Məhkəmə qərarları › İş №1(106)-748/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-748/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-748/2023 03.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29.120.2.4, 29.120.2.7 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2015-ci il tarixli hökmündən apelyasiya şikayəti verilməsi müddətinin bərpa olunmamasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2015ci il tarixli hökmü (hakim X2) ilə, 14 sentyabr 1994-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29.120.2.4, 29.120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum edilmiş şəxs Məmmədov X6 Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 338/2015 saylı, 11 sentyabr 2015-ci il tarixli hökmündən 12 avqust 2023-cü il tarixdə vəsatət verərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Məhkum edilmiş şəxs Məmmədov X6 Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 338/2015 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müdətin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti vermək üçün müddət üzürlü səbələrdən olmuşdur. Belə ki, cəza çəkdiyi müəssisənin X5 səhhətiylə əlaqədar bir müddət ambulator və stasionar müşahidə almışdır.Həmçinin bildirmişdir ki, hökm üzrə 3 nəfər zərərçəkmiş şəxslərlə o və ailə üzvlərinin tərəfindən barışğın əldə olunması,cinayət nəticəsində vurmuş olduğu ziyanın tam ödənilməsi ilə zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasına dair notarial ərizlərin alınması ilə bağlı olmuşdur.Buna əsasən də vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti və apellyasiya şikayəti hökmün çıxarılmasından 7 ildən artıq vaxt keçdikdən sonra verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum olunmuş şəxsin, müdafiəçinin birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifdə edə bilərdi. Bu hüququndan istifadə etməmiş məhkum olunmuş şəxs heç bir əsas göstərmədən müddətin bərpasını tələb etməsinin heç bir hüquqi və real əsası olmamaqla yanaşı, müddətin bərpa edilməməsi onun, hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Məhkum edilmiş şəxs apellyasiya şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Apellyasiya şikayətində göstərilən hallar da müddətin bərpa edilməsinə əsas vermir. Beləliklə apellyasiya məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmənin hökmü elan ediləndən 20 gün müddətində apellyasiya şikayəti verməli olmasına baxmayaraq, onun tərəfindən hökmün elan edildiyi vaxtdan 7 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 11 sentyabr 2023-cü il tarixli qərarı ilə müddətin bərpasından imtina edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29.120.2.4, 29.120.2.7 və 228.1-ci maddələri ilə olan cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2015-ci il tarixli hökmündən apelyasiya şikayəti verilməsi müddətinin bərpa olunmamasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-338/2015 saylı, 11 sentyabr 2023-cü il tarixli apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar