Məhkəmə qərarları › İş №1(106)-709/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-709/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-709/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu, Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 X10 prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(099)-35/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(099)-35/2024 saylı hökmü ilə (sədrlik edən hakim Vüqar Əhmədov), xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 32.5, 206.2- ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, şəxsiyyəti istintaqa Əhrab adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvü qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 8242.5 qram qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 128.926 qram olan tiryəki və təsiredici maddəsinin ümumi miqdarı 16 qram olan 400 ədəd həb metadonu istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 11 noyabr 2022-ci il tarixdə şəxsiyyəti istintaqa Əhrab adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, o, yaşadığı, ünvan 3 ünvandan çıxıb İmişli rayonu, Qaragüvəndikli kəndinin ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 23-cü sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfindən bir ədəd bağlamada, külli miqdarda narkotik vasitəni 11 noyabr 2022-ci il tarixdə, saat 21:15 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 8242.5 qram qurudulmuş marixuana, ümumi təmiz çəkisi 128.926 qram olan tiryək və təsiredici maddəsinin ümumi miqdarı 16 qram olan 400 ədəd həb metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin onun barəsində olan hökmü əsassız və qanunsuzdur. Məhkəmənin hökmü prosessual qanunun tələblərinə uyğun olmamışdır. Məhkəmə ona bəraət verməli olduğu halda qanunun tələbini pozaraq, ittiham mövqeyindən çıxış edərək, tədbiq edilməli olan qanun normalarının əvəzinə tədbiq edilməli olmayan normaları tədbiq etmişdir. Hadisə yerinin videoçəkilişi aparılmamışdır. Onu şahidlərin dediyi kimi kolluqda deyil, asfaltın üzərində saxlamışlar. Təhqiqatçının hadisə yerində yağışın altında narkotik vasitəyə baxış keçirməsi barədə tərtib etdiyi protokol saxtadır. Məhkəmə bu pozuntulara göz yummuşdur. Onun təqsiri işin məhkəmə istintaqında araşdırılmış sübutları ilə təsdiq edilmədiyindən ləğv edilərək onun təqsirliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Ona gör də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(099)-35/2024 saylı hökmünün ləğv edilməsini, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini göstərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək çıxışında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi düzgün olmuşdur. Onun qeyd edilən cinayətləri törətməsi X6 özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid2 və X1 ifadələri, ekspert rəyləri, maddi sübut əsasında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası aşağıda sadalananlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(099)- 35/2024 saylı hökmü dəyişdirilməməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, sərhəd zastavasının əməkdaşları kimlərləsə əlbir olub onun başına bu işi açmışlar. O ümumiyyətlə heç vaxt cinayət törətməmiş və məsuliyyətə cəlb olunmamış, gömrükdə 7 il broker işləmişdir. Ona verilmiş ittiham şər və böhtan olmaqla bir oyundur. Onun 300 manat qiyməti olan qol saatı və cibində olan 15 manat pulu tutulan zaman götürmüşlər. Ondan Niva maşınının sürücüsünün kim olduğunu soruşduqda onu tanımadığını bildirmişdir. O, həmin yerə pul borcunu almaq üçün getmişdir. Hesab edir ki, iranlı Əhrab sərhəd zastavasının əməkdaşları ilə əlbirdir. Saatlıya Bakı şəhərindən maşınla getmiş, Əhrab ona Ağa adlı şəxsin onu gözlədiyini deyərək ona «konum» atmışdır. O Niva maşını ilə oraya getmiş, maşından düşdükdən sonra tutulmuşdur. Əhrabın ona borcu olmuş, 2019-cu ildə ona Türkiyədən kənd təsərrüfatı malları vermişdir. Əhrab İİR-nın vətəndaşıdır, Parsabadda yaşayır, onunla 2017-ci ildə tanış olmuşdur. Belə ki, Ukraynanın Kiyev şəhərində ali məktəbdə oxuduğu zaman Əhrabın qardaşı oğlu ilə tanış olmuş, onunla bir yerdə oxumuş, sonra Əhrabla münasibətləri yaranmışdır. Əhrabın deməsinə görə Ağa onun dostunun qardaşı olmuşdur. O Saatlıya yol maşını ilə getmiş, buna görə maşının sürücüsünə 15 manat vermişdir. Əhrab ona Saatlıya gəlməsini dediyindən oraya getmiş, sonra yolda düşüb Niva ilə Əhrabın dediyi kəndə getmişdir. Əhrab ona «xahiş etmişəm, sənə 3000 dollar verəcəklər» demişdir. O getdiyi yerin sərhəd zastavasının ərazisi olmasını bilməmişdir. Niva maşınına Saatlı rayonunda minmiş, Əhrabın ona atdığı «konum»a uyğun hərəkət etmişdir. Niva onu 30-40 dəqiqəyə həmin əraziyə gətirmiş, Nivanın sürücüsünü tanımamışdır. Ora gəldikdən sonra Nivadan düşmüş, maşın isə geri qayıtmışdır. O saat 20-21 radələrində həmin əraziyə gəlmiş, hava qaranlıq olmuşdur. Evdən çıxanda üzərində 50 manat pul olmuş, cibində olan 50 manatdan 15 manat verib Saatlıya gəlmiş, yolda yemək yemiş, bir də cibində olan puldan Nivanın sürücüsünə vermişdir. Maşından düşəndə cibində 15 manat qalmışdır. Maşından düşdüyü yer düzənlik yer olmuş, orada gediş-gəliş olmamışdır. Əhrab ona asfalt yolda, heyvan nişanı olan yerdə maşından düşməsini, həmin yerə çatanda ona xəbər etməsini demiş, o da maşından düşüb gözləmiş, arxadan gəlib onu tutmuşlar. Möhkəm yağış yağdığından onu arxadan tutan şəxslərin ayaq səslərini eşitməmişdir. Bundan əlavə o, həmçinin 23 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ona Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən şər və böhtan atılmışdır. Onu Respublikada narkotik vasitə alan və satan kimi tanıyan yoxdur, bu bir oyun, şər və böhtandır. O göyərti satışı ilə məşğul olmuş, Rusiyada olanda Əhrabın ona borcu olmuşdur. Odur ki, 2022-ci ilin noyabr ayında Əhrab ona zəng edib Saatlı şəhərinə getməsini, orada dediyi adamla görüşməsini, həmin şəxsin ona məşğul olduğu işlə əlaqədar mal və borcundan pul verəcəyini demişdir. Odur ki, Saatlı şəhərinə gedib Əhraba zəng etmiş, Əhrabın dediyi yerə getmək üçün maşın tapmışdır. Əhrabın dediyi yerə gedib maşından düşmüş, orada kolların içərisindən hərbiçilər çıxıb onu tutub hərbi hissəyə aparmışlar. Sonra onu yenə tutduqları yerə aparmışlar və yenidən hərbi hissəyə qaytarıb Bakıya getmək üçün sənədlərə imza etdirmişlər. Onu Bakı şəhərinə gətirib təzyiqlər etməyə başlamışlar. Həmin şəxslərin dedikləri ilə razı olmamışdır. Sonra şkafdan dərman çıxarıb ona «bunlar sənindir» demişlər. O dərmanların onun olmadığını demişdir. Yenidən ona təzyiq etməyə başlamışlar və sonra şkafdan əlavə dərman çıxarıb «bunlar da sənindir» demişlər. O, daha sonra həmin məhkəmə iclasında verilən suallara cavab olaraq göstərmişdir ki, Əhrab ona dediyi şəxslərlə görüşməsini, birlikdə görüntülü danışmalarını, onların ona mal verəcəklərini, həmçinin borcunu da verməsini xahiş edəcəyini, yanına gedəcəyi şəxsin Ağa adlı şəxs olduğunu demiş, Ağa adlı şəxsi tanımamışdır. Getdiyi kəndin adını xatırlamır. Çatdığı yerdən 300-400 metr aralıda kənddə toy məclisi olmuşdur. O, Saatlı rayonuna gəldikdən sonra tanımadığı adamdan onu maşını ilə İmişliyə aparmasını xahiş etmiş, həmin şəxs onu gətirib deyilən yerdə maşından düşürtdükdən sonra çıxıb getmişdir. Onu tutandan sonra kimlərisə çağırmışlar və UAZ markalı maşınla 4 nəfər şəxs tutulduğu yerə gəlmişdir. Onu tutduqdan sonra yaxınlıqda olan balaca bir hərbi hissəyə aparmış, oraya təxminən 10-15 dəqiqə yol getmişlər. Sonradan həmin şəxslər onu yenidən hadisə yerinə aparmışlar. Həmin şəxslərdən bir nəfəri hərbi geyim formasında, digəriləri ilə mülki geyimdə olmuşlar. Üzərinə birinci dəfə aparıldığı hərbi hissədə baxış keçirilmiş, orada hal şahidləri olmamışdır. Hadisə yerində cavan bir oğlan videoçəkiliş aparmışdır. Sonra onu Horadizdə yerləşən hərbi hissəyə aparmışlar, ora təxminən 35-40 dəqiqə yol getmişlər. Hərbi hissədə onu uzun bir otağa aparmışlar. Otaqda özünü baş leytenant kimi təqdim edən şəxs onunla qalmış, o, heç nə yazmamışdır. 20-30 dəqiqədən sonra hal şahidləri birbir gəlmişlər. Sonra bir cavan oğlan gəlib yazı yazmış və ona Bakı şəhərinə gedəcəyini, yazılanlara imza etməsini demişdir. Onlara aşkar olunanların onun olmadığını, şərləndiyini demişdir. Hesab edir ki, sərhəd zastavasının əməkdaşları ilə Əhrab adlı şəxs əlbir olmuşlar. Səhərisi gün onu Bakı şəhərinə gətirmişlər. Hərbi hissədə kisənin ağzını açanda mülki formada olan hərbiçilər hal şahidlərini çağırmışlar. Həmin vaxt üzü divara tərəf olmuş, sonra ona kisənin içərisini göstərmişlər. O Bakı şəhərindən saat 17:30 da çıxmış, təxminən 2 saata Saatlı rayonuna çatmışdır. Ona deyilən yerdə kənd, çayxana olduğunu bilməmişdir. Əhrab ona Ağanın onu evinə aparacağını demiş, Ağanın evinin ünvanını verməmişdir. Əhrab ona deyilən yerdə gözləməsini, Ağa adlı şəxsin azərbaycanlı olduğunu, gəlib onunla görüşəcəyini demişdir. Onun gecə Ağanın evində qalacağı barədə söhbət olmamışdır. Hərbiçilərin üzərinə maşın sürülməmişdir. O Ağanın maşınla gəlib onu qarşılayacağını, sonra yola salacağını fikirləşmişdir. Əhrabın dediyi yerdə maşından düşüb ona zəng etmişdir. O Ağanın telefon nömrəsini götürməmiş, Əhrab onunla əlaqə saxlamasını demiş, Ağanın onu deyilən yerdə gözləyəcəyini fikirləşmişdir. Əhrab ona «ora çat Ağaya zəng vuraram» demiş, oraya Ərhaba inanıb getmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş, N saylı hərbi hissənin çevik hərəkət bölüyünün qrup komandiri, gizir Şahid3 07 iyul 2023- cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi onu saxladıqları vaxtadək tanımamışdır, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 11 noyabr 2022-ci il tarixdə saat 18:00-dan saat 22:00-dək N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 14-cü sahəsinə gizir Şahid4 və baş çavuş Şahid5lə birlikdə "Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olarkən saat 21 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi istiqamətində bir ağ rəngli Niva markalı avtomobilin gəldiyini görüb bu barədə zastavaya məlumat vermişlər. Həmin avtomobil 2-3 dəqiqə dayanıb yenidən kənd istiqamətində hərəkət etmişdir. Sonra həmin avtomobilin kəndə çatdıqda yolun kənarında dayandığını və oradan bir nəfərin düşərək əlində fanarla kolluq əraziyə doğru hərəkət edib nəsə axtardığını görmüşlər. Ona yaxınlaşıb "Dayan” çağırış komandası vermişdir. Həmin şəxs əlindəki bağlamanı ataraq oradan qaçmaq istəyərkən tərəfindən saxlanılmışdır. Sonra verdikləri məlumata əsasən sərhəd zastavasından əməliyyatçılar hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs maşından düşəndə onların arasında 100-150 metr məsafə olmuşdur. Ona 10-15 metr qalmış dayan komandası vermiş, bundan sonra şəxs əlindəki bağlamanı atıb qaçmışdır. O səsdən həmin şəxsin nəsə atıb qaçdığını hiss etmişdir. Onu təxminən 10-15 metr maşına tərəf qaçdıqdan sonra saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs yerə yıxılmış, o da onun üzərinə yıxılmışdır. Təqsirləndirilən şəxs bağlamanı atdığı yerlə maşına qədər təxminən 50 metr məsafə olmuşdur. Əməliyyat-axtarış şöbəsinin rəisi X7 daxil olmuş əməliyyat məlumatına əsasən onları 14-cü sahəyə naryada ayırmış, onlara xidmət yeri kimi 14-cü sahənin arxa hissəsini göstərmiş, onlara şübhəli şəxsin kənd və ya İran tərəfdən gələcəyi bildirilmişdir. Qaragüvəndikli kəndi sərhəd zolağından 300-400 metr aralıdadır, təqsirləndirilən şəxsi sərhəd zolağında tutmuşlar, təqsirləndirilən şəxs saxlanıldıqda ağ Niva markalı maşın oradan uzaqlaşmışdır. Şəxs saxladıqdan sonra zastavadan X7, kapitan Məmmədtağı Məmmədov, baş leytenant Rəvan Quliyev oraya gəlmişlər. Onlar təqsirləndirilən şəxsi saxlayıb bağlamanın yanına aparmışlar. O narkotik vasitəyə baxış keçirilməsində və narkotik vasitənin çəkilməsində iştirak etmişdir. Hal şahidi Şahid2 baxışda iştirak etmiş, bağlama onun yanında açılmışdır. Şahid3 ona verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir, 11 noyabr 2022-ci il tarixdə saat 18:00-dan saat 22:00-dək N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 14-cü sahəsinə gizir Şahid4 və baş çavuş Şahid5lə birlikdə "Pusqu” xidmətinə təyin edilmiş, xidmətdə olarkən saat 21:15 də şübhəli bir ağ rəngli Niva markalı avtomobil əraziyə gəlib 5 dəqiqə saxlayıb Qaragüvəndikli kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Sonra həmin avtomobil geri qayıdaraq maşından bir nəfər düşüb nəsə axtarmağa başlamışdır. Onlar bu barədə məlumat verib həmin şəxsə yaxınlaşanda şəxs əlindəki bağlamanı atıb qaçmaq istədikdə onu saxlamışlar. Əməliyyatşılar hadisə yerinə gəlmiş, hadisə yerində həmin şəxsin götürdüyü bağlamaya baxış keçirilmişdir. Videoçəkiliş zamanı həmin şəxs hadisəni etiraf etmişdir. Bağlamaya baxış həmin sahədə keçirilmiş, daha sonra bağlama hərbi hissəyə aparılmışdır. Bağlamanı açıb içərisində olanları bıçaqla çərtdikdə narkotik vasitə olduğunu demişlər. Bağlamnın içərisində bükümlər olmuşdur. Bağlamanın içərisində neçə büküm olmasını xatırlamır. Bağlamaya əməliyyatçılar baxış keçirmişlər. Həmin vaxt orada hal şahidləri olmamış, hərbi hissədə hal şahidləri dəvət olunmuşlar. Təqsirləndirilən şəxs 100 qram narkotik vasitənin dalınca gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs hadisə yerində saxlamışlar. O, İran vətəndaşı ilə əlaqə saxladığını bildirmişdir. Hal şahidləri kimi hərbi hissənin qazanxanasında işləyən Şahid1 və Şahid2 dəvət olunmuşlar. Onlar 14-cü sahənin arxa hissəsində pusqu xidmətinə təyin olunmuşlar. Onlar Horadiz qəsəbəsində olmuş, 4 nəfər çevik hərəkət bölüyünün gizirləri o, Samir, Elvin və bğir nəfər başqası 14-cü sahəyə xidmətə gəlmişlər. Onlara təlimat verən şəxs əməliyyat üzrə rəis Fərzənd Allahverdiyev olmuşdur. Hadisə yerinə Fərzənd Allahverdiyev, müavinləri kapitan Məmmədtağı Məmmədov və baş leytenant Rəvan Quliyev gəlmişlər. Hadisə yerində telefonla videoçəkiliş aparılmışdır. Videoçəkilişi təhqiqatın rəisi vəzifəsini icra edən Hilal Bayramov aparmışdır. Təqsirləndirilən şəxs saxlayıb məlumat verdikdən təxminən 30 dəqiqə sonra Hilal Bayramov ora gəlmişdir. Horadiz qəsəbəsindən İmişli rayonunun Qaragüvəndikli kəndinə təxminən 30 dəqiqə yoldur. Təhqiqatçı UAZ markalı avtomobillə hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs Horadiz qəsəbəsinə aparılandan sonra onlar izahat verməyə getmişlər. Hadisə yerində Təqsirləndirilən şəxsla sorğu-sual aparılmış, onlar xidməti başa vurandan sonra Horadiz qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə getmişlər. Onlar N nömrəli hərbi hissəyə gedəndə Təqsirləndirilən şəxs əməliyyat-axtarış şöbəsinin rəisi Fərzənd Allahverdiyevin otağında olmuşdur. Hadisə yerində Niva markalı avtomobilin sürücüsü onların Təqsirləndirilən şəxs saxladıqlarını görüb maşını saxlamayaraq sürüb getmişdir. O Niva markalı avtomobilin nömrəsini görməmiş, Təqsirləndirilən şəxs saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir Şahid4 07 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, 11 noyabr 2022-ci il tarixdə saat 18:00-dan saat 22:00-dək N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 14-cü sahəsinə "Pusqu” xidmətinə təyin edilmiş, xidmətdə olarkən saat 21 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi istiqamətində bir ağ rəngli Niva markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Sonra həmin avtomobil kəndə çatdıqda yolun kənarında dayanmış, maşından bir nəfər düşərək sol istiqamətdə 15-20 metr hərəkət edib telefonun işığı ilə nəsə axtarmışdır. Gecə görmə cihazı ilə baxanda onun nəsə götürdüyünü görmüşlər. Ona yaxınlaşdıqda Şəmmədov «dayan» komandası vermişdir. Bundan sonra həmin şəxs əlindəki bağlamanı ataraq oradan qaçmaq istəyərkən yıxılmış, Şəmmədov da üzərinə uzanıb onu saxlamış və həmin şəxs saxlanılmışdır. Sərhəd zastavasında bağlamanın götürüldüyü yerə videoçəkilişlə baxış keçirilmişdir. O pusqu xidmətinə gizir Şahid3 və baş çavuş Şahid5lə birlikdə təyin olunmuşdur. Şahid4, həmçinin 28 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir, 11 noyabr 2022-ci il tarixdə saat 18:00-dan saat 22:00-dək 23-cü sərhəd zastavasının 14-cü sahəsinə "Pusqu” xidmətinə təyin edilmiş, saat 21 radələrində ağ rəngli Niva markalı avtomobilin gəldiyini, maşından bir nəfərin düşüb nəsə axtarmağa başladığını görmüşdür. Şahid3 həmin şəxsə dayan komandası vermiş, şəxs qaçanda yıxılmış, Natiq onu tutmuşdur. Hadisə yerinə əməliyyatçılar gəlmiş, çəkilişi əməliyyat üzrə sahə müvəkkili X9 aparmışdır. Orada torbaya baxış keçirilmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitə dalıyca gəldiyini etiraf etmişdir. Onlar Niva markalı avtomobilin dalınca getməmişlər. Təqsirləndirilən şəxs Şahid3 saxlamış, Təqsirləndirilən şəxs əlindəki bağlamanı yerə atmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs narkotik vasitə dalınca gəldiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs bağlamanı yerə atmasının səbəbini bilməmiş, bağlamaya hadisə yerində və hərbi hissədə baxış keçirilmişdir. Hərbi hissədə bağlamaya baxış keçirilərkən iki nəfər hal şahidi olmuşdur. Təqsirləndirilən şəxs hadisə yerində əməliyyatçılara təhvil vermişlər. Piyada olduqları üçün Niva makralı avtomobilin arxasınca gedə bilməmişlər. Onlar hadisə yerində gizlənmiş, Təqsirləndirilən şəxs gördükdə Şahid3 ona dayam komandasını vermişdir. Hadisə yerinə Fərzənd Allahverdiyev, müavini Məmmədtağı Məmmədov və sahə müvəkkili Rəvan Quliyev gəlmişlər. Əməliyyatçılar gələndən sonra videoçəkiliş olmuş, bağlamaya baxış keçirilmişdir. Torbanın içərisində neçə bağlama olduğunu bilməmiş, bütün bağlamalara Təqsirləndirilən şəxs yanında baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında, sol tərəfində durmuş, süni işıqlanma ilə bağlamalara baxış keçirilmişdir. Orxanı saxlayanda Niva markalı avtomobilin onların üzərinə sürülməsi halı ilə rastlaşmamış, Təqsirləndirilən şəxs saxlanılan zaman Fərzənd Allahverdiyev orada olmamış, maşının nömrəsini görə bilməmiş, o, sürüb getmişdir. Hal şahidləri hadisə yerinə gəlməmiş, hərbi hissədə olmuşlar. Onların yanında Təqsirləndirilən şəxs üzərində axtarış aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, N saylı hərbi hissənin hərbi qulluqçusu Şahid5 oğlu 07 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, 11 noyabr 2022-ci il tarixdə saat 18:00-dan saat 22:00-dək N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 14-cü sahəsinə "Pusqu” xidmətinə təyin edilmiş, xidmətdə olarkən saat 21 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi istiqamətində bir ağ rəngli Niva markalı avtomobilin gəldiyini görmüş və bu barədə zastavaya məlumat vermişlər. Həmin avtomobil 2-3 dəqiqə dayanıb yenidən kənd istiqamətində hərəkət etmiş, sonra həmin avtomobilin yolun kənarında dayandığını və bir nəfərin düşərək əlində fanarla ərazidə nəsə axtardığını görmüşlər. Ona "Dayan” komandası verilmiş, bu zaman həmin şəxs əlindəki bağlamanı ataraq oradan qaçmaq istəyərkən onlar tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs qarşı təzyiq, təsir olmamışdır. Bağlamaya videoçəkilişlə baxış keçirilmiş, pusqu xidmətinə o gizirlər Şahid3 və Şahid4lə birlikdə təyin olunmuş, digər hərbiçilər isə başqa sahələrə pusqu xidmətinə təyin olunmuşdular. Təqsirləndirilən şəxs bağlamanı götürəndə onların arasında məsafə 100-150 metr olmuşdur. Ərazi kolluq ərazi olmaqla hava qaranlıq olmuş, çiskin yağış yağmışdır. Onlar həmin şəxsi saxlayıb zastavaya məlumat vermiş, əməliyyatçılar gəlib onu aparmışlar. Sonra xidməti davam etdirib zastavaya qayıtmışlar. Onlar zastavaya gələndən sonra baxış keçirilərək bağlama açılmışdır. Bağlamada təxminən 9 kq. Narkotik vasitələr olmuşdur, hadisədən uzun müddət keçdiyi üçün bağlamanın içərisində neçə bağlama olmasını, bağlamanın içərisində hansı növ narkotik vasitələr olmasını xatırlamır. Şahid5, həmçinin 28 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, 11 noyabr 2022-ci il tarixdə saat 18:00-dan saat 22:00-dək 23-cü sərhəd zastavasının 14-cü sahəsinə "Pusqu” xidmətinə təyin edilmiş, saat 21 radələrində əraziyə ağ rəngli Niva markalı avtomobilin gəldiyini, avtomobildən bir nəfərin düşdüyünü görmüşdür. Həmin şəxsə "Dayan” komandası verilmişdir. Bu zaman həmin şəxs əlindəki bağlamanı ataraq oradan qaçmaq istəyərkən tərəflərindən saxlanılmış, bu barədə məlumat verildikdən sonra kömək gəlmiş və həmin şəxs aparılmışdır. Onlar ayrı-ayrı yerlərdə pusqu qurmuşlar. Orxanı saxlayan zaman o da sonuncuya yaxınlaşmış, Təqsirləndirilən şəxs bağlamanı atıb qaçmış, Şahid3 onu saxlamışdır. Təqsirləndirilən şəxs hadisə yerinə Niva markalı avtomobillə gəlmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs psixotrop maddə götürməyə gəldiyini bildirmişdir. Hal şahidləri hərbi hissədə dəvət olunmuşlar. Hadisə gözlənilməsi barədə əməliyyatçılar məlumat vermiş və gücləndirilmiş iş rejimi elan etmişlər. Ona görə də onlar 23-cü sərhəd zastavasının 14-cü sahəsinə pusqu xidmətinə yətin edilmişlər. Xidmətə təyin olunarkən əməliyyatın rəisi Fərzənd Allahverdiyev onlara təlimat vermişdir. Horadiz qəsəbəsindən sərhəd zastavasına təxminən 1 saata gəlmişlər. Sərhəd zastavasına saat 16 radələrində gəlib, saat 18:00-dan xidmətə başlamışlar. Əməliyyat məlumatı olsa da, kimin haradan gələcəyi bilinməmişdir. Bağlamanı əməliyyatçı Rəvan Quliyev açmışdır. Bağlamanın içərisində də neçə bağlamanın olduğunu xatırlamır. Hadisə yerində hal şahidləri olmamışdır. Niva markalı avtomobilin nömrəsini görə bilməmişdir. Təqsirləndirilən şəxs döyən olmamışdır. Təqsirləndirilən şəxs bir tərəfində o, bir tərəfində isə Şahid4 durmuşdur. Hadisə yerində videoçəkiliş aparılmışdır, lakin çəkilişin kim tərəfindən aparılmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş N saylı hərbi hissədə qazanxana işçisi işləyən Şahid2 07 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində və verilən suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onu hərbi hissənin inzibati binasına hal şahidi kimi dəvət etmişlər və Təqsirləndirilən şəxs orada görmüşdür. O, sərhəd pozucusu kimi oraya gətirilmiş, yerdə isə bir bükülü olmuş, onu göstərmişlər. Həmin vaxt orada şəkil çəkilmişdir. Bükülünün içərisində nə olduğu göstərilməmişdir. O hal şahidi kimi iştirak edəndən sonra sənədə imza etməmiş, istintaq zamanı ifadə verməmişdir. Həmin gün hava şəraitinin necə olmasını xatırlamır. Otaqda tutulan şəxs və hərbiçilər olmuşlar. Tutulan şəxsin üstü başı təmiz olmuşdur. Otaqda axlanılan şəxs bağlamanın onun olduğunu demişdir. Tutulan şəxsin üzərində axtarış aparılmamışdır. Bağlama açılmamış, içərisində nə olduğunu görməmişdir. İstintaq zamanı verdiyi ifadəsi kimi göstərilən sənəddə olan imza ona məxsusdur. İfadədə yazılanlardan xəbəri yoxdur, yazılanlara imza etmişdir. Cinayət işinin materiallarında şəkli çəkilmiş bağlama onun gördüyü bağlama deyil. Şəkildəki bağlama uzun bağlamadır, otaqda olan bağlama isə yumru bir bükülü olmuşdur. Şahid2 ona verilən suallara cavab olaraq isə göstərmişdir ki, 11 noyabr 2022-ci ildə onu hər hissənin inzibati binasına dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs yanında bir büküm, həmin bükümün içərisində də balaca bükümlər olduğunu görmüşdür. Bağlamaya Horadiz qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə baxış keçirilmişdir. Bağlama onun yanımda açılmışdır. Təqsirləndirilən şəxs hərbiçilərin nə soruşmasını xatırlamır. İstintaq zamanı yazılan ifadəsini oxumamışdır, lakin baxışda iştirak etmişdir. Protokola imza etməyini xatırlamır. Həmin gün hərbi hissənin əməliyyat növbətçisi onu çağırmış, bu zaman hava qaranlıq, saat təxminən 21-22 radələri olmuşdur. Onu əməliyyat növbətçisinin çağırdığını dediklərindən hərbi hissənin inzibati binasına getmiş, növbətçi onu əməliyyatçının çağırdığını dediyindən əməliyyatçının otağına getmiş, Təqsirləndirilən şəxs orada görmüşdür. Otaqda Təqsirləndirilən şəxs tək olmuş, əməliyyatçılar koridorda olmuş, ona otağa keçməsini demişlər. O əməliyyatçılarla bərabər otağa girmişdir, ona bir nəfərin tutulduğu deyilmiş, həmin şəxsin yanında ağzı açıq bağlama olmuş, bağlamadan da kiçik bağlamaların çıxarılıb yerə yığıldığını görmüşdür. Bağlama açılan zaman o orada olmamış, bağlamanın içərisində nə olmasını deməmişlər. Onun yanında Təqsirləndirilən şəxs üzərində axtarış aparılmamış, ona qarşı zor tətbiq olunmamışdır. Həmin vaxt o hərbiçilərlə İmişli rayonunun Qaragüvəndikli kəndinə getməmiş, hadisə yerində olmamış, heç nəyə imza etməmişdir, ola bilsin sənədlərə sonra imza etmişdir. Təqsirləndirilən şəxs orada ona «məni döyüb şərləyirlər» sözlərini deməsini xatırlamır. O Təqsirləndirilən şəxs narkotik vasitəni götürməyə gəldiyini deməsini deməmişdir. Digər hal şahidi Şahid1 onun iş yoldaşı olmuş, o, da həmin vaxt onunla işdə olmuş, İmişli rayonunun Qaragüvəndikli kəndinə, hadisəç yerinə getməmişdir. Şahid1 işə daxil olandan sonra tanımış, o, spirtli içki aludəçisi olduğu üçün işə gəlməmiş, ona görə də onu işdən çıxarmışlar. İş üzrə Şahid2 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə o, hal şahidi qismində 23-cü sərhəd zastavasının inzibati binasına dəvət edilmişdir. Xidməti otaqda ona Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitə olan bağlamanı götürdüyü hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş qeyd olunan bağlamaya, həmçinin qeyd olunan şəxsin üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquq və vəzifələrim izah olunmuş və razılığı alındıqdan sonra baxış başlanılmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı yeri əli ilə göstərmişdir. Həmin yer İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında olan ərazi olmuş və həmin yerə baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs saxlanıldığı yerdə bir ədəd narıncı rəngli bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Bununla da baxış başa çatmışdır. Bundan başqa Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı yerdən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirilmişdir. Bağlamaya baxış keçirilən zaman içərisindən sıx yapışqan lentlə sarılmış kiçik bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilən zaman bağlamalarda kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə, qara rəngli tünd qoxulu tiryəkə bənzər maddə və üzərində Metadon-40 yazılmış həblər aşkar edilmişdir. Qeyd olunan maddələr çəkilmiş, marixuanaya bənzər maddə qablaşma ilə birlikdə çəkisi 9 kiloqram 300 qram, tiryəkə bənzər maddə 100 qram və 400 ədəd metadon həbləri təşkil etmişdir. Narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri götürmək üçün əraziyə gəldiyini demişdir.Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilən zaman üzərindən 1 ədəd smartfon tipli, "A-41” markalı mobil telefon, bir ədəd Umico kartı və bir ədəd Kapiltal bank kartı, bir ədəd metro kartı və bir ədəd sürücülük vəsiqəsi aşkar edilmiş və qablaşdırılaraq möhürlənmişdir.Bundan sonra bütün bu hallar barədə müvafiq rəsmiləşdirmə işləri aparılmış və tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş N saylı hərbi hissənin əməliyyat-axtarış şöbəsinin rəisi, mayor X2 ifadəsində göstərmişdir ki, 11 noyabr 2022-ci il tarixdə məxfi mənbədən ona hərbi hissənin 23-cü sərhəd zastavasının arxasına içərisində narkotik vasitə olan bağlama qoyulması və bağlamanın dalınca gəlib götürüləcəyinə dair məlumat daxil olmuş, bu barədə rəhbərliyə məruzə etdikdən sonra, həmin ərazilərə pusqu naryadları təyin edilmişdir. Özü də kənardan həmin əraziyə nəzarət etmişdir. Saat 21 radələrində ona əraziyə ağ rəngli Niva markalı avtomobilin gəlməsi, avtomobildən düşən bir nəfərin saxlanması məruzə olunmuşdur. Maşın uzaqlaşdığı üçün isə onu saxlaya bilməmişlər. Onlar hadisə yerinə gələndə həmin maşını saxlatmaq istəsələr də sürücü maşını sürüb getmiş, həmin maşının nömrəsini götürüb bu barədə rəhbərliyə məruzə etmişdir. Hadisə yerinə gələndən sonra Təqsirləndirilən şəxs Niva marakılı avtomobilin onu taksi kimi oraya gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlayan hərbiçilər isə Orxana dayan komandası verəndən sonra onun qaçan zaman yıxıldığını və onu tutduqlarını bildirmişlər. Təqsirləndirilən şəxsla söhbət zamanı o, bu qədər yükün dalınca gəlmədiyini bildirmişdir. Onun telefonunda iranlı ilə yazışması və danışığı olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə hərbi hissəyə gəlmişlər. Onun yanında bağlamalar açılmış və çəkilmişdir. Bağlamanın içərisində narkotik vasitə tiryək, marixuana və dərmanlar olmuşdur. Təqsirləndirilən şəxs izahatında və ifadəsində nə demişdirsə o da yazılmışdır. Hadisə yerində videoçəkiliş aparılmamış, fotoçəkiliş aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri, polkovnik Samir Salamovun xx.xx.2022-ci il tarixli 16/3009 nömrəli məktubundan görünür ki, 11 noyabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs 23-cu sərhəd zastavasının 14- cü sahəsinin arxa istiqamətində saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 14-cü sahəsidir. Həmin istiqamətdə İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında kolluq sahəsində saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən bir ədəd narıncı rəngli bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən 9 kiloqram 300 qram kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə, 100 qram tünd qoxulu tiryəkə bənzər maddə və 40 konvalyut hər konvalyutda hər birində 10 ədəd olmaqla ümumilikdə 400 ədəd Metadon -40 həbi aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının 12 noyabr 2022- ci il tarixli, 7/1298 nömrəli və 6/6514 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş narıncı rəngli bağlamada 6 ədəd bükümdə ümumilikdə ümumi təmiz çəkisi 82.42.5 qram olan maddə qurudulmuş marixuanadır.3 ədəd bükümdə ümumilikdə ümumi təmiz çəkisi 128.926 qram narkotik vasitə tiryəkdir.Üzərində Metadon-40 yazılan 40 ədəd konvalyutda hər birində 10 həb olmaqla 400 ədəd həb metadonun təsiredici maddəsinin ümumi miqdarı 16 qramdır. Cinayət işinin materiallarına əlavə edilmiş 22 dekabr 2022-ci il tarixli 5/1495 nömrəli ekspert rəyinə əlavə edilmiş diskə baxış keçiriməsi haqqında protokoldan görünür ki, "Whatsap Business” qovluğunun içərisində Əxi adlı kontakt bölməsinə ("+**********4”) baxış keçirilən zaman həmin kontakdan Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə (**********) xx.xx.2022-ci il tarixdə 1 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən həmin nömrəyə 3 ədəd şəkil göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 599 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 7830 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları, lakin hal hazırda onda narkomaniya xəstəlinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə istintaqı zamanı təyin olunaraq keçirilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İnzibati qaydada tutma haqqında 11 noyabr 2022-ci il tarixli protokolun «saat» qrafasındakı «22» «15» rəqəmlərinin yerində əvvəlcə «22» «15» rəqəmləri olub, sonradan üzərinə başqa rəngləyici ilə təkrarən eyni rəqəmləri yazılmışdır. Təqdim edilmiş Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında 11 noyabr 2022-ci il tarixli protokolun «saat» qrafasındakı «22» «25» rəqəmlərinin yerində əvvəlcə «22» «25» rəqəmləri olub, sonradan üzərinə başqa rəngləyici ilə təkrarən eyni rəqəmlər yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş protokollardan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdə inzibati qaydada saxlanılmış, 12 noyabr 2022-ci il tarixdə isə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş müdafiə tərəfinin təqdim etdiyi tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs anası kardioloji xəstədir, o, özü isə «skalioz» (sümük əyilməsi) xəstəliyindən əziyyət çəkmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməlləri törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində narkotik vasitənin onun üzərindən aşkar edilməsi zamanı prosessual pozuntulara yol verilməsini, narkotik vasitənin ona aid olmamasını, istintaq zamanı aparılmış istintaq hərəkətləri protokollarının həqiqəti əks etdirməməsini, şahidlərin ifadələrinin düzgün olmamasını, narkotik vasitənin aşkar edilməsi zamanı videoçəkilişin aparılmamasını göstərmişdir. Lakin iş materiallarında olan, Təqsirləndirilən şəxs tutulandan dərhal sonra verdfiyi ifadəsindən, onun 12 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsindən, 14 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə verdiyi izahatından görünür ki, o, saxlanmamışdan iki gün əvvəl iranlı tanışı Əhranla telefonla əlaqə saxlayaraq ona narkotik vasitə sifariş verməsini göstərmişdir. Təqsirləndirilən şəxs göstərmişdir ki, iranlı tanışından ona narkotik vasitə marixuana göndərməsini xahiş etmiş, iki gündən sonra həmin şəxsdən ona narkotik vasitənin göndərilərk İmişli rayonu Qaragüvəndikli kəndinin ərazisində yol nişanının yanında gizlədilməsi barədə məlumatı daxil olduğundan həmin əraziyə gəldiyini bildirmiş, bura gəlməsinin gəlməsinin təfsilatı barədə ətraflı ifadə vermişdir. Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Əhrab tərəfindən İmişli rayonu ərazisində yerləşdirililərək Təqsirləndirilən şəxs tərəfindən götürülmüş torbadan aşkar edilmiş narkotik vasitələr isə bir neçə növdə və küllü miqdarda olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə həmin əraziyə Əhrabın ona əvvəlcədən borclu olduğu və Ağa adlı şəxs tərəfindən göndərilmiş pulu həmin şəxsdən almaq üçün getdiyini göstərsə də onun ilkin etirafedici ifadələri işdə olan digər sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyatda iştirak etmiş şahidlərin ifadələri və maddi sübutlarla üst-üstə düşür. Apellyasiya şikayətində göstərildiyi kimi sübutların aşkar edilməsi və istintaq hərəkətlərinin aparılması zamanı müəyyən prosessual pozuntulara yol verilsə də bu pozuntular sübutların həqiqiliyinə xələl gətirəcək həddə olmamışdır. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bütün ifadələri müqayisə edilərək ondan ifadəsini dəyişməsinin səbəbi soruşularkən Təqsirləndirilən şəxs bunu təhqiqatçının ona təzyiq göstərməsi ilə əlaqələndirmiş, düşdüyü vəziyyətdən irəli gələrək təhqiqatçıya 50-100 qram marixuana rəsmiləşdiriləcəyi halda bununla razılaşa biləcəyini, protokola imza atacağını bildirməsi, lakin sonradan bu miqdarın təhqiqatçı tərəfindən artırılmasını bilrirnməklə cavab vermişdir. Məhkəmə kooolegiyası hesab edir ki, məhkəmənin hökmü “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının tövsiyyələrinə də uyğun olmuşdur. Qeyd edilən Plenum qərarının 33-cdinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Qeyd ediulənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmiş, məhkəmə düzgün olaraq onu həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə təqsirli bilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi də işin hallarına, əməlin ictimai təhlükəliliyinə və xarakterinə uyöğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə qeyd edilənlər nəzərə alınmaqla apelyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(099)-35/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-ci, 399-cu 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(099)-35/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar