Məhkəmə qərarları › İş №1(106)-713/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-713/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-713/2025 09.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əsədli Mahir Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi5 və Müdafiəçi4 iştirakları ilə. xx.xx.1975-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, evli, ali təhsilli, Cəlilabad rayonu Ocaqlı kənd 2 saylı orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləmiş, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, həmin kənddə qeydiyyatda olmaqla yaşamış, ali təhsilli, subay, işləməyən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(099)-85/2025 saylı hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi X15, Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.İŞİN HALLARİ: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs1 2013-cü ildə xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunduqdan sonra, həmin xüsusi xidmət orqanı nümayəndələrindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış “X11” (BAH) adlandırılan təşkilatın Azərbaycandakı nümayəndəliyinin təsis olunması, maddi-texniki bazasının yaradılması və ölkənin müxtəlif regionlarından yeni üzvlərin cəlb olunması, eyni zamanda həmin təşkilatın rəhbəri adı altında pərdələnib ölkə daxilində müvafiq maraqlar çərçivəsində fəaliyyətə cəlb edilməsi mümkün olan ictimai və dövlət xadimlərinin, ictimai fəalların dairəsinin müəyyən edilərək onlarla əlaqə saxlanılması, mülahizələrini öyrənilməklə əldə olunan bu barədə məlumatların ötürülməsi, habelə mümkün şəxslərin Azərbaycan Respublikasından kənara xarici ölkə ərazisinə çıxarılaraq həmin xarici xüsusi xidmət orqanı əməkdaşları ilə görüşlərinin təşkili və onların əlaqəsinə verilməsi, ictimai və dövlət xadimlərinin həmin xarici ölkənin xarici siyasətinə uyğun olmayan mediadakı çıxışları təhlil olunmaqla bu barədə məlumatların göndərilməsi, BAH təşkilatının Azərbaycandakı üzvlərinin Bakı şəhərində keçiriləcək tədbirləri ilə bağlı mütəmadi hesabatların hazırlanması və təqdim olunması, tərkibinin və ölkədə təsir dairəsinin genişləndirilməsi, internet-informasiya saytları, eləcə də “Telegram” sosial şəbəkəsində xarici xüsusi xidmət orqanının nümayəndəsi ilə əvvəlcədən razılaşdırılmış xarici dövlətin maraqlarına uyğun ideoloji təbliğatın aparılması və məqalələrin yerləşdirilməsinə dair tapşırıqlar almış, xarici xüsusi xidmət orqanının nəzarəti altında, aldığı həmin tapşırıqlarının icrası istiqamətində tamah niyəti ilə fəaliyyət göstərərək 02 iyul 2013-cü ildən 19 iyul 2023-cü il tarixədək olan müddətdə “İbraqim Qasanov” adı ilə “Vkontakte” sosial şəbəkəsi üzərindən xarici xüsusi xidmət orqanının əməkdaşı ilə mütəmadi əlaqə saxlayıb Azərbaycan Respublikasında baş verən ictimai və siyasi hadisələr, sosial-iqtisadi və dini sahədə mövcud vəziyyət, siyasi partiyalar, Azərbaycan Respublikasının digər ölkələrə münasibətdə xarici-diplomatik siyasəti, prezident seçkiləri, habelə ictimai və dövlət xadimləri, eləcə də onların çıxışları və mövqeləri barədə topladığı məlumatları ötürmüş, 2014-cü ildən etibarən yaratdığı “avrasiya.info” və “litparad.org” internet saytlarında 2015-2019-cu illər ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq təxribat məzmunlu məqalələr yerləşdirmiş, xarici xüsusi xidmət orqanının əməkdaşı X1 əlaqələndirdiyi BAH-ın maliyyə məsələləri üzrə mütəxəssisi X12 tərəfindən göndərilən pul vəsaitlərinin qəbul edilib çatdırılmasını qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs2 köməkliyi ilə digər şəxslərin adlarına olub faktiki öz istifadəsində olan 5522 0993 4803 6229 və 4169 7388 7388 1506 nömrəli bank kartı hesablarına 2021-2023-cü illər ərzində köçürülən ümumilikdə 9.837 (doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti müqabilində BAH-ın fəaliyyəti ilə bağlı Azərbaycandakı nümayəndəliyinin üzvlərinin Bakı şəhərində görüşlərini təşkil etmiş, məxfi əməkdaşlığa cəlb edilmələri üçün 17 aprel 2021-ci il tarixdə Şahid6 xarici ölkədə xarici xüsusi xidmət orqanının nümayəndəsi Yuri Xoroşevski ilə görüşdürmüş, 2021-ci ilin oktyabr ayında siyasi şərhçi X9 barədə məlumatları “Telegram” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürməklə sonuncunun Moskva şəhərində onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmasını təmin etmiş, 01 iyun 2023-cü il tarixdə Şahid8 eyni məqsədlə xarici xüsusi xidmət orqanının nümayəndəsi Yuri Xoroşevski və onunla əlaqəli Denis Apaşkin adlı şəxslə görüşdürmüş, qeyd olunan məqsədlə 2023-cü ilin yanvar-iyul aylarında digər siyasi şərhçilər ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmış, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə qəsdən dövlətə xəyanət etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyətilə xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş tanışı Təqsirləndirilən şəxs1 aldığı cinayətkar tapşırıqlarının icrası müqabilində göndərilən pul vəsaitlərini bilə-bilə əldə edib çatdırmağı qabaqacadan vəd edib, sonuncunun tapşırığı əsasında xarici xüsusi xidmət orqanının əməkdaşı X1 əlaqələndirdiyi “X11” təşkilatının maliyyə məsələləri üzrə mütəxəssisi X12 tərəfindən 2022-ci ilin aprel ayından 2023-cü ilin iyul ayınadək “Zolotaya Korona” surətli pul köçürmələri sistemi vasitəsilə həm xarici dövlətdə, həm də Azərbaycan Respublikası ərazisində olduğu müddət ərzində istifadəsində olan “Sberbank” İSC-yə məxsus 2202 2061 7149 7865 nömrəli bank kartına göndərilmiş və daha sonra nağdlaşdıraraq "xxxx" ASC-yə məxsus 4169 7413 6250 5420 nömrəli kart hesabına mədaxil etdiyi ümumilikdə 9.837 (doqquz min səkkiz yüz otuz yeddi) manat pul vəsaitlərini cinayətin törədilməsi üçün maneələri aradan qaldırmaqla Azərbaycan Beynəlxalq Bankına aid 5522 0993 4803 6229 və "xxxx" ASC-yə aid 4169 7388 7388 1506 nömrəli kart hesablarına köçürərək Cəlilabad rayonunda Təqsirləndirilən şəxs1 çatdırılmasına yardım etmiş, bununla da xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq həmin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə dövlətə xəyanət etməsinə qəsdən köməklik göstərmişdir Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, hökmlə həmçinin məhkəmə məsrəfi, maddi sübutla bağlı məsələlər həll olunmuşdur. İİ.APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində qeyd etmişdir ki, dəfələrlə vəsatət vermiş, lakin heç birinə baxılmamış,ekpertiza keçirilməsini və şahidlərin dindirilməsini və işinə yenidən baxaraq ədalətli qərar qəbul edilməsi xahiş olunur. Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4 apellyasiya şikayətində qeyd etmişlər ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi, cinayət işi üzrə olan sübutları lazımi qaydada araşdırmadan və qiymətləndirmədən Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda təqsirli bilmiş və bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Lənkəran Ağır Cinayətlətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli, №1(099)- 85/2025 saylı hökmündə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 274-cü maddəsi ilə təqsirli bilinməsi qanunsuz, əsassız, ədalətsiz, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci-(qanunçuluq), 8-ci (ədalət), 9-cu (humanizm), 41.2-ci (cəzanın məqsədi), 58.3-cü (cəzanın təyin edilməsinin ümumi əsaslan), 59-61-ci maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına tamamilə ziddir. Hökmdə ibtidai istintaq zamanı verilmiş ifadələrin təhrif olunduğu bildirərək məhkəmə istintaqında heç bir təzyiq və təsirə məruz qalmadan daha obyektiv olraq ifadə verən şahidlərin (Şahid8) ifadələrinə ümumiyyətlə yer verilməmişdir. Yuxarıda yazılanlara rəğmən ziddiyətlərin aradan qaldırılması üçün adı çəkilən şəxslər yenidən dindirilməlidilər. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(099)- 85/2025 saylı hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməsi, onun barəsində bəraət hökmü qəbul edilməsi xahiş olunur. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində qeyd etmişdir ki, hazırki cinayət işi üzrə heç bir aidiyyəti yoxdur. Ona qarşı irəli sürülmüş ittiham əsassızdır və barəsində bəraət verilməlidir. Məhkəmə tərəfindən məhkəmə iclasının gedişində şahid ifadələri və digər təqsirləndirilən şəxsin ifadələri, eləcə də digər hallar sübut kimi götürülməmiş, heç bir mötəbər sübuta söykənməyən istintaq orqanın diqtəsi ilə barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd edilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(099)-85/2025 saylı hökmünün ləğv edilməsi və onun barəsində bəraət hökmü qəbul edilməsi xahiş olunur. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə əlavəsində də eyni əsaslara istinad etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 qarşı sürülmüş ittiham sübuta yetirilməmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs1 2013-cü ildə xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdur. Cinayət işi materiallarında bu faktı təsdiq edən hər hansı bir sənəd yoxdur və məhkəmə istintaqında da bu faktı təsdiq edən hər hansı bir sübut növü tədqiq olunmamışdır. Hökmə görə Yuri Xoroşevski xarici xüsusi xidmət orqanının nümayəndəsidir. Məhkəmə hansı dəlilə əsasən X19 xüsusi xidmət orqanının əməkdaşı hesab etməsi aydın deyil, yoxsa Rusiya xüsusi xidmət orqanı Yuri Xoroşevskinin özünün əməkdaşı olması barədə arayış vermişdir? Hər halda məhkəmə istintaqında belə sübut tədqiq edilməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 Şahid6 və Şahid8 Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmələri üçün Rusiya xüsusi xidmət orqanı nümayəndəsi ilə görüşdürmüşdür. Məhkəmə istintaqında həm Şahid6, həm də Şahid8 şahid kimi ifadə verdilər. Heç biri onlara Rusiya xüsusi xidmət orqanlarıı ilə əməkdaşlığa cəlb olunmaları barədə hər hansı təklif edilmədiyini göstərdilər. Həm onlar, həm də məhkəmə istintaqında şahid kimi dindirilən Quliyev X13 Həsənovun təşkil etdiyi tədbirlərdə, həm də Moskva şəhərində keçirilən BAH tədbirində Azərbaycan Respublikası əleyninə, ölkəmizin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə hər hansı söhbətlər aparılmadığını, fikirlər söylənmədiyini göstərdilər. Ümumiyyətlə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq hər hansı bir tərəkət etməsi, əməl törətməsi sübut olunmadı. Tədqiq olunmuş sübutlar daha çox ehtimal xarakteri daşıyır və mötəbər hesab edilə bilməz. Qeyd olunanlara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)-85/2025 saylı hökmünün ləğv edilməsi, apellysiya şikayətinə baxışın məhkəmə istintaqı keçirilməklə aparılması, təqsiri sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs1 bəraət verilməsi xahiş olunur. İİİ.PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 274-cü maddələri ilə cəza təyin edərkən cəzanın yüngülləşdirici hallarının nəzərə alındığını, onlara qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)- 85/2025 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli 1(099)-85/2025 saylı hökmünü ləğv edilməsini və bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli 1(099)-85/2025 saylı hökmünün ləğv edilməsini və bəraət verilməsini xahiş etmişlər. İV. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Apellyasiya şikayətlərində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən bəraətverici əsaslarla hökmün ləğv olunması qeyd olunmuşdur. Apellyasiya şikayətlərinin ümumi dəyərləndirilməsinə görə, cinayət işində olan sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, təqsirlə bağlı məsələlər mübahisələndirildiyi üçün, məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparılmasını zəruri hesab edir. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı sübutlar, sonra müdafiə tərəfinin sübutları yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə uyğun hüquqi qiymət verilməlidir. İstintaq tərəfinin sübutları: -Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsində verdiyi ifadəyə uyğun çıxış etmişlər. Lakin onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmiş, məhkəmə istintaqından fərqli ifadələr vermələri müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində tədqiq edilən şahidlər Şahid9 və digər şahidlərin ifadələri, eləcə də başqa sübutlar təqsirləndirilən şəxslərin, eləcə də müdafiəçilərin istinad etdikləri iddiaları tamamilə təkzib edir. -Şahidlərin ifadələri məhkəmə hökmündə təfərrüatlı şəkildə qeyd olunduğuna görə, həmin ifadələrin təkrarlanmasına zərurət yoxdur. Lakin ifadələrin qısa xülasəsinə əsasən aydın olur ki, təqsirləndirilən şəxslərin ittihamda qeyd olunan hərəkətləri etməsini təsdiq edirlər. - Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndindəki evində keçirilmiş 19 iyul 2023-cü il tarixli baxışın protokolu ilə müəyyən edilmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 19 iyul 2023-cü il tarixdə yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndindəki evində saxlanılmış, ondan dövlətə xəyanət cinayət əməlləri üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan “Samsung A10” markalı 1 ədəd mobil telefon, “Acer” markalı noutbuk, xarici xüsusi xidmət orqanı nümayəndələrindən Təqsirləndirilən şəxs2 vasitəsilə Rusiya Federasiyasından göndərilmiş pul vəsaitlərinin nağdlaşdırılması üçün istifadə olunmuş "xxxx" ASC-yə məxsus üzərində 4169 7388 7388 1506 rəqəmləri olan və "xxxx" ASC-yə məxsus üzərində 5522 0993 4803 6229 rəqəmləri olan bank kartları, habelə Təqsirləndirilən şəxs1 dövlətə xəyanət cinayət əməllərinin törətməsini özündə əks etdirən digər iş üçün əhəmiyyət kəsb edən mötəbər dəlillər, əşya və sənədlər aşkar edilərək götürülmüşdür. (Cild 1 iş vərəq 19-21). -19 iyul 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndindəki evində saxlanılmış, həmin ünvanda keçirilmiş baxış zamanı oradan dövlətə xəyanət cinayətinə yardım etmək üçün istifadə olunmuş cinayət əməlləri üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri və Təqsirləndirilən şəxs1 ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan Samsung markalı 1 ədəd mobil telefon, Təqsirləndirilən şəxs1, habelə digər şəxslərə pul vəsaitlərinin göndərilməsi məqsədilə “Sberbank” İSC-yə məxsus üzərində “İbragim Gumbatov” yazılmış 2202 2061 7149 7865 nömrəli yaşıl rəngdə bank kartı, "xxxx" ASC-yə məxsus üzərində 4169 7413 6250 5420 nömrəli göy rəngdə bank kartı, xarici xüsusi xidmət orqanı əməkdaşı X7 əlaqələndirdiyi şəxs X5 alınan 36500 Rus rublu, Rusiya Federasiyasının Drujba narodov adlı universitetinin Təqsirləndirilən şəxs2 məxsus tələbə bileti, habelə iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlər aşkar edilərək götürülmüşdür. (Cild 1 iş vərəq 14-16). - 19 iyul 2023-cü il tarixli 9-2380 nömrəli məktubla daxil olmuş sənədlərdən, habelə 19 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, 15 oktyabr 2013-cü ildə Həsənov X4 Gelyeviç Duqinlə sosial şəbəkə vasitəsilə müzakirələr apararaq sonuncudan «avrasiya.com» və ya digər saytların yaradılmasını, sonradan həmin saytlardan Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün köməklik istəyir. Həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Aleksandr Duqindən yəhudilər, Azərbaycan Respublikasında 2018-ci ildə keçiriləcək prezident seçkiləri, Türkiyə Respublikasına qarşı olan münasibət, xüsusi xidmət orqanları ilə münasibətlər barədə birbaşa tapşırıqlar alır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 Azərbaycanda tarixən rus-slavyan köklü idarəedicilər olduğundan, yenidən həmin köklü şəxslərin Azərbaycana gəlməsini tələb edəcəklərini, Bakı şəhərinin slavyan şəhəri olmasının vacibliyini, Türkiyə və Qafqazın qədim slavyantorpağı olduğunu vurğulamış, Rusiya əsgərlərini “bizim əsgərlər” deyərək adlandıraraq maliyyə dəstəyi alandan sonra, 08 mart 2022-ci ildə “camaatla işləyib onları əməkdaşlığa cəlb edirəm” ifadələrini bildirmiş və bunların qarşılığında Alekasandr Duqindən minnətdarlıq sözlərini almışdır. Baxışla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ictimai və dövlət xadimlərinin Rusiya Federasiyasının dövlət siyasətinə qarşı mediadakı çıxışlarını təhlil etmiş, təhlillərin nəticələri barədə topladığı məlumatları, eləcə də “X11” (BAH) təşkilatının Azərbaycandakı üzvlərinin Bakı şəhərində keçiriləcəkləri tədbirləri ilə bağlı mütəmadi hesabatların məxsusi formada hazırlayıb sosial şəbəkə vasitəsilə Aleksandr Duqinə göndərmişdir. (Cild 1, iş vərəq 25-225, cild 2, iş vərəq 276-324). - 27 iyul 2023-cü il tarixli 9-2440 nömrəli məktubla daxil olmuş Bakı şəhəri Səbail Rayon məhkəməsinin qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sənədlərdən görünür ki, 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Moskva şəhərinə getməyi və “bizim işləri apar” təklifini edir və maliyyə cəhətdən hər hansı çətinliyinin olmayacağını bildirir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “telegram” ani yazışma tətbiqində olan kanalların redaktəsi və koordinasiyası ilə məşğul olmaq adı altında 2021-ci ilin sentyabr ayında Rusiya Fedrasiyasına göndərərək Rusiya xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevski ilə tanış edir. (Cild 2, iş vərəq 87-97). - 05 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, xüsusi xidmət orqanının əməkdaşı X7 köməkliyi ilə Moskva şəhərində «RUDN» universitetində təhsil almasını təsdiq edən «Studençeskiy bilet» (X20 Universiteti.Tələbə Bileti) yazılan kitabça xüsusiyyətinə görə özündə dövlətə xəyanət cinayətinin əlamətlərini saxladığı üçün, cinayət tapşırıqlarının icrası zamanı istifadə olunan “Sberbank” İSC-yə məxsus üzərində “İbragim Gumbatov” yazılmış 2202 2061 7149 7865 nömrəli yaşıl rəngdə bank kartı, "xxxx" ASC-yə məxsus üzərində 4169 7413 6250 5420 nömrəli göy rəngdə bank kartı vasitəsilə pul vəsaitlərinin Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 göndərilməsini təmin etdiyindən həmin bank kartları, götürülmüş 36500 Rus rublu sonuncunun ifadəsindən göründüyü kimi, xarici xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevski tərəfindən Təqsirləndirilən şəxs2 onun yaşadığı mənzilin icarə haqqısı kimi verildiyindən, götürülmüş Samsung A12 markalı mobil telefon vasitəsilə XXO (xarici xüsusi xidmət orqanı) əməkdaşı və Təqsirləndirilən şəxs1la əlaqə saxlanılma izləri daşıdığından maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (Cild 1 iş vərəq 14-16, cild 2 iş vərəq 112). - Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış zamanı götürülmüş "xxxx" ASC-yə məxsus üzərində 4169 7388 7388 1506 nömrəli qara rəngdə və 4169 7332 2927 7103 nömrəli qırmızı rəngdə bank kartları onların vasitəsilə xarici xüsusi xidmət orqanlarından pul vəsaitləri alındığından, “Samsung Galaxy A10” və “Acer” markalı noutbuk, onların vasitəsilə Təqsirləndirilən şəxs2 və XXO əməkdaşı Yuri Xoroşevski ilə əlaqə saxlanılma izləri daşıdığından maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (Cild 1 iş vərəq 19-21). - Əks-Kəşfiyyat baş idarəsindən istintaq baş idarəsinə daxil olunmuş 12 avqust 2023- cü il tarixli məktub və ona əlavə edilmiş bank çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs2 müxtəlif şəxslərə, o cümlədən sonuncunun və Təqsirləndirilən şəxs1 ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs1 göstərişi ilə qohumları Şahid13, Şahid12 və Şahid14 bank hesablarına ümumilikdə 9837 (doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti köçürmüşdür. (Cild 2 iş vərəq 124-165). - 01 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xarici xüsusi xidmət orqanının nümayəndəsi X8 müntəzəm əlaqə saxlamış, mobil telefonun özündə müvafiq qeydlər aparmış, habelə Təqsirləndirilən şəxs1 aldığı cinayət tapşırıqlarının icrası istiqamətində fəaliyyət göstərərək Yuri Xoroşevskidən alınan pul vəsaitlərinin bölünərək özünə, Təqsirləndirilən şəxs1 və digər ölkələrə göndərilməsi ilə bağlı Yuri Xoroşevski ilə danışıqlar apararaq onun göstərişlərini icra etmişdir. Baxış protokolundan həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə danışıqda sonuncunun təhsil aldığı universitetin prorektoru Sergey Bazavlyuk və onun Maksim adlı köməkçisinin xarici xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilərək, həmin Maksim adlı şəxslə əlaqəyə girmək istəmiş və bu istiqamətdə fəaliyyət göstərək XXO əməkdaşının mobil telefonunun nömrəsini Təqsirləndirilən şəxs1 götürmüşdür. Bundan əlavə, baxış protkolundan görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya xüsusi xidmət orqanının əməkdaşı ilə görüşdürdüyü Şahid8 xahişi ilə Təqsirləndirilən şəxs2 ona köməklik göstərərək həm XXO əməkdaşı Y.Xoroçevskinin mobil telefonunu Şahid8 ötürmüş, həm də sonuncunun tərcümeyi-halını “X11” Təşkilatının (BAH) rəhbərinin müavini Valeri Korovinə göndərmişdir. (Cild 1 iş vərəq 194-216). - Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung A10” markalı mobil telefona keçirilmiş 23 sentyabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 XXO nümayəndəsinin tapşırığı ilə BAH təşkilatının sıralarının artılırması istiqamətində aktiv fəaliyyət göstərmiş və “Facebook” sosial şəbəkəsindəki özünə məxsus «Avrasiya hərəkatı» adlı profilində çoxsaylı şəxslərə “salam. Rusiya və Putinə münasibətiniz necədir” məzmunlu məktublar göndərmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən politoloqlar Şahid15, Elxan Şükürlü adlı şəxlərlə əlaqəyə girərək onların gələcəkdə məxfi əməkdaşlığa cəlb edilib XXO-nun əlaqəsinə verilməsi ilə bağlı cəhdlər etmişdir. Baxış protokolunda Təqsirləndirilən şəxs1 XXO nümayəndəsi X8 danışıqları müəyyən olunmuş və sonuncudan alınan müxtəlif tapşırıqlar, yəni 1989-cu ildə olan Tbilisi hadisələrinin işıqlandırılması, pul vəsaitlərinin alınması və hansı yöndə xərclənməsi illə bağlı göstərişlər, Təqsirləndirilən şəxs1 isə öz fəaliyyəti üçün daha çox maliyyənin ayrılması ilə bağlı xahişləri görünür. Həmin yazışmalarda Təqsirləndirilən şəxs1 XXO əməkdaşına pulların Təqsirləndirilən şəxs2 vasitəsilə göndərilməsini də ayrıca vurğulayır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə yazışmada konspirasiya qaydalarına əməl olunmasının vacibliyini vurğuladığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar olunan danışıqlarda “sistemdən” uzaq olduğunu və yorulduğunu qeyd etmişdir. (Cild 2 iş vərəq 237-272). - Təqsirləndirilən şəxs1 məxsus və onun daim istifadəsində olmuş “Acer” markalı noutbukuna keçirilmiş 28 sentyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 25 aprel 2021-ci ildən “X11” Təşkilatının (BAH) rəhbərinin müavini Valeri Korovinlə sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, Azərbaycanda olan şəxsləri onların əlaqəsinə vermək məqsədilə təkliflər etmiş və həmin məqsədlə özünün və digər Azərbaycan Respublikasının vətəndaşı olan Şahid6 pasportlarını Valeri Korovinə göndərmişdir. Bununla yanaşı, baxış zamanı Təqsirləndirilən şəxs1 BAH rəhbəri Aleksandr Duqinlə danışıqları və XXO əməkdaşının tapşırığı ilə hazırlanmış və göndərilmiş hesabatları müəyyən olunmuşdur. Həmin hesabatlarda təqsirləndirirən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycanda baş verən hadisələr, Azərbaycanın ictimai və dövlət xadimlərinin mövqeləri, Rusiyanın siyasətinə qarşı olan şəxslərin şəxsiyyətləri və məqalələri barədə ətraflı, məzmunlu məlumat verir vəXXO əməkdaşının rəğbətinin qazanılması məqsədilə hesabatlarda Rusiya Federasiyasının Azərbaycana qoşun yeridərək ölkəni Rusiya Federasiyasının tərkibinə daxil olmasını istədiyini qeyd edir, habelə 2018-ci ildə baş tutan seçkilər zamanı hansı namizədi dəstəkləməklə bağlı məsləhətləşmələr aparır. Bundan əlavə Təqsirləndirilən şəxs1 tərtib etdiyi hesabatında özünün Rusiya Federasiyası ilə bağlı olmasını etiraf edib Rusiya uğrunda hər şeyə hazır olduğunu vurğulamaqla XXO əməkdaşının tapşırıqlarının icrası istiqamətində fəaliyyət göstərərək müvafiq demotivator hazırladığını və həmin yazıda Azərbaycan Respublikası ərazisində Rusiyaya qarşı olan qüvvələr müəyyən olunduqca Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin və RF Xarci Kəşfiyyat Xidmətinin elektron poçt ünvanlarına göndərməyin zəruriliyi barədə məlumat vermişdir. (Cild 2 iş vərəq 276-324). - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və iş üzrə Şahid8 Rusiya Federasiyasının Moskva şəhərinə etdikləri səfər zamanı apardıqları danışıqlarının yazıldığı diskə keçirilmiş 06 oktyabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, hər üç şəxsin XXO əməkdaşı Yuri Xoroşevski ilə görüşləri baş tutmuş, həmin görüş zamanı Təqsirləndirilən şəxs1 almış olduğu tapşırığın icrası ilə bağlı Şahid8 XXO əməkdaşı Yuri Xoroşevskinin əlaqəsinə vermişdir. Danışıqdan həmçinin görünür ki, Yuri Xoroşevski özünün çətirini yadından çıxdığı üçün orada qoymuşdur. Həmin danışıqda Təqsirləndirilən şəxs2 Natalya Makeyevanın və Yuri Xoroşevskinin sistem işçiləri olduqlarını, Natalya Makeyevanın sırf kurasiya işləri ilə məşğul olduğunu, təhsil aldığı universitetin prorektoru Bazavlyukun (RF FTX əməkdaşı) yanına Natalyanın göndərdiyini, habelə Bazavlyukun köməkçisi Maksim adlı şəxsin onu məxfi əməkdaşlığa cəlb etməyə cəhd etdiyini, Bazavlyukun N.Makeyevanın işçisi olduğuna əmin olduğunu, Yuranın ona Natalyanın yazışmalarını yönləndirdiyini, həmin yazışmalarda X2 münasibətdə üstün tərəf olması qənaətinə gəldiyini bildirmişdir. Qeyd olunan baxış protokolundan həmçinin görünür ki, həmsöhbətlər, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 danışıqlarında Yuri Xoroşevskinin və N.Makeyevanın sistem işçiləri olduqlarını yəqin edəndən sonra Təqsirləndirilən şəxs1 Yuri Xoroşevskinin serjant, Natalya Makeyevanın general rütbəsini daşımasından asılı olmayaraq, Yuri Xoroşevski ilə çörək kəsdiyini və bu səbədən onun əlaqəsinin ancaq Yuri Xoroşevski ilə olacağını vurğulamışdır. Həmin baxış protokolundan eləcə də görünür ki, danışıq zamanı Təqsirləndirilən şəxs1 XXO əməkdaşı Yuri Xoroşevskinin məxfi əməkdaşlıqla bağlı əlaqəsinə kvota əsasında şəxslərin verilməsi və həmin kvotanın da 15 nəfərdən ibarət olması ilə bağlı məlumat vermişdir. (Cild 3 iş vərəq 12-65). - İş üzrə təyin edilərək keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının 3-16-16/2-4/1804-4/1825 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, yəni 06 oktyabr 2023-cü il tarixdə baxışı keçirilmiş danışıqlarda K1 səsininTəqsirləndirilən şəxs1, K2 səsinin - Şahid8, K3 səsinin isə - Təqsirləndirilən şəxs2 aid olması müəyyən olunmuşdur. Bundan əlavə, ekspertizaya təqdim olunmuş səs yazılarında situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorların emosionalpsixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlər və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. (Cild 4 iş vərəq 1-28) - İbtidai istintaq zamanı «Avrasiya.info» İnternet saytına baxış keçirilməsi barədə 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xarici xüsusi xidmət orqanının əməkdaşından tapşırıq alaraq, bu tapşırırığın icrası istiqamətində fəaliyyət göstərmiş və 2014-cü ildən etibarən yaratdığı “avrasiya.info” internet saytında 2015-2019cu illər ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq təxribat xarakterli məqalələr yerləşdirmişdir. Həmin məqalələrin bəzilərinin başlıqları aşağıdakı kimi olmuşdur: - «Azərbaycanın 70 % əhalisi respublikanın Rusiyaya birləşməsini istəyir»; - «İbrahim Selin Azərbaycan xalqına müraciəti»; - «İbrahim Sel: Hər şeyə görə çox sağol, Rusiya!; - «İbrahim Sel: Azərbaycanlılar Rusiyanın tərkibinə daxil olmaq istəyirlər»; - «Zəlil Türkiyədən çox yüksək səviyyədə olmağımıza görə rusa borcluyuq»; - «Şiələr Azərbaycandan fərqli olaraq Rusiya şəhərlərində Aşuranı rahat və sərbəst şəkildə qeyd edə bilirlər». (Cild 3 iş vərəq 218-237). - İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-texniki ekspertizasının 5/1598 saylı rəyindən görünür ki, - tədqiq olunan “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşında “+994 77 520 96 75” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Telegram” platformasında “**********6” abonent nömrəsinin “Valeriy Korovin" adı ilə və “**********8” abonent nömrəsinin isə “Yura” adı ilə qeydə alınaraq yadda saxlanması müəyyən olunmuşdur. Tədqiq olunan “Samsung Galaxy A12” markalı “SMA127F/DSN” modelli mobil smartfonun yaddaşında “+**********8” abonent nömrəsi mobil cihazın yaddaşında “Yura” adı ilə yadda saxlanması müəyyən olunmuşdur.( Cild 4, iş vərəq 35- 50). - Təqsirləndirilən şəxs1 Rusiya xüsusi xidmət orqanlarının əlaqəsinə verdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan digər cinayət işi üzrə təqsirləndirilən şəxs X3 və xarici xüsusi xidmət orqanının əməkdaşı X7 səs yazılarından ibarət danışıqlar barəsində təyin edilərək keçirilmiş məhkəmə-linqvistik ekspertizasının 3- 16- 16/2-4/368 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda mətnin məzmununa görə şəxslər arasında müəyyən iyerarxik məqamları əks etdirən əməkdaşlıq münasibəti müşahidə olunur. Tədqiqata təqdim edilmiş mətndəki sözlərdən məqsədyönlü şəkildə istifadə edilərsə, bu halda söhbətin Rusiya Federasiyasının xüsusi xidmət orqanlarından getdiyi qənaətinə gəlmək olar. Tədqiqata təqdim edilmiş mətnin məzmununa görə şəxslər arasında informasiya alınması-ötürülməsi əlamətləri müəyyən edilir. Materiala əsasən, bu “mübadilə”nin Rusiya Federasiyasının mənafeyinə uyğun olduğunu söyləmək mümkündür. (Cild 4 iş vərəq 121-137, 146,147). - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qərarı əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la danışıqlar ələ keçirilmişdir. Həmin məlumatlara keçirilmiş 08 iyun 2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 «Teleqram» sosial şəbəkəsindəki “Samed Valiyev” adlı hesabından digər Təqsirləndirilən şəxs1 “Hamı sənin kimi fsb agenti olmağa məcbur deyil” məzmunlu ifadələr yazmışdır. (Cild 4 iş vərəq 153-159). - Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 1(101)-2120/2024 saylı hökmündən görünür ki, X9 müvafiq hökmlə Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə Məlumat Blankından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan zaman kəsiyində Rusiya Federasiyası ərazisində olmuşlar.(C-İİ, i.v.173-182). -İş materiallarında olan səs yazıları ilə müəyyən olunur: Təqsirləndirilən şəxs1 : “Yura bayaq Elşənə deyir, ilk dəfə İbrahim başladı ki, Sputnik Amerikanın kəşfiyyatıdır, gizli şəkildə işləyir, biz tökülüşdük ofisi yoxlatdırdıq, gördük ki, düz deyir..Mən onlara 2 şey dedim, Sputnikdə Baydeni yazın. Tramp idi o vaxt. Tramp yazın, Putin yazın. Trampı yazdılar, 80 dəfə çıxdı, Putini yazdılar, 16 dəfə. Dedim yazın, ABŞ dövlət Departamenti xəbər verir ki (tam) yazdılar, dedim indi yazın, Rusiya XİN xəbər verir və yaxud Kreml xəbər verir. ABŞ-ın xəbərlərini dərc edirlər 100%lik. 20% Rusiyanı dərc edirlər görüntü üçün, gör düz vermişəm kodu ya yox, mən professionalam e hər adam çox cəfəngiyat danışa bilər”...”Qoy yazım ki, bilmirsən bu sistemi, gələ bilmədi e, sənədləri yığacaq, özü də bizim adamdı.” Bundan əlavə, Təqsirləndirilən şəxs1 sistemi yaxşı bildiyini, Natalyanın şəkilləri göndərməyəcəyini bildirir. “Nəzakət elə bilir, mən onu göndərmişəm, bunu da o sistemdən mən çıxarmışam, bu da Donbasa getməyəcək..O vaxt Yura mənə dedi Donbasa getmək, mənim açığı ürəyimcə deyildi, dedim problem deyil. Mən göndərmişəm onu Rusiyaya ilk dəfə, Donbasa nə vaxt gəlib mən bilməmişəm.” Təqsirləndirilən şəxs1 sözlərindən məlum olur ki, Nəzakətlə aralarında mübahisə yaşanmışdır. . (3- cü cild, i.v.19-20). Təqsirləndirilən şəxs2 : Donbasa gedənlərə yaxşı pul ayrıldığı üçün Nəzakət Məmmədovanın narazılıq etdiyini deyir. “Tutaq ki, belə alırsan 50 min, elə verirlər 100 min. Bunların maraqları başqadır.” Təqsirləndirilən şəxs1 yaxşı xəbərlər gözlədiyini deyir, Təqsirləndirilən şəxs2 Xəlilin bütün sənədləri verdiyiyini dəqiqləşdirir. Təqsirləndirilən şəxs1: “ehtiyatlı olaq, mən sərxoşam, dözə bilməyəcəm..Xəlil 4 ildir mənim həyətimin başından 1 dənə də informasiya ala bilmir.” Təqsirləndirilən şəxs2: “sən mənim adımı bir dənə demə” (3-cü cild, i.v.21) “Dünyanın hər yerinə göndərirəm, belə deyək, 300 dollar göndərirəm.” (3-cü cild, i.v.25) “Hə, Xəlilə deyir İbrahimə niyə bata bilmirsən ?İbrahimə pul Moskvadan gəlir, İbrahim vasitəsilə gəlir özü də” (3-cü cild, i.v.26). Təqsirləndirilən şəxs1: “Mənim qədər Türkiyəyə qarşı camaatı qaldıran olmayıb. 2016-dan dayandırmışam. Ərdoğan demişəm həmişə.” (3-cü cild, i.v.22) “Onu mən dəqiq bilim ki, o mənim komandirimdir. Komandirim aeroportda nömrəsini verdie mənə. O birisi komandir. 2 metr boyu var e, Bakı kəndindəndir. Aerportda işləyirdi. Rusiya... işləyirsən ?Dedim bəli, FSB həmişə gələcək. Hər qəbulda bu səs gəlirdi (gülür). Çıxdım yanından, komandirimə rast gəldim, 2 dənə komandirim. Allah xeyir eləsin.. Deyirəm, komandir, Rusiya təşkilatları yaradaq da. Siz yaradın 3-4 nəfər talışlar... Rusfel bilirdilər ki, mənim agentimdir də düzdür ? Rusfel hə., dedim elə işləyəcək.” (3-cü cild, i.v.23-24) “Elə o oğlandır da, həmin o oğlan, demirəm, FSB-də işləyən. Onun bir dənə adını, soyadını bilsə idim.” (3-cü cild, i.v.26). Təqsirləndirilən şəxs1: “Parketi bəlkə də, kamera göstərsə, FSB-nin öz binasında parket 60-cı ildə vurulan perketdir, dəyişməyiblər.” Təqsirləndirilən şəxs2: “müəllim, ona görə dəyişmirlər ki, ənənələrə sadiqdirlər..O bina ki var, müəllim, mən həmişə ora gedəndə eyni təəssüratı mən də yaşayıram, eyni hissləri. Liftə minəndə özümü sovet dövründə hiss edirəm. Lift konkret sovet liftidir də, girirsən, yerdəki döşəmə hamısı Sovetdən vurulma döşəmədir. Halbuki ora təmir olunube dəfələrlə, döşəməni dəyişmirlər.” (3-cü cild, i.v. 46). Təqsirləndirilən şəxs1: “O informasiyalar çatmasın.. Elə et o informasiyaları o, bilməsin, Korovinə də çatsın, özünə də çatsın, Kamandara da çatsın, FSB-yə də. O bilir də, əsas mənəm...Korovindəki bütün informasiyalar Nataliyada da var..Onlar gedirlər, sındırırlar, Korovinə güclü killer yaradıblar.. Lap istəyir Yura serjant olsun, Nataliya general olsun, mənim orda kontaktım Yura ilədir, çünki, mən Yura ilə söz kəsmişəme..Sən özünü tam düzəltsəydin, get FSB-yə..Bir dənə amanın günüdür, nə edirsən elə, ona az informasiya ver, amanın günüdür. (3-cü cild, i.v. 49-51) “Yuragilə verilən kvota var e, 15 adam gətir. Həmin o kvota qurtarıb. (3-cü cild, i.v. 59) “Korovinin atası polkovnik olub” (3cü cild, i.v. 61). Təqsirləndirilən şəxs2: “Nataliya güclü adamdır, sistem işçisidir. Nataliya elə bir şöbənin əməkdaşıdır ki, sırf kurasiya ilə məşğul olan şöbənin əməkdaşıdır. Məsələn, o Bazavlyuk var idi ha, bəlkə də Nataliyanın işçisi idi. Mən onu tutdum e. Bazavlyuk prorektor idi, bəlkə də polkovnik idi, ən azı mayor idi, amma Nataliyanın işçisi idi. Çünki, onlar mənə deyirdi e, get Bazavlyukun yanına. Sonra Yura mənə yazışmaları yönləndirirdi, görürdüm ki, Nataliyanın yazışmasıdır. Nataliya onu diktə edirdi ki, gic bizim adamdır, gəlsin yanına, onun problemlərini həll elə. O da vecinə almadı. Onun adını salmışdılar siyahıya. Söhbət məndən getmire, mən böyük fiqur zad deyiləm, sadəcə o, orda çaşmışdı..Müəllim, mən də çekistəme başa düşdün ? Məndə sadəcə “ot radadır”. (3-cü cild, i.v. 49-50) “Yeganə qurumdur ki, xaricdə əməliyyat keçirməyə icazəsi var. FSB-nin xaricdə əməliyyat keçirməyə icazəsi yoxdur. Amma qurum istənilən ölkədən ələ keçirə bilər.” (3-cü cild, i.v. 61). İstinad olunan sübutlar Təqsirləndirilən şəxs1 tamah niyətilə xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə qəsdən dövlətə xəyanət cinayətini, Təqsirləndirilən şəxs2 isə tamah niyətilə pul vəsaitlərini əldə etməyi və çatdırmağı qabaqacadan vəd edərək və cinayətin törədilməsi üçün maneələri aradan qaldıraraq, xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq həmin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə dövlətə xəyanət etməsinə qəsdən köməklik göstərməsi cinayətini törətməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməli üzrə gördüyü xidmətə görə müntəzəm olaraq xarici xüsusi xidmət orqanının nümayəndəsi olduğu iş materialları ilə təsdiq edilən şəxslər tərəfindən əmək haqqı almasına dair etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş rus 36500 rubl məbləğində rus valyutası və həmin pulun ona xarici xüsusi xidmət orqanının nümayəndəsi olduğu iş materialları ilə təsdiq edilən şəxs tərəfindən verilməsinə dair etirafedici ifadələri təqsirləndirilən şəxslərin cinayəti tamah niyətilə törətmələrini təsdiq edir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 21.3-cü maddəsi təqsirləndirilən şəxsin təqsirsizliyini sübut etməyə borclu olmadığını müəyyən etmiş olsa da, CPM-in 125.8-ci maddəsi sübutların yolverilməzliyinin, yəni həmin Məcəllənin 125.2-ci maddəsində göstərilən qanunsuz əsaslarla əldə olunmasının sübut edilməsini mübahisə edən tərəfin üzərinə qoyur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuş tələbə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 274-ci maddəsi ilə tövsif edib həmin maddə ilə onları məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi birinci instansiya məhkəməsində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onların təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkumlara bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə birinci instansiya məhkəməsinin tədqiq edib yoxladığı və qiymət verdiyi yuxarıda isnad edilmiş, eləcədə hökmdə göstərilən cinayət təqibi üzrə toplanmış digər sübutlar apellyasiya şikayətinin dəlillərinə əsasən yoxlanılaraq təhlil olunmuş və bir-biri ilə müqayisə edilmiş, əldə olunmuş sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslərin ifadələrində qeyd etdiyi hallar işin halları ilə təsdiq olunmur, toplanmış sübutlar ittihamda qeyd olunan cinayət əməlinin onlar tərəfindən törədilməsini təsdiq edir. Nəticə olaraq, apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən və zərərçəkmiş şəxsin, habelə şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq Cinayət Məcəlləsinin 32.5, 274-cü maddələri ilə tövsif etmişdir. Kollegiya hesab etmişdir ki, cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusu ittihamın həlli üçün kifayətdir, mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin sübutları şübhə altına alan hal müəyyən olunmur. CPM-in 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Qeyd olunan prosessual tələbə uyğun olaraq cinayət qanunverciliyinin maddi və prosessual normalarının qanunauyğunluğu, habelə təyin olunan cəzanın ədalətliliyi cə cəzanın məqsədlərinə mütənasibliyi yoxlanılmışdır. Nəzərə alınmalıdır ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi halları, o cümlədən təqsirləndirilən şəxslərin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (cinayətin obyektinin əhalinin sağlamlığının qorunmasını qoruyan ictimai müasibətlərə qəsdin olması) cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs2, X16 Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları araşdırılmış, Cinayət-Prosessual Məcəlləsinin 401 və 404-cü maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilməmiş, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(099)-85/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi X10, Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(099)-85/2025 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar