Məhkəmə qərarları › İş №1(106)-713/2024

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-713/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-713/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məmmədov Samir Valeh oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin, Apelyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru, X2,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi3, təqsirləndirilən şəxs X5, onun müdafiəçisi X1 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1və 234.4.3-cü maddəsi ilə,Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(99)-11/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə videkonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, HÖKM ETDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməlirə dair cinayət işi Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayətinə əsasən üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024cü il tarixli 1(099)-11/2024 saylı hökmü Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. X3 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələrinə dair müddəalar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli 1(099)-11/2024 saylı hökmündən xaric edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Umbakı Penitensiar müəssisəsindən dərhal həbsdən azad olunsun. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası PX-nin Umbakı Penitensiar Müəssisəsinin rəhbərliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 qanunsuz həbsdə saxlanmasına görə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ tanınsın. Hökm qalan hissədə dəyişdirilməsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar