Məhkəmə qərarları › İş №1(106)-706/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-706/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-706/2022 31.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 128-ci maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 1(041)-62/2022 nömrəli hökmündən zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 1(041)-62/2022 nömrəli hökmü (X3) ilə xx.xx.1990-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilməsi, cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəkməsi, cəza çəkməsinin əvvəlinin hökmün icrasına, ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, hökmün icrasının Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi haqqında yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23.30 radələrində yaşadıqları evdə arvadı X2 xırda buynuzlu heyvanları otarmaması səbəbindən aralarında ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Z.Orucovanın bədəninin müxtəlif nahiyələrinə yumtuq və təpiklə, həmçinin saçından tutub başını evin divarına qəsdən bir neçə dəfə vurmaqla ona başın ənsə nahiyəsinin qançırı, qarının sol yan hissəsində qançır və sol budun yan səthində sıyrıq ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan, sol budun yan səthinin hematoması ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs X7 apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə qəti razılaşmır. Belə ki, işə birinci instansiya məhkəməsində düzgün baxılmamış, düzgün olaraq hüquqi qiymət verilməmiş, ona vurulan maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyi, həmçinin dövlət ittihamçısının təqsirləndirilən şəxsə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı cǝza verilməsinin istənilməsinə baxmayaraq təqsirləndirilən şəxsə həddindən artıq yüngül cəza verilmişdir. Bundan başqa hökm çıxacağı müddətə qədər o, Təqsirləndirilən şəxs dişinin düzəlməsi üçün 600 (altı yüz) manat pulun lazım olduğunu və onun 500 (beş yüz) manat verəcəyi barədə razılmaşmalarına baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmədə işini danışıb arxayınlıq əldə etdikdən sonra ona dəymiş ziyanı ödəməmişdir. Göründüyü kimi məhkəmə cəza təyin edərkən işin faktiki hallarını, o cümlədən şikayətçi olduğu halda cəza təyini zamanı bunları nəzərə almamış, təqsirləndirilən şəxsi 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum etməklə kifayətlənmiş və öz missiyasını bununla da başa vurmuş hesab etmişdir. O, hadisə zamanı vəhşicəsinə döyüldüyü halda, xeyli miqdarda ziyan dəydiyi halda təqsirləndirilən şəxsin bu qədər yüngül cəza alması onun üçün təhqirdən və hörmətsizlikdən başqa bir şey deyil. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təyin olunmuş cəzanın yüngül olması barədə dəlillərinin əsaslı sayır və birinci instansiya məhkəməsində dövlət ittihamçısının təyin olunacaq cəza təkilifini müdafiə edir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxsin apellyasiya şikayətinin qismən təmin olunaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, məhkum olunmuş şəxsə CM-in 128-ci maddəsi ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Zibeydə Orucova apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmiş və əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs hələ də ona vurduğu maddi ziyanı ödəməmişdir. O, Təqsirləndirilən şəxsla barışmaq niyyətində deyil və ona ağır cəza təyin edilməsini xahiş edir. Apellyasiya məhkəməsində Müdafiəçi və Təqsirləndirilən şəxs hər biri ayrı-ayrılıqda zərərçəkmiş şəxs Zibeydə Orucova tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya şikayətinin təmin edilməməsini və Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmünün dəyi xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində, habelə ittiham və müdafiə tərəfinin çıxışlarında işi faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayətprosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-62/2022 №-li, 22 iyun 2022-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan istintaq hərəkətlərinə dair protokollarla Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin Kürdəmir Rayon Məhkəməsi tərəfindən hökm çıxarılarkən törədilmiş cinayət hadisəsinin dərəcəsi və ictimai təhlükəliliyinin nəzərə alınmaması, aldığı xəsarətlərə və təqsirləndirilən şəxsin davranışlarına uyğun olmayan yüngül cəza təyin etməsi və həmin əsaslarla da məhkum olunmuş şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə dəlillərini aşağıda qeyd olunanlara görə əsassız sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ictimai işlər cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, habelə təyin edilmiş cəzanın cəza təyin etmənin məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olunması baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilmə üsulu və şəraiti, habelə sosial ədalətin bərpası kimi hallar kifayət qədər nəzərə alınmışdır ki, bu halda da təyin olunmuş cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan qanuni və ədalətli cəza kimi qəbul olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-cu il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-62/2022 №-li, 22 iyun 2022-cu il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar