərdiyi ərizəsindən görmək olar. Dəlil olaraq həmin ərizədə iş üzrə zərərçəkmiş şəxs qeyd etmişdir ki, "Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1, 145.2.1 və 145.2.3-cu maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Şirvan şəhər məhkəməsinin icraatında olmaqla baxılır. Ərim Təqsirləndirilən şəxslə birlikdə yaşadığım vaxtda mənə heç vaxt xəsarət yetirməmiş, mənim burunumu sındırmamışdır. Bundan başqa ərim Təqsirləndirilən şəxs 2020-ci ilin may ayından 2021-ci ilin sentyabr ayının birinə kimi heç vaxt mən və himayəmdə olan oğlum X4suz olaraq azadlığımızı heç vaxt məhdudlaşdırmamışdır. Yəni biz həmin müddət ərzində birlikdə mehriban yaşamışıq, heç vaxt aramıza söz-söhbət olmamışdır. Sadəcə olaraq Vüsal bizi çox istədiyi üçün Rusiya Federasiyasına geri qayıtmağımızı istəmirdi. Polis bu barədə bildikdən sonra məndən ərim Vüsalın əleyhinə elə bir izahat almış ki, guya məni və himayəmdə olan uşağı bağlı qapı arxasında qoyaraq azadlığımızı məhdudlaşdırmışdır. Belə bir hadisə heç vaxt olmamışdır. Mən və oğlum X12 ərim Təqsirləndirilən şəxs heç bir şikayətim, tələbim yoxdur və gələcəkdə də olmayacaqdır. Xahiş edirəm ərim Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib ona bəraət verəsiniz. Nəzərə alın ki, o günahsızdır və heç bir cinayət törətməmişdir ". Beləliklə, ibtidai istintaq orqanı tərəfindən aparılan cinayət işində Təqsirləndirilən şəxs əməli sübuta yetirilməmişdir. Bundan başqa onun əmlində heç bir cinayət tərkibi yoxdur. Bunu iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə rəsmi qaydada təqdim etdiyi teleqram, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, müdafiə tərəfi olaraq verdiyimiz vəsatət əsasında dindirilmiş şahidlərin ifadələri və işdə olan digər sənədlər bunu sübuta yetirir. Odur ki, Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (032)-10/2022 saylı hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs onun barəsində bəraət hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ VƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN SON SÖZÜ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməllərinin düzgün tövsif olunduğunu, buna görə də ona bəraət verilməsi üçün əsasların olmadığını, onun tərəfindən törədilmiş cinayət əməllərin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş və məhkum olunmuş şəxsə bəraət verilməsini xahiş etmiş və əlavə olaraq göstərmişlər ki, məhkum olunmuş şəxs həyat yoldaşının burnunu sındırmamış, onun və oğlunun azadlığını məhdudlaşdırmamışdır. Zərərçəkmiş şəxslər X5 və X18 Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan məhkəmə iclasında iştirak etmələri mümkün olmamışdır. Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etməmişdir. Təqsirləndirilən şəxs son sözlə çıxış edərək şikayətin təmin edilməsini, bəraət verilməsini, onun ailəsinə qovuşmasına kömək edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində və məhkumun son sözündə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPMnin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 145.2.1 və 145.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməllərinin həmin maddələrlə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1, 145.2.1 və 145.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, həmin ilin təxminən avqust ayında Olimpiada adlı Rusiya Federasiyasının vətəndaşı ilə tanış olmuşdur. Bundan sonra bir-birilərini sevməyə başlamışlar. Olimpiadanın birinci evliliyindən Daniil adlı 11 yaşlı övladı vardır. Olimpiada ilə sonuncunun Moskva şəhərində yerləşən mənzilində yaşmağa başlamış və onun evinə qeydiyyata düşmüşdür. 3 aydan bir müxtəlif ölkələrə çıxış edərək yenidən Rusiyaya qayıtmışdır. O, birdəfəlik olaraq Azərbaycana qayıtmaq qərarına gəlmiş, Olimpiada və oğlu Daniilə də Azərbaycana, Şirvan şəhərinə gəlmələrini təklif etmişdir. Olimpiada onunla razılaşmış və Moskvada olan evini ******* rubla satmışdır. Lakin Olimpiadanın evi satmasına qarşı olmuşdur. Həmin pulu Olimpiadanın hara xərcələməsini bilmir. Olimpiada ilə ünvan 9 ünvanında atasıgillə yaşamağa başlamışlar. Təxminən 1 ay sonra Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində Olimpiadanın adına öz pulu ilə ev almış və oranı təmir etdirmişlər. Atasıgildə 2 ay yaşadıqdan sonra onlar həmin evə köçümüşlər. Şirvan şəhərində yerləşən mənzil satılarkən Olimpiada ona öz narazılığını bildirmişdir ki, həmin evi ona almış və satmasın. Olimpiada isə Şirvan şəhər polis şöbəsinə müraciət edərək onun barəsində şikayət etmiş və barəsində şikayətə baxılaraq 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna qədər isə onlar nikaha daxil olaraq nikahlarını Şirvan şəhər qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Əlavə olaraq inzibati həbsdə olduğu müddətdə Olimpiada Pilyasova həmin mənzili sataraq özünə xərcəlmişdir. Bundan xəbəri olmamışdır. Bundan sonra məcburiyyət qarşısında qalıb müxtəlif ünvanlarda kirayədə yaşamağa başlamışlar. Axrıncı dəfə isə 2020-ci ilin may ayında ünvan 11 ünvanında həyət evində kirayə ev tutmuş və Olimpiada və sonuncunun oğlu Daniil ilə həmin evdə yaşamağa başlamışlar. Onlar Şirvan şəhərinə köçdükdən sonra qısqanc olduğu üçün həmişə fərdi yaşayış evinin darvazasından çıxarkən Olimpiada Pilyasovaya çöldə narkomanların olduğu üçün ona qapını içəridən bağlamağı xahiş edirmiş. Olimpiada Pilyasova da öz növbəsində onu yola saldıqdan sonra özündə olan açarla qapını bağlayırmış. Hətta dəfələrlə evə gələrkən maşını ilə siqnal verdikdə onlar, yəni Olimpiada və Daniil qapını içəridən açaraq onun maşınla içəri daxil olmağına kömək edirmişlər. İstədikləri vaxt qapını açaraq marketə və ya istədikləri yerə gedib gələ bilmələrinə görə açarlar Olimpiada və Daniildə olmuşdur. Olimpiadaya onlayn işləyib pul qazanması üçün kompüter almışdır. Axrıncı dəfə Olimpiadanı 2021-ci ilin avqust ayının əvvəllərində Şirvan şəhərində yerləşən mağazalara bazarlıq üçün aparmışdır. Daniil isə sərbəst olaraq hər gün mağazaya gedib gəlirmiş. 01 sentyabr 2021-ci il tarixdə saat təxminən 15 radələrində şəxsi işləri ilə bağlı evdən çıxmışdır. Həyat yoldaşı Olimpiada və Daniil isə evdə olmuşlar. Lakin onun işləri alınmadığı üçün evə bazarlıq edib geri qayıtmışdır. Həmin vaxt polis əməkdaşarının evlərinin hasarının qarşısında olduqlarını görmüşdür. Qapını açarla özü açmışdır. Polislər Olimpiada və oğlu Daniilin evdə olduqlarını görmüşlər. Bundan sonra onlar birlikdə polis əməkdaşları ilə şöbəyə gəlmişlər. Olimpiada və Daniili qanunsuz olaraq azadlıqdan məhrum etməmişdir. Nə vaxt istəyiblərsə Olimpiadanı mağazalara aparmışdır. Nə Olimpiadanı nədə ki, oğlu Daniili döyməmiş, heç bir vaxt qapını bağlamamışdır. Onlara qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Apellyasiya instansiyasının məhkəmə iclasında da Təqsirləndirilən şəxs eyni məzmunlu ifadə verərək ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X5 ifadə verərək göstərmişdir ki, 2016-cı ilin avqust ayında yaşadığı Moskva şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuş, aralarında sevgi münasibətləri yarandığı üçün onun Moskva şəhərində yerləşən evində bir müddət birgə yaşamağa başlamışlar. Birinci evliliyindən Daniil adlı 11 yaşlı oğlu vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olduğundan sonuncunu yaşadığı ünvana müvəqqəti qeydiyyata saldırsa da 3 aydan bir Təqsirləndirilən şəxs Rusiya Federasiyası ərazisini tərk edərək müxtəlif ölkələrə çıxış etmiş sonradan geri qayıtmışdır. Növbəti 3 ay tamam olduqda Təqsirləndirilən şəxs artıq başqa bir dövlətə getmək istəmədiyini, Azərbaycana qayıdarsa geri dönə bilməyəcəyini ona bildirmişdir. Həmin ərəfədə Moskva şəhərində yerləşən 2 otaqlı mənzilini ******* rubla (təxminən 37-40 min manat) satmışdır. Təqsirləndirilən şəxs sevdiyindən və onunla ailə qurmaq istədiyindən sonuncunun Azərbaycana gəlmək təklifini qəbul edərək onunla birgə oğlu Daniilidə götürərək Azərbaycan Respublikasının ünvan 12 ünvanında Vüsal və oğlu Daniil ilə birlikdə yaşamağa başlamışdır. Təxminən 2 ay sonra ünvan 13 ünvanında 12 min manata bir otağlı ev alaraq öz adına rəsmiləşdirmışdir və həmin evdə təmir işləri aparmaqla orada yaşamağa başlamışlar. Yaşadığları müddətdə Təqsirləndirilən şəxs hər hansı bir işlərlə məşqul olmayaraq mütəmadi olaraq ondan pul tələb etmiş, spirtli içkilərə aludə olmuş, spirtli içki alması üçün pul tələb etmiş, ona pul vermədikdə isə dəfələrlə evdə dava salıb onu döymüşdür. Buna görə də məcbur olub Vüsala pul vermişdir. Vüsala pulunun olmadığını bildirəndə Vüsal ona Şirvan şəhərində aldığı mənzili satmağını tələb etməyə başlamışdır. Vüsalın onunla münaqişələr yaratmasından qorxub, həmçinin pullarının bitdiyi üçün 2017-ci ilin oktyabr ayında mənzili 14 min manata satmışdır. Vüsalın bu cür davranmasını görərək Vüsala qayıdıb Rusiyaya getmək istədiyini və bu məqsədlə ondan əvvəlcədən alınmış pasportu və digər sənədlərini istəmişdir. Lakin Vüsala hər şeyin yaxşı olacağını hətta bu məqsədlə inanmadığı halda nikahlarını rəsmiləşdirməyi təklif etmış, həmçinin Bakı şəhərinə getməyi və orada alverlə məşğul olacaqlarını bildirmişdir. Sənədlərinin vaxtı bitdiyi üçün 16 okyabr 2017-ci il tarixdə Vüsalla nikahlarını rəsmi qeyd etdirmışlər. Bundan sonra birlikdə Bakı şəhərinə gəlib 20 yanvar metro stansiyası yaxınlığında kirayə ev tutaraq orada yaşamılar. Vüsal işləmək üçün ona maşın almağını bildirmış və bu məqsədlə 3800 manata “BMW” markalı maşın almışlar. Vüsal yenə tüfeyli həyat tərzi keçirərək işləmək istəməmiş daimi onunla mübahisə edib onu döymüş və evdən çıxarkən qapını üzlərinə bağlayaraq oğlu və onun evdən çıxmaqlarına imkan verməmişdir. Vüsala işləyib pul qazanmaq lazım olduğunu bildirdiyində sonuncu Sabirabad rayonunda yaşayan Mübariz adlı dayısı ilə birlikdə doğar qoyun alıb saxlamağı və qoyunlar doğduqdan sonra onların balalarını sataraq qazanc əldə edəcəyini bildirmış və birlikdə Sabirabad rayonuna gəlib və Vüsal ondan 4200 manat pul alaraq dayısı ilə birikdə qoyun almışdır. Bundan sonra onlar Bakıya qayıtsa da Vüsal məcburi qaydada onun əşyalarını yığaraq Şirvan şəhərinə qaytarmışdır. Bu münvalla 2020-ci ilin may ayına qədər Vüsal Şirvan şəhərində onu və oğlunu müxtəlif ünvanlarda kirayə götürdüyü evlərdə saxlamış, hər bir ünvanda yaşayarkən onu və oğlunu evdən çıxmaması üçün qapını üzlərinə bağlayıb və sərbəst hərəkət etməyə imkan verməmiş daimi onu və oğlunu döymüşdür. Vüsalın tez tez kirayə yerlərini dəyişməsinə səbəb isə 3-4 ay ərzində kiraya pulunu verə bilməməsi və ev sahiblərinin onları evdən çıxarması olmuşdur. 2020-ci ilin may ayından hal-hazıra kimi isə Vüsal ilə birlikdə polis əməkdaşlarının onları aşkar etdiyi Kənd evləri ərazisi kimi tanınan Şirvan şəhərində yaşamışlar. Həmin ünvanda yaşadıqları müddətdə Vüsal yenə onları bağlı qapı arxasında saxlamış, sərbəst hərəkət etməyə imkan verməmiş özü hər hansı bir işlə məşğul olmamış, evə ərzaq və sair ləvazimatlar almamışdır. Həmin evdən isə onların qaçmaq imkanları olmamış, belə ki, mənzilin birinci mərətbəsində olan pəncərələrdə dəmir barmalıqlar olmuş, ikinci mərtəbəyə çıxış qapısını isə Vüsal mismarla kilidləmişdir. Həmin barmaqlıqları ev yiyəsi düzəltdirmişdir və onlar həmin evə köçəndə dəmir barmaqlıqlar pəncərələrdə olmuşdur. O, Vüsala pul qazanmaq üçün ya özünün işləməyini ya da onun işləməyi üçün kompyuter almasını xahiş etmış, Vüsal ona kompyuter versə də telefon ustası olduğundan daimi onun gördüyü işləri mobil telefon vasitəsi ilə izləmişdir. Buna görə də o qorxduğundan kompyuter vasitəsi ilə hər hansı bir orqana müraciət edə bilməmişdir. Hər ay müxtəlif saytlar vasitəsi ilə ona müəyyən məbləğdə ödənişlər gəlirmış və həmin pulu da Vüsal götürərək öz istədiyi kimi xərcləyirmiş. Artıq Vüsalın bu hərəkətlərinə dözə bilməyib hər hansı bir vasitə ilə olursa olsun Vüsaldan qaçmaq istədiyini düşünürmüş və internet vasitəsi ilə təxminən 2 həftə bundan qabaq kömək edilməsinə dair Rusiya Federasiyası səfirliyinə müraciət etmiş və nəticədə xx.xx.2021-ci il tarixdə polis əmkdaşları onu və oğlunu qapını üzlərinə bağlı olan şəraitdə aşkar etmişlər. Təqsirləndirilən şəxs Azərbaycanda birgə yaşadığları müddət ərzində əvvəldən olaraq telefonunu, pasportunu və digər sənədərini əlindən almışdır. Moskva şəhərində satdığı evin pullarını müxtəlif bəhanələrlə xərclətmiş, özü işləməmiş və daimi onu və oğlunu sərbəst hərəkətlərini məhdudlaşdıraraq bağlı qapı araxsında saxlamış, mütəmadi olaraq dava salmaqla onu və oğlunu döymüşdür. Axrıncı dəfə onu 3 həftə bundan öncə döymüşdür. 2018-ci ilin may ayında isə Şirvan şəhərində Olimpiya Kompleksinin və Məscidin yaxınlığında T.İsmayılov küçəsində yerləşən ünvanı olmayan Qalib adlı şəxsdən kirayə götürdüyü mənzildə yumruqla burnuna vuraraq sındırmşdır. O, artıq bundan bezərək səfirliyə müraciət etmək məcburiyyətində qalmışdır. Oğlunu isə 2021-ci ilin iyul ayının ortaları döymüşdür. Bədənlərində xəsarət qalmamışdır. Lakin 2018-ci ilin may ayında Vüsal yumruqla vuraraq burnunu sındırmışdır. Burnunda əyrilik qalmışdır. Ekspertizadan keçsə hesab edir ki, burnundakı əyrilik aşkar olunar. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş edir. Qeyd edir ki, Vüsal onu və oğlu Daniili Şirvan şəhərində məcburi olaraq müxtəlif ünvanlarda saxlayıb. Onu və oğlunu mütamadi olaraq döyüb alçaldıb. O, bağlı otaqda olduğu üçün bu barədə heç kimə məlumat vermək imkanı olmayıb. Vüsal nə onu, nə də ki, oğlu Daniili nəzarətsiz qoymayıb, o evdə olmadığı müddətdə qapını bağlayıb getmişdir. Vüsalın oğlunu və onu döyməsindən qorxduğu üçün kiməsə məlumat verə bilməmişdir. X31 şəhərində məktəbə gedəcəyi barədə vəd versə də Daniil son 4 il ərzində bir dəfə də olsun məktəbə getməyib, Vüsal Daniili də onun kimi evdə bağlı qapı arxasında qoyub getmişdir. Həmçinin oğlunun dişlərində problem olmasına baxmayaraq Vüsal onu həkimə getməyə qoymayıb, oğlunun diş ağrısından əzab çəkməsini ona dəfələrlə bildirmışdir. Vüsal onun 11 yaşlı oğlunu məcbur işlədib onu psixoloji mənəvi və fiziki zorakılığa məruz qoymuşdur. Vüsalın bu hərəkətləri onu özünü öldürmək həddinə çatırmış, lakin o oğlunun gələcəyini düşünüb özünə qəsd etməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X18 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Anası ilə 2016-cı ilin avqust ayında Moskva şəhərində tanış olmuşlar. Bildirir ki, o anasının birinci evliliyindən doğulmuşdur. Vüsal anası ilə tanış olduqdan sonra bir müddət anasına məxsus Moskva şəhərində yerləşən mənzilində onlarla birikdə yaşamışdır. Vüsal Azərbaycana gəlmək istədiyini və anasının da onunla gəlməsini, evlənəcəyini təklif etmişdir. Anası da Vüsalın təklifi ilə razı olub və onlar birikdə Şirvan şəhərinə gəlmişlər. Yaşadığları müddətdə Təqsirləndirilən şəxs hər hansı bir işlərlə məşqul olmayaraq mütəmadı olaraq anasından pul tələb etmiş, spirtli içkilərə aludə olmuş, spirtli içki alması üçün anasından pul tələb etmiş, anası pul vermədikdə isə dəfələrlə evdə dava salıb onu və anasını döymüşdür. Buna görədə anası məcbur olub ona pul vermişdir. Vüsal onu və anasını Şirvan şəhərində müxtəlif ünvanlarda kirayə götürdüyü evlərdə saxlayıb, hər bir ünvanda yaşayarkən onu və anasını evdən çıxmaması üçün qapını üzərlərinə bağlayıb və sərbəst hərəkət etməyə imkan verməyib daimi onu və anasını döymüşdür. Vüsalın tez tez kirayə yerlərini dəyişməsinə səbəb isə 3-4 ay ərzində kiraya pulunu verə bilməməsi və ev sahiblərinin onları evdən çıxarması olmuşdur. 2020-ci ilin may ayından hal-hazıra kimi isə Vüsal ilə birlikdə polis əməkdaşlarının anası və onu aşkar etdiyi Kənd evləri ərazisi kimi tanınan Şirvan şəhərində yaşamışlar. Həmin ünvanda yaşadığıları müddətdə Vüsal yenə anası və onu bağlı qapı arxasında saxlamış sərbəst hərəkət etməyə imkan verməmiş özü hər hansı bir işlə məşqul olmamış, evə ərzaq sair ləvazimatlar almamışdır. Həmin evdən isə onların qaçmaq imkanları olmamış, belə ki mənzilin birinci mərətbəsində olan pəncərələrdə dəmir barmalıqlar olmuş, ikinci mərəbəyə çıxış qapısını isə Vüsal mismarla kilidləmişdir. Vüsal anasına kompyuter alsada daimi olaraq mobil telefon vasitəsi ilə anasının kompyuterini izləmişdir. Buna görədə anası qorxduğundan kompyuter vasitəsi ilə hər hansı bir orqana müraciət edə bilməmişdir. Anası və o Təqsirləndirilən şəxs etdiyi hərəkətlərdən bezərək qaçmaq üçün internet vasitəsi ilə təxminən 2 həftə bundan qabaq kömək edilməsinə dair Rusiya Federasiyası səfirliyinə müraciət etmişlər və nəticədə xx.xx.2021-ci il tarixdə polis əmkdaşları onu və anasını qapını üzərlərinə bağlı olan şəraitdə aşkar etmişlər. Təqsirləndirilən şəxslə Azərbaycanda birgə yaşadığları müddət ərzində daimi onun və anasının sərbəst hərəkətlərini məhdudlaşdıraraq bağlı qapı araxsında saxlamış, mütəmadi olaraq dava salmaqla onu və anasını döymüşdür. Axrıncı dəfə anasını 3 həftə bundan öncə döymüşdür. Onlar artıq bundan bezərək səfirliyə müraciət etmək məcburiyyətində qalmışlar. Vüsal onu isə 2021-ci ilin iyul ayının ortaları döymüşdür. Bədənində xəsarət qalmamışdır. Lakin Vüsal yumruqla anasının burnuna vuraraq sındırmışdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş edir. Qeyd edir ki, Vüsal onu və anasını Şirvan şəhərində məcburi olaraq müxtəlif ünvanlarda saxlayıb. Onu və anasını mütamadi olaraq döyüb alçaldıb. Onlar bağlı otaqda olduqları üçün bu barədə heç kimə məlumat vermək imkanları olmayıb. Vüsal nə onu, nə də ki, anasını nəzarətsiz qoymayıb.ş o evdə olmadığı müddətdə qapını bağlayıb getmişdir. Qeyd edir ki, Vüsal ona Şirvan şəhərində məktəbə gedəcəyi barədə vəd versə də, lakin son 4 il ərzində bir dəfə də olsun məktəbə getməmişdir. Vüsal onu da anası kimi evdə bağlı qapı arxasında qoyub getmişdir. Həmçinin onun dişlərində problem olmasına baxmayaraq Vüsal onu həkimə getməyə qoymamış, o diş ağrıları barədə anasına demişdir Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri X22 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Şirvan ŞPŞ-nin növbətiçi hissəsindən 2 nəfər rus vətəndaşının Təqsirləndirilən şəxs tərəfindən məcburi olaraq Puşkin küçəsi 13 ünvanında yerləşən mənzildə zorla saxlanılmaları barədə verilmiş məlumat əsasında polis əməkdaşları Aqşin Məmmədli, təhqiqatçı İlqar Novruzov, müstəntiq Bəhrəm Təhməzli və polis nəfəri Yunis Abışovla birlikdə həmin ünvana getmişlər, lakin onlar orada Təqsirləndirilən şəxs kənd evləri deyilən ərazidə kirayə ev tutduğunu və həmin rus vətəndaşlarını orada saxladığını müəyyən etmişlər. Təqsirləndirilən şəxs kirayə tutduğu fərdi yaşayış evinə gələrək dəmir darvazanın qarşısında dayanmışlar. Fərdi yaşayış evi hasar ilə əhatə olunmuşdur. Hasarın hündürlüyü isə 2,50 metrdən çox olmuşdur. Onlar darvazanı döysə də qapını onlara açan olmamış və həmçinin hasar qapısının da bağlı olduğunu müəyyən etmişlər. O, hasara qalxaraq içəridə kimsə olduğunu müəyyən etmək istəmişdir. Elə bu zaman fərdi yaşayış evinin pəncərəsindən adını sonradan bildiyi 10 yaşlı Daniil adlı uşağın azərbaycan dilində “bizi xilas edin, biz burdayıq” sözünü dediyini eşitmışdir. Onlara kömək edəcəyini bildirmiş və hasardan çölə enmişdir. Elə bu zaman Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Ondan evdə kimlərin olduğunu soruşmuşlar. Vüsal onlara həyat yoldaşı Olimpiada və onun oğlu Daniilin evdə olduğunu, fərdi yaşayış evinin və hasarın darvazasının qapısını bağlayaraq işləri ilə bağlı getdiyini bildirmişdir. Həmçinin açarın özündə olduğunu demişdir. Daha sonra Vüsal onların tələbi ilə ilə əvvəlcə darvazanın, daha sonra isə fərdi yaşayış evinin qapısını açmışdır. Onlar fərdi yaşayış evinə daxil olmuşlar. Orada olan Olimpiada və onun oğlu Daniil onlara Vüsalın həmin evdə onları zorla saxladığını, onların azadlığını məhdudlaşdırdığını və kömək etmələrini xahiş etmişlər. Bununla bağlı akt tərtib etmişlər. Həmin akta olan imza ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24, X13 və X23 ifadəsində X14 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişlər. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Münasibətləri həmişə yaxşı olmuş, düşmənçilikləri və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gündən bir gün əvvəl onlara getmişdir. Olipmiada və Daniil hər yerə sərbəst şəkildə gedib gəlmək hüququna malik olmuşlar və onların münasibətləri yaxşı olmuşdur. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, düşmənçilikləri və ədavətləri olmamışdır. Vüsal polis əməkdaşları tərəfindən saxlanılan gün bir yerdə olmuşlar, avtomobilə baxmışlar, ehtiyyat hissələri almaq üçün getmişlər, qayıdarkən qapıda polislərin olduğunu görmüşlər. İşə tələsdiyindən gözləməmiş, getmişdir. Daha heç nə görməmişdir. Vüsalgilə çox gedib gəlmiş, həyat yoldaşı Olimpiada və onun oğlu Daniil ilə münasibətləri yaxşı olmuş, Vüsal onların azadlıq hüququnu pozmamışdır. Cinayət işi materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinə qəhvəyi rəngli daravazadan daxil olunur. Darvaza 2 taylıdır eni 4 metr, hündürlüyü isə 2,5 metrdir. Darvazaya paralel 1 metr eninində qapı vardır. Fərdi yaşayış evi hasarla əhatə olunmuşdur. Darvazadan içəri daxil olduqda 14 metr məsafədə fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evi 2 mərtəbəli olmaqla mişar daşından inşa edilmiş və üzəri şiferlə örtülmüşdür. Fərdi yaşayış evinin həyətində su çəni, müxtəlif meyvə ağacları vardır. Fərdi yaşayış evinin birinici mərtəbəsində olan pəncərlərində dəmir barmalıqlar vardır. Fərdi yaşayış evinin sağ tərəfində əvvəlcə 2 ədəd yan -yana eni 30 sm uzunluğu 50 sm olan üzərində dəmir barmaqlıq olan pəncərə yerləşir. Həmin pəncərəyə kamera qurğusu qoyulmuşdur. Həmçinin evin sağ tərəfində eni 1,50 metr hündürlüyü 1,40 metr olan 2 ədəd üzəri dəmir barmaqlıqa örtülü taxta materialdan olan pəncərə vardır. Evin arxa tərəfində isə həmçinin 2 ədəd eyni ölçülü eni 50 sm hündürlüyü 60 sm olan dəmir barmaqlıq olan pəncərə vardır. Fərdi yaşayış evinin 2 ci mərətəbsində olan pəncərlərə dəmir barmalıqlar bərkidilməmişdir. Fərdi yaşayış evinin daxilinə qara rəngli dəmir qapıdan daxil olunur və qapının eni 1,30 metrdir. Fərdi yaşayış evinə daxil olduqda əvvəlcə qonaq otağı yerləşir həmin otağın eni 6 metr uzunluğu isə 8 metrdir. Otaqda müxtəlif məişət əşyaları vardır. Fərdi yaşayış evinin birinci mərtəbəsində həmçinin 2 yataq otağı, 1 mətbəx otağı, hamam otağı və tualet yerləşir. Mətbəx otağında divan, soyuducu, masa televizor və sair məişət əşyaları vardır. Baxış iştirakçısı X5 mətbəx otağında yerləşən qapıdan fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxmaq üçün pilləkan olduğunu qeyd etmişdir. Lakin həmin qapının mısmar ilə Təqsirləndirilən şəxs tərəfindən bağlanıldığını qeyd etmişdir. Həmçinin həmin ünvanda və digər yaşadığları ünvanlarda Təqsirləndirilən şəxs oğlu və onu bağlı qapı arxasında saxlamış sərbəst hərəkət etməyə imkan verməmişdir. Həmin evdən isə qaçmaq imkanları olmamış, mənzilin birinci mərətbəsində olan pəncərələrdə dəmir barmalıqlar olmuş, ikinci mərəbəyə çıxış qapısını isə Təqsirləndirilən şəxs mismarla kilidlədiyini qeyd etmişdir. Baxış zamanı fərdi yaşayış evinin pəncərəsindən ağ rəngli kamera qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür. Cinayət işi materiallarında olan 06 sentyabr 2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, baxış zamanı faylda olan görüntüyə baxdıqda fərdi yaşayış evinin pəncərəsi olduğu, pəncərənin qarşısında qara rəngli dəmir barmaqlıq bərkidildiyi müəyyən edilmiş, fərdi yaşayış evinin daxilindən X27 Tarverdiyevin onu və anası Olimpiada Pilyasovanı fərdi yaşayış evində məcbur saxladığını qeyd etmişdir. Cinayət işi materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2021-ci il tarixli 489 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarət-burun sümüyünün sınığı, tənəffüs çətinləşməsi ilə müşahidə olunan burun çəpərinin deformasiyası-küt əşya təsirindən törənmiş, müddəti müayinədən bir neçə il əvvələ uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən 2018-ci il may ayında kənar şəxs tərəfindən yumruqla vurma nəticəsində əmələ gəlməsi inkar olunmur. Dərəcəsinə görə qeyd edilən xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işi materiallarında olan Məhkəmə-tibb ekspertinin 03 sentyabr 2021-ci il tarixli 490 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X12 məhkəmə-tibb müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar olunmadı. Cinayət işi materiallarında olan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2196 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Sonuncu da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Özünə qarşı həddən artıq hörmət tələb etmək, inadkarlıq, eqosentrizim, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, qısqanclıq, konservatiklik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin şikayət ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs X3 və X16 Şirvan şəhərində məcburi olaraq müxtəlif ünvanlarda saxlamış, onları mütəmadi olaraq döymüş və azadlıqlarını məhdudlaşdırmışdır. Zərərçəkmiş şəxs X2 məhkəməyə göndərdiyi ərizəsindən müəyyən olunur ki, sonuncu təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və ya tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2022-ci il tarixli, 33/3615 nömrəli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş sorğuya cavabdan görünür ki, X5 və X18 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, xx.xx.2021-ci il tarixdə çıxmışdırlar. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının dəlillərində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1, 145.2.1 və 145.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi, həmin əsaslarla da bəraət verilmsinə dair dəlillərinə (qeyd olunan dəlillər hazırkı qərarın “Apellyasiya şikayətlərinin dəlilləri” bölümündə ətraflı şərh olunduğundan, məhkəmə kollegiyası həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan mötəbər sübutların məcmusu ilə tam təkzib olunduğundan təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1, 145.2.1 və 145.2.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 127.1, 145.2.1 və 145.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən övladı Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 145.2.1 və 145.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CPM-nin 44.2.1-ci maddəsinə əsasən CM-nin 127.1ci maddəsi ilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin maddə ilə cəza təyin etməmişdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək məhkum olunmuş şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(032)-10/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(032)-10/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(032)-10/2022 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Kamil Bəşirov Hakimlər: Məhəmməd Bağırov İsmayıl Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar