Məhkəmə qərarları › İş №1(106)-74/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-74/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-74/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Bəhmənov Habil Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X6 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(099)-12/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(099)- 12/2024 nömrəli hökmü (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə) ilə xx xxxxx 1996-cı il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta- ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, külli miqdarda, yəni ümumi təmiz çəkisi 1026,174 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 2022-ci ilin oktyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gün və mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə əldə edib 1,174 qramı üzərində və 1025,0 qramını yaşadığı evin həyətyanı sahəsinə yığılmış ot bağlamalarının arasında daşıyaraq saxlamış, 01 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməsində, üzərində gəzdirməsində və yaşadığı ünvanda saxlamasında, eləcə də satışında şübhəli bilinərək Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşadığı ünvana baxış keçirilərkən yaşadığı evin həyətyanı sahəsində yığılmış ot bağlamalarının arasından qəsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1025,0 qram heroin aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib saat 21:50-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində qəsdən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda vahid niyyətlə əldə edib daşıyaraq saxladığı 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,284 qram, 0,390 qram, 0,500 qram təmiz çəkisi 1,174 qram, ümumilikdə isə külli miqdarda, 1026,174 qram təmiz çəkiyə malik heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024cü il tarixli, 1(099)-12/2024 nömrəli hökmünün əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri subuta yetmədiyindən barəsində bəraət verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Müdafiəşi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsi zamanı təkrar məhkəmə tibbi ekspertiza təyin edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli ekspertiziyanın rəyin beşinci vərəqdə görünür ki, qeyd edilən xəsarətlər müayinə zamanı tam təsvir edilmədiyindən (xarakterli, forması rəngi və ölçüləri) onların yetirilmə mexanizmi və müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. İş materiallarında xx.xx.2022-ci il tarixdə saat 20:00-20:50-də baxış keçirilməsi haqqında və xx.xx.2022-ci il tarixdə saat 21:50-22:10-də şəxsi axtarış və götürmə barədə protokolları video çəkilişlə aparılmışdır. Həmin video şəkilişlərdə Təqsirləndirilən şəxs Sağ gözün üst qapağında çəhrayı qançır və sol gözün üst qapağında kiçik çəhrayı qançırlar tam aydın görünür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21.40-də şübhəli şəxs qismində tutulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21.40-də şübhəli şəxs qismində tutulsa da, xx.xx.2022-ci il tarixdə saat 20:00-20:50-də baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmadan hüqüqlarını məhdudlaşdırmaqla xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Ağcabədi Rayon Hindarx qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçrilmişdir. Bunda əlavə xx.xx.2022-ci il tarixdə saat 20:00-20:50-də baxış keçirilməsi haqqında protokol video şəkilişlə aparılmışdır. Həmin video çəkilişdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində yox, video çəkiliş saat 22.26-da çəkilmişdir. Protokollda olan saat video çəkilişdə olan saat arasında 2 saat fərq vardır. Bunda əlavə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə saat 21:50-22:10- də şəxsi axtarış və götürmə barədə protokoll yazılsa da, həmin video çəkilişdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində yox, video çəkiliş saat 23.23-da çəkilmişdir. Protokollda olan saat video çəkilişdə olan saat arasında 2 saat çox fərq vardır. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs polislər tərəfindən evindən şöbəyə aparılmış və döyülmüş yenidən Təqsirləndirilən şəxs evinə gətirilmişdir. Güya həyətə baxış keçirilmişdir. Məhkəmə tərəfindən araşdırılsada, işin sonunda düzgün hüquqi qiymət verilmədən ədalətsiz hökum çıxarılmışdır, əslində narkotik vasitə Təqsirləndirilən şəxs məxsus deyildir, bu hallar iş materiallarında tam aydındır. Lakin məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən verilmiş işgəncələri və döymələri xx.xx.2023-cü il tarixli ekspertiziyanın rəyin ilə subuta yetirilsədə nəzərə almamışdır. Bunda əlavə xx.xx.2022-ci il tarix baxış keçirilməsi haqqında protokollu və axtarış və götürmə barədə protokollu ilə video şəkilişlər arasında iki saat fərq olsada ona hüquqi qiymət verilməmişdir. Ağcabədi rayon prokurorluğunda araşdırma aparılsa da formal olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi ekspertiza 31 dekabr 2022-ci il də keçirilmişdir. Ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan tibb kitabçası təqdim edilməmişdir. Müdafiə tərəfin vəsatəti əsasında təkrar məhkəmə tibbi ekspertiza təyin edilmişdir xx.xx.2023-cü il tarixli ekspertiziyanın rəyin beşinci vərəqdə görünür ki, qeyd edilən xəsarətlər müayinə zamanı tam təsvir edilmədiyindən (xarakterli, forması rəngi və ölçüləri) onların yetirilmə mexanizmi və müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. İş materiallarında xx.xx.2022-ci il tarixdə saat 20:00-20:50-də baxış keçirilməsi haqqında və xx.xx.2022-ci il tarixdə saat 21:50-22:10-də şəxsi axtarış və götürmə barədə protokollar video çəkilişlə aparılmışdır. Həmin video şəkilişlərdə Təqsirləndirilən şəxs Sağ gözün üst qapağında çəhrayı qançır və sol gözün üst qapağında kiçik çəhrayı qançırlar tam aydın görünür. Məhkəmə baxışında video çəkilişlərə baxış keçirərkən Təqsirləndirilən şəxs üzərində olan xəsarətlər tam aşkar göründüyündə, məhkəmə tərəfindən döyülməsi hissəsində araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat göndərilmişdir. Lakin cinayət işində video sd disklərlər olsada, ekspertlər X2 və X3 həmin disklərə baxış keçirmədən, öz işinə səhlənkar yanaşaraq həqiqətə uyğun olmayan formal rəy verilmişdir. BU SƏBƏBDƏN RƏY verən ekspertlər X2 və X3 məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət verdim. Məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir, cinayət işə obyektik və ədalətli baxılmasından ötrü 01 noyabr 2022-ci il tarixdə Əsədov X10 Rayon Polis X8 yerinə daxil olan zaman üzərində hər hansı xəsarətin olmasını və Ağcabədi Rayon Polis X8 yerinin qeydiyyat kitabına baxış keçrilməsindən ötrü Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gətirilməsini təmin edilməsi barədə vəsatət verdim. Məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Məhkəmə prosessində Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə Ağcabədi Rayon Polis X8 yerində X7 həmin vaxtı tutulmuşdu. Polislər tərəfindən döyülməsini eşitmişdir. Məhkəmə tərəfindən X4 şahid qismində çağırılıb dindirilməsi təmin edilsədə, lakin X4 şahid qismində dindirilməsi icra olunmamışdır. Məhkəmə prosessində ittiham tərəfin şahidləri Şahid1 və Şahid2 iafadələrində Təqsirləndirilən şəxs kimə narkotik vasitənin satması barədə məlumatı olmadığını bildirdi. Digər suallara cavab verə bilmədiyindən yaddımdan çıxmışdır formasında cavab vermişdir. Lakin raportda isə Təqsirləndirilən şəxs narkotik maddəsinin satışı ilə məşğul olmasını göstərmişdir. Bu absutdur. Məhkəmə prosessində ittiham tərəfin şahidləri Şahid3 və Şahid5 iafadələrində Təqsirləndirilən şəxs polislər tərəfindən birinci dəfə Ağcabədi Rayon Polis Şöbəsinə apardılar sonra yəni bir-iki saatdan sonra yenidən yaşadığımız həyətə gətirdilər. Narkotik vasitə Təqsirləndirilən şəxs məxsus deyildir. Polislər tərəfindən Təqsirləndirilən şəxs döyüb boynuna qoyublar. Həmin günü məcbur olub polislərin qanunusuz hərəkətindən DİN-102 xidmətinə zəng vurmuşdur. Narkotik vasitə ona məxsus deyildir. Bu absutdur. Müdafiə etdiyi polislərin qanunsuz hərəkətlərinə dözə bilməyərək iki dəfə Bakı İstintaq Təcridxanasında özünə qəsd etmişdir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs izahatı, şübhəli şəxs qismində ifadəsi, təxs qismində ifadəsi və xx.xx.2022-ci il tarixdə saat 20:00-20:50-də baxış keçirilməsi haqqında və xx.xx.2022-ci il tarixdə saat 21:50-22:10-də şəxsi axtarış və götürmə barədə protokolları və video çəkilişləri tam əsassız və qanunsuz olduğu üçün, həmçinin şahidləri Şahid1 və Şahid2 iafadələri istintaq verilmiş ifadədən fərqli olduğundan subutları siyahısından çıxarılmasını xahiş etmişdir. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir (CPM-nin 351.3-cü maddəsi). Xüsusilə qeyd edilməlidir ki, yuxarıda göstərilən şərtlərdən hər hansı birinin pozulması ilə çıxarılmış hökm qanunsuz və əsassız hesab edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(099)-12/2024 saylı hökmünün ləğv edilməsini və əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, törətmədiyi cinayət əməlinə görə məhkum edilib, ona ağır cəza təyin etmişlər. Polis əməkdaşları ona fiziki və psixi təsir göstərmiş, onu əvvəlcədən evinə qoyduqları, ona məsub olmayan narkotik vasitə əsasında cinayət işinə başlamışlar. O, özünü narkotik maddənin istifadəçisi kimi təqsirli bilir. Ata və anasını qorxuzduqları üçün sözügedən ittihamı qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, şikayətlərin dəlillərinə uyğun çıxış etmiş və əlavə olaraq göstərmişdir ki, məhkum olunmuş şəxs özünü ona verilmiş ittiham üzrə təqsrili bilmir. Belə ki, cinayət işi materiallarında məhkum olunmuş şəxsin əməlini sübut edəcək mötəbər sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsinin hökmü işin faktiki hallarına uyğun deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə bəraət verilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Dövlət ittihamçısı3 bildirdi ki, hesab edir ki, məhkum olunmuş şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini, habelə narkotik vasitənin miqdarını kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlər Abasov Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid7 ifadələri, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, evində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli raport, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizə -baxış keçirilməsi və götürmə aparılması haqqında 01 noyabr 2022-ci il tarixli protokol və istintaq hərəkətinin videoçəkilişi, şəxsi axtarış keçirilməsi və götürmə haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” disk, Məhkəmə fizikikimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1188 nömrəli rəyi, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(017)-212/2022 saylı qərarı, Gəncə şəhər Səhiyyə İdarəsinin Psixonevroloji Dispanserin 04 noyabr 2023-cü il tarixli, 679 nömrəli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 yanvar 2022-ci il tarixli, 151 nömrəli rəyi, eləcə də iş materiallarında olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı və birinci instansiyası məhkəməsi tərəfindən toplanmış sübutlara düzgün istinad edilmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 noyabr 2023-cü il tarixdə axşam saat 8-9 aralığında həyət darvazasından çölə çıxarkən küçədə iki nəfər adam görmüş, lakin onları tanımamışdır. Həmin şəxslər üstünə gəldiyindən o, da geri qayıdıb həyətinə girmiş, həmin şəxslər də onun arxasınca gəlib həyətə gəlmişlər. Onu həyətlərində tutmuşlar. Həmin şəxslərin polis olduqlarını bilmədiyindən onlara müqavimət göstərmiş, həmin şəxslər polis olduqlarını dediklərindən o, daha müqavimət göstərməmiş, lakin kömək üçün evdəkiləri çağırmış, onun səsinə atası, anası, qardaşı, qardaşının yoldaşı gəlmişlər. Həmin şəxslər isə onu yerə yıxıb saxlamışlar. Ailə üzvləri gəldikdə orada olan Fuad adlı əməliyyatçı ailə üzvlərinin üstünə tapança çıxarmış, sonra isə vəsiqəsini göstərmişdir. Atası da onların polis olduqlarını bildirib onu aparmalarına icazə vermiş, buna görə də həmin şəxslər onu maşına mindirmişlər. Maşında isə 4 nəfər də olmuşdur. Onu döyə-döyə bölməyə gətirmişlər, orada da onu döyməyə davam etmişlər. Həmin vaxt üzərində qara rəngli bükümdə 1 qrama yaxın narkotik vasitə olmuşdur. Lakin polislər onu döyüb dedikləri qədər narkotiki boynuna qoymağı tələb etmişlər. Onu elə vəziyyətə salmışlar ki, hətta Gəncə istintaq təcridxanasına aparılarkən orada onu qəbul etməkdən imtina etmişlər, bədəni üzərində çoxlu xəsarətlər olmuşdur. Həmçinin ona bildirilmişdir ki, onun həyətinə gedəcəklər və dediyi yerə qoyulacaq 1 kq narkotik vasitəni boynuna götürməlidir. O, da döyüldüyü üçün polis əməkdaşları ilə razılaşmışdır. Ondan narkotik vasitəni hara qoyacaqları yeri soruşmuşlar, o isə qonşunun həyətində olan ot tayasının altına qoymağı təklif etmişdir. Həmin ot tayası onun həyəti deyil, qonşunun həyəti olmuş, lakin həyətlər arasında hasar olmamışdır. Polislər isə həmin həyətin ona aid olduğunu fikirləşmişlər. Bundan sonra onu evinə gətirmişlər, sonra əməliyyatçılardan biri həmin həyətə keçib dediyi yerə narkotik vasitəni qoymuşdur. Həmin vaxt həyətdə 50-60 nəfər polis əməkdaşı olmuş, başqa heç kim olmamışdır. Bundan sonra onu həyətə gətirib narkotik vasitəni qoyduqları yerdən götürməsini tələb etmişlər, o, həmin yeri bilmədiyindən polislər qoyduqları yerdən narkotiki götürmüşlər. Onun həmin narkotik vasitədə əl izi belə olmamışdır. Həmin vaxt onun yaşadığı otağa da baxış keçirilmiş, orada balaca bir stolun üstündə üzərində olan heroindən və karton qutuda “nəşə” də olmuş, lakin polislər həmin kütlələri götürməmişlər. Sonra onu polis şöbəsinə gətirmişlər, üstündə olan narkotiki götürüb kənara qoymuşlar və ot tayasının altından götürdükləri heroindən üç büküm götürüb onun üzərinə qoymuşlar ki, həmin kütlələr eyni tərkibli olsun. Onun özündə olan narkotik vasitə isə qara rəngli olmuşdur. Polislərin dediyi sözləri demiş və çəkiliş aparmışdır. Guya o, narkotik vasitəni iranlı şəxsdən almış və terminaldan həmin şəxsə 4 min manat pul göndərmişdir, lakin həmin terminallar yoxlanılsa müəyyən edilər ki, o, heç kimə pul göndərməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Onun telefonu polislərdə olmuş, telefonun da iranlı şəxslə danışıqlarının olması müəyyən olunmamışdır. O, müəllim ailəsində yaşamış, valideynlərinin ona verdiyi 20-25 manat pulla narkotik alıb istifadə etmişdir. Valideyinlərinin ona pul verməkdə məqsədinin isə onun pis adamlara qoşulmamasını istəmələri olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, təxminən 10 il olar ki, narkotik vasitələrdən – heroin və marixuanadan istifadə etmişdir. Ailə tərkibi atası və anasından ibarətdir, qardaşları isə evli olduqlarından onlardan ayrı yaşayır. Polis əməkdaşları ilə heç bir ziddiyyəti və ədavəti olmamışdır. O, narkotik istifadəçisi olduğundan polislər onu saxlamışlar. İbtidai istintaq zamanı polis əməkdaşlarının dedikləri formada ifadə və izahat vermiş, narkotik vasitənin ona aid olmasını təzyiq altında olduğu üçün bildirmişdir. Əvvəllər iki dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Buna görə də verdiyi fiadələrin hansı məsuliyyətə səbəb olacağını bilsə də polislərin təzyiqi ilə həmin ifadələri vermişdir. Təzyiqlərə məruz qalması ilə bağlı bir neçə dövlət orqanına müraciət etmiş, ekspertizadan keçirilmiş və rəy verilmişdir. Onu şöbəyə apardıqda ona 10-15 nəfər polis əməkdaşı təzyiq göstəmiş, o, həmin şəxslərdən ikisini Fuad və Elşadı tanımışdır. Lakin Siyavuş adlı şəxs onu saxlayan şəxslər arasında olmamışdır. Onun üzünə, kürəyinə, ayaqlarına, qollarına xəsarət yetirmişlər. Həmin vaxt üzərində mobil telefon olmuş, polislər onu tutanda telefon cibindən yerə düşmüşdür. 050- ***-**-** saylı nömrə onun istifadəsində olmuşdur. Onu polis əməkdaşları həyətlərində sürdüklərindən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək şikayət etmişlər. Narkotikin aşkar olunduğu ot tayasının yerləşdiyi torpaq sahəsi Saday Əsədova məxsusdur, ot tayası da Sadaya məxsus olmuşdur. Onun cibində bir qramdan biraz az olan heroin olmuşdur. İstifadə etmək üçün narkotik vasitəni pulunu verməklə həmkəndlisi Natiq adlı şəxsdən almış, pulu nağd qaydada ödəmişdir. 4 min manat pul ödəməyi polislər ona dediklərindən o formada izahat vermişdir. Fiziki zorakılığa məruz qalması barədə Ağcabədi rayon prokurorluğunda araşdırma aparılmış, cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərardan məlumatı olmamış, qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Narkotik aldığı Natiq adlı şəxsin anket məlumatlarını bilmir. Həmin şəxsin cəzaçəkmə müəssisəsində olduğunu bilir, lakin onun vəfat etməsindən məlumatı yoxdur. Polislər onu həyətindən 40 dəqiqə sürüdükdən sonra onu polis şöbəsinə aparmışlar. Bunu onun ailə üzvləri də görmüş, lakin etiraz etməmişlər. Həmçinin onu ikinci dəfə evə gətirəndə hamını həyətdən çıxardıqlarından ot tayasının altına narkotik vasitənin qoyulmasını heç kim görməmişdir. Hadisə vaxtı onun arxasınca evə gələn şəxslərin üstünə bıçaq çıxarmış, həmin şəxslər polis olduqlarını bildirdikdə o, bıçağı kənara atıb qaçmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlayıb yerdə sürümüşlər. O, qaçmaq istəmiş, onu saxlamışlar. Onun üstündə narkotik vasitə heroin 1 qrama qədər olmuş, lakin videoçəkiliş zamanı üzərindən çıxan narkotik vasitə və həyətindən çıxan narkotik ona aid olmamışdır. Üzərində bıçaq gəzdirməsinin səbəbi o, olmuşdur ki, narkotik istifadəsi zamanı həmin bıçaqdan istifadə etmişdir. Ona təzyiq göstərilməsini həmin vaxt MSY-də saxlanılan X14 bilmişdir, belə ki, həmin qız onun səslərini eşitdiyini bildirmişdir. Həmin qızı da narkotik vasitələrdən istifadə etdiyi üçün saxlamışlar. MSY-də olarkən onu müalicə etməsi üçün hər hansı həkim çağırmamışlar. Apellyasiya instansiya məhkəməsi baxışı zamanı Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, 01 noyabr 2022-ci il tarixdə evində və hgəyətyanı sahəsinə axtarış keçirilərkən, eləcə də üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 02 və 03 noyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitə olan heroindən istifadə edir. Təxminən 2-3 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından narkotik vasitə olan heroin əldə etmişdir. Belə ki, “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə adını bilmədiyi İran Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ondan 1 kq narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş, həmin adını xatırlamadığım şəxs 1 kq narkotik vasitə olan heroin üçün ondan 8000 manat məbləğində pul istəmişdir. O, həmin şəxsin təqdim etdiyi hal-hazırda nömrələrini xatırlamadığı bank hesabına 4000 manat məbləğində pulu Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən terminaldan göndərmiş, qalan 4000 manat pulu isə narkotik vasitəni əldə etdikdən sonra göndərəcəkmiş. O, pulu göndərdikdən sonra həmin İran İslam Respublikasının vətəndaşı “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə “məkan” göndərmiş, narkotik vasitənin olduğu yeri göstərmişdir. O, həmin şəxsin göndərdiyi ünvana uyğun olaraq Ağcabədi rayonu Hindarx qəsəbəsində olan parka getmiş, parkda ağacların arasında qara rəngli sellofan torbada gizlətdiyi heroini götürüb özü ilə birlikdə yaşadığı ünvana aparmışdır. Həmin narkotik vasitə olan heroinin üzərindən biraz götürüb 3 ədəd siqaretin kağız bükümünə qablaşdırıb istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra parkdan gətirdiyi narkotik vasitə olan heroini yaşadığı evin həyətində yığılmış ot bağlamalarının arasında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları evə gələrək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər və onun da razılığı ilə evinə baxış keçirilərkən gizlətdiyi narkotik vasitə aşkar edilərək götürülmüdür. Daha sonra polis şöbəsinə aparılmış, üzərinjə şəxsi axtarış keçirilən zamanı da 03 ədəd bükümdə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına nakrotik vasitəni hardan, necə əldə etməsini bildirmiş, eləcə də adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşı ilə təxminən 1-2 ay bundan əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, həmin şəxsdən ilk dəfə narkotik vasitə aldığını, istifadə etdiyi mobil telefonun yaşadığı evdə olduğunu, ailə üzvlərinin təqdim etməsinə heç bir etirazı olmadığını, adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşının həmin yazışmaları sildiyini, əvvəllər narkotik vasitəni tanımadığı şəxslərdən aldığını, həmin şəxslərlə əlaqəsi olmadığını, yaşadığı ünvanın həyətyanı sahəsinə və evinə baxış keçirilən zaman evdə tək olduğunu, ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(017)-125/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən sonuncu məhkəmə iclasında bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün saxlamışdır, törətdiyi əmələ görə peşmandır. Birinci instansiya məhkəmə istintaqında şahid qismində dəvət edilmiş Ağcabədi rayon PŞ CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi, evində saxlaması və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə etmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs saxlanılmış, özünün iştirakı ilə həyətlərinə baxış keçirilmiş, ot tayasının altında bir bağlama aşkar edilmiş, həmin bağlamada heroin olması müəyyən edilmişdir. Tərəzi də çəkildikdə heroin çəkisi təxminən 1040 qram olmuşdur. Bundan sonra sənədləşmə aparılmış, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilərkən 3 bükümdə qızılı rəngli kağıza bükülmüş heroinə bənzər kütlə şalvarının sol yan cibindən çıxmışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik satması barədə də əməliyyat məlumatı daxil olmuşdur. Xəzərin evinə də baxış keçirilmiş, heç nə aşkar edilməmişdir. Ot tayası evdən təxminən 10 metr aralıda olmuş, evlərinin digər kənarı babasının həyəti olmuşdur. Narkotik vasitənin ot tayasının altında olmasını Xəzər özü bildirmiş və polislər həmin yerə aparmışdır. Xəzəri saxlayarkən o, ilk dəfə səs-küy etsə də sonradan sakitləşmişdir. Onun saxlanması üçün fiziki gücdən istifadə olunmamış, ona qarşı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs evə axtarış və şəxsi axtarış zamanı aparılan videoçəkilişlərdə əməlini təsdiq etmiş, narkotik vasitəni iranlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün 4 nəfər gəlmişlər. Onlardan biri ekspert kriminalist, digəri təhqiqatçı, digəri isə Fuad adlı polis nəfəri olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis şöbəsinə aparılıb döyüldüyünü və sonradan geri qaytarıldığını bildirməsi tam yalandır. Xəzərin telefonunda səhv etmirsə iranlı şəxslə danışıqları olmuş, Xəzər özü də iranlı şəxslə danışdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs konkret olaraq kimə narkotik satmasını bilməmişdir. Lakin bilmişdir ki, Xəzərin həyət qapılarının qarşısında qaz sayğacının üstündə soğan olması narkotik vasitənin olması, soğanın olmaması isə narkotik vasitənin olmamasına işarə olmuşdur. Xəzər saxlanıldıqdan sonra Hindarx qəsəbə sakinlərinin canı qutarmış, həmin qəsəbə sakitləşmişdir. Təqsirləndirilən şəxs hər hansı fiziki zor tətbiq edilməmişdir. Xəzər üzərinə polis əməkdaşları tərəfindən narkotik vasityə qoyulmasını bildirsə də belə hal olmamışdır. Onunla Xəzər arasında əvvəllər hər hansı ziddiyyət olmamışdır. Sonuncunun evinə 4 nəfər polis əməkdaşı ilə birlikdə getmişlər. Xəzərin həyətinə baxış keçirilmiş, narkotik aşkarlandıqdan sonra onu şöbəyə aparmışlar. Aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən edə bilməmişlər. Xəzər narkotiki iranlı şəxsdən aldığını bildirmişdir. Bunu təsdiq edəcək hər hansı bir sənəd təqdim edə bilməz. Xəzərin bədəni üzərində təcridxanaya daxil olarkən xəsarətlər aşkar edilməsindən məlumatı yoxdur, ona xəsarət yetirməmişdir. Xəzərin üzərindən 3 büküm heroin çıxmış, üzərindən səhv etmirsə telefon da çıxmışdır. Xəzərin atasının həmin gün “102” xidmətinə zəng etməsindən məlumatı olmamışdır. Lakin Xəzərin atası dəfələrlə polisə müraciət edib oğlu Xəzərin narkotik istifadə etməsini, satmasını bildirmiş, atası bu halı etiraf etmişdir. Hətta atası Xəzərin bütün ailəni, kəndi bezdirdiyini bildirmişdir. Xəzər saxlanılan zaman onun iştirak etmədiyini bildirsə də bu yalandır. Xəzərin saxlanılmasında şəxsən iştirak etmiş, əməliyyat məlumatı da həmin gün daxil olmuşdur. Xəzəri saxlayarkən atası və anası da çöldə olmuşdur. Xəzərin narkotik vasitəni Natiq adlı şəxsdən almasını bildirməsi yalandır, çünki həmin şəxs vəfat etdiyindən onun adını çəkir. Uzun müddətdir ki, Xəzərin yaşadığı qəsəbə üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Xəzər iki dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Xəzərin evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, sonra şöbəyə aparılıb üzərinə baxış keçirilmişdir. Müvafiq şərait və vəkil olmadığından Xəzərin üzərinə həyətdə baxış keçirilməmişdir. Xəzəri saxlayarkən o, qaçmağa çalışmış, hətta onların üstünə bıçaq da çıxarmışdır. Lakin polis olduqlarını dedklərindən Xəzər bıçağı kənara atıb qaçmaq istəmiş, lakin onu saxlamışlar. Həmin vaxt Xəzər saxlanıldıqdan sonra polisə aparılmamış, birinci evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, sonra Xəzər polis şöbəsinə aparılmışdır. Xəzər bıçağı yerə atdıqdan sonra həmin bıçağı götürmək yadından çıxmışdır. Həyətə və evə baxış keçirilərkən Təqsirləndirilən şəxs ailə üzvlərini kənara çıxartmamışlar. Ot tayasından narkotik vasitəni kimin götürməsi yadında deyil. Təqsirləndirilən şəxs tutulan vaxt Ağcabədi RPŞ-nin MSY-də İlahəm Ağayeva adlı şəxsin saxlanılıb-saxlanılmamasını bilmir. Xəzəri saxlayarkən birbaşa evinə baxış keçirmiş, vəkil olmadığına görə polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilmişdir. Həyətində narkotik vasitəni olmasını Xəzər özü bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üz nahiyyəsində xəsarət olması ilə bağlı onu deyə bilər ki, yəqin həmin xəsarət izi Xəzər saxlanılmazdan əvvəl yaranmışdır. Onun xəsarətləri yəqin ki, MSY-də də qeydə alınmışdır. Birinci instansiya məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1la eyni məzmunda ifadə vermiş və bildirmişdir ki, 1 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Hindarx qəsəbəsində olmuşlar. Qapını döyüb Xəzəri çağırmışlar. Ot tayasının altında olan narkotik vasitəni Xəzər özü təqdim etmişdir. Həyətə girəndə sağ tərəfdə ev, sol tərəfdə balıq saxlamaq üçün göllər, həmin göllərdə 50-70 metr irəlidə ot tayası olmuşdur. Narkotik vasitənin ot bağlamasının orta hissəsindən biraz aşağıda aşkar etmişlər. Narkotik vasitə aşkar edilərkən videoçəkiliş aparılmış, Xəzər narkotik vasitənin özünə aid olduğunu, iranlı şəxsdən aldığını bildirmişdir. Xəzərdən başqa evdə atası, anası da olmuş, qardaşı sonradan gəlmişdir. Xəzərin yaşadığ evə də baxış keçirmişlər və videoçəkilişdən istifadə edilmişdir. Həmin ev 1 mərtəbəli, kürsülü ev olmuşdur. Evə baxış keçiirlərkən də Xəzər iştirak etmişdir. Həmin evdə hər hansı narkotik vasitə aşkar edilməmişdir. Əməliyyat məlumatı ona daxil olmamışdır. Xəzər özü onları ot tayasının yanına aparmışdır. Narkotiki ot tayasının arasından kimin çıxarmasını xatırlamır. Ot tayasından aşkar olunmuş predmet qara rəngli sellofana bükülmüş, aşkar edilərkən də açılıb içinə baxılmışdır. Xəzəri saxladıqdan sonra şöbəyə aparmamışlar, onu yenidən həyətə gətirib baxış keçirməmişlər. Xəzərin belə deməsi tamamilə yalandır. Xəzərin konkret olaraq kiməsə narkotik satması barədə məlumatı olmamışdır. Xəzər polis əməkdaşları tərəfindən döyülməmişdir. Təqsirləndirilən şəxs saxlanlmasında iştirak etmişdir. Xəzər onun saxlayan şəxslərin başqa şəxs olmasını bildirməsi yalandır. Birinci instansiya məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun oğlu Təqsirləndirilən şəxs çox pis, qarşısı alınmayan formada narkomandır. Lakin onda 1 kq narkotik vasitə aşkar olunması ilə ittiham edilməsi tamamilə yalandır. O, hər dəfə oğluna 25-30 manat pul vermişdir. Xəzərin çox pulu olmamışdır ki, 1 kq heroin əldə etsin. 01 noyabr 2022-ci il tarixdə axşam saatlarında evdə uzanarkən Xəzərin üç dəfə “ata” deyə qışqırmasını eşitmişdir. Əvvəlcə Xəzərin hansısa narkomanla dava etdiyini fikirləşmiş, səs-küyə arvadı, anası, oğlu həyətə düşmüş, onların arxasınca o, da evdən çıxmışdır. Həyətə düşəndə iki nəfərin Xəzəri yerdə sürüdüyünü görmüş, ona yaxın getdikdə həmin şəxslərin silahlı olması ona deyilmiş, o, isə “narkoman nə vaxtdan silah götrür” deyib həmin şəxslərə yaxınlaşıb niyə belə etdiklərini soruşmuşdur. Həmin şəxslər polis əməkdaşları olduqlarını deyib ondan kənara çəkilməsini tələb etmişlər. O, isə “polissənsə qadalı vur qoluna apar” demişdir. Bundan sonra yenə də Xəzəri sürüməyə başlamış, telefonda kiməsə zəng edib çağırmışdır. Polislər hərəkətlərini davam etdirdiyindən “102” xidmətinə zəng edib şikayət də etmişdir. Az sonra əlavə kömək də gəlmiş Xəzəri həyətdən çıxarıb aparmışlar. Həmin vaxt onun və digərlərinin də telefonlarını alıb aparmışlar. Həmçinin onları da həyətdən çıxarıb heç kimi həyətə buraxmamışlar. Aradan bir ya iki saat keçdikdən sonra polis əməkdaşları Xəzəri evinə gətirmişlər, sonra isə həyətdən narkotik çıxdığını deyib Xəzəri yenidən aparmışlar. Həmin vaxt polis əməkdaşları evində də oturmuş, evdə də axtarış aparmışlar. Hamı dağılandan sonra, yəni polislər evi tərk etdikdən sonra yoldaşı ona bildirmişdir ki, Xəzərin otağındakı stolun üstündə narkotik olduğunu demişlər. O, da həmin narkotiki sanitar qovşağa atmalarına dair göstəriş vemrişdir. Şahid3 əlavə olaraq bildirmişdir ki, Xəzər işləməmiş, qohum qonşulardan pul almış, həmçinin Xəzərə özü də narkotik almaq üçün pul vermişdir. Xəzərə pulu o məqsədlə vermişdir ki, Xəzər evdə dava salmasın, evi dağıtmasın. Xəzərə hər gün 20-50 manat arası pul vermiş, bundan başqa əlacı da olmamışdır. Xəzər evdən yarım saatlığına çıxmış, sonra evə qayıdıb bəlkə də 1-2 sutka otağından çıxmamışdır.Xəzərin narkomanlığını bildikdən sonra dəfələrlə müxtəlif qurumlara müraciət etmiş, ona kömək edilməsini xahiş etmişdir. Ondan Xəzərin kimdən narkotik vasitə alması soruşulmuş, lakin o, həmin şəxsləri tanımadığını bildirmişdir. Lakin bir dəfə Xəzərin narkotik almasını Namik adlı şəxdən almasını eşitmiş, buna görə də həmin dövrdə Ağcabədi RPŞ-də işləyən rəisin yanına gedib şikayət etmiş, rəis də ona kömək ediləcəyini bildirmişdir. Lakin Namik bu barədə eşidib Hindarx qəsəbəsindən qaçmışdır. Onun həyətində yox, atasına aid həyətdə ot tayası olmuş, həmin tayadan gündəlik istifadə etmiş, lakin orada heç vaxt narkotik görməmişdir. Polis əməkdaşları həmin gün onun evinə gəlib Xəzəri aparmış, yarısı isə həyətdə qalmışlar. Onu və ailə üzvlərini həmin həyətdən çıxarmışlar, o, atasıgilin evində olmuşdur. Həyətinə baxış keçirilərkən onun işitirakı olmamışdır. Ot tayası ilə onun evi arasında 70-100 metr məsafə olmuş, orada 50-60 ot bağlaması olmuşdur. Polislər Xəzəri aparmaq istəsələr də Xəzər getmək istəməmiş, buna görə də onu yerdə sürümüşlər. Ot tayası olan həyət atasına aid olsa da onun istifadəsindədir, həmin yerə maneəsiz keçmək imkanı olmuş və keçmişdir də. Xəzəri polis şöbəsinə aparıb geri gətirəndə Xəzəri görməmişdir. Həmin vaxt Eşqin orada olmamışdır. Bəlkə də ikinci dəfə gələn ola bilərdi. Polislər Xəzəri yerdə sürüyəndə “Xəzər bir neçə şəxsə sarı torpaq satıb” deyə bildirmişlər. Mehman adlı oğlu müharibə iştirakçısıdır. Birinci instansiya məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xəzər onun qardaşıdır. Həmin hadisə vaxtı hərbi sistemdə işləmişdir. İşdən evə gəldikdə həyətində 15-20 nəfər polis əməkdaşlarının olmasını görmüşdür. X20 markalı maşına mindirib aparmışlar, lakin bir neçə polis də həyətlərində qalmışdır. Təxminən 40-50 dəqiqə sonra yenidən Xəzəri evə gətirmişlər. Həmin vaxt bütün ailə üzvlərini evdən və həyətdən çıxarmış, Xəzəri qapının qarşısında danışdırıb sonra içəri salmışlar. Az sonra həyətdən çıxmışlar və ot tayasının altından narkotik vasitə çıxmasını bildirmişlər. Şahid5 həmçinin bildirmişdir ki, həmin gün o, evinə çatarkən Xəzəri polis əməkdaşlarının maşınına mindirdiyini görmüşdür. Həmin vaxt həyətdə ailə üzvlərini də görmüşdür. Xəzərin polisə hansı səbəbdən aparılmasını bilməmiş, atasından soruşduqda narkotiklə bağlı polisə aparıldığını bildirmişdir. Xəzərin narkotik istifadəçisi olmasını bilmişdir. Həyətə baxış zamanı onu və ailə üzvlərini həyət qapısından çölə-küçəyə çıxarmışlar. 15-20 dəqiqə sonra polislər həyətdən çıxmışlar. Həmin vaxt ərzində həyətdən hər hansı səs gəlməsini eşitməmişdir. Xəzərin qışqırıq səsi gəlməmişdir. Xəzərin polislər tərəfindən döyülməsini görməmiş, atasından eşitmişdir. Bu səbəbdən atası DİN-nin “102” xidmətinə zəng etmişdir. Xəzəri polis əməkdaşları yenidən evə gətirəndə sonucu pis vəziyyətdə olmuş, hətta danışa bilməmişdir. Xəzəri apardıqdan sonra polis əməkdaşları onların həyətində müxtəlif yerlərə girib çıxmışlar. Ot tayası evdən 50-60 metr aralıda olmuşdur. Xəzər narkotik vasitənin ona aid olmadığını, polis əməkdaşları tərəfindən həmin yerə qoyulduğunu bildirmişdir. Xəzər polis əməkdaşları tərəfindən döyüldüyü üçün etirafedici ifadə verdiyini bildirmişdir. Həmin vaxt digər qardaşı evdə olmuş, hadisəni görmüşdür. Həmin ot tayasından onun ailəsi və babası da istifadə etmişdir. Xəzər uzun müddət idi ki, narkotikdən istifadə etmişdir. Narkotik almaq üçün pulu Xəzərə ailə üzvləri vermişdir. Birinci instansiya məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun polis əməkdaşları tərəfindən evdən tutulub aparılmasını görməmişdir. Lakin ailə üzvləri Xəzərin polis əməkdaşları tərəfindən aparılmasını bildirmişlər. Həyətindən çıxan narkotik vasitənin Xəzər ona məxsus olmadığını demişdir. Həmçinin Xəzər polis əməkdaşları tərəfindən döyüldüyünü, buna görə də narkotikin ona aid olması barədə ifadə verməsini demişdir. Xəzəri narkotik istifadə etməsini bilmişdir. Onu bu yoldan çəkindirmək istəsələr də Xəzər onlara qulaq asmamışdır. Xəzər atasından pul alıb narkotik almış, lakin narkotiki kimdən almasını bilməmişdir. Xəzər istifadəsi üçün aldığı narkotik vasitələri hara qoymasını bilməmiş, Xəzərin istifadə etdiyi narkotik vasitəni görməmiş, evdə də harasa qoymasını bilməmişdir. Onların həyət qapısından çöldə 9-10 ədəd maşında polis əməkdaşları olmuş, onların bəziləri polis formasında olmuşlar. Həmin vaxt nənəsigilin həyətindən öz həyətlərinə baxmışdır. O, atasıgilin həyətinə gəldikdən təxminən yarım saat sonra Xəzəri gətirmişlər. Həmin vaxt həyətlərində polis əməkdaşları da olmuşlar. Xəzəri təxminən 50-60 metr məsafədə görmüş, Xəzərin halı özündə olmamışdır. Gecə olduğundan Xəzərin döyülüb-döyülməməsini, bədəni üzərində hər hansı xəsarətin olmasını görməmişdir. Xəzərin və polis əməkdaşlarının ot tayasına yaxınlaşması yadında qalmamışdır. Polis əməkdaşlarının ot tayasına nə isə qoymasını görməmişdir. Birinci instansiya məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Ağcabədi RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin şəxsə elan edilmiş ittihamla bağlı heç bir məlumatı yoxdur, həmin prosesdə iştirak etməmişdir. Şahid7 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı həyətdə olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrəsi vardır və həmin nömrəni çoxdan istifadə edir. Hindarx qəsəbəsində onun qaynatası yaşamış, müxtəlif vaxtlarda ora gedib gəlmişdir, lakin Xəzər tutulan vaxt həmin prosesdə iştirak etməmişdir. Sonuncunun tutulma vaxtını da bilmir, lakin 01 noyabr 2022-ci il tarixdə ola bilər ki, orada ola bilər. Çünki qohumları orada yaşadığından həmin qəsəbəyə gedib gəlmişdir. Fuad adlı polis əməkdaşını tanıyır. Həmin şəxslə birlikdə Xəzəri saxlamamışdır. Birinci instansiya məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Saatlı RPŞ CAB-ın rəisi Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağcabədi RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, tutulandan sonra tanımışdır. xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilmiş baxış istintaq hərəkətlərində iştirak etməmişdir. Şahid8 əlavə olaraq bildirmişdir ki, Xəzərin barəsində keçirilmiş əməliyyat tədbirində onun da iştirak etməsinə dair Təqsirləndirilən şəxs göstərdikləri yalandır, əgər Xəzəri tutsaydı müvafiq sənədləşdirməni də aparardı. Xəzərin evində, həyətində olmamış, sonuncu tutulduqdan sonra həmin kənddən başqa əməkdaşlarla keçib getmişdir. Xəzər barədə əməliyyat tədbirinin olması barədə onun məlumatı olmuş, lakin həmin tədbirdə iştirak etməmişdir. Xəzərin onun adını çəkməsinin səbəbi odur ki, o, Ağcabədi RPŞ-də işlədiyi dövrdə narkotiklərlə mübarizə aparmış, onu bütün narkomanlar tanımış, həmişə onun tərəfindən tutulacaqları ilə narahat olmuşlar. Xəzər narkotik satan olmuş, buna görə də həmişə onun tərəfindən tutulacağını gözləmişdir. İş materiallarında olan: Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, evində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, baxış və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(017)-212/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi RPŞ CAB-ın əməliyyat müvəkkili Siyavuş Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış keçirilməsi və götürmə haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən siqaretin iç qızılı rəngli bükümünə bükülmüş 03 ədəd büküm təqdim etmiş, həmin bükümlərdə heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, hər hansı etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış keçirilməsi və götürmə aparılması haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində ot bağlamalarının arasından qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər 1040 qram çəkidə kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, aşkar edilmiş kütlə ilə bağlı etirafedici ifadə vermiş və həmin kütlənin ona məxsu olmasını bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1188 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,284 qram, 0, 390 qram, 0,500 qram, ümumi çəkisi 1,174 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs həyətindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi – 1025,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş heroin görə eyni tərkiblidir. Heroinin ümumi çəkisi- 1026,174 qram, cəmi tədqiqata sərf edildi – 0,40 qram (hər ob-0,1qr), qalıq 1025,774 qram. Gəncə şəhər Səhiyyə İdarəsinin Psixonevroloji Dispanserin 04 noyabr 2023cü il tarixli, 679 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 yanvar 2022-ci il tarixli, 151 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təkrar məhkəmə-tibbi ekspertizasının 16 avqust 2023-cü il tarixli, TT 543/2023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs İstintaq təcridxanasında müayinə olunarkən onda sağ və sol gözün üst qapağında kiçik çəhrayı qançır izləri, bel nahiyəsində solda əzilmiş qərtmək bağlamış yara, sağ sarğıda yanıq toxuma, sol və sağ dizində, hər iki baldırın ön səthində qərtmək bağlamış yaralar, hər iki biləkdə qandal izlərinin olması qeyd edilmişdir. Qeyd edilən xəsarətlər müayinə zamanı tam təsvir edilmədiyindən (xarakteri, forması, rəngi və ölçüləri) onların yetirilmə mexanizmi və müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyil, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyaları onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 16 avqust 2023-cü il tarixli, TT 543/2023 nömrəli rəyində göstərilənləri nəzərə almaqla Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncular tərəfindən ona fiziki zor tətbiq edilib-edilməməsinə dair müraciətinin yenidən araşdırılması məsələsinə baxılması üçün xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon prokurorluğuna göndərilmiş və həmin məktuba cavab olaraq Ağcabədi rayon prokuroluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünr ki, məhkəmənin qeyd edilən məktubu əsasında 285c-22 saylı material Ağcabdəi rayon prokuroriu tərəfindən nəzarət qaydasında öyrənilən zaman müəyyən edilmişdir ki, araşdırma zamanı polis əməkdaşlarının qanun pozuntusuna yol verib-verməməsinin müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən xidməti yoxlama aparılması üçün Respublika Baş Prokurorluğuna müraciət edilmiş, həmin müraciət əsasında DİN-nin müvafiq təhqiqat qurumu tərəfindən aparılmış araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı məktubda göstərilmiş məhkəmə tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlərlə eynilik təşkil etmiş, buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edildiyindən material üzrə əlavə araşdırılması məqsədəmüvafiq hesab edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 16 avqust 2023-cü il tarixli, TT 543/2023 nömrəli rəyində göstərilən xəsarətlərlə bağlı (sağ və sol gözün üst qapağında kiçik çəhrayı qançır izlərinin) yenidən araşdırma aparılması məsələsinə baxılması üçün xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon prokurorluğuna göndərilmiş və həmin məktuba cavab olaraq “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs PX-nin 02 saylı istintaq təcridxanasında müayinədən keçərkən bədəni üzərində xəsarətlər aşkar edilməsi faktı üzrə Ağcabədi rayon Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə ləğv edilmiş, həmin fakt üzrə yenidən aparılmış ilkin yoxlama zamanı cinayət işinin başlanması üçün əsasın mövcud olmadığından və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibini istisna edən halların mövcudluğu nəzərə alınaraq cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs PX-nin 02 saylı istintaq təcridxanasında müayinədən keçərkən bədəni üzərində xəsarətlər aşkar edilməsi faktı üzrə Ağcabədi rayon Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 925 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər sağ sağrıda olan köhnə yanıq sahəsi hər hansı isti cismin yerli təsirindən törənmişdir. Sol biləkdə və hər iki baldırda olan köhnə çapıq toxumalar isə küt əşyanın təsirindən törənmişdir. Xəzarətlərin yetirilmə müddəti və vaxı ilə bağlı qeyd edilmişdir ki, toxumalarda tam sağalma getdiyindən yetirilmə müddətlərini dəqiq müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 9095/2022/1605 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə 02 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı sağ gözün üst qapağında çəhrayı qançır izi, sol gözün üst qapağında kiçik çəhrayı qançır izləri, belin sol nahiyyəsində təxmini 7-8 sm ölçüdə əzilmiş qərtmək bağlamış yara, sağ sarğıda təxmin 4-5 sm yanıq toxuma, sol və sağ dizində qərtmək bağlamış yaralar, hər iki baldırın ön səthində əzilmiş, qərtmək bağlamış yaralar, hər iki biləkdə qandal izləri aşkar olunmuşdur. Deməsinə görə xx.xx.2022-ci il tarixdə həbs olunan vaxt xəsarət almışdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə polis əməkdaşları tərəfindən saxlanılarkən onlara müqavimət göstərdiyini, həmin hətta bıçaq çıxardığını, onu saxlamaq istəyən şəxslərin polis əməkdaşları olduğunu bildikdə bıçağı yerə atıb qaçmaq istədiyini, lakin polis əməkdaşlarının onu saxlayıb sürüyərək avtomobilə mindirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onlara tabe olmaması, buna görə də polis əməkdaşlarının ona qarşı fiziki zor tətbiq edərək sonuncunu saxlamağa çalışmasını Təqsirləndirilən şəxs atası Şahid3 və qardaşı Mehman Əsədov da məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təsdiq etmişlər. Həmçinin Ağcabədi rayon Prokurorluğunda ilkin yoxlama aparılarkən izahat vermiş Təqsirləndirilən şəxs saxlanılması zamanı iştirak etmiş polis əməkdaşları Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətləri saxlanılarkən almasının mümkün olmasını bildirmişlər. Bütün bunlara kompleks şəkildə yanaşan məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri olsa da sonuncu həmin xəsarətləri saxlanılarkən polis əməkdaşlarına tabe olmaması, nəticədə sonuncuya fiziki güc tətbiq edilməsi nəticəsində almışdır. Cinayət işi üzrə etirafedici ifadə vermək üçün Təqsirləndirilən şəxs fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əgər Təqsirləndirilən şəxs saxlanılan vaxt etirafedici ifadə verməsi üçün zor tətbiq edilmişdirsə həmin vaxtda sonrakı dövrlərdə Təqsirləndirilən şəxs müvafiq ekspertiza rəyləri ilə, cinayət işi materialları ilə müdafiəçisi ilə birlikdə tanış olarkən bu barədə fikir bildirməli, həmin protokollara qeydlər etməli idi. Lakin cinayət işi materiallarında belə bir hal aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs və onun müdafiəçisinin apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olması, yaşadığı evdə aşkar olunmuş narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və ümumiyyətlə heç bir cinayət əməli törətməməsi və bu səbəbdən də ona bəraət verilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Əsədov X10 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddələri sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədən zaman onun məhkumluğu Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə onun yaxın qohumu olan qardaşının vətən müharibəsi iştirakçısı olmasını və medalla təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 65.2-cı maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki cinayətlərə görə məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs yenidən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(099)- 12/2024-ci il tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar