Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-729/2022 12.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X10, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2-ci maddələri ilə məhkum olunmalarına dair Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmü ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) 12 sentyabr 1995-ci il tarixdə Cəbrayıl rayonu, Minbaşılı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən X4 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) gününə bərabər hesablanmaqla, X6 qəti olaraq 1(bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının X4 icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzaçəkmə müddəti ərzində X4 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-sək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar və İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X4 ərazi narkoloji dispanserində qeydiyyata alınması, 12 dekabr 1989-cu il tarixdə Cəlilabad rayonu, Musalı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən X5 14 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək saxlanıldığı 1 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gününə bərabər hesablanmaqla, X9 qəti olaraq 1(bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının X5 icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzaçəkmə müddəti ərzində X5 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-sək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X5 ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxx 1990-cı il tarixdə İmişli rayonu, Ölcələr kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu, Ölcələr kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) gününə bərabər hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə X10 13 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində qəsdən qanunsuz narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmək məqsədi ilə tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “TAXİ” fəlaliyyəti ilə məşğul olan X11 etibarnamə ilə idarə etiyi “Vaz-21114” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu, Ölcələr kəndinə getdikdən sonra X9 qəsdən qanunsuz olaraq narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edib birlikdə istifadə etmək məqsədi ilə 60 (altımış) manat məbləğində pul vermiş, onlar həmin kənddə avtomobil yolunun kənarında gəldikləri “TAXİ”dən düşmüşlər. X12 əvvəlcədən razılaşdıqları kimi tanışı Təqsirləndirilən şəxs qəsdən 60 (altmış) manat məbləğində pul müqabilində 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə etdikdən sonra ona vermiş, onlar birlikdə gəldikləri “TAXİ”-yə əyləşərək, qəsdən əldə etdikləri həmin narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq Bəhrəmtəpə-Cəbrayıl yolu ilə Cəbrayıl rayonu istiqamətində daşımışdır.Cəbrayıl rayonu X7 tərəfindən 13 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X4 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qeyd olunan cinayət əməlinin törədilməsindən xəbərsiz olmaqla ”TAXİ” fəlaliyyəti ilə məşğul olan X11 etibarnamə ilə idarə etiyi “Vaz-21114” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz olaraq daşıyan zaman Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində saxlanılaraq, Cəbrayıl rayonu Polis Şöbəsinə gətirilmişdir.Baxış keçirilən zaman qeyd olunan avtomabilin qabaq oturacağının alt hissəsində , döşəmənin üzəridə gizlətdiyi 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7.47 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. X12 13 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində tanışı X10 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edib qanunsuz olaraq istifadə etmək barədə razılaşmalarına əsasən ”TAXİ” fəlaliyyəti ilə məşğul olan X11 etibarnamə ilə idarə etiyi “Vaz-21114” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə digər tanışı Təqsirləndirilən şəxs olduğu İmişli rayonu, Ölcələr kəndinə getmiş həmin kəndin ərazisindən keçən avtomobil yolunun kənarında onlar gəldikləri avtomobildən düşdükdən sonra X10 narkotik vasitə almaq məqsədi ilə ona 60 (altımış) manat məbləğində pul vermiş, o da həmin pulun müqabilində digər tanışı Təqsirləndirilən şəxs həmin avtomobil yolunun kənarında qəsdən 01 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq bir qədər kənarda dayanan X6 verdikdən sonra onlar gəldikləri “TAXİ”-yə əyləşərək, geri qayıdan zaman yaşadığı İmişli rayonu, Çaxırlı kəndində yerləşən eviin qarşısında avtomobildən düşmüş, lakın tanışı X10 qəsdən əldə etdikləri narkotik vasitə hesab edilən qurudulmuş marixuananı üzərində saxlamaqla Cəbrayıl rayonu istiqamətində qanunsuz olaraq daşımışdır. Cəbrayıl rayonu Polis Şöbəsini əməkdaşları tərəfindən 13 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X4 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qeyd olunan cinayət əməlinin törədilməsindən xəbərsiz olmaqla”TAXİ” fəlaliyyəti ilə məşğul olan X11 etibarnamə ilə idarə etiyi “Vaz-21114” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz olaraq daşıyan zaman Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində saxlanılaraq, Cəbrayıl rayonu Polis Şöbəsinə gətirilmişdir.Baxış keçirilən zaman qeyd olunan avtomabilin qabaq oturacağının alt hissəsində, döşəmənin üzəridə gizlətdiyi 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7.47 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin yanvar ayının əvvələrində Bakı şəhəri Yasamal rayonu ərazisində zibil qablarının yanından 01 (bir) ədəd sellofan torbada tapdığı narkotik vasitə hesab olunan qurudulmuş marixuananı, narkotik vasitə hesab edilən heroini və psixotrop maddə hesab edilən metamfetamini qəsdən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, yaşadığı İmişli rayonu, Ölcələr kəndində yerləşən evinə qansuz olaraq daşımışdır.Bundan başqa, o, qəsdən satış məqsədi tamah niyyəti ilə əldə edib qanunsuz olaraq üzərində saxladığı 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 60 (altımış) manat məbləğində pul müqabilində 13 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı İmişli rayonu, Ölcələr kəndininin ərazisindən keçən asfalt yolunun kənarında qanusuz olaraq X12 və X1. Cəbrayıl rayonu Polis Şöbəsini əməkdaşları tərəfindən 13 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X4 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qeyd olunan cinayət əməlinin törədilməsindən xəbərsiz olmaqla”TAXİ” fəlaliyyəti ilə məşğul olan X11 etibarnamə ilə idarə etiyi “Vaz-21114” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz olaraq daşıyan zaman Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində saxlanılaraq, Cəbrayıl rayonu Polis Şöbəsinə gətirilmişdir.Baxış keçirilən zaman qeyd olunan avtomabilin qabaq oturacağının alt hissəsində , döşəmənin üzəridə gizlətdiyi 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7.47 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.Bundan başqa, Cəbrayıl rayonu Polis Şöbəsini əməkdaşları tərəfindən 13 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərini davamı olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə tamah niyyəti ilə əldə edib üzərində saxlamaqla yaşadığı İmişli rayonu, Ölcələr kəndinə daşıdığı narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 01 (bir) ədəd kibrit qutusunda 60 (altımış) manat məbləğində pul müqabilində tanışı tanışı X2 üçün 15 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində həmin kənddə yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Cəbrayıl rayonu Polis Şöbəsinə gətirilmişdir. Şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli qış gödəkcəsinin sol içəri (döş) cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd qızılı rəngli (siqaret) kağıza bükülü halda təmiz çəkisi 0,327 qram narkotik vasitə hesab edilən heroin və 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,777 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmünün düzgün araşdırılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində 2 azyaşlı övladı vardır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmünün dəyişdirilməsini, düzgün və ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin Məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin kifayət qədər nəzərə alındığını, birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymət vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı iş materiallarında sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Cəbrayıl Rayon Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən Təqsirləndirilən şəxsnın qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməsinə dair işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində olan hökmün araşdırılmasını və haqqında ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində özünü ona qarşı elan edilmiş ittihamda təqsirli hesab etmiş, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkmə iclasında dindirilmiş şahidlərin ifadələri, istintaq məhkəmə icasının protokolları,ekspert rəyləri, cinayət işinin digər sənədləri ilə tam təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilən dəlillər ətraflı şəkildə təsvir və tədqiq edildiyindən, apellyasiya instansiyası həmin dəlilləri təkrarən sadalamağı zəruri hesab etmir. Bununla belə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiyada işə baxan məhkəmə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsini müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsində işə baxılarkən Təqsirləndirilən şəxs ailəli və himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə yekun qərar qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi cəza təyini zamanı işin faktiki hallarını, məhkumun şəxsiyyətini, törədilmiş cinayətin ictimai təhlükəliliyini, sosial ədalət prinsipini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın məhkumun ailəsinə təsirinin dərəcəsini nəzərə almış və məkuma ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən bütün halları nəzərə almış, apellyasiya məhkəmə baxışı zamanı onun cəzasının yüngülləşdirən hər hansı yeni bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.1, 407 və 408-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(072)-013/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İmza var. Hakimlər: İmzalar var. Əsli ilə düzdür. Hakim: Kamil Bəşirov
Məhkəmə qərarları › İş №1(106)-729/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-729/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver