Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-734/2022 08.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs1, müdafiəçiləri Müdafiəçi1 Ağamməd oğlunun və X8 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi, 29, 318.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələri ilə məhkum olunmalarına dair Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmündən dövlət ittihamçısı Mətləb Ağayev tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmü ilə (sədrlik edən hakim Yaşar Həşimov) xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2021-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1997-ci ildə Xaçmaz rayonuna doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixindən 02 noyabr 2021-ci il tarixinədək inzibati qaydada və şübhəli şəxs qismində tutulduğu üç gün müddətin təyin olunmuş cəzadan çıxılması və Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 05 iyul 2022-ci ildən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmündən dövlət ittihamçısı Mətləb Ağayev tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Məhkum İran İslam Respublikasına qanunsuz yolla getmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavının xidməti ərazisindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən saxlanılmış, bununla da, o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa, 30 oktyabr 2021-ci il tarixdə Məhkum idarə etdiyi **-TP-*** dövlət qeydiyyat nişanlı, “KİA Cerato” markalı avtomobilə baxış keçirilən zaman sonuncuya məxsus olan bir ədəd əl çantasının içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə təmiz halda çəkisi 0,184 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasına qanunsuz yolla getmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikası vətəndaşı Məhkum ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavının xidməti ərazisindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən saxlanılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN VƏ APELYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmünün dəyişdirilərək barəsində olan azadlıqdan məhrum etmə cəzasının şərti olaraq sınaq müddəti ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, ibtidai istintaq zamanı həm polis orqanının, həm də müstəntiqin bütün çağırışlarına vaxtı-vaxtında gəlmiş, cinayət işinə məhkəmədə baxılan zaman bütün hazırlıq və baxış iclaslarında iştirak etmiş, məhkəmənin çağırışlarına daim əməl etmişdir. Bu da Təqsirləndirilən şəxs1 heç bir halda məsliyyətdən qaçmadığını göstərir. Əməlindən peşmandır. Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmündən dövlət ittihamçısı Mətləb Ağayev apellyasiya protesti verərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 318.2-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmünün, Məhkum CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissəsinin ləğv edilməsini, Məhkum CM-nin 234.1-ci maddəsi ilədə təqsirli bilinməsini, CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, qanunvericiliyin müddəalarına uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında Məhkum bildirmişdir ki, ibtidai istintaq dövründə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı üçün o, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsini göstərmişdir. Lakin cinayət işinin materialları ilə müəyyən olunan hal bundan ibarətdir ki, Məhkum nə ibtidai istintaq dövrünün başlanğıcında, nə də ibtidai istintaqın kifayət qədər uzun müddət təşkil etmiş sonrakı gedişində DSX əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması səbəbindən CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsi barədə prokurorluğa və digər dövlət orqanlarına heç bir şifahi və ya yazılı müraciət etməmişdir. Habelə, Məhkum barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail rayon məhkəməsi tərəfindən qərar qəbul edilərkən də, ona fiziki təsir göstərilməsi nəticəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə heç bir müraciəti olmamışdır. Məhkəmənin mübahisələndirilən hökmündən aydın olur ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum tutularkən fiziki təzyiqə məruz qalmasına dair məhkəmə baxışındakı ifadəsinə də heç bir hüquqi qiymət verməmiş, həmin halin araşdırılması və araşdırmanın nəticəsinə uyğun olaraq muvafiq qərar qəbul edilməsində maraqlı olmamışdır. Bir daha qeyd edirəm ki, məhkəmənin özünün bəraət hökmündə gəldiyi qənaətə əsasən, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqda fiziki təzyiqə məruz qaldığını bildirsə də, bədəninin konkret olaraq hansı nahiyələrindən xəsarətlər almasını göstərməmiş və bu hal onun ifadəsindən başqa hər hansı digər mötəbər sübutlarla təsdiqlənməmişdir. Lakin məhkəmə, bu xüsusatı da bir kənara atıb hökmünü əsaslandırmayaraq, izah etməmişdir ki, guya " fiziki təzyiqə məruz qalaraq CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsi " nə dair heç bir mötəbər sübut təqdim etməyən T.Sadiqovun öz müdafiəsi üçün irəli sürdüyü digər dəlilləri, o cümlədən avtomobilə baxış və ya axtarış keçirilməsində iştirak etməməsi, həmin avtomobildən narkotik maddə çıxarmasından onun xəbəri olmaması, onun avtomobilində narkotik vasitə olmaması barədə ifadəsini nəyə görə inandırıcı hesab edərək qəbul etmişdir? Bu hal ozlüyündə onu təsdiqidir ki, məhkəmə əvvəlcədən necə olursa-olsun Məhkum bəraət vermək niyyətində olmuş, bu niyyətini reallaşdırmaq üçun ittiham tərəfinin sübutlarını görməzdən gəlmiş, müdafiə tərəfinin irəli sürdüyü ziddiyyətli və Məhkum CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmağa xidmət edən " subutlarını " isə hər vasitə ile əsaslandırmaq yolunu tutmuşdur. Bundan əlavə, iş materiallarından o da görünür ki, cinayət işi üzrə digər təqsirləndirilən şexs Təqsirləndirilən şəxs1 həm ibtidai istintaqda, həm də məhkəmə prosesində ona CM-nin 29, 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam taqsirli bilmişdir. Buradan da bir sual yaranır və məhkəmə bu suala heç bir cavab verməmişdir ki, ibtidai istintaq orqanı nə üçün ancaq T.Sadiqoun üzərindən narkotik vasitə tapmaqda maraqlı olmuş ( məhkəmənin gəldiyi qənaətə görə ), digər Təqsirləndirilən şəxs1 qarşı isə belə bir niyyəti olmamışdır? O cümlədən, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 yanvar 2022-ci il tarixli qərara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs1 ifadələrində İran İslam Respublikasına gedərək orada Bəhlul adlı İİR vətəndaşından narkotik vasitələri əldə etmək niyyətlərinin olması barədə qeyd etdikləri xususat üzrə onlara ittiham irəli sürülməsinin qeyri-mümkünlüyü nəzərə alınmışdır. Bu, bir daha onu təsdiq edir ki, ibtidai istintaq orqanı Məhkum qarşı ittiham irəli sürərkən yalnız mövcud, iş üzrə toplanmış mötəbər sübutlara əsaslanmış, Məhkum ibtidai istintaqdakı ifadəsində narkotiklərin dövriyyəsi ilə əlaqədar digər xususatlarla da əlaqədar göstərsə də, ibtidai istintaq həmin hallarla bağlı Məhkum ittiham irəli sürülməsini qeyri mümkün hesab etmişdir, bu da onu sübut edir ki, ibtidai istintaq orqanı ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik hallara ciddi yanaşmaqla, cinayət işinin istintaqını hərtərəfli, tam və obyektiv aparmışdır, odur ki, məhkəmənin hazırki hökmündə " məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq cinayət işinin istintaqını hərtərəfli, tam və obyektiv aparmamış, təqsirləndirilən şəxs Məhkum CMin 234.1 ci maddəsi ilə irəli sürülən ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik xususatlara səthi yanaşmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırma orqanı tərəfindən bir sıra kobud prosessual pozuntulara yol verilmişdir " kimi müddəadan istifadə etməsi yolverilməz və qeyri-obyektivdir Bundan əlavə, iş materiallarından görünür ki, 02 noyabr 2021-ci il tarixdə Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-in 29,318.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Bir daha bildirirəm və yuxarıdakı qərardan da görünür ki, həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında Məhkum ifadəsində göstərdiyi kimi " guya fiziki təzyiqə məruz qalmaqla hansısa sənədləri imzalaması barədə heç bir hal müəyyən edilməmişdir. çünki hesab edirəm ki, əslində belə bir hal olmadığından müəyyən oluna da bilməzdi. Təqsirləndirilən şəxs tərəfindən bu məzmunda bəyanət verilməsə də,onun işgəncələrə və ya ləyaqəti alçaldan digər qeyri insani rəftara məruz qalması hakimdə ciddi şübhə doğurması halları eyni məzmunlu tədbirlərin görülməsi üçün əsasdır Odur ki, bir daha qeyd edirəm ki, iş materiallarına əsasən bir mənalı şəkildə müəyyən edilir ki, Məhkum barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi prosesində nə Məhkum, nə də müdafiəçisi tərəfindən onun işgəncələrə və digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə heç bir bəyanat verilməmiş, ümumiyyətlə, belə hallar mövcud olmamışdır.Əksinə, təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Bundan əlavə, qeyd edim ki, Məhkum və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittihamda özlərini ibtidai istintaqda təqsirli bilməsi ilə yanaşı, onların təqsirliliyi şahid ifadələri, baxış protokolu, digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur.Habelə, ibtidai istintaq zamanı Məhkum törətdiyi cinayəti etiraf etməklə özünü müdafiə etmək üçün heç bir dəlil göstərməmiş, eləcə də, Təqsirləndirilən şəxs1 da törətdiyi cinayəti etiraf etməklə özünü müdafiə etmək üçün heç bir dəlil göstərməmişdir. Bundan başqa, məhkəmə xx.xx.2022-ci il tarixli hökmünün çox hissəsini “baxış” və “axtarış” istintaq hərəkətlərinin fərqini izah etməyə ayırmış(başa düşmək olmur ki, kimin üçün?) 30 oktyabr 2021-ci il tarixdə saat 14:00-dan 14:30-dək Məhkum avtomobilinə “baxış” keçirilməsini və “axtarış” aparılması kimi qələmə verilmişdir. Bundan dərhal sonra, məhkəmə hökmdə “axtarış” zamanı “Məhkum şübhəli şəxs statusunda olmadığının müəyyən edildiyini, bu zaman ona şübhəli şəxsin hüquqları və vəzifələri izah olunmadığını, tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüqüqunun təmin edilməməsini” qeyd etmişdir ki, buradan da, məhkəmənin niyyəti, özünün gələcək addımı üçün (qanunsuz və əsassız bəraət verilməsi) zəmin yaratması aydın olur. Belə ki, məhkəmə hökmündə hazırkı cinayət işi üzrə “baxış” istintaq hərəkətini və “axtarış” aparılması kimi qələmə verməklə, hökmdə CPM-nin baxış və axtarışa dair bir sıra müvafiq maddələrini lazımsız yerə ard-arda yazıb şərh etməklə, Məhkum qanunsuz olaraq həmin müddət ərzində (baxış zamanı) şübhəli şəxs statusu verməyə və onun həmin statusda hüquqlarının pozulmasına diqqəti cəlb etməyə çalışmış, beləliklə də, özünün bəraət hökmünə “bəraət” qazandırmağa şərait hazırlamışdır. Çünki, bu gün haqlı olaraq məhkəməyəbelə bir sual ünvanlamaq zərurəti yaranır ki, avtomobilinə baxış (axtarış yox!) keçirilərkən Məhkum hansı şübhəli şəxs statusundan və onun həmin statusda hansı prosessual hüquqların pozulmasından söhbət gedə bilərdi, ümumiyyətlə o, həmin vaxt-baxış zamanı belə bir statusda ola bilərdimi?! Bundan başqa, məhkəmə hökmündə göstərilmişdir ki, “baxış və axtarış istintaq hərəkətində hal şahidi kimi cəlb edilmiş Ş.Kərimov və O.Əlimərdanov hadisə baş verən vaxt təqsirləndirilən şəxsləri bilavasitə saxlayan DSX N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçuları S.İbrahimli vəR.Bəşirovla birlikdə hərbi xidmətdə olmaqla tabelilik və xidməti asılılıq münasibətlərində olmuşlar və hətta təqsirkar şəxslərin saxlanılmalarında iştirak etmişlər. Hesab edirəm ki, məhkəmənin gəldiyi bu qənaət CPM-nin hal şahidinin statusunu 113 tənzimləyən 94-cu maddəsinin məzmunu ilə ziddiyyət təşkil edir və məhkəmə həmin normanı öz maraqlarına uyğun şərh etməklə, əslində müdafiə tərəfinin maraqlarına xidmət etmişdir. Belə ki, CPM-nin 94-cü maddəsində konkret olaraq göstərilir ki, " Cinayət prosesində şexsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-ci maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar. Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayet prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə gorma, eşitmə və nitq qabiliyyətində qusurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. " Göründüyü kimi, CPM-nin 94-cü maddəsində konkret olaraq hansı şəxslərin hal şahidi ola bilməməsi açıq-aşkar göstərilmişdir, odur ki, məhkəmənin həmin maddəninin məzmununa ozlüyündən " hərbi xidmətdə olmaqla tabelilik və xidməti asılılıq münasibətlərində olma " kimi anlayış əlavə etməsi qanunsuzdur, nəticədə iş üzrə obyektiv qərar qəbul edilməsini mumkünsüz edir, çünki məhkəmə öz hökmündə qanunverici orqan kimi çıxış edərək, CPM-nin 94-cu maddəsinə yeni müddəa qoşmaqla dərhal məhkəmənin sonrakı gedişində və yekun qərar qəbul edilməsində özünün yaratdığı həmin muddəaya əsaslanır. Məhkəmə, həmçinin, həmin hökmündə göstərmişdir ki, " Bununla yanaşı, bu hal şahidlərinin məhkəmə istintaqı zamanı dəqiq olmayan və hətta bir-birinə ziddiyyətli ifadələr vermələri bu şahidlərin obyektiv və qərəzsiz olmalarına əsaslı şübhələr yaradır və məhkəmə həmin şahidləri işin nəticəsində maraqlı olmayan şəxslər hesab etmir. " Lakin başa düşmək olmur ki, məhkəmə öz hökmündə, hal şahidlərinin məhkəmə istintaqında verdikləri ifadələri əsas kimi götürdüyünü təsdiqləsə də, nə səbəbə, onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri də görməzdən gəlməsini və həmin ifadələrə hazırda nə qiymət verməsini açıqlamamış, Məhkum ibtidai istintaqda verdiyi ifadəni məhkəmə baxışı zamanı sübut hesab etməyərək bir kənara atdığı kimi, hal şahidlərinin ibdidai istintaqda verdiyi ifadələrlə də eyni şəkildə davranmışdır. Belə ki, iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, o və Oruc Əlimərdanov 18-ci sərhəd zastavasına hal şahidi kimi dəvət edilmiş, bu zaman dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmiş Məhkum avtomobilinə baxış keçirilmiş, baxış zaman həmin avtomobildən Məhkum məxsus olan əl çantasının içərəsindən bir ədəd bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, büküm kiçik olduğundan tərəzidə onun çəkisini muəyyən etmək mümkün olmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmünün dəyişdirilməsini, barəsində olan azadlıqdan məhrum etmə cəzasının şərti olaraq sınaq müddəti ilə əvəz edilməsini, həmçinin apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi1 Ağamməd oğlu çıxış edərək apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmünün, Məhkum CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissəsinin ləğv edilməsini, Məhkum CM-nin 234.1-ci maddəsi ilə də təqsirli bilinməsini, CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, qanunvericiliyin müddəalarına uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti və apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum edilmiş şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya protestinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə dövlət ittihamçısı tərəfindən mübahisə olunan hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Məhkum istinad edilən həmin cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, Məhkum qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə çəkisi 0,184 qram olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi və bununla da, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi iş materialları ilə sübuta yetirlmədiyi üçün ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması, sonuncuya CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair düzgün olan yekun nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, 29 oktyabr 2021-ci il tarixdə tanışı Tərlanla birlikdə Yasamal rayonu ərazisində olarkən maddi vəziyyəti pis olduğundan ondan borca pul istəmişdir. Tərlan isə Bəhlul adlı İranlı tanışından borca pul istədiyini,Bəhlulun onu İrana dəvət etdiyini demişdir. Tərlan ona birlikdə İrana gedib Bəhluldan pul götürməyi, götürdüyü təqdirdə ona da verəcəyini demişdir. O, Tərlanın təklifi ilə razılaşmış, Tərlan kirayəyə maşın götürmüş, həmin gün saat 22 radələrində maşınla Bakıdan yola düşmüş, yolda olan zaman Tərlan bir neçə dəfə Bəhlul ilə telefonla danışmışdır. Bəhlul gedəcəkləri yeri Tərlana bildirmiş,onlar maşınla Bəhlulun dediyi yerə gəlmiş, bir qədər aralıda maşını saxlayıb sərhəd istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili Tərlan idarə etmiş, o, isə yanında əyləşmişdir. Səhər saat 05 radələrində o, və Mehman birlikdə maneə çəpərini keçmiş, bir qədər hərəkət etdikdən sonra Bəhlul ilə əlaqə saxlamaq istəsələr də telefonları söndüyündən meşədə azıb qalmışlar. Sonra yaxınlıqda olan sərhədçilərdən kömək istəmişlər. Lakin sərhədçilər onları sərhədpozucusu kimi saxlamışlar və üzərlərində axtarış aparmışlar. Sonra onları DSX-yə aparmışlar və orada onları sorğu-sual etmişlər. O, Tərlanın idarə etdiyi avtomobilə baxış və ya axtarış keçirilməsində iştirak etməmişdir və ümumiyyətlə bunu görməmişdir. Həmin avtomobildən narkotik maddə çıxmasından xəbəri olmamışdır, onların avtomobilində narkotik vasitə olmamışdır. Sonradan eşitmişlər ki, avtomobildən narkotik vasitə çıxmışdır. Tərlan onunla yolda söhbət edərkən avtomobildə narkotik maddə olması barədə ona heç nə danımamışdır. Onun Tərlanın narkotik maddələrdən istifadə edib-etməməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, 3 il əvvəl sosial şəbəkədə Bəhlul adlı İranlı ilə tanış olmuşdur. Bu müddətdə Bəhlul ilə əlaqədə olmuş, 2021-ci ilin oktyabr ayında Bəhluldan borca pul istəmiş, Bəhlul da ona İrana gəlməsini və 2-3 gün qonağı olmasını, sonra ona pul verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə o, Mehmana birlikdə İrana getməyi, qayıdanda ona da pul verəcəyini demişdir. O, kirayəyə **-TP-*** dövlət qeydiyyat nişanlı,“KİA Cerato” markalı avtomobil götürmüş, həmin gün saat 22 radələrində həmin avtomobillə Bakıdan yola düşmüş, yolda olan zaman Bəhlul ilə bir neçə dəfə telefonla danışmışdır. Bəhlul gedəcəkləri yeri ona bildirmiş, onlar maşınla Bəhlulun dediyi yerə gəlmiş, bir qədər aralıda maşını saxlayıb sərhəd istiqamətində hərəkət etməyə başlamışlar. Səhər saat 05 radələrində o, və Mehman birlikdə maneə çəpərini keçmiş, bir qədər hərəkət etdikdən sonra Bəhlul ilə əlaqə saxlamaq istəsələr də, telefonları söndüyündən meşədə azıb qalmışlar. Səhərə qədər orada qaldıqdan sonra hava işıqlaşmış və onlar yaxınlıqda olan sərhədçilərdən kömək istəmişlər. Lakin sərhədçilər onları sərhədpozucusu kimi saxlamışlar və üzərlərində axtarış aparmışlar. Sonra onların gözlərini və əl-qollarını bağlayaraq DSX-yə aparmışlar və orada hər ikisini sorğu-sual etmişlər. Sonradan ona bildirmişlər ki, avtomobilindən narkotik maddə çıxmışdır. Onun idarə etdiyi avtomobilə baxış və ya axtarış keçirilməsində o, iştirak etməmişdir. Həmin avtomobildən narkotik maddə çıxarmasından onun xəbəri olmamışdır. Onun avtomobilində narkotik vasitə olmamışdır. Lakin sonradan ona fiziki təzyiqlər göstərməklə hansısa sənədlərə imza etdirmişlər. Avtomobilində qara əl çantası, onun içərisində isə müxtəlif əşyaları olmuşdur. İfadəsi elan edilmiş şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu X10 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2021 -ci il tarixdə o, naryad başçısı, əsgər Rəmzi Bəşirov naryad üzvü olmaqla 18-ci sərhəd zastavasının 18-1/5-ci sahələrinə gözətçi dəstə/sərhəd gözətçisi xidmətinə təyin olunmuşdur. Həmin gün saat 11 radələrində 7-ci sahə istiqamətində 2 nəfər naməlum şəxsin İran İslam Respublikası istiqamətində hərəkət etdiklərini müşahidə etmiş, sərhəd zastavasına məlumat verdikdən sonra həmin şəxslərə doğru hərəkət edib dayan komandası vermiş, həmin şəxslər əvvəlcə qaçmağa cəhd etsələr də, havaya bir dəfə xəbərdaredici atəş açdıqdan sonra həmin şəxslər dayanmış və onlar tərəfindən saxlanılmışdır. İş matriallarından görünür ki, fadəsi elan edilmiş şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu X4 ifadəsindən görünür ki, o, şahid X5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid hadisə zamanı DSX N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçusu olmuş gizir X11 bildirdi ki,o, hadisə baş verən gün xidmətdə olmuş və iki nəfər şəxsin sərhədpozucusu kimi saxlanıldığını görmüşdür. O, saxlanılan şəxslərdən biri üzərində nəzarətçi kimi qalmışdır. Həmin gün hadisə yerinə və qaranlıq vaxtı avtomobilə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Avtomobilə hadisə yerində deyil, bir neçə saatdan sonra zastavaya gətirildikdən sonra baxış keçirilmişdir. Həmin avtomobil qırmızı rəngli “KİA Serato” olmuşdur. Avtomobilin sahibi orada iştirak etmişdir, adını indi xatırlamır. Baxış zamanı avtomobildən siqaret, su, sumka, siqaret kağızına bükülü aşkar olunmuşdur. Sonradan ona demişlər ki, həmin bükülü narkotik vasitədir.Narkotik vasitənin avtomobilin dəqiq hansı yerindən çıxdığını xatırlamır, deyəsən maşının cibindən, ya da sumkanın içərisindən çıxmışdır.Narkotik vasitənin tərəzidə çəkilməsini və qablaşdırılmasını görməmişdir.Bükülünün narkotik vasitə olduğunu o, dəqiq bilməmişdir və bu barədə orada olan şəxslərdən eşitmişdir. Baxış zamanı təqsirkar şəxsin narkotik vasitənin ona məxsusluğunu təsdiq edib-etməməsini dəqiq xatırlamır. Baxış zamanı təqsirləndirilən şəxsin gözləri bağlı olduğundan onlar bir-birilərini görməmişlər. Baxış zamanı deyəsən digər təqsirləndirilən şəxs də orada olmuşdur. Şahid hadisə zamanı DSX N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olmuş gizir X2 bildirmişdir ki, o, hadisə zamanı naryad üzrə xidmətdə olmuşdur. Həmin gün iki şəxsin saxlanılmasında və baxış keçiriməsində hal şahidi kimi iştirak etmişdir. Hadisə günü iki nəfər sərxoş vəziyyətdə olan şəxs yollarını azdıqları üçün sərhədçilərə yaxınlaşmışlar. O, hadisə yerinə baxışda iştirak etməmiş, avtomobilə keçirilmiş baxış zamanı hal şahidi kimi orada iştirak etmişdir. Həmin avtomobilin rəngi səhv etmirsə qırmızı olmuşdur. Baxış gündüz vaxtı aparılmışdır. Ondan başqa digər hal şahidi Şahin Kərimov da iştirak etmişdir. Baxış zamanı avtomobilin sahibini orada görməmişdir. Təqsirləndirilən şəxsləri, yəni sərhədpozucularını saxlayan İbrahimli Samir onun qrupunun əsgəri olmuşdur. Təqsirləndirilən şəxslər saxlanıldıqdan təxminən 5 saat sonra avtomobilə baxış keçirilmişdir. Həmin avtomobili o, bir dəfə görmüşdür. Narkotik vasitənin avtomobilin hansı hissəsindən çıxdığını görməmişdir. Baxış zamanı orada yalnız sərhədçilər olmuş, mülki şəxs və ya şəxslər olmamışdır. Narkotik vasitəni, eləcə də narkotik vasitənin qablaşdırılmasını və maddənin çəkilməsi üçün istifadə olunan tərəzini görməmişdir. Həmçinin avtomobilə baxış zamanı təqsirləndirilən şəxsi və ya şəxsləri orada görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, və Oruc Əlimərdanov 18-ci sərhəd zastavasına hal şahidi kimi dəvət edilmiş, bu zaman dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmiş Məhkum avtomobilinə baxış keçirilmiş, baxış zaman həmin avtomobildən Məhkum məxsus olan əl çantasının içərəsindən bir ədəd bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, büküm kiçik olduğundan tərəzidə onun çəkisini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı alınmış ifadəsi elan olunmuş şahid X1 ifadədəsindən görünür ki, o, şahid Şahin Kərimovun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandiri polkovnik Zəfər Bayramovun məktubundan görünür ki. xx.xx.2021 -ci il tarixdə saat 11.10-da 18-ci sərhəd zastavasının xidməti ərazisincə dövlət sərhədini Azərbaycan Respublikasından iran İslam Respublikası istiqamətində keçməyə cəhd etmiş Məhkum və Təqsirləndirilən şəxs1 sərhəd naryadı tərəfindən saxlanılmışdır. Məhkum avtomobilinə baxış keçirilən zaman əl çantasının daxilində 1 ədəd balaca bükümün daxilində metamfetaminə bənzər vasitə aşkar edilmişdir. 30 oktyabr 2021 -ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum idarə etdiyi “KİA Cerato” markalı, **-TP-*** nömrə nişanlı avtomobilin saxlanc yerində 1 ədəd əl çantasının içərisindən 1 ədəd bükümdə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 noyabr 2021 -ci il tarixli, 6/4846 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,184 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,184 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,134 qramdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 88,70 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4658 saylı rəyindən görünür ki, Məhkum kannabinoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Məhkum həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokollardan görünür ki, hər iki təqsirləndirilən şəxs həmin tarixdə inzibati qaydada tutulmuşlar. xx.xx.2021-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, AR CM-in 29, 318.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs Məhkum barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixindən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 29, 318.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məhkum əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda qeyd edilən dəlillərin tədqiqindən məlum olur ki, iş üzrə birinci instansiya məhkəməsi düzgün olaraq proses iştirakçılarını və şahid ifadələrini dinləyərək, işin bütün faktiki hallarını araşdıraraq belə bir qənaətə gəlmişdir ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni çəkisi 0,184 qram olan psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini işin faktiki hallarına uyğun hesab edərək müəyyən etmişdir ki, ibtidai istintaq orqanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq cinayət işinin istintaqını hərtərəfli, tam və obyektiv aparmamış, təqsirləndirilən şəxs Məhkum CM-in 234.1-ci maddəsi ilə irəli sürülən ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik xüsusatlara səthi yanaşmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırma orqanı tərəfindən bir sıra kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, ilkin sübut əhəmiyyətinə malik olan 30 oktyabr 2021-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum idarə etdiyi gümüşü rəngli “KİA Cerato” markalı, **-TP-*** nömrə nişanlı avtomobilin daxilində olan saxlanc yerində 1 ədəd qara rəngli əl çantasının içərisindən 1 ədəd bükümdə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür.Cinayət işinin materiallarından görünür ki, Məhkum faktiki olaraq saxlandıqdan təxminən 5 saat sonra (bu hal ibtidai araşdırma zamanı tərtib edilmiş protokollar və hal şahidlərinin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində öz təsdiqini tapmışdır) xx.xx.2021-ci il tarixində saat 14:00-dan 14:30-dək avtomobilə baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, şübhəli şəxsin tutulması haqqında protokol isə xx.xx.2021-ci il tarixində saat 18:00-da tərtib edilmiş və həmin tarixdə hər iki təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır.Göründüyü kimi, 30 oktyabr 2021ci il tarixdə saat 14:00-dan saat 14:30-dək Məhkum avtomobilində axtarış aparılarkən şübhəli şəxs statusunda olmadığı müəyyən edilir. Belə ki, bu zaman ona şübhəli şəxsin hüquqları və vəzifələri izah olunmamış, tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ təmin edilməmişdir. Həmçinin Məhkum saxlanıldıqdan sonra dərhal onun avtomobilində axtarış aparılmamış və qanunsuz 5 saata yaxın müddət ərzində saxlanıldıqdan sonra axtarışa məruz qalmışdır. “Sakit Zayidov Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıqlar yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitini, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxsin üzərinə şəxsi axtarışın aparılması haqqında və baxış keçirilməsi haqqında protokolların tərtib olunmasına əsas olmuş istintaq hərəkətləri Azərbaycan Respublikası CPM-in 246.2.1 və 246.2.3-cü maddələrində nəzərdə tutulan hallar müəyyən edilmədən, yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 207.4-cü maddəsində deyilir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar təcrübədə bir çox hallarda “baxış”la “axtarış”ı səhv salırlar. Bununla bağlı məhkəmə qemişyd edir ki, “baxış” özü-özlüyündə gözlə görünən, aşkarda olan və vizual baxışla müəyyən edilməsi mümkün olan hərəkəti özündə ehtiva edir. Baxış zamanı gözlə görünməyən, aşkarda olmayan və fiziki təsir olmadan aşkar olunması mümkün olmayan əşyaların aşkar edilməsi baxışın predmetinə daxil deyildir. Əgər aşkara çıxarılan əşya vizual baxışla deyil, görünməyən yerdən fiziki təsir tətbiq etməklə aşkar olunursa, o zaman bu istintaq hərəkətinin adı “baxış” deyil, “axtarış”dır. Məhkəmə bununla bağlı hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli protokol avtomobilə baxış keçirilməsi adlandırılsa da əslində ibtidai araşdırma orqanı tərəfindən faktiki olaraq axtarış və onun nəticəsində götürmə aparılmışdır. Belə ki, CPM-in 242.1-ci maddəsində deyilir ki, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. “Axtarış” istintaq hərəkəti CPM-in 177.3.1 və 177.4.1-ci maddələrinin tələbinə əsasən məhkəmənin qərarı əsasında aparılır. CPM-in 177.4.1-ci maddəsinin tələbinə əsasən yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması - bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda müstəntiq öz qərarı əsasında bu istintaq hərəkətlərini apara bilər. CPM-in 243.3cü maddəsinə əsasən, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (243.3.1), şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini (243.3.2), yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (243.3.3), yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu (243.3.4). Göstərilən qanun normalarının tələblərindən yanaşdıqda belə nəticə hasil olur ki, CPM-in 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Lakin hazırki iş üzrə məhkəmə qərarı olmadan axtarış aparılmışdır. Həmçinin Azərbaycan Respublikası CPM-in: 236.4-cü maddəsinə görə - müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. 236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. 245.3. Müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən baxış zamanı foto və videoçəkilişlərindən istifadə olunmamış və bu istintaq hərəkətinin aparılmasında guya iki hal şahidinin iştirak etməsi qeyd edilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokol səthi tərtib olunmaqla sonunda əl çantasından aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin çəkisinin müəyyənləşdirilməsi, eləcə də axtarış və götürmənin əsas və vacib elementlərindən olan qablaşdırmanın aparılması və möhürlənməsi müşahidə edilmir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 noyabr 2021 -ci il tarixli, 6/4846 nömrəli ekspertiza rəyindən isə görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,184 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,184 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,134 qramdır. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, əgər aşkar edilərək götürülmüş psixotrop maddənin çəkisinin müəyyən edilməsi və qablaşdırılması açıq-aşkar şəraitdə aparılmayıbsa ilkin aşkar edilmiş psixotrop maddənin məhz ekspertizaya təqdim edilmiş psixotrop maddə ilə eynilik təşkil etməsi əsaslı şübhələr doğurur. Bundan başqa, MEM-in ekspert rəyindən görünür ki, aşkar edilərək götürülmüş maddənin psixotrop maddə metamfetamin olmasına dair rəyin verilməsi xx.xx.2021-ci il saat 13:00-da başa çatsa da Məhkum AR CM-in 29, 318.2 və 234.1-ci maddələri ilə ittiham elan edilməsi haqqında qərar rəy verilməmişdən əvvəl, yəni saat 12:00-da çıxarılmış və Məhkum həmin gün saat 12:40-dan 13:50-dək dindirilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, ibtidai araşdırma orqanı müvafiq ekspert rəyi alınmamışdan əvvəl Məhkum avtomobilindən “aşkar edilərək götürülmüş” maddənin qanunla dövriyyəsi qadağan edilmiş psixotrop maddə olduğunu qabaqcadan bilirdi. Beləliklə, birinci instansiya məhkəməsi göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, ittiham tərəfinin sübut kimi istinad etdiyi baxış, axtarış və götürmə istintaq hərəkəti prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla keçirildiyindən sübut kimi öz əhəmiyyətini itirmişdir və bu barədə tərtib edilmiş həmin protokollar da sübut kimi qiymətləndirilə bilməz. Bu isə onu deməyə əsas verir ki, avtomobildən aşkar edilərək götürülmüş çəkisi 0,184 qram psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxs Məhkum “məxsus olması” böyük şübhələr yaradır və bu şübhələr heç şübhəsiz ki, təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, cinayət-prosessual qanunvericiliyin fundamental prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasından bəhs edən 21.2-ci maddəsinin imperativ xarakterli məzmununda deyilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin və eləcə də istintaq hərəkətləri zamanı hal şahidi qismində “iştirak etmiş” hal şahidlərinin məhkəmə istintaqı zamanı səsləndirdikləri ifadələrinə də münasibət bildirməklə əlaqəli şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı ona CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, kirayəyə gümüşü rəngli **-TP-*** dövlət qeydiyyat nişanlı,“KİA Cerato” markalı avtomobil götürmüş, həmin gün saat 22 radələrində həmin avtomobillə Bakıdan yola düşmüş, yolda olan zaman Bəhlul ilə telefonla danışmışdır. Bəhlul gedəcəkləri yeri ona bildirmiş, maşını o, özü idarə etmiş, yolda olan zaman Bəhlul ona İrana gələndən sonra, 2-3 gün onun qonağı olacağını, qayıdanda ona bağlama verəcəyini, içərisində az miqdarda narkotik olacağını, onu Azərbaycan tərəfdə Bəhlulun dediyi yerə qoyacağını demişdir.O, maşınla Bəhlulun dediyi yerə gəlmiş, burada maşını saxlayıb sərhəd istiqamətində hərəkət etməyə başlamışdır. Saat təxminən 05 radələrində o, və Mehman birlikdə maneə çəpərini keçmiş, bir qədər hərəkət etdikdən sonra Bəhlul ilə əlaqə saxlamaq istəsə də, telefonları söndüyündən meşədə azıb qalmışlar. Səhərə qədər orada qaldıqdan sonra hava işıqlaşmış və onlar sərhədçilərdən kömək istəmişlər. Lakin sərhədçilər onları sərhədpozucusu kimi saxlamışlar və üzərlərində axtarış aparmışlar. Sonra onların gözlərini və əl-qollarını bağlayaraq DSX-yə aparmışlar və orada hər ikisini sorğu-sual etmişlər. Sonradan ona bildirmişlər ki, avtomobildən narkotik maddə çıxmışdır. Onun idarə etdiyi avtomobilə baxış və ya axtarış keçirilməsində o, iştirak etməmişdir. Həmin avtomobildən narkotik maddə çıxarılmasından onun xəbəri olmamışdır, onun avtomobilində narkotik vasitə olmamışdır. Lakin sonradan ona fiziki təzyiqlər göstərməklə hansısa sənədlərə imza etdirmişlər. Avtomobilində qara əl çantası, onun içərisində isə müxtəlif əşyaları olmuşdur.Digər Təqsirləndirilən şəxs1 isə Məhkum ifadəsinə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki,o, Tərlanın idarə etdiyi avtomobilə baxış və ya axtarış keçirilməsində iştirak etməmişdir və ümumiyyətlə bunu görməmişdir. Həmin avtomobildən narkotik maddə çıxarılmasından xəbəri olmamışdır, onların avtomobilində narkotik vasitə olmamışdır. Sonradan eşitmişlər ki, avtomobildən narkotik vasitə çıxmışdır. Tərlan onunla söhbət edərkən avtomobildə narkotik maddə olması barədə ona heç nə danımamışdır. Onun Tərlanın narkotik maddələrdən istifadə edib-etməməsindən məlumatı olmamışdır. Göründüyü kimi, məhkəmə istintaqı zamanı dindirilmiş hər iki təqsirləndirilən şəxs onların olduqları avtomobildə narkotik və ya psixotrop maddələrin olmasını qətiyyətlə inkar etmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş hal şahidi hadisə zamanı DSX N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçusu olmuş gizir Ş.Kərimov bildirmişdir ki, o, hadisə baş verən gün xidmətdə olmuşdur. Həmin gün qaranlıq vaxtı hadisə yerinə və avtomobilə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Avtomobilə hadisə yerində deyil, zastavaya gətirildikdən sonra baxış keçirilmişdir. Həmin avtomobil qırmızı rəngli “KİA Sorento” olmuşdur. Avtomobilin sahibi orada iştirak etmişdir, adını indi xatırlamır. Baxış zamanı avtomobildən siqaret, su, sumka, siqaret kağızına bükülü aşkar olunmuşdur. Sonradan ona demişlər ki, həmin bükülü narkotik vasitədir. Narkotik vasitənin avtomobilin dəqiq hansı yerindən çıxdığını xatırlamır, sumkanın içərisindən çıxmışdır. Narkotik vasitənin tərəzidə çəkilməsini və qablaşdırılmasını görməmişdir. Bükülünün narkotik vasitə olduğunu o, dəqiq bilməmişdir və eşitmişdir. Baxış zamanı təqsirkar şəxsin narkotik vasitə barədə nə bildirməsini xatırlamır. Baxış zamanı təqsirləndirilən şəxsin gözləri bağlı olduğundan onlar bir-birilərini görməmişlər. Baxış zamanı digər təqsirləndirilən şəxs də orada olmuşdur.Digər hal şahidi hadisə zamanı DSX N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçusu olmuş O.Əlimərdanov isə bildirmişdir ki, hadisə günü iki nəfər sərxoş vəziyyətdə olan şəxs yollarını azdıqları üçün sərhədçilərə yaxınlaşmışlar. O, hadisə yerinə baxışda iştirak etməmiş, avtomobilə keçirilmiş baxış zamanı hal şahidi kimi orada iştirak etmişdir. Həmin avtomobilin rəngi qırmızı olmuşdur. Baxış gündüz vaxtı aparılmışdır. Ondan başqa digər hal şahidi Şahin Kərimov da iştirak etmişdir. Baxış zamanı avtomobilin sahibini orada görməmişdir. Təqsirləndirilən şəxsləri, yəni sərhədpozucularını saxlayan İbrahimli Samir onun qrupunun əsgəri olmuşdur. Təqsirləndirilən şəxslər saxlanıldıqdan təxminən 5 saat sonra avtomobilə baxış keçirilmişdir. Həmin avtomobili o, bir dəfə görmüşdür. Narkotik vasitənin avtomobilin hansı hissəsindən çıxdığını görməmişdir. Baxış zamanı orada yalnız hərbçilər olmuş, mülki şəxs və ya şəxslər olmamışdır. Narkotik vasitəni, eləcə də narkotik vasitənin qablaşdırılmasını və maddənin çəkilməsi üçün istifadə olunan tərəzini görməmişdir. Həmçinin baxış zamanı təqsirləndirilən şəxsi və ya şəxsləri orada görməmişdir. AR CPM-in 94.1-ci maddəsinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baxış və ya axtarış istintaq hərəkətində hal şahidi kimi cəlb edilmiş Ş.Kərimov və O.Əlimərdanov hadisə baş verən vaxt təqsirləndirilən şəxsləri bilavasitə saxlayan DSX N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçuları S.İbrahimli və R.Bəşirovla birlikdə hərbi xidmətdə olmaqla tabelilik və xidməti asılılıq münasibətlərində olmuşlar və hətta təqsirkar şəxslərin saxlanılmalarında iştirak etmişlər. Bununla yanaşı, bu hal şahidlərinin məhkəmə istintaqı zamanı dəqiq olmayan və hətta bir-birinə ziddiyyətli ifadələr vermələri bu şahidlərin obyektiv və qərəzsiz olmalarına əsaslı şübhələr yaradır və məhkəmə həmin şahidləri işin nəticəsində maraqlı olmayan şəxslər hesab etmir. Digər tərəfdən, bu şahidlər hətta işin nəticəsində maraqlı olmasalar da belə onların verdikləri bu qeyri-müfəssəl ifadələr Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsir bilinməsinə dəlalət etmir. Belə ki, baxış keçirilmiş avtomobil gümüşü rəngdə olduğu halda şahidlərin ikisi də avtomobilin qırmızı rəngdə olduğunu, bir şahid baxışın gündüz vaxtı, digər şahid isə qaranlıq vaxtı aparıldığını, bir şahid təqsirləndirilən şəxsin (avtomobilin sahibinin) özünün də avtomobilə baxışda iştirak etdiyini, digər şahid isə iştirak etmədiyini bildirmişdir. Hər iki hal şahidi narkotik vasitənin tərəzidə çəkilməsini və qablaşdırılmasını görmədiklərini bildirmişlər.Bütün bu hallar isə onu deməyə əsas verir ki, aparılmış baxış və ya axtarış adlandırılan bu istintaq hərəkətində əslində hal şahidləri və eləcə də avtomobilin sahibi təqsirləndirilən şəxs Məhkum özü də iştirak etməmiş və xx.xx.2021-ci il tarixli protokol sonradan real olmayan vəziyyətdə tərtib edilərək adı qeyd olunan şəxslərə imzalatdırılmışdır.Hazırkı cinayət işi üzrə Məhkum avtomobilinə baxış və ya axtarış keçirilməsində hal şahidlərinin iştirak etməməsini təsdiq edən yuxarıda qeyd edilən sübutlara məhkəmə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ümumiyyətlə avtomobilə baxış keçirilməsində hal şahidlərinin iştirak etmələri sübuta yetirilmir və həmin protokol sonradan formal olaraq tərtib olunmaqla imzalanmışdır. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, hal şahidləri Ş.Kərimov və O.Əlimərdanovun ibtidai istintaqda verdikləri və cinayət işində əks olunan ifadələrinin təhlili onu göstərir ki, bu ifadələr faktiki olaraq sözbəsöz eyni cümlələrdən ibarət olmaqla məzmunları şablon xarakterlidir. Belə olan halda, istintaq zamanı alınmış bu ifadələr etibarlı və təkzibedilməz sübut kimi qəbul oluna bilməz. Birinci instansiya məhkəməsi ifadələri elan edilmiş şahid ifadələrinə da münasibət bildirərək qiymətləndirməyi zəruri hesab etmişdir.Belə ki, ifadəsi elan edilmiş şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu S.İbrahimli ifadəsində göstərmişdir ki, 30 oktyabr 2021 -ci il tarixdə o, naryad başçısı, əsgər Rəmzi Bəşirov naryad üzvü olmaqla 18-ci sərhəd zastavasının 18-1/5-ci sahələrinə gözətçi dəstə/sərhəd gözətçisi xidmətinə təyin olunmuşdur. Həmin gün saat 11 radələrində 7-ci sahə istiqamətində 2 nəfər naməlum şəxsin İran İslam Respublikası istiqamətində hərəkət etdiklərini müşahidə etmiş, sərhəd zastavasına məlumat verdikdən sonra həmin şəxslərə doğru hərəkət edib dayan komandası vermiş, həmin şəxslər əvvəlcə qaçmağa cəhd etsələr də, havaya bir dəfə xəbərdaredici atəş açdıqdan sonra həmin şəxslər dayanmış və onlar tərəfindən saxlanılmışdır. İfadəsi elan edilmiş digər şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu R.Bəşirovun ifadəsindən görünür ki, o, şahid S.İbrahimlinin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Göründüyü kimi, bu ifadələr təqsirləndirilən şəxs Məhkum avtomobilində ümumiyyətlə qanunsuz hansısa əşyanın aşkar edilməsini təsdiqləməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, Məhkum barəsində verilmiş məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 4658 saylı rəyi (Məhkum kannabinoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür) Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübut etmir və bu rəy onun ittiham olunduğu əməldə təqsirini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu təqsirləndirilən şəxsin narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamasının və ya daşımasının sübutu anlamına gəlmir. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Beləliklə,birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilənlərə əsaslanaraq müəyyən etmişdir ki, ittiham tərəfi Məhkum Azərbaycan Respubllkası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Nəticədə, birinci instansiya məhkəməsi, ittiham tərəfindən aradan qaldırıla bilməyən yuxarıda sadalanan əsaslı şübhələri Məhkum xeyrinə həll edilməsi barədə yekun rəyə gəlmişdir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. (Konstitusiyanın 63-cü maddəsi, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsi). Birinci instansiya məhkəməsi, Məhkum qarşı CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın əsassız və qanunsuz olmasına dair yuxarıda təsvir olunan dəlilləri tədqiq edərkən müəyyən etmişdir ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə çəkisi 0,184 qram olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi və bununla da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə də, işdəki sübutlara hüquqi qiymət verən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona ittiham edildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Bütün bunlarla yanaşı, məhkəmə hesab etmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi.Odur ki, məhkəmə düzgün nüəyyən etmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə tövsif edilmiş və onlar həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. İşin hallarından görünür ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdikləri əməllərini səmimi şəkildə etiraf etməklə peşman olmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, onların cəzalarını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 29-cu maddəsində deyilir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 318.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 318.2-ci maddəsinə əsasən, bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Apellyasiya məhkəməsi instansiyası yuxarıda qeyd olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Məhkum CM-nin 234.-ci ilə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirərək təqsrləndirilən şəxsə ittihamın həmin hissəsində bəraət vermişdir.Qeyd olunan halı məhkəmə kollegiyası qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, məhkum edilmiş şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin birinci instansiya məhkəməsinin hökmünün CM-in 234.1-ci maddəsinə aid olan hissədə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və həmin əsaslarla da məhkum olunmuş şəxsin təqsirli bilinib hökmün ləğv edilərək CM-nin 66-cı maddəsinin müddəalarına uyğun cəza təyin edilməsi barədə dəlillərinə (qeyd olunan dəlillər qərarın “Apellyasiya protestinin dəlilləri” hissəsində ətraflı göstərilmişdir və ona görə də məhkəmə kollegiyası həmin dəliləri təkrar sadalamağa zərurət görmür) məcmu halında qiymət verərək həmin dəlilləri konkret hüquqi əsasa söykənməyən, mülahizə xarakterli dəlillər kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində məhkum edilmiş hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində məhkum edilmiş şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya məhkum edilmiş şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək məhkum edilmiş (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki məhkum edilmiş şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (məhkum edilmiş və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəlıi sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunan maddələrin mənasına görə şəxsin təqsirli olduğuna (ittihamın sübuta yetirilməsində) şübhələr olduqda məhkəmə ya bu sübutları aradan qaldırmalı, ya da onları məhkum edilmiş şəxsin xeyrinə həll etməlidir. Qanunun tələbinə görə belə əsaslı şübhələr digər şəkildə həll ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq apellyasiya protestinin Məhkum CM-nin 234.1-cimaddəsi ilə təqsirli bilinib həmin məcəllənin 66-cı maddısinin müddəaları tətbiq edilməklə cəzalandırılması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxsin CM-in 234.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərini kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məkum olunmuş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə təyin olunmuş cəza məsələsini də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdiriən halları və şəxsiyyətini nəzərə almaqla ədalətli cəza təyin etmişdir. Məhkəmə məhkum edilmiş şəxs X6 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhədi rejimidir və bu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə cəzanın məqsədləri və cəza təyinetmənin ümumi əsaslarını, eləcə də cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini unutmayaraq, həmçinin törədilmiş cinayətin başa çatmadığını nəzərə alaraq təqsirləndirilən şəxs F.Mehmanlıya bu cəza növünü nisbətən aşağı həddə təyin etməyi ədalətli saymışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr məhkum edilmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi(apellyasiya protestinə münasibətdə) və ya dəyişdirilməsi (apellyasiya şikayətinə münasibətdə) üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamalı, Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Mətləb Ağayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(064)-22/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-734/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-734/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver