Məhkəmə qərarları › İş №1(106)-736/2024

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-736/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-736/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğu X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun vəkili Müdafiəçi2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmü ilə (sədrlik edən hakim Müşfiq Məmmədov), xx xxxx 1981-ci ildə Xocavənd rayonunda doğulmuş, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 59, mənzil 5-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 nömrəli yataqxanada yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2023-cü ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2023-cü ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, istintaq orqanının gəldiyi qənaətə görə onlar Behnam kimi məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması barədə razılıq əldə etmiş, belə ki, şəxsiyyəti istintaqa Behnam kimi məlum olan İran İslam Respublikası vətəndaşının və qeyrilərinin İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 7190 qram qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 500 qram metamfetamini və külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd həb metadonu şəxsiyyəti istintaqa məlum olmayan şəxs daşıyaraq onun hər hansı formada bilavasitə iştirakı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək Beyləqan rayonu İmamverdili kəndində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində gizlətdikdən sonra 26 iyun 2023-cü il tarixdə cinayətkar qrupun üzvü, şəxsiyyəti istintaqa Behnam kimi məlum olan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmək və satışını həyata keçirməyə razı salaraq qeyd olunan külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin gizlədildiyi yer barədə onu məlumatlandırmış, bundan sonra sonuncu, Təqsirləndirilən şəxs2 idarə etdiyi “KİA Sorento” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Beyləqan rayonu İmamverdili kəndi ərazisinə getmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində gizlədilmiş həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni 26 iyun 2023-cü il tarixdə saat 21 radələrində götürməklə qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 cinayətkar qrupa məxsus bir ədəd bağlamanın içərisindəki həmin külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 7190 qram qurudulmuş marixuana, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 500 qram metamfetamin və külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd həb metadon aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəyətində göstərmişdir ki, Lənkəran Ağır Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmü Təqsirləndirilən şəxs2 münasibətdə qanunsuz və əsassızdır. Aşağıda göstərilənlərə əsasən Lənkəran Ağır Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs2 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə mövcud olan sübutlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız yerə cinayət əsuliyyətinə cəlb olunmuşdur. Belə ki, sübutlar tədqiq edilərkən onun təqsirini ehtiva edən sübutlar məcmusunu ittiham tərəfi əslində təqdim edə bilməmişdir. Belə ki, sübutlar məcmusuna daxil olan sənədlər, ifadələr və digər xüsusatlar Təqsirləndirilən şəxs2 təqsirsizliyinə dəlalət etmişdir. Təqsirləndirilən şəxs2 və şahidlərin ifadələri, xüsusilə də həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 ifadəsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, bibisi oğlu Şahid5 tanışı olan Təqsirləndirilən şəxs1 bağ evində usta işləmiş, Telmanı bibisi oğlu Vasif vasitəsilə tanımışdır. 26 iyun 2023-cü il tarixdə Sabirabad rayonuna gedəcəyindən Telmanın xəbəri olmuş, Telman onu da Beyləqanda düşürməsini xahiş etmişdir. 26 iyun 2023-cü il tarixdə idarə etdiyi “Kia Sorento” markalı avtomobillə Telmanla birlikdə Beyləqan istiqamətində yola düşmüş, Telmanı Beyləqanda körpünün üzərində düşürmüşdür. Bir neçə dəqiqə sonra Telman ona zəng edərək gözləməsini bildirmiş və tanımadığı “Kamaz” markalı avtomobillə yenidən onun yanına gəlmiş, ona düşdüyü yerdə telefonunu itirdiyini bildirmişdir. Telefonu axtarmaq üçün Telmanı həmin yerə aparmış, Telmanı düşürtdükdən sonra asta sürətlə hərəkət edərək oradan uzaqlaşmış, həmin vaxt tanımadığı şəxs avtomobilin pəncərəsindən içəri daxil olmuş, ondan kim olduğunu soruşduqda polis əməkdaşı olduğunu demişdir. Saxlanıldıqdan sonra onu Telmanın yanına aparmışlar, Telmanın narkotiklə bağlı saxlanıldığını görmüş, Telman ona narkotikdən xəbərinin olmadığını demişdir. Ziyafət daha sonra bildirdi ki, Telmanı əvvəllər taksi sürücüsü kimi harasa aparmamışdır. Hadisədən 2 gün əvvəl telefonuna iran nömrəsindən gələn şəkili görmüş, həmin şəxsə nalayiq ifadə işlədərək ondan kim olduğunu soruşmuşdur. Lakin qarşı tərəfdən cavab gəlməmişdir. Heç kimə narkotik vasitələr satmamışdır. Telmanın narkotik üçün Beyləqan rayonuna getməsindən xəbəri olmamış, Telman yolda olarkən onunla narkotik barədə danışmamışdır. Hərbi qulluqçular tərəfindən döyülməmiş, Telmanın döyüldüyünü görməmişdir. Telmana göndərilən narkotikdən məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında dindirilən digər Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 təqsirsizliyinə dəlalət edən ifadə vermişdir. Belə ki, o ifadəsində göstərmişdir ki, 26 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 əmisi oğlu Şahid5 onun evində usta işləmiş, Vasifə söhbət əsnasında Beyləqan rayonuna gedəcəyini bildirmişdir. Vasif ona, əmisi oğlu Ziyafətin də Beyləqana gedəcəyini və onunla görüşüb getməsini bildirmişdir. Həmin günü saat 15 radələrində Ziyafətə zəng edərək Sumqayıtda yerləşən bağ evinə çağırmış və Ziyafətin idarə etdiyi maşınla birlikdə Beyləqan istiqamətində yola düşmüşlər. Beyləqana getməkdə məqsədi iranlı Behnam adlı şəxsin onun istifadəsi üçün göndərdiyi narkotiki götürmək olmuş, bu barədə Ziyafətə bildirməmişdir. İmişli rayonunu keçib Beyləqan rayonu İmamverdilər kəndinin ərazisində yol kənarında ayaqyoluna getmək üçün Ziyafətə maşını saxlatmış və maşından düşmüşdür. İranlı Behnamla aralarında olan danışığa və göndərilən fotoşəkillərə əsasən kəndin plakatının altında 2 qram heroin və 2 list metadonu götürmək üçün getsə də, plakatın altında böyük qara torba görmüş və torbanı götürmədən maşına qayıtmışdır. Ziyafətlə təxminən 20 dəqiqə yolunu davam etdikdən sonra iranlı ona mesaj göndərərək torbanı niyə götürmədiyini, o, torbanı götürməsə ərazidə olan çobanın torbanı götürəcəyini və qayıdıb torbanı həmin yerdən götürməsini bildirmişdir. Bundan sonra, Ziyafətə telefonunun həmin ərazidə yerə düşdüyünü deyərək geriyə qayıtmışlar. Maşından düşdükdən sonra iki addım atmış və təxminən 5-6 nəfər şəxsin onun üzərinə gəldiyini görmüşdür. Bundan sonra “trasa” doğru qaçmış və yoldan keçən tanımadığı “Kamaz” markalı maşına əl edib saxlatdıqdan sonra Ziyafətin dayandığı və onu gözlədiyi yerə kimi getmişdir. Daha sonra Ziyafətin idarə etdiyi avtomobillə yenidən həmin yerə qayıdarkən hərbiçilər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 oglu məhkəməyədək icraat zamanı da Ziyafətə münasibətdə eyni ifadəni vermişdir. Belə ki, o istintaq orqanına bildirmişdir ki, Ziyafətin onun narkotik dalınca getməsindən məlumatı olmamışdır. Eynilə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadədən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs1 niyyətindən məlumatı olmamışdır. Mötəbər sübutlardan sayılan ekspert rəyi də Təqsirləndirilən şəxs2 təqsirsizliyinə dəlalət edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5325 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəy onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 oglu narkotik vasitədən istifadə etmir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oglu əvvəllər məhkum olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 əvvəlki tarixlərdə narkotik vasitələrdən istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Məhkəmə yekun qərar qəbul edərkən həmin hallara da diqqət etməmişdir. Şəxsin narkotik vasitədən istifadə etməməsi onun satışı ilə bağlı verilmiş ittihamı da əsaslı səkildə sübhə altına alır. Çünki, bir qayda olaraq, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər həm də ondan istifadə edir. Üumiyyətlə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirən şəxslərin mütləq əksəriyyəti bu və ya digər formada narkotik vasitə və psixotrop maddə istifadəçiləri olmaqla narkomaniya xəstəliyinə düçar olan şəxslərdir. Məhz həmin prizmadan məsələyə yanaşmaqla hesab edir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmədiyi halda satış məqsədilə narkotik vasitələr əldə etməsi məntiqə uyğun deyil və həqiqəti əks etdirmir. Məhz bu baxımdan və yuxarıda sadalananlara görə məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə ittiham hökmünü çıxarmalı deyildi, tam əksinə bəraət hökmü çıxarmalı idi. Eləcə də, qeyd etməliyəm ki, istehlakçı ilə əvvəlcədən razılığın olmaması, narkotik vasitələrin əldə edilməsini göstərən sübutların olmaması, şahid ifadələrinin isə ehtimallara əsaslanması ittiham hökmünü istisna edir. Təqsirləndirilən şəxs2 məxsus “REDMİ” markalı mobil telefonuna baxış keçirilərkən həmin mobil telefonun vhatsap ani mesajlaşma mobil tətbiqində Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun 98 ********** İran İslam Respublikasının mobil operatoruna məxsus nömrə ilə qeydiyyatdan keçmiş vhatsap tətbiqi ilə Təqsirləndirilən şəxs2 mobil telefonunda olan vhatsapp tətbiqinə 24 iyun 2023-cü il tarixdə saat 16:16-da şəxsiyyəti istintaqa Behnam kimi məlum olan şəxsin “salam qaqaş., nətərsən, yaxşısan, inşallah, Allah deyən olsa 2 günə, 3 günə əmanət yola salıram daş, torpaq, bir də təbii dərmanda” sas yazısı göndərilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs2 “kimidiki, telefonu aç görək?” səs yazısını göndərmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən həmin təklifə müsbət cavab verilməməsi onu deməyə əsas verir ki, bu hal onu ittiham etmək üçün əsas ola bilməz. Məhkəmə iclasında da Təqsirləndirilən şəxs2 bildirdi ki, o həmin səs yazısını ona ünvanlamış şəxsi təhqir etmişdir. Məhkəmə isə təsadüfi və şübhəli məqamları Təqsirləndirilən şəxs2 əleyhinə şərh etməklə onu təqsirli bilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, narkotik vasitənin qanunsuz əldə edilməsi ilə bağlı aralarında olan mobil telefon danışıqları və narkotiklərin fotoşəkilləri ilə bağlı məhkəmənin əsaslandırması isə düzgün deyil. Belə ki, Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, öz istifadəsində iran nömrəsi olmuş, həmin nömrə ilə saxlanılmamışdan iki gün əvvəl çoxdan tanıdığı Ziyafətin mobil telefonunun vhatsapına səhvən iranlının ona göndərdiyi içərisində narkotik olan torbanın fotoşəkillərini göndərmişdir. Şərh olunanlara və işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət hökmünün çıxarılmasını və dərhal məhkəmə iclas zalından azad olunmasını xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələrində göstərmişdir ki, o narkotik vasitə olan heroindən( kokosdan) istifadə edir və ən azı bir il dir ki, Behnam adlı İran vətəndaşı ona şəxsi istifadəsi üçün az dozalarda həmin maddəni ona göndərir. 19 iyul tarixində o, növbəti dəfə Behnamın ona öz istifadəsi üçün göndərdiyi narkotik vasitəni götürmək üçün Beyləqan rayonuna getmək ərəfəsində tanışı Ziyafətin şəhid oğlunun onunla bir yerdə Vətən müharibəsində həlak olmuş dostunun atasını görmək üçün Sabirabada getməyə hazırlaşdığını öyrənmiş və Ziyafətdən yolüstü onu da Beyləqana qədər aparmasını xahiş etmişdir. Behnam ona narkotikin İmamverdi kəndinə gedən yolun kənarında olan lövhənin altında olacağını bildirmişdi. Təqsirləndirilən şəxs1 İmamverdi kəndinin yaxınlığından keçən mağistral yolun yanında olan lövhənin altına baxsa da, ona vəd olunan narkotik vasitəni tapmır və Behnama zəng edir. Behnam isə ona qarşıda körpü olduğunu və narkotikin həmin körpünün altına qoyulduğunu bildirir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, o, həmin körpüyə yaxınlaşmış və körpünün altında qara torba görmüşdür. O, həmin qara rəngli torbanı görsə də, ona əhəmiyyət verməmişdir. O, körpünün altından keçərək əks tərəfə çıxmış və ona lazım olan narkotik maddəni axtarmışdır. Tapmadığı üçün geriyə, yəni körpüdən uzaqda olan Ziyafətə yaxınlaşmış və yenidən Behnama zəng edərək heç nə tapmadığını bildirmişdir. Behnam isə ona geri qayıtmasını, narkotik maddənin körpünün altında olduğunu və onun “çobanın“ götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 geri qayıtmış və körpünün altına düşmək istərkən yaxlnlıqdakı qamışlıqdan, onun dediyinə görə 12 (on iki) nəfərə yaxın hərbi geyimli şəxslər çıxmış və ona “dayan” komandası vermişlər. O qaçaraq yaxından keçən “Kamaz” markalı yük maşınını saxlayıb ona minsə də, onu zorla düşürmüş, asfaltda sürüyərək döymüş və işgəncə vermişlər. Onu zorla həmin qara torbanı götürməyə və boynuna almağa məcbur etmişlər. O, işgəncələrə dözməyərək sərhəd əməkdaşlarının tələblərini yerinə yetirmişdir. O, eyni zamanda bildirmişdir ki, saxlanılarkən həm döyüldüyü, həm də uzun müddət narkotik vasitə heroin qəbul etmədiyi üçün vəziyyəti ağır olmuş və ibtidai istintaq zamanı da verdiyi ilkin ifadəsindən xəbəri olmamışdır. Bakı istintaq təcridxanasına daxil olduğu zaman o müayinədən keçirilmiş və bədənindəki xəsarətlərə görə həmin müəssisədən prokurorluğa məlumat verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 içərisindən narkotik maddələr çıxan həmin qara sellofon torbaya yaxınlaşmamış, həmin torbanı götürməmişdir. İstintaq materiallarında həmin torbanın fotosu da vardır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində eyni zamanda bildirmişdir ki,sərhəd əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən 5000 manatlıq qızıl sepini, 600 ABŞ dolları dəyərində oçkisini və 2000 manatlıq qol saatını götürmüşlər. Sərhəd zastavasında həmin torbaya baxış keçirilərkən onun içərisindən çəkisi 7 kq olan mariuxananın, 0,5 kq metafetaminin (patı), 10 paçka metadonun çıxması onu çox təəcübləndirmişdir. Eyni zamanda o bildirmişdir ki, psixoloji problemləri var. Özünün bildirdiyinə görə , o, İran İslam respublikası vətəndaşı ilə Whattsap sosial şəbəkəsi vasitəsilə danışaraq ona məhz şəxsi istifadəsi üçün kokos göndərməyi xahiş etmişdir. İranlı şəxsin onun telefonuna hər hansı bir şəkil göndərməsini xatırlamır və 7 kq olan mariuxana, 0,5 kq metafetamin (patı), 10 paçka metadon haqqında Vatsaoda danışmamış və bu barədə yazışmamışdır. Beyləqan rayonuna getdiyi üçün şəxsi istifadəsi üçün də həmin kokosu yolüstü götürməyi qərara alıb. Eyni zamanda uzun zaman narkotik vasitə qəbul etmədiyi üçün vəziyyəti pisləşdiyindən nəyə görə tutulduğunu və ona verilən ittihamın mahiyyətini bilməmiş, əvvəllər verdiyi ifadələri də xatırlamamışdır. Müdafiəçi olaraq istintaqın gedişində müstəntiqə bir neçə dəfə vəsatətlər verərək Təqsirləndirilən şəxs1 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə - psixiatrik ekspertizasının və ona istinad edilən narkotik vasitələrin təmiz halda çəkisinin müəyyən edilməsi, tərkiblərində qarışıqların olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-narkoloji ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin vəsatətləri müstəntiq tərəfindən təmin edilməmişdir. Müstəntiqin qərarlarından bir neçə dəfə Baş prokurorluğa şikayət etmişdir. Baş prokurorluqdan ona imtina cavabları verilmişdir. O, məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etsə də, şikayətləri Səbayel məhkəməsi tərəfindən təmin edilməmişdir. Eyni zamanda məhkəmədə vəsatətlər verərək Təqsirləndirilən şəxs1 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə - psixiatrik ekspertizasının və ona istinad edilən narkotik vasitələrin təmiz halda çəkisinin müəyyən edilməsi, tərkiblərində qarışıqların olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-narkoloji ekspertizasının keçirilməsini, təqsirləndirilən şəxsin Bakı istintaq təcridxanasına daxil olarkən barəsində tərtib edilmiş müayinə aktının məhkəməyə təqdim edilməsi üçün həmin müəssisəyə sorğu verilməsini, hadisənin baş verdiyi Beyləqan rayonu İmamverdi kəndinin yanından keçən mağistral yolda quraşdırılmış kamera görüntülərin məhkəməyə təqdim edilməsi üçün Daxili İşlər Nazirliyinə sorğu verilməsini, eyni zamanda hadisə yerindən götürülmüş qara torbanın və 23-cü sərhəd zastavasının otağındakı stolun üzərində olan narkotik vasitələr olan torbaların həcmlərinin müəyyən edilməsi üçün məhkəməyə gətirilməsini, “Pusqu” əməliyyat planında iştirak edən bütün şəxslərin məhkəməyə çağırılaraq dindirilməsini xahiş etmiş, məhkəmə tərəfindən yalnız bir vəsatəti təmin edilmiş və Bakı istintaq təcridxanasına Təqsirləndirilən şəxs1 müayinə aktının məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Bakı istintaq təcridxanasından təqdim edilmiş müayinə aktında Təqsirləndirilən şəxs1 üzərində xəsarətlərin olması təsdiq ediımişdir. İstintaq materiallarlnda olan və təqsirləndirilən şəxsin telefonunda olan Whatsapp yazışmaları araşdırılarkən müəyyən olunur ki, qeyd olunan narkotik vasitələr barədə və onların çəkisindən söhbət getmir. Bundan başqa istintaq materiallarında olan və hadisə yerindən götürülmüş torbanın rəngi və ölçüləri ilə sərhəd zastavasında stolun üstünə düzülmüş torbaların rənglərini və ölçülərini müqayisə etdikdə görünür ki, sübutlar saxtalaşdırılmışdır. Hadisə yerində olan qara rəngli torbanın ölçülərindən görünür ki, həmin torbada ot şəklində 7 kq. mariuxana ola bilməz. Sərhəd zastavasında stolun üstünə düzülmüş torbaların içində isə mariuxana ot şəklindədir və böyük ölçülü şəffaf rəngli torbalarda nümayiş etdirilmişdir. Belə ki, zastavanın otağında stolun üzərində olan torbalarda olan narkotik vasitələr körpünün altında olan qara rəngli torbaya sığmazdı və həmin torbadan qat-qat böyükdürlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun saxlanılmasında azı 12 nəfərə qədər sərhəd əməkdaşı ıştirak etmişdir. Amma istintaq materiallarında iki əməkdaşın adı qeyd olunmuşdur. Bu iki nəfər nə onu, nə də digər təqsirləndirilən şəxsi saxlaya bilməzdi. İş üztə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 2002-ci hərbi hissənin 4-cü sərhəd komendantlığının 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində təlimata uyğun olaraq əmr və tapşırıqlar aldıqdan sonra o və digər əməkdaş Şahid1 “pusqu” sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Həmin şəxslər məhkəmə istintaqında ziddiyyətli ifadələr vermişlər. Beləki, Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qara torbanı götürərkən saxlamışdır. Şahid1 isə Təqsirləndirilən şəxs1 qaçarkən saxlanıldığını bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyinə görə həmin “Pusqu” sərhəd naryadı xidmətinə təyin olunmuş və Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən 2002-ci hərbi hissənin 4-cü sərhəd komendantlığının əməkdaşlarının məhkəməyə çağrılmasına və ifadələrinin alınmasına ehtiyac yarandığı üçün onların məhkəməyə çağrılması barədə vəsatət verməyinə baxmayaraq vəsatəti təmin edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 təqsiri istintaq materialları və məhkəmə araşdırmaları zamanı sübut olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 21 -ci maddəsində deyilir: Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq Lənkıran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli l(099)-428/2024 saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasıni xahiş edir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vəkili apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 vəkili Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını qeyd edilən qanun normalarının tələbinə uyğun olaraq araşdıraraq müəyyən edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanılmasına səbəb Behnam adlı İran vətəndaşının şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən İrandan Azərbaycan Respublikasına keçirərək Beyləqan rayonu İmamverdili kəndində yerləşdirdiyi 7190 qram qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 500 qram metamfetamini və külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd həb metadonun qoyulduğu yerdən götürülərək satışını həyata keçirməyə Təqsirləndirilən şəxs1 razı salmasından sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə gəlib həmin narkotik vasitələri qoyulduğu yerdən götürməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Behnam adlı iranlı ilə, narkotik vasitələri Azərbaycan ərazisinə keçirərək hərbi hissənin ərazisində gizlətmiş naməlum şəxslə və onu maşınında Beyləqana aparmış Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla onların bu əməli birlikdə törətmiş olmaları qənaətinə gələrək aşağıda sadalanan sübutlar əsasında həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmiş, hər ikisinin barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyun 2023-cü il tarixdə Ziyafət Əsgərovun əmisi oğlu Şahid5 onun evində usta işləmiş, Vasifə söhbət əsnasında Beyləqan rayonuna gedəcəyini bildirmişdir. Vasif ona, əmisi oğlu Ziyafətin də Beyləqana gedəcəyini və onunla görüşüb getməsini bildirmişdir. Həmin günü saat 15 radələrdində Ziyafətə zəng edərək Sumqayıtda yerləşən bağ evinə çağırmış və Ziyafətin idarə etdiyi maşınla birlikdə Beyləqan istiqamətində yola düşmüşlər. Beyləqana getməkdə məqsədi iranlı Behnam adlı şəxsin ona istifadəsi üçün göndərdiyi narkotiki götürmək olmuş, bu barədə Ziyafətə bildirməmişdir. İmişli rayonunu keçib Beyləqan rayonu İmamverdilər kəndinin ərazisində yol kənarında ayaqyoluna getmək üçün Ziyafətə maşını saxlatmış və maşından düşmüşdür. İranlı Behnamla aralarında olan danışığa və göndərilən fotoşəkillərə əsasən kəndin plakatının altında 2 qram heroin və 2 list metadonu götürmək üçün getsə də, plakatın altında böyük qara torba görmüş və torbanı götürmədən maşına qayıtmışdır. Ziyafətlə təxminən 20 dəqiqə yolunu davam etdikdən sonra iranlı ona mesaj göndərərək torbanı niyə götürmədiyini, o, torbanı götürməsə ərazidə olan çobanın torbanı götürəcəyini və qayıdıb torbanı həmin yerdən götürməsini bildirmişdir. Bundan sonra, Ziyafətə telefonunun həmin ərazidə yerə düşdüyünü deyərək geriyə qayıtmışlar. Maşından düşdükdən sonra iki addım atmış və təxminən 5-6 nəfər şəxsin onun üzərinə gəldiyini görmüşdür. Bundan sonra “trasa” doğru qaçmış və yoldan keçən tanımadığı “Kamaz” markalı maşına əl edib saxlatdıqdan sonra Ziyafətin dayandığı və onu gözlədiyi yerə kimi getmişdir. Daha sonra Ziyafətin idarə etdiyi avtomobillə yenidən həmin yerə qayıdarkən hərbiçilər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, öz istifadəsində İran nömrəsi olmuş, həmin nömrə ilə saxlanılmamışdan iki gün əvvəl çoxdan tanıdığı Ziyafətin mobil telefonunun votsapına səhvən iranlının ona göndərdiyi içərisində narkotik olan torbanın fotoşəkillərini göndərmişdir. O, torbanı götürmədən hərbiçilər tərəfindən saxlanılmış, saxlanılarkən yıxılmışdır. Torba hərbi hissədə onun yanında açılmış, içindən avtomat və qara rəngli çoxsaylı bükümlər çıxmışdır. Saxlanılarkən hərbi qulluqçular tərəfindən döyülmüşdür. Müstəntiq ona ifadəsində, “sənə kömək edəcəyik, denən yıxılmışam” dediyinə görə çəkiliş zamanı döyüldüyünü deməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən də yıxılaraq xəsarət aldığını bildirmişdir. Heç kimə narkotik satmamışdır.Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, İranlı Behnamı məhəllədə yaşadığı tanışı Zaur vasitəsilə tanımış, Behnamla mobil telefon vasitəsilə əlaqə saxlamış, tutulanadək Behnamdan şəxsi istifadəsi üçün dəfələrlə Bakı şəhərinin müxtəlif yerlərindən narkotik əldə etmişdir. 24 iyun 2023-cü il tarixdə Behnam +98 914 *** ** ** mobil telefon nömrəsi ilə onun mobil telefonunda olan +98 905 *** ** ** «whatsapp»a zəng edərək İmişli ərazisinə qoyulmuş narkotiki götürmək üçün taksi tapmağı tapşırmışdır. 26 iyun 2023-cü ildə saat 13 radələrində çoxdan tanıdığı taksi sürücüsü Ziyafətə zəng etmiş, onunla bağ evində görüşmüş, Ziyafətə dostu ilə görüşmək üçün onu 100 manata İmişli rayonuna aparmağı təklif etmiş, Ziyafət də ona Sabirabad rayonuna getməli olduğunu, onunla İmişli rayonuna getdikdən sonra geri qayıdarkən Sabirabad rayonunda bir nəfərlə görüşəcəyini deyərək onunla razılaşmışdır. Bu barədə Behnama məlumat verdikdən sonra Behnam da 150 manat pulu özündə saxladığı qardaşı Şahid6 adına olan «Kapital bank»a məxsus karta pul göndərmiş, narkotiki götürüb Behnamın deyəcəyi yerə qoyduqdan sonra 1800 manatda əlavə olaraq ona göndərəcəyini demişdir. 26 iyun 2023-cü ildə saat 15 radələrində Ziyafətin idarə etdiyi maşınla İmişli rayonu istiqamətdə hərəkət etmiş, yolda olarkən Behnamla «whatsapp»la əlaqə saxlamış, Behnam ona narkotikin gizlədildiyi yerin, bağlamanın şəklini və harada yerləşdiyini göndərmiş, təxminən saat 21 radələrində Behnamın ona göndərdiyi yerə çatmış, Ziyafətə avtomobili saxlamağı, ayaqyoluna getmək istədiyni demiş, avtomobildən düşüb telefonunda Behnamın göndərdiyi fotolara baxıb gizlədilmiş narkotiki tapmış, içərisində narkotik olan 01 ədəd bağlamanı götürüb ərazidən uzaqlaşarkən hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Ziyafətin narkotik dalınca getməsindən məlumatı olmamış, maşında olarkən Behnamla yalnız telefonda yazışmışdır. Bank kartı qardaşı Edelmanın adınadır, qardaşı özünə məxsus bank kartını ona vermiş, İran İslam Respublikası vətəndaşı Behnam adlı şəxsin qardaşı Edelmanın adına olan bank kartına pul göndərməsindən sonuncunun məlumatı olmamış, narkotik vasitələrin nə vaxt, kim tərəfindən və haradan İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsindən məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bibisi oğlu Şahid5 tanışı olan Təqsirləndirilən şəxs1 bağ evində usta işləmiş, Telmanı bibisi oğlu Vasif vasitəsilə tanımışdır. 26 iyun 2023-cü il tarixdə Sabirabad rayonuna gedəcəyindən Telmanın xəbəri olmuş, Telman onu da Beyləqanda düşürməsini xahiş etmişdir. 26 iyun 2023-cü il tarixdə idarət etdiyi “Kia Sorento” markalı avtomobillə Telmanla birlikdə Beyləqan istiqamətində yola düşmüş, Telmanı Beyləqanda körpünün üzərində düşürmüşdür. Bir neçə dəqiqə sonra Telman ona zəng edərək gözləməsini bildirmiş və tanımadığı “Kamaz” markalı avtomobillə yenidən onun yanına gəlmiş, ona düşdüyü yerdə telefonunu itirdiyini bildirmişdir. Telefonu axtarmaq üçün Telmanı həmin yerə aparmış, Telmanı düşürtdükdən sonra asta sürətlə hərəkət edərək oradan uzaqlaşmış, həmin vaxt tanımadığı şəxs avtomobilin pəncərəsindən içəri daxil olmuş, ondan kim olduğunu soruşduqda polis əməkdaşı olduğunu demişdir. Saxlanıldıqdan sonra onu Telmanın yanına aparmışlar, Telmanın narkotiklə bağlı saxlanıldığını görmüş, Telman ona narkotikdən xəbərinin olmadığını demişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Telmanı əvvəllər taksi sürücüsü kimi harasa aparmamışdır. Hadisədən 2 gün əvvəl telefonuna iran nömrəsindən gələn şəkili görmüş, həmin şəxsə nalayiq ifadə işlədərək ondan kim olduğunu soruşmuşdur. Lakin qarşı tərəfdən cavab gəlməmişdir. Heç kimə narkotik satmamışdır. Telmanın narkotik üçün Beyləqan rayonuna getməsindən xəbəri olmamış, Telman yolda olarkən onunla narkotik barədə danışmamışdır. Hərbi qulluqçular tərəfindən döyülməmiş, Telmanın döyüldüyünü görməmişdir. Telmana göndərilən narkotikdən məlumatı olmamışdır. Hansı səbəbdən Telman tərəfindən məhz onun mobil telefonunun votsapına içərisində narkotik olan bağlamaların fotoşəkillərinin göndərilməsi və bundan iki gün sonra idarə etdiyi avtomobillə Telmanla birlikdə Beyləqan rayonuna yollanmasına dair verilən suallara cavab verə bilməmişdir. Məhkəmə kollegiyası hər iki şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi öz təstiqini tapsa da, Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetmir. Belə ki, işdən görünür ki, Təqsirləndirilən şəxs2 cinayətə nə dərəcədə aidiyyətinin olması barədə hər iki şəxs istər istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində eyni məzmunlu ifadələr vermişlər. Bu məzmun ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək planlarından heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 özünə məxsus olmuş iran nömrəli telefondan Təqsirləndirilən şəxs2 istifadəsində olmuş telefona içərisində nə olduğu bilinməyən qara rəngli salafan paket bağlamanın və həmin bağlamanın şəkilini göndərməsinin səbəbi ilə bağlı suala cavab verərkən göstərmişdir ki, Ziyafətin mobil telefonunun votsapına iranlı Behnamın onun telefonuna göndərdiyi içərisində narkotik olan torbanın fotoşəkillərini səhvən göndərmişdir. Təqsirləndirilən şəxs2 da ifadələrində və verilən suallara cavablarında ona göndərilmiş torba şəkili ilə bağlı suallara cavabda eyni sözləri deyir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin bu fotoşəkillə bağlı hissəsinə inanmamağa əsas yoxdur. Ona görə ki, Təqsirləndirilən şəxs1 Behnamın ona göndərdiyi həmin şəkili Təqsirləndirilən şəxs2 telefonuna göndərməsi üçün heç bir əsası, Təqsirləndirilən şəxs2 onu maşını ilə həmin əraziyə gətirməsindən başqa narkotik vasitənin həmin ərazidən götürülməsində hər hansı iştirakına ehtiyacı olmamış, Təqsirləndirilən şəxs2 da Telmana qaranlıq vaxtı qamışlıq ərazidən hər hansı torba axtarıb tapmaqda köməklik etmək vədi verməmişdır. Bunu Təqsirləndirilən şəxs2 onun telefonuna naməlum telefon nömrəsindən (Telmana məxsus iran nömrəsindən) fotoşəkil göndərilməsinə reaksiyası da təstiq edir. Belə ki, o fotoişəkili telefonunda görəndə onu göndərən şəxsə “kmdir? nə istəyirsən? məzmunda suallar göndərir. Beləliklə Təqsirləndirilən şəxs2 nəinki kimdənsə hər hansı fotoşəkil gözləməmiş, o hətta telefonuna belə bir şəkilin daxil olmasına təəcüb etmiş və şəkildəki torbada nəyin olması barədə təsəvvürü olmamışdır. Təqsirləndirilən şəxs2 bu bağlama barədə heç bir anlayışının olmaması nəticəsinə gəlinməsi üçün Ziyafətin onun telefonuna gəlmiş bu şəkillə bağlı şəkili göndərmiş şəxsə qeyd edilən sualları verməsi tam kifayətdir. Bu sualdan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən şəkili Təqsirləndirilən şəxs2 göndərməyə heç bir əsası və ehtiyacı olmadığı kimi Təqsirləndirilən şəxs2 da kimdənsə hər hansı bir fotoşəkil qonum və ya digər məlumat gözləməmişdir. Başqa bir tərəfdən onun telefonuna bu şəkilin göndərilməsi iranlı Behnama lazım olmuş olsaydı, ona bu şəkili Telman yox, Behnam özü göndərərdi. Beləliklə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 telefonunda olmuş bu fotoşəkil əsasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətə hansısa aidiyyətinin olması barədə nəticəyə gəlməsi tamamilə səhv olmuşdur. Başqa bir tərəfdən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hər ikisinin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 iranlı Behnamın sifarişini yerinə yetirmək üçün taksi tap tapşırığına uyğun olaraq məhz taksi fəaliyyəti ilə məşğul olan Ziyafəti seçməsi iki təsadüflə bağlı olmuşdur. 1) Telmanın bağında təmir işləri görən Ziyafətin bibisi oğlu olan Vüsalın təmir üçün lazım olan materialların alınıb gətirilməsi işində arabir taksi sürücüsü kimi Ziyafətin xidmətindən (Vüsal ifadəsində Ziyafətin təmin materiallarını Telmanın həyətinə bəzən Ziyafətin maşını ilə gətizdirdiyini göstərir) istifadə etməsi 2) narkotik vasitənin götürülməsi tələb olunan gündə Təqsirləndirilən şəxs2 bir neçə il əvvəl, 2-ci Qarabağ müharibəsində, Qubadlı rayonu ərazisində oğlu ilə birlikdə döyüşərək şəhid olmuş, Sabirabadda yaşamış digər bir şəhidin atası, özünün həmdərdi olan Şahid4 adlı şəxslə Sabirabadda görüşərək onunla birlikdə şəhid övladlarının vuruşduğu Qubadlı rayonu ərazisinə getmək üçün Sabirabada getmək məqsədinin olması. Şahid4 işin istintaqı zamanı müstəntiqn verdiyi suallara verdiyi cavabında (2-ci cild səh. 137-139) göstərir: “O Bakıda qeydiyyatda olsa da Sabirabad rayonu Surra kəndində ailəsi ilə birgə yaşayır. X5 2-ci Qarabağ döyüşlərində şəhid olduqdan sonra oğlu ilə birlikdə döyüşlərdə iştirak etmiş və onunla birlikdə şəhid olan Elvin Novruzovun atası Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Təqsirləndirilən şəxs2la birlikdə dəfələrlə şəhidlərin yad edilməsi ilə bağlı dövlət tədbirlərində iştirak etmişlər. Həmçinin o Ziyafətin oğlunun, Ziyafət də onun oğlunun məzarlarını ziyarət etmişlər. 2023-cü ilin iyun ayının 20-dən sonra Təqsirləndirilən şəxs2la bir neçə dəfə telefonla əlaqə saxlamışlar ki, görüşüb gün müəyyən edib övladlarının şəhid olduqları Qubadlı rayonundakı əraziləri ziyarət etsinlər. 25 iyun 2023-cü il tarixdə Ziyafətlə telefonla danışmış və onu yaşadığı kəndə dəvət etmişdir ki, Qubadlı rayonuna getmək üçün vaxt müəyyən etsinlər. 26 iyun 2023-cü il tarixdə və sonrakı tarixlərdə dəfələrlə Ziyafətə zəng etsə də onun telefonuna zəng çatmamışdır. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Ziyafət Beyləqan rayonunda saxlanılıb. Şahid4 müstəntiqin “Siz Təqsirləndirilən şəxs2la birlikdə Qubadlı rayonuna getmək üçün nə vaxt görüşməyi, hansı nəqliyyat vasitəsi ilə getməyi razılaşdırmışdınız?” sualına cavab olaraq göstərir ki, “Ziyafət onların kəndinə gəlib oğlu Elvinin sənədlərini ona verməli və o bu sənədləri oğlunun sənədləri ilə birlikdə Sabirabad rayonundan millət vəkili Kamal müəllimə verməli, daha sonra isə icazə alındıqdan sonra Qubadlıya getməli idilər. Ziyafət gələ bilmədiyi üçün o 3 nəfər digər şəhid atası ilə birlikdə Qubadlıya getmişlər.” X1 getməyə hazırlaşması barədə məlumatı olan və Telmanın evində işləyən, Ziyafətin bibisi oğlu olan Vüsal da Telmanın Beyləqana getmək planından xəbər tutarkən Telmana Təqsirləndirilən şəxs2 yolüstü onu da apara biləcəyini deməsi ilə Telmanla Ziyafət yol yoldaşı olmuşlar. Məhkəmədə ifadə vermiş Şahid5 da Şahid4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yola çıxmasının təfsilatı barədə bir birini tamamlayan ifadələr vermişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Beyləqana çatdıqdan sonrakı davranışları da hadisələrin məhz bu cür baş verdiyini təstiq edir. Belə ki, Novruzov X2 Telman Elman oğlunu Beyləqanda körpünün üzərində düşürdükdən sonra onunla vidalaşaraq öz yoluna davam etmişdir. . Bir neçə dəqiqə sonra Telman ona zəng edərək gözləməsini bildirmiş və tanımadığı “Kamaz” markalı avtomobillə yenidən onun yanına gəlmiş, Ziyafətə çatıb ona düşdüyü yerdə telefonunu itirdiyini bildirmişdir. Ziyafət yol yoldaşının telefonunu axtarmaq üçün onu həmin yerə aparmağa məcbur olmuş, Telmanı düşürtdükdən sonra yenə Sabirabada getmək məqsədi ilə maşınını sürərək həmin yerdən uzaqlaşmışdır. Beləliklə Təqsirləndirilən şəxs2 Beyləqana nə üçün gəlməsindən xəbəri olmadığı Təqsirləndirilən şəxs1 ikinci dəfə ayrılmışdır. Belə olduğu halda məhkəmənin yalnız Təqsirləndirilən şəxs2 telefonunda Təqsirləndirilən şəxs1 telefonundan göndərilmiş qara torba şəkilinin olması mülahizəsi əsasında Təqsirləndirilən şəxs2 AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi düzgün olmamışdır. Əgər bu şəkil Təqsirləndirilən şəxs2 telefonuna iranlı Behnama məxsus olan telefon nömrəsindən gəlsəydi, bu bəlkə də Təqsirləndirilən şəxs2 ilə bağlı hansısa bir şübhə yarada bilərdi. Hətta belə olsaydı belə, bu şübhəni əsaslandıran başqa sübutlar müəyyən edilməyəcəyi halda həmin şübhə prosessual qanunun tələbinə görə, Azərbaycan Respublikasın CPM-in 145.3-cü maddəsinə əsasən ittiham xeyrinə yox, Təqsirləndirilən şəxs2 xeyrinə təfsir edilməli, yalnız belə bir sübut əsasında Təqsirləndirilən şəxs2 AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməməli idi. Lakin tam aydın görünür ki, bu şəkil və onu müşaiyət edən “salam qaqaş., nətərsən, yaxşısan, inşallah, Allah deyən olsa 2 günə, 3 günə əmanət yola salıram daş, torpaq, bir də təbii dərmanda” sas yazısı Təqsirləndirilən şəxs1 iran nömrəli telefonuna Behnam adlı iranlının telefonundan göndərilmiş, Təqsirləndirilən şəxs2 telefonuna isə Telmanın telefonundan göndərilmişdir ki, Təqsirləndirilən şəxs1 da bu səs yazısı və şəkili Ziyafətin telefonuna təsadüfən, hər hansı istəyi və məqsədi olmadan göndərdiyini bildirir. İstənilən mobil telefon istifadə edən şəxs də bilir ki, bir telefondan başqa bir telefona istənilmədən, gözlənilmədən, təsadüfdən hər hansı səs yazısı, fotoşəkil, mesajın göndərilməsi tamamilə mümkün ola bilən və bir-birini tanıyan mobil telefon istifadəçiləri arasında mütəmadi baş verə bilən bir haldır. AR CPM-in 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, ittiaham orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıması sübuta yetirilmədiyinə görə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Ağır Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmü Təqsirləndirilən şəxs2 aid hissədə ləğv olunmalı, təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməli, barəsində olan “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin Təqsirləndirilən şəxs1 bəraət verilməsi tələbi təmin edilməməlidir. Belə ki, müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsini, onun təqsirliliyinə dair sübutların qanunsuz yolla əldə edilməsinə istinad edir. Lakin Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin məhkəmə istintaqında verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən, ibtidai istintaq zamanı tam etiraf edərək əməli törətməsinin təfsilatı barədə ətraflı ifadə vermişdir. Bundan başqa onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi aşağıdakı sübutlarla da təsdtiq edilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin Çevik hərəkət bölüyünün qrup komandiri Şahid1 ifadəsindəgöstərmişdir ki, 26 iyun 2023-cü il tarixdə xidmət etdiyi hərbi hissənin Beyləqan rayonu, İmamverdili kəndinin ərazisində olan 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində Şahid2 ilə birlikdə “Pusqu” sərhəd naryadı xidmətinə təyin olunmuş, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində xidmətdə olduqları ərazi istiqamətinə doğru şübhəli bir avtomobilin hərəkətini müşahidə etmiş, avtomobil yolun kənarında dayanmış, ön sərnişin qapıdan bir nəfər düşərək ərazidə axtarış aparmış, bir neçə dəqiqə sonra həmin şəxs bir ədəd bağlamanı götürdükdən sonra şəxsə “Dayan” çağırış komandası vermiş və şəxsi saxlamışlar. Bundan sonra, yaxınlıqda olan körpünün üzərində avtomobildə gözləyən Təqsirləndirilən şəxs2 saxlamışlar və zastavaya aparmışlar. Torbaya keçirilən baxış zamanı içərisində çoxsaylı narkotik vasitələr aşkar edilmiş və sənədləşdirilmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki,şəxsləri saxladıqdan sonra N nömrəli hərbi hissəyə aparmışlar. Hərbi hissədə bağlamaya baxış keçirilmiş və narkotik vasitə aşkarlanmışdır. Həmin şəxsləri saxlayanda axşam saat 9 radələri olmuşdur. Telmanı və Ziyafəti döyməmişlər, Telman sürətli hərəkət edib onlardan uzaqlaşmaq istəyərkən yıxılmışdır. Onlar əraziyə ilk gəldikdə Ziyafət Telmanı maşınından düşürüb getmiş, bir neçə dəqiqə sonra Telman “Kamaz” markalı avtomobillə Ziyafətin arxasınca getmiş, yenidən həmin əraziyə Ziyafətin avtomobili ilə qayıtmışlar, Telmanbağlamanı götürdükdən sonra onlar saxlanılmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin hərbi qulluqçusu Şahid2 ifadəsində göstərmişdir ki, 26 iyun 2023-cü il tarixdə 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində gizir Şahid1 ilə birlikdə “Pusqu” sərhəd naryadı xidmətinə təyin olunmuş, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində xidmətdə olduqları ərazi istiqamətinə doğru markasını xatırlamadığı hündür bir avtomobilin hərəkətini müşahidə etmiş, avtomobil yolun kənarında dayanmış, ön sərnişin qapıdan bir nəfər düşərək ərazidə axtarış aparmış, avtomobili idarə edən Təqsirləndirilən şəxs2 avtomobildən düşərək təxminən 10 dəqiqə “Telman Telman” deyə maşından düşən şəxsi çağırmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 işıq dirəyinin yanından bir ədəd bağlamanı götürüb oradan surətlə uzaqlaşarkən Telmana “Dayan” çağırış komandası vermiş, Telman qaçmağa başlamışdır. Onun arxasınca qaçaraq Telmanı saxladıqdan sonra Şahid1 avtomobildə olan şəxsi də saxlamağını demiş, Təqsirləndirilən şəxs2 Şahid1 tərəfindən saxlanılmışdır. Telmanı və Ziyafəti saxladıqdan sonra N nömrəli hərbi hissəyə aparmışlar. Hərbi hissədə Telmanın götürdüyü bağlamaya baxış keçirilmiş və içərisində çoxsaylı narkotik vasitə aşkarlanmışdır. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılan zaman şəhid atası olduğunu, narkotik vasitələrdən xəbərinin olmadığını bildirmişdir. Şəxsləri saxlayanda axşam saat 21 radələri olmuşdur. Telmanı və Ziyafəti döyməmişlər, Telman qaçarkən yıxılmışdır. Əraziyə narkotikin kim tərəfindən qoyulmasından məlumatı olmamışdır. Həmin şəxsləri saxlayan zaman ərazidə “Kamaz” markalı avtomobilolmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bağlamaya hərbi hissənin 23-cü sərhəd zastavasında keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi həmin qara rəngli bağlamanın içərisindən yapışqan selofana sarılmış 7-8 kq qurudulmuş marixuana, təxminən 500 qram metamfetamin və 450-500 həb metadon aşkar olunmuşdur. İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 iyun 2023- cü il tarixli, 7/940 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “2002-№-li Hərbi Hissə...23-cü sərhəd zastavası” yazısı olan qara rəngli polietilen bağlamadakı 07 (yeddi) ədəd polietilen bağlamalarda ümumi çəkisi-7190 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 iyun 2023-cü il tarixli, 6/355 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “2002 N°-li Hərbi Hissə, ümumi çəkisi 8 kq 700 qram. 23-cü sərhəd zastavası.” yazıları olan bir ədəd kisənin içərisində bir ədəd bağlamada təmiz çəkisi 500,0 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” göstəricisi olan 5 ədəd dərman qutusunun içərisində hər qutuda 10 ədəd olmaqla ümumilikdə 50(əlli) ədəd konvalyut və hər konvalyutda 10 ədəd olmaqla ümumilikdə 500 ədəd qəhvəyi rəngli,dairəvi formalı həblər narkotik vasitə- metadondur, 500 ədəd metadonun təsir maddəsinin ümumi miqdarı 20,0 qram (üzəindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edir. İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5325 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4853 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmədə tədqiq edilmiş 26 iyun 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri N nömrəli hərbi hissənin Beyləqan rayonunun İmamverdili kəndi ərazisində 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində qamışlıq və sıx kolluqdan ibarət ərazidir. İşdə olan və məhkəmədə tədqiq edilmiş 26 iyun 2023-cü il tarixli «narkotik vasitəyəbaxış keçirilməsi haqqında protokol»dan görünür ki, N nömrəli hərbi hissənin Beyləqan rayonunun İmamverdili kəndi ərazisində 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində Təqsirləndirilən şəxs1 götürülmüş bağlamanın içərisindən dördbucaq, kürə, silindir formada şəffaf yapışqan selofana sarılmış 7 kq 600 qram narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, 500 qram psixotrop maddə metamfetaminə oxşar maddə və 50 konvalent hər birində 10 ədəd olmaqla 500 həb metadon aşkar olunmuşdur. İşdə olan və məhkəmədə tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «REDMİ» markalı mobil telefonuna baxış keçirilərkən həmin mobil telefonun whatsapp ani mesajlaşma mobil tətbiqində 26 iyun 2023-cü il tarixdən saat 20:13-dən 21:17-dək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsapp tətbiqində Behi adı ilə qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus +98-***-***-**-** nömrəsi ilə 12:11-də 53 saniyə, 12:57-də 1 dəqiqə 14 saniyə, 14:26-da 42 saniyə, 14:57-də 29 saniyə, 16:51-də 25 saniyə, 16:52-də 1 dəqiqə 29 saniyə, 17:56-da 19 saniyə, 17:58də 23 saniyə, 18:24-15 saniyə, 18:43-də 43 saniyə, 19:35-də 1 dəqiqə 46 saniyə,20:11-də 27 saniyə 1 halda, 13 saniyə 1 halda,20:20-də 19 saniyə, 20:23-də 28 saniyə, 20:56-da19 saniyə, 21:50-də 14saniyə müddətinə danışıqlar olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsapp tətbiqində İran İslam Respublikasının mobil operatoruna məxsus +98-***-***-**-** nömrəsindən narkotik vasitələrin gizlədildiyi yerin foto şəkilləri, səs yazıları və koordinatları müəyyən olunmuşdur. Belə ki, Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “01 ədəd qara rəngli selofan bağlamanın fotoşəklini” (26 iyun 2023-cü il 20:13) , “radar var yolda” (26 iyun 2023-cü il 20:13) , “radarı 2 km keçən kimi körpünün dibində” (26 iyun 2023-cü il 20:13) sözlərini göndərmiş; Təqsirləndirilən şəxs1: “Behi konumu at ki, bilim ki, hansı istiqamətdədir” sözlərini göndərmiş (26 iyun 2023-cü il 20:14) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “ 02 ədəd narkotik vasitənin gizlədildiyi ərazinin fotoşəklini və 01 ədəd üzərində Zəngilan, Cəbrayıl,Füzuli, Horadiz, İmamverdili yazısı olan dəmir lövhənin foto şəklini göndərmiş (26 iyun 2023-cü il 20:14) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “konum atır” sözlərini göndərmiş (26 iyun 2023-cü il 20:16) Təqsirləndirilən şəxs1: “ok” sözünü göndərmiş (26 iyun 2023-cü il 20:16) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “narkotik vasitənin gizlədildiyi kordinatları” və “tez get” sözlərini göndərmiş (26 iyun 2023-cü il 20:19) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “qardaşım get götür,tap, hərəkət elə, deyir o tərəfdə çobanda durmuşdu, dayanmadan get götür get” səs yazısını göndərmiş(26 iyun 2023-cü il 20:20) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “körpünü üstündə saxlasın, pilləkən var, ordan götürsün qardaş” sözlərini göndərmiş (26 iyun 2023-cü il 20:22) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “gələndə sağda İmamverdili yazılıb plakatda” sözlərini göndərmiş (26 iyun 2023-cü il 20:24) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “mən yazdıqlarımı at qardaş, baxıb bilsin, bax beri seri” sözlərini göndərmiş (26 iyun 2023-cü il 20:24) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “yolun solunda yaxşı yolyazılıb onu 500 metr keçsin düz ora, hər şeyi deyirəm ki sənə gedib orda çaş-baş qalmasın” sözlərini göndərmiş (26 iyun 2023-cü il 20:35) Təqsirləndirilən şəxs1: “behi ona deki dediyi şeylər, yaxşı yol yoxdu burda, denən ki, Horadizə gedəndə yolun sağındadı, ya solunda, Horadizə gedəndə yolun harasındadı” səs yazısını göndərmiş (26 iyun 2023-cü il 21:10) Təqsirləndirilən şəxs1: “behi sənin başıva dönüm, Horadizdən Bakıya qayıdanda yolun sağı?, elə başa düşürəmda düzdümü? Elə bilki Bakıya qaıyıdanda, həmin yolun sağındandır? Düzdür?” səs yazısını göndərmiş (26 iyun 2023-cü il 21:13) Təqsirləndirilən şəxs1: “Körpünün düz üstündə pilləkən düşür, soruş ondan, orda?” səs yazısını göndərmiş (26 iyun 2023-cü il 21:17) Behi adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrə : “ok” sözlərini göndərmişdir. (26 iyun 2023-cü il 21:17) Bundan başqa mobil telefonun qalareya adlı qovluğunun whatsapp images adlı və udalennıe obcektı qovluqlarından hadisə yerindən aşkar edilərək götürülmüş metadon həblərinin və qurudulmuş marixuanın foto şəkilləri müəyyən olunmuşdur. İşdə olan və məhkəmədə tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «REDMİ» markalı mobil telefonuna baxış keçirilərkən həmin mobil telefonun whatsaap ani mesajlaşma mobil tətbiqində Təqsirləndirilən şəxs1 istifasində olan mobil telefonun +98 905 *** **** İran İslam Respublikasının mobil operatoruna məxsus nömrə ilə qeydiyyatdan keçmiş whatsapp tətbiqi ilə Ziyafət Zeynalovun mobil telefonunda olan whatsapp tətbiqinə 24 iyun 2023-cü il tarixdə saat 16:16-da şəxsiyyəti istintaqa Behnam kimi məlum olan şəxsin “salam qaqaş, nətərsən, yaxşısan, inşallah, Allah deyən olsa 2 günə, 3 günə əmanət yola salıram daş, torpaq, birdə təbii, dərmanda” səs yazısı göndərilmişdir. Təqsirləndirilən şəxs2: “kimidiki, telefonu aç görək?” səs yazısını göndərmiş (24 iyun 2023-cü il 16:24 və 17:43) Bundan başqa mobil telefonun qalareya adlı qovluğunun «whatsapp» tətbiqi ilə göndərilmiş fotoların yerləşdiyi qovluqdan hadisə yerindən aşkar olunaraq götürülmüş metadon həblərinin fotoları, həmçinin cinayətkar qrupun digər üzvü Behnam adlı İİR vətəndaşının İİR-dən göndərərək Beyləqan rayonunda gizlədilmiş narkotik vasitələrin həmçinin Təqsirləndirilən şəxs1 mobil telefonunda olan narkotik vasitələrin fotoşəkilləri aşkar olundu. İşdə olan və məhkəmədə tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli “Kapital Bank ASC”-dən daxil olmuş məktuba və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kapital Bankın **********227816 nömrəli hesab kartı Şahid6 Telman oğlunun adına rəsmiləşdirilmişdir. Kapital Bankın **********900304 nömrəli hesab kartı Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Kapital Bankın 4169 7413 0047 4804 nömrəli hesab kartı Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Çıxarışlara baxış keçirilən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Behnam adlı şəxsin narkotik vasitələri əldə etmək üçün qardaşı Şahid6 adına olan **********227816 nömrəli hesaba göndərdiyi 150 manat 26 iyun 2023-cü il tarixdə saat 14:50-də hesaba köçmüşdür. Həmçinin qeyd olunan hesabdan 26 iyun 2023-cü il tarixdə saat 19:39-da Biləsuvar rayonunu ərazisində olan ATM-dən 50 manat nağdlaşdırılmışdır. Bundan başqa, «Kapital Bank»dan daxil olmuş 1 ədəd diskə baxış keçrilən zaman foto şəkillərdən görünür ki, Şahid6 adına olan Kapital Bankın **********227816 nömrəli hesabından 26 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində olan bankomatdan pul məxaric etmişdir. İşdə olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə «baxış keçirilməsi haqqında» 14 noyabr 2023-cü il tarixli protokola əsasən, «SMS_Tarixcesi» adlı on beşinci qovluq açıldıqda müəyyən edildi ki, həmin qovluqda Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsindən göndərilən SMS-lər göstərilmişdir. Baxış zamanı müxtəlif vaxtlarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı SMS-lər aşkar olundu, qeyd edilən qovluqda * * * * * * * * * nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. «SMS_Tarixcesi» adlı on altıncı qovluqda Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan SMS-lər göstərilmişdir. Baxış zamanı müxtəlif vaxtlarda narkotik vasitələrin və psixotrop maddələrinəldə edilməsi ilə bağlı SMS-lər aşkar olundu. «Zenglerin_Detallasmasi» adlı on səkkizinciqovluqda Təqsirləndirilən şəxs2 istifadəsində olan qovluqda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti və həmin müddət ərzində nömrənin hansı antenanın əhatə dairəsində olması göstərilmişdir. Qeyd edilən qovluqda 26 iyun 2023-cü il tarixdə 055- ***-**-** mobil nömrəsi Beyləqan və İmişli rayonları ərazisində olması görünür. «Zenglerin_Detallasmasi» adlı on doqquzuncu qovluqda Təqsirləndirilən şəxs1 istifadəsində olan qovluqda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddətivə həmin müddət ərzində nömrənin hansı antenanın əhatə dairəsində olması göstərilmişdir. Baxış zamanı qeyd edilən qovluqda 26 iyun 2023-cü il tarixdə ***-***-**-** mobil nömrəsinin Beyləqan və İmişli rayonları ərazisində olması göstərilmişdir. İşdə olan 28 iyun 2023-cü il tarixli qərarla 7189,3 qram qurudulmuş marixuana, 499,8 qram metamfetamin və 480 ədəd metadon həbi maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 ona istintaq orqanı tərəfindən istinad edilən cinayəti törətmişdir. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 bəraət verilməsi ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə əlbirliyinin aradan qalxması səbəbindən Təqsirləndirilən şəxs1 təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının 6 ay müddətində azaldılaraq onun cəzasının 7 il 6 aya qədər yüngülləşdirilməli olduğunu hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə rəyini, məhkum edilmiş şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlillərini, müdafiəçilərin çıxışını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 vəkilinin apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 vəkilinin apellyasiya şikayət qismən təmin edilərək ona təyin edilmiş cəza 6 ay azaldılmaqla cəzası 7 il 6 ayadək yüngülləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 397, 398.1.2, 399.1-cü, 407-410-cu maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Ağır Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmü həmin şikayətlə əlaqədar Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti digər şəxslərlə yanaşı Təqsirləndirilən şəxs2 ilə də qabaqcadan əlbir olmaqla törətməsi barədə müddəalar ittihamdan və hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 6 aya qədər azaldılmaqla yüngülləşdirilsin. Cəzasının əvvəlinin 26 iyun 2023-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. Hökm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti ilə əlaqədar Təqsirləndirilən şəxs1 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar