Məhkəmə qərarları › İş №1(106)-706/2024

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-706/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-706/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 X13 prokuroru X6, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 Məmədqulu oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(049)- 21/2024 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 Məmədqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(049)-21/2024 saylı hökmüilə (sədrlik edən hakim Anar Pənahov), xx xxxx 1962-ci ildə Lənkəran rayonu Təngivan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən,məhkumluğu olmayan, Lənkəran rayonu Təngivan kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “başqa yerə getməmək haqqındailtizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Lənkəran rayonu, Təngivan kəndində yerləşən "xxxx" MMC-nin “qum-çınqıl” istehsalı müəssisəsinin yaşadığı evinə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bəhanə edərək, bu məqsədlə 28 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən özü ilə 01 ədəd bir litrlik plastik butulkada tez alışan neft məhsulu benzini götürüb həmin gün saat 10 radələrində müəssisənin həyətinə gələrək, orada bir neçə kənd sakinlərinin və müəssisədə işləyən şəxslərin əhatəsində bu bəhanə ilə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, həmin vaxt müəssisədə işləyən şəxslər və ora toplaşmış kənd sakinlərinə məhəl qoymadan, özünü onların fövqündə qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müəssisənin rəhbəri Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, özü ilə gətirdiyi benzini sonuncunun üzərinə səpərək, üstünə hücum edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş, həmin vaxt silah qismində istifadə etdiyi daşı yerdən götürüb sonuncunun üstünə hücum edib, inadkarlıqla qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, hadisə yerinə toplaşmış şəxslərin əhatəsində əlindəki daşı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sağ əlinə qəsdən vurub ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sağ əlin İ barmağı nahiyəsində sıyrıq, sağ əl nahiyəsində qançır kimi xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan daşdan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ittiham edilmiş əməlinin tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsinə dəyişdirmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 Məmədqulu oğlu tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİY ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 69.3-cii maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 gün müddət 01 günə 01 gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məhkəməyə təklif etmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisinə gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə bağlı qərəzli hərəkətlər edərək həmin müəssisənin rəhbəri olan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələri işlədərək, zor tətbiq edilməsi barədə onu hədələmiş, müəssisə əməkdaşların işləməsinə maneə yaratmaqla müəssisənin fəaliyyətinin dayanmasına səbəb olan hərəkətlər etmiş, həmçinin əvvəlcədən planlaşdırdığı kimi ora apardığı plastik butulkada olan benzini öz üzərinə səpmişdir. Bunun əksini təsdiq edən sübutlar olmadığından məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməlləri silah və ya silah qismində istifadə edilən əşya tətbiq edilməklə törətməsi sübuta yetirilmir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs əlində daş parçasının olması və onun tərəfindən Zərərçəkmiş şəxs qarşı hər hansı predmetin atılması faktı sübuta yetirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən plastik butulkada olan benzin məhsulunun qərəzli olaraq Zərərçəkmiş şəxs üzərinə səpilməsi faktı da sübuta yetirilməmişdir. Bu səbəbdən onun hazırki xuliqanlıq cinayətini silah qismində istifadə edilən əşyanın tətbiq olunması ilə törətməsi kimi qiymətləndirilə bilməz. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü ləğv edilməli, o. CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı kənddə Lənkəran çayının sahilində 2014-cü ildən “PROFCO" MMC-nin “Qum-Çınqıl” istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisənin rəhbəri Zərərçəkmiş şəxsdur. Həmin müəssisə ilə onun həyətyanı torpaq sahəsi arasında təxminən 50 metrə qədər məsafə vardır. Həmin müəssisə fəaliyyətə başlayandan sonra evində rahat qala bilmirlər. Müəssisə səhər tezdən yüksək siqnalla işə başlayanda evdə böyükdən- kiçiyə kimi hamı narahat olmağa başlayır. Bundan sonra gün ərzində orada olan səs-küydən nə yata bilmirlər, nə də dincələ bilmirlər. Həmin müəssisə işələyəndə oranın havası çirklənir və toz-duman evinə gəlir. Yay aylarında həyətində olan su quyusu quruyur. Bununla bağlı dəfələrlə müvafiq orqanlara, həmçinin İcra hakimiyyətinə şikayət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmin müəssisə bələdiyyə torpağında fəaliyyət göstərir. Müəssisə fəaliyyətə başlayandan o şikayət etsə də nəticəsi olmamışdır. Müəssisənin rəhbəri Zərərçəkmiş şəxsla da, bununla bağlı əvvəllər çox mübahisəsi olmuşdur. Şaiq ona demişdir ki, ona bununla bağlı heç kim heç nə edə bilməz. 21 fevral 2023-cü il tarixdə o və digər kənd sakinləri gedib oranın fəaliyyətini dayandırmışlar. O bununla bağlı şikayət etmişdir. 27 fevral 2023-cü il tarixdə ona xəbər çatmışdır ki, müəssisəyə mühafizə polisi gələcək və müəssisəni mühafizə edəcəkdir. O bundan əsəbləşmişdir. Ona görə də, fikirləşmişdir ki, buna etiraz olaraq müəssisə fəaliyyətə başlasa benzin götürüb, gedib orada özünü yandırsın. 28 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində evdə olduğu zaman görmüşdür ki, müəssisə fəaliyyətə başlamaq istəyir. Ora yük avtomobillərin gəldiyini və müəssisənin fəaliyyətə başladığını görmüşdür. Ona görə də, evdə olan qəhvəyi rəngli kauçuk butulkada olan 1 litr benzini götürüb piyada həmin müəssisəyə getmişdir. Müəssisəyə gedəndə benzindən əlavə də, bir kibrit qutusu da götürmüşdür. O gedəndən sonra arvadı Səkinə Məmmədova, kənd sakinləri Ziyafət, Ədalət, Telman. Şükür ora gəlmişlər. O müəssisəyə daxil olmuşdur. Müəssisəyə daxil olanda özü ilə gətirdiyi butulkada olan benzini daşların yanında gizlətmişdir. Görmüşdür ki, inzibati ərazidə yük maşınları bunkerə çınqıl boşaldırlar və iş gedir. O ilk növbədə yük avtomobilinin arxasına keçib onu saxlatdırmışdır. O qışqıraraq demişdir ki, ya burda iş dayanacaqdır, ya da özünü yandıracaqdır. Həmin vaxt orada bir neçə mühafizə polisi, müəssisənin rəhbəri Zərərçəkmiş şəxs, bir neçə kənd sakinləri də olmuşdur. Şaiq orada onunla mübahisə etməyə başlamışdır. O əsəbləşib Şaiqin ünvanına nalayiq söyüşlər söymüşdür. Şaiq də onu təhqir etmişdir. Şaiqlə mübahisə edəndə polislər ona yaxınlaşmış və onu sakitləşdirməyə çalışmışlar. O da əsəbləşib geri çəkilib gedib butulkada olan benizini daşların yanından götürüb Şaiqin yanına gəlib onunla mübahisə edəndə ilk növbədə benzini özünə səpib, kibriti cibindən çıxaranda polislər onu tutmuşlar. Benzinin bir hissəsi onun üzərinə tökülmüş, qalanı da, yerə tökülmüşdür. Butulkanı və kibrit qutusunu polis əməkdaşı ondan almışlar. Özünü yandıra bilməmişdir. Əsəbləşib yerdən daş götürüb Şaiqə tərəf atmışdır. Daş səhv etmirsə onun qoluna dəymişdir. Polislər onu tutub saxlamışlar. Daha sonra onu Lənkəran polis şöbəsinə gətirmişlər. Həmin müəssisədə Şaiqlə olan münaqişəsi təxminən yarım saata yaxın davam etmişdir. O əsəbləşib orada özü ilə gətirdiyi benzinlə özünü yandırmaq istəmiş və bu da alınmamışdır. Daha sonra Şaiqin qoluna daşla vurmuşdur. İlk növbədə fikirləşmişdir ki, gedib orada özünü yandırsın. Çünki artıq bunlardan bezmişdir. Müəssisənin əlindən evində rahat yata və dincələ bilmirmiş. Müəssisədə olan zaman özünü yandırmaq istəyəndə Şaiq də onunla mübahisə edib yaxınlaşanda benzindən ona da səpmişdir. Əsəbləşmiş və kibriti çıxarıb yandırmaq istəyəndə onu polislər saxlamışdır. O Şaiqdən başqa heç kimə xəsarət yetirməmişdir. Şaiqlə aralarında baş vermiş münaqişə zamanı müəssisənin iş fəaliyyəti təxminən yarım saat dayanmışdır. Onun Şaiqi yandırmaq fikri olmadığını, benzini özünə səpəndə Şaiqdə yaxınlaşmış və benzin Şaiqə də səpilmişdir. İş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “PROFCO" MMC-nin direktoru işləyir. PROFCO” MMC-nin 2014-cü il tarixdən Lənkəran rayonu Təngivan kəndində yerləşən ''Qum-Çınqıl'' islelhsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisənin iş icraçısı Şahid4dir. O da mıitamadi olaraq həmin müəssisəyə nəzarət edir. Müəssisə Lənkəran rayonu Təngivan kənd ərazisindən keçən ‘'Lənkəran çay” sahilində bələdiyyə torpaqlarında yerləşir. Müəssisənin ərazisi 7 hektardır. Müəssisə tam qanuni fəaliyyət göstərir. Müəssisə bələdiyyə ilə 15 illik müqavilə başlamışdır. Müqavilənin müddəti 2032-ci ildə bitir. Son iyirmi gün olar ki, Lənkəran rayonu Təngivan kənd sakinləri olan bir qrup şəxs müəssisənin inzibati ərazisinə daxil olaraq, iş fəaliyyətinin dayandırılmasının, çay yataqlarından onlara avtomatlaşdırılmış suvarma sisteminin həll edilməsini tələb edirlər. Həmin kənd sakinləri müəssisədən çıxan yük maşınlarının qarşısını kəsib onların normal iş fəaliyyətinə mane olmuşlar. Həmin şəxslər müəssisənin yaxınlığında olan torpaq sahələrinin qurumasını və həmin sahələrinin suvarmaq üçün onlardan damcı suvarma sisteminin həll edilməsini istəyirlər. Həmin sakinlərdən Təqsirləndirilən şəxs, Şahid3, X10, X11 və qeyriləridir. O özü dəfələrlə Təqsirləndirilən şəxs və digər kənd sakinlərinə əlindən gələn köməkliyi etmişdir. Təqsirləndirilən şəxs və qeyriləri müəssisənin iş fəaliyyətinə mane olduqları üçün 27 fevral 2023-cıi il tarixdə X5 İdarəsi ilə müqavilə də bağlamışlar. Mühafizə polis əməkdaşları 28 fevral 2023-cü ildən növbəli şəkildə xidmət aparmağa başlamalı olmuşlar. 28 fevral 2023cü il tarixdə saat 09 radələrində mühafizə polisi əraziyə gəlmişdir. O polisləri ərazi ilə tanış edən zaman saat 09:30 radələrində müəssisədə olduğu zaman Lənkəran rayonu Təngivan kənd sakinləri Təqsirləndirilən şəxs. Şahid3, X10, X11 və X9 müəssisənin inzibati ərazisinə daxil olmuşlar. Həmin vaxt Şükür Əliyev uzaqda dayanıb telefonla çəkiliş aparmağa başlamışdır. Digər şəxslər müəssisəyə daxil olub, iş fəaliyyətini pozmağa başlamışlar. Təqsirləndirilən şəxs özünü yük maşının arxasına verərək, avtomobilin hərəkətinə mane olmuşdur. Bu zaman mühafizə polisi Əlibalanı avtomobilin arxa tərəfindən kənara çəkmişdir. Həmin vaxt Əlibala kənara çəkilib müəssisənin ərazisində daşların arasında gizlətdiyi plastik qabda olan butulkanı çıxarıb qapağını açıb içərisindəki benzin məhsulunu üzərinə səpmişdir. Bu zaman polis əməkdaşları Roman və Çingiz yaxınlaşmışlar ki, Əlibalanı saxlasınlar. Polis əməkdaşı Çingiz benzin butulkasını Əlibalanın əlindən almışdır. Həmin vaxt Əlibala benzini öz üzərinə də səpmək istəmişdir. Əlibala cibindən kibrit çıxarıb alışdırmaq istəyəndə polislər kibrit qutusunu ondan almışlar. Kibrit dənələri yerə səpilmişdir. Əlibalanın fikri o imiş ki, onu yandırsın. Lakin polislər bunun qarşısını ala bilmişlər. Həmin vaxt Əlibala daş parçasım götürüb sağ əlinin barmağına vurmuşdur. Əlibala həmin vaxt onu öldürəcəyi ilə hədələmişdir. Əlibala onlardan müəssisənin fəaliyyətini dayandırmağını bildirmişdir. Həmin vaxt Ziyafət, Ədalət və Telman da orada olmuşdur. Ondan müəssisənin fəaliyyətini dayandırmağını tələb edirmişlər. Polis əməkdaşları bunun qarşısını alırmışlar. Polislər onları sakitləşdirdikdən sonra onlar kənara çəkilmişlər. Daha sonra mühafizə polisləri Lənkəran ŞRPŞ-nə məlumat vermişlər. Həmin münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Orada digər kənd sakinləri də olmuşdur. Münaqişə zamanı o heç kimə xəsarət yetirməmişdir. Ona konkret olaraq Əlibala xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs üstünə benzin səpmiş və cibindən kibrit çıxarıb onu yandırmaq istəmiş, polislər bunu saxlamışlar. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb sağ əlinin barmağına vurmuşdur. Təqsirləndirilən şəxs müəssisəyə hər hansı bir ziyan vurmamışdır. Təqsirləndirilən şəxs etdiyi xuliqanlıq hərəkətləri təxminən 30 dəqiqə davam etmişdir. Müəssisənin iş fəaliyyəti də pozulmuşdur. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o X5 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Polis serjantıdır. 27 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl" istelhsalı müəssisəsi şöbə ilə müqavilə bağlamışdır. 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində o və şöbənin mühafizə polisi Şahid2, eləcə də manqa komandiri Rasim Həmidovla birlikdə Lənkəran rayonu Təngivan kəndində yerləşən həmin müəssisəyə getmişlər. Ora getməkdə məqsədi həmin müəssisəni təhvil alıb orada növbəli şəkildə xidmət aparmaq olmuşdur. Həmin gün saat 09:30 radələrində müəssisədə ərazi ilə müəssisənin rəhbəri Zərərçəkmiş şəxs tanış etirmişdir. Müəssisənin həyətində olduğu zaman ərazi ilə tanış olanda bir neçə şəxsin müəssissənin həyətində, yəni ərazisində olduğunu görmüşlər. Həmin vaxt Şaiq demişdir ki, həmin şəxslər Təngivan kənd sakinləridir, onların iş fəaliyyətinə mane olurlar. Həmin vaxt onlar həmin şəxslərə yaxınlaşmış və həmin şəxslərə ərazidən uzaqlaşmağını xahiş etmişlər. Onlar təxminən 5-6 nəfərə yaxın adam olmuşdur. Müəssisənin də təxminən 2-3 nəfər şəxsi heyəti orada olmuşdur. Həmin şəxslər onlara demişlər ki, buradan çıxıb gedə bilməzlər, evləri bura yaxın olduğu üçün narahat olurlar, evdə xəstələri var, azyaşlı uşaqları vardır, zavodun səsindən və toz-dumanından həyətlərində əyləşə bilmirlər, evdə pəncərəni tozdan aça bimirlər. Həmin şəxslər deyirmişlər ki, evin həyətində su quyuları bu müəssisənin fəaliyyəti ilə bağlı qurumuş, təsərrüfatında olan bağlara su verə bilmirlər. Həmin vaxt müəssisənin inzibati ərazisində bir yük avtomobili hərəkət edən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünü avtomobilin arxa tərəfinə ataraq avtomobilin hərəkətinə mane olmuşdur. Onlar Əlibalanı saxlayıb kənara çəkmişlər. Bu zaman Əlibala qaçıb kənarda gizlətdiyi daşların arasında bir plastik butulka götürüb dərhal qapağını açıb Şaiqin üzərinə səpmişdir. Daha sonra qalan butulkada olan benzini də öz üzərinə səpmişdir. Şahid2 dərhal ona yaxınlaşmış və qollarından tutub saxlamışdır. Əlibala həmin vaxt cibindən kibrit qutusunu da çıxarıb yandırmaq istəyəndə bunun qarşısını almışlar. O Əlibalanın əlindən kibriti almışdır. Daha sonra butulkanı da ondan almışdır. Əlibala kibritlə Şaiqi yandırmaq istəmişdir. Onun bu cəhdi alınmamışdır. Əlibalanın fikri həmin vaxt özünü və Şaiqi yandırmaq olmuşdur. Əlibala daha sonra yolda əyləşib yük avtomobilinin keçməsinə imkan verməmişlər. Onlar Əlibalanı sakitləşdirmək istəyəndə o müəssisənin rəhbəri Şaiqin ünvanına “oğraş, şərəfsiz, alçaq" kimi sözlər demişdir. Şaiq də, Əlibalanı nizam-intizama dəvət edirmişdir ki, söyüş söyməsin. Əlibala Şaiqin üzərinə hücum edib onu döymək istəyirmiş və onu hədələmişdir. Həmin vaxt Əlibala Şaiqin üzərinə hücum edib, yerdən daş götürüb Şaiqə atmışdır. Daş parçası Şaiqin əlinə dəymişdir. Əlibalanın yanında kənd sakinləri olsa da heç nə etməmiş, lakin narazlıq etmişlər. Onlar Əlibalanı bir təhər sakitləşdirmiş və polis şöbəsinə məlumat verəndən sonra polislər gəlib Əlibalanı aparmışlar. Həmin vaxt butulkanı Əlibalanın əlindən alan zaman Əlibala benzini Şaiqə səpmişdir. Daha sonra özünə səpəndə o butulkanı ondan almışdır. Əlibalanın Şaiqlə arasında yaranan münaqişə təxminən yarım saat davam etmişdir. Sonra münaqişəni sakitləşdirmişlər. Müəssisənin fəaliyyəti təxminən 30 dəqiqə dayanmış və sonradan bərpa olunmuşdur. Əlibalanın yanında olan digər şəxsləri tanımamışdır. Əlibalanın əlindən benzin butulkasını almışdır. Həmçinin kibrit qutusunu da. Əlibalanın əlindən alanda kibrit yerə tökülmüş və dağılmışdır. O həmin kibrit qutusunda götürmüşdür. Kibrit qutusunu və benzin butulkasını təqdim etmişdir. Təqsirləndirilən şəxs və digər şəxslər müəssisəyə hər hansı bir ziyan vura bilməmişlər. Əlibala müəssisənin yolunu kəsmiş və Şaiqi döymüşdür. Əlibala və yanında olan şəxslər başqa kiməsə xəsarət yetirməmişlər. Əlibala Şaiqin əlinə daşla vurub xəsarət yetirmişdir. İbtidai istintaq zamanı Şahid2, yuxarıda göstərilən halları ibtidai istintaqda verdiyi ifadəsində təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o 2016-cı il tarixdən "xxxx" MMC-nin Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində iş icraçısı işləyir. Həmin müəssisənin direktoru Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs özü mütamadi olaraq həmin müəssisəyə nəzarət edir. Həmin müəssisə Lənkəran rayonu Təngivan kənd ərazisindən keçən "xxxx" sahilində bələdiyyə torpaqlarında yerləşir. Müəssisənin ərazisi 7 hektardır. Müəssisə tam qanuni fəaliyyət göstərir. Müəssisə bələdiyyə ilə 15 illik müqavilə başlamışdır. Müqavilənin müddəti 2032-ci ildə bitir. Son vaxtlar Lənkəran rayonu Təngivan kənd sakinləri olan bir qrup şəxs müəssisənin inzibati ərazisinə daxil olaraq, iş fəaliyyətinin dayandırılmasının, çay yataqlarından onlara avtomatlaşdırılmış suvarma sisteminin həll edilməsini tələb edirmişlər. Həmin kənd sakinləri müəssisədən çıxan yük maşınlarının qarşısını kəsib onların normal iş fəaliyyətimizə mane olurlar. Həmin şəxslər müəssisənin yaxınlığında olan torpaq sahələrinin qurumasını və həmin sahələrinin suvarmaq üçün damcı suvarma sisteminin həll edilməsini istəyirlər. Həmin sakinlərdən Təqsirləndirilən şəxs, Şahid3, X10, X11 və qeyriləridir. Müəssisənin rəhbəri Zərərçəkmiş şəxs özü dəfələrlə Təqsirləndirilən şəxs və digər kənd sakinlərinə əlindən gələn köməkliyi etmişdir. Təqsirləndirilən şəxs və qeyriləri müəssisənin iş fəaliyyətinə mane olduqları üçün müəssisə 27 fevral 2023-cii il tarixdə X5 İdarəsi ilə müqavilədə bağlamışdır. Mühafizə polis əməkdaşları 28 fevral 2023cli ildən növbəli şəkildə xidmət aparmağa başlamalı olmuşdur. 28 fevral 2023-cli il tarixdə saat 08 radələrində o müəssisəyə getmişdir. Həmin gün saat 09 radələrində mühafizə polisi əraziyə gəlmişdir. Müəssisənin rəhbəri Zərərçəkmiş şəxs polisləri ərazi ilə tanış edən zaman saat 09:30 radələrində müəssisədə olduğu zaman Lənkəran rayonu kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid3. X10, X11 və Əliyev-Telman Zeynal oğlu müəssisənin inzibati ərazisinə daxil olmuşlar. Onlar müəssisəyə daxil olub, iş fəaliyyətini pozmağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özünü yük maşının arxasına verərək, avtomobilin hərəkətinə mane olmuşdur. Bu zaman mühafizə polisi Əlibalanı avtomobilin arxa tərəfindən kənara çəkmişdir. Həmin vaxt Əlibala kənara çəkilib müəssisənin ərazisində daşların arasında gizlətdiyi plastik qabda olan butulkanı çıxarıb qapağını açıb içərisindəki benzin məhsulunu Zərərçəkmiş şəxs üzərinə səpmişdir. Bu zaman polis əməkdaşları Roman və Çingiz yaxınlaşmışlar ki, Əlibalanı saxlasınlar. Polis əməkdaşı Çingiz benzin butulkasını Əlibalanın əlindən almışdır. Həmin vaxt Əlibala benzini öz üzərinə də səpmək istəmişdir. Əlibala cibindən kibrit çıxarıb alışdırmaq istəyəndə polislər kibrit qutusunu ondan almışlar. Kibrit dənələri yerə səpilmişdir. Lakin polislər bunun qarşısım ala bilmişlər. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb Zərərçəkmiş şəxs atmış və daş Şaiqin sağ əlinin barmağına dəymişdir. Əlibala həmin vaxt Şaiqi öldürəcəyi ilə hədələyirmiş, Əlibala Şaiqdən müəssisənin fəaliyyətini dayandırmağını deyirmiş. Həmin vaxt Ziyafət, Ədalət və Telman da orada olmuşlar. Onlar da Şaiqdən müəssisənin fəaliyyətini dayandırmağını tələb etmişlər. Polis əməkdaşları bunun qarşısını alırmışlar. Polislər onları sakitləşdirdikdən sonra onlar kənara çəkilmişlər. Daha sonra mühafizə polisləri Lənkəran ŞRPŞ-nə məlumat vermişlər. Həmin münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Müəssisənin iş fəaliyyəti də pozulmuşdur. İbtidai istintaq zamanı dindirilmiş şahid X15 ifadəsində göstərmişdir ki, yaşadığı kənddə Lənkəran çayının sahilində "PROFCO” MMC-nin “Qum-Çınqıl” istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisə 2014-cii ildən fəaliyyət göstərir. Hamin müəssisənin rəhbəri də Zərərçəkmiş şəxsdur. Həmin müəssisə kənddə yerləşdiyindən evinə yaxındır. Bundan əlavə kənd sakini Təqsirləndirilən şəxs evi müəssisənin yaxınlığındadır. Ən çox müəssisənin qanunsuz fəaliyyətindən Təqsirləndirilən şəxs və ailə üzvləri əziyyət çəkir. Həmin müəssisə fəlaliyyətə başlayandan sonra onlar da narahat olurlar. Belə ki, müəssisə səhər tezdən yüksək siqnalla işə başlayanda evdə böyükdənkiçiyə kimi hamı narahat olmağa başlayır. Bundan sonra gün ərzində orada olan səsküydən nə yata bilmirlər, nə də dincələ bilmirlər. Həmin müəssisə işələyəndə oranın havası çirklənir və toz-dümnn kəmidə yayılır. Yay aylarında həyətlərdə olan quyu quruyur. Bununla bağlı dəfələrlə müvallq orqanlara şikayət etmişlər, lakin heç bir nəticəsi olmamışdır. Həmin müəssisə işlədiyi üçün 21 fevral 2023-cıi il tarixdə gedib oranın fəaliyyətini dayandırmışlar. Çünki onlar şikayət etmişlər. Çünki həmin müəssisə qanunsuz fəaliyyət göstərir. 27 fevral 2023-cü il tarixdə səhər müəssisənin işə salındığını görmüşlər. Görmüşdür ki, kənd sakini Təqsirləndirilən şəxs həmin müəssisəyə doğru gedir. Biraz keçəndən sonra o da getmişdir. O müəssisəyə gedəndə görmüşdür ki, Təqsirləndirilən şəxs arvadı Səkinə və bir neçə kənd sakinləri vardır. Orada Telman, qardaşı Ədalət, Ziyafət də var imiş. Əlibala müəssisənin ərazisinə daxil olub orada Zərərçəkmiş şəxsla mübahisə etmişdir. Onlar Şaiqə yaxınlaşmışlar və Şaiqə irad tutmuşlar ki, müəssisə qanunsuz fəaliyyət göstərir buna görə narahat olurlar. Şaiq isə onlara məhəl qoymayıb, işləcəyini demişdir. Həmin vaxt Əlibala əsəbləşmiş və kənara çəkilmiş, daşların yanında saxladığı kauçuk butulkada nefti götürüb öz üzərinə səpmişdir ki, özünü yandırsın. Həmin vaxt orada olan mühafizə polisləri bunun qarşısını almışlar. Əlibala və Zərərçəkmiş şəxs mübahisə edirmişlər. Hətta biri-birilərini də söyürmüşlər. Mühafizə polisləri isə bunun qarşını alırmışlar. O və digərləri kənarda dayanıb heç nə etməmişlər. Həmin vaxt kənd sakini qardaşı Ziyafət də ora gəlmişdir. Əlibala ilə Şaiq arasında mübahisə yaranmış və biri-birilərinin üstünə hücum etmişlər. Polislər buna imkan verməmişlər və Əlibala kənara çəkilib daşla Şaiqin qoluna vurmuşdur. Həmin vaxt onlar da buna etiraz olaraq müəssisənin fəaliyyətini dayandırmağını tələb edirmişlər. Lakin orada dava-dalaş salmırmışlar. Həmin vaxt polislər oranı sakitləşdirmək istəyirmişlər. Daha sonra ora başqa polis əməkdaşları da gəlmiş və Əlibalanı polis şöbəsinə gətirmişlər. İbtidai istintaq zamanı dindirilmiş şahidlər X9 və X10, şahid Zakir Əliyevin ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları təsdiq etmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs silah qismində istifadə olunan daşdan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə istintaqında isə ibtidai istintaqda verdikləri ifadəsindən fərqli olaraq dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Təngivan kəndində yaşayır. Yaşadığı kənddə Lənkəran çayının sahilində “PROFCO" MMC-nin “Qum-Çınqıl” istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisə 2014- cLi ildən fəaliyyət göstərir. Həmin müəssisənin rəhbəri də Zərərçəkmiş şəxsdur, həmin müəssisə ilə onun həyətyanı torpaq sahəsi arasında təxminən 50 metr məsafə vardır. Həmin müəssisə fəlaliyyətə başlayandan sonra evində rahat qala bilmirlər. Belə ki, müəssisə səhər tezdən yüksək siqnalla işə başlayanda evdə böyükdən-kiçiyə kimi hamı narahat olmağa başlayır. Bundan sonra gün ərzində orada olan səs-küydən nə yata bilmirlər, nə də dincələ bilmirlər. Həmin müəssisə işləyəndə oranın havası çirklənir və tozdüman evinə gəlir. Yay aylarında həyətində olan quyusu quruyur. O bununla bağlı dəfələrlə müvallq orqanlara, həmçinin İcra hakimiyyətinə şikayət etmişdir. Heç bir nəticəsi olmamışdır. Həmin müəssisə bələdiyyə torpağında fəaliyyət göstərir. Müəssisə fəaliyyətə başlayandan o şikayət edir. Heç bir nəticəsi yoxdur. Zərərçəkmiş şəxs həmin müəssisənin rəhbəridir. Onu 9-10 ildir ki, tanıyır. 28 fevral 2023-cü il tarixdə özü ilə butulkada benzin götürərək həmin müəssisənin həyətinə getmişdir. Məqsədi müəssisənin fəaliyyətinə etiraz etməsi və bütün bu hadisələrdən bezdiyi üçün özünü yandırması olmuşdur. Heç kəsə xəsarət yetirmək və apardığı benzinlə heç kəsi yandırmaq fikri olmamışdır. Müəssisənin ərazisinə daxil olduqdan sonra ilk olaraq oranın işçisi olan sürücü ilə mübahisə etməyə başlamışdır. Sonradan həmin əraziyə Zərərçəkmiş şəxs gəlmişdir. Daşların arasında saxladığı içində benzin olan butulkanı götürərək öz üzərinə səpmişdir. Ərazidə xidmət aparan polis əməkdaşları benzin butulkasını onun əlindən almışlar və həmin vaxt qeyri ixtiyari benzin butulkası onun əlindən yerə düşmüşdür. Benzini üzərinə səpməkdə məqsədi müəssisənin fəaliyyətinə etiraz əlaməti olaraq özünü yandırmaq olmuşdur. Zərərçəkmiş şəxs qarşı benzin səpələməmişdir və belə məqsədi də olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs qarşı heç bir daş parçası və başqa predmet atmamışdır. Həmin vaxt ərazidə ondan başqa da kənd sakinləri də olmuşlar. Mübahisə təxminən yarım saat ərzində davam etmişdir. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 353.2.2-ci maddəsinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs və digər sakinlərin məhkəmədə cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verdikləri özünü müdafiə xarakterli ifadələrinə tənqidi yanaşmaq əvəzinə, ibtidai istintaq orqanının topladığı obyektiv sübutlara tənqidi yanaşaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Cinayət-Prosessual Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar), Cinayət-Prosessual Məcəllənin 124.2.1 -ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, Cinayət-Prosessual Məcəllənin 12-1.2.2-ci maddəsinə əsasən ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul olunur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində verilmiş ittiham üzrə hökm çıxarmayan məhkəmə yuxarıda sadalanan bilavasitə və düzünə sübutları (zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və s.) nəzərə almamış, sırf özünü müdafiə xarakterli, obyektiv halları təhrif edən fikirləri digər sübutlarla müqayisə etməyərək həqiqət kimi qəbul etmiş, düzgün ifadə verməyəcəkləri halda cinayət təqibi barədə xəbərdar edilmiş şahidlərin qərəzsiz ifadələri isə məhkəmə tərəfindən qeyri-obyektiv tənqidi yanaşmaya məruz qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2009-cu il tarixli qərarına əsasən, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Təsadüfi deyildir ki, Konstitusiyamıza edilmiş son dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir (125-ci maddənin Vİİ hissəsi). Lakin vəziyyətin pisləşməyə doğru çevrilməsinin yolverilməzliyi prinsipi məhkəməni həqiqətin təqsirləndirilən şəxs üçün əlverişli olub-olmama anından asılı olaraq müəyyənləşdirilməsi ilə məhdudlaşdırmır. Bu nöqteyi-nəzərdən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamışdır. Nəzərə alınmalıdır ki, ifadəsi mötəbər hesab edilməyən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs, şahid: - Çingiz Pərəcov, Şahid2, Zakir Əliyev, Şahid4, Şahid5, Saleh Şiikiirov və X14 istintaq zamanı verdikləri ifadələrində hadisəni təkzib edən, yaxud təqsirləndirilən şəxsin məhz CM-in 221.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini şübhə altına alan heç bir xüsusat və ziddiyyət aşkar olunmamışdır. Lakin məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və məhkəmə istintaqında fərqli ifadə verən şahidlərin ifadələrini əsas götürərək mübahisələndirməmişdir. Bu da məhkəmə hökmünün subyektiv meyarlara əsaslanmaqla çıxarıldığını və aşkar ziddiyyətli olduğunu göstərən ən vacib dəlildir. Qeyd etmək lazımdır ki, məhkəmə təqsirləııclirilən şəxsin ifadəsinə əsaslanmaqla əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqlarını prioritet götürmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verməmiş, bu da ziddiyyətli məhkəmə hökmünün çıxarılmasına səbəb olmuşdur. Həmçinin məhkəmə ittiham tərəfinin sübutlarını əsassız qiymətləndirməklə, onları təkzib edərək sübutların mötəbərliyinə şübhə ilə yanaşmışdır. Cinayət-Prosessul Məcəllənin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli və əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Göründüyü kimi məhkəmə bir tərəfli qaydada araşdırma apararaq Zərərçəkmiş şəxs xəsarət alması barədə ifadəsini sübut növü kimi qəbul etməyib, yalnız işin hallarına uyğun olmayan və hec bir əsaslara söykənməyən təqsirləndirilən şəxsin və şahidlərin verdikləri ziddiyyətli ifadələrini sübut növü kimi qəbul etmişdir. Lakin məhkəmə hansı səbəblərə görə təqsirləndirilən şəxs və şahidlərin məhkəmə baxışında verdikləri ifadələrini mötəbər hesab etməsini, onların ibtidai istintaqda verdikləri ifadələrinə isə tənqidi yanaşaraq rədd etməsinin motivlərini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 126.6-cı maddəsinin tələbinə əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməlində öz təqsirini etiraf etməsi iş üzrə bütiin sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilir. Həmçinin, qeyd etmək lazımdır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi dəyərləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Əlibala Məmmədoov, şahidlər Şahid1, Şahid2, Zakir Əliyev, Şahid4, Şahid5, Saldı Şükürov və Telman Əliyev və Ədalət Əliyevin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrnə tənqidi yanaşmamış və onların ibtidai istintaq zamanı verdikləri ifadələrini nəzərə almadan və həmin şəxslərin ifadələrini mötəbər hesab etmədən hesab etmişdir ki, Təqsirləndirilən şəxs törədilmiş cinayət əməli obyektiv cəhətdən CM-in 221.3-cü maddəsinin dispozisiyasında göstərilən hərəkətlərdə - yəni xuliqanlıq cinayətinin silah qismində istifadə edilən əşyanın tətbiq edilməsi ilə törədilməsində deyil, CM-in 221.1-ci maddəsinin dispozisiyasmda göstərilən hərəkətlərdə ifadə olunmuşdur. Belə olan halda şahidlərin məhkəmə istintaqında verdikləri ifadələrin həqiqiliyinə və mötəbərliyinə şübhələr yaranır və məhkəmə onların ifadələrinin mötəbər və inandırıcı hesab edilməsində haqlı olmamışdır. Məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada araşdırsa da əməlin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Beləliklə hesab edir ki, məhkəmə tərəfindən iş üzrə zərərçəkmiş şəxsin, təqsirlədirilən və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi tərəfsiz və obyektiv ifadələri nəzərə alınmamış, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və bu da ictimai təhlükəli əməlin tövsifınə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən hal olmuşdur. Azərbaycan Respublikası CPM-in 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi əsaslarındandır. Dövlət ittihamçısı qeyd edilənlərə əsaslanaraq Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon məhkəməsinin 30 may 2024-cıi il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayəyətində göstərmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 30 may 2024 -cü il tarixli 1(049)-21/2024 saylı hökmü ləğv edilməklə, əməlində cinayət hadisəsi və cinayət tərkibi olmadığı üçün, eləcə də təqsirliliyinin sübuta yetirilməməsi əsaslarına görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrdə özünü qismən təqsirli bilsə də, Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(049)- 21/2024 saylı hökmünün 2-ci səhifəsinin 1-ci abzasından görünür ki, özünü təqsirli bilməyərək məhkəmə iclasında aşağıdakı məzmunda ifadə verərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Təngivan kəndində yaşayır. Yaşadığı kənddə Lənkəran çayının sahilində "xxxx" MMC-nin “Qum-Çınqıl” istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisə 2014-cü ildən fəaliyyət göstərir. Həmin müəssisənin rəhbəri də Zərərçəkmiş şəxsdur. Müəssisə ilə onun həyətyanı torpaq sahəsi arasında təxminən 50 metr məsafə vardır. Həmin müəssisə fəlaliyyətə başlayandan sonra evində rahat qala bilmirlər. Belə ki, müəssisə səhər tezdən yüksək siqnalla işə başlayanda evdə böyükdənkiçiyə kimi hamı narahat olmağa başlayır. Bundan sonra gün ərzində orada olan səsküydən nə yata bilmirlər, nə də dincələ bilmirlər. Həmin müəssisə işləyəndə oranın havası çirklənir və toz-düman evinə gəlir. Yay aylarında həyətində olan quyunun suyu quruyur. O, bununla bağlı dəfələrlə müvafiq orqanlara, həmçinin İcra Hakimiyyətinə şikayət etmişdir. Heç bir nəticəsi olmamışdır. Həmin müəssisə bələdiyyə torpağında fəaliyyət göstərir. Müəssisə fəaliyyətə başlayandan o şikayət edir. Heç bir nəticəsi yoxdur. Zərərçəkmiş şəxs həmin müəssisənin rəhbəridir. Onu 9-10 ildir ki, tanıyır. 28 fevral 2023-cü il tarixdə özü ilə butulkada benzin götürərək həmin müəssisənin həyətinə getmişdir. Məqsədi müəssisənin fəaliyyətinə etiraz etmək və bütün bu hadisələrdən bezdiyi üçün özünü yandırmaq olmuşdur. Heç kəsə xəsarət yetirmək və apardığı benzinlə heç kəsi yandırmaq fikri olmamışdır. Müəssisənin ərazisinə daxil olduqdan sonra ilk olaraq oranın işçisi olan sürücü ilə mübahisə etməyə başlamışdır. Sonradan həmin əraziyə Zərərçəkmiş şəxs gəlmişdir. Daşların arasında saxladığı içində benzin olan butulkanı götürərək öz üzərinə səpmişdir. Ərazidə xidmət aparan polis əməkdaşları benzin butulkasını onun əlindən almışlar və həmin vaxt qeyri-ixtiyari benzin butulkası onun əlindən yerə düşmüşdür. Benzini üzərinə səpməkdə məqsədi müəssisənin fəaliyyətinə etiraz əlaməti olaraq özünü yandırmaq olmuşdur. Zərərçəkmiş şəxs qarşı benzini səpməmişdir və belə məqsədi də olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs qarşı heç bir daş parçası və başqa predmet atmamışdır. Həmin vaxt ərazidə ondan başqa da kənd sakinləri olmuşdur. Mübahisə təxminən yarım saat ərzində davam etmişdir. Son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək barəsində bəraət hökmü verilməsini məhkəmədən xahiş edir. Qeyd edir ki, təqsirləndirilən səxs Təqsirləndirilən şəxs Sirəli oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadələri təhrif edilmiş, istintaq orqanı onun ahıl yaşından, latın qrafikası ilə yaza bilməməsindən və çətin oxumasından sui-istifadə etmişdir. Həmçinin ifadələri ona oxunmadan imza etdirilmişdir. Məhkəmə iclasında verdiyi ifadə isə təhrif edilmədən göstərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(049)-21/2024 saylı hökmünün 3-cü səhifəsinin 1-ci abzasında göstərilir: “Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, bir ilə yaxındır ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru işləyir. PROFCO” MMC-nin 2014-cü il tarixdən Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istehsalı müəssisəsi fəaliyyət göstərir. 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kənd sakinləri olan bir qrup şəxs müəssisənin inzibati ərazisinə daxil olaraq, iş fəaliyyətinin dayandırılmasını tələb etmişlər. Həmin kənd sakinləri müəssisədən çıxan yük maşınlarının qarşısını kəsib onların normal iş fəaliyyətinə mane olmuşlar. Həmin sakinlərdən Təqsirləndirilən şəxs, Şahid3, X10, X11 və qeyriləridir. O, özü dəfələrlə Təqsirləndirilən şəxs və digər kənd sakinlərinə əlindən gələn köməkliyi etmişdir. Təqsirləndirilən şəxs və qeyriləri müəssisənin iş fəaliyyətinə mane olduqları üçün 27 fevral 2023-cü il tarixdə X5 idarəsi ilə müqavilə də bağlamışlar. Mühafizə polisi əməkdaşları 28 fevral 2023-cü ildən növbəli şəkildə xidmət aparmağa başlamışlar. Belə ki, 28 fevral 2023cü il tarixdə saat 09 radələrində mühafizə polisi əraziyə gəlmişdir. O, polisləri ərazi ilə tanış edən zaman saat 09 radələrində müəssisədə olduğu zaman Lənkəran rayonu Təngivan kənd sakinləri Təqsirləndirilən şəxs və ondan başqa bir çox kənd sakini müəssisənin inzibati ərazisinə daxil olmuşlar. Həmin şəxslər müəssisəyə daxil olub, iş fəaliyyətini pozmağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özünü yük maşının arxasına verərək avtomobilin hərəkətinə mane olmuşdur. Bu zaman mühafizə polisi Əlibalanı avtomobilin arxa tərəfindən kənara çəkmişdir. Həmin vaxt Əlibala kənara çəkilib müəssisənin ərazisində daşların arasında gizlətdiyi plastik qabda olan butulkanı çıxarıb qapağını açıb içərisindəki benzin məhsulunu onun üzərinə səpmişdir. Həmin vaxt cibindən kibrit çıxarıb yandırmaq istəyəndə bu zaman polis əməkdaşları Roman və Çingiz yaxınlaşmışlar ki, Əlibalanı saxlasınlar. Polis əməkdaşı Çingiz benzin butulkasını Əlibalanın əlindən almışdır. Həmin vaxt Əlibala benzini öz üzərinə də səpmək istəmişdir. Əlibala cibindən kibrit çıxarıb alışdırmaq istəyəndə polislər kibrit qutusunu ondan almışlar. Kibrit dənələri yerə səpilmişdir. Əlibalanın fikri onu yandırmaq olmuşdur. Lakin polislər bunun qarşısını ala bilmişlər. Həmin vaxt Əlibala daş parçasını götürüb ona doğru ataraq sağ əlinin barmağına vurmuşdur. Əlibala həmin vaxt onu öldürəcəyi ilə hədələyirmiş. Əlibala onlardan müəssisənin fəaliyyətini dayandırmağını tələb edirmiş. Həmin vaxt Ziyafət, Ədalət və Telman da orada olmuşlar. Daha sonra mühafizə polisləri Lənkəran ŞRPŞ-yə məlumat vermişlər. Həmin münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Orada digər kənd sakinləri də var imiş. Münaqişə zamanı o, heç kimə xəsarət yetirməmişdir. Ona konkret olaraq Əlibala xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs üstünə benzin səpmiş və cibindən kibrit çıxarıb onu yandırmaq istəmiş və polislər bunun qarşısını almışlar. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb sağ əlinin barmağına vurmuşdur. Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş və onu öldürəcəyi ilə hədələmişdir. Müəssisənin iş fəaliyyəti də pozulmuşdur”. Zərərçəkmiş şəxs hadisə günü, yəni xx.xx.2023-cü il tarixli yazılı ərizə ilə Lənkəran ŞRPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixində saat 10 radələrində "xxxx" MMC-nin “Qum-Çınqıl” istehsalı müəssisəsinin ərazisində olduğu zaman həmin kənd sakini Təqsirləndirilən şəxs bir neçə həmkəndlisi ilə birlikdə əraziyə daxil olub əlindəki plastik butulkdada olan benzin məhsulunu onun üzərinə səpərək yandırmağa cəhd göstərdiyini və yerdən daş parçası götürərək ona vurmaqla xəsarət yetirdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı da oxşar məzmunda ifadə vermişdir. Qeyd olunanlarla əlaqədar bildirir ki, məhkəmə iclaslarında şahid qismində dindirilmiş Şahid1 oqlu, Şahid2, X12, Şahid4 oqlu, Şahid3, Şahid6 Nivaz oqlu və X20 oqlu, habelə müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X26 oqlu, X22 oqlu, X27 oqlu və X3 ifadələri əlaqəli səkildə təhlil edildikdə, eləcə də is materiallarında olan videodiskin tədqiqi zamanı zərərçəkmiş şəxs X7 yalan və uydurma üzərində qurulmuş ifadə verdiyini və qeyd etdiklərinin həqiqət deyil, onun təxəyyülünün məhsulu olmasını və bu fərziyyə və mülahizələrin Təqsirləndirilən şəxs Sirəli oğlunun ağır cəza almasına hesablandığını acıq-aydın görmək mümkündür. Lənkəran Rayon Məhkəməsinin 30 may 2024 -cü il tarixli 1(049)-21/2024 saylı hökmünün 9-cu səhifəsinin son abzasından və 10-cu səhifəsində qeyd edilir: “Məhkəmə ilk öncə qeyd edir ki, isin məhkəmə baxışında həm ittiham tərəfinin təqdim etdiyi, həm də müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərdən hec biri 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istehsalı müəssisəsinin ərazisində bas verən mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Saiq Həsənova das parçasının atıldığını gördüklərini bildirməmişlər. Həmçinin məhkəmə istintaqında ifadə verən mübahisə vaxtı hadisə yerində olan şahidlər sözügedən mübahisə zamanı Təqsirləndirilən şəxs plastik butulkada olan benzini öz üzərinə səpdiyini, Saiq Həsənova doğru səpmədiyini bildirmişlər. İşin məhkəmə baxışında ifadə verən şahidlərdən Şahid3 və X15 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisində baş verən mübahisə zamanı ümumiyyətlə hadisə yerində olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikası CPM-in 126.3-cü maddəsinə əsasən “Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz.” İsin məhkəmə baxışında ifadə vermiş şahidlərdən polis əməkdaşı X24 oqlu ifadəsində bildirmişdir ki, sözügedən mübahisə zamanı Saiq Həsənovun barmağı ona doqru atılan aqac parçasından yaralanmışdır. Həmçinin sahid Şahid4 məhkəmə baxışı zamanı bildirmişdir ki, mübahisə zamanı bir qadının atdığı agac parçasının Zərərçəkmiş şəxs əlinə dəydiyini görmüşdür. Məhkəmə iclasında baxıs keçirilməklə tədqiq edilən videogörüntüdə də sahid Rasim Həmidovun ifadəsində qeyd edilənlərə uyqun xüsusatlar (qadınların əlində agac parçaları olduğu və bir qadının həmin agac parçasını ona doğru atması) müşahidə edilir. Məhkəmə məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli 203 saylı rəyində qeyd edilən və Zərərçəkmiş şəxs bədəni üzərində-sağ əlin İ barmağı nahiyəsində sıyrıq, sağ əl nahiyəsində akar edilmiş qançır xəsarətinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən xəsarət işin məhkəmə baxışında şahid qismində dindirilmiş X12 və Şahid4 ifadələrində qeyd etdikləri xüsusatlara uyğun - mübahisə zamanı hadisə yerində olan digər şəxslər tərəfindən ağac parçası ilə yetirilə bilərdi. İsin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlardan Təqsirləndirilən şəxs əlində das parçasının olması və onun tərəfindən Saiq Həsənova qarşı hər hansı predmetin atılması faktı sübuta yetirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən plastik butulkada olan benzin məhsulunun qərəzli olaraq Saiq Həsənovun üzərinə səpilməsi faktı da sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham Təqsirləndirilən şəxs bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi hissəsində sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daş ilə vuraraq xəsarət yetirməsi təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur. Belə ki, işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən və elan edilməklə tədqiq edilən iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisinə gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə bağlı qərəzli hərəkətlər edərək həmin müəssisənin rəhbəri olan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələri işlədərək, zor tətbiq edilməsi barədə onu hədələmiş, müəssisə əməkdaşların işləməsinə maneə yaratmaqla müəssisənin fəəliyyətinin dayanmasına səbəb olan hərəkətlər etmiş, həmçinin əvvəlcədən planlaşdırdığı kimi ora apardığı plastik butulkada olan benzini öz üzərinə səpmişdir. Bunun əksini təsdiq edən sübutlar olmadığından məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməlləri silah və ya silah qismində istifadə edilən əşya tətbiq edilməklə törətməsi sübuta yetirilmir və onun xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır”. Aşağıda sadalananlara əsasən Lənkəran Rayon Məhkəməsinin 30 may 2024 -cü il tarixli 1(049)-21/2024 saylı hökmündə Təqsirləndirilən şəxs Sirəli oğlunun əməlinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif edilməli olması ilə bağlı qeyd olunanların əsaslı olmamasını hesab edir. Təqsirləndirilən şəxs verilən ittihamın əsasını təşkil edən sübutlar zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə videogörüntülərdir. Zərərçəkmiş şəxsin ifadələri ilə baqlı olaraq qeyd edir ki, onun yalanları məhkəmənin hökmündə də təsdiqini tapmış, heç bir əsas olmadan, sırf Təqsirləndirilən şəxs ağır cəza almasına hesablanmış uydurma ifadələr (Təqsirləndirilən şəxs bir neçə həmkəndlisi ilə birlikdə əraziyə daxil olub əlindəki plastik butulkdada olan benzin məhsulunu onun üzərinə səpərək yandırmağa cəhd göstərməsi və yerdən daş parçası götürərək ona vurmaqla xəsarət yetirməsi) vermişdir. Şahid ifadələri ilə baqlı olaraq qeyd edir ki, işin məhkəmə baxışında həm ittiham tərəfinin təqdim etdiyi, həm də müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərdən heç biri 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istehsalı müəssisəsinin ərazisində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs daş parçasının atıldığını gördüklərini bildirməmişlər. Həmçinin məhkəmə istintaqında ifadə verən mübahisə vaxtı hadisə yerində olan şahidlər sözügedən mübahisə zamanı Təqsirləndirilən şəxs plastik butulkada olan benzini öz üzərinə səpdiyini, Zərərçəkmiş şəxs doğru səpmədiyini bildirmişlər. İşin məhkəmə baxışında ifadə vermiş şahidlərdən hətta polis əməkdaşı X12 ifadəsində bildirmişdir ki, sözügedən mübahisə zamanı Zərərçəkmiş şəxs barmağı ona doğru atılan ağac parçasından yaralanmışdır. Həmçinin Şahid4 məhkəmə baxışı zamanı bildirmişdir ki, mübahisə zamanı bir qadının atdığı ağac parçasının Zərərçəkmiş şəxs əlinə dəydiyini görmüşdür. Tərəfindən apellyasiya şikayətinə əlavə edilən videodiskləri müdafiə tərəfi dəfələrlə Lənkəran rayon Məhkəməsinə təqdim etmək istəsə də, məhkəmə hər dəfə bunun is üçün heç bir əhəmiyyətə malik olmadığını bildirmişdir (həmin videodisklər apelyasiya şikayətinə əlavə edilir). Hansı ki, həmin videoçəkilişlərdə “Qum-Çınqıl” istehsalı müəssisəsinin ərazisində avtoqəza nəticəsində bir nəfərin vəfat etməsi, avtomobilin sıradan çıxması ilə baqlı hallar(“Youtube” sosial şəbəkəsində də yayımlanmışdır), həmçinin orada qalxan toztorpaq, səs-küy, təkərlərin yandırılması zamanı zəhərli tüstünün insanların sağlamlığını pozması, kənd sakinlərinə məxsus inəyin “Qum-Çınqıl” istehsalı müəssisəsinin ərazisində qazılmış gölməçəyə düşüb boğulması, kənd sakinlərinin davamlı haqlı etirazları və digər pozuntular aydın səkildə görünür. Oradakı səs yazılarında isə zərərçəkmiş şəxs X16 bütün bunlara münasibətdə “əcəb etmişəm” deyə bildirir. İndi, sual olunur : Cinayətkar kimdir? İstintaq orqanı ittihamı verərkən bütün bunları “bəhanə” adlandırmışdır. Müdafiə etdiyi şəxsin dözdüyü bu qədər haqsızlıqdan sonra bas verənlərin “bəhanə” adlandırılması ağlasığmazdır. Təəssüf ki, apelyasiya şikayətinə əlavə etdiyi və is ücün mühüm əhəmiyyət kəsb edən videodisklərdəki fakt və hallar araşdırılmamış və məhkəmə düzgün olmayan və isin faktiki hallarına uyqun gəlməyən hökm çıxarmışdır. Məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların arasdırılmaması is üzrə düzgün nəticəyə gəlinməməsinin ən başlıca səbəblərindəndir. Müdafiə etdiyi şəxsin xuliqanlıq niyyəti ilə deyil, pozulmuş hüquqlarının bərpası üçün oraya getməsi və etdiyi şikayətlərin heç bir nəticəsinin olmadığını görərək canından bezməklə özünə qəsd etmək istəməsi zərərçəkmisin təqsirli hərəkətləri ucbatından bas vermişdir. Həm is materiallarında olan, həm də apelyasiya şikayətinə əlavə edilmiş videodisklərdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz olmamış, bu hərəkətlər zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən cana doymuş şəxsin etirazı olmuş, onun və onun qonşularının haqlı şikayətlərinə dövlət irqanları tərəfindən baxılmaması, Şaiqin də bundan ruhlanaraq qanunsuz fəaliyyətini davam etdirməsinə etiraz olaraq özünü yandırmaq istəmiş və özünü yük maşınlarının altına atmışdır. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən videogörüntüdə də şahid Rasim Həmidovun ifadəsində qeyd edilənlərə uyğun xüsusatlar (qadınların əlində ağac parçaları olduğu və bir qadının həmin ağac parçasını ona doğru atması) müşahidə edilir. Təqsirləndirilən şəxsin hərəkətləri xuliqanlıq deyil, özünə qəsd etmək və canından bezdiyi üçün özünü məruz qaldığı işgəncədən xilas etməkdir. İş materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs törədilməsi ona istinad edilən əməldə heç bir təqsiri olmamış, barəsində toplanmış sübutlar qərəzli, qanunsuz və qeyri-obyektiv olmuşdur. Ona görə də hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 30 may 2024 -cü il tarixli 1(049)- 21/2024 saylı hökmündə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirli olması istiqamətində qeyd olunan fikirlərin heç bir əsası yoxdur. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinin tələbləri əsasında birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduğundan apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə istintaqının qismən aparılması zəruri hesab edilməklə məhkəmə baxışının keçirilməsi təmin edilməlidir. Azərbaycan Respublikası CPM-in 400.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində yeni sübutların tədqiqi zamanı məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən digər faktiki hallar müəyyən edildikdə məhkəmənin gəldiyi nəticələr ücün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların arasdırılmaması birinci instansiya məhkəməsinin hökm və va qərarının ləğv edilməsi və va dəyişdirilməsi ücün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir: “Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Hesab edir ki, hazırki iş üzrə faktları və sübutları yuxarıda qeyd etdiyi Plenum qərarlarına müvafiq olaraq təhlil etdikdə, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətlərinin olmadığı aşkar şəkildə görünür. Onun əməlində cinayət hadisəsi və cinayət tərkibin zəruri elementlərindən olan obyektiv və subyektiv cəhətlər olmamışdır, təqsirliliyi mötəbər sübutlarla təsdiqini tapmamışdır. Beləliklə, hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsaslarına görə hökm ləğv edilməlidir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya protestinin və Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs vəkilinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili apellyasiya protestinin və zərər çəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini, özünün apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını qeyd edilən qanun normalarının tələbinə uyğun olaraq araşdırmaqla müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işinin başlanılmasına səbəb onun və onunla birlikdə Lənkəran rayonu Tənvəki qəsəbəsində yaşayan sakinlərin onların evlərinin yanında 2014-cü il tarixdə fəaliyyətə başlamış daş-çınqıl karxanasının hər gün səhərdən axşama qədər işləməsi nəticəsində onların yaşadıqları ərazidə ağır ekoloji vəziyyətin yaranmasından müxtəlif dövlət orqanlarına verdikləri şikayətlərə münasibət bildirilməməsi və Zərərçəkmiş şəxs məxsus həmin mədənin işləməklə onların sağlamlığına və ekologiyaya ziyan yetirən fəaliyyətini davam etdirməsinə etiraz etdikləri hadisə ilə əlaqədar olmuşdur. İşdən görünür ki, Təqsirləndirilən şəxs da çınqıl karxanasının fəaliyyətinə etiraz edən sakinlərin arasında olmuş, o, çınqıl istehsalı mədəninin onun və digər sakinlərin həyatını dözülməz edən fəaliyyətə etiraz olaraq əvvəlcədən plastmas burulkaya yığdığı benzini üzərinə tökərək həyatına qəsd etmək qərarına gəlmişdir. Etirazçıların ifadələrindən, polis əməkdaşları olan şahidlərin də bir qisminin ifadələrindən görünür ki, o hadisə yerində benzini öz üzərinə tökərkən ərazidə olan polis əməkdaşları ona mane olmağa çalışmış, bu zaman yaxınlıqda olan Zərərçəkmiş şəxs da, bəlkə də polis əməkdaşlarıının da üzərinə benzil tökülmüş, ətrafdakılar Təqsirləndirilən şəxs özünə qəsd etməsinə mane olmuşlar. Beləliklə istər Təqsirləndirilən şəxs, istərsə də digər etirazçıların xuliqanıq cinayəti törətmələrindən şübhələnməyə heç bir əsas olmamışdır. Əksinə ərazidə sakinlərin yaşamsını mümkünsüz edən fəaliyyətdən əziyyət çəkən insanların Ekologiya və Təbii sərvətlər nazirliyinə, Rayon İcra hakimiyyətinə, Respublikanın Baş Prokurorluğuna edilmiş çoxsaylı şikayətlərə hər hansı reaksiya verilməməsindən cana doyan vətəndaşın gücünün yalnız öz canına qəsd etməyə çatdığı bir vəziyyət yaranmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs insident zamanı hər hansı şəxsə, o cümlədən Zərərçəkmiş şəxs tərəf daş parçası atmamasını, Zərərçəkmiş şəxs sağ əl barmağına yetirilmiş yüngül xəsarətin etirazçılar arasında olan qadınlardan birinin atdığı ağacın dəyməsi nəticəsində yaranmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Lakin birinci istansiya məhkəməsi bununla yanaşı Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olmaması barədə düzgün nəticəyə gəlsə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş olmasını hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu sonuncu nəticə ilə razılaşmır və Təqsirləndirilən şəxs vəkilinin Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı tələbinin əsaslı olduğunu hesab edir. Dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahidlərin verdikləri ifadələrin həmin şahidlərin istintaq zamanı verdikləri ifadələrindən fərqli olduğu vəziyyətdə onların məhkəmədə vedikləri ifadələrinə üstülnük verməsi ilə razılaşmadığını bildirir. Əvvəla məhkəmənin məhkəmədə tədqiq edilmiş sübutlar əsasında hökm çıxarmalı olması onun üzərinə prosessual qanunla qoyulan bir borcudur. Belə ki, AR CPM-in 351.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdir. AR CPM-in “sübutların mümkünlüyü” adlanan 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. AR CPM-in 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, AR CPM-in 125.2.4-cü maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə əldə edilmiş məlumatların sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası müəyyən edir ki, işin birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, ailəüzvləri ilə birlikdə Lənkəran rayonunun Təngivan kəndində yaşayır. Yaşadığı kənddə Lənkəran çayının sahilində "xxxx" MMC-nin “Qum-Çınqıl” istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisə 2014-cü ildən fəaliyyət göstərir. Həmin müəssisənin rəhbəri də Zərərçəkmiş şəxsdur. Həmin müəssisə ilə onun həyətyanı torpaq sahəsi arasında təxminən 50 metrə məsafə vardır. Həmin müəssisə fəlaliyyətə başlayandan sonra evində rahat qala bilmirlər. Belə ki, müəssisə səhər tezdən yüksək siqnalla işə başlayanda evdə böyükdən-kiçiyə kimi hamı narahat olmağa başlayırmış. Bundan sonra gün ərzində orada olan səs-küydən nə yata bilmirlər, nə də dincələ bilmirlər. Həmin müəssisə işləyəndə oranın havası çirklənir və toz-düman evinə gəlir. Yay aylarında həyətində olan su quyusu quruyur. O bununla bağlı dəfələrlə müvafiq orqanlara, həmçinin Ekologiya nazirliyinə və İcra hakimiyyətinə şikayət etmişdir. Heç bir nəticəsi olmamışdır. Həmin müəssisə bələdiyyə torpağında fəaliyyət göstərir. Müəssisə fəaliyyətə başlayandan o şikayət edir. Heç bir nəticəsi yoxdur. Zərərçəkmiş şəxs həmin müəssisənin rəhbəridir. Onu 9- 10 ildir ki, tanıyır. Bütün şikayətlərinə baxılmamasından bezərək 28 fevral 2023-cü il tarixdə özü ilə butulkada benzin götürərək həmin müəssisənin həyətinə getmişdir. Məqsədi müəssisənin fəaliyyətinə etiraz etməsi və bütün bu hadisələrdən bezdiyi üçün özünü yandırması olmuşdur. Heç kəsə xəsarət yetirmək və apardığı benzinlə heç kəsi yandırmaq fikri olmamışdır. Müəssisənin ərazisinə daxil olduqdan sonra ilk olaraq oranın işçisi olan sürücü ilə mübahisə etməyə başlamışdır. Sonradan həmin əraziyə Zərərçəkmiş şəxs gəlmişdir. Daşların arasında saxladığı içində benzin olan butulkanı götürərək öz üzərinə səpmişdir. Ərazidə xidmət aparan polis əməkdaşları benzin butulkasını onun əlindən almışlar və həmin vaxt qeyri ixtiyari benzin butulkası onun əlindən yerə düşmüşdür. Benzini üzərinə səpməkdə məqsədi müəssisənin fəaliyyətinə etiraz əlaməti olaraq özünü yandırmaq olmuşdur. Zərərçəkmiş şəxs qarşı benzini səpələməmişdir və belə məqsədi də olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs qarşı heç bir daş parçası və başqa predmet atmamışdır. Həmin vaxt ərazidə ondan başqa da kənd sakinləri olmuşdur. Mübahisə təxminən yarım saat ərzində davam etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək barəsində bəraət hökmü verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, bir ilə yaxındır ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru işləyir. PROFCO” MMC-nin 2014-cü il tarixdən Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsi fəaliyyət göstərir. 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kənd sakinləri olan birqrup şəxs müəssisənin inzibati ərazisinə daxil olaraq, iş fəaliyyətinin dayandırılmasını tələb etmişlər. Həmin kənd sakinləri müəssisədən çıxan yük maşınlarının qarşısını kəsib onların normal iş fəaliyyətinə mane olmuşlar. Həmin sakinlər Təqsirləndirilən şəxs, Şahid3, X10, X11 və qeyriləridir. O, özü dəfələrlə Təqsirləndirilən şəxs və digər kənd sakinlərinə əlindən gələn köməkliyi etmişdir. Təqsirləndirilən şəxs və qeyriləri müəssisənin iş fəaliyyətinə mane olduqları üçün 27 fevral 2023-cü il tarixdə X5 İdarəsi ilə müqavilədə bağlamışlar. Mühafizə polis əməkdaşları 28 fevral 2023-cü ildən növbəli şəkildə xidmət aparmağa başlamışlar. Belə ki, 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində mühafizə polisi əraziyə gəlmişdir. O, polisləri ərazi ilə tanış edən zaman saat 09 radələrində müəssisədə olduğu zaman Lənkəran rayonu Təngivan kənd sakinləri Təqsirləndirilən şəxs və ondan başqa bir çox kənd sakini müəssisənin inzibati ərazisinə daxil olmuşlar. Həmin şəxslər müəssisəyə daxil olub, iş fəaliyyətini pozmağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özünü yük maşının arxasına verərək, avtomobilin hərəkətinə mane olmuşdur. Bu zaman mühafizə polisi Əlibalanı avtomobilin arxa tərəfindən kənara çəkmişdir. Həmin vaxt Əlibala kənara çəkilib müəssisənin ərazisində daşların arasında gizlətdiyi plastik qabda olan butulkanı çıxarıb qapağını açıb içərisindəki benzin məhsulunu onun üzərinə səpmişdir. Həmin vaxt cibindən kibrit çıxarıb yandırmaq istəyəndə bu zaman polis əməkdaşları Roman və Çingiz yaxınlaşmışlar ki, Əlibalanı saxlasınlar. Polis əməkdaşı Çingiz benzin butulkasını Əlibalanın əlindən almışdır. Həmin vaxt Əlibala benzini öz üzərinə də səpmək istəmişdir. Əlibala cibindən kibrit çıxarıb alışdırmaq istəyəndə polislər kibrit qutusunu ondan almışlar. Kibrit dənələri yerə səpilmişdir. Əlibalanın fikri onu yandırmaq olmuşdur. Lakin polislər bunun qarşısınıala bilmişlər. Həmin vaxt Əlibala daş parçasını götürüb ona doğru ataraq sağ əlinin barmağına vurmuşdur. Əlibala həmin vaxt onu öldürəcəyi ilə hədələyirmiş. Əlibala onlardan müəssisənin fəaliyyətini dayandırmağını tələb edirmiş. Həmin vaxt Ziyafət, Ədalət və Telman da orada olmuşlar. Daha sonra mühafizə polisləri Lənkəran ŞRPŞ-nəməlumat vermişlər. Həmin münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Orada digər kənd sakinləri də olmuşdur. Münaqişə zamanı o, heç kimə xəsarət yetirməmişdir. Ona konkret olaraq Əlibala xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs üstünə benzin səpmiş və cibindən kibrit çıxarıb onu yandırmaq istəmişdir və polislər bunun qarşısını almışlar. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb sağ əlinin barmağına vurmuşdur. Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş və onu öldürəcəyi ilə hədələmişdir. Müəssisənin iş fəaliyyəti də pozulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, 2007-ci ildən X5 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Polis serjantıdır. 27 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsi ilə mühafizə şöbəsi arasında müqavilə bağlamışdır. 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində şöbənin mühafizə polisi Şahid2, eləcə də, manqa komandiri Rasim Həmidovla birlikdə Lənkəran rayonu Təngivan kəndində yerləşən həmin müəssisəyə getmişlər. Ora getməkdə məqsədi həmin müəssisəni təhvil alıb orada növbəli şəkildə xidmət aparmaq olmuşdur. Həmin gün saat 09:30 radələrində müəssisədə ərazi ilə tanış olurmuşlar. Ərazi ilə onları müəssisənin rəhbəri Zərərçəkmiş şəxs tanış edirmiş. Müəssisənin həyətində olduğu zaman ərazi ilə tanış olanda bir neçə şəxsin müəssissənin həyətində, yəni ərazisində olduğunu görmüşlər. Həmin vaxt Şaiq demişdir ki, həmin şəxslər Təngivan kənd sakinləridir, onların iş fəaliyyətinə mane olurlar. Həmin vaxt onlar həmin şəxslərə yaxınlaşmışlar və həmin şəxslərə ərazidən uzaqlaşmağını xahiş etmişlər. Onlar təxminən 5-6 nəfərə yaxın olarmış. Müəssisənin də təxminən 2-3 nəfər şəxsi heyəti orada imiş. Həmin şəxslər onlara demişlər ki, buradan çıxıb gedə bilməzlər, evləri bura yaxın olduğu üçün narahat olurlar, evdə xəstələri var, azyaşlı uşzaqları vardır, zavodun səsindən və tozdümanından həyətində əyləşə bilmirlər, evdə pəncərəni tozdan aça bimirlər. Həmin vaxt müəssisənin inzibati ərazisində bir yük avtomobili hərəkət edən zaman sonradanadını bildiyi Təqsirləndirilən şəxs özünü avtomobilin arxa tərəfinə ataraq avtomobilin hərəkətinə mane olmuşdur. Onlar Əlibalanı saxlayıb kənara çəkmişlər. Bu zaman Əlibala qaçıb kənarda gizlətdiyi daşların arasında bir plastik butulka götürüb dərhal qapağını açıb içərisində olan benzini öz üzərinə səpmişdir. Əlibala cibindən kibrit çıxaran zaman polis əməkdaşı Şahid2 onu tutmuşdur, bu vaxt butulka Əlibalanın əlindən sıçrayaraq yerə düşmüşdür, kibrit dənələri də yerə dağılmışdır. Hənim vaxt müəssisənin rəhbəri Zərərçəkmiş şəxs Əlibaladan 5 – 6 metr aralıda olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğru benzin səpməmişdir. Təqsirləndirilən şəxs benzini yalnız öz üzərinə səpmişdir. Ərazidə 10 – 15 nəfər kənd sakini toplaşmışdı. Onlar kütləvi olaraq müəyyən predmetlər atırdılar. Lakin Təqsirləndirilən şəxs əlində daş parçası görməmişdir, həmçinin onun daş parçasını və ya digər predmeti Zərərçəkmiş şəxs doğru atdığını görməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünün ünvanına nalayiq söyüşlər işlədirdivə onu öldürəcəyi ilə hədələyirdi. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Mübahisədən sonra Zərərçəkmiş şəxs əlini müstəntiqə göstərərək, xəsarət aldığını bildirdiyini görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X5 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Polis serjantıdır. Belə ki, 27 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsi şöbə ilə müqavilə bağlamışdır. Belə ki, 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində o və şöbənin mühafizə polisi Şahid2, eləcə də, manqa komandiri Rasim Həmidovla birlikdə Lənkəran rayonu Təngivan kəndində yerləşən həmin müəssisəyə getmişlər. Ora getməkdə məqsədi həmin müəssisəni təhvil alıb orada növbəli şəkildə xidmət aparmağı olmuşdur. Həmin gün saat 09:30 radələrində müəssisədə ərazi ilə tanış olurmuşlıar. Ərazi ilə onları müəssisənin rəhbəri Zərərçəkmiş şəxs tanış edirmiş. Həmin vaxt əraziyə 4-5 nəfər polis əməkdaşı təhkim edilmişdi. Müəssisənin ərazisində olan zaman ora bir neçə şəxsin gəldiyini görmüşlər, maraqlandıqda həmin şəxslər bildirmişlər ki, onlr Təngivan kədinin sakinləridirlər və orada fəaliyyət göstərən müəssisənin fəaliyyətindən narazıdırlar. Həmin kənd sakinlərinin əlində daş, taxta və digər predmetlər olmuşdur. Həmin şəxslər qrup halında daş və taxta parçaları atırdılar. O, özü Təqsirləndirilən şəxs 1-2 metr aralıdadayanmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs daşlarının arasından butulkanı götürərək, içində olan benzini öz üzərinə səpməyə başlamışdır. Əlibala cibindən kibrit çıxaranda dərhal ona qarşı qaçaraq butulkanı onun əlindən almağa çalışmışdır, həmin vaxt butulka onun əlindən yerə düşmüşdür və ərazidə olan polis əməkdaşı Şahid1 kibriti Əlibalanın əlindən almışdır. Əlibala benzini üzərinə səpərkən Zərərçəkmiş şəxs ilə onunarasında 3 – 4 metr məsafə var idi, Əlibalanın əlindən butulkanı alarkən benzin Şaiqin vəpolis əməkdaşlarının üzərinə də səpələnmişdi. Əlibalanın qərəzli olaraq Şaiqin üzərinə benzin səpdiyini görməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs müəyyən söyüşlər söyürdü, müəssisənin işləməsinə etiraz edirdi. Məhz Təqsirləndirilən şəxs əlində daş parçası olduğunu xatırlamır. Daş kütləvi olaraq atılırdı. Zərərçəkmiş şəxs daşın dəydiyini gorməmişdir. Əraziyə təxminən 10-15 nəfər toplaşmışdı. Mübahisə ümumi olaraq təxminən 4-5 saat davam etmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı X12ifadəsində bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində bir neçə polis əməkdaşları ilə birlikdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində xidmətdə olarkən bir qrup kənd sakinləri həmin müəssisənin ərazisinə gələrək müəssisənin fəaliyyətinə etiraz əlaməti olaraq müəssisəyə məxsus yük avtomaşınının qaşısını kəsmişlər. Həmin vaxt həmin şəxslərdən əsasən, qadınlartərəfindən daş, taxta parçaları atılırdı. Qadınlar tərəfndən atılan taxta parçalarından biri onun özünə də dəymişdi. Hadisə zamanı o, öz mobil telefonu ilə videoçəkiliş aparmışdır, həmin videoçəkilişdə də bir qadının ona doğru taxta parçası atdığı görünür. Mübahisə zamanı sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs yaxasından plastmas butulkanı çıxararaq içərisində olan benzini öz üzərinə səpmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq butulkanı ondan almağa çalışdıqda Əlibala butulkanı kənara atmışdır. Şaiq həmin vaxt 3-4 metr oradan aralıda dayanmışdı. Əlibala butulkanı polis əməkdaşına doğru atmışdır, Şaiqə doğru atmamışdır. Butulkanı atandan sonra Əlibala kibriti cibindən çıxarmaq istədikdə polis əməkdaşları onun əlindən almağa çalışdıqda kibrit dənələri yerə dağılmışdır. Hadisədən sonra müəssisənin rəhbəri olan Zərərçəkmiş şəxs barmağından xəsarət aldığını ona bildirmişdir. Həmin xəsarət ona qarşı atılan taxta parçasından yaranmışdı. Mübahisə zamanı ağac parçasını Zərərçəkmiş şəxs doğru bir qadın atmışdır, həmin ağac parçası Zərərçəkmiş şəxs əlinə dəydi və barmağı xəsarət almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğru daş atdığını görməmişdir. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs yaxın məsafədə olmuşdur, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyürdü. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində iş icraçısı vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə kənd sakinləri müəssisəyə məxsus yük avtomaşınlarının qarşısını kəsərək, müəssisənin iş fəaliyyətini dayandırıblar. Həmin vaxt o, iş yerində olmuşdur və səhər saat 10 radələri olmuşdur. Zərərçəkmiş şəxs və polis işçiləri müəssisənin ərazisində idilər. Demək olar ki, kəndin yarısı qadınlar və kişilər ora toplaşmışdırlar. Kənd sakinləri daş və taxta parçaları atırdılar. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədirdi. Mübahisə zamanı müəssisənin ərazisinə toplaşan şəxslərdən bir qadının atdığı ağac parçasının Şaiqin qoluna dəydiyini görmüşdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı butulkada olan benzini Şaiqin üstünə səpmişdir və cibindən kibrit çıxararaq yandırmaq istədikdə polislər onun tutmuşlar. Hadisə təxminən bir saat davam etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, pay torpağından qayıdarkən Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisində bir qrup kənd sakinlərinin toplaşdığını görmüşdür. Həmin vaxt mübahisə artıq bitmişdir və mübahisənin şahidi olmamışdır. O, müəssisədə Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs arasında baş vermiş münaiqşəni görməmişdir. Sonradan polis şöbəsinə onu izahat vermək üçün aparmışlar və Təqsirləndirilən şəxs orada görmüşdür. Polis şöbəsinə gətirilməsinin səbəbini Əlibaladan soruşanda ona bildirmişdir ki, özünü yandırmaq istəməsi ilə əlaqədar onu polisə gətiriblər. Müəssisənin ərazisində olan zaman polislərin və Zərərçəkmiş şəxs orada olduğunu görmüş, Şaiqin xəsarət aldığını görməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində baş verən mübahisə zamanı orada olmamışdır. Hadisənin şahidi olmamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Lənkəran rayonu, Təngivan kəndinin sakinidir. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla münasibətləri normaldır. Zərərçəkmiş şəxsla münasibəti normal deyildir. Lakin Zərərçəkmiş şəxsla münasibətinin yaxşı olmaması hazırda məhkəmə iclasında verdiyi ifadəsinəheç bir təsir göstərmir. Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin fəaliyyətinə dəfələrlə etiraz etmişdir. 28 fevral 2023-cü il tarixdə həmin müəssisənin ərazisində baş verən mübahisə zamanı orada olmuşdur. Hadisə vaxtı Əlibala butulkada olan benzini öz üzərinə səpərək özünü yandırmaq istəmişdir. Şaiqhəmin vaxt Əlibaladan aralı məsəfədə idi və o, benzini Şaiqə doğru səpməmişdir. X8 doğru hər hansı daş parçası və ya digər predmet atdığını görməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 və X9 ifadəsində şahid X4 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqləmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl”istelhsalı müəssisəsində sürücü vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə səhər saat 08 radələrində işə getmişdir. Həmin vaxt müəssisənin həyətində Zərərçəkmiş şəxs və polislərigörmüşdür. Müəssisədə iş saat 09:30-da başlayır. İşi saatının başlamasına bir az qalmış müəssisənin həyətində dava-dalaş başlamışdır və Təqsirləndirilən şəxs da orada olmuşdur. O, özü mübahisə olan ərazidən 15 metr aralıda çənin üstündə dayanaraqhadisələri müşahidə etmişdir. Orada nə danışıldığını eşitməmişdir. Lakin hadisəni müşahidə edərək görmüşdür Əlibala əlində olan butulkanın içində olan benzini çıxararaq öz üzərində səpir. Sonradan benzin Şaiqin və polislərin üzərinə də çilənmişdir. Benzini Əlibala öz üzərinə səpmişdi, məqsədi özünü yandırmaq idi. Əlibalanın əlində hər hansıdaş parçası və başqa predmetin olsuğunu və onun tərəfindən Şaiqə doğru hər hansı predmetin atıldığını görməmişdir. Hadisə yerində 15 dəqiqə olmuşdur. Sonradan o, avtmobilə ehtiyat hissəsi almaqdan ötrü şəhərə getmişdir, qayıtdıqdan sonra isə mübahisənin bitdiyini görmüşdür. Hadisə vaxtı Şaiqin barmağının yaralandığını görmüşdür, səbəbini isə ondan soruşmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl”istelhsalı müəssisəsində traktor sürücüsü vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə səhər saatlarında o, işə başlayarkən kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ekskavatorun işini dayandırmasını tələb etmişdir. O, da işi saxlamışdır və bir müddətdən sonra işi ilə əlaqədar kənara getmişdir. Müəssisədə baş verən mübahisəni görməmişdir. Təqsirləndirilən şəxs əlində hər hansı daş, taxta və digər predmeti görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı hər hansı predmetin atıldığını görməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs yaralandığını da görməmişdir. Aparılmış ibtidai-istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında vermiş olduğu ifadə arasında ziddiyyət olduğu üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai-istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat 08 radələrində o müəssisəyə getmişdir. Həmin gün saat 09 radələrində mühafizə polisi əraziyə gəlmişdir. Müəssisənin rəhbəri Zərərçəkmiş şəxs polisləri ərazi ilə tanış edirmiş. Həmin gün saat 09:30 radələrində müəssisədə olduğu zaman Lənkəran rayonu Təngivan kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid3, X10, X11 və X9 müəssisənin inzibati ərazisinə daxil olmuşlar. Onlar müəssisəyə daxil olub, iş fəaliyyətini pozmağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özünü yük maşının arxasına verərək, avtomobilin hərəkətinə mane olmuşdur. Bu zaman mühafizə polisi Əlibalanı avtomobilin arxa tərəfindən kənara çəkmişdir. Həmin vaxt Əlibala kənara çəkilib müəssisənin ərazisində daşların arasında gizlətdiyi plastik qabda olan butulkanı çıxarıb qapağını açıb içərisindəki benzin məhsulunu Zərərçəkmiş şəxs üzərinə səpmişdir. Bu zaman polis əməkdaşları Roman və Çingiz yaxınlaşmışlar ki, Əlibalanı saxlasınlar. Polis əməkdaşı Çingiz benzin butulkasını Əlibalanın əlindən almışdır. Həmin vaxt Əlibala benzini öz üzərinə də səpmək istəmişdir. Əlibala cibindən kibrit çıxarıb alışdırmaq istəyəndə polislər kibrit qutusunu ondan almışlar. Kibrit dənələri yerə səpilmişdir. Lakin polislər bunun qarşısını ala bilmişlər. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb Zərərçəkmiş şəxs atmış və daş Şaiqin sağ əlinin barmağına dəymişdir. Əlibala həmin vaxt Şaiqi öldürəcəyi ilə hədələyirmiş. Əlibala Şaiqdən müəssisənin fəaliyyətini dayandırmağını deyirmiş. Həmin vaxt Ziyafət, Ədalət və Telman da orada imiş. Onlar da Şaiqdən müəssisənin fəaliyyətini dayandırmağını tələb edirmişlər. Polis əməkdaşları bununqarşısını alırmışlar. Polislər onları sakitləşdirdikdən sonra onlar kənara çəkilmişlər. Daha sonra mühafizə polisləri Lənkəran ŞRPŞ-nə məlumat vermişlər. Həmin münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Münaqişə zamanı Zərərçəkmiş şəxs heç kimə xəsarət yetirməmişdir. Həmçinin o da heç kimə xəsarət yetirməmişdir. Əlibala Şaiqin ünvanına nalayiq söyüşlər söyməklə onu hədələyirmiş. O özüdə Əlibalanı sakitləşdirmək istəsədə o sakitləşmirmiş. Əlibala və digər şəxslər ona xəsarət yetirməmişlər. Əlibala ancaq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs, Şaiqin üstünə benzin səpmiş və cibindən kibrit çıxarıb yandırmaq istəmiş, polislər bunu saxlamışlar. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb Şaiqin sağ əlinin barmağına vurmuşdur. Məhkəmə kollegiyası müəyyən edir ki, işin ibtidai istintaqı zamanı alınmış xüsusilə polis əməkdaşlarından alınmış ifadələr, xüsusilə bu ifadələrin Təqsirləndirilən şəxs guya içərisində benzin olan butulkanı gizlətdiyi yerdən çıxararaq dərhal Şaiqin üstünə benzin səpməsi və ona tərəf daş atması ilə bağlı olan hissəsi bütün şahidlərə münasibətdə eyni cümlələrlə, eyni tərzdə və eyni ardıcıllıqla qeyd olunmaqla Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi səhnəsi yaradılmasına yönəldilmiş, həmin şəxslərə oxunmadan imzalatdırılmış, müstəntiq bu ifadələrin oxucusunu ifadədə qeyd edilənlərə inandırmaq üçün ifadəyə “polis Əlibalanın əlindən kibriti alarkən bu zaman kibrit yerə düşmüş, dənələri də yerə səpilmişdir” kimi şahidin hadisənin detallarını necə dəqiq xatırlaması təəsüratı yaratmağa çalışmışdır. Halbuki, həmin şahidlər, o cümlədən bilavasitə hadisənin mərkəzində olmuş polis əməkdaşları olan şahidlər Şahid1, Şahid2, X18 məhkəmədə Əlibala Şirəli oğlunun içərisində benzil olan butulkanı gizlətdiyi yerdən necə çıxartması, ağzını açıb dərhal öz üzərinə tökməsi, onun əlindən butulkanı almaq istəyərkən içərisində olan neftin ətrafa səpələnməsi barədə eyni məzmunlu ifadələr vermişlər. Şahid5 münasibətdə müstəntiq bir qədər də irəli getmişdir. Həmin şəxs məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs səhər səhər ona yaxınlaşaraq ekskovatorun işini dayandırmasını tələb etməsindən sonra işi dayandıraraq ərazini tərk etdiyini və hadisənin sonrakı gedişini görmədiyini göstərsə də, onun istintaq zamanı verdiyi ifadəsi Təqsirləndirilən şəxs Şaiqin üzərinə benzini necə töküb onu necə yandırmaq istəməsi barədə digər ifadələrlə eyni məzmunda olmuşdur. Halbuki bu şəxs məhkəmədə deyir ki, o hadisənin əvvəlindən hadisə yerini tərk etmiş, Əlibalanın əlində benzin butulkası görməmiş, həmin yeri tərk edib öz işlərinin arxasınca getmişdir. Bütün bunlara baxmayaraq hamının həyatına və sağlamlığına zərər yetirib özü işdə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs istintaq zamanı olduğu kimi məhkəmədə də Təqsirləndirilən şəxs butulkanı çıxardaraq dərhal nefti onun üzərinə tökmüş olması və onu yandırmaq istəməsi barədə ifadə verir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ifadəsinin bu hissəsinin məhkəmədə verilmiş digər şahid ifadələrinə uyğun gəlməməsi səbəbindən, həmçinin ifadəsini bütövlükdə bu səbəbdən digər ifadələrlə müqayisədə sübut kimi qəbul edilə bilən olmadığını hesab edir. Hadisənin daha dəqiq təsvir edildiyi Şahid6 ifadəsində göstərilir ki, “Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl”istelhsalı müəssisəsində sürücü vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə səhər saat 08 radələrində işə getmişdir. Həmin vaxt müəssisənin həyətində Zərərçəkmiş şəxs və polisləri görmüşdür. Müəssisədə iş saat 09:30-da başlayır. İşi saatının başlamasına bir az qalmış müəssisənin həyətində dava-dalaş başlamışdır və Təqsirləndirilən şəxs da orada olmuşdur. O, özü mübahisə olan ərazidən 15 metr aralıda çənin üstündə dayanaraq hadisələri müşahidə etmişdir. Orada nə danışıldığını eşitməmişdir. Lakin hadisəni müşahidə edərək görmüşdür Əlibala əlində olan butulkanın içində olan benzini çıxararaq öz üzərində səpir. Sonradan benzin Şaiqin və polislərin üzərinə də çilənmişdir. Benzini Əlibala öz üzərinə səpmişdi, məqsədi özünü yandırmaq idi. Əlibalanın əlində hər hansı daş parçası və başqa predmetin olduğunu və onun tərəfindən Şaiqə doğru hər hansı predmetin atıldığını görməmişdir. Hadisə yerində 15 dəqiqə olmuşdur. Sonradan o, avtmobilə ehtiyat hissəsi almaqdan ötrü şəhərə getmişdir, qayıtdıqdan sonra isə mübahisənin bitdiyini görmüşdür”. İşdən görünən odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun və digər kənd sakinləri üçün yaratdığı dözülməz həyat şəraitinə, qanuni yollarla etdiyi bütün şikayətlərin heç bir nəticəsi olmamasına, Zərərçəkmiş şəxs da bu vəziyyətdən ilham alaraq öz qanunsuz fəaliyyətini daha qərəzli şəkildə davam etdirməsinə, hadisə baş verən gündən başlayaraq isə onun bu hərəkətləri artıq polisin mühafizəsi altında davam etdirməsinə etiraz olaraq özünə qəsd etmək istəmişdir. Hadisə baş verən günü edilmiş etirazda Təqsirləndirilən şəxsla yanaşı demək olar ki, bütün digər sakinlərin də bu aksiyada iştirak etməsi, etirazlarını bildirməsi, şahid ifadələrindən göründüyü kimi onların arasında Zərərçəkmiş şəxs tərəf daş və ağac parçası atanların da olması barədə ifadələrdən həmin gün hansı hadisənin baş verməsini müəyyən etmək olur. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin apellyasiya şikayətinə əlavə etdiyi video diskə baxlarkən ərazidə fəaliyyət göstərən çınqıl mədəninin əraziyə hansı ekoloji fəlakəti gətirməsi, ərazinin toz duman içərisində olması, ərazidə olan bitkilərin quruması, bir qədər kənarda isə yaşayış evlərinin olması aydın görünür. Vətəndaşların uzunmüddətli və çoxsaylı müraciətləri əsasında bu günə qədər ən azından hər hansı ekoloji ekspertizanın aparılması, müəssisənin fəaliyyətinin araşdırılmasının işə birinci instansiya məhkəməsində baxılana qədər həyta keçirilməsi işdən görünmür. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs hər hansı xuliqanlıq əməlini törətmiş olmasının hesab edilməsi tam əsassız və qanunsuz olmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və ya 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin ən azından subyektiv tərəfi mövcud deyil. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 221.1-ci maddəsi ilə ittiham hökmü çıxararkən polis əməkdaşlarının ifadələrinə də əsaslanmışdır. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli qərarda, həmçinin bir sıra digər qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə polis əməkdaşları Təqsirləndirilən şəxs hadisə zamanı davranışı, saxlanılması onun əlindən içərisində benzin olan butulkanın alınmasının təfsilatı barədə şahid kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda polis əməkdaşlarının özlərinin fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda özlərinin hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, polis əməkdaşları müqavilə əsasında Zərərçəkmiş şəxs müəssisəsinin mühafizəsinə cavabdeh olan beləliklə hadisəyə bu və ya digər formada Zərərçəkmiş şəxs mənaqfeyi baxımından aidiyyətləri olduğundan və onların istintaq zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs hərəkətləri barədə eyni tipli cümlələrlə ifadə olduğundan onların istintaq zamanı, bir qisminin isə məhkəmədə verdikləri ifadələrini ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Onlar Təqsirləndirilən şəxs içərisində benzin olan butulka ilə davranışının məzmunu, gedişatı barədə, yəni onun benzini dərhal öz üzərinə tökməsi, polis əməkdaşının butulkanı onun əlindən alması zamanı butulkadakı benzinin bir hissəsinin ətrafa çilənməsi barədə digər şahidlərlə eyni məzmunlu ifadələr versələr də eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüb təhqir etməsi, ona zor tədbiq etmək istəməsi barədə və beləliklə onun əməlində xuliqanlıq cinayətinin ən azından sadə tərkibinin olması təəsuratı yaratmışlar və məhkəmə də Təqsirləndirilən şəxs barəsində CM-in 221.1-ci maddəsi ilə ittiham hökmü çıxararkən başqa sübutlarla yanaşı polis əməkdaşlarının ifadələrinə də istinad etmişdir. Polis əməkdaşlarından yalnız biri isə Şaiqin əlinə etirazda iştirak edən qadınlardan biri tərəfindən atılmış ağacın dəyməsini gördüyünü bildirmişdir ki, həmin şahidin ifadəsi digər sübutlarla üst-üstə düşərək hadisənin bütün təfsilatı barədə işdə olan digər sübutlarla tamamlanan ifadədir. Beləliklə polis əməkdaşlarının ifadələri Zərərçəkmiş şəxs ifadələri ilə üst-üstə düşən hissədə Şaiqin ifadəsi kimi qərəzli olmuş və ona görə də sübut kimi qəbul edilməməlidir. Apellyasiya baxışı zamanı müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş, sakinlərin müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 X1 ünvan 1 ünvanlanmış 21 sentyabr 2022-ci il tarixli 19/kol-214 saylı məktubundan görünür ki, “Lənkərançay” qum-çınqıl yatağında fəaliyyət göstərən karxanaların dağ-mədən fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə Agentliyin əməkdaşları tərəfindən karxana sahələrinə monitorinq keçirilmiş və qanunsuz fəaliyyət göstərən müəssələrin fəaliyyəti ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Lənkəran rayonu Təngivan kənd sakini Şahid3 ünvanlanmış 24 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3ində fəaliyyət göstərən "xxxx" MMC-nin qanunsuz qazıntı işləri aparması ilə bağlı akt və protokollar tərtib olunaraq tədbir görülməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Lənkəran Rayon Məhkəməsində iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda işə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Hazırda bununla bağlı Baş Prokurorlu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində Cinayət işi açılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkaran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)-21/2024 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 Məmədqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməli, Lənkaran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)-21/2024 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına və nə üçün üstünlük verilməsini hökmündə tam göstərməmiş, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmişdir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olması barədə tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cinayət əməli sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs barəsində CM-in 221.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılması düzgün olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə Cinayət-Prosessual Məcəlləsinin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərin hüç birinə münasibətdə təstiqedici cavab vermək mümkün deyil. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli vəya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və ya 221.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nə 221.3-cü, nə də 221.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyinəzərindən qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin 3-cü hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin 4-cü hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkaran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)-21/2024 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkaran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(049)-21/2024 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 Məmədqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkaran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(049)-21/2024 saylı hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 Məmədqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilsin. Hökm çıxarıldığı andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar