Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-707/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – X13 və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2025ci il tarixli, 1(099)-57/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2025-ci il tarixli, 1(099)-57/2025 nömrəli hökmü (hakimlər X14 (sədrlik edən), X11 və X1 ibarət tərkibdə) ilə, 9 dekabr 1979-cu il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Biləsuvar şəhəri, S.Abdullayev adına 1 saylı ümumorta məktəbdə müəllim işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 fevral 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktiv qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 104,950 qram narkotik vasitə olan tiryək əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasında 20 fevral 2024-cü il tarixdə, saat 20 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Neymət market”in yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki paltonun cibindən bir ədəd bükümdə külli miqdarda - 104,950 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, l(099)- 57/2025 saylı hökmünü ləğv edib, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmasını, Təqsirləndirilən şəxs İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 3, 5, 6, 8, 9,11 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusu tanınması barədə qərar qəbul edilməsini, həmçinin müstəntiqlər və təhqiqatçının fəaliyyətinin araşdırılması üçün barəsində xüsusi qərar qəbul edilməsini və polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, X9 və X10, eləcə də, polis nəfəri Şahid4 Natiq oğlu barədə bilə-bilə yalan ifadə verdiyinə görə cinayət işinin başlanması üçün xüsusi qərar qəbul edib müvafiq quruma məlumat verələrək Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1- ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmışdır. Aşağıda göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, l(099)-57/2025 saylı hökmünü əsassız və qanunsuz hesab edir. Belə ki, müdafiə tərəfi olaraq hesab edir ki, istintaq orqanının irəli sürdüyü ittihamlar sübutlarla möhkəmlənməli, mötəbər mənsubiyyəti olan dəlil və faktlarla əsaslandırmalıdır. Lakin, göründüyü kimi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham sübutlarla öz əksini tapmamış, işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi isə buna lazımi qaydada hüquqi qiymət verməmişdir və şahid ifadələrini ittihama uyğun olaraq təvsir etmişdir. Belə ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-104,950 qram narkotik vasitə olan tiryək əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasında 20 fevral 2024cü il tarixdə, saat 20 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X15 şəhəri, Nizami küçəsində yerləşən “Neymət market”in yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki paltonun cibindən bir ədəd bükümdə külli miqdarda- 104,950 qram narkotik vasitə olan tiryək Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı dindirlmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır və Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı iiə məşğui olmamışdır. 20 fevrai 2024-cü il tarixdə, saat 10-dan sonra məktəbdə olmuş, saat 13 radələrində uşaqları məktəbdən götürüb qayınatası ilə birlikdə avtomobillə evə apararkən yolda “Cümə məscidinin yanında maşından düşüb məscidə girib namaz qılmış, sonra məsciddən çıxıb qobumu Asifin mağazasına girib çay içdikdən sonra oradan çıxıb mikroavtobusla yenidən məktəbə işə qayıtmış və saat 17:15-də məktəbdən çıxmışdır. Sonra mikroavtobusla Biləsuvar şəhərinin mərkəzində olan, qohumu Asifə məxsus dükana gəlmişdir ki, saat 19 radələrində Nizami küçəsində yerləşən “Cümə məscidi”ndə axşam namazı qılsın. Məsciddə axşam namazını qılıb saat 20 radələrində məscidən çıxıb yenidən Asifin mağazasına getmişdir. Orada qayını Dəyanəti görüb orada onu gözləməsini atasının pensiyasını bankomatdan çıxarıb gələcəyini deyib Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Kapital bank”-ın Biləsuvar filialının qarşısına gedib orada olan bankomatdan atası Ağacan Ağayevə məxsus pensiya kartından 403 manat pul çıxarıb yenidən küçə ilə mağazaya tərəf getməyə başlamışdır. Küçə ilə piyada hərəkət edərkən yolun sağ tərəfində “Neymət marketinin yanında qara rəngli “Cip” maşının dayandığını görmüşdür. Həmin maşının yanına çatanda bir qrup polis əməkdaşlarının, o cümlədən tanıdığı Eldəniz və Tofiq adlı polis əməkdaşlarının maşından düşüb ona yaxınlaşdıqlarını görmüş, polis əməkdaşrı Eldəniz ona “gəl otur maşına” demiş, o da etiraz etməyib avtomobilin arxa oturacağına əyləşmişdir. Polis əməkdaşları ona tutulmasının səbəbini izah etməmiş, sadəcə olaraq ona maşına oturmasını demiş, o da etiraz etməyib maşına oturmuşdur. Maşına oturan kimi əllərinə qandal vurulmuş və onu Biləsuvar RPŞ-nə aparmışlar Polis Şöbəsində bir otaqda adlarını bilmədiyi bir neçə polis əməkdaşı onu döymüş, hədə-qorxu gəlmiş, təzyiq və təsirlər göstərmiş, yaşadığı evdən narkotik vasitə və silah çıxarmaqla, ailə üzvlərini polis şöbəsinə gətirəcəkləri ilə hədələnib ondan təqdim etdikləri bükümdə olan narkotik maddənin özünə məxsus olmasını və həmin maddəni yerdən tapmasını deməyi tələb etmişlər. O, polis əməkdaşlarının ona qarşı olan hədələrindən qorxub və onların bu təzyiqlərə dözməyib polislərin dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Sonra tanımadığı və adını bilmədiyi bir nəfər polis əməkdaşı bir ədəd bükümü onun əynindəki paltonun cibinə qoymuş, bundan sonra vəkil çağırılmış və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan, yəni bir az əvvəl polisin cibinə qoyduğu bir ədəd bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Bükümün içərisində nə olmasını bilməmiş, orada polis əməkdaşların deməsindən bilmişdir ki, bükümdə olan maddə narkotikdir, lakin həmin narkotikin hansı növ narkotik olmasını bilməmişdir. Həmin vaxt o, polislərin dediyi kimi izahat verib bildirmişdir ki, üzərində aşkar olunan narkotik maddəni küçədə işıqforun yanında yerdən tapmışdır. Əslində isə belə bir hal olmamış, həmin narkotik maddəni üzərinə polis əməkdaşı qoymuş və ona təzyiqlər və zorakı hərəkətlər edilərək narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilmişdir. Həmçinin polis şöbəsində ona məzmununu bilmədiyi bir neça sənədə imza etdirmişlər. Üzərində aşkar olunmuş narkotik maddə (tiryək) ona məxsus deyil, həmin narkotik (tiryək) polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (tiryək kütləsi) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. Üzərində aşkar oiunmuş narkotik maddə (tiryək) ona məxsus deyil, həmin narkotik maddəni (tiryəki) üzərinə polis əməkdaşı qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli biimir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3, X9 və X10 eyni məzmun! ifadə verərək bildirmişlər ki, 20 fevral 2024-cü il tarixdə onlara Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 20 radəiərində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş, az sonra Biləsuvar şəhəri, Nizami küçəsində işıqforun yanında saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Azər Qəmbərli tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki paltonun cibindən bir ədəd bükümdə tiryəkə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütləni (tiryəki) Biləsuvar şəhərində 'Nemət” marketim yaxınlığında yerdən tapıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirində şöbənin əməkdaşı Şahid4 və Tofiq adh əməkdaşı iştirak etməmiş, əməliyyat tədbiri özü rəhbər olmaqla, Biləsuvar RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Rövşən Musayev və Kənan Kazımovdan ibarət əməliyyat qrupu tərəfindən həyəta keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Eləcə də, polis nəfəri müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 Natiq oğlu ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış və aralarında yaxın münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində hər hansı bir əməliyyat tədbirinin keçirilməsi barədə onun heç bir məlumatı olmamış və onun tutulmasında iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Biləsuvar RPŞ-nin əməkdaşı Şahid1 və digər polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotiklə bağlı tutulub polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs harada, hansı şəraitdə tutulması barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra o, onunla görüşməmiş və ona qarşı heç bir fiziki və ya psixi təzyiqlər etməmişdir Lakin, verilmiş ittihamda qeyd olunanlardan, eləcə də məhkəmədə şahid qismində dindirilmiş və bilavasitə Təqsirləndirilən şəxs tutulmasında iştirak etmiş polis əməkdaşlarının dedikləri həqiqəti əks etdirmir, qanunun pozulması ilə həyata keçirildiyindən həmin polis əməkdaşlarının ifadələri sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikas Cinayət Prosessual Məcəlləsinin 95.1-ci maddəsinin tələbinə görə iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-niiı 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini təiəb edir. CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1 -ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan P.espublikasmm tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktları ilə (Azərbaycan Respublikası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı doviətiərarası müqavilələr arasında ziddiyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlar və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair protokolların müddəlarmın şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarım təfsir edərkən məhkəmələrdən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəlarmın və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Baxılan işdə Təqsirləndirilən şəxs CM-nin 234.1.1-ci maddəsi ilə istinad olunan ittihamın dəlillərinə Azərbaycan Respublikası CPM-nin yuxarıda sadalanan normaları, o cümlədən “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” AR Qanununun 8, 10, 11, 12 və 16-cı maddələri, habelə Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedentləri işığında baxarkən ibtidai araşdırma orqanının cinayət prossesində iştirak edən tərəflərin çəkişməsi prinsipi (CPM-nin 32-ci maddəsi) ilə ehtiva olunan ibtidai istintaqda, o cümlədən sübutların tədqiqində cinayət prossesi tərəflərinin bərabərliyini təmin etmək vəzifəsinə əməl etmədiyi, həmin dəlilləri hüquqi müstəvidə yoxlamadan sübut kimi qəbul etdiyi müəyyən olunur. Belə ki, ittiham tərəfinin təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməkdə əsaslandığı əsas sübutlardan biri Təqsirləndirilən şəxs külli miqdarda-104,950 qram narkotik vasitə olan tiryək əldə edib, saxlayıb üzərində daşımasıdır. Lakin, buna baxmayaraq işə baxan Məhkəmə şahidlərin ifadəsini eyniylə ittiham aktında olduğu qaydada göstərmişdir. Halbu ki, şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə qismən də olsa ziddiyyətlər mövcud olmuşdur.. Məhkəmənin bu mövqeyi başa düşülən deyil və təqsirləndirilən şəxsin konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş X4 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusi ilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırılmalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir ( qərarın 40-cı bəndi). İşin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə O.A.Vanyanm işi arasında olan bənzərlik həmin presedentin hazırkı işə tətbiqini şərtləndirir. Həmin işdə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və X7 haqqında” Konvensiyanın 6-cı bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılmasına hüququnun təsbit edildiyini nəzərə alıb, ərizəçinin və RF Hökümətinin dəlillərini araşdırıb, əvvəlki təcrübəsində xüsusilə də “Teyxeyra de Kastro Portuqaliyaya qarşı” iş üzrə 09 iyun 1998-ci il tarixli qərarına əsaslanmaqla bir daha qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə polis provokasiyası nəticəsində əldə olunmuş sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. O halda ki, polisin gizli agentlərinin hərəkətləri şəxsin cinayətə təhrik edilməsinə yönəldilir və həmin şəxsin bu cinayəti onların (agentlərin) müdaxiləsi olmadan da törədə biləcəyini göstərən əsaslar mövcud deyil, bu vəziyyət “gizli agent” anlayışından kənara çıxır və artıq provokasiya adlandırıla bilər. İş materiallarında Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinədək onun narkotik vasitələrin dövriyyəsi, yəni istifadəsi, alqı-satqısı, daşıması ilə məşğul olması barədə məlumatların olduğunu göstərən sübutlar mövcud deyil. Hazırki ittihama Avropa Məhkəməsinin mövqeyindən yanaşıldıqda etiraf olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis təhrikinin nəticəsidirsə və şəxsin yalnız polisin təhrikinin nəticəsi kimi meydana gələn hərəkətlərini ifşa edirsə, belə məlumatlar sübut kimi qəbul oluna bilməz. Başqa sözlə, təhrik yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün formal əsasların yaradılması yox, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin edən əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar sübut kimi qəbul oluna bilər. Lakin, hazırki işdə Təqsirləndirilən şəxs polisin təhriki ilə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Neymət market’in yaxınlığında saxlanılıb polis əməkdaşları vasitəsi ilə aparılmış və orada şiddətə, işgəncəyə məruz qalaraq, ailəsi ilə təhdid edilərək başına qara sellofan torba keçirilmiş, guya narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmasına dair etiraf edici ifadələr alınmışdır. «Əməliyyat-Axtarış fəaliyyəti haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı hər hansı şəxsi qanun pozuntularına təhrik etmək qadağan olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Müdafiə tərəfi olaraq hesab edirik ki, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə etsəydi, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirsəydi, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığı aydın görünərdi. AR CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə olunmuş sübutların ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Müdafiə tərəfi olaraq hesab edirk ki, sübutlar çox inandırıcı olduqda və onların mötəbərsizliyi riski olmadıqda təsdiqedici sübutlar kimi qəbul olunmalıdır. Hazırki işdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilənədək narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumatın olmasını göstərən sübutların mövcud olmaması əldə olunmuş sübutların etibarlılığını və mötəbərliyini şübhə altına qoyur. Bu sübutların əhəmiyyətini nəzərə alaraq, hesab edirik ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.1-1-cü maddəsi ilə verilmiş ittihamı təsdiq edən sübutların zəifliyi həmin ittihamı əsassız etmişdir. Hesab edir ki, Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirib, belə nəticəyə gələ bilər ki, təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.1.1-cü maddəsi ilə irəli sürülmüş əməldə cinayət tərkibi yoxdur. Azərbaycan Respublikası CPM-in 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikası CPMnin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prossesııal qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən, Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış şəxs təqsirsiz sayılır. Həmin Məcəllənin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1- ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. X5 Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, l(099)-57/2025 saylı hökmü ləğv edilməli və Rahiİ Ağayevin barəsində bəraət hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı X12 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2025-ci il tarixli, 1(099)-57/2025 saylı hökmünü ləğv edib, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına videokonfrans əlaqə sistemi ilə qoşulmuş Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində bəraət verilməsi, məsələsinin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsininn 397.2ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunubolunmamasına, məhkum olunmuş şəxsə həmin maddə ilə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət- prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2025-ci il tarixli, 1(099)-57/2025 saylı hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3, X9 və X6 ifadələri, “Şəxsi axtarış və götürmə haqqında” 20 fevral 2024-cü il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 fevral 2024-il tarixli rəyi, maddi sübutlar, eləcə də iş materiallarına olan, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər faktiki halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşamış, himayəsində dörd uşağı vardır. Tutulan vaxtadək Biləsuvar şəhəri, S.Abdullayev adına 1 saylı ümumorta məktəbində fiziki tərbiyə müəllimi işləmişdir. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 20 fevral 2024-cü il tarixdə, saat 10-dan sonra məktəbdə olmuş, saat 13 radələrində uşaqları məktəbdən götürüb qayınatası ilə birlikdə avtomobillə evə apararkən yolda “Cümə məscidi”in yanında maşından düşüb məscidə girib namaz qılmış, sonra məscidən çıxıb qohumu Asifin mağazasına girib çay içdikdən sonra oradan çıxıb mikroavtobusla yenidən məktəbə işə qayıtmış və saat 17:15-də məktəbdən çıxmışdır. Sonra mikroavtobusla Biləsuvar şəhərinin mərkəzində olan, qohumu Asifə məxsus dükana gəlmişdir ki, saat 19 radələrində Nizami küçəsində yerləşən “Cümə məscidi”ndə axşam namazı qılsın. Məsciddə axşam namazını qılıb saat 20 radələrində məscidən çıxıb yenidən Asifin mağazasına getmişdir. Orada qayını Dəyanəti görüb orada onu gözləməsini atasının pensiyasını bankomatdan çıxarıb gələcəyini deyib Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Kapital bank”-ın Biləsuvar filialının qarşısına gedib orada olan bankomatdan atası Ağacan Ağayevə məxsus pensiya kartından 403 manat pul çıxarıb yenidən küçə ilə mağazaya tərəf getməyə başlamışdır. Küçə ilə piyada hərəkət edərkən yolun sağ tərəfində “Neymət market”inin yanında qara rəngli “Cip” maşının dayandığını görmüşdür. Həmin maşının yanına çatanda bir qrup polis əməkdaşlarının, o cümlədən tanıdığı Eldəniz və Tofiq adlı polis əməkdaşlarının maşından düşüb ona yaxınlaşdıqlarını görmüş, polis əməkdaşrı Eldəniz ona “gəl otur maşına” demiş, o da etiraz etməyib avtomobilin arxa oturacağına əyləşmişdir. Polis əməkdaşları ona tutulmasının səbəbini izah etməmiş, sadəcə olaraq ona maşına oturmasını demiş, o da etiraz etməyib maşına oturmuşdur. Maşına oturan kimi əllərinə qandal vurulmuş və onu Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində bir otaqda adlarını bilmədiyi bir neçə polis əməkdaşı onu döymüş, hədə-qorxu gəlmiş, təzyiq və təsirlər göstərmiş, yaşadığı evdən narkotik vasitə və silah çıxarmaqla, ailə üzvlərini polis şöbəsinə gətirəcəkləri ilə hədələnib ondan təqdim etdikləri bükümdə olan narkotik maddənin özünə məxsus olmasını və həmin maddəni yerdən tapmasını deməyi tələb etmişlər. O, polis əməkdaşlarının ona qarşı olan hədələrindən qorxub və onların bu təzyiqlərə dözməyib polislərin dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Sonra tanımadığı və adını bilmədiyi bir nəfər polis əməkdaşı bir ədəd bükümü onun əynindəki paltonun cibinə qoymuş, bundan sonra vəkil çağırılmış və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan, yəni bir az əvvəl polisin cibinə qoyduğu bir ədəd bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Bükümün içərisində nə olmasını bilməmiş, orada polis əməkdaşların deməsindən bilmişdir ki, bükümdə olan maddə narkotikdir, lakin həmin narkotikin hansı növ narkotik olmasını bilməmişdir. Həmin vaxt o, polislərin dediyi kimi izahat verib bildirmişdir ki, üzərində aşkar olunan narkotik maddəni küçədə işıqforun yanında yerdən tapmışdır. Əslində isə belə bir hal olmamış, həmin narkotik maddəni üzərinə polis əməkdaşı qoymuş və ona təzyiqlər və zorakı hərəkətlər edilərək narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilmişdir. Həmçinin polis şöbəsində ona məzmununu bilmədiyi bir neçə sənədə imza etdirmişlər. Üzərində aşkar olunmuş narkotik maddə (tiryək) ona məxsus deyil, həmin narkotik (tiryək) polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (tiryək kütləsi) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. Üzərində aşkar olunmuş narkotik maddə (tiryək) ona məxsus deyil, həmin narkotik maddəni (tiryəki) üzərinə polis əməkdaşı qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 21 və 22 fevral 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir, Biləsuvar şəhəri 1 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir. 20 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində rayon mərkəzinə getmiş, Nizami küçəsində Nemət adlı şəxsə məxsus mağazanın yaxınlığında yerdə bir ədəd qara rəngli sellofan büküm görüb götürmüşdür. Həmin bükümün içərisində tiryək olmuş və gələcəkdə lazım olacağını düşünüb bükümü cibinə qoymuşdur. Həmin gün saat 20 radələrində atasının təqaüd pulunu çıxarmaq üçün rayon mərkəzinə getmiş, sonra Biləsuvar şəhəri Nizami küçəsində yerləşən “Nemət market”in yanında, küçədə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarş zamanı özü əynindəki paltonun cibinə qoyduğu içərisində tiryək olan bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş tiryəki saxlanılan gün rayon mərkəzində “Nemət market”in yanında yerdən tapdığını, narkotik istifadəçisi olmadığından narkotik maddəni qəbul etmək üçün yox, gələcəkdə dərman kimi lazım olacağını fikirləşib üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş tiryək elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 23 may və 08 iyun 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, 20 fevral 2024-cü il tarixdə saat 20:15 radələrində Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Kapital bank”-ın Biləsuvar filialının qarşısına gedib orada olan bankomatdan atası Ağacan Ağayevə məxsus pensiya kartından 403 manat pul çıxarıb yenidən mağazaya qayıtmağa başlayıb Nizami küçəsi ilə yolun əks istiqamətində hərəkətdə olarkən qarşısında qara rəngli, “Cip” maşının dayandığını görmüş və həmin avtomobilə çatarkən avtomobdən 4 nəfər polis əməkdaşı düşüb ona yaxınlaşıb avtomobilə əyləşməsini demiş, o da heç bir etiraz etməyib və müqavimət göstərməyib avtomobilin arxa oturacağına əyləşmiş və onu Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsində bir otaqda polis əməkdaşları onu döymüş, hədə-qorxu gəlmiş, təzyiq və təsirlər göstərmiş, yaşadığı evdən narkotik vasitə və silah çıxarmaqla, ailə üzvlərini polis şöbəsinə gətirməklə hədələmişlər. Polis əməkdaşlarının təzyiqindən, hədəsindən və təsirlərindən qorxduğuna görə qara rəngli bükümü adını bilmədiyi polis əməkdaşı tərəfindən əynindəki paltonun cibinə qoyulmasına razılaşmışdır. Sonra polis şöbəsində başqa bir otaqda polis əməkdaşlarının və ona təyin edilmiş vəkilin iştirakları ilə, həm də videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı özü əynindəki paltonun sol cibindən bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyub bükümün içərisində nə olmasını bilmədiyini demiş, hətta bükümdə nə olmasını özü polislərdən soruşmuşdur. Polislər qayçı ilə kəsib baxırkən bükümün içərisində qara çaya oxşar maddənin olmasını görmüşdür. Sonra polis əməkdaşları həmin bükümü tərəziyə qoyub çəkmiş, sonra da ona məzmununu bilmədiyi bir sənədə imza etdirmiş və bundan sonra o, müvəqqəti saxlama yerinə (MSY-nə) təhvil verilmişdir. 20 fevral 2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman, habelə 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs, 22 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman ona işgəncə, təhdid, hədə-qorxu gəlindiyi üçün məcbur olub bükümü yerdən tapdığını bildirmiş, lakin, həmin bükümün içərisində olan narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. 20 fevral 2024-cü il tarixdə Biləsuvar RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitəni onun üzərinə tanımadığı polis əməkdaşı qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 21 və 22 fevral 2024-cü il tarixli ifadələrini təsdiq etməyib, 23 may və 08 iyun 2024-cü il tarixli ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində narkotik maddəni küçədə yerdən tapması barədə yazılanlar doğru deyil. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, təhdid və təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş narkotik maddənin (tiryəkin) özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş narkotik maddəni (tiryəki) üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə (Biləsuvar Rayon Məhkəməsində) üzərində aşkar olunmuş narkotik maddənin (tiryəkin) özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. 20 fevral 2024-cü il tarixdə Biləsuvar RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitəni onun üzərinə polis şöbəsində tanımadığı polis əməkdaşı qoymuşdur. O, narkotik vasitə istifadəçisi deyildir. O, saxladıqdan sonra ona həm fiziki təsir göstərdiklərinə, həm də ailəsini təhdid etdiklərinə görə məcbur qalıb belə ifadə vermişdir ki, üzərində olan narkotik maddə özünə məxsusdur. O, müəllim işləmiş, pis vərdişlərdən uzaq olmuş, ibadət əhli olmaqla dövlətə sadiq insan olmuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, siqaret belə çəkməmiş, ona görə də barəsində verilən narkoloji rəyi ilə də razı deyil, həmçinin o, narkotiklərin satışı ilə də məşğul olmamışdır. O, üzərində aşkar olunmuş narkotik maddə ilə (tiryəklə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində şahid Biləsuvar RPŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 20 fevral 2024-cü il tarixdə ona, Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 20 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş, az sonra Biləsuvar şəhəri, Nizami küçəsində işıqforun yanında saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Azər Qəmbərli tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki paltonun cibindən bir ədəd bükümdə tiryəkə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütləni (tiryəki) Biləsuvar şəhərində “Nemət marketi”n yaxınlığında yerdən tapıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Keçirilmiş əməliyyat- axtarış tədbirində şöbənin əməkdaşı Şahid4 və Tofiq adlı əməkdaşı iştirak etməmiş, əməliyyat tədbiri özü rəhbər olmaqla, Biləsuvar RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Rövşən Musayev və Kənan Kazımovdan ibarət əməliyyat qrupu tərəfindən həyəta keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Birinci instansiya məhkəməsində şahidlər Şahid2, Şahid3, X9 və X10 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 Natiq oğlu ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış və aralarında yaxın münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində hər hansı bir əməliyyat tədbirinin keçirilməsi barədə onun heç bir məlumatı olmamış və onun tutulmasında iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Biləsuvar RPŞ-nin əməkdaşı Şahid1 və digər polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotiklə bağlı tutulub polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs harada, hansı şəraitdə tutulması barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra o, onunla görüşməmiş və ona qarşı heç bir fiziki və ya psixi təzyiqlər etməmişdir. İş materiallarında olan: Biləsuvar RPŞ-nin əməkdaşının 20 fevral 2024-cü il tarixli “Raport”ları və“Əməliyyat tədbirinin keçirilməsi barədə” 20 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 20 fevral 2024-cü il tarixdə, saat 20:20-də Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində işıqforun yanında yerləşən “Nemət market”in yaxınlığında saxlanıb polis şöbəsinə gətirilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə haqqında” 20 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Azər Qəmbərli tərəfindən müdafiəçi Səfərəli Baxşiyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki paltonun sol yan cibindən bir ədəd bükümdə tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Nemət market”in yanında yerdən tapıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi-104,950 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq tiryək 104,850 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. “Maddi sübut kimi tanınması barədə” 24 fevral və 22 may 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 104,850 qram tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Biləsuva RPŞnin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. “Evə axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 22 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, məhkəmənin 22 fevral 2024-cü il tarixli qərarına əsasən (Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlaması ehtimalı əsası ilə) 22 fevral 2024-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Biləsuvar şəhəri, “Təyyarə Meydanı” küçəsində olan evdə və evin həyətyanı sahəsində axtarış aparılmışdır. Axtarış zamanı evdən dini ədəbiyyata aid kitabçalar və kitablar aşkar edilib götürülmüşdür. Axtarışda iştirak edən Təqsirləndirilən şəxs aşkar olunmuş dini ədəbiyyata aid kitabçalar və kitabların özünə məxsus olmasını, kitabçalar və kitablar dini təyinatlı olmaqla dini ayinlərin icrası zamanı istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş kitabçalar və kitablar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. Məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 22 fevral 2024-c -cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evindən götürülmüş və ekspertizasıya təqdim edilmiş dini təyinatlı məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələrində aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Təqdim edilmiş dini təyinatlı materialları dini təyinatlı ədəbiyyat nümunələri hesab olunur. Dini təyinatlı məlumat materialların ölkədə yayılmasına X23 üzrə Dövlət Komitəsinin müvafiq razılıq verilmişdir. Təqdim edilmiş dini ədəbiyyat nümunələrində dini etiqatı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərayanın və ya dini cərayanın yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında cap olunmuşdur. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə-tibbi ekspertizasının 23 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 fevral 2024-il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyac yoxdur, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı CMnin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs şikayəti üzrə (Biləsuvar RPŞ-nin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı) Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublbikası CM-nin 167-2, 167-3 və 283-cü maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan sübutları və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, yuxarıda sadalanan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Rahil Ağauyevə isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsininn 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan əsaslı yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 27-ci bəndində qeyd edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət- hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-in 59.1.4-cü maddəsinə, habelə himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar, habelə cinayətin predmeti olan narkotik maddənin külli miqdarda olması və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsaslara söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və düzgün olan hökmünün dəyişdirilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli üzrə hökmün ləğv edilərək ona bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2025-ci il tarixli, 1(099)-57/2025 nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2025-ci il tarixli, 1(099)-57/2025 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-707/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-707/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver